Kolxozun dəyərini onu itirdikdən sonra anlamışıq. Ölkə iqtisadiyyatına 20 ildə sovxoz və kolxozların dağılmasından 100-150 milyard dollar zərər dəyəndən sonra başa düşmüşük ki, kənd yerində böyük təsərrüfatın varlığı nə demək imiş. Bu gün fərdi kəndli təsərrüfatı ölkəsi olan Azərbaycan Sovet Azərbaycanının 50-60 il əvvəlki göstəricilərinə çata bilməmişdir; pambıqçılıq, çayçılıq, ipəkçilik, üzümçülük kimi ənənəvi sahələr tamamilə məhv edilmiş vəziyyətdədir. 1931-ci ildə Sovet hökuməti Şəkidə ipək kombinatı tikib istifadəyə verdi. Bu kombinat öz təyinatına görə İttifaqda ikinciydi və 6 min Şəki sakininə daimi iş yeri təmin edirdi- hansı ki bu gün tamamilə fəaliyyətini dayandırıb. 15-20 il əvvəl fərdi kəndli təsərrüfatını tərifləyib göylərə qaldıranlar və tələm-tələsik sovxoz və kolxozları dağıdıb özəlləşdirənlər indi bu gün əksinə, fərdi kəndli təsərrüfatının, xüsusilə də kiçik kəndli pay torpaqlarının özünü doğrultmadığını, kənd təsərrüfatını dirçəltmək üçün böyük kollektiv təsərrüfatların yaradılması zərurətini hökumət səviyyəsində etiraf etməkdədirlər. Səbəb odur ki, fərdi kəndli təsərrüfatları texnika, traktor, kombayn almaq, təsərrüfatda son texnologiyaları tətbiq edəcək qədər vəsaitə sahib olmadıqlarından pay torpaqları kustar üsullarla, primitiv metodlarla becərilir, növbəli əkin sistemi tətbiq olunmur, nəticədə torpaq gücdən düşür, şoran basır, məhsuldarlıq azalır. Fərdi kəndli təsərrüfatları bu problemləri həll etməyə qadir deyil. Məsələn, bu gün suvarılan əkin sahələrinin yarıdan çoxunda şoranlaşma gedir. 1 hektar torpağın yuyulması, şorandan təmizlənməsi üçün ən azı 5-10 min manat vəsait lazlmdır və bu iş bir neçə ildən bir təkrar olunmalıdır. Kəndli şikayətlənir ki, o fərdi təsərrüfatından bu qədər pul qazana bilmir və bu layihələri öz imkanına edə bilməz. Deməli ən elementar problemlərin həlli qarşısında fərdi təsərrüfat acizdir. Eyni proses 20-30-cu illərdə yaşandığından Sovet hökuməti çox duzgün olaraq iri kollektiv təsərrüfatlar yaradırdı. Bu gün isə mövcud rejim problemlərdən çıxış yolunu iri fermer təsərrüfatların yaradılmasında görür, hansı ki bu tədricən torpaqların beş-on nəfər varlı fermerin əlində təmərküzləşməsi deməkdir və sosial baxımdan olduqca ədalətsiz yoldur. Bu kəndlilərin tədricən pay torpaqlarından məhrum ediləcəkləri deməkdir.
Комментариев нет:
Отправить комментарий