19.02.2019

Şəki üsyanının kiçik bir qolçomaq təbəqəsinin mənafe və marağından doğan bir şey olduğu o qədər apaçıq tarixi faktdır ki, hətta Həbibulla Manaflı özü belə bu faktı etiraf etmək məcburiyyətində qalır. O, etiraf edərək yazır: “1930-cu ilin ilk aylarnda üsyana hazırlıq prosesinin genişlənməsinə və intensiv xarakter almasına təkan verən başlıca amil yanvar ayının 5-də ÜİK(b)P MK tərəfindən qəbul edilən qərar olmuşdur. Həmin qərara görə 1932-ci ilin yayına kimi kütləvi kollektivləşmə həyata keçirilməli və bu zəmində qolçomaqlar bir sinif kimi ləğv edilməli idi...” (H.Manaflının sözügedən kitabından). Deməli “xalq” üsyanı kimi qələmə verilməyə çalışılan silahlı qəsd ancaq və ancaq məhdud bir təbəqənin,- hansı ki qolmaqlar ailələriylə birlikdə o vaxt Respublika əhalisinin cəmi 1%-ə qədərini təşkil edirdilər, ölkə əhalisinin ən azı 90-95%-nin mənafeyinə qarşı silahlı qiyamıydı. İndi siz necə iddia edə bilərsiniz ki, Şəki hadisələri “xalq” üsyanıydı?

Комментариев нет:

Отправить комментарий