29.05.2017

Suriyada azərbaycanlı İŞİD-çilərin sensasion Mərdəkan əməliyyatı

Azərbaycanda İŞİD-ə xidmət edənlər barəsində sensasion məlumatlar yayılıb. Ulus.az-ın verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciətdə ciddi faktlar açıqlanıb.
Mərdəkanın Şahin İskəndərov küçəsi ev 11-də yaşayan Dadaşova Lalə Vahid qızı şok informasiyalar veriib. Onun 365info.az saytında yayımlanmış məktubunda ərinin və şəbəkəyə qoşulan başqa azərbaycanlıların terrorçu fəaliyyətindən bəhs edilib. Onun sözlərinə görə, Dadaşov Araz Məcnun oğlu ilə nigaha girərək ailə həyatı qurub və həmin nigahdan 4 övladı var. “Araz Dadaşov Azərbaycanda anadan olmasına baxmayaraq 90-cı illərin ortalarında Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək bir müddət orada yaşamaqla radikal islamçılara qoşulmuş, o cümlədən hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən terrorçuluğa görə ittiham olunan əslən dağıstanlı Abu Umar Sasitlinskinin həbsindən əvvəl onunla sıx əlaqədə olmuşdu. Abu Umarla bir yerdə Səudiyyə Ərəbistana səfərlər etmiş, bir sözlə vahhabiçilərin hərəkatına qoşularaq, Azərbaycana qayıdıb radikal islamçılara dəstək olmaq üçün, burada həmin hərəkatın fəal iştirakçısı və təşkilatçısı kimi təşviqat aparmaqla terror təşkilatı hesab olunan İraq Şam İslam Dövlətinin tərəfində iştirak etmək üçün Azərbaycan Respublikasının vətəndaşlarının cəlb edilməsində, onların Suriyaya göndərilməsində, göndərilmiş şəxslərin ailələrinin pul vəsaiti ilə təmin olunmasında mühüm rolu var”. 
Ulus.az-ın verdiyi məlumata görə, müraciətdə terrorçulara dəstək göstərilməsi məsələləri belə qeyd olunub: “Kənd Qala məscidində həmin məscidin bilavasitə axundu Xaqaninin məsləhəti ilə bu hərəkata başçılıq edən Araz Dadaşovun əlaltıları vahhabi Süleymanlı Çingiz Süleyman oğlu, Dadaşov Fərman Cəlalətddin oğlu və qeyrilərinin köməyi və iştirakı ilə həyata keçirilir. Lakin son vaxtlar terror təşkilatı olan İraq Şam İslam Dövlətinin mövqeyləri Suriyada zəiflədiyi üçün orada iştirak edən şəxslərin qayıtmaları gözlənilir və bu səbəbə görə də Araz Dadaşov öz dəstə üzvləri ilə yəni vahabi Fərman Dadaşov, Çingiz Süleymanlı və qeyriləri ilə qabaqlayıcı tədbirlər görməyə başlayıb. Belə ki, mənim şəxsi mülkiyyətimdə olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/462 ünvanda yerləşən 0,075 ha, həmin qəsəbədə 5/17 saylı ünvanda yerləşən 0,06 ha, həmin qəsəbədə 3-7 saylı ünvanda yerləşən 0,12 ha və həmin qəsəbədə 3/409 saylı ünvanda yerləşən 0,12 torpaq sahələrini bir gündə yəni 09 avqust 2016-cı ildə həmin sahələrin (4 sahə) ölçülərinin biri-birindən fərqli olmasına baxmayaraq eyni qiymətə yəni 5000 (beş min) manata öz dəstə üzvü vahabi Fərman Dadaşovun adına 7 saylı notariat kontorunda formal alqı-satqı müqaviləsini tərtib etdirib”.
Ulus.Az-ın verdiyi məlumata görə, L.Dadaşova əlavə edib: “Qalan əmlakımı dələduzluqla ələ keçirilməsinin qarşısını almaq üçün səhəri günü yəni 10 avqust 2016-cı ildə ona verdiyim baş etibarnaməni ləğv etdirib elə həmin gün baş etibarnamənin ləğv olunması barədə «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən qeydiyyatdan keçirməyimə baxmayaraq, Araz Dadaşov təkrarən 7 saylı notariat kontorunun notariusu Vədətov Nadir Əlimədəd oğlu ilə cinayət əlaqəsinə girərək Xəzər rayon Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 nömrəli evin 47-ci mənzili notariat qaydasında təsdiq edilmiş razılıq ərizəm olmadan 10000 (on min) manata satmağı barədə vahhabi Fərman Dadaşovun adına formal alqı-satqı müqaviləsini tərtib etdirmiş, elə həmin gün yəni 11 avqust 2016-cı ildə elə həmin notariat kontorunda Fərman Dadaşovun və onun arvadı Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Babayeva Səkinə Vahid qızının adından yuxarıda göstərilən torpaq sahələrini və mənzili əlində saxlamaq üçün öz adına baş etibarnamə tərtib etdirib. Araz Dadaşov 2000-ci il təvəllüdlü övladımız Məhəmməd və 2002-ci il təvəllüdlü Əmirəlinin məktəbdə oxumaq yox, cihada hazır olmaqlarını bildirməklə öz təsiri altına saxlamaq üçün daimi təziqlər göstərirdi. Sonuncu dəfə onun bu qanunsuz fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyim barədə ona xəbərdarlıq edəndə, Araz məni ölümlə hədələyərək bildirmişdir ki, hələ 2004-cü ildə Rusiyada azərbaycanlı iş adamı “Zyablikovo bazarı”nın sahibi Hafiz Mahmudovu qətlə yetirib meşədə basdırdığı kimi, məni də qətlə yetirib izimi-tozumu itirəcəyini və heç kim ona bunu sübut edə bilməyəcəyini səsləndirərək qeyd etmişdir ki, 2004-cü ilin mart ayında Hafiz Mahmudovu qətilə yetirəndən sonra Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları ondan şübhələnsələr də ona bunu sübut edə bilməmişlər və bu günə kimi həmin qətl bağlı qalmışdır. Onun radikal islamçılarla əlaqələrinin olub-olmamasını müəyyən etmək üçün son 4 ildə Azərbaycan Respublikasından neçə dəfə Səudiyyə Ərəbistana, Türkiyəyə, Qazaxstana və Rusiyaya səfərlər etməsini yoxlamaq kifayət edər. Həmçinin Araz Dadaşovun cihada hazırlıqlı olmasını onun silahla fotoşəkilləri də təsdiq edir. 

ulus.az

Ramiz Tağıyev İqbal Ağazadənin MTN-lə əlaqələrindən nə yazdı

Milli Azadlıq Hərəkatənın tanınmış simalarından olan, siyasətçi Ramiz Tağıyev sensasiya doğuran yazı ilə çıxış edib. Ulus.az-ın məlumatına görə, o, ləğv edilmiş MTN-in onun başına gətirdiyi oyunlar, Eldar Mahmudovun komandasına hansı siyasətçi və jurnalistlərin yaxından kömək etməsinə aydınlıq gətirən yazılar yazmağa başlayıb. Başına gələnləri, həbsini, MTN vəzifəlilərinin ona verdiyi işgəncələri detallı şəkildə qələmə alan R.Tağıyev Ümid Partiyasının sədri İqbal Ağazadəni Mahmudova işləməkdə ittiham edib.
Bəri başdan deyək ki, artıq bu, Ümid sədrinə növbəti dəfə ittihamdır. Keçmiş deputat MTN-lə əməkdaşlıqda suçlanır.
Sitat: “Görüşümüz paytaxtın adlı-sanlı restoranlarından birində baş tutdu. Elçin Quliyevi əvvəllər tanımamışdım. Aramızda “körpü” salmaq istəyən, 2 saylı cəzaçəkmə müəssisəsində birgə əziyyət çəkdiyim Ümid partiyasının sədri İqbal Ağazadə oldu. İqbal Elçini imkanlı iş adamı kimi təqdim edib, onun AXCP sədri Əli Kərimli ilə ciddi problemi olduğunu və həmin səbəbdən də məni ona rəqib etmək istədiklərini söylədi. Elçinin hərəkətləri, danışıq tərzi nədənsə məndə tam başqa hisslər yaradır onun iş adamı olmasına inana bilmirdim. Əli Kərimli ilə görüşüb İqbal və dostu ilə söhbətimi anlatdım. Belə razılığa gəldik ki, onlarla görüşləri davam etdirib məqsədlərinin nə olduğunu sonunacan öyrənməliyəm. Etiraf edim ki, həmin hadisələri yenidən yaşıya bilsəydim, Əliyə inanıb belə ağır davaya girməzdim. Elçin milyonlardan dəm vurduqca, gözümün önünə Nabranda ayaqlar altında təpikləndiyim, qol-qabırğamın sınması, MTN-nin istintaq təcridxanasında sızıldaya-sızıldaya “çarpayı” adlanan döşəksiz narahat dəmir parçasının üstündə ağrılı-acılı keçirdiyim günlər, həftələr, aylar gəlirdi. Qərarım qəti idi. Bunlara elə bir zərbə vuracaqdım ki, ömürlük dərslərini alsınlar, günahsız insanların həyatları ilə məzələnməyin nə demək olduğunu anlasınlar”.
Ulus.Az-ın məlumatına görə, İ.Ağazadənin onu MTN-çilərlə görüşdürməsi, Əli Kərimliyə seçkidə alternativ namizəd olması və s. həmin məqalədə yer alıb.
Bəzi məlumatlara görə, İ.Ağazadənin partiyası əlindən alına bilər. Onun siyasi səhnədən silinməsi üçün addımlar atılır. Gözlənti ondan ibarətdir ki, Ümid sədri küncə sıxışdırılıb və “qələmi qırılıb”.
Hökumətyönümlü 1news.az sayt siyasətçinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-nin agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Keçmiş deputatın hökumət mediasında MTN şefinin adamı kimi göstərilməsi ssenarinin davamıdır. Bunun davamının gələcəyi gözlənilir.
Artıq sosial şəbəkələrdə bəzi agentura üzvlərinin adları çəkilir. F.Yusifov və İ.Ağazadədən sonra bir neçə adın açıqlanacağı da istisna edilmir.
Bir az əvvəl Akif Çovdarov demişdi ki, elə adalar çəkərəm, ölkə qarışar. Sonra sabiq deputat Gültəkin Hacıbəyli də 2 deputatın E.Mahmudovla işlədiyini yazdı. 

ulus.az

İşıq idarəsinin müdiri Aydın Məmmədov vətəndaşı söydü



Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov ilə bağlı sosial şəbəklərdə utanverici səs yazısı yayılıb. İdarə rəisi rayondan olan Vüsal Həsənovun ünvanına layiq ifadələr işlədərək onu hədləyib. Abonent məsələ ilə bağlı Cəlilabad rayon poilis şöbəsinə gedərək idarə rəisinin hərəkətləri ilə bağlı şikayət edib. Lakin şöbəyə gələn Aydın Məmmədov orada da vətəndaşı təhqir edərək onun ünvanına layaiq ifadələr işlədib. Vüsal Məmmədovun Dövlət və Media orqanlarına ünvanladığı məktubu sizə təqdim edirik.

"Cəlilabad rayon İşıq İdarəsi 24 aprel 2017-ci il tarixdə dükanıma bildiriş verib, işığa olan 78 manat borcumu 5 gün müddətində ödəməyimi istədi. Mən 27 aprel 2017-ci ildə Poçta gedib işıq pulunu ödədim, lakin qayıdanda gördüm ki, İşıq İdarəsinin işçiləri müdir Aydın Məmmədovun əmri ilə dükanımın işığını kəsiblər. Atam nə qədər desə də ki, oğlum Poçta gedib, işıq pulu artıq köçürülmüşdür, məhəl qoymadan elektrik xəttini kəsmişdilər. Beləcə, Cəlilabad İşıq İdarəsi heç bir səbəb olmadan, qəsdən normal iş fəaliyyətimizi pozmuşdu.
Mən atamla Cəlilabad rayon Elektrik Şəbəkəsinin müdiri Aydın Məmmədovun qəbuluna getdik. Aydın Məmmədov bildirdi ki, bildiriş sizə aprelin 21-də verilmişdir. Biz təəccüb içində qaldıq, 24 aprel 2017-ci il tarixli bildirişi və ödəniş çekini Aydın Məmmədova göstərdik. Dedik ola bilsin ki, işçiləriniz sizi aldatmışlar. Bundan sonra Aydın Məmmədov atama müraciət edərək dedi ki, ağsaqqal, onda günah bizimdir, indi elektrik xəttini bağlatdıraram. Biz çıxıb gəldik. Lakin uzun müddət keçməsinə baxmayaraq işığımızı birləşdirmədilər. Aydın Məmmədovun 050 253 15 05 nömrəli telefonuna zəng etdim, soruşdum ki, niyə belə edirsiniz, mənim borcum yoxdur, işıq pulunu da tam ödəmişəm, niyə işimizi pozursunuz və heç nədən get-gələ salırsınız? Lakin bu zaman müdir Aydın Məmmədov mənimlə əsəbi tonda danışdı, təhqir etdi, ölümlə hədələdi, dönə-dönə təkrar etdi ki, sənin arxana bıçağı soxaram. Bundan sonra mən DİN 102 xidmətinə zəng vuraraq ölümlə hədələndiyimi bildirdim, Aydın Məmmədovun hədələrindən ehtiyatlandığım üçün polis idarəsinə getdim. Lakin orada qəribə hadisə baş verdi. Polis şöbəsinə gələn Aydın Məmmədov elə təhqiqatçı Fəridin yanında mənə hədə-qorxu gəlməyə başladı: “Mən sənin başını kəsdirəcəm, sənin arxana bıçaq soxacam. Mən sizin evinizin də işığını indi kəsdirəcəm. Azərbaycanda elə bir kişi varsa, gəlsin mən kəsdirdiyim işığı o qoşsun!..” Mən təəccüb içində qaldım, ona bildirdim ki, əvvəla bizim evdə “Smart” kart sayğacıdır, siz onu hansı əsasla sökürsünüz və kimə arxalanıb belə edirsiniz? Bu sözlərimdən sonra Aydın Məmmədov bildirdi ki, Energetika Naziri və Mehriban Əliyeva özü dayanıb, mən sənin işığını kəsim, sən də bax! Polis məmurunun yanında mənə təhqiredici sözlər desə də, hətta söyüş söysə də, bu qanunsuzluq barədə heç bir tədbir görülmədi. Sadəcə polis məmuru Fərid mənə dedi ki, sən ona baş qoşma, qoy getsin, sonra da sən gedərsən...
Məni hədələyən müdir Aydın Məmmədov polisin yanında verdiyi sözlərə əməl edərək, tabeçiliyində olan işçilərlə birgə elə həmin gün yaşadığım evə basqın etdi. Düz 13 nəfər işçi 4 maşınla gəldilər, həyətimə doluşdular, elektrik xəttini kəsərək, “Smart” kart sayğacını qopardaraq apardılar. Evdə xəstə atam, anam və digər ailə üzvlərim yaranmış hay-küydən həyəcana düşdü. Evimiz işıqsız qaldı.
Hal-hazırda iş Polis Şöbəsində araşdırılır. Aydın Məmmədov cəmi 78 manat məbləğin üstündə dava-dalaş salıb belə konflikt yaratdı. Halbuki mən illər boyu işıq pulunu requlyar ödəmişəm, bu vaxta kimi heç bir problemim də olmayıb. Səbəb də budur ki, bir müddət əvvəl “Smart” kart sayğacı qoyularkən dükançı olduğumu bilib İşıq İdarəsi bizdən 200 manat rüşvət istəmişdi, biz o pulu vermədiyimizə görə Aydın Məmmədov heç nədən başımıza bu oyunu gətirdi. Hələ üstəlik ekspertizadan saxta kağız da alıb ki, guya qardaşım onu vurub. İndi qardaşımı bu cür saxta üsulla tutdurmaq da istəyir.
Hal-hazırda cinayət xarakterli hərəkətlərə, şərəf və ləyaqətimin ləkələnməsinə xidmət edən hərəkətlərə yol verdiyinə, ünvanıma səlahiyyət həddi aşılmaqla əxlaq və qanun çərçivəsinə sığmayan təhqiramiz ifadələr işlətdiyinə, şəxsiyyətimi alçaltdığına görə Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədovu məhkəməyə vermişəm. Qanunları və Əsas Qanunun tələblərini ciddi pozan bu cür dövlət məmurları qanunun sərt üzü ilə cəzalandırılmalı, vəzifədən kənarlaşdırılmalı, barələrində cinayət qanunvericiliyinin tələbləri səviyyəsində ciddı və sərt tədbirlər görülməlidir. Onlara etimad edilmiş vəzifənin məsuliyyətini dərk etməyən və cavabdehliyin dərəcəsini düşünmək istəməyən belə dövlət məmurlarının qanunsuz hərəkətləri vətəndaşları dövlətdən narazı salan hərəkətlər olub, bu cür hərəkətlərlə nəinki vətəndaşların qanunla qorunan mənafeləri pozulmuş olur, həm də dövlət adından danışdığına görə dövlət mənafeyinin özü  də pozulmuş olur.
Xahiş edirəm ki, Aydın Məmmədov kimi özbaşına və qanunları tanımayan, sırf təsadüf nəticəsində həmin kresloda oturmuş dövlət məmurunun barəsində tədbir görülməsinə köməklik edəsiniz, mənim və ailəmin hüquqlarını müdafiə edəsiniz".

xalqxeber.az

İmadəddin Nəsimi - Səcdəgahımdır Əli

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,
Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə, ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Əliağa Vahid - Birdənəsən

Gözəllər içrə sən, ey mahiparə, birdənəsən,
Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi-məst ilə qılan işarə birdənəsən.

Sən olmasan məni hicran dəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə birdənəsən.

Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə birdənəsən.

Rəqibi qoyma yaxın vəsminə, xəyanət edər
Ki, qorxuram səni çəksin kənarə birdənəsən.

O zövqü dövləti-dünyaya vermərəm hərdən
Məni fəqirə də qılsan nəzirə bir dənəsən.

Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə birdənəsən.

28.05.2017

Azərbaycan idman yarışlarına 9 milyard 671 milyon xərcləyib

Bu günlərdə ölkəmizdə keçrilən İslam oyunlarının qaliblərinə verilən 150 min manat pul mükafatı sosial şəbəkələrdə və KİV-lərdə böyük müzakirələrə səbəb olub. 150 min manat mükafat daha çox aprel şəhidlərinin ailələrinə verilən 11 min manat kompensasiya ilə müqayisə edilməkdədir. Eyni zamanda bu gün ölkədə Qarabağ veteranlarına verilən aylıq 50 manat da, islamiada qaliblərinə verilən 150 min manatla müqayisədə çox gülünc görünür. Bütün sağlamlığını vətənin azadlığı uğurunda itirən Qarabağ döyüşçülərinə verilən müavinət bir ildə 600 manat təşkil edir. Hansısa əcnəbi idmançının 10 dəqiqəlik idman oyununda qalib gəlməklə aldığı 150 min manat mükafatla, Qarabağ veteranına bir il ərzində verilən 600 manatı isə  müqayisə etmək mümkün deyil. 
vetenugrunda.az-ın müsahibi ilahiyyatçı jurnalist Cavid Cabbarlı Azərbaycanda keçirilən İslam oyunlarının islamla heç bir əlaqəsi olmadığını bildirib.

-İslam oyunları adı ilə keçirilən şounun İslama heç bir dəxli yoxdur. Dünyanın istənilən ölkəsində idman yarışları əyləncə xarakteri daşıyır. Günümüzdə bəzi idman növlərini nisbətən siyasi gücə çevirməyə çalışanlar da var. Lakin əksər halda idman yarışları əyləncə üçün təşkil olunur. İnsanların əyləncəsi üçün təşkil olunan oyunlar həm də israfçılıq mənbəyidir. Çünki, bir neçə idman yarışını istisna eləsək, digərləri gəlir gətirən oyunlar deyil. Bu kimi yarışlara qoyulan xərc nə iqtisadi inkişafa, nə də başqa sahələrə təkan verə bilməz. Çox təəssüf ki, Azərbaycanda idmana dövlət dəstəyi adı ilə büdcə talan edilir. Ölkə vətəndaşları səfalət içində yaşayır, hakimiyyət isə idman yarışları adı ilə büdcəni talan edir. Bir idmançıya 150 min manat verilməsi sözlə ifadə olunmayacaq qədər təhlükəli gələcək vəd edir. Kiçik müqayisə aparsaq, ölkədə baş verənləri anlamaq asanlaşır. Əvvəla deyim ki, Azərbaycanda bəh-bəhlə keçirilən yarışların lisenziyası yoxdur və inkişaf etmiş heç bir ölkə belə yarışları keçirmir. İkincisi, hətta dünya və Avropa çempionatlarında idmançıya bu qədər vəsait verilmir. Üçüncüsü, Azərbaycan bayrağı altında döyüşən idmançıların böyük əksəriyyəti legionerdir və qazandıqları mükafatları öz ölkələrinə daşıyacaqlar. Bəs qazancımız nə olacaq? Təbii ki, dünyada gülüş hədəfinə çevrilməyimiz. 

-Hakimiyyət son beş ildə idman yarışlarına təqribən 9 milyard 671 milyon manat xərcləyib. Bu rəqəm ölkənin illik büdcəsinə yaxındır. Hökumət təkcə İslam oyunları adı ilə keçirdiyi şouya 200 milyon manata yaxın vəsait xərclədiyini deyir. Bu qədər xərcin qarşılığında ölkəyə nə qədər turist cəlb olunub, yaxud nə qədər tamaşaçı bilet alıb?
-Onu da bilirik ki, biletlərin qiyməti 2-5 manat arası dəyişir. İndi siz hesablayın, xərclənilən məbləği qarşılamaq üçün nə qədər turist gəlməlidir və neçə bilet satılmalıdır? Bu sualların cavabı heç kimi düşündürmür. Çünki heç kim nəsə qazanmaq haqqında fikirləşmir. Bir az əvvəl dediyim kimi bu oyunlar əylənmək və həzz almaq üçündür. Lakin bir neçə şəxsin əylənməsi və həzz alması üçün dövlət büdcəsindən istifadə edilməsi nə dərəcədə düzgündür? Bir əcnəbi idmançıya verilən mükafat Aprel döyüşlərində şəhid olanların ailəsinə verilən məbləğdən 15 dəfə çoxdur. Bu, hökumətin şəhidinə verdiyi qiymətdir. Bir paralellik aparsaq bəzi həqiqətlər üzə çıxar. Son 5 ildə hökumət səhiyyəyə təqribən 3 milyard 700 milyon, elm və təhsilə 6 milyard 152 milyon, hərbiyə 8 milyard manata yaxın vəsait ayırıb. İdman yarışlarına isə 9 milyard 671 milyon xərcləyib. Deməli bütün sahələrdən, hətta torpaqlarının 25 faizdən çoxu erməni işğalında ola-ola hərbiyə ayırdığı vəsaitdən daha çox oyunların yarışına sərf edib. Bu paralellikdə xüsusi bir qeydi də vurğulamalıyam. Oyunlar üçün nəzərdə tutulan vəsait real və xərclənən məbləğdir. Digər sahələrə ayrılan vəsait isə əksər ekspertlərin iddiasına görə virtual sənəd üzərində qeyd olunur. Yəni həmin məbləğ faktiki olaraq təyinatı üzrə xərclənmir. Baş verənləri vətəndaşa və dövlətə qarşı amansız soyqırım hesab edirəm.

-Dövlət büdcəsinin boşaldığını idda edirlər. Üstəlik bir birinin ardınca bağlanan banklar, iş yerləri onsuzda iqtisadi böhrandan əziyyət çəkən insanları təkcə maddi baxımdan deyil, eyni zamanda mənən sıxışdırmaqdadır. Sizcə, ölkədə artan intiharlar, boşanmalar da bunun nəticəsidir?
-İlk növbədə vətəndaşın dövlətə olan güvəni iflic olub. Hakimiyyət bütün davranışları ilə vətəndaşı dövlətdən ayıra bilib. İnsanların maddi rifahı, sosial təminatı yüksələ və enə bilər. Lakin vətəndaşın güvəni sarsılsa, onu yenidən bərpa etmək üçün ən azı bir nəsilin ömrü lazımdır. Ölkədə işsizlik tüğyan etdiyi zaman bir neçə nəfərin əyləncəsi üçün bir illik büdcə qədər vəsaiti sovurmaq heç bir məntiqə sığmır. Bu addımı atmaq üçün ilk növbədə bu millətə qarşı barışmaz düşmən olmaq gərəkdir. 2016-cı ilin statistikasına görə 86 min nikah, 12 minə yaxın isə boşanma olub. Əksər boşanmaların səbəbi isə işsizlik və kasıbçılıqdır. Əyləncə üçün təşkil olunan oyunlara xərclənən vəsaitin yarısı ilə nəinki boşananlar, hətta bütün ailə quran cütlüklər üçün mənzil almaq olar. Yarısı ilə də bankların əhaliyə yüklədiyi borcları qaytarmaq mümkündür. 2016-cı ilin başqa bir statistikasına görə isə ötən il 327 intihar faktı qeydə alınıb. İntihar siyahısında tanınmışlara da rast gəlirik. Hakimiyyət ölkəni intiharlar məmləkətinə çevirib.

-Sovet dönəmində uşaqlara verilən uşaqpulu müstəqillik dönəmində ləğv edildi. Dövlətin uşaqlara bu “qayğısının” səbəbini araşdıranda bəlli oldu ki, sən demə 5 uşaqlı ailələrə yardım edilirmiş. Amma axrıncı uşaq bir yaşına çatandan sonra... beşuşaqlı ailəyə hər uşağa 30 manat aylıq müavinət verilir.
-Hökumətin uşağa olan münasibəti ölkənin gələcəyinə olan münasibəti kimi qiymətləndirilməlidir. Hökumət vətəndaşın dövlətlə olan bütün bağlarını qırıb. Dövlətin gələcəyi, millətin isə genefondu hesab olunan uşaqlara qarşı heç bir qayğı göstərilmir. 18 yaşına çatanda isə məcburi şəkildə hərbi xidmətə aparır. Hətta min bir əzabla böyütdüyü uşağı hökumət alıb düşmən gülləsinə tuş edir və ölüsünə də sayqızıslıq göstərərək, dəfn pulunu mənimsəyir. Bir faktı qeyd etmək istəyirəm. Hərbi xidmətdə dünyasını dəyişən həbçilərimizin dəfn xərcləri üçün Kazirlər Kabinetinin qərarı ilə dövlət 3 gün ərzində 3000 manat ödəməlidir. Hakimiyyət əksər hallarda həbçilərin dəfnpuluna göz tikir, ödəmir. Vətəndaşa uşaqpulu ödəyən ölkələr arasında müqayisə aparsaq, görərik ki, regionun lider dövləti hesab olunan Azərbaycan siyahıda heç yoxdur. Ermənistanda birinci və ikinci uşaq üçün 135 dollar, üçüncü uşağın doğulması 1200 dollar birdəfəlik müavinət verilir. 18 yaşına çatana qədər isə hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Ukraynada birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Avropada isə uşaqlar daha çox sosial qayğıyla böyüyürlər. Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Bizdə- Azərbaycanda isə valideynlər 750-2000 manat arasında xəstəxanaya ödəniş etməlidir. Əks halda xəstəxana ya yeni doğulmuş uşağı, ya da ananı girov saxlayır. Hökumətin uşaqlara qarşı olan münasibəti, ifadə edilməyəcək qədər utandırıcıdır. Öz körpəsindən bir qurtum su əsirgəyən dövlətin, oyun yarışı adıyla əcnəbilərə sədəqə paylaması heç də səmimi görünmür. Hər halda bu kimi yarışları təşkil etmək çox yanlış və gələcəyimiz üçün təhlükəlidir.

Abuzər Azəroğlu                            vetenugrunda.az

Azərbaycanda hər şey məzhəkədir, elə müstəqilliyimiz də...

Zərdüşt Əlizadə

Azərbaycan hakimiyyəti dünyanın məşhur idman oyunlarına ev sahibiliyi etməsi ilə öyündüyü bir vaxtda 75 yaşlı qarı əlindəki süpürgə ilə paytaxt Bakının mərkəzi küçələrindəki yağışın suyunu ölüm-zülümlə süpürür.
***
Böyük maliyyə tələb edən islam həmrəylik oyunlarının Azərbaycanda keçirilməsi alqışlanası deyil. Çünki Azərbaycanın sənayesi, iqtisadi durumu çox ağır vəziyyətdədir. 200 milyon xərcləyib, bir-neçə milyon qazanmaqla turizimi inkişaf etdirmək olmaz. Ölkədə turizimi inkişaf etdirməkdən ötrü birinci növbədə, qiymətlərin ucuzluğu vacibdir. Türkiyədə və ya Gürcüstanda turizmin inkişafına da bu ucuzluq əsas rol oynayır. Eyni zamanda Azərbaycanda inhisarlar imkan vermir ki, turizm sahəsində rəqabət güclənsin. Hamı yaxşı bilir ki, Azərbaycan bir-neçə oliqarxın arasında bölünüb. Onlar da yalnız və yalnız yüksək gəlir haqqında düşünürlər bu yüksək gəliri də bahalı qiymətlər hesabına əldə etmək istəyirlər. Buna görə də Azərbaycanda turizm yaxın vaxtlarda inkişaf etmiyəcək.
***
Azərbaycanda hər şey məzhəkədir. Azərbaycanın müstəqilliyi də məzhəkədir. Azərbaycan kimi kiçik ölkələrdə müstəqillik olmur. Kiçik dövlətlər hər zaman böyük dövlətlərdən asılı olub. Ən əsası isə beynəlxalq maliyyə oliqarxiyasından aslıyıq. Çünki bizim dövlətin başçılarının bütün pulları Qərbdədir. Öz övladlarının da gələcəyini Azərbaycanla deyil, Qərblə bağlayıblar.
***
1992- ci illərin əvvəlində İslam Təşkilatı Ölkələri İranın təklifi ilə Ermənistanı təcəvüzkar dövlət elan etmişdi. O zaman Səudiyyə Ərəbistanı bu bəyanatda iştirak etməmişdi. Amma bizim media iddia edir ki, İran Ermənistan münasibətləri nə qədər sıx olsa da Səudiyyə Ermənistan münasibətləri çox soyuqdur və Səud rejiminin bu soyuqluğu məhz Azərbaycana görədir. Bütün bunlar xalqı aldatmaq üçün uydurulmuş cəfəngiyyatdır. İran Azərbaycana Qarabağ müharibəsinin ilk günlərindən silahla, canlı qüvvə ilə, yardım edirdi. Eyni zamanda siyasi cəhətdən kömək edirdi. Amma İran gördü ki, Azərbaycan hökuməti xalqı, torpağı, islamı deyil cibini düşünür, üstəlik, Qərbə xoş gəlmək üçün İranı pisləyir. İran da buna görə gedib Ermənistanla normal iqtisadi ticari münasibətlər qurdu. Elə münasibətlər qurdu ki, Ermənistanın ağır günlərində Ter Petrosyan demişdi ki, İran bizim üçün bir nəfəslikdir. Bunun isə səbəbi Əbülfəz Elçibəylə Heydər Əliyevin apardığı anti İran siyasəti idi. Biz İranın bizim hökumətin şıltaqlıqlarına sonsuza qədər dözəcəyini gözləyirdik. Bu mümkün deyil.

ADAMBAŞINA DÜŞƏN XARİCİ BORC 1500-2000 DOLLAR ARASINDADI

Azərbaycanda adambaşına düşən xarici borcu 704,7 dollar təşkil edir. Bu barədə maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb. Statistikaya görə, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu 704,7 dollar təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8 faiz azdır: “1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 mln. 705,6 min nəfərə qarşı 9 mln. 810 min nəfər təşkil edir. Ötən il əhalinin artımı 1,1faiz olub. 2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu 10 milyard 931,8 milyon dollar və ya ÜDM-in 32,3 faizini, faktiki mənimsənilən məbləğ 6 milyard 913,2 milyon dollar və ya ÜDM-in 20,4 faizini təşkil edir.
Qeyd edək ki, ötən il Azərbaycan 1 mlrd. 203,6 mln. dollar məbləğində kredit vəsaitini sərf edib. Bu 2015-ci ilin göstəricisi ilə müqayisədə artım 46,1faiz artım deməkdir. Xarici borcun ödənişlərinə isə 719,2 mln. dollar yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 41,9 faiz artım deməkdir”.
Bəs görəsən, xarici borcun həcminin bu həddə çatması Azərbaycan üçün nə vəd edir? Hökumət bu borcların ödənilməsinə çətinliklə üzləşə bilərmi?
Bu rəqəmlər nə dərəcədə reallığı əks etdirir, yəni xarici borc daha yüksək rəqəmlərlə ifadə oluna bilərmi?
Bu sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu hesablamalar xarici borclarla bağlı Maliyyə Nazirliyinin verdiyi məlumatlar əsasında hazırlanır və real vəziyyəti tam şəkildə əks etdirmir: “Çünki reallıqda dövlətin xarici borcunun həcmi daha çoxdur. Xüsusilə də SOCAR-ın borcları da daxil olmaqla dövlət zəmanəti ilə alınmış borcların miqdarı kifayət qədər yüksəkdir. Bu baxımdan da adambaşına düşən borc yükü 1500-2000 ABŞ dolları arasındadır. Əlbəttə, bu kifayət qədər ciddi rəqəmdir. Devalvasiyadan sonra ABŞ dolları ilə ifadədə ÜDM-in həcmi kəskin şəkildə azaldı. Bu baxımdan qiymətləndirmə aparsaq, bu borc yükü Azərbaycan iqtisadiyyatı və vətəndaşlarımızın gəlirləri baxımından kifayət qədər yüksəkdir. Ancaq bir məsələ var ki, bu borcların böyük bir qismi təxminən 5 il sonrakı dövrdə zaman-zaman qaytarılması nəzərdə tutulub. Bu prosesə normal başlamaq üçün Azərbaycan iqtisadiyyatının 5 il ərzində bu böhrandan xilas olmasına ehtiyac var. Bundan sonrakı dövrdə isə hökumət borclarla mümkün qədər ehtiyatlı davranmalıdır”.
İqtisadçı qeyd etdi ki, artıq bununla bağlı müəyyən qərar verilib: “Ötən həftə dövlət borclarına nəzarətlə bağlı mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı imzalanan sərəncam bu istiqamətdə müsbətə doğru müəyyən dəyişiklik yarada bilər. Sərəncamda qeyd edilir ki, tələblər sərtləşdiriləcək. Dövlət Borclarına Nəzarət Agentliyi tərəfindən dövlət zəmanəti ilə götürülən borclara xitam verilməsi və ya yeni borclanma üçün müraciətlərin əvvəlcədən qiymətləndirilərək bu müraciətlərdən imtina edilməsi kimi səlahiyyətlərin verilməsi onu göstərir ki, bu durum hökuməti də narahat edir. Ötən il Maliyyə Nazirliyi tərəfindən səsləndirilən əsas fikir ondan ibarət idi ki, dövlət qurumların götürdüyü borclar bu qurumlar tərəfindən icra olunur. Son nəticədə yük dövlət büdcəsinin üzərinə düşmür. Dövlət büdcəsinin üzərinə düşən yük isə o deməkdir ki, bu pulları Azərbaycan vətəndaşı, vergi ödəyicisi ödəyir. Və ya vətəndaşların yararlandığı sosial xərcləmələrin həcmi azaldılır, həmin vəsait xarici borcların ödənilməsinə yönəldilir. O baxımdan dövlət büdcəsindəki vəsaitlərin əsas hissəsinin xarici borcların ödənilməsinə yönəlməsi son nəticədə büdcənin sosial xərclərinin həcminə mənfi təsir göstərir. Bu baxımdan bu kimi amillər aidiyyatı qurumlarda müəyyən narahatlıq yaradıb. Bu səbəbdən bundan sonrakı dövrdə dövlət zəmanəti ilə borclanma ilə bağlı məsələlər daha mürəkkəb və çətin olacaq. Eyni zamanda ola bilər ki, növbəti dövrlərdə bir çox qurumlar üçün, xüsusilə də özünü təmin edən dövlət müəssisələri üçün bu xarakterli borclanmalara tamamilə məhdudiyyət tətbiq edilsin”.
İqtisadçının sözlərinə görə, xarici borcun həcminin artması sadə vətəndaşların cibinə də təsir edir:“Qanunvericiliyə görə, dövlət nəzarəti ilə götürülən borclar borcu alan qurum tərəfindən icra edilə bilmirsə, dövlət büdcəsi hesabına ödənilir. O cümlədən bir çox qurumların götürdüyü borclar birbaşa olaraq dövlət büdcəsi üzərində xərc yüküdür. Belə olduğu halda təbii ki, büdcə planlaması zamanı qeyd edilən istiqamətə xərclərin artırılması, xüsusilə də gəlirlərin kəskin azaldığı dövrdə sosial xərclərin həcminə mənfi təsir göstərir. Bundan əlavə, əsaslı investisiya qoyuluşlarının həcmi azalır. Son nəticədə dövlətin borc öhdəliklərinə görə, vətəndaşlara ayrılacaq sosial xərcləmələr azalır. Birbaş təsir bundan ibarət olsa da, dolayısı təsirlər daha çoxdur. Belə ki, qeyd edilən borc öhdəliklərinin yerinə yetirilməsi son nəticədə iqtisadiyyata da ziyan vurur. Bir var ki, həmin vəsaitlər əlavə dəyər yaradan bir sahəyə yönəldilsin, bir də var ki, heç bir əlavə dəyər yaratmayan istiqamətdi. Bu da büdcədən yararlanmayan seqmentin də xarici borclardan zərər çəkməsinə gətirib çıxarır”.
Dünyanın digər ölkələri ilə Azərbaycanın xarici borcunun durumunu dəyərləndirən Rəşad Həsənov bu rəqəmin elə də böyük olmadığını vurğuladı: “Mən deməzdim ki, bu çox böyük rəqəmdir. Bu rəqəmin ciddi şəkildə böyük olduğu ölkələr var. Yunanıstanın xarici borcu ÜDM-dən 1,4 dəfə artıqdır. ABŞ dünyanın ən gülçü iqtisadiyyata malik olan dövlətlərindən sayılır. Lakin dövlət borcu kifayət qədər yüksəkdir…” /azpolitika.info/

Özünü yandıran adamın evini alan bank Elman Rüstəmovun çıxdı

Ulus.Az xəbər verir ki, bankın müştərisi olan şəxs girovda olan evinin əlindən alınmasına etiraz edərək özünü yandırıb.
Hadisə "Bank Respublika"nın Neftçilər prospektindəki filialının qarşısında baş verib. Özünü yandıran şəxs bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Musavat.com yazıb ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb. Şahidlərin bildirdiyinə görə, özünü yandıran müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağımın deyilməsi olub. Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb.  Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər. 50-55 yaşlarında olan şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.
Ulus.Az araşdırıb ki, adıçəkilən bankın əsl sahibi Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur. Elə bu səbəbdən də son 2 ildə özəl bankların üstünü alan “qara buludlar” sözügedən bankdan yan ötüşə bilib. E.Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub. Ancaq baş banker özü bunu təkzib edir.
Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.
Devalvasiyalardan sonra Azərbaycanın bir çox bankları kimi “Bank Respublika” ASC-nin də zərəri artmış və bu səbəbdən məcmu kapitalı aşağı düşmüşdür. Nəticədə bankın kapitalının artırılmasına ehtiyac yaranmışdı.
Ulus.Az xatırladır ki, ötən il Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 7, mənzil 10-da yaşayan Məmmədova Zemfira Dostməmməd qızı ölkə başçısı İlham Əliyevə, baş nazir Artur Rasizadəyə, Mərkəzi Bankın sədri Elman Rüstəmova, Heydər Əliyev Fondununun prezidenti Mehriban Əliyevaya və Kütləvi Informasiya Vasitələrinə müraciət edib. Zemfira Məmmədovanın müraciətində dollarla kredit problemindən bəhs edilir. Şikayətçi bildirir ki, oğlu Azər Hüseynov 2015-ci il martın 11-də “Bank Respublika” ASC-nin Sumqayıt filialından 19 400 ABŞ dolları məbləğində kredit götürüb.  Kreditin müqabilində Zemfira Məmmədovanın mülkiyyətimdə olan 16-cı mikrorayon, ev 7-də yerləşən 3 otaqlı, 10 saylı mənzil girov qoyulub. Şikayətçi bildirir ki, 2015-ci ilin dekabr ayına qədər ödənişlərdə heç bir problem olmayıb:  “Vaxtlı-vaxtında krediti ödəmişik. Lakin 2015-ci dekabrın 21-də dolların 1.05 AZN-dən 1.55 AZN-ə qədər bahalaşması bizim işiimiz çətinə salıb. Qeyd edim ki, dollar bahalaşanda həmin bankda dollarla olan kreditlər manata çevrilib. Bu barədə bank özü müştərilərinə xəbər verib. Lakin nədənsə bu güzəşt bizə edilməyib. Əksinə, oğlum dollar bahalaşandan sonra banka gedib. Oradan ona narahat olmamağı bildiriblər. Lakin ödənişin vaxtı çatanda bəlli olub ki, biz krediti yeni kursla ödəməliyik. Biz yenə də krediti ödəməyə hazırıq. Lakin kim zəmanət verə bilər ki, dollar növbəti dəfə bahalaşmayacaq? Ona görə də banka təklifi etmişik ki, bizim krediti də mövcud kursla manata çevirsinlər. Lakin bank iddia edir ki, milli valyutaları yoxdur”.

Həmid Herisçidən Azərbaycan xalqına: Xəstəsiniz, laqeydsiniz, ayaqlarınızın altını görmürsünüz

"Məncə, şimali azərbaycanlılar heç özləri də bilmirlər nə istəyirlər. Sizin ən güclü kartınız məndim- onun da qədrini bilmədiniz. Bir gün bu ölkəni tərk edib, qayıdacağam öz doğma Təbrizimə".
Teleqraf.com xəbər verir ki, bu fikirləri publisist Həmid Herisçi sosial şəbəkədə yazıb.
Teleməkanı sakitcə tərk etdiyini qeyd edən Həmid Herisçi bir daha efirə qayıdacağına inanmadığını söyləyib: "Qəribədi, teleməkanda ən uğurlu projelər yapdım, yeni simaları cəmiyyətə təqdim etdim, ən ağır mövzuları işlədim və sakitcə efiri tərk etdim. Ədəbiyyat, jurnalistikada da eyni möcüzələri yapdım bu külbaşlar üçün... Nəticəsi özümə qarşı çevrildi. Məncə, şimali azərbaycanlılar heç özləri də bilmirlər nə istəyirlər. Siz uçurum ağzındasız və bunu hələ görmürsüz. Başınız hələ çox bəla çəkəcək sizin. Hələ zaman sizi çox imtahanlara çəkəcək. O vaxt bəlkə bu xəbərdarlıqlarımı eşitdiniz. Sizlə münasibət qurmaq əbəsdi, adekvat deyilsiz. Xəstəsiniz, laqeydsiniz, ayaqlarınızın altını görmürsünüz. Haqqımı, pulumu sizə halal etmirəm. Haram xoşunuz olsun. Bir gün beləcənə bu ölkəni də tərk edəcəm. Qayıdacağam öz doğma Təbrizimə... İnşallah".

27.05.2017

Biz heç antropoloji cəhətdən türk deyilik

Araz Əlizadə

Azərbaycanda türkçülüyü yaydılar. Biz də başladıq türklərdən nümunə götürüb, həyata keçirməyə. Türkiyədə ana-bala birlikdə siqaret çəkir. Türkiyədə olanda mat qaldım. 14 yaşlı qız küçədə anası ilə gedir və anasından “Anne bana bir siqara ver, içim” deyir. Anası da çıxarıb “siqara”nı verdi. Mən də dedim ki, ay xanım siz nə edirsiniz? Gərək o siz o siqareti yandırıb qızınızın dilinin üstündə söndürərdiniz ki, uşaq da bunu etməsin. Qayıdıb mənə deyir ki, bütün Avropa bu cür “yapır”. A bala, bunun sənə nə dəxli var? İndi bizdə də həmin şeydi.
***
Qızıl həmişə suyun dibində olur, çör-çöp isə üstə. Müğənni var ki, onu hec telekanalın qapısının kənarına buraxmaq olmaz, nəinki efirə. Amma Azərbaycanda təqlidçilik baş alıb gedir. Bu, bizdə çox güclüdür. Gənclər yerli telekanallara baxır və görür ki, bütün kanallarda, bütün saatlarda xörək bişirirlər və bayağı müğənnilər göbək atır. Görürülər ki, həmin göbək atanlar yaxşı da pul qazanırlar. Reklamçılar da buna çoxlu pul verir. Əlbəttə, reklamçılar olmasa, televiziya da ola bilməz. Yəni bazar iqtisadiyyatıdır. Tələbat nəyədirsə, telekanallar da onu göstərir. Cəmiyyətdə ziyalı, ağıllı insan və ya mütəxəsisin sözünə sifariş olsaydı, efirlərə onları çağırardılar. 3 manatlıq, amma 1000 manata satılan ucuz müğənniləri dəvət edirlər.
***
Əvvəllər Azərbaycanda hansısa bir kənddə istedadlı, gözəl səsə malik bir qız uşağı olurdusa, onun sorağı Bakıya gəlib çatırdı. Üzeyir bəy, Bülbül, Fikrət Əmirov və başqaları həmin o kəndə gedirdilər. O vaxt qızların oxumasına çox pis baxırdılar. Bu səbəbdən də adını çəkdiyim adamlar gedib həmin qızın ailəsini başa salırdılar ki, bu, pis yol deyil. Onlar da bəzən uşaqlarına icazə verirdilər, bəzən isə yox. İndi isə mahnı müsabiqələri var: Böyük ulduz, Kiçik ulduz, Balaca ulduz, Gözəl ulduz, Təzə ulduz, Köhnə ulduz, Yeni ulduz və s . Yaşlı, cavan demirlər, hamını bu müsabiqələrə salırlar. Onun səsinin olub-olmaması maraq kəsb etmir. Gəlib, yaxşı-pis oxuyurlar. Məqsəd nədir? Onu efirdə görsünlər və heç olmasa, kənddə toya çağırsınlar. Bax, bunun özü də mənəviyyatsızlıqdı.
***
Düşünürəm ki, biz Sovet ittifaqında olan təkminləşmiş təhsil sistemini ləğv etməklə böyük səhvə yol vermişik. Boloniya sisteminə, adını da balon sistemi qoyduq. Boloniya şəhər adıdır. Balonun isə içərisinə turşu qoyurlar. Yəni təhsilimizi balona salıb qıcqırtdıq. İndi kurikulumdu nədi onu çıxarıblar. Heç özləri bilmir bu nə olan şeydi. Bilirsinizmi yaxşı sistemi pisləmək olmaz. İnsanlara ensiklopedik savad verirdilər. O vaxtın şagirdi indinin tələbəsindən çox bilirdi. Biz bunu itirdik. O təhsil müəssələrinə savadlı müəllim də lazımdır. Savadlı müəllim olmayandan sonra savadlı gənc haradan olacaq?
***
Biz yavaş-yavaş öz mənliyimizi, ədəb-ərkanımızı, tərbiyəmizi, əxlaqımızı itiririk. Niyə? Çünki biz millət kimi özümüzü itiririk. Gənclərin beynini türküçülüklə doldurublar. Gənclər Azərbaycançılığın nə olduğunu bilmir. Azərbaycan dövlətinin qalmasını istəyiriksə, gənclərimizə Azərbaycançılığı aşılamalıyıq. Azərbaycanı ancaq Azərbaycançılıq qoruya bilər. Türkçülüyün meydanı Türkiyədir. Bir dəfə də olsun görmüsünüzmü ki, Qazaxıstanda, Türkmənistanda kimsə durub desin ki, mən Türkəm? Yoxdu belə şey. Qazax çalışır, öz qazaxlılığını inkişaf etdirsin, türkmən çalışır ki, öz türkmənliyini inkişaf etdirsin. Onlar türkdillidirlər, amma türk deyillər. Biz onlara türk deyəndə inciyirlər. Biz heç antropoloji cəhətdən də türk deyilik.
 Bizim aristokratiyanın damarından ariya-slavyan qanı axır. Tarixən Azərbaycan öz möhtəşəmliyinə qanında ariya-slavyan qanı olan metis hakimlərin hesabına nail olmuşdur. Şah İsmayıl əslində Şeyx Heydərin rus qadınından olan oğlu idi. Hәmin dövrdә pravoslav Trаbzоnlа şiə Diyаrbәkir аrаsındа geniş әlаqәlәr vardı, çünki hər ikisi Tartariya İmperiyasının yeni qopmuş subyektləri idi. Osmanlı və iudey təcavüzünə birgə sinə gərmək məqsədilə Uzun Hәsәn Trаbzоn hаkimi Kаlоyа Аnisin gözәl bаcısı Kurа Kаtrinа ilә еvlәndi. Yаrаdılаn qоhumluq әlаqәlәrindәn biri dә Uzun Həsənin Ərdəbilə nəzarət edən bacısı оğlu Şeyx Hеydәrlә bağlı оldu. Hеydәr Uzun Hәsәnin Kаtrinаdаn dünyаyа gәlәn Mаrtа аdlı qızı ilә еvlәndi vә оndаn da şərafətli şahımız İsmаyıl dünyаyа gәldi.
 Qarışıq nigahlardan sağlam, möhkəm, pozitiv enerji yayan, ruhani mahiyyətli, mənəviyyatçılığa köklənmiş, düzgünlük tərəfdarı, kosmogenetika daşıyıcısı olan insanlar yetişir. Seyidə, kürdə, avara və yəhudiyə evlənmək qəti olmaz, çünki onlar eyni Reptiliya kökünə bağlıdırlar. İuda ilə qarışmaq Böyük Mirasın sonunu gətirər. Biz Müqəddəs Tartariya İmperiyasının varisləri, Daariya övladları, Allahın mirasının qoruyucularıyıq. Başqa yolumuz yoxdur. Rus sivilizasiyası və Rus superetnosu həmişə mövcud olmuşdur; Ruslar Avrasiya qitəsində mövtəşəm və dünyəvi dövlətlər yaradaraq daim siyasi səhnədə aparıcı rol oynamışlar. Tarixən ruslar müxtəlif adlar altında- hiperboriya, ariya, tartar, skif, tavroskif, şıx, sarmat, roksolan, varyaq, vened, moğol kimi Avrasiya qitəsində aparıcı qüvvə olmuşlar. Biz də ulularımızın yolu ilə gedib həmin aparıcı qüvvənin yanında yer almalıyıq.
 Bizim xalq öz bətninə ariya ruhunu, slavyan qəlbini hopdurmalıdır. Rus dühasının bioloji və mənəvi cəhətləri bizim xalq üçün oriyentir rolu oynamalıdır. Yalnız bundan sonra biz həyatın sakit axarına düşəcək, çərxi-fələyin təkərini öz xeyrimizə döndərə biləcəyik. Məhz bu zaman biz öz nəbzimizdə tarixin impulsunun vurduğunu hiss edəcəyik. Bizim kimi reqressiv xalqın hərəkətverici qüvvəsi Rus mənəvi və bioloji gücünü özümüzdə inikas etdirməkdən asılıdır. Canımız və qanımız Rus ruhu ilə qidalanmalıdır. Mənəviyyatımız ariya-slavyan konqlomeratının şirəsi ilə yoğrulmalıdır. Səttar Məmmədovun dediyi kimi, “Rusiya nicat gəmisi, hidayət çırağı və Allahın ən böyük nemətlərindən biridir”.

İbrahim Sel, “Avrasiya tarixi”

26.05.2017

Gözəl Bayramlıya cinayət işi açıldı

Dövlət Sərhəd Xidməti (DSX) Gözəl Bayramovanın saxlanması barədə məlumat yayıb.
Xidmətin Mətbuat Mərkəzindən pressclub.az-a verilən məlumata görə, mayın 25-də, saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. /pressclub.az/

Bakıda ŞOK: ərəb turist 16 yaşlı qızı cinsi əlaqə üçün otelə gətirdi: aləm bir-birinə dəydi

Bakıdakı otellərin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb.
Baku.ws xəbər verir ki, oteldə müştəri olan şəxs otelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub. Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyib. Otel administratoru isə ərəbə başa salmağa çalışıb ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir. Məlumatı verən mənbə bildirib ki, o, yaranmış mübahisdən istifadə edərək azyaşlı qızla söhbət edib ərəbin onu aldadaraq otelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb. Nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Bakıda yerləşən barların birində ərəblə tanış olub. Otelə isə ərəblə gecələməyə gəlibmiş. Amma otel rəhbərliyi onların bu arzusunu çin olmağa qoymayaraq, həmin şəxslərə nömrə verməyib.

16 ərəb ovçu Azərbaycandan qovulub

Əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirmələri və qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarında təhlil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirlinin mətbuat xidmətindən modern.az-a bildirilib: “Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara  5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati  ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur. Eyni zamanda, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti ETSN tərəfindən təhlil olunur. Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar, onları ölkə ərazisində təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərimizə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq”.
Qeyd edilib ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist Azərbaycanın  ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub.  
ETSN vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli “Qaynar xətt”ə müraciət etmələrini xahiş edir.

Арабские друзья-миллиардеры Кямаледдина Гейдарова в Габале

Арабские миллиардеры снова приехали в Азербайджан.
По информации BAKU.WS, арабские миллиардеры прибыли в Габалу. Здесь они посетили культурные достопримечательности. Затем отправились на охоту. Начальник охраны дубайского эмира Мухаммед бин Рашид Гадир вместе с друзьями приехал в Азербайджан.
Арабские миллиардеры отдыхают в развлекательном комплексе в Габале.
Отметим, что Мухаммед бин Рашид находится в дружеских отношениях с министром по чрезвычайным ситуациям Кямаледдином Гейдаровым. Начальник охраны также участвовал в свадьбе сына К.Гейдарова Ниджата, которая проходила 28 февраля прошлого года.

Seks aclığı, paytaxt barları, səxavətli ərəblər, gənc qızların şeyx arzusu – Onlar Bakıda kef edirlər

Məlumdur ki, son 2 ildə Azərbaycana turist axını müşahidə edilir. Turistlərin əksəriyyəti isə, hamıya məlum olduğu kimi, ərəblərdir. Ərəb ölkələrindən gələn turistlər əsasən Bakıda, Qəbələdə, bir də ov üçün uğurlu olan yerləri gəzirlər.
Amma bununla yanaşı ərəb turistlərin əsasən də Bakıda mənəvi dəyərlərə toxunduqları haqqında da məlumatlar var. Sosial şəbəkələrdə aparılan müzakirələrdən də belə aydın olur ki, ərəb turist kişiləri Bakıda əsasən günlərini barlarda keçirirlər. Və fahişəliklə məşğul olanların xidmətlərindən gen-bol yararlanırlar. Eyni zamanda Bakının mərkəzi parklarında, xüsusən də Bakı bulvarında gəzərkən, qız-gəlinlərə göz qoymaqları də insanların diqqətindən yayınmır. Və əsasən sosial şəbəkələrdə bu etirazla qarşılanır.
İşlədiyi otelin və özünün adının çəkilməsini istəməyən otel işçisi PressClub.Az-a deyib ki, hər gün müxtəlif ölkələrin vətəndaşları ilə qarşılaşır, onları müşahidə edir: “Məsələn Avropa ölkələrindən gələn turistlər əsasən Bakının görməli yerlərini, tarixi ərazilərini, teatrlarını gəzirlər, ordan şəkillər çəkirlər. Özlərini ölkəmizin qayda-qanunlarına uyğun aparırlar. Amma ərəb turistlərdə tamam başqa hal müşahidə edirik. Əsasən də kişi cinsindən olan ərəb turistlər sanki seks aclığı yaşayırlar, bu aclığı Bakıda təmin edəcəklərini düşünürlər. Bütün günü barlarda, publarda vaxt keçirirlər. Adi müşahidə edəndə, onların arzu və istəklərini tam anlamaq mümkündür”.
Həmsöhbətimiz deyir ki, ərəblər həm də səxavətlidirlər: “Məsələn avropalı bir əcnəbi oteldə qalmaq, yemək qiyməti neçədirsə, o məbləği ödəyir. Ərəb də ödəyir, amma bununla yanaşı el arasında “çayavoy” dediyimiz “adət”ə də əməl edirlər. Yəni səxavətli turistlər adlandırmaq olar. Onu da deyim ki, bizim bəzi gənc qızlarımız var ki, özləri ərəblərə kobud desək “padxod” edirlər. Onlar elə bilirlər ki, ərəblərin bura gələnlərinin hamısı şeyxdi, bunları arvad kimi alıb aparıb saxlayacaqlar. Əslində isə elə deyil. Onlar sadaca burda olduqları vaxt əylənmək istəyirlər”.
“Turizmin inkişafı bir çox ölkələrdə ekoloji, mənəvi, tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı problemlər yaradır”. Bunu isə PressClub.Az-a ərəb turistlərin ölkəmizdə milli-mənəvi dəyərlərə mənfi təsir göstərməsi haqqında iddialara münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov deyir. O bildirir ki, insan ayağı dəyməyən yerlərin insanlar, turistlər tərəfindən “kəşf edilməsi” təbiiliyin, bakirəliyin pozulmasına gətirib çıxarır: “Azərbaycanda son illər, xüsusilə, şərq ölkələrindən mental dəyərləri tamam fərqli olan ərəblərin, ərəbdilli turistlərin gəlişi müəyyən mənada böyük problemlər yaradır. Problemlər tək ərəblərlə deyil, həm də İrandan gələn turistlərlə bağlı yaşanan problemlərdir. Bu və ya digər dərəcədə Azərbaycanda oturuşmuş, daha çox mili-mənəviyyatla bağlı dəyərlərə arxalanan mənəviyyatımız, psixologiyamız, cəmiyyətdə olan müəyyən normaların dağıdılması intellektualları və ziyalıları da dərindən düşündürür. Amma biznesin öz qayda qanunları var və onlar müəyyən mənada hər bir xalqın, cəmiyyətin, dövlətin qonşu ölkələrdən, xaricdən gələn turistlər üçün öz mənəviyyatını və adət ənənələrini qismən də olsa yumşaltmasını tələb edir. Yoxsa, onda biz qapalı dövlətə çevriləcəyik. Nəinki ərəblər, dünyanın heç bir yerindən bizə turistlər gəlməz”.
Ərəbdilli turistlərin ölkənin hər yerində özlərini həddindən artıq açıq-saçıq aparmasının cəmiyyətdə böyük etirazlara səbəb olmasını təsdiqləyən Əbilovun sözlərinə görə artıq mətbuatda, sosial mediada ərəb turistlərə nifrət özünü göstərməyə başlayıb: “Əslində bu çox pis haldır. İnsanlar özləri özlərinə qarşı kəskin ictimai qınaqlar yaradıblar. Mən xatırlayıram, vaxtilə azərbaycanlılar da Rusiyaya gedəndə onların mental dəyərlərinə uyğun olmayan hərəkətlər edən zaman eynilə rusların bizə qarşı aqressiyasını görürdük. İllər keçdi, aparılan maarifçilik ona gətirib çıxarıb ki, azərbaycanlıların böyük əksəriyyəti o ölkələrin qayda qanunlarına, adət-ənənələrinə sayğı ilə yanaşdı. Orada qanunvericilik isə kəskin sürətdə Rusiya dövlətinin adət-ənənələrinə söykənməyə başladı. Qonşu ölkələrdə olan xüsusi qadağaları Azərbaycana da tətbiq etmək lazımdır. Turist kimi buyur, bütün imkanlardan istifadə et, amma qayda-qanunlara zidd şəkildə mental dəyərlərimizi dağıdırsansa, bu yolverilməzdir. Belələrinə, qanunların ən kəskin cəzaları tətbiq olunmalıdır. Bunu ərəblərə əvvəldən bildirmək lazımdır. Sözsüz ki, istənilən qadağa gələn turistlərin azalmasına gətirib çıxaracaq. Amma azərbaycanlılar necə ki, başqa ölkələrə gedəndə əvvəl özlərini kobud aparırdılar, sonradan sivilləşdilər, ərəbdilli və qərbli turistlərin Azərbaycanın mental dəyərlərinə sayğı ilə yanaşması və qanunvericiliyin tələblərinə uyğun özlərini aparmasına kömək etmiş olarıq. Buna görə ictimai qınaqla yanaşı müəyyən mənada mənəviyyat polisi, mənəviyyat qanunvericiliyə də ehtiyac var. Yaxın gələcəkdə bununla bağlı qanunvericilikdə dəyişiklikləri gözləyə bilərik”. /pressclub.az/

24.05.2017

Şeyx Səfiəddinin azəri dilində şeiri

Şeyx Zahid Gilaninin məhşur mürüdlərindən olan, Səfəvi sülaləsi şahlarının ulu babası İshaq ben Əminəddin Cəbrayıl Ərdəbili-Şeyx Səfiəddin adı ilə məhşur olmuşdur.
Şeyx Səfiəddin, Ərdəbildən olmasına baxmayaraq, Gilanı çox sevdiyindən, əsasən Gilanda yaşamış, Talış və Gilək dillərində sərbəst danışmışdır. O, öz müəllimi Şeyx Zahidin xatirini yüksək tutduğu və ona dərin ehtiram göstərdiyi üçün, onun vəsfinə Talış dilində şeirlər yazmışdır ki, o şeirlərdən biri qorunub saxlanılmış, bizə yadigar qalmışdır.Bu şeiri Qədim Azəri dilində yazılıb.Qədim Azəri dili Talış dili,Zaza dili,Sorani dili və digər Şimal-İran dillərinin əcdadıdır.

Dılır kuhi sər əv dəndə nıbu,
Əşgır cui ki, vəryan band nıbu,
Helmır bağe şəriət mand zir an
Ruhır bazra bə pərvaz dənde nıbu
Mu əzəş-əzcə əv yan mande durim,
Əz cə əv yan xasan poşt zurim,
Dəhəşəm duş bə ərş o bə kursi
Sultan Şeyx Zahid çuvkam kuim.

(Sətri tərcüməsi)
Ürəyin bir dağdır ki, zirvəsi tərtəmiz,
Eşqin sənin bir arxdır ki, bağlamaq olmaz
Helmin şəriət bağını abad edər,
Ruhun uca uçan şahindir ki, ucalığı görünməz.
Allah eləməsin, mən onlardan uzaq olum,
Çünkü, mən onlardan güc və qüvvət alıram.
Çiynimi söykəmişəm ərşlə kürsüyə
Elə bil ki, Sultan Zahid çəvkanıyam mən.

Bu şeiri Lənkaranlı həkim Mirsalam Babayev bu şəkildə tərcümə etmişdir:
Ürəyin – zirvəsi görünməz dağın,
Eşqin bir bulaqdır, çağlayar, daşar.
Helmin abad edər şəriət bağın,
Ruhun bir qartaldır, buludlar aşar.
Mən qala bilmərəm onlardan uzaq,
Gücüm və qüvvətim onlardır hökmən,
Çiynimdir ərş ilə kürsüyə dayaq
Sanki Sultan Zahid çəvkanıyam mən.

Şeyx Səfiədindin şe’rindəki sözlər daha çox Lerik rayonunun Orand hissəsində yaşayan Talışların ləhcəsinə yaxındır.
Şeyx Səfiəddin Hicri-qəməri təqvimi ilə 735-ci ilin Məhərrəm ayının 12-sində vəfat etmişdir.

Niyə yanmadız?

Yusif Rəhimli

Mənə insanlıqdan ey dəm vuranlar,
Sizintək o qədər adam görmüşəm,
İlk başda mələksiz, sonunda şeytan,
İçiniz yalanmış- bunu bilmişəm.

Sözlərim heyifdir sizdən yazmağa,
Bilmirəm kimlərə inanım indi.
Uymuşam sizlərin hər dediyinə,
Çalışım gec olmadan oyanım indi.

Siz insanların duyğularından
Oğurluq edirsiz- cinayətdi bu!
Bəlkə də yazıqsız- nə deyim sizə?
Naşılıq, yazıqlıq- cəhalətdi bu!

Anlamaq sizinçun bu qədər çətin?
Niyə ürəklərlə oyun oynadız?!
Bir az istifadə edib gedirsiz,
Bizlər üzüləndə niyə yanmadız?

Rus olmasaydı indi Yupiterə uçardıq!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -68

Samir Tağıyev: Dünyada qibtə etdiyim iki ölkə var: İran və Rusiya. Uca Allah bizi və sizləri qorusun.
Vüsal Həsənəli: 40 ildi şəxsi həyatını qura bilməyənlər Böyük Turan qurmaq istəyir. Heyvanıva şükür, İlahi!
Sahil Qənbərli: Məsələnin kökü məlumdur- ölkədə kasıblar özlərini istismar olunan bir sinif yox, müvəqqəti olaraq iqtisadi böhran yaşayan milyonerlər olaraq görürlər.
Rauf Qubadov: Niyə hakimiyyəti, hətta muxalifəti də bir qrup yerlilərin təmsil etdiyini dilinizə gətirmirsiniz? Azərbaycan əsilli qalan bir-iki nəfəri də gözümçıxdıya salmaq vətənpərvərlikdimi?
Qəmlo Əsədullah: Fikir verirəm ki rusdilli əhali azalır, rus dilini yavaş-yavaş sıxışdırıb aradan aparmaq istəyirlər. Rus bölmələri azdır, get-gedə də azaldılır. Rayonlarda vəziyyət lap bərbaddır. Rus dilində təhsil alanlar olsa da, get-gedə bu əhatəni daraldırlar. Rus dilli əhalini məqsədli şəkildə azaldılır. Niyə? Bu əhalinin “tupoylaşdırma” siyasətinin istiqamətlərindən biridir.
Rəhim Həsənli: 28 mayda “Qarabağlılar” kafesi ilə “Şuşa” şadlıq sarayı arasında bir göl əmələ gəlib, təcili bütün gün osmanlı ləhcəsində yeməkdən konuşanlara demək lazımdır ki, bu gölə bir ad qoysunlar...
Musa Tukanov: Tarix bizə ruslara arxa çevirməyimizi bağışlamayacaq.
Arzu Abdulla: Əsrin əvvəllərində Bakıya neft iyinə gələn Nobel qardaşları Balaxanıda Qoturluq Xəstəxanası açırlar. Balaxanıda yerdən çıxan bulaqda bir dəfə çimən hər hansı dəri xəstəliyinə tutulmuş kəs o anda sağalır. Bu kimi əvəzsiz bulaqlar təkcə Balaxanıda deyil, Azərbaycanın çox bölgəsində var. Elə götürək Astaradakı yanar suyu və ya Lənkəranda, Masallıda, Kəlbəcərdə, Naftalanda, Kürdəmirdəki İsti suyu, Zığ qəsəbəsində yerləşən Duzlu göl, Xaltan sularını. Xarici ölkələrdən firma dərmanlarını gətirib zavallı xalqa sırıyanlar çox yaxşı bilirlər ki, bu firma dərmanlarının heç bir xeyri yoxdur. Daha ucuz və keyfiyyətli başa gələn müalicəni isə Tanrı bizə göndərib, özü də pulsuz, əziyyətsiz. Sanki uca göylərdən müqəddəs bir əl bir səbət şəfalı bulaqları, gölləri, çayları ölkəmizin üstünə səpib və bu müjdədən bütün bölgələrimizə pay düşüb. Bəs kimdir bizim ilahi payımızı yeyənlər? O kəslərdir ki, onlar bir dəstə “millətçi”, “türkçü”, “vətənpərvər” yetişdirib salıblar üstümüzə. Bu əslində baş qatmaq, gözdən pərdə asmaq üçün işlənmiş siyasətdir. Eynən Amerikanın siyasətinə bənzəyir. Gözümüzdən pərdə asırlar və bu pərdənin arxasında bizim hamımıza verilən sərvəti çırpışdırıb ciblərinə yığırlar.
Həmid Herisçi: Duqin Rusiyada 50-dən çox ciddi əsərin, monoqrafiyanın müəllifidir, o poliqlotdur, 11 dildə sərbəst danışır. Bu gün Duqin dövrü gəlib. Onun kimi dühanın ölkəmizə gəlişini alqışlayıram.
Rasim Hüseynov: Bəy deməklə deyil, bunlar zatən çurban gəliblər çurban da gedəcəklər. Elə bilirlər çulu dəyişəndə eşşək də dəyişib başqa canlı olur!
Orxan Həbibon: Stalin Hüseyn Cavid kimi satqınları öldürüb- bunun nəyi pisdi ki?!
Ceyhun Salahov: Almanlar bizi işğal etsəydilər qarət-talan eləyib, bir neçə ildən sonra xaraba qoyub gedəcəkdilər, ancaq Sovet hökuməti bizə elə bir tarix qoyub getdi ki, köhnə Azərbaycan xalqı hələ də o illərə Qızıl Əsr kimi baxıb, o günləri xoş xatirələrlə yad eləyir.
Əkrəm Məlikov: Səbr kasası daşıb. Daha dözmək mümkün deyil. Bu ölkəyə mütləq Putin öz xilas gücünü göstərməlidir.
Vüqar Məmmədov: Demokratiya bizlik deyil. Ondan danışmağa belə dəyməz.
Elxan Xəlilov: Basıb yeyən icra hakimlərini, eşşəklərinin ağzındakı dişləri də qızıldan olan nazir və harınlamış, qudurmuş, əsgərlikdə belə olmayan nazir balalarını görəndə şəhidlərin qanı yerdə qalmaz sözu gülməli gəlir mənə...
Fərid Cəfərov: Mən bildiyim qədər bizim müxalifət özünü demokratik, Qərbyönümlü azad müxalifət adlandırır, yəni ki hamı öz sözünü azad və demokratik formada deyə bilər və dediyi sözə görə (əgər təhqir deyilsə) heç kim mühakimə oluna bilməz. Amma mən bir şeyə əmin oldum ki, bu Qərbin dediyi demokratiya söz və hərflərin gözəl ahənglə ard-arda düzülməyindən başqa bir şey deyil. Deyərsiz ki, bəs bunu hardan kəşf elədin, qoy deyim: Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və adını çəkmədiyim digər üzdəniraq, özünü xalqın təmsilçisi adlandıran müxalifətçilər məni düz söz yazdığıma görə blok eləyiblər, bunu sınamaq istəyən şansını yoxlaya bilər.
Piri Baba: Talmud yəhudilərdən xristian və müsəlman ibadətgahlarının dağıdılmasını istəyir. Suriyada və Azərbaycanda yəhudilər bu işi öz sədaqətli nökərlərinin əli ilə edir. Avropada isə kilsələri yıxmırlar, içində diskoteka olan yerə çevirirlər. Sinaqoq isə uçurula bilməz. Uçurmaq olar, təkcə bu şərtlə ki yerində daha qəşəngi tikilsin.
Vasif Sirinov: Səudiyyə kimi dünyada ikinci şərəfsiz ölkə var sizcə?!
Aftandil Babayev: Qardaş, ruslarla SSRİ vaxti az qala 100 ilə yaxın bir yerdə yaşamışıq- nə tarixi düşmənbazlıqdı?! Bəs dostumuz kimdi? Türkiyə deyəcəksizsə, onlarla 500 ildən çox vuruşmuşuq osmanlı dövründə...
Cavid Məmmədzadə: Bakılı olmağın özü bir başqa xoşbəxtçilikdi...
Rəfail Vətəndaş: Azərbaycan hakimiyyəti Azərbaycan büdcəsindən külli miqdarda vəsaiti “İslamQumarOyun”larına xərcləyir. Əlilliyi olanlara isə 74 azn müavinət verir. Əlilliyi olan şəxslərin isə son ümid yeri ona qalıb ki, Dünya İslam Ölkələrinə və müsəlmanlar yaşayan ölkələrə müraciət edib xahiş etsinlər ki, onlarda yığılan fitrə-sədəqədən ölkəmizdə yaşayan əlillərə normal yaşamaları üçün müavinət ayırsınlar. Ölkəmizdə əlilliyi olan şəxslərə verilən müavinət onların kommunal xərclərini belə ödəmir!
Nəsimi Abdulov: Bilsəm ki aynanın qabağında durub dodağınızı qabağa verib büzüb şəkil çəkdirməklə ərə gedə bilərsiz, bir cehizdik güzgü də mən sizə hədiyyə edərdim. Elə məhz buna görə də bəzilərinə əlvidə deyib facebook dostluğumdan azaldıram... I am sory!
Roma Qobunski: Düş Tarqovıya, azəri fahişələr ərəb müştəriləri gəzirlər. Sovetski, Kubinka kimi qeyrət məskənləri söküləndən bunlar ayaq açdılar.
Kənan Əliyev: Bu qədər təsadüf ola bilməz axı, elə bu nazirlərin hamısı ya yeraz, ya naxçıvanlıdı. Daha necə başa düşürsüz düşün, bircə onu bilirəm ki, bu hakimiyyətdə oturanlar bu milləti qul yerinə qoyub, quldarlıq dövrü qayıdıb, özümüzün xəbərimiz yoxdu. Deyiləsi dərd deyil vallah, Azərbaycanın bu qədər sərvətləri ola-ola biz acından ölürük, pis gündə yaşayırıq.
Vasif Seyfullayev: Əfsuslar olsun ki, SSRİ dağılandan sonra az-maz təfəkkürü də aldılar bu millətin əlindən. Bədbəxtçilik ondadı ki, bu xalq konkret olaraq hələ də nə istədiyini heç özü də bilmir!
Tural Həmid: Azərbaycandakı jurnalistlərin əksəriyyəti propaqanda alətidir, savad deyilən şey yoxdu.
Zeynəb Cəfərli: Türklər kimi dostu olana düşmən lazım deyil...
Pərvin Cəfərzadə: İrana həkimə gedirdim. Bizim Astara gömrüyündəki dəmir barmaqlıqlarda ilişib qaldım. İlişmək deyəndə dəmirə iləşmədim, yüzlərlə insanın arasında sıxılıb qaldım. Demək orda dəmir turbalardan elə bir sistem düzəldiblər ki, mən həmin sistemdən Rusyanın Kaşırıskıy rayonunun Dankov kəndində fermada görmüşdüm. İnəkləri, qoyunları elə yerə salıb sağırlar ki, təpik zad atmasın.
Arif Quliyev: İndiki müxalifət də, o vaxtdan qalma bəylər də elə satqındırlar. Bu milləti aldatmağa, pula satmağa hazırdılar, necə ki satdılar həmişə!
Bəxtiyar Ağazadə: Azərbaycan iqtisadiyyatı bütün bu illəri, o cümlədən də indi 90 faiz neft, neft məhsulları və qazdan asılıdır, bunların da böyük qismini xam neftin satışı təşkil edir. Sovet vaxtı bizə keçərdilər: Sırovoy pridatok imperializma- bax biz indi ondanıq! Üstəlik əsas sıryo da tükənməyə doğru gedir.
Zərdüşt Əlizadə: Heydər Əliyevin gəlməsini labüd eləyən Əbülfəz Elçibəyin yarıtmaz siyasəti idi. Elçibəy və onun komandası Azərbaycanı elə dərin bir girdaba saldılar ki, xalq yolu Heydər Əliyevi çağırmaqda gördü.
Mənsur Həqiqətpur: Türkiyənin Qafqazdaki bütün fəaliyyətləri süni xarakter kəsb edir. Türklər Azərbaycan xalqının dostü deyil.
Təranə Əliyeva: Oxuyun Amerika həyatı haqqında. Orda böyük şəhərlərin elə məhlələri var ki, polis də girə bilmir. Narkotik, silah, hər şey... İldə neçə dəfə məktəblərdə silahlı hadisələr olur. Küçələrdə, metrolarda ömürləri keçənlər var...
Zahid Mikayılov: Sovet dövrü- alnımıza yazılmış ən böyük xoşbəxtlik idi. İndi o alına bədxahların güllələri tuşlanıb.
Müttəqi Bərməki: Sovetlərin vaxtında Novruz bayramını ilk dəfə təntənəli surətdə Şıxəli Qurbanov keçirmiş, Novruz bayramının milli bayram kimi qeyd edilməsinə isə Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov sərəncam vermişdir.
De Lankoni: Əsəbimi qorumaqçün baxmıram ümumilikdə tv-yə, elə həmçinin bizim bəzi üzdəniraq saytlara da.
Fərhad Həsənzadə: Milliyətçiliyin dərəcələri var. Müəyyən dərəcədən sonra o adi faşizmə çevrilir, şovinizm dərəcəsi isə onun pikidir.
Nailə Cəfərova: İndi eşidirəm ki, guya milli hökumət qalsaymış Atatürk yolu gedəcəkmişlər. Sovet hökumətinin məcburi pulsuz təhsili olmasaydı, indi qadınlar savadsız, çadralı idilər, kasıb ailələrdən olan kişilərin əksəriyyəti adlarını belə yaza bilmirdilər.
Sadiq Fərzəli: Sos, sos, sos! Bilin və agah olun! İŞİD, Taliban, Əl-Nusra və digər terror qruplaşmaları İslam deyil, onların insanlığı, dini, imanı, insafı və Allahdan xəbərləri yoxdur, Amerikanın, İsrailın, İngiltərənin, Səudiyyənin İslamı gözdən salıb müsəlmanlığı məhv etmək üçün yaratdığı bandit dəstələridr. İlk sübutu budur: İŞİD niyə İslamın və İŞİD-in Əhli-sünnə qardaşları olan fələstinlilərin düşməni sayılan İsrailə kurşun atmadı?! Çünkü İŞİD sahibinə kurşun ata bilməz! Allah zalilmlərin və onlara dəstək olanların bəlasını versin!
Nadir Qocabəyli: İlk növbədə Rusiya ilə qonşuyuq və 200 illik siyasi, iqtisadi, mədəni və mənəvi birliyimiz var. Biz bu birlikdən sözün əsl mənasında daha çox qazanmışıq. İtkilərimiz çox azdır və onlar elə rus xalqının öz itkilərinə paralel baş verib. Bu gün mövcud olan Azərbaycan xalqının formalaşmasına belə Rusiyanın, daha sonra SSRİ-nin tərkibində olmağımızın çox böyük təsiri olub.
Hikmət Babayev: Bir az savadı və həqiqəti deyəcək qədər ləyaqəti olan hər kəs deyər ki, Azərbaycan mətbuatı nə səviyyədədir. Rusu söymək az qala bu ölkədə vətəndaşlıq borcuna çevrilib. Nə zibil olur, onda ya rusu günahkar çıxardırlar, ya da farsı! Dəqiq məlum olsa belə bu oyunda başqa ölkələrin əli var, yenə də deyirlər... Bizim kanallara, xüsusən siyasi söhbətlərə 10 dəqiqədən artıq baxa bilmirəm, əsəbiləşirəm. Nə qədər yaltaqlıq, ikiüzlülük, özünü təmizliyə çıxartma var! Dünən İTV-də verilişə 3 dəqiqə baxdım... az qala AKP-nin vəkili rolunu aparırdılar, guya az qala bütün dünya AKP-yə qarşı birləşibmiş! Baxırsan, ruslar bizi 20-ci il işğal etməsəydi belə olardı, elə olardı... Bircə o qalır desinlər ki, rus olmasaydı indi Yupiterə uçardıq!..