25.03.2013

LALƏ RAMİZQIZI: “BELƏ GETSƏ ATAMIN AXIRINA ÇIXACAQLAR”

Ramiz TağıyevLalə RamizqızıRamiz Tağıyev müalicə müəssisəsinə yerləşdirildi!!!

Bu günlərdə, sifarişli hökmlərlə uzun müddətli cəzalara məhkum edilmiş siyasi məhbuslardan biri, qondarma maddələrlə həbs edilərək, səkkiz il iş almış Ramiz Tağıyevin səhhətində ciddi problemlərin yarandığını və bu səbəbdən də penitensiar xidmətin “Boyük Şor” qəsəbəsində yerləşən müalicə müəssisəsinə gətirildiyi barəsində xəbər tutduq. Bu xəbəri dəqiqləşdirmək üçün dünən Ramiz Tağıyevin qızı, “Millətim” qəzetinin baş redaktoru Lalə Ramizqızı ilə əlaqə saxladıq. Xəbərin doğruluğunu təsdiqləyən Lalə xanım – “ Ramiz bəyin belə getsə, axırına çıxacaqlar, deyəsən. Bu gün zəng vurdu ki, onu Heydər Əliyev prospektindəki xəstəxanaya gətiriblər.
Ayağında nəsə qaralma var. Axı, atam həm də şəkərd xəstəsidi, sabah gedək görək nə olub. Qaradağda neçə aydı ki, karsdaydı, hərəkətsiz qalmaqdan oldu yəqin” – dedi.
Ertəsi gün yenidən Lalə xanımla əlaqə saxlayıb, Ramiz bəylə görüşə bilib-bilmədiyini və vəziyyətin nə yerdə olduğunu öyrəndik. Atası ilə görüşdən sonra həyəcanını gizlədə bilməyən Lalə Ramizqızı, həm Ramiz bəyin sağlıq durumu, həm də onun saxlanma şəraiti və digər məsələlərlə bağlı bunları dedi:
“Bu gun atamla göruşdum, gətirıblər mualıcə muəssısəsınə. Deməlı, 7 saylıdan Qaradağa aparanda atamı döyüblərmış, bu gun öyrəndım. Atamın ayagında balaca bır vəz varıydı, ordan təpık dəyib, üstündən 4 ay kecıb, indi o vəz lap böyüyüb, ətrafı da qaralıb. O, şəkər xəstəsı olduguna görə, qaralma qorxuludu. 1-ci gun ış günü başlayır, yəqın kı, analızlər götürüllər həmın gün. Bızə verılən məlumata görə, atamı vuran şəxs, 7saylı cəzaçəkmə müəssisəsində , MTN-nın kuratoru, əslən Göycaydan olan əməkdaş olub, həm də onun MTN-nə məxsus ATM-in rəhbərliyində təmsil olunan Ilqar Əlıyevlə qohumluq əlaqələrinin olduğu söylənilir.”
Lalə xanımın açıqlamalarından və yaranmış real vəziyyətdən də göründüyü kimi, Azərbaycanın həbsxanalarında ümumi vəziyyət və məhbusların saxlanma şəraiti, heç də rəsmi qurumların verdikləri açıqlamalara adekvat deyil. Başqa sözlə, hələ də həbsxana şəraitində saxlanan insanların işgəncələrə məruz qalması, döyülməsi və sair kimi neqativ hallar kütləvi xarakter daşıyır. Müəyyən mənada, həbsi siyasi çalarlar daşıyan və bu səbəbdən də xüsusi diqqət göstərilməli olan tanınmış siyasət və mətbuat adamlarına qarşı da işgəncə metodlarından istifadə olunur. Onların açıq-aşkar şəkildə, heç bir qanunda nəzərdə tutulmayan döyülmək yolu ilə cəzalandırılmaları, mahiyyət etibarilə başqa bir şeyin sübutu anlamına gəlir. Yəni, əgər tanınmış mətbuat adamları və siyasi xadimlər belə, həbsxanalarda işgəncələrlə qarşılaşır, döyülə bilirlərsə, o zaman günahlı-günahsız, haqlı-haqsız məhbus həyatı yaşamağa məcbur olan on minlərlə adi vətəndaşların məhbəslərdə nələrlə qarşılaşa biləcəklərini, onların saxlanma şətraiti ilə bağlı yol verilən qanunsuzluqların miqyaslarını, onlara qarşı tətbiq olunan işgəncə metodlarını və döyülmə hallarının mövcud olduğunu anlamaq o qədər də çətin deyil…
Bütün bu məsələlərlə bağlı saytımızın rəhbəri, həmçinin bir müddət öncə, özü də məhbus həyatı yaşamış Sərdar Əlibəylininin fikirlərini öyrəndik. Lalə xanımın verdiyi açıqlamalardan təəccüblənmədiyini bildirən Sərdar bəy, qeyd etdi ki, istər rəsmi qurumların, istərsə də insan hüquqları ilə məşğul olan bir çox QHT mənsublarının, Azərbaycan məhbəslərindəki vəziyyətə dair cəmiyyətdə yaratmaq istədikləri müsbət təəssüratlara inanmaq və aldanmaq sadəlövhlükdür: “Istisnasız olaraq bütün həbsxanalarda, müəyyən mənada, fasadların kosmetik bəzədilməsi xarakteri daşıyan bəzi dəyişikliklər olub və bu yöndəki proseslər indi də davam edir. Burası o qədər də önəmli deyil və genəl anlamda məhbusların həyat şəraitinin yaxşılaşmasdan daha çox, kənardan gələnlərə göstərə bilmək üçün “pokazuxa” xarakteri daşıyan dəyişikliklərdi. Amma əsas dəyişməli olan məsələlər və sitemin işləyişini təmin edən qafaların işə münasibəti hələ də, ən yaxşı halda, 1957-ci illlərin Sovet həbsxanaları səviyyəsindədi. Bəzi həbsxanalar isə, bu anlamda, hətta 37-ci illəri xatırladır. Bu haqda, əslində çox geniş danışmaq mümkündü və məni indi belə şeyləri danışmaqdan daha çox, Ramiz Tağıyevin taleyi düşündürür. Mən Ramiz Tağıyevi az-çox tanıyıram və əgər onu döyməyiblərsə, heç bir halda, “məni döyüblər” ifadəsini işlətməz.
Ümumiyyətlə isə, Ramiz Tağıyev, hələ həbsxanaya düşməmişdən bir cib dərmanla gəzən adam idi. İndi də onu döyərək, şikəst olmaq həddinə gətiriblərsə, o zaman belə bir sistemin insanların həyatına hansısa təminat verə biləcəyinə inanmaq olarmı? Hələ-hələ habsxana şəraitində bu haqda heç danışmağa dəyməz. Hətta insanların öz evindən gətirilmiş dərmanları belə, əlindən alaraq, guya rejimin tələbi ilə, xüsusi yerlərdə saxlayıb, sonra da öz keflərinə uyğun şəkildə, bəzən də rüşvət alaraq verirlərsə, onda Ramiz Tağıyev kimi, yəni hər saatbaşı dərman qəbul edən adamların belə şəraitdə şəfa tapması bir yana, ümumiyyətə necə yaşaya biləcəyini düşünə bilirsinizmi? Nəticə də ortadadı. Bir tərəfdən, hər gün şiddətlənən çoxsaylı xəstəliklər, digər tərəfdən isə, hansısa qudurğan bir sistem işçisinin təpiklərindən qalan izlər.
Bu arada, istər bizim, istərsə də Ramiz bəyin ailəsinin və yaxınlarının əlindən nə gələr ki? Dolayısı ilə, demək hər şey Allahın ümidinədi. Oysa, Allah cəmi məhbusların, o cümlədən də Ramiz bəyin köməyi olsun. Onu bu günə gətirənlərin də cəzasını Allah verər. Cünki, oralarda artıq bəndələrin heç nəyə nə gücü çatır, nə də səsi.
Yeri gəlmişkən, Ramiz Tağıyevi həbsində maraqlı olan, onun həbsinə nail olanların ürəkləri deyəsən hələ də soyumayıb. Təhmasib Novruzov adlı Azərbaycanın ən məşhur məhkəmə terminatoru, indi də Ramiz Tağıyevi yeganə müdafiə vasitəsi olan “Millətim” qəzetinin baş redaktoru Lalə Ramizqızını məhkəməyə verib. Məhkəmə ilə bağlı sualımıza Lalə xanım cavab verərək bildirdi ki, məhkəmədə hakim F.Novruzovun iddiasını rədd elədi və yəqin ki, o, indi də appelyasiya məhkəməsinə üz tutacaq.

psnota.com

Комментариев нет:

Отправить комментарий