31.01.2011

DİQQƏT! DİQQƏT!! DİQQƏT!!!



 Dünya əhalisi bir ailəyə düşən övladların sayının xəstəliklər, müharibələr və aclıq vasitəsilə ixtisar edilməklə məhdudlaşdırılacaq və bu o vaxta qədər davam edəcək ki, ciddi və dəqiq şəkildə müəyyən edilmiş fəaliyyət sahələrində rəhbər sinfə fayda gətirə biləcək 1 milyard əhali qalmış olsun.

 Orta sinif olmayacaq- yalnız hökmdarlar və nökərlər. Eyni qanunlar kodeksindən istifadə edən Dünya Məhkəmələrinin hüquqi sistemi çərçivəsində bütün qanunlar eyniləşdiriləcək, Vahid Dünya Hökumətinin polisi onların icra olunmasına nəzarət edəcək, Vahid Dünyanın birləşmiş silahlı qüvvələri isə qanunları artıq sərhədlərlə bölünməyən keçmiş ölkələrin hamısında zorla qüvvəyə mindirəcəkdir. Sistem firavan dövlət bazasına əsaslanacaq; Vahid Dünya Hökumətinə itaət edən və xidmət edənlər həyat üçün vacib olan vasitələrlə mükafatlandırılacaq; qiyam edən sadəcə acından öldürüləcək, ya da qanundan kənar elan olunacaq və onu öldürmək istəyən hər bir adam üçün hədəfə çevriləcəkdir. Şəxsi odlu və ya soyuq silaha malik olmaq qadağan olunacaq.

 Din yalnız Vahid Dünya Hökumətinin Kilsəsi formasında icazə veriləcək. Satanizm, lüsiferianlıq və qara magiya təhsilin qanuni fənləri elan olunacaq, özəl və ya dini məktəblər qadağan ediləcək. Dini ocaqların hamısı yerlə yeksan ediləcək, dinin özü isə Vahid Dünya Hökuməti dövründə keçmişdə qalacaq.

 Elə bir vəziyyət yaradılacaq ki, bu vaxt heç bir şəxsi azadlıq və azadlıq konsepsiyaları qalmayacaq, respublikaçı idarəçilik forması və xalqların ayrılmaz suverenlik hüquqları kimi məsələlər olmayacaq. Milli qürur və irqi məxsusluq ləğv ediləcək, keçid mərhələsində isə hətta irqi mənsubiyyətin bildirilməsi belə ən ciddi cəzanın predmeti olacaq.

 Hər bir adama təlqin olunacaq ki, o Vahid Dünya Hökumətinə məxsus olan varlıqdır. Bütün insanların bədəninə asan yoxlanıla bilən identifikasiya nömrəsi vurulacaq. Həmin identifikasiya nömrələri NATO-nun Belçikada, Brüsseldəki kompüterinin ümumi faylına yüklənəcək və Vahid Dünya Hökumətinin bütün idarələri üçün həmin fayla istənilən vaxt ani giriş imkanı yaradılacaq. Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhqiqatlar Bürosunun, yerli polisin, ABŞ-ın Vergi İdarəsinin, Fövqəladə Hallar üzrə Agentliyin, Sosial Sığorta Agentliyinin ümumi faylları əhəmiyyətli surətdə genişləndiriləcək və bu fayllar hər bir sakin üçün yaradılan personal dosyenin məlumat bazasının əsasını təşkil edəcək.

 Nigah qanundan kənar elan ediləcək və bizim indi başa düşdüyümüz ailə həyatı artıq olmayacaq. Övladlar körpə yaşlarından valideynlərdən alınacaq və onlar nəzarətçilər tərəfindən dövlətin mülkiyyəti kimi tərbiyə olunacaq. Belə bir eksperiment Erix Honikerin rəhbərliyi dövründə Şərqi Almaniyada keçirilmişdi və o vaxt qeyri-loyal vətəndaş hesab edilən valideynlərin övladları onların əlindən alınırdı. Zərif cins daimi “qadın emansipasiyası” prosesi ilə əxlaqsızlığa vadar ediləcəklər. Azad seks məcburi olacaq.

 İyirmi yaşından yuxarı yaşı olan qadınların qəbul edilmiş qaydaları pozması ciddi surətdə cəzalandırılacaq. İki uşaq doğulandan sonra qadınlara müstəqil abort etmək öyrədiləcək; müvafiq məlumatlar Dünya Hökumətinin regional kompüterlərində hər bir qadın üçün yaradılan personal dosyedə saxlanacaq. Əgər qadın iki uşaq doğandan sonra yenə hamilə qalarsa, onda onu məcburi qaydada xəstəxanaya abort etməyə göndərəcəklər və bu vaxt həmin qadın sterilizasiya olunacaq.

 Pornoqrafiya geniş yayılmış olacaq və hər bir kinoteatrda homoseksual və lesbiyan pornofilmlər daxil olmaqla mütləq qaydada pornofilm göstəriləcək. “Qüvvəni bərpa edən” narkotiklərin istifadə olunması məcburi olacaq- hər bir adama narkotik kvotası ayrılacaq və onu dünyanın bütün hər yerində Dünya Hökumətinin dükanlarından almaq olacaq. Şüuru dəyişdirən narkotiklər geniş yayılacaq və onların qəbul edilməsi məcburi olacaq. Şüuru dəyişdirən belə narkotiklər qidaya və ya içməli suya insanlardan xəbərsiz və ya razılığı ilə qatışdırılacaq. Dünya Hökumətinin agentlərinin idarə etdikləri narkotika barları hər yerdə yaradılacaq və qul-insanlar bekar vaxtlarını burada keçirəcəklər. Beləliklə, elitadan çıxarılan kütlələr şəxsi iradəsi olmayan, asanlıqla tabe edilən və idarə olunan əhilləşdirilmiş heyvan səviyyəsinə və davranışına məcbur ediləcək.

 İqtisadi sistem oliqarxik sinfin rəhbərliyi altında qurulacaq və onlar yalnız kütləvi qul əməyi düşərgələrinin öz funksiyasını yerinə yetirmək üçün tələb olunan kəmiyyətdə qida və xidmət istehsal etməyə icazə verəcəklər. Bütün sərvətlər Komitet 300-ün elit üzvlərinin əlində cəmlənəcək. Kişi və ya qadın olmasından asılı olmayaraq hər bir kəsin şüuruna yeridiləcək ki, o sağ qalması məsələsində tamamilə dövlətdən asılıdır. Dünya Komitet 300-ün dekretləri əsasında idarə olunacaq və onlar dərhal qanun qüvvəsinə minəcək. Vaxtilə Boris Yeltsin Komitet 300-ün dekretlərini, Komitetin iradəsini Rusiyaya sırımaq üçün eksperiment qismində istifadə edirdi.

 Sənaye, onunla da birlikdə atom energetika sistemləri tamamilə məhv edilməlidir. Yer üzündəki resurslar üzərində sərəncam hüququ yalnız Komitet 300-ün üzvləri və onların seçdikləri şəxslərdə olacaq. Kənd təsərrüfatı istisnasız olaraq Komitet 300-ün əlində cəmlənəcək, ərzaq məhsullarının istehsalına isə çox ciddi nəzarət ediləcək. Bu tədbirlər öz bəhrəsini verməyə başlayanda böyük şəhərlərin əhalisi məcburi qaydada uzaq rayonlara köçürüləcək, köçüb getmək istəməyənlər isə Dünya Hökümətinin Pol-Potun Kambocada həyata keçirdiyi eksperimental metod üzrə məhv ediləcək.

 Ölümcül xəstə və ahıl insanların evtanaziyası (ağrısız öldürülmə) məcburi olacaq. Şəhərlərin əhalisi, Kalerqinin işində göstərildiyi kimi, əvvəlcədən hesablanmış müəyyən səviyyədən çox olmayacaq. Yüksək ixtisaslı fəhlələr, əgər onların yaşadıqları şəhərdə əhalinin sayı çox olarsa, başqa şəhərlərə köçürüləcək. İxtisası olmayan digər fəhlələr isə ixtiyari qaydada seçilərək əhalisi az olan başqa şəhərlərə göndəriləcək ki, həmin şəhərlərin də “kvotası” doldurulsun.

 Ən azı 4 milyard “faydasız yeyən” məhdud müharibələr, sürətlə inkişaf edən ölümcül xəstəliklərin təşkil olunmuş epidemiyaları və aclıq vasitəsilə məhv ediləcək. Qalmalı olan 1 milyardın 500 milyonunu çinlilər və yaponlar təşkil edəcək. Onlar da buna görə seçiliblər ki, artıq uzun əsrlər ərzində ciddi reqlamentasiyaya məruz qalıblar və hakimiyyətə sözsüz itaət etməyə adət ediblər!

 Kütlələrə onların varlıqlarının tam şəkildə Komitet 300-ün xoş iradəsindən asılı olduğunu xatırlatmaq üçün süni surətdə vaxtaşırı ərzaq, su və tibbi yardım qıtlığı yaradılacaq.

 Sənayenin tikinti, avtomobil, metallurgiya, ağır maşınqayırma kimi sahələri məhv ediləndən sonra ev tikintisi məhdudlaşdırılacaq, sənayenin saxlanan sahələri isə natoçu “Roma Klubu”nun nəzarəti altında olacaq. Eləcə də bütün elmi və kosmik tədqiqatlar məhdudlaşdırılacaq və tam şəkildə Komitet 300-ə tabe etdiriləcək. Keçmiş ölkələrin kosmik silahları nüvə silahları ilə birlikdə məhv ediləcək.

 Bütün əsas və köməkçi farmaseptik məhsullar, həkimlər, diş həkimləri və digər tibb işçiləri mərkəzi kompüter bankının məlumatlarında qeydiyyata alınacaq və hər bir şəhər, qəsəbə və kənd üzrə məsul olan regional nəzarətçilərin xüsusi icazəsi olmadan nə dərman veriləcək, nə də tibbi yardım göstəriləcək. Əsas qayğı qida və qalmaq üçün yer barədə olacaq. Əmək haqqının yüksəldilməsi ilə bağlı istənilən tələb, eləcə də Dünya Hökumətinin müəyyən etdiyi eyniləşdirilmiş standart əməkhaqqı şkalasından yayınmalar qadağan ediləcək.

 Qeyri-elitanın əlində hər hansı məbləğdə nəğd pul, hətta xırda (metal pul) olmayacaq. Hesablaşmaların hamısı debit kartların köməyi ilə həyata keçiriləcək və bu kartda onun yiyəsinin tanınma nömrəsi yazılacaq. Komitet 300-ün müəyyən etdiyi norma və qaydaları pozan istənilən şəxs, qadın və ya kişi olmasından asılı olmayaraq, həmin kartın fəaliyyətinin dayandırılması ilə cəzalandırılacaq ki, bu cəzanın müddəti nöqsanın xarakterindən və ağırlığından asılı olacaq.

 Belə adamlar nə isə almaq istəyəndə birdən görəcəklər ki, onların kartı qara siyahıya salınıb və onlar hər hansı ərzaq və ya xidmət ala bilməyəcək. “Köhnə” xırda (metal) pulları, yəni qədim və ya itib-batmış xalqların gümüş pullarını satmaq cəhdi ölümlə cəzalandırılan ağır cinayət kimi nəzərdən keçiriləcək. Köhnə pulların (söhbət metal pullardan gedir) hamısını, eləcə də tapança, tüfəng, partlayıcı maddə və avtomobilləri müəyyən olunmuş vaxtda təhvil vermək tələb olunacaq. Yalnız elitaya və Dünya Hökumətinin yüksək vəzifəli funksionerlərinə şəxsi silaha, pula və avtomobilə malik olmağa icazə veriləcək.

 Əgər kimsə ciddi cinayət edərsə, onda həmin adamın kartı təqdim etdiyi ilk nəzarət məntəqəsində əlindən alınacaq. Bundan sonra həmin adam ərzaq, su, ev və ixtisaslaşmış tibbi yardım ala bilməyəcək və rəsmi olaraq qanundan kənar (qovulmuş) hesab ediləcək. Beləliklə, qovulmuşlardan ibarət olan böyük bandalar yaradılacaq ki, onlar yaşamaq üçün vəsaitlərin ən asan tapıldığı yerlərdə məskunlaşacaq. Onları ovlamağa başlayacaq və ilk imkan düşən kimi dərhal məhv edəcəklər. Qovulmuşlara hər hansı şəkildə yardım edən şəxslər də öldürüləcək. Müəyyən vaxt ərzində polisə və ya hərbçilərə təslim olmayan cinayətkarların əvəzində türmə cəzasını onların ixtiyari qaydada seçilən qohumları çəkəcək.

 İnformasiya xidmətləri və mətbuat vasitələrinin hamısı Dünya Hökumətinin nəzarəti altında olacaq. “Əyləncələr” qismində beyinlərin mütəmadi yuyulması baş verəcək ki, bu, artıq həyata keçirilir və incəsənətə çevrilmişdir. “Qeyri-loyal” valideynlərin əllərindən alınan övladlar onları amansızlaşdırmalı olan xüsusi tərbiyə alacaqlar. Hər iki cinsə məxsus cavanlar Dünya Hökumətinin əmək düşərgələri sistemində həbs olunanlar üzərində keşik çəkmək üçün təlim keçəcəklər.

 Mənəvi dəyərlər üzərinə misli görünməyən hücum öz pik həddinə çatacaq. Pornoqrafiya artıq “pornoqrafiya” yox, yaşlılar üçün seksual əyləncə adlandırılacaq. Bu tipdə şüarlar geniş yayılacaq: “Əgər hamı bununla məşğul olursa, onu gizlətmək nəyə lazımdır. Seksin nümayişinin eybəcər və iyrənc olması haqqında köhnə fikirləri kənara ataq”. Seksual ehtirasın bu məhdudiyyətsiz növünü sevən insanların zirzəmilərdə və dalanlarda yerləşən miskin pornosalonlara getməsinə artıq ehtiyac olmayacaq. Bunun əvəzində varlı və görkəmli adamların gəldikləri, ali sinif üçün olan feşenebelli klublar ictimailəşdirilmiş seksual tamaşaları “bədii” əyləncə növünə çevirəcəklər. Daha pisi budur ki, bəzi dini “liderlər” bunu məsləhət görəcək.

                                                                                                                                                                                          faktxeber.com

Terror tətiyi harada çəkilib?

İranın şəhid Behişti universitetinin iki professorunun terroru elə bir şəraitdə baş verir ki, İslam Respublikası böyük təmkinlə 88-ci ilin fitnəsini nəzarət altına almış, ölkə daxilində, məntəqədə və beynəlmiləl səhnədə böyük müvəffəqiyyət qazanmışdır. 

Ötən 6 ayda orta şərq regionu Bağdadda İrana meyilli bir dövlətin formalaşmasına şahid olub. Hansı ki, ABŞ Tehrana dost bir ölkənin yaranmaması üçün böyük təlaşlar göstərmişdir. Ağ ev açıq-aşkar İraqda dəyişikliklərin zəruriliyindən danışırdı. İranın regionda digər bir müvəffəqiyyəti Əfqanıstanda parlamentə ikinci mərhələ seçkilərlə bağlıdır.

Əfqanıstanda seçkilərdə parlamentdəki yerlərin 60 %-ə yaxını şimal cəbhəsinin ixtiyarına keçmişdir. Bu cəbhə taciklərdən, şiələrdən və özbəklərdən ibarətdir. Hansı ki, ötən parlament seçkilərində bu qrup səslərin heç yarısına da sahib ola bilməmişdi. Puştular Kərzaya tərəfdar və müxalif olmaqla iki qrupa bölünmüşlər. Hazırda onların 80 % əksəriyyəti İranın regiondakı siyasətlərini dəstəkləyir.

İranın başqa bir müvəffəqiyyəti Livanla bağlıdır. Ötən 6 ayda Amerika beynəlxalq məhkəməyə təzyiqlərlə 2004-ci ildə bir terror hadisəsində qətlə yetirilmiş Livanın baş naziri Həririnin işini öz xeyrinə həll etməyə çalışmışdır. Onlar bu qətl hadisəsində Hizbullahı təqsirli saymaqla onun ölkədəki nüfuzuna zərbə vurmaq istəmiş, Livan daxilində təfriqə yaratmaqla sabitliyi pozmağa çalışmışlar. Livan hökumətinin səyləri, Hizbullahın oyaqlığı və İranın təlaşları sayəsində Amerikanın bu məkrli planı alt-üst olmuşdur.

Həririnin terrorunda sionist rejimin rolunun sübuta yetməsi ilə beynəlxalq məhkəmənin Hizbullaha yönəli ittihamları puça çıxmışdır. Təzyiq altında olan məhkəmə öz qərarını aylarla təxirə salmışdır.

İran İslam Respublikasının prezidentinin Livana və Həririnin İrana əhəmiyyətli səfərləri göstərir ki, Müqavimət Hərəkatı vəziyyətə tam nəzarət edir. Bu arada Səudiyyə Ərəbistanı hökumətindəki böhranlar, Məlik Abdullahın Beyruta səfəri ilə bağlı uğursuzluq bir daha sübuta yetirir ki, beynəlxalq məhkəmənin hökmündən öncəki layihələr fiaskoya uğrayıb.

Bir tərəfdən İran daxilindəki fitnəkarlığın sona çatması, bu cərəyana rəhbərlik edənlərin öz mövqeyində tərəddüdü xarici qüvvələri də süstləşdirdi. İran hökumət başçıları xarici dövlətlər və beynəlxalq təşkilatlarla apardıqları danışıqlarda ortaya qoydular ki, dövlət ölkəyə tam nəzarət edir və hansısa qeyri-sabitlikdən danışmağa dəyməz. Bu elə bir vaxtda baş verir ki, ABŞ, Avropa ölkələri və İsrail İrana qarşı sanksiyaları gücləndirməyə cəhd göstərirlər. Onlar özləri də bu yolun heç bir nəticə verməyəcəyinə əmindirlər.

Beləcə Tehranda növbəti fitnəkarlıq, teror hadisələri törədildi. Bu işi görmək üçün böyük bir hazırlığa ehtiyac yox idi, Amma onlar əvvəlcədən təbliğata hazırlaşırdılar. İki universitet professorunun avtomobillərinə partladıcı qurğu bərkidilməsi çətin iş deyildi. Tehranın şimal prospektlərində bir terroristin kiçik bir qutunu hərəkətdə olan avtomobilə yapışdıraraq aradan çıxması əməliyyat hazırlığı tələb etmir. Əlbəttə ki, psixoloji baxımdan bu hadisələr sarsıdıcıdır. Amma əslində ölkədəki sabitliklə əlaqəsi olmayan bu hadisələrin xarici mətbuatda birinci yerdə işıqlandırılması və “İranda seçkilərdən 18 ay sonra daxili vəziyyət nəzarətdən çıxıb” deyilməsi qeyri-ciddidir. Bu cılız hadisələr ölkədəki sabitliyi dəyərləndirmək üçün meyar ola bilməz. İran dünya mətbuatının və xarici təşkilatların etiraf etdiyi kimi orta şərq və dünyada aparıcı rol oynayır.

Azər ayının 8-də İranla 5+1 qrupu arasında danışıqlardan cəmi 6 gün əvvəl belə bir hadisənin baş verməsi düşündürücüdür. Bu danışıqlar 15 ay fasilədən sonra davam etdirilməlidir. Ötən il Tehranda iğtişaşlardan öncə təxirə salınan müzakirələrin aradınca Amerika və onun müttəfiqləri öz düşmən mövqelərini ortaya qoydular. Bu hadisələrdən bəhrələnmək məqsədində olan 5+1 İran dövlətindən imtiyazlar qoparacağına ümid edir. Amma başda doktor Səid Cəlili olmaqla İran müzakirə qrupu heç bir güzəştə getmədi.

İsveçdə İranın 5+1 qrupu ilə danışıqları başlamalıdır. Qərb yaxşı bilir ki, bu ilki danışıqlarda onun mövqeləri zəifləyib. İranın Livan, İraq və Əfqanıstanda təsir mexanizmlərinin artması, böyük rəhbərlik məqamının ölkə daxilindəki nüfuzu, onun müqəddəs Qum şəhərində misilsiz istiqbalı qarşı tərəfi düşünməyə vadar edir.

Bütün bunlar elə bir zamanda baş verir ki, qərb ölkələri daxildən ciddi maliyyə böhranı yaşayır və siyasi gərginliklə üzbəüzdür. İş bir həddə çatıb ki, Lissabon sammitində ötən 60 ildə təslim olmaq istəməyən qərb öz hərbi qüvvələrini Əfqanıstandan çıxarmaqla razılaşıb.

Əlbəttə ki, Tehranda baş vermiş terror hadisəsi bir daha təkrarlanmamalıdır. Amma bu hadisənin 5 gün sonrakı İsveç danışıqları ilə əlaqəli olduğu düşünülür. Elə bir şərait yaradılır ki, müzakirələr zamanı İran qərb ölkələrinin Əfqanıstan və İraqdakı uğursuzluqlarını gözə çəkə bilməsin. İranın danışıqlara inam və arxayınçılıqla girməsi qarşı tərəf üçün dözülməzdir.

Tehrandakı terrorun tətiyi İsveçdə çəkilib. Bu terror hadisəsinin arxasında nəinki hansısa qrupa bağlı bir neçə nəfər, hətta NATO və 5+1 formatında qərb başçıları dayanır. Bu səbəbdən də İranla qərb arasındakı danışıqlarda bu hadisə ilk müzakirə mövzusu olmalıdır. Belə görünür ki, Amerika, Fransa və İngiltərə izi itirmək üçün bu terror hadisəsini məhkum edəcəklər. Hansı ki, onların işğal etdikləri ərazilərdə terroru dəstəkləməsi göz qabağındadır. Onların terrora qarşı ittihamları riyakarlıqdır və heç vəchlə qəbul edilə bilməz.


Sədullah Zarei                              islamtimes.org

Bu rejimi müdafiə etmək mümkün deyil

"Azadlıq" qəzetinin köşə yazarı Elnur Astanbəylinin Abzas.net-ə müsahibə verib. Elnur Astanbəyli müsahibəsində özünə aid bir çox məsələlərə aydınlıq gətirib, eyni zamanda Azərbaycandakı mətbuatın durumu haqda sualları cavablandırıb, siyasi məsələlərə öz münasibətini ifadə edib. 

- Bir az uşaqlığından və gəncliyindən danışardın…

- O illərlə bağlı zəngin xatirələrim yoxdur. Uşaqlıq və gənclik dövrümlə bağlı ən yaddan qalan – maddi cəhətdən dəhşətli dərəcədə ailə sıxıntıları keçirməyimizdir. Uşaqlığımla bağlı ümumiyyətlə, yaxşılığa və pisliyə heç nə xatırlamıram. Sıradan, adi bir cocuqluğum olub.

Orta məktəbi qurtaranda ən böyük arzum jurnalist olmaqdı. Amma atam tarix ixtisasını seçməyimi istəyirdi. Tarixi çox yaxşı oxuyurdum orta məktəbdə. Atam jurnalistikanı seçməyimi ona görə istəmirdi ki, o vaxtlar mətbuatın çox basqı altında olduğu vaxtlar idi.

Az qala hər gün jurnalistlər döyülürdülər. Mənsə çox arıq, sısqa idim, bir çırtmalıq canım yox idi. İnad edirdim, deyirdim ki, hansı təhsili almağımdan asılı olmayaraq onsuz da gedib jurnalist olacam. Sonra elə oldu ki, mən Gəncə Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Yəni nə atam istəyən oldu, nə də mən, bir sözlə, it də getdi, ip də…

- O zaman Qazaxda qəzet oxuya bilirdin?

- Əlbəttə, oxuya bilirdik. Maraqlı bir şey də deyim. Mən o vaxtlar “Yeni Müsavat” qəzetinin bölgə əlavəsinin çıxmasına köməklik edirdim.

- İlk yazılarını orda yazmısan?

- Mənim mətbuatda ilk yazılarım şeirlər olub. Baxmayaraq ki, o şeirlərə görə bir az utanıram. Gənclik səhvləri idi o şeirlər. Bakıya gələndən sonra isə müxtəlif qəzetlərlə ədəbiyyat, mədəniyyət yazıları ilə bağlı əməkdaşlıq etmişəm.

Belə deyək, ilk dəfə jurnalistikanın, qəzetçiliyin dadını-duzunu “Milli yol” qəzetində hiss etmişəm. Çünki orada artıq redaktor kimi də məsuliyyətim vardı.

Nə vaxtsa AYB üzvü olduğuma görə çox utanıram

- Azərbaycan Yazıçılar Birliyininə necə oldu ki, üzv oldun?

- O vaxtlar gənclərdən iki-üç nəfərin AYB-yə növbədənkənar qəbul olunması haqqda göstəriş var idi. Onlardan birinin Aqşin olduğunu xatırlayıram.

Özümə gəlincə… Bütün sənədləşmələri-zadı özləri həll etdilər. Mən sadəcə üzvlüklə bağlı ərizə yazdım. Bir neçə gün sonra mənə üzvlük vəsiqəsini verdilər. Amma Aqşini nəyə görəsə qəbul etmədilər, ancaq Anar Rzayevin onun israrla AYB-çi olmasını istədiyi yaxşı yadımdadır.

AYB üzvlüyüm il yarım davam etdi. Necə deyərlər, Cəbhə-Müsavat hakimiyyəti qədər… Sonrası da məlumdur – digər iki dostla birlikdə istefa verdik.

- İndi peşmançılıq hissi keçirirsən?

- Nə vaxtsa AYB üzvü olduğuma görə əlbəttə çox utanıram. İt peşmanıyam. Həyatımda utandığım iki hadisə var. Bunun biri AYB-nin üzvü olmağımdı. Çünki o prosesdə bəraət yeri yoxdur. Yazıçılar Birliyinin keçmişini bilirsən, bu gününü bilirsən, keçmişinin və bu gününün nə qədər murdar hadisələrlə zəngin olduğundan xəbərdarsan və ona üzv olmağa razılaşırsan – bu mənim üçün utancverici bir hadisədir.

Biri var məsələn, yaradıldığı ilk gündən sən də orda iştirak edəsən, sonra o təşkilat yolunu aza, şərəfsiz bir ünvana çevrilə və sən oranı tərk edəsən… Burada bəraət yeri var.

Amma Yazıçılar Birliyi ilə bağlı belə bir lüksüm olmadığının fərqindəyəm. Bir şey idə deyim, o zaman bizim uşaqların bir çoxunda belə bir əhval-ruhiyyə var idi ki, biz AYB-də olsaq, çox ciddi dəyişikliklər edə bilərik.

Burada təbii ki, gənclik sadəlövhlüyü və inamı var idi. Fikirləşirdik ki, AYB-nin daxilində çox ciddi bir inqilab edə bilərik. AYB-də ola-ola Anarın, təşkilatın ünvanına ağır tənqidlər səsləndirirdik. Sonra getdikcə prosesin iyrəncləşməyə başladığını gördük.

Qərara gəldik ki, ata biləcəyimiz son güllə - buradan istefa verməkdir. Və AYB-də nə hoqqabazlıqların baş verdiyini ictimaiyyətə çatdırmaq üçün, ictimai diqqəti bura yönəltmək üçün oradan getdik. İkinci utandığım hadisə ictimai məsələ olmadığına görə o haqda danışmıram.

Təbii, digər səhvlərim də var. Tutaq ki, Fazil Mustafa ilə birlikdə Böyük Quruluş Partiyasında olmaq. Mən bunu böyük bir səhv hesab etmirəm. Çünki o zaman BQP yaradılanda hansı mövqedə idimsə, indi də o mövqedəyəm.

O mövqedə olan adamlar, eyni zamanda partiyanın özü mövqeyini dəyişibsə buna görə mən məsuliyyət daşımıram. Tutaq ki, o vaxt yazıçı Şərif Ağayarlar birlikdə istefa verdik AYB-dən. Sonra Şərif AYB-ə qayıtdısa, mən buna görə hansı məsuliyyət daşıya bilərəm?

Mənim əlimdən gələn başından bəri tutduğum mövqeni müdafiə etməkdir, qorumaqdır, sapmamaqdır.

- Bir zamanlar xalqın tənqidi ilə bağlı kəskin yazılar yazılırdı... Sən də yazırdın.

- Bu, fikrimcə, mənim və dostlarımın abartdığımız, çox irəli getdiyimiz məsələlərdən biri olub. Amma buna ehtiyac da olub və etiraf etmək lazımdır ki, nəticəsiz də qalmayıb.

İndi isə görürəm ki, hakimiyyətdəkilər də eyni mövqedən çıxış etməyə başlayıb. Belə çıxır ki, biz bir müddət bunların çörəklərinə yağ sürtməklə məşğul olmuşuq. Mən həmişə belə fikirləşmişəm ki, kimisə, nəyisə tənqid edəndə burada niyyət çox önəmlidir.

Tutaq ki, mən yazılarımda Qərbi, ABŞ-ı tez-tez tənqid edirəm. Amma İlham Əliyev də edir, onun mirzəsi Bəxtiyar Sadıqov da… Bu, mənim onlarla eyni dyüşüncəni bölüşməyim anlamına gələ bilməz ki.

Onların məqsədi korporativ maraqlarıdır, mənsə tutaq ki, ölkədə demokratik idealları həlledici situasiyalarda ayağa verdiyinə görə qınayıram Amerikanı. Xalqın tənqidi ilə bağlı mənzərə də eynidir.

Bizim tənqidlərimiz yanğıdan irəli gəlirdi. Bunlar isə öz rüşvətxor, saxtakar mahiyyətlərini malalamaq üçün suçu xalqın üzərinə atırlar. Mən yenə də müəyyən situasiyalarda xalqı tənqid edə bilərəm.

Hesab edirəm ki, mən və dostlarım bunu türklər demiş, hak etmişik. Mən tutaq ki, müxalifəti də tənqid edə bilərəm. Müxalifətçi yazarlar içərisində İsa Qəmbəri ən çox tənqid edənlərdən biri olmuşam. Həmişə də fikirləşmişəm ki, mənim buna haqqım var. Çünki ən ağır vəziyyətlərdə İsa Qəmbəri müdaifə edəcək, ona dəstək olacaq yazılar yazmışam. Mən heç vaxt onu İlham Əliyevin ayağına vermərəm.

- Haqlarında sərt şeylər yazdığın insanlar üzbəüz gəlirsən...

- Gəlirəm və bu çox dəhşətli bir şeydir.

- Peşmançılıq hissləri keçirmisən həmin an?

- Peşimançılıq hissi olmayıb. Ümumiyyətlə, yazdığım heç nəyə görə peşman deyiləm. Sualına gəlincə, bir dəfə başıma çox əcaib hadisə gəldi. Bir gündə eyni yazıda həm Sabir Rüstəmxanlı həm də Aqil Abbas haqqında çox ağır şeylər yazmışdım.

Həmin yazı çıxan həftə AYO kitabla bağlı bir tədbir keçirirdi. Mən oturmuşdum, sağımda da, solumda da stullar boş idi. Sağdakı stulda Aqil Abbas, on dəqiqə sonra soldakı stulda Sabir Rüstəmxanlı oturdu. Mənzərəni özünüz təsəvvür edin! Mən orada yarım saat oturdum. O yarım saatda itin zülmünü çəkdim. O situasiyaya düşməyi heç kimə arzulamıram.


Səhər qəzeti açanda gördüm ki...


- Çox adam deyir ki, Elnur həddindən artıq aqressivdir, aqressivliyinin dozası çoxdur...

- Mən çox nadir hallarda yazıda ipin ucunu qaçırdığımı görürəm. Ümumiyyətlə, tənqidin dozasını müəyyənləşdirmək hər kəsin tənqidə münasibətinin dozasından asılıdır.

Baxır ki, kim tənqid deyəndə nəyi başa düşür? Ona qalsa, Azərbaycanda bəzi adamlar hesab edirlər ki, hakimiyyətin xarici siyasətini dəstəkləyib, daxili siyasətdə müəyyən nöqasanlar görmək ciddi bir tənqiddir.

Mənsə bunu tərifin iyrənc bir forması sayıram. Tutaq ki, kimsə hesab edir ki, “istedadsız” sözü yazmaq təhqirdir. Mənsə burada hətta ciddi tənqid belə görmürəm. Bir dəfə “Azadlıq” qəzetində belə bir şey olmuşdu.

Mən “Yaltaqların ilk onluğu”nu yazmışdım. Səhər qəzeti açanda gördüm, redaktorlar bunu “Məddahların ilk onluğu” kimi təqdim ediblər. Halbuki məncə, “məddah” yazmaq “yaltaq” yazmaqdan daha ağırdır. Məsələn, mən biri haqqında yazıram ki, azərbaycanca cümlə qura bilmir.

Sonra eşidirəm ki, həmin adam çox qəzəblənib. Amma mən başa düşmürəm ki, burada təhqir elementi nədir. Elə olub ki, bir adam haqqında kəskin ittihamlarla dolu bir yazı yazmışam, sabah o adam zəng edib yazının elə bir yumşaq hissəsinə qəzəbini bildirib, məəttəl qalmışam.

Yenə deyirəm, ipin ucunu qaçırdığım yazılar da olur. Bu da daha çox onunla bağlıdır ki, mən yazılarımı hər hansı hadisəyə və ya fikrə ilkin reaksiya yazıram. Sonra dönüb ona əl gəzdirmirəm.

Ola bilsin, mənim bu qədər aqressiv görünməyimdə də həlledici rolu məhz bu məqam oynayır. Ancaq haqqımdakı heç bir təəssüratdan narahat deyiləm, hətta səmimi deyim, bəzən bu, xoşuma da gəlir.

- Olurmu ki, sonradan yazdıqlarını oxuduqda qorxu, həyəcan hissləri keçirəsən. “Gərək belə yazmazdım”- deyəsən...

- Yox, yox… Əksinə, mən yazılarımı qəzetdə oxuyandan sonra çox sakitləşirəm. Bir az narahatçılıq yazını yazıb qəzetə göndərəndən sonra olur. Fikirləşirəm ki, filan yerdə ağ elədim, səsi sonra pis çıxa bilər.

Amma səhərisi gün yazını qəzetdə görəndə sakitləşirəm. Bu bir az da ona görədir ki, artıq qatar gedib, iş işdən keçib, həyəcanlanmağın heç bir mənası yoxdur. Yəni vəziyyətlə barışırsan, razılaşırsan.

- Təzyiqlər çox olur yazdıqlarına görə? Həm fiziki, həm mənəvi təzyiqləri nəzərdə tuturam.

- Mənəvi təzyiq həmişə olur, - dostlardan, qohumlardan, tanış-bilişdən… Amma artıq onlar da bilirlər ki, bildiyimi dədəmə də verən deyiləm. Bir şeyi yazmaq istədim, fələk qarnını yerə qoysa da xeyri yoxdur – yazacam.

Son bir ildə təzyiqlərlə bağlı iki hadisə xatırlayıram. Biri - izlənildiyimlə bağlı idi. Həmin vaxt bunu Azər Əhmədovla da bölüşmüşdüm, o da istədi ki, məsələni ictimailəşdirək. Əhəmiyyətsiz hesab edirdim deyə razılaşmadım. Hadisə isə belə olmuşdu: Bir ağ “Cip” var idi, iki gün ərzində mən onu getdiyim hər yerdə görürdüm. Bir də iki cavan oğlan hər yerdə yanımda idilər.

Metroda, avtobusda… Sonra peyda olduqları kimi də yox oldular. Başqa bir hadisə isə təxminən 5-6 ay bundan qabaq baş verdi, bir nəfərlə bağlı ağır şeylər yazmışdım. Zəng etdi, yazıya görə görüşmək istədi. Yer və vaxt təyin etdik.

Deyilən vaxtda orada idim, amma adam gəlməmişdi. Telefon açdım, dedim ki, gözləyirəm. O da qayıtdı ki, mən ora gəlsəm sənin ağzını, burnunu qıraram, ən yaxşısı gəlməyim.


Mənasız kitab redaktələrindən bezmişəm

- Qəzetçilik bədii yaradıcılığa mane olur?

- Köşə yazıları mane olmur. Tam əksinə, adamın ruhunu diri, qələmini iti saxlayır. Azərbaycanda Allaha şükür, axmaq hadisələr və axmaq adamlar çoxdur. Axmaq müsahibələr, axmaq hərəkətlər... Mövzu boldur.

Yazını yazmaq uzaqbaşı 1 saata yaxın vaxt alır. Mən ən çox kitab redaktələrindən gileyliyəm. Yaxın bir nəşriyyat var, onlar üçün kitablar redaktə edirəm. Elmi kitablar da, bədii kitablar da… Onlara çox vaxtım və enerjim gedir.

Üstəlik də nəzərə alsaq ki, həmin kitabların çoxu ya mənasızdır, ya da mənim üçün maraqsızdır, mənim maraq dairəmə daxil olmayan kitablardır, vəziyyəti özün təsəvvür edə bilərsən. Gün ərzində 12-13 saat kompüterin arxasında oluram.

Gözüm yorulur, barmaqlarım yorulur, beynim yorulur, əsəb-filan da öz yerində... Kitab redaktəsi işi ona oxşayır ki, sənə maraqlı olmayan bir adamla 12-13 saat bir yerdə oturub söhbət edirsən. Məsələn, Mübariz Qurbanlı ilə… Bu, terrordur! «Hizbullah»-zad qələt eləyir onun yanında… Amma nə etməli, yaşamaq üçün məcbursan.

- Bəz öz kitabın nə vaxt çıxacaq?

- Kitabımı artıq ayın axırında mətbəəyə verəcəm.

- Şeirlər kitabıdır?

- Bəli, şeirlər.

- Qəzet yazılarını saxlayırsan?

- Şəxsi kompüterim olmadığına görə yazıları saxlaya bilmirəm. Amma elə yazılar var ki, onları qeyd-şərtsiz saxlayıram. Mən qəzetdən, kitabdan aldığım enerjini heç nədən ala bilmirəm.

İstəyir köşə yazısı olsun, hekayə olsun, hətta balaca bir şeir olsun, mən onu qəzetdən, kitabdan oxuyarkən aldığım həzzi, zövqü kompüterdən ala bilmirəm.


Azərbaycanda publisistikaya ögey münasibət var

- Köşə yazılarını kitab kimi çıxarmağa necə baxırsan?

- Çox yaxşı. Hətta mən hazırladığım kitabı şeirlər və publisistikadan ibarət bir toplu kimi düşünmüşdüm. Amma dostlar dedilər ki, “malı mala qatmayım”. Kitab üçün 30-a yaxın köşə yazısı seçmişdim.

Şeirlərlə bir yerdə buraxılmasını istəyirdim. Uşaqların əksəriyyəti effektsiz olacağını dedilər. Razılaşdım. Ancaq yenə deyirəm, mən buna pis baxmıram. Əgər yazdıqlarında sənin ürəyin döyünür və ruhun çırpınırsa, burada janrın nə mənası qalır ki?

Bir də anlamadığım bir şey odur ki, bizdə hələ də, publisistkaya ögey münasibət var. Bilmirəm, ona niyə Azərbaycanda üçüncü dərəcəli bir iş kimi baxırlar? Bu bəlkə də Azərbaycanda qələmə sarılan istənilən adamın (istisnalar əlbəttə, var, amma bu qaydlanı dəyişmir!) özünü əbədiyyətə, gələcəyə hesablamasından irəli gəlir.

Guya şeir, roman uzunömürlüdür, amma publisistika yalnız bu günlə bağlıdır. Çox axmaq və ürəkbulandırıcı yanaşmadır bu. Bəzən çoxbilmişin biri qayıdır ki, filankəs istedadını qəzet səhifələrində tükətməklə məşğuldur. Səfehliyin dərəcəsini görürsənmi? Onun məntiqinə görə, qəzet səhifələri istedadsızlar üçündür. Artıq belə ipləmə söhbətlərin başını yığmaq lazımdır.

- Bütün yazılarını istisnasız oxuduğub publisistlər kimlərdir? Təkcə Azərbaycan mətbuatından da söhbət getmir...

-Türkiyə mətbuatında mən ən çox Bekir Coşkunun yazılarını oxuyurdum. Baxmayarq ki, onun öldürücü sarkazmı bəzən adamı məhv edir. Artıq o “Cumhuriyyət”də yazır, bu qəzet isə köşə yazılarını internetdə yerləşdirmədiyindən xeyli vaxtdır oxuya bilmirəm.

Hıncal Uluç, Ahmet Hakan da var oxuduqlarımın sırasında. Və əlbəttə ki, Ertuğrul Özkök. Azərbaycandakı köşə yazarlarına gəldikdə…

“Azadlıq”da istisnasız hər bir yazını oxuyuram. Ümumiyyətlə, köşə yazarlığı bizdə çox da geniş yayılmadığına görə, yalnız iki qəzetin müəlliflərindən danışmaq mümkündür - “Azadlıq” və “Yeni Müsavat”ın. “Yeni Müsavat”ı artıq 1 ilə yaxındır özüm üçün boykot etmişəm.

İndi sadəcə, bu qəzetin internet səhifəsindən Zamin Hacının və Murad Köhnəqalanın yazılarını oxuyuram. Son vaxtlar «Demokrat»ın qayıdışı ilə Əli Əkbəri, Elmir Mirzoyevi, Çingiz Sultansoyu oxumaq şansı yaranıb.

«Reytinq»də Seymur Baycanı, ayrı-ayrı saytlarda Aqşin Yeniseyi siyahıya əlavə etsək, məncə, Azərbaycanda köşə yazarlığının coğrafiyası kifayət qədər aydın olar. 


- Qeyd-şərtsiz ilk səbəb hakimiyyətin anti-demokratik siyasətidir, azad medianı diz çökdürmək üçün illərcə göstərdiyi cəhdlərdir. Bu hər kəsə aydındır deyə, üzərində çox durmağa ehtiyac yoxdur.

Amma başqa bir məsələ də var - Azərbaycan qəzetləri yaxşı idarə olunmur. Bu birmənalı şəkildə belədir. Lap mənim köşə yazarı olduğum “Azadlıq” qəzetini götürək. «Azadlıq»ın belə doğru yönəldilmədiyini düşünürəm.

Siyasi kurs öz yerində, buna kimsənin sözü yoxdur. Amma zaman göstərir ki, siyasi kursun düzgün seçilməsi bir qəzetin uğuru üçün yetərli deyil. Məsələn, mən nəyə görə tutaq ki, «Azadlıq»ın yaxşı idarə olunmadığını düşünürəm?

Ölkədə gündəlik tənqidçi qəzet adına tək tribuna olduğu halda o hələ də arzuolunan tirajı yaxalamayıb. İddia edirəm – bu günün şərtləri «Azadlıq»ın ən azı 15-20 min tirajla satılmasını diqtə edir. Bu mümkün olmayıbsa, ortada bir problem var deməkdir.

Bəlkə də bir yox, bir neçə problem. Məsələn, “Azadlıq” qəzetinin birmənalı olaraq bir siyasi firqə ilə bağlılığını müəyyən qədər azaltmaq lazımdır. Onu daha miqyaslı və daha masştablı etmək haqqında düşünmək lazımdır.

Mənə elə gəlir ki, bir partiyaya çox yaxınlığı “Azadlıq” qəzetinin daha geniş auditoriyanı qucaqlamasına mane olan amillərdən biridir. «Azadlıq»ın kəskin siyasi tənqidləri davam etməlidir, güclənməlidir, amma eyni zamanda bu tənqidləri başqa təbəqələrə oxutmağın yollarını da tapmaq lazımdır.

Mən inanıram ki, Azərbaycanda böyük bir çoxluq “Azadlıq” qəzetinin bu gün ölkənin bir nömrəli tənqidçi qəzeti olduğundan xəbərsizdirlər. Çünki onlar ümumiyyətlə, “Azadlıq” qəzetini oxumurlar. Onlara “Azadlıq” qəzetini oxutmağın yollarını tapılmalıdır. Məsələn, qeyri-siyasi auditoriyanın problemlərinə açılmaqla…

Onlar öz sahələrinin problemləri ilə bağlı bu qəzeti almalı, oxumalı, sonar qəzetin digər səhifələrinə göz atdıqda görməlidir ki, vay-vay, daha ağır söhbətlər varmış ki…

Bilirsən, bu dədə-bala hakimiyyətinin mətbuata etdiyi ən böyük pislik ondan ibarət oldu ki, bunlar mətbuatı yalan maşınına çevirdilər. Nəzərələ alsaq ki, Azrbaycanda yazılı və elektron medianın 90 faizindən çoxuna bu gün hakimiyyət nəzarət edir və bu qədər böyük bir faiz ancaq yalan istehsal etmək məşğuldur, əlbəttə, mətbuata ictimai güvən, etimad azalmalıdır, qurunun oduna yaş da yanmalıdır, «Yeni Azərbaycan»ın güdazına «Azadlıq» da getməlidir.

Amma mən düşünürəm ki, bir mübarizənin gücü çarəsizlikdən belə çarə ürətə bilməkdir, biz bunu bacarmağa borcluyuq. Heydərizmin pislikləri heç vaxt təəccüb doğurmur, çünki bu onun mahiyyətidir, məzmunudur. Amma biz də həmin pislikləri bəhanə edib tənbəlləşiriksə, əlimizdə-ovcumuzda qalanlardan təsəlli tapmağa davam ediriksə, böyük səhv edirik.

- İnsanlar televiziyalara da inanmırlar.

- Əlbəttə, inanmırlar… Bu hakimiyyət bütövlükdə medianı yalan sözünün sinoniminə çevrildi, problem bundadır. Digər tərəfdən, mətbuat güc kimi sıradan çıxarıdı. Vaxt vardı adamlar mətbuata problemlərinin həlli yeri kimi baxırdılar.

Fikirləşirdirlər ki, problemimiz haqqında yazılsa, kimsə hökumətdən çıxıb buna bir əncam çəkəcək. Heç olmasa, maraqlanacaqlar. Ən azı məmurlarda Sovetdən qalma bir «jurnalist xofu» vardı. Bunun hamısı tarixə gömüldü. Təəccüblü də deyil, allahdan belə qorxmayanların mətbuatdan qorxması gülməli olardı.

Təkcə mətbuatı, azad sözü bugünki vəziyyətə gətirdiyinə görə ata və oğul Əliyevin tarixin lənətindən qurtulması qeyri-mümkündür. Bir ölkənin prezidenti, öz ölkəsinin jurnalistinə müsahibə vermirsə, bir ölkənin prezidenti məmurlara “Məni qəzetlərdə sizdən də çox tənqid edirlər, amma mən onlara əhəmiyyət vermirəm, siz də əhəmiyyət verməyin» deyirsə, işlər əlbəttə bu yerə gəlib çıxmalı idi.

Bu ölkədə bütün qəzet köşklərində qəzeti stolun altından çıxarıb verirlər adama. Amma saqqız istəyirsən, vitrindən götürüb verir. Azərbaycanda qəzet köşkləri özü belə artıq qəzet satmaqdan utanırsa, çəkinirsə, vəziyyətin nə qədər dəhşətli olduğunu demək artıqdır.

Yadınızdadırsa, bir dəfə Heydər Əliyev metrodakı hansısa qəzet köşkünə yaxınlaşıb satıcıya dedi ki, hanı “Azərbaycan” qəzeti, onu niyə görkəmli yerə qoymaısan. Bu əslində çox dəhşətli bir şey idi. Bir ölkədə prezident olan şəxs gedib hətta qəzet köşkündə hansı qəzetin vitrində hara qoyulacağını da müəyyən edirsə, biz hansı haqla və hansı üzlə mətbuatın inkişafından danışa bilərik?

Bəli, Azərbaycanda mətbuat üzərində Əliyevlərin hegemonluğu o yerə qədər gəldi çatdı ki, nəyi necə yazmağı özləri müəyyən etməkləri azmış çıxıb köşkdə qəzetləri də özləri düzməklə məşğul oldular. Belə bir vəziyyətdə bu gün beş-üç nəfər də olsa tənqidçi yazarın qalmasına möcüzə kimi baxmaq lazımdır.

- Amma hökümət müxftəlif layihələr adı altında mətbuata pul ayırır və bunu qayğı hesab edir...

- Bu birdəfəlik yardımlar və KİV Fondundan qrantlar çox əxlaqsız bir tendensiyadan xəbər verir. Çox təəssüf ki, bizim hörmətli “Azadlıq” qəzeti də daxil olmaqla, ölkədə az-çox özünü qoruyub saxlamış qəzetlər də həmin prosesin iştirakçısına çevrilib.

Niyə əxlaqsız tendensiya deyirəm? Baxın, faktiki olaraq, indi bir fonddan «Azadlıq»a pul verib yazı yazdırırlar. Mövzu müəyyənləşdirirlər, sonra pul verirlər ki, gedin bu mövzuda yazı yazın. Hələ ki, tar-kamança mövzusunda yazdırırlar, amma təminam varmı ki, sabah həmin mövzular siyasiləşməyəcək və rejimin maraqlarına tamamən uyğunlaşdırılmayacaq?

Düzdür, kimsə əks-arqument irəli sürə bilər ki, hökumətdən Azərbaycan xalçası haqqında yazı hazırlamağa pul alıb, onun böyründə də rejimi ifşa edirik… Amma məncə, bu çox çalınmış havadır, biz dünənədək hakimiyyətin siyasətini tənqid edib, ancaq muğama diqqətini tərifləyən nə qədər müxalifətçi görmüşük, indi rejimin ağuşunda ağnamaqla məşğuldurlar.

Yenə deyirəm, tendensiyanın özü iyrəncdir. Bunu «Azadlıq»da da bilirlər, ona görə də KİV-ə Dəstək Fondunun adını qrant xətti ilə çap olunan yazıların yuxarısından qara fonun içərisində, kiçik şriftlərlə verirlər ki, oxucunun gözünə girib onun ürəyini bulandırmasın, onu küsdürməsin. Amma sən özünə bu əziyyəti verincə, olmazmı tamamən tüpürəsən o Fonda da, onun puluna da? Axı sən «Azadlıq»san, sənə yaraşan budur axı!

- Vəziyyətin çox ağır olduğundan danışırsan. Getdikcə də pisləşir deyirsən. Səncə, bu Azərbaycandakı siyasi rejimin də sona doğru getməsi demək deyilmi? Müxalifətin, azad mətbuatın bütün təzyiqlərə baxmayaraq hələ də ayaqda qalmasını avtoritarizmin çox zəif olduğunun göstəricisi və tezliklə çökəcəyinin siqnalı saymaq olarmı?

- Tunis hadisələri sübut etdi ki, müxalifətsiz də inqilab mümkündür. Yəni İlham Əliyev «Azərbaycanda müxalifət yoxdur» deyib rahatlaşmasın, sevinməsin. Rejimin rədd olub getmək məsələsini mən başqalarından fərqli olaraq, müxalifətin güclü və ya zəif, tənqidçi qəzetlərin tirajının yüksək yoxsa aşağı olması ilə ölçmürəm.

Tunis hadisələri göstərdi ki, bıçaq sümüyə dirənəndə, ac qılınca çapanda dəyişiklik üçün ən əsas sayılan institutlar belə seyrçi rolunda qalırlar. 1917-ci ilin Fevral inqilabında da belə olmuşdu. Amma təbii ki, çevrənin daralması və bu daralmanın davam etməsi, ölkədə azadlıqlar adına nə qalıbsa dibindən qaşınıb atılması hakimiyyətin birmənalı şəkildə çökməyə doğru getdiyinin göstəricisidir.

Tarixin təcrübəsi də bunu göstərir – kim ki, daha çox qorxur, o qədər əzir. Qorxu artıqca qəddarlıq da artır. Ümumiyyətlə isə, Azərbaycandakı siyasi rejimin çöküb çökməyəcəyi haqqında yalnız kütbeyinlər mübahisə aça bilərlər. Adam nə qədər «debil» olmalıdır ki, belə bir mübahisə aparsın. Bu sistemin çökməmək kimi bir lüksü yoxdur.

Sadəcə, zaman məsələsi var və bu zamanı müəyyənləşdirməyi də yersiz sayıram. Düşünün ki, sabah biri gəldi bizə dedi ki, 2016-cı il fevral ayının 15-dən 16-na keçən gecə bu hakimiyyət çökəcək. İşin nə dadı-duzu qalar o zaman? Avtoritarizmlə mübarizənin ən gözəl tərəfi – onun gözlənilməzliklərlə dolu olmasıdır.

Əsas odur ki, tarixi, fəlfsəfi, psixoloji, sosialoji olaraq heç bir dünyagörüş və heç bir təcrübə Azərbaycandakı bu mutant sistemin uzun müddət var ola biləcəyinə zərrəcə inam yeri qoymur, təminat vermir. Bəziləri bir də görürsən deyir ki, əşşi, onsuz da müxalifət də hakimiyyətə işləyir, dəyişiklik-zad boş şeydir.

Bəli, müxalifət liderlərinin hamısı satqın, yaxud qorxaq ola bilər. Köşə yazarlarının hamısı istedadsız adamlar ola bilər. Amma heç nə Azərbaycandakı rejimin iyrənc və çirkin bir rejim olduğuna kölgə salmır, heç nə bu iyrənc və çirkin rejimin əlində vasitəyə, alətə çevrilməyə əsas yaratmır, ən vacibi isə – heç nə bu iyrənc və çirkin rejimin yerinin tarixin kirli, üfunətli arxivləri olduğuna inamı sarsıtmır.

Elmin Həsənli

Есть ли Бог?

zarubezhom.com

"Бог" это настолько абстрактная фраза, Уотсон, что лишена всякого конкретного смысла!

Бога нет - есть высшая космическая раса контролирующая эту планету с помощью пресловутого "избранного народа". За дымовой завесой разумеется – пресловутой "мистики". Ещё Микеланджело нарисовал схему: http://en.wikipedia.org/wiki/File:God2-Sistine_Chapel.png и у нас тут в Бруклине висит: http://zarubezhom.com/Images/LaluzDelMundo.jpg ,http://en.wikipedia.org/wiki/File:Great_Seal_of_United_States.jpg и в Рокфеллер центре в Манхеттене мозаика:Images/RockPlaza11.jpg и в каждом более или менее приличном Кхраме эта схема исходящая из Космоса изображена:http://www.stringer.ru/LoadedImages/2009/09/20/kuch1_w500.jpg и люди в шлемофонах:http://masonpiter.fotopic.net/p50507063.html и http://masonpiter.fotopic.net/p50520570.html

"Здравствуйте Профессор!Пару лет читаю ваш сайт и с некоторых пор какие то ассоциации у меня стали появляться в отношении него.И вот понял я что он мне напоминает-уголовное дело.Бесконечные подшиваются эпизоды,показания свидетелей и т.п.Следствие продолжается и конца этому не видно.Отдельные тома уже можно в суд передавть,где его только найти подходящий.И ещё пару слов возле темы.Мне один тип рассказывал,что вся система уголовной иерархии и воровских понятий так называемых и поныне существующих изобретена и внедрена НКВД в20-30 годах прошлого века. Все эти "воры в законе" и прочие "мужики". Ему это рассказывала общая знакомая, учившаяся в юридическом институте (помним,что юридическое образование приравнивается к раввинскому ). И это не каккой то секрет, уголовная верхушка это тоже знает, товарищ проверял. Весь уголовный мир живёт по Торе, но гоям об этом ничего не известно. И если я сейчас слышу как гои говорят "о понятиях" мне смешно становится и одновременно гадко до тошноты. Всего хорошего". -

Всё правильно, Уотсон, - получается досье. С судом напряжёнка, потому что обвиняемый находится на месте судьи. В этом пикантность ситуации - преступник судит жертв. Это же Зазеркалье! И по второму вопросу читателю тоже всё правильно сказали: http://zarubezhom.com/Images/VoryVZakone.jpg -

НЕТ ГОЕВ "ВОРОВ В ЗАКОНЕ" И БЫТЬ НЕ МОЖЕТ ПО ОПРЕДЕЛЕНИЮ!

Специльно была введена такая категория "неработающих зэков" для воров иверского происхождения, потому что иверам работать западло. То есть ивер - он и на зоне не работает Images/RabovladenieRus.jpg, работают только "мужики", то есть гои. Такая вот жизнь "по понятиям", а "понятия", правильно, - из Торы. Так что вы за Ходорковского и Лебедева не переживайте - они уже давно "воры в законе"; они, скорее всего и в бараке не живут и питаются отдельно; и телек у них лучше чем у вас, и комп и мобильник; а нач лагеря им в постель кофе подаёт и женщин отбирает. А вот насчёт происхождения обычных языков - начинаются тут у гоев поиски альтернативного праязыка, потому что иврита ну ни в какую не хотят гои признавать за праязык, и чёго только взамен не предагают, санскрит например. Но вот относительно "фени" всех народов - феня, и это и сами евреи признают, у всех народов - это смесь адаптизированного к местным условиям идиш и иврита. Но если феня у всех одного происхождения, Уотсон, может, таже ситуация и с нормальными языками? - А? Во всяком случае, Кафедра пришла к выводу, что сначала надо разрабатывать именно эту гипотезу, а не забанивать её с порога, только лишь потому что, гоям, видите ли, не хочется, чтобы иврит оказался алиенским праязыком. 

Только Сталин расстреливал врагов народа: http://demotivation.ru/objyujifo8i5pic.html А теперь враги народа геноцидируют народ.

Cavad Heyət: "Kimlərsə aranı qarışdırmaq istəyir"

Mətbuatdan uzaq olmağa qərar verdiyi barədə bir neçə dəfə eşitmişdim. Səbəbi çoxlarına məlumdur. Zəng edib arayarkən müsahibə-filan söhbəti eləmədim. Sadəcə, görüşüb onu ziyarət etmək və onunla söhbətin də daxil edildiyi kitabımı özünə bağışlamaq istədiyimi söyləyəndə razılaşdı.
Ancaq Cavad Heyətlə görüşəsən, redaksiyaya əliboş dönəsən, bax, bu, günah olardı. Ona görə də ürək ağrıları bəhanəsindən tutmuş, cəmiyyətimizin problemlərinədək müxtəlif məsələlərdən bəhs etdim ki, bu da sonda bəhrəsini verdi. Dünya şöhrətli kardioloq, İranda ilk dəfə qapalı və açıq ürək əməliyyatını, həmçinin ürək və böyrək köçürmələrini həyata keçirən professor Cavad Heyətlə söhbətimiz nəhayət ki, baş tutdu.


- Doktor, Azərbaycanın hər problemi yəqin ki, Sizi narahat edir. Ölkə vətəndaşlarının ürək xəstəliklərindən, depressiyadan əziyyət çəkməsi faktdır. Əsəbi mühitin mövcudluğu ağır qətllər, ailə faciələrinin çoxalmasına gətirib çıxarır. Sizcə, bizlərə nə olub?
- Ürək xəstəlikləri son zamanlar hər yerdə çoxalıb, xüsusən Azərbaycanda. Bu da qida rejimi, həyat tərzi, siqaret, içki, stressdəndir. Camaat hər yerə maşınla gedib-gəlir, oturaq işlərdə çalışır, hərəkətsizlikdir, yağlı, duzlu yeməkləri qəbul edir. Bunlar çox zərərlidir. Xüsusilə də siqaretdən pis şey yoxdur ürək üçün. İçkini də çox içirlər. Bu gün bir çox ölkələrdə siqareti qadağan edirlər. Təklif edərdim ki, Azərbaycanda da qadağan eləsinlər. Heç olmasa ictimai yerlərdə.

- Ancaq qadağalar heç də həmişə fayda gətirmir.
- Yenə də müəyyən qədər azalar. Televiziyalarda siqaretin, içkinin zərəri barədə proqramlar olmalıdır. İçkinin reklam olunması düzgün deyil. Hələ bura müsəlman dövlətidir, içki belə su kimi içilir. Bir siqaret çəkilən otaqda oturmağın da zərəri var, o ki qaldı adam özü çəksin.

- Üç il əvvəlki görüşümüzdə demişdiniz ki, 82 ildə bir dəfə də olsun ürəyiniz ağrımayıb. İndi necə, ürəyiniz sözünüzə baxırmı?
- Yaxşıyam. Elə ciddi problem yoxdur, amma bir az zəiflik var.

- Siz ürəyinizi necə qoruyursunuz?
- Pəhrizlə, bəzi dərmanlarla. Ət çox az hallarda yeyirəm. Daha çox toyuq əti və balıqdan istifadə edirəm.

- 85 yaşınızı niyə səs-səmirsiz yola verdiniz?
- Belə daha yaxşıdır.

- Ancaq Sizin iki ölkəniz var: Azərbaycan və İran. Yəni iki ölkənin birindən yubiley keçirmək təklifi gəlmədi?
- Mən heç müraciət də eləmədim.

- Sonuncu dəfə İrana nə vaxt getmişdiniz?
- Üç ay əvvəl.

- İrandan Azərbaycana, Azərbaycandan da İrana baxanda necə görünür?
- Ordan baxanda bura daha yaxşıdır.

- Xəstələriniz orda daha çoxdur, yoxsa burda?
- Yorulmayım deyə, indi mən çox xəstəyə baxmıram. Tehrandakı işimi də bağlamışam. Amma tək-tük xəstələr gəlir.

- Amma Azərbaycandakı xəstələr çox zaman İrana üz tutur.
- Çünki İranda səhiyyə çox tərəqqi edib. Xüsusən də ürək-damar xəstəlikləri ilə bağlı.

- Yəqin burda Sizin də rolunuz böyükdür.
- Bəli. İlk dəfə İranda mən ürək əməliyyatlarına başlamışam. Amma daha əməliyyat eləmirəm.

- Doktor, son vaxtlar Azərbaycandakı hicab müzakirələrini yəqin izləyirsiniz. Sizin münasibətinizi bilmək istərdik.
- Bu işi sərbəst buraxmaq lazımdır. Bu, bir şəxsi işdir. Ona görə də məncə, adamları azad buraxmaq lazımdır. Məsələ burasındadır ki, bəziləri hicabı da ideoloji məsələyə çevirib. Bu, yaxşı hal deyil.

- Özünüz necə, ailə üzvlərinizi hicab örtməyə vadar edirdiniz, yoxsa özləri...
- Mən ailədə hicab məsələsinə heç vaxt qarışmamışam.

- (Söhbətimizin öz axarına düşməsindən cəsarətlənib aktual olan bəzi məsələlərə də adlayırıq) Təbrizli ayətullah Cəfər Sultani hicab problemi ilə bağlı Azərbaycan prezidentinə məktub yazdı. Ardınca Azərbaycanda İrana qarşı təpkilər oldu ki, heç kəs bizim işimizə qarışa bilməz. Belə vəziyyət münasibətləri korlaya bilərmi?
- Yox. Özü də indiki zamanda hər kəs fikrini deməkdə azaddır. Elə o ayətullah da azaddır, burdakı camaat da. Sadəcə, kimlərsə aranı qarışdırmaq istəyirlər. Amma belələrinə imkan vermək olmaz. Qarşılıqlı səfərləri həyata keçirmək, inciklik varsa da, onu aradan götürmək lazımdır.

- Münasibətlərin gərginləşdiyi bu məqamda Siz hər iki ölkəyə bağlı ziyalı olaraq məsələyə müdaxilə edə bilərsinizmi?
- Belə bir müdaxiləyə ehtiyac var. Amma dövlətlərin siyasəti bir şəxsə bağlı deyil. Özü də mənim kimi kənarda duran bir şəxsə. Onlar öz siyasətlərini yeridirlər. Bizim də təklifimiz budur ki, yalnız dostluğa yönəlik addımlar atılsın.

- İrana gedəndə birinci hara baş çəkirsiniz?
- Tehrana.

- Azərbaycan vilayətləri ilə gedərkən adətən hansı şəhərdə ayaq saxlayırsınız?
- Mən təyyarə ilə gedirəm. Amma qədimlərdə getmişəm. Burdan ora Azərbaycandır. Həm o tərəf, həm bu tərəf mənim üçün sevimlidir, gözəldir, doğmadır.

- Sizin üçün Təbriz daha doğmadır, yoxsa Tehran?
- Əlbəttə, Təbriz. Amma uzaq düşmüşük də. Həyat belədir.

- Övladlarınız necə, uzaqdadır?
- Övladlarım dünyanın hər yerinə səpələnib. Tehranda da var, İstanbulda da, Amerikada da. Mənim 5 qızım var. Burda, yanımda da biri var.

- Nəvə-nəticədən nəyiniz var?
- Beş nəvəm var, iki nəticəm. Nəticələrimin böyüyü 6 yaşındadır.

- Mahmud Əhmədinejad İranda ailələrin az uşağa üstünlük verməsinə qarşı çıxdı.
- Yox, elə deyil. Camaat gərək ailə-uşağını təmin eləsin axı.

- İranla müqayisədə Azərbaycanda dolanışıq necədir?
- Orda daha yaxşıdır, daha ucuzluqdur. Mən pensiya alıram. İranda 50 il işləmişəm axı.

- Sirr deyilsə, pensiyanız nə qədərdir?
- Buranın pulu ilə 1000 manatdır. Hələ Tehranda xəstəxanamız var, onlar da kömək edir.

- Nə Amerika, nə də İran öz mövqeyindən geri çəkilmir. Necə bilirsiniz, İranla Amerika arasında müharibə gözləniləndirmi?
- Vallah Allah bilir. Amma belə qalmayacaq. Mənim zənnimcə, müharibə olmayacaq.

- Yəqin Qarabağın taleyi haqqında da düşünürsünüz.
- Əlbəttə. Bu məsələ məni çox düşündürür. Gərək Azərbaycan güclənsin, yaxşı ordu sahibi olsun. Yalnız o halda torpaqları azad edə bilər. İnsana ürəyi yanan elə birinci özüdür.

- Ermənistanda etiraf edirlər ki, İran olmasaydı, onlar çoxdan məhv olardılar. Heç ürəyinizdən keçirmi ki, İran vətəndaşı olaraq bu ölkənin hakimiyyətinə müraciət edəsiniz ki, düşmən dövlətlə əlaqələr kəsilsin?
- Eləmişik. Təqribən 7-8 il əvvəl 64 imza ilə hakimiyyətə müraciət göndərmişdik.

- Azərbaycan rəhbərliyi ilə görüşləriniz olurmu?
- Bəli. Elə bu evi mənə İlham bəy (İlham Əliyev - E.P.) verib. Mən İlham bəyi çox mədəniyyətli, kültürlü, məlumatlı, sözünün sahibi kimi görmüşəm.

- Azərbaycan ziyalılarından kimlərlə oturub-durursunuz? Gələn, kefinizi soruşanlar varmı?
- (Bir az düşünür) Vallah çox gəlirlər. İndi adlarını xatırlamıram.

- Azərbaycanın güneyindəki məktəblərdə Azərbaycan türkcəsinin tədrisi məsələsi hələ ki, həllini tapmayıb.
- Artıq başlayıblar. Azərbaycan dilinin tədris olunması prosesi başlayıb. Düzələcək, inşallah.

Söhbətin bu məqamında müəllifin kitabını vərəqləyib ayrı-ayrı məşhur simalarla bağlı fikirlərini bölüşür. Xalq artisti Zeynəb Xanlarovanın “Rəsulzadənin adı çəkiləndə ayağa durmamaq olmaz” sözləri diqqətini xüsusi cəlb edir. “Yaxşı deyib” söyləyir və ardınca böyük hörmət bəslədiyi Məhəmməd Əminin İrandakı fəaliyyətindən bəhs edir:
- Axı Rəsulzadə İranda da fəaliyyət göstərib. Seyid Həsən Tağızadə xüsusən Məşrutə inqilabında İranın bir nömrəli şəxsiyyətlərindən olub. Sonra da İranda parlament başqanı oldu. Məşhur alim, diplomat idi. O, iki il yarım Tehranda rəhmətlik Məhəmməd Əmin Rəsulzadə ilə bərabər fəaliyyət göstərib. Onlar bir yerdə Demokrat Partiyasını qurublar. O partiyanın əsasnaməsini Məhəmməd Əmin yazıb. Həmçinin “İrani-nou” adlı qəzet çıxarıblar. Həmin qəzetin baş redaktoru Məhəmməd Əmin bəy olub. Rəsulzadə gənc yaşında farsca baş məqalələr yazarmış. 1908-ci ildə rus çarı İran hökumətindən Məhəmməd Əmin bəyin sürgün edilməsini istəyib. İran hökuməti də ona deyir ki, ya Rusiyanın əleyhinə fəaliyyət göstərmə, ya da get. O da ölkəni tərk edib İstanbula gedir. Yenə də il yarım İstanbulda Seyid Həsən Tağızadə ilə bir otaqda yaşayırlar, özü də yoxsul vəziyyətdə. Bundan sonra Məhəmməd Əmin Bakıya gəlir, Seyid Həsən də İrana qayıdır. Seyid Həsən Tağızadə İranda senator başqanı olur. Ancaq bunlar həyatının sonuna qədər bir-biri ilə yazışır, görüşürlər. 1920-ci ildə ruslar Bakını aldılar və Müsavat hökumətinin başçılarını tutdular, öldürdülər. Məhəmməd Əmin bəy bir müddət Lahıcda gizləndi. Sonra onu həbs edib gətirdilər. Onu edam edəcəkdilər. Amma Stalinin köhnə dostu olduğu, onu iki dəfə ölümdən qurtardığı üçün Stalin də onu həbsxanadan çıxardıb Moskvaya apardı. Moskvada da iki il şərqşünaslıq fakültəsində dərs deyir. Ondan sonra təhqiqat adı ilə Leninqrada gedir, ordan da Rəsulzadəni Avropaya qaçırırlar. Tağızadə 1920-ci ildə İranın maliyyə naziri kimi Leninlə müqavilə bağlamaq üçün Moskvaya səfər edib. O zaman Moskva qəzetləri bundan yazır. Rəsulzadə də Tağızadəyə xəbər göndərir ki, “mən burdayam”. Tağızadə o zaman da Məhəmməd Əmin bəylə görüşür. Rəsulzadə vəfat edəndən sonra Tağızadə bir məqalə yazdı. Tağızadə elə bir şəxsiyyət idi ki, hər kəsi bəyənməzdi. O yazırdı: “Mən Şərqdə Məhəmməd Əmin Rəsulzadə kimi rəhbər görməmişəm. Tarixdə də onun kimisi barmaqla sayılası qədər ola bilər. Mən çox xoşbəxtəm ki, onun kimi adamla tanış olmuşam. O, fövqəladə bir insan idi, doğru-dürüst idi, yalan danışmazdı, dünyadan çox məlumatlı idi. Həmçinin onun danışığı çox təsirli idi”. Tağızadə onu da yazmışdı ki, 100 il sonra Rəsulzadə Şimali Azərbaycanın Peyğəmbəri və ya Qandisi olacaq.

- Amma etiraf edək ki, Məhəmməd Əminə münasibət hələ ki, Seyid Həsənin dediyi kimi deyil. Bu, sizi narahat edirmi?
- Əlbəttə ki, düzələcək. Bu, keçicidir. İndi vəziyyət bir az mürəkkəbdir. Amma mən danışmışam, yuxarıda da Məhəmməd Əminə münasibət yaxşıdır. İnanıram ki, vəziyyət düzələcək.

- “Varlıq” jurnalının yaradıcısı və naşiri kimi, Rəsulzadə haqqında araşdırma materiallarını dərc etdiribsiniz. Necə hesab edirsiniz, Məhəmməd Əminin həyat və yaradıcılığının İran mərhələsi tam tədqiq olunubmu, yoxsa İran arxivlərində materiallar var?
- Əlbəttə ki, materiallar var. O materiallar gərək ki, İranın Nazirlər Kabinetinin arxivində olsun. Rəsmi müraciət edib onlarla bağlı araşdırma aparmaq lazımdır.

Söhbətimizin yekununda deyir ki, hazırda kitab üzərində işləyir: “Müasir türkologiya ilə bağlı yazılarım həm burda, həm də İranda çap olunur”. Ayrılarkən gənclərə məsləhətini də verir: “Arzum budur ki, gənclər həm özlərini yetişdirsinlər, həm də millətini, vətənini unutmasınlar”.
Sağollaşırıq. Hər halda Azərbaycanın canlı əfsanəsi ilə söhbətimiz alınmışdı.

Elşad PAŞASOY / "Yeni Müsavat"

“Yardımlı Xeyriyyə Cəmiyyəti”

“H.Z.Tağıyev ənənələrinin davamçısı diplomu”nun qalibləri: 

1) Hacı Mir Əşrəf Fətiyev-Perinbel kəndinin abadlaşmasında göstərdiyi xidmətlərə görə;
2) Hacı Abbas Əzizov-Horonu kəndinin abadlaşmasında göstərdiyi xidmətlərə görə;
3) Hacı Gülağa Abışov-Telavar kənd yolunun abadlaşdırılmasında göstərdiyi xidmətlərə görə;
4) Təranə Rəcəbli-rayonda yaşayan imkansız xəstələrin təmənnasız cərrahiyyə olunmasında göstərdiyi xidmətlərə görə.

“Vəli Məmmədov adına diplom”un qalibi

Yazıçı-ssenarist Hafiz İmamnəzərli-V.Məmmədovun həyat və fəaliyyətinə həsr olunacaq sənədli televiziya filminin ssenarisinə görə

“Professor Kamil Əliyev adına diplom”un qalibləri
 
1) Təbiət Yolacaqlı- “Yolocaq kəndi yaddaşlarda” kitabına görə;
2) Mehralı Mustafa- “Qəlbi iman çeşməsi idi” kitabına görə;
3) Telman Vəlixanlı-“Karamazov qardaşları” kitabının tərcüməsinə görə.

Bundan əlavə “Yardımlı Xeyriyyə Cəmiyyəti” ötən illərdə olduğu kimi 2010-cu ildə də müxtəlif sahələrdə fərqlənmiş yurddaşlarımızın xidmətlərini dəyərləndirməkdən ötrü, sosial sorğu keçirib. Sorğunun nəticələrinə görə, rayon prokurorunun böyük köməkçisi Rəzzaq Gözəlov “İlin ən nümunəvi məmuru”, Baxas Qubadov “İlin ən xeyirxah iş adamı”, Zahir Məlikov “İlin ən yaxşı təhsil işçisi”, professor Vəli Əsmətov “İlin elm adamı”, Vidadi Əzimov “İlin ən fəal həkimi”, Qənirə Ataşova “İlin ən fəal jurnalisti”, Sakit İlkin “İlin yazarı” seçiliblər. Bundan əlavə sorğuda iştirak edənlərin birmənalı seçiminə və israrına görə Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidli “Yardımlıların dostu” nominasiyasına layiq görülmüşdür.
 
Vəli Məmmədovun xatirəsi yad edilib
 
“Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai-siyasi xadim, olduqca saf və cəsarətli bir ailm kimi tanınan, əslən Yardımlıdan olan Vəli Məmmədovun 80 illiyi münasibəti ilə Fəxri Xiyabanda, mərhumun məzarı önündə anım mərasimi keçirib. Mərasimi giriş sözü ilə açan cəmiyyətin sədri Elman Eldaroğlu mərhumun həyat və fəaliyyətindən geniş söhbət açdı. Sonda qeyd etdi ki, V.Məmmədova həsr olunacaq sənədli televiziya filminin çəkilişinə başlanmışdır. Sonra o, tədbiri aparmaqdan ötrü, sözü jurnalist Xanoğlan Əhmədova verdi. Daha sonra çıxış edənlərdən xalq artisti Nürəddin Mehdixanlı, professor Bəhmən Sultanlı, N.Nərimanov Xatirə Muzeyinin elmi işçisi Rəna Qəhrəmanova, Yazıçılar Birliyinin nümayəndəsi yazıçı-publisist Aləmzar Sadıqqızı, nərimanovçulardan Nailə Rəhimova, V.Məmmədovun bacısı Hacı Leyla xanım və başqaları çıxış edərək mərhumla bağlı xatirələrini söylədilər. Sonda V.Məmmədovun həyat yoldaşı Xalidə xanım çıxış etdi. 
 
                                                                                      yardimli.net 

Tərbiyəsiz Süleymanın əxlaqını DIN bölüşür

   Cənab Usubov sifətinin eybəcər görünməsində niyə bu qədər maraqlıdır?!

Millət vəkili Sabir Rüstəmxanlının təşəbbüsü ilə Urumçidə Türklərə qarşı soyqırıma etiraz əlaməti olaraq, Çin səfirliyinin qarşısına qara çələng qoymaq üçün getdik. Cəmi iki maşın idik. Nəzərə alsaq ki, iri dəmir çərçivədə çələng də aparırdıq, sayımızın 8-i ötmədiyini təxmin edə bilərsiniz. Piket üçün icazə verilməmişdi, ona görə də bir neçə adamla səfirliyin önünə əklil buraxıb gedəsiydik.

Bizi olay yerində jurnalistlər və polislər qarşıladı. Nə şüar qışqırdıq, nə də plakat qaldırdıq - zatən, “asayişi pozmaq” ittihamı üçün kimsəyə fürsət vermək niyyətində deyildik. Səfirliyin qapısına doğru yaxınlaşanda polislər önümüzə keçdi. Əklil aparanları mədəniyyətlə (səmimi deyirəm) saxladılar, sonra içlərindən çəkisinə və çiynindəki ulduzunun sayına görə fərqlənən biri Sabir bəyə yaxınlaşdı: “Sabir müəllim, piketə icazə verilməyib, sizi buraxa bilmərik”.

Sabir bəy iştirakçıları göstərib, “5 adamla piket keçirilmir” dedi: “Çindəki qırğınlara etiraz əlaməti olaraq qara çələngi səfirliyin qapısı önünə qoyub gedəcəyik”.

Zabit şüar səsləndirilməyəcəyinə inandı, ya da sözümüzdən tutdu: “Sizə inanıram, Sabir müəllim. Amma yenə xahiş edirəm ki, ləngiməyin!”

Adam balası adam olduğunu nümayiş etdirən zabitlə qısa dialoqu yekunlaşdırıb cəmi 3-4 addım atmışdıq ki, “022" nömrəli, ağ rəngli xarici maşından mülki geyimli bir ipləmə düşüb dəli kimi - inanın ki, heç bir bənzətmə-filan yoxdur! - üstümüzə şığıdı, hamını itələməyə, vurmağa, təhdid etməyə, söyməyə başladı.

Donub qalmışdıq: Bu zırrama kimdir? Nə istəyir? Axı, biz ki polislərlə anlaşdıq!

Bayaqdan lal-dinməz, sakitcə bizi müşayiət edən polislər bir anda dəyişdilər: Ipləmənin göstərişi ilə 2-3 nəfəri polis maşınına sarı sürüməyə başladılar.

Nə baş verdiyini anlayana qədər “ipləmə-zırrama” artıq Sabir bəyin önündə idi. Rüstəmxanlının “sən kimsən, niyə belə eləyirsən?” təəccübqarışıq sualına dişini qıcadı, sağ əlini düyünləyib sol ovcuna çırpa-çırpa təhqirlər yağdırmağa başladı.

Tanımadığını düşünmək mümkün deyildi, Sabir bəyə adıyla müraciət edirdi.

Onun söyüş və təhqirlərini burda yaza bilmərəm. Yazsam, bir polis işçisinin bu boyda əxlaqsız söyüşləri qarşısında lal-dinməz durduğumuza görə bizi qınayarsız!

Bir-iki ziyalı onun önünə keçib sakitləşdirməyə çalışdı. Adam - ona adam dediyimə görə Ramil Usubovdan üzr istəyirəm - dişlərini qıcaya-qıcaya dəli kimi fırlandı, böyrümüzdəki avtomobilləri (bizim maşınlar deyildi) döyməyə - təpikləməyə, yumruqlamağa başladı. Söyüşlərinin mərtəbəsini artırdı, sırasını genişləndirdi, ziyalıların “biz Türklərin qırılmasına etiraz edirik, sən nə əl qatmısan özünə?” sözlərini alıb, bütün Türkləri öz tərbiyəsinə qonaq elədi.

Ilk dəfə onda Sabir bəyin əsəbiləşdiyini gördüm: “Sən kimsən ki, bu millətin qurduğu dövlətin çörəyini yeyib, bu milləti söyürsən?..”

Onun söyüşləri kimi, yumruqlarına da qonaq olmamaq üçün uzaqlaşmaqdan ayrı əlac qalmadı.

Şəkillər çəkilmişdi, videogörüntülər vardı və adamın - yenə ona adam dediyimə görə Ramil Usubovdan üzr istəyirəm - kimliyini tapdıq: Nəsimi rayon Polis Idarəsinin şəxsi heyət üzrə rəis müavini, polkovnik-leytenant Süleyman Nemətov!

Daxili işlər naziri Ramil Usubova müraciət etdik - Süleymanın dəli, ipləmə olduğunu göstərən şəkilləri (maşınları yumruqlamasını, Sabir bəyin üstünə şığıdığı anları əks etdirən görüntüləri) fakt kimi məktuba əlavə edib tədbir görülməsini xahiş etdik.

Bir neçə aydan sonra Türkiyə səfirliyinin qarşısında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını döyən Süleyman Nemətovun üzrü qəbahətindən betər “elə bildim Sabir Rüstəmxanlısan, ona görə vurdum”, “Sabir Rüstəmxanlını sınıq-sınıq edərəm” etirafından xəbər tutdum ki, zabit adına ləkə olan Ipləmə Süleyman cəzalandırılmayıb!

Növbəti məktub hazırladıq - yenə də sübutlarla, dəlillərlə birlikdə göndərdik!

Aradan bir ilə yaxın vaxt keçir və Şəhidlərin anım günündə Isa Qəmbərin təhqir olunmasından bildim ki, Zırrama Süleyman yenə də Daxili Işlər Nazirliyinin sıralarında xidmət edir!

Görünən nədir?

Anlayıram ki, Süleyman Nemətovun cəzalandırılmaması əslində, Daxili Işlər Nazirliyinin sifətinin Süleyman Nemətov olmasından irəli gəlir!

Amma anlamıram ki, cənab Usubov sifətinin eybəcər görünməsində niyə bu qədər maraqlıdır?!

     Anar Mahmudoğlu                                              "Azadlıq" qəzeti

AZƏRBAYCANDA İNQİLAB OLACAQMI?!

Əvəz Zeynallı

                  Bu ölkənin rəhbərliyinin dünyada analoqu yoxdur!..

 

Tunisdə inqilab oldu. Misir də qarışdı. Yəmən də küçələrə hazırlaşır. Ərəb dünyası belədir – biri başladımı, gerisi gəlir… Bunlar Ənvər Sadatın zamanında da belə olmuşdu, krallarının qafalarını kəsəndə də. Avropanın əsilzadə ailələri Faysal ailəsini ölkə-ölkə dolaşdırırdı – harada bunlara torpaq tapa bilər deyə. Suriyaya apardılar. Suriyanın ərəbləri qəbul etsəydi, Faysal ailəsi indi Suriyada at oynadırdı. Etmədilər və Faysalları Səudiyyə Ərəbistanı adını verdikləri əraziyə gətirdilər. Eləcə də Küveyti. Onu da Sabah ailəsinə əmanət etdilər. Oralarda zaman-zaman sakitçilik olar… Amma çərxi-fələk dolandı, iş keçdi düyünə, ərəblərin gözləri dönər və onlar kimsəni tanımaz. Yaxşı bir misal da var, «ərəbi tox saxla, türkü ac». Çünki türk toxluğundan, ərəb aclığından üsyana qalxar. Görünür, tarixin bu amansız formulu yerini dəyişir. İnqilab rüzgarları Məşriqdən başlayıb – buralara qədər gələcəkmi?!

xxx

Azərbaycan feolitəsi narahat günlər keçirir. Əslində, gözlənilməz bir şey də yoxdur. Hələ seçkilər bitəndə biz ölkədə baş verənləri «Hakimiyyətin çöküşü başlandı!» deyə qiymətləndirmişdik. O zaman nə Misir vardı, nə Tunisdə aləm bir-birinə dəymişdi. O zaman iqtidarımızın çiçəyi burnunda deputatları Misir fironlarınnı saraylarında boy göstərir, informasiya kanalları bu ölkədə baş verən görüşlərdən bəhs edirdilər. Amma bir şey unudulmamalıdır – sən insanlarına zülm edirsənsə, bir gün cavabını alacaqsan.

Bu mənada, Məşriqdə baş verənlərin bizim ölkəyə o qədər də dəxli olmamalıdır və iqtidarın bu məsələyə münasibəti doğrudur. Əli Həsənov düz deyir ki, özünü yandıran göysatan axtarmayın. Deyir, amma gecə-gündüz də hadisələrdən qaçmaq üçün yollar arayırlar. Ramiz Mehdiyev ölkə rəhbərliyini toplayır və şikayətçiləri qəbul etmələrini tapşırır. Kim bilmir ki, bu rəhbərliyə daxil olan insanların hamısı elə hörmətli Ramiz Mehdiyevin tapşırığı ilə insanları qəbul etməkdən çəkiniblər. Bu ölkədə bir günahkar var – o da ali rəhbərlik! Vəssalam!

xxx

Dünyanın heç bir yerində belə məmləkət yoxdur ki, onun rəhbərliyinə daxil olan şəxslər kameraların önündə, jurnalistlərin diktofonlarının qarşısında bir tapşırıq verib, qapılar bağlanan kimi əlini sakitcə yanında yelləyib «işinizdə olun, o sözlər kameraya deyilmiş sözlər idi» desin…

Dünyanın heç bir yerində elə bir təhsil naziri yoxdur ki, bütün məktəb direktorlarını toplasın bir zala, valideynləri də dəvət etsin və onların yanında «bu valideynlərin yanında deyirəm, bir manat pul tələbə edəni işdən qovacağam» desin və toplantı bitən kimi «aylıqlar tam gəlsin» deyə sərəncam versin…

Yoxdur, yox… Dünyada ayda xalqa məxsus təbii sərvətlərdən 100 milyonlarla pul gələn elə də çox ölkə yoxdur. Elə ölkə heç yoxdur ki, böyük-böyük zavodları, fabrikləri sökdürüb yerində əyləncə yerləri tikdirsin və o yerləri qanı qiymətinə öz vətəndaşlarına sırısın. Elə ölkə də yoxdur ki, ölkəyə gələn milyardları mərmərə verib yollara döşəsin. Axı insan olan və insanların rəhbərlik etdiyi elə bir ölkə ola bilməz ki, millətə məxsus milyardları ucu-bucağı olmayan şosse yollarının kənarına divar çəkdirib ora xərcləsin. Heç bir ölkə ola bilməz ki, 100-lərlə km-lər boyu villalara döşənən tamet daşları ana magistral yolların ortasına, insan ayağı dəyməyən yerlərə döşəsinlər.

İnanmayın, dünyada elə bir ölkə yoxdur ki, bir mərkəzin tikintisinə 400 milyon, 12 km-lik yolun tikintisinə 500 milyon manat xərcləsin. Siz heç elə ölkə də tapa bilməzsiniz ki, istismar müddəti bitmiş binaların ön fasadlarına milyonlar yatırsın, sonra o binaları söküb yerlə bir etsin. Kim buna inanar ki, yolların kənarına çəkilmiş normal «bardürlər»in üzünə mərmərdən «bardür» çəkilsin və ya tərsinə mərmər «bardürlər» betonun içinə gömülsün. Yalnız bizim ölkəmizdə var ki, ölkənin bütün strateji sahələrinə nazirlərin yeməkxanada bir öynəyə verdiyi qədər pul ayrılsın. Yalnız Azərbaycanda var ki, kitaba, mətbuata, alimə, elmə ayrılan pullara papalarının gül balaları evlərində, malikanələrində vətəndaş hürdürə bilirlər.

Təkcə bizim ölkəmizdədir ki, yüksəlmək üçün namussuzluq, şərəfsizlik, adam satmaq, ev yıxmaq əsas şərt kimi tələb olunur. O da yalnız Azərbaycandadır ki, irəli çəkilənlərin əksəriyyəti hakim millətin dəyərlərinə tüpürəcəklərinə dair gizli and içirlər. Dünyanın heç bir yerində qabiliyyətli və savadlı adamları bizim ölkəmizdə olduğu qədər həyatından bezdirmirlər. Dünyanın heç bir ölkəsində intellekt axını bizim ölkəmizdəki qədər deyil. Dünyanın heç bir ölkəsində bütöv və qoca bir milləti bu sürət və bu effektlə qoyuna və ya digər bir heyvan növünə çevirə bilməyiblər.

xxx

Bu mənada bu ölkədə – həqiqətən analoqu olmayan bu diyarda Tunisdəki göysatanları, ya da Hüsnü Mübarəkin narazı vətəndaşlarını tapa bilməzsiniz. Mümkün deyil. Zalımlar və zülümlər bir-birinə çox bənzəsə də, ölkələrin dinamikası çox fərqlidir. Baxın, Küveyt əmiri büdcədə artıq qalan 4 milyard dolların əhalinin hər bir fərdinin arasında bölüşdürülməsi üçün fərman imzaladı. Bu, hər bir küveytliyə 4000 dollara qədər birdəfəlik pul yardımı deməkdir. Üstəlik, küveytlilər 1 il 6 ay müddətində bütün ərzaq növlərini pulsuz alacaqlar. Amma bu, o demək deyil ki, Küveytdə üsyanlar ola bilməz. Ərəb dünyasında dalğa başladımı, oranı da qasıb-qovuracaq. Çox da uzaq deyil ki… İraqın 19-cu əyaləti qismində Səddamın tanklarının lüləsindən öpürdülər küveytlilər. Bir şey dəyişməyib ki…

xxx

Kənardan bir şeylər gözləməyinə dəyməz. Bu ölkəni kənara oxşada-oxşada millətin önündə sipərə çevrilməyinə də dəyməz. Cəmi bir dəfə bu millətin işinə qarışmadılar – hər şey normal gedir. 2003-cü ildə, 2005-ci ildə baş verən yanlışlıqlar Azərbaycandakı etiraz dalğasının qarşısını kəsdi. 2010-cu ildə müxalifət adı ilə meydanda qalan qüvvələrin ən doğru addımları o oldu ki, mitinq-nümayiş etmədilər. İqtidarı da sağ olsun ki, bu aksiyalara hələlik icazə vermir. Hələ də gərək yoxdur mitinqlərə, nümayişlərə. Bizi hər zaman mitinq və nümayişlərdə ilişdirdilər. Gərək yoxdur. Eninə və dərininə təşkilatlanmaq və etiraz dalğasını əhalinin bütün təbəqələrinə yaymaq lazımdır. Bu işdə iqtidarın rolu və xidməti əvəzsizdir. Belə də davam etməli. Bir an belə dayanmadan çalışmalı, amma bir az da Qandilik etməli. Millətin içində çalışacaqsan, amma milləti əsla və əsla küçələrə çıxarmayacaqsan. İqtidarın yasaqlamaları əslində onun özünün qəbrini qazır. Bunu iqtidardakılar da bilirlər. Ona görə də yaxın günlərdə süni mitinqlər və nümayişlər tərtib edə bilərlər. Getməmək lazım. Qoy millətin içindəki üsyan dalğaları daha amansız və nəhəng miqyaslara ulaşsın…

xxx

İqtidar bunu bilir. Etdikləri Allahsızlıq və imansızlığın miqyasını onların özləri kimi bilən və hiss edən heç kim ola bilməz. Onlar Tunis və Misir nümunələrindən də qorxmurlar. Onlar Azərbaycan xalqının özündən və onun qəzəbindən qorxurlar. Bu xalq hər an hər xırda bir qığılcımdan alovlana bilər və onlar hamıdan yaxşı bilirlər ki, Azərbaycan türklərinin alovlanması nə boyda yanğın törədir. Ona görə də üzdə sakit görünür, arxada toplantı ardınca toplantı keçirirlər. Bəs bunlar beyirdilər ki, ölkədə hər şey yolundadır?! Amma Ramiz Mehdiyevin toplantısının ruhu o deyil. Məlum olur ki, inkişafda analoqsuzluq mərhələsini yaşayan ölkədə heç nə yerində deyilmiş. Özləri də gözəl bilirlər ki, dünyada 20 il eyni vəzifədə qalan nazirlərə malik ikinci bir ölkə yoxdur. Yoxdur… Elə bir ölkə yoxdur ki, hər vəzifə şəxsi mal-mülk kimi atadan oğula keçsin. Heç elə ölkə də yoxdur ki, bütün vəzifələr ömürlük olsun. Bilmirlər ki?! Bilirlər, özü də bal kimi…


xxx

Mən ölü, siz qalı… Zaman gələcək Azərbaycanın bu illərinə «durğunluq illəri» deyəcəklər. Necə ki, bir zamanlar SSRİ-nin guya ki, ən inkişaf edən vaxtına sonralar «durğunluq illəri» dedik, bizdə də elə olacaq. Dünyanın heç bir ölkəsi yoxdur ki, orada həyatın bütün sahələri bizdəki kimi dursun. Durub hər şey bu ölkədə. Bir addım addım atmaq, yerimək, yüyürmək mümkün deyil. Hamı gözünü dikib prezidentə və ondan da çox səlahiyyətlərə malik olan hörmətli Ramiz Mehdiyevə. Onlar nə desə odur. Ona görə də iş yoxdur, təşəbbüskarlıq yoxdur, cəhd yoxdur. Cəhd yoxdursa, deməli, çarıq da yoxdur və çarıq yoxdursa, təbii ki, adam da yoxdur…

İqtidardakılar fərqindədirlər nələrin baş verdiyini. Hər şey geriyə doğru gedir, bilirlər… Onlar bilirlər ki, ictimai prosesləri nəzarətdən çıxaran konkret bir göysatan deyil, çox şeylər var…

1988-Cİ İLDƏ BİZİ NƏZARƏTDƏN TOPXANA MEŞƏLƏRİNDƏ QIRILAN BİR NEÇƏ AĞAC ÇIXARMIŞDI!
KÜÇƏLƏRƏ DÖŞƏNƏN MƏRMƏRLƏR, MƏRMƏRLƏRİN ÜZƏRİNƏ ÖRTÜLƏN ADİ BETONLAR DA BİZİ NƏZARƏTDƏN ÇIXARA BİLƏR!
ƏSAS ODUR Kİ, ŞƏRAİT YARANSIN!

Şərait isə yetişir… İqtidarımızın əzəmətli və həşəmətli icraatları sayəsində…

“Xural” qəzeti

Nigar Köçərlini tənqid etmə – kitabın satılmaz!

Nigar Köçərli biabırçılığına daha bir nəzər


                               Və ya …Tozda basdırılan ümidlər
 
 Düz bir il əvvəl… 23 yanvar 2010-cu il. Səkkiz aylıq zəhmətimi təqdim edirdim. Sevincimin həddi-hüdudu yox idi. “Yol” təqdim olunurdu. Təqdimatdan əvvəl yer axtarırdım. Dostlarım hərəsi bir yer təklif edirdi. Amma mən hamıya qulaq assam da, öz istəyimi reallaşdırıb, “kitab, kitab mağazasında təqdim olunar” – dedim. Birinci dəfə “Əli və Nino” book kafesi ilə maraqlananda nə qədər yer tutması ilə maraqlandım. Mağazanın əməkdaşı 30 nəfəri rahat qəbul etmək imkanlarından danışdı. Əlavə etdi ki, indiyədək yerlərin dolduğunu da görməyib. Z.Tağıyev küçəsindəki mağazada satıcı ilə (səhv etmirəmsə adı Faiq idi) bu barədə danışanda təklif etdi ki, rəhbərliklə – Nigar Köçərli ilə dəqiqləşdirim. Nigar xanım da ordaydı. Özümü təqdim etdim. Bir-birimizi tanımasaq da, ilk tanışlıqda dərhal məni maraqlandıran sualları verdim. Nigar xanım da book kafeni kitab təqdimatı üçün uğurlu yer adlandırıb, onların mağazasında təqdimat edən bir neçə yazıçı adı çəkdi. Gün təyin etdik.

Həftənin şənbə günü; 23 yanvar. Həmin gün book kafedə məndən əvvəl yazıçı Çingiz Abdullayevin də görüşü vardı. Böyük həvəslə təqdimatda görmək istədiyim insanları dəvət etdim. 30 nəfərə hesablanan yerdə 45 nəfər yerləşdi. Ayaq üstə qalanlar da oldu, hələ gəlməyənlər də vardı. Əvvəlcədən planlaşdırılan kimi, “Yol”un audio versiyasından bəzi hissələri seçib, təxminən 15 dəqiqəlik bir diskə yazdım. Saat 6-ya işləmiş tədbir başladı. Qonaqlar əvvəlcə audio versiyadan hissələri dinlədilər. Sonra könüllü şəkildə çıxış etmək istəyənlərin hamısı danışdı. Hərə bir fikir bildirdi. Amma nə təriflər, nə də tənqidlər heç biri qane etmədi. Kimsə dedi ki, azərbaycanlı kişisi bu qədər acizanə dözümlü ola bilməz (deyilikmi?), bir başqası müəllifi qəhrəmanın davranışlarına müdaxilə etməməkdə qınadı, digər biri əsərin həcminə qəmiş qoydu. Bunlara da təbii baxırdım, çünki təqdimata qədər əsərlə tam tanışlıq yox idi (Romandan bəzi söhbətləri Azərbaycanın ən böyük auditoriyası olan “disput” forumunda ixtisarla yerləşdirirdim).

Bu yerdə media nümayəndələrinə həvəslə iştirak etdiklərinə və kifayət qədər geniş təbliğata görə təşəkkür etməmək haqsızlıq olar. Hətta yer azlığına görə dəvət etmədiklərim incidiklərini (“Xural” da inciyənlər sırasındaydı) bildirsələr də, milli ədəbiyyatda baş verən bu yeniliyi normal işıqlandırdılar.

Təqdimatın növbəti günü – istirahət günü Nigar Köçərli mənə zəng etdi. Nigar xanım təqdimat haqqında olduqca yüksək fikirlər bildirdi. Dedi ki, mağazanın ənənəsini pozub, təqdimatdan sonra divarda öz fikirlərini yazmamısan. Sevincimin həddi-hüdudu yox idi. Özümü ölkənin ən güclü yazarı hiss edirdim. Fikirləşirdim ki, mən ilk kitabla dağı-dağ üstünə qoyacam. Artıq “Esselər toplusu”nu çapa hazırlamaq haqqında fikirləşirdim. “Zəncir” romanını başa çatdırmağı düşünürdüm. Bəs, sonra? Pişik asqırdı? İşlər niyə ləngidi?

Hamımızın zəhləsi getsə də, dilimizdən düşməyən “Bura Azərbaycandır!” ifadəsini yazacam. Buranın Azərbaycan olduğunu Nigar Köçərli və “onun MKM”-i yadıma saldı. “Peşəkar ekspert” adı ilə cəmiyyətə neçə ay ərzində sırınan (onların kimliyini aprel 2010-da ilk dəfə mən “Xural”da yazmışam) ekspertlərin fəaliyyəti yanvarın sonunda özünü göstərdi. Nigar xanımın “uğurlu müsabiqəsini” tənqid edənlərə isə PAXIL (!) damğası vuruldu. Guya gözləri götürmür deyə paxıllıq edirlər. Kimə? Nəyə? Hansı əmələ? Olanlar da bundan sonra oldu.

Bir dəfə şəhərdə mağazanın yanından keçəndə maraq məni bürüdü. Görəsən, müxtəlif efirlərdə, qəzet-jurnallarda, internet saytlarında haqqında danışılan kitab+disk nə qədər satılıb? Z.Tağıyev küçəsindəki mağazaya baxdım. Əvvəl elə bildim ki, yəqin hamısı satılıb deyə rəflərdə yoxdur. Satıcıdan soruşdum. Məni tanımayan satıcı sıravi alıcı olduğumu düşünüb, kiməsə zəng etdi. Sonra “var” deyib, onsuz da darısqal olan mağazanın küncündəki divar boyu düzülən rəfin yanına stul qoyub, yuxarı çıxdı. Bir xeyli eşələnib, nəhayət tapdı. Kitabı da, ona yapışdırılan diski də toz basmışdı. Kitabımı səhifələdim. Hər səhifəsini çevirdikcə toz qalxırdı. Bu bir həftənin, bir ayın tozu deyildi. Ayların tozu kitaba hopmuşdu. Neçəsinin satılmağını soruşdum. Cəmi 2 ədəd (Halbuki ilk vaxtlarda, MKM tənqid olunanadək 10 kitab+CD satılmışdı). Ötən ilin may ayından bu günə qədər cəmi 2 kitab satıb “Əli və Nino” mağazalar şəbəkəsi…

Yox, heç kim deməsin ki, kitab alınmırsa, ona mağaza neyləsin! Bəs, onda niyə digər mağazalar yaxşı satırlar? Onsuz da Bakıda kitab mağazası azdır. Bu azlığın içərisində kitabla belə davranmaq olarmı? Mükafat tənqid olunursa, bunun kitab satmağa nə dəxli var? Qisas almaq üçün hədəfi dəyişmək lazımdır! Kitabdan qisas almazlar! Ədəbiyyatda canlanma yaratmaqdan ağızdolusu danışımaq hara, müəllifinə görə kitabı gizlətmək hara? Sizin ədəbiyyata olan sevginizi toz basıb. Tozunuzu silin! Gənclərin ümüdlərini tozda basdırmayın!

Elxan Xanəlizadə                                                     “Xural” qəzeti