19.02.2019

Yusif Vəzir Çəmənzəminli M.Ə.Rəsulzadənin, Topçubaşovun yaxın silahdaşı olmuş, Müsavat hökuməti devrildikdən sonra belə illərlə Müsavatın Türkiyədəki səfiri vəzifəsini ifadə etmiş, onların xalqın qanı ilə alver edib xaricdə lüks içində yaşadıqlarını gördükdən sonra Müsavat firqəsinə tüpürərək Sovetlər ölkəsinə qayıtmışdır. Sabiq müsavatçı Çəmənzəminli yazırdı:

“Yəqin ki Azərbaycanda xaricdəkilərin “milli məfkurə” deyə bağırdıqlarına inanan sadəlöhv adamlar var. Əmin olsunlar ki, aldanıblar... Topçubaşovlardan, Xəlil bəy Xasməmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə xeyir gəlməz... Əgər “milli məfkurə” bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə... Mənən ölən qüvvə maddiyat hesabına dirilə bilməz. Buna görə də onlar millətin qanı və namusu bahasına da olsa, xarici istiqrazlar qazanaraq şərəfsiz həyatlarının təminatına çalışırlar”.

(Y. V. Çəmənzəminli, əsərləri, 3-cü cild, Bakı, 1977)

Комментариев нет:

Отправить комментарий