Azərbaycan kəndliləri yalnız Sovet hökuməti qurulandan sonra ev və torpaq sahibi oldular. Təkcə 1920-23-cü illərdə Sovet hökuməti Azərbaycan kəndlisinə 3 milyon hektar torpaq payladı. Sovet vaxtı kolxoz və sovxozların balansında olan torpaq fondu isə cəmi 1,5 milyon hektar idi ki, bu torpağın da demək olar yarıya qədəri varlı qolçomaqlardan müsadirə edilmiş və sonralar Mil-Muğan və s. səhraların şoran torpağının münbitləşdirilərək əkin dövriyyəsinə qoşulması hesabına formalaşmışdı. Bu o deməkdir ki, kolxoz və sovxozların torpaq fonduna kəndlilərin (qolçomaqlar xaric) ən çoxu bir neçə yüz min hektar torpağı daxil edilmişdi ki, bu da 20-ci illərdə Sovet hökumətinin torpaqsız və aztorpaqlı kəndlilərə paylamış olduğu 3 milyon hektardan çox torpaq fondunun cüzi hissəsini təşkil edir. Başqa sözlə, kəndlidən 10-15% torpaq alınıb kolxoza qatıldısa da, 85-90% torpaq fondu yenə də kəndli ailələrinin şəxsi istifadəsində qaldı. Kolxoza verildi dediyimiz bu cüzi faiz torpaqlar isə sonralar tədricən əhalinin şəxsi istifadəsinə qayıtdı, çünki kolxoz və sovxozlarda işləyən və təzə ailə quran hər bir gəncə kolxoz və sovxozların torpaq fondundan hektarın 1/4-i qədər torpaq payı verilirdi (ev tikmək və həyətyanı şəxsi təsərrüfat üçün). Əgər nəzərə alsaq ki, 1920-ci ildən 1991-ci ilə kimi Azərbaycanda kənd əhalısının sayı 1,5 milyondan 4 milyona çatmışdı, onda görərsiniz ki yüz minlərlə, milyonlarla gənc kəndli ailələri qurulmuş, bunun da hər birinin şəxsi istifadəsinə kolxoz və sovxozların torpaq fondundan hektarın 1/4-i qədər torpaq payı verilmişdir- bu da yüz min hektarlarla torpağın kolxoz və sovxozların dövriyyəsindən çıxarılaraq kəndli həyətlərinə verilməsi demək idi.
Müasir azərbaycanlıların yaşadığı şəxsi evlər məhz Rusların qurduğu Sovet hökuməti sayəsində onlara nəsib olmuşdur.
Müasir azərbaycanlıların yaşadığı şəxsi evlər məhz Rusların qurduğu Sovet hökuməti sayəsində onlara nəsib olmuşdur.
Комментариев нет:
Отправить комментарий