Ataxan Əbilov
Tarixən avtoritarizim ömrünü uzatmaq üçün bütün vasitələrdən yararlanmağa çalışıb. Ömrünü başa vurmaqda olan Əliyev avtoritarizmi də istisna deyil. Zatən kimsə şübhə etməsin ki, bu rejim məqsədləri üçün hər şeyi məqbul hesab edir. Bura o cümlədən müharibə vəziyyətində olan Ermənistanla əməkdaşlıq da daxildir. Heç kimə sirr deyil ki, Qarabağ məsələsinin hərəkətsiz saxlanılması həm Azərbaycanda, həm də Ermənistanda olan rejimlərin xeyrinə işləyir.
Son dövrdə Azərbaycanda gedən proseslər isə daha ciddidir. Analitiklər artıq heç dondurulmuş Qarabağ məsələsinin də Əliyev rejimini bu dəfə xilas etməyəcəyi proqnozunu verirlər. Bununla bağlı olaraq rejim mənsubları təşviş içində əlavə vasitələrin axtarışına çıxıblar. Ən ucuz başa gələn vasitə isə bütün dövrlərdə olduğu kimi milli məsələdən yararlanmaqdır. Gələn xəbərlərə görə ermənilərlə qohumluq əlaqələri növbəti dəfə rejim mənsubların köməyinə gələrək Şuşadan talış dilində radio yayımlamağa başlayıblar.
Ümumiyyətlə son dövlərin analizi belə nəticəyə gəlməyə əsas verir ki, ermənilər tərəfindən talış məsələsinin qabardılması həmişə Əliyev rejiminin ağır durumda olması vaxtlarına təsadüf edib. Digər tərəfdən belə şəraiti ermənilər üçün yaradan isə birbaşa Əliyev rejiminin fəaliyyətindən irəli gəlir. Məlumdur ki, avtoritar rejim ölkəmizdə yaşayan xalqları tanımamaq xəttini götürüb və bunu yeritdiyi ideoloqiyanın ana xətti hesab edir. Məsələn, mən İlham Əliyevin dilində bir dəfə də olsun nəinki talış, ləzgi, hətta türk sözünü belə eşitməmişəm. Bəlkə də yanılıram. Təki elə olsun. Amma bir şey məlumdur. Talış dilində bir-iki saatlıq radio yayımlamaq, və yaxud Lənkərandan yayımlanan televiziya kanalında bir-iki saat talış dilində verlişlər vermək hazırkı rejimə hansı hörmətsizliyini gətirəcəyini heç cürə dərk etmirəm. Belə olan təqdirdə hesab edirəm ki, bununla rejim məqsədli şəkildə Şuşa şəhərindən ermənilərə talış dilində radio yayımlamağa şərait yaradır və bu da onun Azərbaycan cəmiyətini qorxutmaq, cəmiyyətin ayrı-ayrı hissələri arasında inansızlıq toxumu səpmək, onu parçalamaq və rahat avtoritar üsülla idarəçiliyinə davam etmək məqsədinə hesablanıb.
Belə şəraitdə cəmiyyətimiz bir-birinə hörmətlə yanaşmalı və belə məkrli məqsədləri vaxtında ifşa etməyə özündə güc tapmalıdır.
Yayımlanan radio verlişlərində aparıcıların danışıq tərzi İranda yaşayan talışlara məxsusdur və güman ki, onlar Şuşaya İrandan dəvət olunublar. Bununla bağlı olaraq İran İslam Respublikasının prezidentinə də müraciətimiz olacaq.

Комментариев нет:
Отправить комментарий