"Aparılan əməliyyat-axtarış tədbirləri göstərir ki, cinayətkarların bir hissəsi saxlanılıb. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək... Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək". Bu sözləri ölkə başçısı İlham Əliyev Gəncə olayları ilə bağlı çıxışında söyləyib. Gəlin görək heç bir tutarlı əsas, dəlil olmadan saxlanan adamların bir vətəndaş olaraq hansı hüquqları qorunub?
Aşağıda tanış olacağınız işgəncə faktları sizi dünyanın ən qədim dövrünə quldarlıq qurluşunun hökm sürdüyü zamana aparıb çıxaracaq. Çünki müstəqil və demokratiya prinsipləri üzərində qurulan bir ölkənin vətəndaşına hər hansı işgəncənin verilməsi ağlasığan deyil.
2018-ci il iyulun 10-da Gəncədə baş verən aksiya ilə bağlı 200-ə yaxın insan həbs edilib. Onlardan bəziləri 30 sutka inzibati cəza ilə cəzalandırılıb. Lakin adının çəkilməsini istəməyən bu adamlar hətta 30 sutka ərzində hər gün dəhşətli işgəncələrə məruz qaldıqlarını bildirir. Onlar təqdim edilən ifadəyə imza atmaları üçün döyülüblər. İfadəyə imza atdıqdan sonra isə 30 sutkalıq cəzalarını çəkiblər.
Amma 56 nəfərə yaxın şəxs hazırda məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsində bu olayla bağlı həbs edilən 3 qrupun məhkəmə prosesi keçirilir. Digərlərinin işinə isə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.
3 qrupdan birində Mingəçevir sakini Elvin Nəzərov da var. Elvin Nəzərov Kəpəz Rayon Polis İdarəsində saxlanan dostuna yemək vermək üçün evdən çıxıb. Onun saxlanılması barədə ailəsinə xəbər verilməyib, hətta telefonu da əlindən alınıb.
Elvin Nəzərovun yaxınlarının vetenugrunda.az-a verdiyi xəbərə görə, ona ağlasığmaz işgəncələr verilib.
İyulun 11-də Kəpəz Polis İdarəsində saxlanan və dövlət qurumlarında günlərlə ağlasığmaz işgəncələrə məruz qalan gənc başına gələnləri belə xatırlayır: "Məni şöbəyə gətirdikləri andan döyməyə başladılar. İlk dəfə döyməyə başlayanda qollarımı qandalladılar, gözümə də qara dəsmal bağladılar ki, döyənlərin üzünü görməyim. Ağzımı skoçla bağlamaq istəyəndə dedim ki, burnumdan nəfəs ala bilmirəm, ancaq ağzımdan nəfəs alıram. Əgər ağzımı da bağlasanız boğulub öləcəm. Mən qışqırmayacam, səsimi çıxarmayacam, dözəcəm ağzımı bağlamayın. Birinci gün qollarımı qandallayıb, ayaqlarımın altına dubinka ilə var gücləri ilə döydülər. Böyrəklərim və ciyərlərim dağılsın deyə, dubinkanı o qədər möhkəm vururdular ki, huşumu itirdim. Sonrakı günlərdə də hər gün səhərdən-axşama qədər məni döyürdülər. Huşumu itirəndə su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər. Bir gün məni rütbəli birinin otağına apardılar. O, özünü təqdim etmədi və kobudluqla soruşdu ki, sənin uşağın var? Məndə dedim ki, bəli, var. Mənə "sən nəsən ki, sənin uşağın da nə olsun" deyəndə ona layiq olduğu cavabı verdim. O çox qəzəbləndi, yanındakılara "aparın bunu, ölüncə döyün, o kimdi axı mənə cavab qaytarmağa cəsarət edir" dedi. Bu olaydan sonra məni daha dəhşətli döyürdülər. Yorulanda isə pol ağacının sapı ilə döyürdülər. Hər yerimə vururudlar. Bütün bədənim qanın içində və gömgöy idi. Bir dəfə iri əlləri olan adamdöyənlər qulağımın pərdəsini partlatmaq üçün var qüvvələri ilə başıma və qulağıma zərbələr endirirdilər. Ağzım burnum qanla dolmuşdu. Qulağımın pərdəsinin hələ də partlamadığını görəndə iri kitabları götürüb başıma və qulaqlarıma yenidən zərbələr endirdilər. Mən huşumu itirdim, su töküb ayıltdılar və yenidən döyməyə başladılar. Bu zaman adamdöyənlərdən bir nəfər dedi k, mən daha yaxşı "metod" bilirəm. Bu "metodla" döysək, o huşunu itirəcək, biz də belə yorulub əldən düşməyəcəyik. Beləliklə, boğazımın altındakı, sinə sümüyünün yuxarı hissəsindəki yerlərə vurmağa başladılar. Bu çox dəhşətli ağrı verirdi və mən bayılırdım. Sonra qollarımı arxadan qandallayıb çox iriçəkili bir nəfəri belimin üstündə oturdub məni dəhşətli şəkildə döyməyə başladılar. Alışqanı yandırıb belimə tuturdular və saxlayırdılar. Belim yandıca ağrının şiddətindən bayılırdım. O qədər döydülər ki, bütün bədənim göyərmişdi, mən qan içində idim, ağrıdan ayaqüstə dayana bilmirdim, oturmağa da qoymurdular. Kimsə dedi ki, bu adamı niyə ayaq üstə saxlamısız, qoyun otursun. Oturmaq istəyəndə otura bilmədim. Ayaqlarımın altına dubinka ilə o qədər döymüşdülər ki, ayağımı yerə basa və ayaqqabı da geyinə bilmirdim. Hər gün səhərdən-axşama qədər dayanmadan döyürdülər. Başımı iki nəfər möhkəm tuturdu, başımı tərpədə bilmirdim, digərləri üzümün tüklərini bir-bir dartıb çıxarırdı. Məni yerə uzadıb 5-6 nəfər başıma təpiklə döyürdülər. 7 ay keçməsinə baxmayaraq hələ də üzümdə o təpikləmənin izi qalıb. Bir dəfə xahş etdm ki qollarımı açın namazımı qılım, icazə vermədilər".
Elvin Nəzərova işgəncə verənlər ondan etmədiyi əməlləri haqqında ifadə verməsini tələb ediblər.
Ona Nizami polis İdarəsində və Kəpəz Polis İdarəsində işgəncə verilib. 11 iyulda həbs edilən Elvin Nəzərova 9 gün ağlasığmaz işgəncə verilib. Elvin deyir ki, bu 9 günü məhkəmə işinə əlavə etmiyiblər.
İyulun 20-də haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib və Gəncəyə göndərilib. İki gündən sonra isə Gəncədən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına göndərilib.
Qeyd edək ki, Gəncə olayları ilə bağlı həbs edilənlərin bir qisminin məhkəməsi Sabunçu məhkəməsində keçirilir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə aşağıdakı 6 nəfərlik qrupun işinə baxılır:
1.Allahverdiyev Elvin Nəriman oğlu.
2.Nəzərov Elvin Novruz oğlu.
3.Məmmədov Renat Miri oğlu.
4.Xudiyev Vüqar Mənsur oğlu.
5. Rüstəmov Elman İlham oğlu.
6.Heydərli Nemət Hikmət oğlu.
Yuxarıda adları çəkilən məhkumların hamısı eyni maddə ilə (220.1 - vətənə xəyanət) ittiham edilir. Lakin Rüstəmov Elman İlham oğlu və Heydərli Nemət Hikmət oğlu eyni zamanda polisə müqavimətdə (315.2) təqsirləndirlir.
Ən dəhşətlisi odur ki, məhkumların vəkil tutmaq imkanları olmadığından dövlət tərəfindən təyin edilən vəkillərin ümidinə qalıb. Bu vəkillər isə özlərini toydakı tamada kimi aparır, bəziləri hətta hakimə “sizə qurban olum” deyə müraciət edərək, hakimin çıxardığı bütün qərarları həmin anda qəbul edəcək qədər aciz durumdadırlar.
Onu da qeyd edək ki, məhkumların məhkəmə zalında qolları qandallı oturmasına onların vəkillərindən heç biri etiraz etmiyib. Əməkdaşımızın vəkilə bu barədə verdiyi suala isə o məhkumun müdafiəçisi kimi deyil, ittihamçısı kimi cavab verib: "Onların qandalları açılsa bir xəta eləsələr buna kim cavabdeh olacaq?"
Məhkumların yerləşdiyi salonda səs zəif olduğundan onlar verdikləri vəsatətlərin qəbul edilməməsinə də razılıqla başlarını yelləyirlər. Çünki onlara nə deyildiyini dəqiq eşidə bilmirlər. /vetenugrunda.az/

Комментариев нет:
Отправить комментарий