21.02.2019

1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın 1-ci katibi işləmiş Əbdürrəhman Vəzirov:

“Respublikaya rəhbərlik etdiyim dövrdə klançılıq məni dəhşətə gətirdi və buna görə dəfələrlə postumu tərk edib getmək istədim. Mən görəndə ki rəhbər vəzifələrə adamlar öz şəxsi keyfiyyətlərinə görə yox, hansısa klana mənsub olmalarına görə qoyulur, respublikadan çıxmağı və əvvəlki iş yerimə, diplomatik xidmətə qayıtmağı arzulayırdım. Hələ 1985-ci ildə mənə Azərbaycanın rəhbəri olmaq təklif olunmuşdu, amma mən ağır mirasa bələd idim, bilirdim ki, respublikada klançılıq siyasəti nəticəsində hakimiyyətə gəlmiş gücə qalib gələ bilmərəm. Əlimdən gələni etdim, amma alınmadı. Klan mənə güc gəldi”.

Комментариев нет:

Отправить комментарий