Məgər bu fakt deyilmi ki, faşistlər SSRİ-yə hücum edən kimi Rəsulzadə nasistlərin xidmətində durdu və “milli” legionların yaradılması üçün faşistlərdən böyük məbləğdə pullar aldı. Sual olunur, Rəsulzadənin fəaliyyəti 1941-45-ci illərdə nə üçün xariclə məhdudlaşdı? 1920-30-cu illərdə Azərbaycan daxilində iğtişaşlar təşkil edib qarşılığında xüsusi xidmət orqanlarından qrant alan bu şəxs nə üçün eyni fəaliyyəti 1941-45-ci illərdə göstərə bilmədi? Cavab aydındır, çünki 1930-cu illər represiyaları zamanı bütün əksinqilabi təşkilatlar, qurumlar və bu iş üçün istifadə olunan kadrlar sıradan çıxarılmışdı. Ona görə də Rəsulzadənin Azərbaycan daxilində əməkdaşlıq edəcəyi heç bir təşkilatlanma mövcud deyildi. Onların istifadə edəcəyi “xammal” ancaq əsr düşmüş azərbaycanlılar ola bilərdi ki, bu səbəbdən də Böyük Vətən müharibəsində Rəsulzadənin fəaliyyəti ancaq xaricdə legionlar təşkil etməklə məhdudlaşdı. Onların Bakı mədənlərində partlayışlar törətmək üçün hazırladıqları diversant qruplar isə daxıldə istinad nöqtəsi tapa bilməyərək tezliklə SMERŞ (KQB-nin “Cəsuslara ölüm!” təşkilatı) tərəfindən ovlandılar.
Комментариев нет:
Отправить комментарий