20.02.2019

Müsavat vaxtı kəndlilərin torpağının bəylər tərəfindən ələ keçirilməsini əks etdirən bir sənədə nəzər yetirək. 1919-cu il mayın 14-də Öysüzlü kənd icması Müsavat Parlamentinə ünvanladıqları şikayət ərizəsində yazırlar:

“Qubernator və qəza rəisi açıqcasına bəylərin tərəfini saxlayır... Bəylər üçün qəsdən saxta sənədlər düzəldirlər. Biz keçmiş illərdəki kimi yerləri sürməliyik, bizim qabağımızı heç bir hökumət, heç bir maneə saxlaya bilməz. Bir damla qanımız qalıncaya qədər vuruşacağıq”.

“BİZ KEÇMİŞ İLLƏRDƏKİ KİMİ YERLƏRİ SÜRMƏLİYİK”- bəli, bu o yerlər idi ki, yüz illərdi kənd icmasının mülkiyyəti idi, amma cəmi bir neçə ayda peyda olmuş müsavat qubernatoru saxta sənədlə icmanın torpağını alıb bəylərə verirdi. Kəndlilər silaha sarılıb icmanın torpağını müdafiəyə qalxanda isə Müsavat rejimi onlara “bolşevik”, “qiyamçı” yarlığı yapışdırır, kəndləri top və pulemyot atəşləriylə məhv edirdi. Belə aqibətlə Qazax qəzasının Yuxarı Salahlı və Aşağı Əskipara kənd icması da qarşılaşdı. Gəncə qubernatoru Vəkilov daxili işlər nazirinə yazırdı:

“Bu gün hərbi nazirlik Yuxarı Salahlı və Aşağı Əskipara kəndləri üzərinə top və pulemyotlarla qoşun hissəsi yeritsin” (MAİ, Fond 894. S2, iş 39, vər.96).

Müsavat dövrü arxivlərində bu qəbildən yüzlərlə sənəd var- onların hər bir sətrində dağıdılıb məhv edilmiş yüzlərlə kəndin, öldürülmüş on minlərlə kəndlinin, torpaq arzusu qanla sulanmış, torpaq hüququ top-tüfənglə dəfn olunmuş kəndlinin faciəsi var.

Комментариев нет:

Отправить комментарий