Vəfa Mürsəlqızı
Günahkaram, bağışla,
Səni bir az cox sevdim,
Kaş səni görməyəydim,
Kaş səni sevməyəydim.
Sən unut, qoy bu əzab,
Mənim qismətim olsun,
Günahım səni sevmək,
Cəzam həsrətin olsun.
Min dəfə get söylədin,
Mənsə yenə qayıtdım,
Qürurumun üstündən,
Keçib sənə qayıtdım.
Mən məgər təkmi sevdim?
Sənin günahın yoxmu?
Sən cəzasız gəzirsən,
Mənim cəzam nə coxdur.
Bəlkə də sənin təmiz,
Vicdanına ləkəyəm,
Al, başını qaç məndə,
Səninçün təhlükəyəm.
Bəlkə tanrı payıydın?
Qədrini biləmmədim,
Neylədimsə mən sənin,
Xoşuna gələmmədim.
Bağışla məhəbbətim,
Daha hərarətlidir,
Bilirəm başqaları ,
Daha məharətlidir.
Mən səni DƏLİ sevdim,
Sevilmək sənə qalsın,
Bu sevginin günahı,
Cəzası mənim olsun.
Mən səni belə sevdim,
Analasaydın nə dərdim,
Sən icazə versərdin,
Səni yenə sevərdim.
Bilirəm ki. unutmaq,
Sənə çətin olmadı,
Sən sadəcə bağışla.
Bağışlamaqdan başqa,
Sənə daha nə qaldı.
Комментариев нет:
Отправить комментарий