19.02.2019

Qızıl pul hesabıyla Müsavat hökumətinin yoxsul kəndlilərdən varlı bəylərin xeyrinə müsadirə edib topladığı cərimə milyonlarla manat təşkil edirdi. Bu hələ cərimələr idi- vergi ayrıca bir bəla idi. Vergilərdən, toypulundan, bayrampulundan, darğa pulundan, pristav pulundan, dinməverdən, bilməverdən danışmalı olsaq, onda müsavatin mənəvi varisləri olan indiki demokratların danışmağa gərək dili olmaya! Müsavat vaxtı kəndli evlənib arvadıyla yatağa girmək üçün ağasına toypulu verməliydi. Yox əgər ağa evlənirdisə, -hansı ki onlar da 4-5 dəfə evlənirdilər-, toyun bütün xərci kəndlilərin üzərinə qoyulurdu. Özü də toy ağa toyu ola! Təkcə ağayla kifayətlənsən nə var ki; ağanın övladları oldu- “sovqat”, “bəxşiş” aparılmalısan. Ağa da bir deyil, beş deyil- müsavatın “dövlət” qulluqçusu olan hər bir məmuru, pristavından, kəndxudasından, müstəntiqindən hakiminə, qubernatoruna kimi hamısı ağaydı-, hamısının xərci, təminatı kasıb kəndlinin, yoxsul əhalinin boynundaydı.

Комментариев нет:

Отправить комментарий