Rahib Hətəmov
Sosialist inqilabı nəticəsində ilk iş Azərbaycanda savadsızlığın ləğv edilməsi oldu. Sovet qurulduğu ilk on illikdə savadsızlıq 2 faizə endi. Qonşu dövlətlər Türkiyə və İranda hələ indi də xalqın çoxu savadsızlıqdan əziyyət çəkir. Sovet Sosialist Respublikasının banisi Leninin şüarı "Oxumaq, oxumaq yenə də oxumaq" idi. Bu siyasət nəticəsində Azərbaycanda çoxlu sayda professorlar, akademiklər, ali ixtisaslı həkimlər, müəllimlər, fəlsəfə elmləri doktorları yetişdi.
Sovet dönəmi demək olar ki, hər kəs oxumuşdu. Əldə qələm tutmayana nadir hallarda rast gəlinirdi. Sovet dönəmində ləhcə ilə danışanlar, biəxlaq ifadələr işlədənlər, reytinq xatirinə 18+ hərəkətlər edənlər, yarıçılpaq geyimlərlə gündəmə gələnlər, cinsi oriyentasiyası naməlum olanlar efirə çıxa bilməzdilər. Ən azı senzura var idi. Bədii Şuranın senzurası.
Sovet dönəmi İmadəddin Nəsimi göylərə qaldırıldı. Onun əzəmətinə möhtəşəmlik verildi. İndi isə ortaya düşmüş künc-bucaq şairləri Nəsimidən başlanan poeziya stilini yerə vurmaqdadırlar. Nə senzura var, nə də bədii şura.
Sovet dönəmində xalqın musiqi zövqü klassik musiqilərlə formalaşırdı. Rəşid Behbudov, Bülbül, Oqtay Ağayev, Yalçın Rzayev, Hüseynağa Hadıyev kimi klassik musiqi sənətkarları xalqın mədəni dirçəlişinə xidmət edirdilər. Müstəqillik illərində isə cinsi orientasiya naməlum olan "kişicik" müğənniləri mavi ekranı bəzəyinə çevrildilər.
Sovet dönəmində qadın və kişi müğənniləri televiziyada geyimi, danışığı, hərəkəti ilə xalqa örnək olurdu. İndi isə şit, bayağı hərəkətlərlə gündəmi zəbt ediblər.
Sovet vaxtında müğənnilərin özəl həyatı var idi və bu hamıdan gizli idi. İndi maqazin proqramlarinda kim kimlə sevgilidir, kim kimlə hansı bardan çıxdı, kim kimə maşın alıb kimi xəbərlər gündəmi götürüb.
15 il bundan qabaq cinsi orientasiyası bəlli olmayanlar şəhərdə cəmiyyətin təpkisindən nəinki yan-yana, heç tək gəzə bilmirdilər. Tək gəzsələr də hamı yatandan sonra, göz gözü seçməyəndə gəzərdilər. Son 15 ildi cinsi azlıqlar sərbəst şəkildə əl-ələ verib gəzirlər. Ekranlarda homoseksuallara geniş yer verilir. Onlar ekspert kimi ailədaxili mövzulara rəy bildirirlər.
Sovet dönəmində azərbaycanlılar putovka götürüb Rusiyanın, Ukraynanın, Belarusiyanın sanatoriyalarına gedirdilər. İndi ərəb turistləri Azərbaycana həmin seksual istirahət üçün gəlirlər. Büdcəmizə pul ərəblərin Azərbaycan qadınlarına olan həvəsindən dolur.
İndi moddadır, bəzi türk irqçiləri Soveti ağına-bozuna baxmadan təhqir edirlər. Səbəb kimi niyə bizim Türk adımızı ləğv etdi və s. Halbuki Sovet rejiminin 1937-ci ildə Türk milləti yerinə Azərbaycan milləti yaratması ən çox Azərbaycan türklərinin xeyrinə olmuşdur. 1920-ci ildə Qızil Ordu Azərbaycanı girəndə Azərbaycan türklərinin sayı respublika əhalisinin 60 faizini təşkil edirdi. Stalinin məlum Azərbaycan millətinin formalaşmasi qərarından sonra vəziyyət məhz türklərin xeyrinə dəyişdi. Hal-hazırda Azərbaycan Respublikasında türklərin sayı 91 faizə çatıb (hər halda rəsmi göstərici belədir). Abşeronda, Xızı-Siyəzən-Şabran bölgəsində, Qubada, Şamaxıda, İsmayıllıda çox sayda tat da bu millətin tərkibinə daxil oldu. Eyni zamanda Talış bölgəsində talış vətəndaşlarımız türk qardaşlarıyla Azərbaycan xalqının formalaşmasına töhvə veriblər. Onlar hətta türksoylulardan da çox bu millətin elminə, mədəniyyətinə, incəsənətinə töhvələr veriblər.
Sovet dönəminin bir üstünlüyü də o idi ki, indiki Azərbaycan dili yaradıldi. 1937-ci ilə qədər şairlərin ćoxu Hüseyn Cavid, Məhəmməd Hadi, Mikayil Müşfiq, Almas İldirim, hətta Səməd Vurğun ədəbi dil kimi Osmanlı ləhcəsini işlədirdi. Bunu da sadə kəndli, fəhlə anlamırdı. Xalqla ədəbiyyat xadimləri arasında uçurum yaranmışdı. Stalinin məlum Azərbaycan xalqının formalaşması haqda bəyanatından sonra bütün şairlər xalqın anlayacağı sadə, indi danışdığımız Azərbaycan dilində yazmağa başladılar. Dilimizin intibah dövrü başladı. Bir-birinin ardınca Səməd Vurğun, Rəsul Rza, Hüseyn Arif, Osman Sarıvəlli, Süleyman Rüstəm, Mirvarid Dilbazi kimi şairlər bu dilin gözəlliyindən, axıcılığından, poetikasından istifadə edib dəyərli əsərlər yaratdılar. Səməd Vurğun bu dildə "Aygün" poeması yaratdi. Stalinin həmin qərarı xalqımız üçün böyük töhfə oldu.
Sovet dönəmi milli kinomuz da intibah və inkişaf mərhələsini yaşadı. Bir-birinin ardınca tarixi filmlər "Fətəli xan", "Nəsimi", "Dədə Qorqud", "Babək", "Evləri köndələn yar", "Nizami Gəncəvi" kimi rəngarəng ekran əsərləri çəkildi. Onu da qeyd edək ki, Sovet dövrü xalqın əxlaqi hissləri nəzərə alınaraq, heç bir filmdə intin səhnəyə yer verilmirdi. Hətta müstəqillik vaxtı Anarın "Zaur və Təhminə" əsərində Təhminə roluna aktrisa tapılmadığından rejissor Türkiyədən aktrisa dəvət etməyə məcbur qalmışdı. Sovet incəsənət və mədəniyyətini keçən heç bir aktrisa faişə rolunu canlandırmağı qəbul etmirdi. Açıq-saçıq səhnələrin filmlərdə yer alması yalnız "şanlı" müstəqillik dönəmində mümkün oldu.
Sovet töhfələri barədə amma sizi bezdirməyim və burda yekunlaşdırım. Sözüm budur ki, heç nəyə birtərəfli baxmayaq, əziz xalqım.

Комментариев нет:
Отправить комментарий