20.02.2019

Liberal tarixşünasların əsərlərində belə bir iddia mövcuddur ki, guya Sovet hakimiyyəti mövcudluğunun ilk bir ilində Azərbaycanda 50 min insanı məhv etmişdir. Bu rəqəm uydurmadan başqa bir şey deyil və heç bir rəsmi mənbədə öz təsdiqini tapmır. Sadəcə olaraq Mirzəbala Məmmədzadə adlı bir nəfər müsavatçı avantürist 1920-ci illərdə Polşa diktatoru Pulsidskidən aldığı pulun qarşılığında antisovet propaqandası üçün nəzərdə tutulmuş nəşrlərdən birində, tamamən öz subyektiv fantaziyasına əsaslanaraq bu uydurma rəqəmi ortaya atmış, bu günkü tarixçilər də əslini araşdırmadan bu rəqəmi tutuquşu kimi təkrar etməkdədirlər. Əgər Mirzəbala Məmmədzadə “çaşıb” 5 milyon desəydi, bu tutuquşular ağına-bozuna baxmadan elə 5 milyon da təkrar edəcəkdilər! Amma müsavat-ingilis oyuncaq hökuməti zamanı 400 min əhalinin məhvi rəsmi statistik faktdır və istənilən şəxs Azərbaycan Dövlət Statistika Komitəsinin Demoqrafiya şöbəsinə müraciət etməklə bu rəsmi faktla tanış ola bilər.

Комментариев нет:

Отправить комментарий