19.02.2019


Planetimizdə minlərlə xalq yaşayır. Əgər siz onların ədəbiyyatını, folklorunu təhlil etsəniz görərsiniz ki, xalqlar nə qədər çox rəngarəng olsalar da onların qəhrəmanlıq kriteriyaları ortaq və oxşar dəyərlərə əsaslanır. Yəni müxtəlif xalqlara məxsus olan qəhrəmanlar bir-birilərinə çox oxşayırlar. Bu oxşarlıq da ondan irəli gəlir ki, bütün xalqlarda qəhrəman el-oba, camaat, bir sözlə, xalq mənafeyi üçün çalışıb-vuruşanlardır. Yəni öz şəxsi mənafeyini ictimai mənafeyə qurban verənlərdi... Abbasqulu bəy Şadlınski mülkədar idi, amma öz torpağını, mülkünü könüllü şəkildə kolxoza bağışladı və bununla da öz şəxsi, fərdi mənafeyini xalqın, el-obanın, ictimaiyyətin mənafeyinə qurban verdi. Ona görə də belə şəxslər dünya durduqca həmişə qəhrəman kimi xatırlanacaqlar. Çopur Məmməd də mülkədar idi. “Mənə qismət olmadısa, başqalarına da qismət olmasın” deyib kolxozun mal-qarasını, ot tayalarını yandırtdırır, respublika iqtisadiyyatına küllü miqdarda zərər vururdu- belə çopur məmmədlər isə yüzlərlə yox, minlərləydi. Təkcə 1928-ci ildə qolçomaqlar irili-xırdalı 400-ə qədər terror aktı həyata keçirmişdılər. Bura muzdurların diri-diri yandırılmasından, kommunistlərin, Sovet fəallarının qətlinə, həmçinin kolxozun əmlakının dağıdılmasına, traktorların, mal-qaranın yandırılmasına qədər yüzlərlə cinayət aktı daxildir. Belə ki sözügedən ildə Azərbaycanın təkcə 6 qəzasında 50-yə qədər muzdur xüsusi amansızlıqla qolçomaqlar tərəfindən qətlə yetirilmiş, yüzlərlə muzdura isə ağır işgəncələr verilmişdi. “Bakinski raboçi” qəzetinin 1928-ci il 24 dekabr (№311) nömrəsində yazılır ki, Göyçay qəzasının bir neçə fəal muzduru, yəni kolxoz quruculuğunun fəal iştirakçısı olan kəndlilər diri-diri odda yandırılmışdılar. Yenə həmin mənbənin 15 oktyabr nömrəsi isə xəbər verirdi ki, Göyçay qəzasının Alpaut kəndində qolçomaq bir nəfər muzduru üzərinə od töküb yandıraraq öldürmüşdü... Bəlkə bəzilərinin düyagörüşünə görə mal, mülk insan həyatından daha dəyərlidir və bu qəddar qətllərə, onların qatillərinə bəraət qazandırmağa çalışacaqlar, amma mənim düyagörüşümə görə heç bir mülk, əmlak insan həyatından qiymətli ola bilməz və heç bir mülkün qarşılığı insan həyatı oa bilməz. Bayaq vurğuladığımız xüsusi amansızlıqla törədilmiş qolçomaq cinayətləri Leninin belə bir sözünü təsdiqləməkdədir ki, “qolçomaqlar... ən yırtıcı, ən kobud, ən vəhşi istismarçılardır”.

Комментариев нет:

Отправить комментарий