Zaur Qurbanlı
Florida ştatının Cinayət Məcəlləsində cəzalar bizim adət etdiyimiz qədər dəqiq nəzərdə tutulmamışdır və bu, hakimlərin ixtiyarına buraxılmışdır. Yəni, məsələn, bizdə qəsdən sadə adamöldürməyə görə 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulursa, orda ümumi müddəalardır və hər bir cinayətkar barədə hakim özü müddəti təyin edir.
Bir neçə il öncə Floridanın qubernatoru, oğul Corc Buşun qardaşı Ceb Buş təklif etdi ki, cinayət qanununda cəzalar bölməsinə bu məhdudiyyətlər salınsın. Bu təklifin müzakirəsi üçün Floridanın hakimləri qubernatorla görüşə dəvət edildilər. Hakimlər əvvəldən bu təklifə etiraz edirdilər, çünki bu təklif onların fəaliyyət azadlığını əlindən alırdı. Onlar təklifə kreativ formada etiraz etdilər. İclas başlayan kimi, hakimlərin biri ayaqlarını stolun üstünə qaldırdı və başqa işlə “məşğul olmağa” başladı, digəri, gözünə gün eynəyi taxıb “başını qatdı”, biri özünü çimərlikdəki kimi apardı və s..
Məqsəd qubernatora çatdırmaq idi ki, “siz bizim azadlığımızı əlimizdən ala bilməzsiniz”. Nəticədə təkliflər təklif olaraq da qaldı. Bir azdan bu məsələyə qayıdarıq.
Dövlətin yaranması haqqında bir neçə nəzəriyyə var. Hazırda ən çox qəbul ediləni “İctimai müqavilə” nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə insanlar dövlətsiz birgəyaşayışın mümkün olmadığını görəndə dövlət yaratmaq qərarına gəliblər. Nəticədə bəzi hüquqlarını dövlətə verməklə, özlərinin üzərində güc formalaşdırıblar ki, dövlətsiz birgəyaşayış zamanı həll edə bilmədikləri problemləri bu qüvvə öz legitim gücü vasitəsilə həll etsin. Bu nəzəriyyənin tətbiqi hər yerdə uğurla baş vermədi.
Əsas uğur ABŞ-da qazanıldı, belə ki, orda dövləti yaradanlar doğrudan da bu prinsipi əsas tutdular. Yer kürəsinin digər ərazilərində, xüsusən anqlo-sakson sivilizasiyasından kənarda bu nəzəriyyənin tətbiqi adətən uğur qazanmır (lakin hələ də “quru” qanunvericilik səviyyəsində cəhdlər davam edir).
“İctimai müqavilə” nəzəriyyəsində dövlətin səlahiyyətlərini insanlar öz hüquqları hesabına formalaşdırdığından insanlar bu qurumun “minimum dövlət” olmasına meylli olurlar, çünki öz hüquqlarının daha azını güzəştə gedirlər. Dövlət bu güzəşt olunmuş hüquqları özünün verdiyi aktlar şəklinə salır və öz səlahiyyətlərinə hüquqi forma verir. Bu aktlar müxtəlif cür olur, lakin hüquqi münasibətləri dəfələrlə tənzimləməyə iddia edirlərsə, normativ hüquqi akt olurlar. Normativ hüquqi aktların ən geniş yayılmış forması da qanunlardır. Ona görə də biz dövlətin səlahiyyətlərinin ifadəçisi olan bu aktları şərti olaraq, “qanunlar” adlandıra bilərik.
Həm “İctimai müqavilə” nəzəriyyəsinə görə, həm də nəzəriyyəsindən asılı olmayaraq, faktiki vəziyyətə görə dövlətin səlahiyyətləri insanların dövlətə güzəştə getdikləri hüquqlar vasitəsilə formalaşır. Yəni dövlətin hansısa səlahiyyətinin yaranması üçün “xammal” kimi insanların hüquqlarından istifadə edilir. Məsələn, dövlətəqədərki dövrdə insanlar özlərini digər insanların aqressiyasından müdafiə etmək üçün üzərlərində silah (nizə, balta və s.) gəzdirir, belə aqressiya gördükdə, bu silahı və ya başqa fərdi vasitələri işə salırdılar. İndi isə dövlət var və biz müdafiə funksiyasını dövlətə vermişik. Həm digər dövlətlərin aqressiyası ilə qarşılaşdıqda öz dövlətimiz buna reaksiya verir (bu zaman məsələ müharibə vəziyyətinə qədər gedib çıxa bilər), həm də kiminsə fərdi aqressiyasına məruz qaldıqda polisə, yəni dövlətə məlumat veririk, zəruri müdafiə zamanı isə bunu məhkəmədə, yəni dövlət orqanında sübut etməli oluruq. Çünki biz müdafiə hüququmuzu dövlətə güzəştə getmişik və dövlətin əsas funksiyalarından biri olan müdafiə funksiyası bizim bu hüququmuzdan xammal kimi istifadə olunaraq, yaranıb. Eləcə də dövlətin digər funksiyaları, səlahiyyətləri bizim hansısa hüququmuzun dövlətə güzəşti və onun bundan xammal kimin istifadə etməsi hesabına yaranıb.
Dediyimiz kimi, dövlət bu funksiyalarını – səlahiyyətlərini aktlarda – qanunlarda göstərir. Bu zaman fikir verək görək, qanunların artması nə deməkdir? Qanunların artması:
1. Hüquqlarımızın azalmasıdır;
2. Dövlətin səlahiyyətlərinin artmasıdır;
3. Dövlətin bizə müdaxiləsinin sərhədlərinin genişlənməsidir;
4. Bizim fərd olaraq mövcudiyyətimizin kütlə olaraq mövcudiyyətimizə uduzmasıdır və s..
Əlbəttə, bəzi məsələlər var ki, qanunlarla tənzimlənməsinə ehtiyac duyulur. Amma bu məsələlər minimum olmalıdır ki, dövlət ictimai münasibətlərdə ona daha az ehtiyac olduğunu hiss etsin. Dövlətin bəzi münasibətlərdə artıq olmasını ona hiss etdirmək lazımdır. Məsələn, bizdə meyitin üzünün qibləyə, yoxsa başqa istiqamətə basdırılması qanunla tənzimlənmir. Niyə? Çünki buna ehtiyac yoxdur. İnsanlar arasındakı bu ictimai münasibətlərdə dövlətə ehtiyac yoxdur. Sabah belə bir qanun çıxsa ki, meyitlər filan istiqamətə basdırılmalıdır, onda o qanunda nə yazılmasından asılı olmayaraq, ciddi və haqlı etirazlara səbəb olacaq. Çünki bu, o demək olacaq ki, “ey insanlar, siz ölülərinizi özünüz basdıra bilmirsiniz. Ölülərinizin basdırılma istiqamətini biz müəyyən etməliyik”.
Bu haqlı etirazlarımız digər bir çox sahələrdə də olmalıdır. Məsələn, Azərbaycan Respublikasının “Sərbəst toplaşma azadlığı haqqında” Qanunu var. Bu qanunun özünün sadəcə mövcud olması o deməkdir ki, “ey vətəndaşlar, siz sərbəst şəkildə, adam kimi toplaşa bilmirsiniz”. Halbuki, bizim insanlar Azərbaycan Respublikasının mövcud olduğu 1918-20-ci illərdə də, 1991-ci ildən bəri də heç vaxt belə bir qanunun qəbulunu zəruri edən vəhşilik etməyib. Biz sərbəst toplaşa bilməsək, bu qanunun qəbulu zəruri olardı. Amma bu qanun qəbul ediləndən (13 noyabr 1998-ci il) düz 10 il əvvəl biz 2 milyonluq mitinq keçirib, heç bir qanqaraçılıq salmırdıq. Deməli, bu qanun, ehtiyac olmadan bizim sərbəst toplaşmaq azadlığımızı əlimizdən alıb və bunu dövlətin səlahiyyətinə çevirib. İndi biz 1988-ci ildəki kimi, sərbəst şəkildə toplaşa bilmirik, çünki Qanunda yazılıb ki, “OLMAZ”.
Qanun məhz “OLMAZ”ların ifadə formasıdır. Qanunda “sənin filan-filan hüquqlarn var” deyilməsi, o deməkdir ki, dövlət sənə deyir: “sənin bu sahədə bütün hüquqların məndədir, burda sadaladıqlarımı isə sənə istifadəyə verirəm”. Halbuki, biz həmin qanun qəbul edilənə qədər həmin hüquqlar üzərində həm istifadə, həm sahiblik, həm də sərəncam hüquqlarına malik idik. O hüquqlar bizim idi, kimsə bizə o hüquqları kirayə vermirdi.
Yaxud “Gənclər” sözünü adında ehtiva edən nazirlik, “Qadınlar” sözünü adında ehtiva edən komitə var. Bunlar o deməkdir ki, “ey insanlar, sizin məhz gənc, yaxud qadın olmağınızla bağlı nə hüququnuz varsa, artıq bizdədir, onları biz bu orqanlar vasitəsilə sizə kirayəyə verəcəyik”.
Kirayə isə əvəzsiz olmur. Əvəzi isə biz əvvəldən ödəyirik. Bu əvəz həmin hüquqlarımızdır. Biz ən qiymətlimiz olan azadlığımızı hissə-hissə ödəyirik ki, məhz bu ödədiyimizi sonra cüzi miqdarda başqasının əmlakı kimi müvəqqəti və təhlükəli istifadəyə götürək.
Yazının əvvəlində Florida hakimlərinin qubernatora uğurla nəticələnmiş etirazını yazmışdım. Bu etiraz da hakimlərin qubernatorun – təklif verənin timsalında dövlətin bu iddiasının əleyhinə getmələri idi: “ey hakimlər, siz bu sərbəstliklə ədalətli qərar verə bilmirsiniz. Biz sizin sərbəstliyinizi məhdudlaşdırmalıyıq ki, ədaləti təmin edək”. Lakin hakimlər sübut etdilər ki, ədaləti məhz onlar təmin edir, icraedici və ya qanunverici hakimiyyət qolları yox. İndi biz də dövlətə deməliyik ki, sərbəst toplaşma azadlığı bizim tam mülkiyyətimizdədir, istifadəmizdə olmalı deyil və bu hüquqdan necə yararlanmağı biz təyin edirik, dövlət yox; eləcə də başqa – dövlətə güzəşt edilməməli olan hüquqlarımızdan.
Hazırda Azərbaycanda dövlətin tənzim etdiyi məsələlərin mütləq əksəriyyətini dövlət tənzimləməsə idi, münasibətlər daha normal olacaqdı. Bizim tənbəlliyimizdən, hüquqlarımızı bilməməyimizdən və ən əsası mütiliyimizdən istifadə edərək, bir çox hüquqlarımız zəruri ehtiyac olmadan əlimizdən alınıb və biz indi o hüquqların kirayənişinləriyik, halbuki onlar bizim şəxsiyyətimizin bir hissəsidir. Nəticədə hazırda şəxsiyyətimizdən kirayəçi kimi istifadə edirik, ona görə də cəmiyyətimizidə insanlar bir-birinə hörmət etmir, çünki hörmət edilməli olan şəxsiyyətlərin müvəqqəti kirayə olduqlarını bilirlər.
kultura.az

Комментариев нет:
Отправить комментарий