Xalqların qardaşlığı nəyə əsasən götürülməlidir sualı, bir az düşündürücüdür. Əslində dünyada yaşayan bütün xalqlar qardaşdırlar. Lakin biz bəzi xalqları nədənsə özümüzə daha yaxın bilirik. Onlardan biri çeçenlərdir.
Bir neçə gün əvvəl Moskvada məişət zəminində baş verən hadisəni az qala xalqlararası ədavətə çevirdilər. Əslində 14 fevral Moskvada heç nə olmamışdı. Gördüyünüz videolar, səsli mesajlar uydurma dezinformasiya idi. Şəkillərdə öldürülənlər bir neçə il əvvəl öldürülmüş adamlar idi. Sadəcə internet üzərində qızışan bu davanı hətta Rusiya dövləti nəzarətə götürdü, evlərə zəng edərək azərbaycanlıların ehtiyatlı olması tövsiyə olundu.
Bir-iki gün keçəndən sonra bu panika sona çatdı. Bu hadisədən qazanan kimlər oldu?
Bir neçə xaricdə yaşayan "vahhabi" çeçen, starıy Mansur və başqaları. Bu hadisədən istifadə edib öz olmayan varlıqlarını göstərməyə çalışdılar.
İslam ölkələrində və Avropada yerləşən, Rusiyada terror aktları təşkil edən Mansuz kimi vahhabilər bütün bəşərin, o cümlədən çeçenlərin də düşmənləridir.
Ancaq təəssüf doğuran odur ki Laçın Məmişov kimi "ağıllı"larımız Rusiyada məktəbləri, xəstəxanaları, metroları partladan Dudayev tör-töküntülərini özünə "ağsaqqal" bilir.
Çeçenlərin içində təbii ki yaxşı insanlar da var. Ancaq terroru dəstəkləyən vahhabi çeçenlərdən nəinki bizə, heç özlərinə qardaş olmayıb, olmayacaq da!
Laçın Məmişov "separatçı" Dudayev hökümətinin rabitə naziri olmuş Said Emin İbrahimovu çeçenlərin ağsaqqalı kimi bizə sırıyır. Çeçenlər özü bu insanı qəbul etmirsə sən Şamaxılı Laçın kimsən ki onu bir xalqın ağsaqqalı kimi təqdim edəsən?
Olmayan davadan özünüzə xal qazanırsız?
Rusiyada yaşayan elə bir azərbaycanlı deyə bilməz ki Dudayev hakimiyyəti dövründə qatarla Çeçenistandan keçəndə soyğunçuluğa məruz qalmasın. O dövrdə saysız-hesabsız döyülən, hətta öldürülən azərbaycanlılar və digər millətlər oldu. Yəqin ki, Novxanılı Bəxtiyarın məşhur "buğda dolu qatar" hadisəsini hamı eşidib. Azərbaycanda müharibə gedən vaxtı dövlətin Rusiyadan aldığı taxılı müsəlman qardaşlarımız- Dudayevin rəhbəri olduğu vahhabi çeçenlər öz dədə malları kimi müsadirə edib götürürdülər.
İndi Laçın Məmişov kimilər Dudayevin portretini evindən asırlar.
Rabil Abdinov bu barədə geniş yazı yazıb, mən detalları təkrarlamaq istəmirəm. Elçibəy hökümətinin Çeçenlərə 400 milyon dollar nəğd yardımı, və yaraqlıların müalicəsinə şərait yaratması yeni yaranan dövlətə xəyanət idi. Məhz bu xəyanətə cavab olaraq Qarabağ müharibəsində Ruslar Ermənistanın tərəfinə keçdilər. Həmin hadisələrə kimi Rus ordusu Qarabağ müharibəsində bizim tərəfdən iştirak edirdi.
Qurban Məmmədov birbaşa Lotu Qoluya çağırış etdi, bu məsələni həll eləmək üçün. Qurban elə bilir Rusiyada hələ də 1990-cı illərdir...
Moskvada bir kürd jurnalisti də var Fuad Abbasov- o da bu mövzuda özünü geninə-boluna reklam elədi.
25 ildir yoxa çıxan Sürət Hüseynov da fürsəti boşa vermədi, çerez Laçın o da ağsaqqal olduğunu yada saldı...
Əslində Moskvada heç nə olmamışdı, heç kim ölməmişdi...
Bu söz-söhbət elə adını çəkdiyim adamların reklamı üçün lazım idi...
Çeçenlər bizə düşmən deyil, ancaq qardaş da deyillər. Nə adət-ənənə, nə musiqi, nə dil nə dini əqidə baxımdan bizə tamam uzaqdırlar.
Комментариев нет:
Отправить комментарий