27.03.2013

Azərbaycanda ədəbiyyat müsabiqəsində qısa siyahı

Martın 27-də Milli Kitab Mükafatının Ekspert Şurası qısa siyahını açıqlayıb. Siyahı belədir.

1. Azad Qaradərəlı. “Kuma-Manıç çökəkliyi”
2. Qan Turalı. “Mustafa”
3. Pərvin Nurəliyeva. “Balerina”
4. Sayman Aruz. “Yüz il ingilab”
5. Şəhriyar Del Gerani. “İntihar hörükləri”
6. Vahid Qazı. “Çamayra. Kuba dəftəri”
7. Zakir Sadatlı. “Əfqanıstan uçurumu” 8.
Zahid Sarıtorpaq. “Əlifba bayramında qətl”

Rus dilində əsərlər (əlifba sırasıyla)
9. Гюльнара Караева. «Две жизни»
10. Малик Дурсунов. «Кара дайы»»


Ekspert Şurasına Tehran Əlişanoğlu, Mahir Qarayev, Yaşar, Zahir Əzəmət və Elnarə Tofiqqızı daxildir. Rus dilində təqdim olunmuş əsərləri bu il rusdilli ekspertlər dəyərləndirəcək: Bella Zakirova və Vyaçeslav Sapunov.
Xarırladaq ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir. Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər. MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb. Aprelin 1-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.
MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir.
MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий