27.03.2013

Taleh Eminoğlu - Yuxularımdakı dərviş

Xəyanətdə bir sevgi

Ayaqlarım arxasınca məni,
məndə tanımadığım hisləri
sürüyürəm evimə doğru.
Az qalıb.
Sənin eyvanının yanından keçəcəm,
kölgən başqa bir kölgənin qoynunda
əksiniz düşəcək yoluma.
Bu hansı bədbəxtdi qollarında.
Yenə kimi saldın toruna,
iyrənc baxışlarınla.
Yenə kimi qucaqlamısan,
ilan qollarınla.
Sənində sevgin budu:
öpüşlər,
qarışmış tellər,
ehtiraslar

və yaranan əcaib səslər.
Sabah başqa,
birigün başqa
başqa- başqa bədənlər.

İki evdə bir sevgi

Evlərimizin qapıları ayrı
eyvanlarımız yanyanadı,
otaqlarımızı ayıranda
fərqli rəngli eyni divardı.
Eynən hissimiz, düşüncəmiz,
sevgimiz kimi.
Divar səddi aşamadığımız kimi
şeytanın  ayağını qırıb,
deyə bilmirik sevgimizi.

Dumanlı Bakı

Duman çöküb Bakıya,
Yol- yol, küçə- küçə.
Bu nə dumandı belə,
Şəhərdə gecə- gecə.

Allahın ahı çöküb,
Ağır- ağır şəhərə.
Bəstəboy şəhər əhlin,
Bir azda sıxıb yerə.    

Yuxularımdakı dərviş

Gecələr bir dərviş girir yuxularıma,
Saqqalı da yarı ağ, yarı qara.
Dodaqlar arasında sıxır neyi,
Notlar işıq tık çırpılır divara.

Gözlərində o dünyanın kədəri,
Üzündə bu dünyanın qırışları.
Ney üstündə gəzən əlləri kimi,
Titrəyir hər baxdıqca baxışları.

Dodaqlarından aralayıb neyi,
Boğuq səsiylə bir şeir söyləyir.
Yatağımda qalır quruca ruhum,
Ruhum o dərvişlə göyə yüksəlir.

Dolanaraq yer üzünün başına,
Ney sədalarında qalxıram göyə.
Dolandıqca yer üzünün başına,
O dərvişlə yaxınlaşıram göyə.

Bir dərvişdə var orda bizdən başqa,
Nimdaş paltar, ağ saqqalla, qavalla.
Otururuq iki dərviş, birdə mən,
Şox zamandır yuxumda bu minvalla.

Комментариев нет:

Отправить комментарий