30.03.2013

Turan İsayeva - Ayrılıq


Yagış da yağmır.
Külək də əsmir.
Getdiyin gün yadımda qalmır
Amma ürəyimin ağrısı hələ də kəsmir.
Duman da yoxdu çöldə.
Hava da öz heyində.
Havada havasızlıq var
Mən çətin yatam bu gəcə
Gözüm də görmür
Ruhum da duymur
Aldadırsan deyirlər məni
Hər küncdə, hər tində, hər küçədə.
Unudursan deyirlər məni
Hardasa, kimləsə, kimlərləsə.
Əcəl də yoxdur.
Əzrail də
Üzərimdə ölüm qoxusu var niyəsə.

Zaman da keçmir
Ömür de bitmir
Amma saat da hey gedir
Əqrəbləri ömür yeyir
Dəqiqələrcə anıları köhnəldir.
Ömür gedir vaxt keçmir.
Sevgim möhtac qalıb kiməsə

Комментариев нет:

Отправить комментарий