24.03.2013

Günel Treu - SƏN VARSAN

Yaz yağışı

Mənə sevinc payı gətir,
Yaz yağışı, yaz yağışı
Gəl məni arzuma yetir,
Yaz yağışı, yaz yağışış

Dərdlərimin kökü dərin,
Ürəyimdi sənin yerin.
Nə yağırsan narın_narın
Yaz yağışı, yaz yağışı.

Yağ, qoy bitməsin həvəsin
Kəsilməsin gül nəfəsin.
Bir mən olam, bir də səsin
Yaz yağışı, yaz yağışı.


...SƏN VARSAN

Gözlərimin qarasında
Ürəyimin yarasında
Bu dünyanın yarısında
                   sən varsan.

Çiçəklərin qoxusunda
Gecələrin yuxusunda
Könlümün hər ağrısında
                   sən varsan.

Bulud olub, göyə çıxsam,
Yağışlanıb, yerə yağsam
Hara getsəm, hara baxsam
                    sən varsan.

Silinəcək qəlbimdəki,
Yanımda olasan təki.
Apar məni o yerə ki
                 sən varsan.

Комментариев нет:

Отправить комментарий