Kolxoz və sovxozların torpaq fondu əsas etibarı ilə varlı mülkədar, qolçomaq mülklərindən edilən müsadirələr və yararsız torpaq sahələrinin münbitləşdirilərək əkin dövriyyəsinə qoşulması hesabına formalaşırdı. Varlı sinif isə Azərbaycan kənd əhalisinin 3-5%-indən artıq deyildi. Müsavatçıların davamçıları olan indiki demokratların bu 3-5%-i bütün xalqın, kəndin ifadəsi hesab etmələri olduqca mürtəce yanaşmadır. Əgər bu 3-5%-lik varlı təbəqə xalq idisə, Azərbaycan kəndi idisə, bəs Sovet hökumətindən milyonlarla hektar torpağı heç bir əvəz ödəmədən bəxşiş kimi alan milyonlarla kəndlilər kim idi? Belə çıxır ki, milyonlarla insanın nə xalqa, nə Azərbaycan kəndinə aidiyyatı yox imiş- xalq elə kəndlilərin qanını içən həmin Şahmalıyevlər, Zülqədərovlar, Qarabəyovlar və s. imiş ki onları da Sovet hakimiyyəti torpaq “hüququndan” məhrum edib. İndilərdə liberal boşboğazlar bu bir ovuc varlı təbəqənin, -hansı ki onların torpaq imperiyası bütün Azərbaycan kəndlilərinin torpaqsız qalması hesabına yaranmışdı,- vəkilliyini edıb buna “ümummilli”, “ümumxalq” işi donu geyindirəndə həmin liberalların təhsilinə (hansı ki indi təhsilin 70%-i pulludur, amma Sovet hökuməti hər kəsi pulsuz oxudurdu, təqaüd verirdi və s.) Sovet hakimiyyətinin xərclədiyi pullara adamın heyfi gəlir.
Комментариев нет:
Отправить комментарий