1930-cu illərdə Sovet Azərbaycanında minlərlə terror aktı, sabotaj var idi, hansı ki bir ucu İstanbula, Parisə gedib çıxırdı, digər ucu isə yerli hakimiyyət orqanlarına. Xarıcdən dəstəklənən təxribatçı qüvvələr yerli dövlət orqanlarına və digər qurumlara sızmışdılar. Bu sadəcə şübhə deyildi, istintaq materiallarıyla təsdiqlənən fakt idi. Bu fakt qarşısında qalan Sovet hökumətinin tam qanunauyğun hüququ idi ki, əks-inqilabi ünsürləri partiya və dövlət orqanlarından təmizləsin və təmizlədi də. 30-cu illərin sonlarında əks-inqilabın bütün məxvi strukturları çökdürüldü. Şəki iğtişaşlarını və digər təxribatları təşkil edən “Xalq Azadələri Firqəsi” xaricdən idarə olunurdu və onun Türkiyə qanadına Kazım Qarabəkir Paşa rəhbərlik edirdi. Hər halda həbs olunmuş quldurlar öz ifadələrində bunu vurğulamışdılar. Təbii ki Qarabəkir kimi Türkiyədə nüfuz sahibi olan birisinin Şəkidəki iğtişaşlarda əlinin olması faktı üzə çıxandan sonra heç şübhəsiz Türkiyəylə əlaqələri olan bəzi ziyalılar və yazıçılar da şübhəlilər siyahısına düşərək nəzarətə götürüldülər. Ələlxüsus da Hüseyn Cavid kimi öz dilində yazmağı ar bilərək osmanlı dilində “gəliyorum”, “gediyorum” yazanlar izlənməliydilər.
Bu gün bizim bir çox ədəbiyyatşünaslarımızın, filoloqlarımızın yazılarını oxusanız 37-ci ildəki represyalara haqq qazandırarsınız. Məsələn, hər kəs yaxşı bilir ki, Cəfər Cabbarlı əvvəl müsavatçı olsa da Sovet hakimiyyəti qurularkən inqilabın tərəfinə keçir, Azərbaycanda Sovet dramaturgiyasının əsasını qoyur, Yazıçılar İttifaqına rəhbərlik edir və öz əcəliylə vəfat edir. Müasir tədqiqatçılar dəridən-qabıqdan çıxaraq əsaslandırmağa çalışırlar ki, Cəfər Cabbarlı Sovet dövründə gizli müsavatçı olmuş, sətiraltı sözlərlə öz ideyalarını təbliğ etmişdir. Hətta iddia olunduğuna görə Sovet hakimiyyəti qurulduqdan sonra Müsavatın sonuncu iclası gizli şəraitdə C.Cabbarlının evində keçirilib. Çox yox, elə bu tədqiqat əsərlərindən birini 37-ci ildə müstəntiqlərin stolunun üstünə qoysaydınız, Cəfər Cabbarlı güllə qabağına gedərdi- çünki sözügedən yazıçıların gizli müsavatçı olması, əks-inqilabi fəaliyyətləri kommunistlərin uydurması yox, müasir ədəbiyyatşünasların bəzilərinin gəldiyi elmi nəticədir. Olsun ki Cabbarlı əcəliylə öldü, represiyaları görmədi, amma Cavid, Müşfiq bu prosesləri gördülər. Bu gün Cavidin, Müşfiqin, Cabbarlının “millətçi”, “türkçü”, “antikommunist”, “əksinqilabçı” olduğu barədə cild-cild kitab yazan alimlərin babaları elə bu qəbildən danosları yazıb müstəntiqlərin qabağına qoyurdular, üzlərinə dururdular, nəticə isə hər kəsə məlumdur. Məgər buna görə Sovet hökuməti günahkar idi?

Комментариев нет:
Отправить комментарий