İtalyan şirkəti Zamperla Dərbəndin 2000 illik yublileyi üçün atraksionlar parkı tikməyi planlaşdırır. Bu əyləncə parkı ilə bağlı Dağıstan İnforması agentliyinə respublikanın turizm agentliyi məlumat vermişdir. Dərbənddə bu işin maliyyələşdirilməsi məqsədilə şirkətin prezidenti Antonio Çamperla, parkların inkişafı üzrə menecer Andrea Kaldonaççi və DR-nın turizm üzrə agentliyinin əməkdaşı Gruppo Pasit İtalia kampaniyasının baş direktoru Çezare Skotone Dərbənddə bir araya gəlmişdir.
Nümayəndələri Respublikanın turizm üzrə agentliyinin təmsilçisi-sədr müavini Eldar Nəzərəliyev və şöbə müdiri Nəriman Ramazanov müşayiət etmişdir. İtalyan biznesmenləri Dağıstan Respublikasında turizmin inkişafı proqramının bir hissəsi kimi görüləcək tədbirləri müzakirə etmişdilər. Antonio Çamperla hesab edir ki, “Dərbənd hal-hazırda 100 000-dən çox sakini olan qədim şəhərdir. Yuneskonun bu mədəni obyekti və respublikanın turizm mərkəzi təkcə turistlər üçün deyil, həm də sakinlər üçün istirahət mərkəzi olmalıdır". Təklif edilən park bir neçə hektar ərazini əhatə edə bilər. Antonio Çamperlanın sözlərinə görə 3 hektarlıq kompleks 500 nəfərlik işçi qüvvəsinə ehtiyac duyacaqdır. Bu cür layihə 20 milyon dollara başa gələcəkdir. İl ərzində investisiyalarının həcmi 35% təşkil edəcəkdir. DR-nın Turizm üzrə Agentliyinin sədr müavini Eldar Nəzərəliyev öz növbəsində “2013-2017-ci illər çərçivəsində Dağıstan Respublikası turizm-istirahət kompleksinin inkişafı” proqramının qəbul edildiyini xatırlatmışdır. Parkın xidməti 5-10 000 nəfərə xidmət edə biləcək bir səviyyədə olmalıdır. Zamperla kompaniyası müxtəlif kateqoriyalı mülki vətəndaşlar üçün park hazırlamağa hazırdır və bu işdə böyük təcrübəyə sahibdir. Hal-hazırda investisiya məsələləri müzakirə olunur.
Dəmirqapı(Dərbənd) Azərbaycandır
Комментариев нет:
Отправить комментарий