26.03.2013

Platonik sevgi və ya Səndən qaçmaq istəməzdim

Günel Eyvazlı

And olsun Piqmalionun,
Əlləriylə yaratdığı o heykələ.
Mən də, Həvva nənəmiz tək,
Sümükdən yaranmışam.
Ürəyini qorumağı,
Qabırğa tək bacarmışam.
Səndən qaçmaq istəməzdim.

Heç bir anda anlamadın,
Niyə qorxdum ? Niyə qaçdım ?
Hisslərimi kilidlədim.
Arzularımı qapadım.
Səndən qaçmaq istəməzdim.


Nimfaların pərəstiş etdiyi
İnsan,
Sən güclüsən, sən cəsursan,
İstəyinin arxasınca,
Yorulmadan qaçacaqsan.
Səndən qaçmaq istəməzdim.

Məni sənə gətirərdi,
Şüurunda yer etməyim,
Vücudumdan ayrılmağın,
Məhəbbəti dərk etməyin.
Səndən qaçmaq istəməzdim.

Nə qamaşdırdı gözünü ?
Mənasız bir gözəllikmi ?
Mənə toxunmaq həvəsi ?
Zefslə İo əfsanəsi ?
Səndən qaçmaq istəməzdim.

Sən acizsən allahların
Qismət yazısı önündə.
Mən zəifəm istəyimi
Bəyan etmək üçün sənə.
Səndən qaçmaq istəməzdim.
Yol uzundur, mən də uzaq,
Hisslərini kola bağla,
Açıq gözlə gözümə bax.
Səndən qaçmaq istəməzdim.

Bilmirdim ki, bu sevdanın,
Sonu Dəfnə olacaqmış,
Appalonun başı üstə,
Növbəti sevgilər üçün,
Şahid kimi qalacaqmış.

Səndən qaçmaq istəməzdim.

Комментариев нет:

Отправить комментарий