Habil Yaşar
Mən insanam....Sevib-sevilmək üçün yaradılsamda, nifrət olunacaq qədər də günahların səbəbkarı sadəcə bir insan....Dünyada ən çox duymağa, eşitməyə ehtiyacım olduğu söz səni sevirəm, özü də səni çox sevirəm deyən bir varlığın olması və bu sözlərin ölümümə qədər heç bitməməsi və ölümünə qədər mənə təsir etməsidir. Mən sevgisiz yaşaya bilməyən, hər anımın onunla var olmasını arzulayan və bu varlığın çoxluğundan heç zaman doymayan və doymasını belə təsəvvür edə bilməyəcəyim qədər bir insanam... Gündüzlər deyil, gecələr yuxularda belə sevib-sevilməkdən doymayan bir eşq yarasası, bir eşq vurğunuyam...
Anlamayanalr onsuz da anlamaz, anlayanlar isə mənim necə biri olduğumu, sevgidə sevgimin sərhədlərinin sonsuzluğunu olduğunu çox gözəl bilərlər...Mən sevirəm və sevdiyim qədər də sevilmək istəyirəm, bunu səni sevirəm deyənlərdən də tələb edirəm. Çünki mən sevildiyim qədər insanam və bunun sonsuz olmasını arzuladığımı da inkar etmirəm.
Mən insanam...Nifrət edildiyim qədər də şeytan olduğumu anlayıram.Çoxlarından fərqli olaraq günahsız biri olmadığımı etiraf edən ədalətli şeytan.Bu şeytanın ürəyində bəşəriyyətə qarşı heç bir kini, heç bir intiqamı olmadığına hətta Allahın özü də şahiddir. Çünki məhz O, məhz O ulu yaradan, məni sizdən daha yaxşı anlar və məni məndən də daha yaxşı tanıyan məhz Odur. Elə isə nədən məndən üz döndərib, nədən məni özünüzdən uzaq tutursunuz? Axı mənim sizə heç bir yaxşılığım dəymədiyi kimi, heç bir pisliyim də toxunmayıb...Mən üzdə mələk kimi görsənib, daxilən şeytan kimi olanlardan olmaq istəməyən bir şeytan olduğumu nə zaman anlayacaqsınız? Mən mənə şeytan deyənlərdən sonsuz sayda gözəl olduğumu demək istəməyən bir şeytanam...Bəli mən şeytanam...Şeytanamsa da bir üzüm, bir əqidəm var....Milyon üzlü “mələk”lərdən sadəcə bir üzlü şeytan olaraq da yaşayacağamsa nə mutlu mənə...Mən xoşbəxtliyi bunda gördüyüm üçün də xoşbəxtəm və bu xoşbəxtliyi hər kəsə arzulayıram...
Mən sevildiyim qədər insan, nifrət edildiyim qədər də şeytan olmağımla razıyam, çünki mən hər şeyin səmimi olmasından başqa heç nə istəməyən səmimi bir varlığam və bu varlığımla da özümü zərrə qədər də günahkar hiss etmirəm...Çünki mən yaxşılığımla, pisliyimlə də tam özüməm və tam özüm olmağımla da fəxr edirəm...Necə deyərlər Mövlana demiş:”Göründüyün kimi ol, olduğun kimi görün”. Əgər mən bunu sözlərimlə deyil əməlimlə də bacarmışamsa o zaman: “Mən sevildiyim qədər insan, nifrət edildiyim qədər də şeytanam....”.

Комментариев нет:
Отправить комментарий