Uyğunlaşdıran: Hümmət Şəhbazi
Döyüş çixdiğinda Luyici adında bir adam, könüllü olaraq gedib gedə bilməyəcəyini soruşdu.
Hər kəs onu təriflədı. Luyici tüfəng paylanan yerə getədi, bir dənəsini aldı və dedi: "indi gedib Alberto deyilən hərifi öldürəcəyəm."
Alberto kim deyə soruşdular ondan.
"Bir düşmən, "dedi Alberto, "mənim bir düşmənim."
ona müəyyən bir növ düşməni öldürməsi lazım olduğunu, elə istədiyi hər kəsi öldürə bilməyəcəyini açıqladılar.
"Ee؟ "Dedi Luyici."Siz məni axmaqmı sandınız؟ Bu Alberto tam sizin dediyiniz kimi biri, onlardan biri yəni.
Bütün o qurupa qarşı döyüşə girdiyinizi eşitdiyimdə belə düşündüm: mən də gedəcəyəm, beləcə Albertonu öldürə bilərəm. Ona görə gəldim. Albertonu tanıyıram mən: saxtakarın biridir. Mənə xəyanət etdi, az qala heç bir şeyə görə, mənim özümü bir qadına xatır sayğıdan salmağıma gətirib çıxardı. Əski hekayə. Mənə inanmırsınızsa sizə hər şeyi açıqlaya bilərəm."
Bütün o qurupa qarşı döyüşə girdiyinizi eşitdiyimdə belə düşündüm: mən də gedəcəyəm, beləcə Albertonu öldürə bilərəm. Ona görə gəldim. Albertonu tanıyıram mən: saxtakarın biridir. Mənə xəyanət etdi, az qala heç bir şeyə görə, mənim özümü bir qadına xatır sayğıdan salmağıma gətirib çıxardı. Əski hekayə. Mənə inanmırsınızsa sizə hər şeyi açıqlaya bilərəm."
Bitdi, dedilər, boşver.
"Yaxşı elə isə, "dedi Luyici, "mənə Albertonun harada olduğunu söyləyin də gedib döyüşüm."
Bilmirik dedilər.
"Fərq etəməz,"dedi Luyici."Tanıyan birini taparam. Enındə sonunda onu tutacağam."
Bunu edə bilməyəcəyini, hara göndərirsə oraya gedib döyüşməsi, orada kim varsa onu öldürməsi lazım olduğunu söylədilr ona. Bu Alberto haqqında da heç bir şey bilmirdilər.
"Baxın,"deyə israr etədi luyici, "sizə hekayəni deməyimi gərkli bilirəm. Çünkü bu adam gerçək bir saxtakar və ona qarşı döyüş açmaqla doğrusunu edirsiniz."
Ancaq o biriləri dinləmək istəmirdi.
Luyici sözdən anlamırdı: "üzr istirəm, sizin üçün bu ya da bu düşməni öldürməyim fərq etməyə bilər, ancaq Albertoyla ilgisi olmayan birini öldürsəm çox kədərlənərdim."
Başqalarının səbri daşdı. İçlərindən biri onunla uzun zaman danışdı və döyüşün nə olduğunu, necə istədiyin bəlli bir düşməni gedib öldürə bilməyəcəyini açıqladı.
Luyici çiynini atdı. "Əgər elə isə, "dedi, məni yox sayın."
"Varsan və də olacaqsan,"deyə qışqırdılar.
"İrəli marş, bir iki, bir iki! "Döyüşə göndərdilər Luyicini.
Luyici mutlu deyildi. Təsadufi adam öldürürdü, Albertoya ya da ailəsindən birinə bərabr gəlir deyə. Öldürdüyü hər düşmən üçün ona bir medal verdilər, ancaq Luyici yenə mutlu deyildi."Albertonu öldürə bilməsəm,"deyə düşündü, "bir çox insanı boş yerə öldürmüş olacağam." Özünü pis hiss etdi.
Bu sırada ona hələ bir-biri ardından medallar verirdilər, gümüş, qızıl, nə varsa...
Belə düşündü Luyici: "bu gün bir neçəsini öldürərəm, sabah bir neçəsini də öldürərəm, sonucda sayları azalar və bu saxtakarın sırası da əlbət gələr."
Ancaq Luyici Albertonu tapa bilmədən düşmən təslim oldu. Boş yerə o qədər insanı öldürdüyü üçün özünü pis hiss edirdi, indi barış elan edildiyi üçün də bütün medallarını bir çantaya doldurdu və düşəmən ölkə də gəzərək ölənlərin arvadlarına və uşaqlarına hamısını payladı.
Belə gəzərkən Albertoyla qarşılaşdı.
"Yaxşı,"dedi, "gec olsun da güc olmasın," və Albertonu öldürdü.
İndi o zaman Luyicini həbs etdilər, cinayət törətdiyinə görə məhkəməyə verdilər və asdılar. Məhkəmədə vicdanının səsini dinləmiş olduğunu dəfələrlə söylədisə də kimsə onu dinləmədi...
Комментариев нет:
Отправить комментарий