“Adını ümummilli lider qoyan rəhbərin dövründə milyonlarla adam ölkəni tərk etmir. Ümummilli lider xalqı birləşdirən adama deyilir, parçalayan yox! Bizim xalqın həyatında ilk dəfə qaçqın və mühacir sözləri yaranmışdır, bu isə ümummilli liderlikdən yox, başqa stildən xəbər verir. Azərbaycanlılar heç vaxt mühacirətə getməmişdilər. Mən xarici ölkələrdə çox olmuşam, gürcüləri də, erməniləri də, yəhudiləri də çox görmüşəm. Bu və ya digər səbəbdən öz ölkələrini tərk etmişdilər. Amma bu vaxta kimi xarici ölkələrdə bircə nəfər də olsun azərbaycanlıya rast gəlməzdin. Xalqımızın tarixi boyu ilk dəfədir ki, insanlarımız xarici ölkələrə səpələniblər. Tarixdə ilk dəfədir azərbaycanlı mühacirlər yaranıb. Milyonlarla insan bir tikə çörək dalınca başqa ölkələrə üz tuturlar. Bu hal mənə çox əzab verir. Hətta bu münasibətlə Dünya azərbaycanlılarının həmrəylik günü də yaranıb. Mənim fikrimcə, bu çox kədərverici haldır. Mənim xalqım daha yaxşı taleyə layiq idi”.
1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın 1-ci katibi işləmiş Əbdürrəhman Vəzirov
1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın 1-ci katibi işləmiş Əbdürrəhman Vəzirov
Комментариев нет:
Отправить комментарий