19.02.2019

Nə yazıqlar olsun ki, "Şəki üsyanı" kitabının müəllifi Həbibulla Manaflı öz qəhrəmanlarını ən kobud, ən vəhşi, ən yırtıcı istismarçıların içində axtarır. Onun “qəhrəmanlarının” cərgəsində adlarını çəkdiyi Xudu Abdullaoğlu (Zəyzid) və Cəfər Mirzəoğlunun (Bideyiz) quldur dəstələri kolxozçulara, kənd fəallarına və kommunistlərə qarşı 50 terror aktı həyata keçirmişlər. Manaflı bu quldurların terror əməllərinə bəraət qazandırmaq üçün öldürülən Dövlət Siyasi idarəsinin rayon müvəkkili Aqacanovun (ermənidir) adını çəkməklə işini bitmiş hesab edir. Ümumiyyətlə son vaxtlar cəmiyyətdə hökm sürən “süni” anti-erməni əhval-ruhiyyəsi bu girdirmə tarixçilərin işinə əməlli-başlı yarayıb. Onların məntiqinə görə quldur Xudu bir nəfər erməni öldürübsə deməli öldürdükləri onlarla günahsız kolxozçunun, muzdurun qanını onlara bağışlamaq olar. O bir nəfər erməninin adını çəkməklə quldurların kəndlilərin evini yandırması, kolxozun mal-qarasını kütləvi şəkildə məhv etməsi faktlarını ört-basdır etməyə çalışır- oxucuda elə rəy yaratmağa çalışır ki, quldurlar sanki ermənilərə qarşı mübarizə edirlərmış. Yox, cənab Manaflı, sizin “qəhrəmanlarınızın” əli yüzlərlə azərbaycanlının qanına batmışdı- onları “milli qəhrəman” edə bilməyəcəksiniz. Həm də sizin “milli” quldurlarınız yüzlərlə azərbaycanlının qanını axıtmaqda elə ermənilərlə də az əməkdaşlıq etməmişdilər. Məsələn, M.Ə.Rəsulzadə 1927-ci ildə Parisdə təsis olunmuş “Qafqaz Konfederasiyasının istiqlaliyyəti komitəsə”ndə daşnaklarla birgə Qafqazda törədiləcək terror aktlarına rəvac və fitva vermirdimi, yoxsa Çopur Məmməd və Tiqran Arutyunov onların təlimatlandıraraq terror törətmək üçün Qafqaza göndərdikləri diversantlar deyildilərmi?. O Tiqran Arutyunov ki kolxoz fəallarına, kəndlilərə qarşı qəsd təşkil edir, kolxozlardakı xalq əmlakını dağıdıb məhv edirdi. Azərbaycan xalqının ləyaqətli oğullarını Rəsulzadələr, Topçubaşovlar quldur qolçomaq Tiqran Arutyunovların əliylə məhv edir, iqtisadiyyatını xaraba qoyurdular.

Комментариев нет:

Отправить комментарий