ETİMAD BAŞKEÇİD
SİZ ÜZÜ SULUYKƏN QEYB ETDİNİZ HƏR ŞEYİ
siz üzü suluykən qeyb etdiniz hər şeyi,
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə olduğunuz vaxtlarda eynən.
bir sürü qartmış köpək
bilməm nə deyə
hər şeyi qapdılar, aldılar əlinizdən,
hanı bir istəyiniz vardı, ufacıqlar,
neçə türlü şeylər keçirdi könlünüzdən,
yuxular görürdünüz qızılı, narıncı,
novruz yumurtaları kimi boyalı,
bir-birindən seçməli, sayalı
hanı gün görməyə gəlmişdiniz,
ufacıqlar!
gördünüzmü?
ikiqat oldular yekə-yekə adamlar
sizinlə salamlaşmaq üçün,
heç fərqində oldunuzmu?
yox, bu siz deyildiniz vallahi,
nagahan ətrafa endirilmiş
ağabəy salamına müştaq,
ev-eşiyin, dost-qardaşın yanında
ikiüzlü Yanus kimi
bir üzü qara, biri ağ.
haşa, ki bunda da illət-filan yox.
ğuya böyüdünüz, ağıllandınız guya,
ğuya sirr pərdələri yırtıldı, ama
bir ləhzə fikirləşməyə aman yox.
siz üzüsuluykən qeyb etdiyiniz hər şeyi
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə olduğunuz vaxtlarda eynən…
OLUR, GÜN VURUR ÜŞÜDÜR
olur, gün vurur, üşüdür,
dünyadı, dünya işidi,
kimisi çöldə kişidi,
kimi də damın altında.
qələm şamdı,
baxt – kəpənək,
bu ömür-gün,
vaxt – kəpənək,
bir gözəl, xoşbaxt kəpənək
can verir şamın altında.
dost, özünü çəkmə adı,
hərə öz qəbri boydadı,
dünyanın ən kalxır atı,
xam olur xamın altında.
SİZ ÜZÜ SULUYKƏN QEYB ETDİNİZ HƏR ŞEYİ
siz üzü suluykən qeyb etdiniz hər şeyi,
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə olduğunuz vaxtlarda eynən.
bir sürü qartmış köpək
bilməm nə deyə
hər şeyi qapdılar, aldılar əlinizdən,
hanı bir istəyiniz vardı, ufacıqlar,
neçə türlü şeylər keçirdi könlünüzdən,
yuxular görürdünüz qızılı, narıncı,
novruz yumurtaları kimi boyalı,
bir-birindən seçməli, sayalı
hanı gün görməyə gəlmişdiniz,
ufacıqlar!
gördünüzmü?
ikiqat oldular yekə-yekə adamlar
sizinlə salamlaşmaq üçün,
heç fərqində oldunuzmu?
yox, bu siz deyildiniz vallahi,
nagahan ətrafa endirilmiş
ağabəy salamına müştaq,
ev-eşiyin, dost-qardaşın yanında
ikiüzlü Yanus kimi
bir üzü qara, biri ağ.
haşa, ki bunda da illət-filan yox.
ğuya böyüdünüz, ağıllandınız guya,
ğuya sirr pərdələri yırtıldı, ama
bir ləhzə fikirləşməyə aman yox.
siz üzüsuluykən qeyb etdiyiniz hər şeyi
ufacıqlar!
yağmur kimi, rüzgar kimi,
rüzgarda
titrəyən yarpaq kimi, sis dumanı tək,
doğal bir hadisə olduğunuz vaxtlarda eynən…
OLUR, GÜN VURUR ÜŞÜDÜR
olur, gün vurur, üşüdür,
dünyadı, dünya işidi,
kimisi çöldə kişidi,
kimi də damın altında.
qələm şamdı,
baxt – kəpənək,
bu ömür-gün,
vaxt – kəpənək,
bir gözəl, xoşbaxt kəpənək
can verir şamın altında.
dost, özünü çəkmə adı,
hərə öz qəbri boydadı,
dünyanın ən kalxır atı,
xam olur xamın altında.
Комментариев нет:
Отправить комментарий