23.03.2013

Ədalət Əsgəroğlu - Dünya heçdir eşqdən yana


Könüllərin dönüşünü
Eşqi car olandan soruş.
Eşqisiz mən kiməm ki
Gülü xar olandan soruş.

Al yanaqlı laləm ola
Yanğısı bir aləm ola.
Ney misalı naləm ola
Meylə yar olandan soruş.

Əsgəroğlum, nədir fani?
Çökdürür başdan binanı.
Görmədiyin hallar hanı?
Yoxdan var olandan soruş.


***
Gəlişini duyammadım
Söylə, dostsan, ya düşmənsən?
Günahsansa haqqa tapın
Haqq nəzərindən düşməzsən.

Dünya heçdir eşqdən yana
Aşiq odur içdən yana
Ömür –günü yüznən sana
Yenə yüzün beşi sənsən.

Əsgəroğlum sirsən kimə?
Vur dərdini sarı simə…
Bu yoldan usandım demə
Yoxsa deyərlər peşmansan.

Комментариев нет:

Отправить комментарий