Bu çiçək səhv salıb baharı qışnan,
Küləyi tufannan, qarı yağışnan,
Hayana gedəcək bu yır –yığışnan?
Kəpənək qanadlı bir çiçək ömrü.
Nə göydə ulduz var, nə yerdə bahar,
Ötür saymazyana....
ötür adamlar
İlahi, ya bir az irəli apar,
Ya da ki, bir qədər geri çək ömrü.
Uçur al çiçəklər, ətraf ağappaq,
Ağ-ağ köynəklərə düşən qana bax.
Bu çiçək yaz fəsli açılmayacaq,
Yarımçıq qalacaq biçənək ömrü.
Bu çiçək bir daha dolmaz bar üstə,
Qırov qırma kimi yarpaqlar üstə,
Gör necə əyilib soyuq qar üstə,
Gör nəyə çevirdi sürünmək ömrü.
Комментариев нет:
Отправить комментарий