31.05.2020

Дугин предложил национализировать предприятия и выселить олигархов в Лондон

В России нужно срочно ввести режим политической диктатуры, национализировать все крупные предприятия, а всех олигархов, коррупционеров и либералов отправить в Лондон. Желательно навсегда.
Такой наиболее по его мнению эффективный способ борьбы с коронавирусом в РФ предложил известный российский публицист и философ Александр Дугин, отметив что кардинальные меры по борьбе с эпидемией нужно вводить незамедлительно.
Дугин уверен, что в России пора ввести режим чрезвычайной ситуации, установить повсеместный карантин, как это сделали в Соединённых Штатах, а также политическую диктатуру. Всех, кто будет против, публицист предложил изолировать вместе с уже заражёнными.
В ситуации с эпидемией не время играть в демократию. Москва должна национализировать все крупные предприятия и банковский сектор. «Сбербанк» и прочие финансовые структуры нужно лишить права на монополию и отдать в управление чрезвычайному комитету спасения. Также руководство РФ должно отменить или хотя бы отложить голосование по поправкам в Конституцию. Вообще с этой темой можно и повременить, вернувшись к ней сразу же после того, как проблема с коронавирусом будет решена.
Дугин подчеркнул, что победить в борьбе с эпидемией может только сильная и социально справедливая Россия, в которой государство будет опираться на народ, а народ доверять власти во всём. Поэтому страна должна избавиться от олигархов, коррупционеров и либералов, вполне заслуживающих статуса «враг народа». Причём можно обойтись без всяких репрессий. Всё-таки XXI век на дворе. Всю эту враждебную России массу нужно отправить в Лондон, к примеру. Британский премьер Джонсон на днях прекрасно раскрыл всю суть сверхдемократичного либерализма англосаксов, заявив, что заболевание является личной проблемой каждого. Государство умывает руки и даже не будет заниматься организацией массового тестирования. Вот в эту просветлённую человеколюбивую страну и нужно послать истинных врагов России. Они же так прославляют западные ценности, если не делами, то словами.
Предложение Дугина, конечно, радикально донельзя. Однако можно не сомневаться, что оно понравится большинству граждан. Причём многие предложенные меры подавляющее большинство поддержало бы и без всякого коронавируса, ибо некоторые пороки нашего общества вроде вышеупомянутой коррупции, будут куда страшнее любой эпидемии. И ущерб они наносят в сотню, а то и в тысячу раз больший. /zen.yandex.ru/

Polşada qul kimi çalışan azərbaycanlılar: “12 saat işləyirik, maaş da yaxşı deyil”

Azərbaycanlı işçilər üçün Polşada yaşanan həyat Avropa xəyalından uzaqdır. Özü də lap çox uzaqdır.
"12 saatlıq işdən sonra evə qayıdıram, evdə əlimə nə keçdi, tez yeyirəm və yatıram. Bu, həyat deyil. Mənim gündəlik işim hər gün eynidir”.
Polşada yaşayan azərbaycanlı mühacir Kamran belə bir həyat yaşayır. Qərbin nəzarətində olan "oc-media.org” saytı belə yazır.
Kamran (bu, onun əsl adı deyil) 2018-ci ildə Azərbaycandan Polşaya köçüb. Çexiya ilə sərhədə yaxın, cənub-şərqdə yerləşən Skoczov şəhərində avtomobil sənayesi üçün hissələr istehsal edən fabrikin anbarında çalışır. Həftənin altı günü 12 saat işləyir.
Bu fabrikdə postsovet ölkələrin nümayəndələri çoxdur. Azərbaycanlılar, ukraynalılar, gürcülər və ermənilər burada yan-yana çalışırlar. Onlar yerli işəgötürənlər tərəfindən ucuz və etibarlı işçi qüvvəsi hesab olunurlar.
Kamran qısamüddətli yaşayış icazəsi ilə Skoczovda yaşayır. Keçmiş jurnalistdir. O deyir ki, Azərbaycanda aldığı 350 dollar (600 manat) maaşla həyat yoldaşı və iki uşağını yaxşı dolandıra bilmirmiş. "Azərbaycanda yaxşılığa doğru dəyişikliyə ümidim yox idi. Heç olmasa indi ailəmə dəstək olmaq üçün Bakıya bir az pul göndərə bilərəm. Ümid edirəm ki, tezliklə onları Polşaya gətirə biləcəyəm”.
2015-ci ildə neftin qiymətinin kəskin aşağı düşməsi ilə baş verən tənəzzül Azərbaycanda hər kəsə təsir göstərdi. Bu proses əsasən gənclərin Avropa Birliyinə, Türkiyəyə və Rusiyaya getməsinə səbəb oldu. AB-nin statistik orqanı olan "Eurostat”-a görə, 2018-ci ildə 30 000 Azərbaycan vətəndaşı Avropanın müxtəlif ölkələrində qeydiyyata alınıb. Bu say çox güman ki, reallığı əks etdirmir, çünki bir sıra ölkələrin, o cümlədən Fransa və İspaniyada yaşayan azərbaycanlıların sayı bu hesablamaya daxil edilməyib.
Avropadakı azərbaycanlıların böyük əksəriyyəti Almaniyada yaşayır, lakin Polşanın sürətlə inkişaf edən iqtisadiyyatı Azərbaycandan getdikcə daha çox miqrant işçi cəlb etməyə başlayıb. Polşa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2017-ci ildə Polşada yaşayan Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə yeddi dəfə artıb.
Azərbaycan vətəndaşlarından Avropada işləmək üçün viza almaları tələb olunur. Kamran deyir ki, viza ucuz işçi qüvvəsi ilə çalışan vasitəçilər tərəfindən təşkil olunur və bunun üçün hər işçi 2000 avro ödəyir.
Ancaq bir çox miqrant-işçi Polşaya gəlməzdən əvvəl vəd edilmiş işlərlə təmin olunmur. Bu səbəbdən də onlar narazıdırlar. Kamran deyir ki, bir çoxları vəd olunmuş yaxşı işin yerinə pis iş şəraiti olan fabriklərdə işlə təmin olunurlar. "Bəzi fabriklər, məsələn, dəri fabriki insan sağlamlığı üçün çox zərərlidir. Orada işləyən bəzi gürcülər istifadə olunan zərərli kimyəvi maddələrə dözə bilmədilər, sonda işi atıb getdilər”.
Polşada bizim kimi işçilərə daha çox işləmək tövsiyə olunur. Polşa qanunlarına görə, bu ölkədə işçilər normal olaraq gündə 8 saat və həftədə 40 saat işləməlidir. Ancaq bu məhdudiyyətə məhəl qoyan yoxdur. Əlavə işə görə isə cüzi pul ödənilir və ya mənzil haqqı əvəzinə əlavə çalışırsan.
Müqaviləyə əsasən Kamran rəsmi olaraq 8 saat çalışır və 2600 złotı (660 dollar) maaş alır. Lakin o "oc-media.org” saytının əməkdaşına etiraf edib ki, gündə 12 saat işləyir. Qeyri-qanuni iş vaxtına görə isə ayda 400 zlotı (100 dollar) əlavə qazanc əldə edir. Hər ay ailəsinə 500 avro (550 dollar) göndərir.
Polşada çalışan miqrant-işçilərin əmək haqqı və iş şəraitinin yaxşılaşdırılması üçün real iş görən bir təşkilat yoxdur. Miqrantlara onlara bu mübarizədə kömək edə biləcək həmkarlar ittifaqı və ya vəkillə əlaqə yaratmaq çətindir. Bir qayda olaraq onlar bu kimi təşkilatlara qoşulmaq üçün müraciət etmirlər. Avropa Miqrasiya Şəbəkəsinin nümayəndəsi Agata Zurav deyir ki, xaricdən gələn işçilər qanuni hüquqlarını tələb etməkdən qorxurlar, çünki bu onlara Polşada qalmağa və yeni iş müqaviləsi əldə etməyə mane ola bilər.
"Polşadakı miqrantlar qanuni hüquqları ilə maraqlanmırlar. Yalnız pul haqqında düşünürlər". Polşada azərbaycanlı miqrantlar üçün müqavilələr bağlayan vasitəçi Elşən (əsl adı deyil) deyir ki, o keçən il 100-ə yaxın miqrant üçün iş axtarıb. Fabriklər və tikinti firmaları ilə müvəffəqiyyətlə imzalanan müqavilələr əldə edib. "Bəziləri deyirlər ki, miqrantlara iş vəd olunur. Onları aldadaraq pul alırlar. Əslində onlar buraya heç bir iş və ya yaşayış yeri olmadan gəlirlər, sonra pullarının olmadığına təəccüblənirlər”. Elşən deyir ki, bəzən o miqrantlara pulsuz da kömək edir.
Azərbaycanlı miqrantlar Elşənı sosial şəbəkələrdəki reklamlar və ya qarşılıqlı tanışlıqlar vasitəsilə tapırlar. "oc-media.org” tərəfindən araşdırılan bir neçə "Facebook” qrupu azərbaycanlılara Polşadakı fabriklərdə və ya inşaat sektorunda işləməyi təklif edirlər. Onlara 12 və 15 zloty (3.00 -3.80 dollar) arasındakı saatlıq əmək haqqı vəd olunur. Halbuki Polşada bir saat işə görə minimum ödəniş 17 zlotıdır (4.40 dollar). "Ukraynalılar, özbəklər, qazaxlar, induslar və azərbaycanlılar quşçuluq təsərrüfatlarında və yerli sakinlər üçün məqbul olmayan, iş şəraitinin çox çətin olduğu yerlərdə çalışırlar. Polyaklar elə yerlərdə işləmək istəmirlər”,- Elşən deyir.
Teymur daha yaxşı bir iş tapmaq məqsədi ilə ailəsi ilə 2017-ci ildə Varşavaya köçüb. "Mənim aylıq əmək haqqım 700 manat (410 dollar) idi. Bu maaşla ailəmi dolandıra bilmirdim. Bu, mümkün deyildi”. Əvvəlcə o ailəsi ilə Kanadaya köçməyi planlaşdırmışdı. Bir agentlik ona lazımi sənədləri təmin etməyə və iş tapmağa kömək edəcəyini vəd etsə də, sonradan yalnız Polşaya gedə biləcəyini söylədi.
"Mən artıq agentliyə 4500 avro (5000 dollar) - hər ailə üzvünə görə 1500 avro ödəmişdim. Mənə Polşada 1000 avro (1100 dollar) maaş verən bir iş tapa biləcəyimi söylədilər",- Teymur deyir. Varşavada hər şey söz verildiyi kimi olmadı. Teymur kababxanada 2200 zlotı (560 dollar) maaşla iş tapdı. "Mənim kirayə haqqım 1600 zlotı (380 dollar) idi. Bu maaşla ailəmi təmin edə bilmirdim. Nəhayət, tikinti sektorunda başqa bir iş tapdım, ancaq son əmək haqqımdan 1200 zlotı (300 dollar) kəsdilər. Əmək qanunvericiliyinin icrasına nəzarət edən dövlət orqanı Milli Əmək Müfəttişliyinə şikayət etmək istədim. Bir ildən çoxdur ki mənə məhəl qoymurlar”.
"oc-media.org” saytı miqrant işçilərin hüquqları ilə bağlı suallarla Polşanın Milli Əmək Müfəttişliyinə və Ümumdünya Polşa Həmkarlar İttifaqları Alyansına müraciət edib, ancaq cavab ala bilməyib.
Varşava Universitetinin Miqrasiya Tədqiqatları Mərkəzində dərs deyən doktor Vitold Klaus sayta bildirib ki, Polşadakı zəif qanunvericilik bazası qeyri-hökumət təşkilatlarının (QHT) miqrantların hüquqlarının təmin olunmasına kömək etməsini çətinləşdirir. Vitold Klaus deyir ki, az sayda miqrant hüquqi yolla öz istəyinə çatmaq istəyir. Çünki bu yol onlar üçün çox mürəkkəbdir. Miqrantlar məhkəmə zamanı Polşada olmadıqları təqdirdə prosesdə iştirak edə bilməzlər. Çünki məhkəmə prosesinin özü miqranta Polşada qalmaq hüququ vermir. Bundan əlavə, bütün məhkəmə işləri polyak dilindədir və hökumət tərcümə xərclərini ödəmir.
Bu ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Polşadakı azərbaycanlı miqrantlara pulsuz hüquqi dəstək göstərməyə başlayıb. Komitənin nümayəndəsi Rəsul Məmmədov sayta bildirib ki, qurum bu günə qədər ayrıseçkiliklə bağlı yalnız üç şikayət alıb, baxmayaraq ki, bu kimi halların sayı ciddi şəkildə çoxdur.

Elbəyi Həsənli, Sürix                 musavat.com

30.05.2020

Silahlı Qüvvələr Putinə əlləri üstündə baxırlar - Müsahibə

"İndiki şəraitdə Rusiyada dövlət çevrilişi edəcək potensial yoxdur. Heç Silahlı Qüvvələr də buna cəhd etməz. Yeltsindən sonra Silahlı Qüvvələrə elə bir şərait yaradıblar ki, Putinə əlləri üstündə baxırlar".
Politoloq Cümşüd Nuriyev belə düşünür.
Onun teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiyada çevriliş olacağı haqda söyləntilər var, hökumətin ən nüfuzlu üzvləri, o cümlədən bir sıra oliqarxların adları bu məsələdə hallandırılır. Maraqlıdır ki, bunu da gündəmə gətirən rus mediasıdır. Sizcə, bu iddialar nə qədər əsaslandırıla bilər?
- Bu, Putinin özü tərəfindən hazırlanmış ssenaridir. Məlumdur ki, o peşəkar təhlükəsizlik işçisidir. Təhlükəsizlik sistemində "potensial düşməni müəyyən etmək" deyilən bir metod var. Yəni özləri yalan məlumatı buraxırlar və bununla cəmiyyətin reksiyasını yoxlayırlar. Əlbəttə bu tora düşənlər olur. Tora düşənlərin içindən də müəyyən edirlər ki, onlardan hansılarının potensialı daha yüksəkdir. Həmin şəxsləri də aradan götürürlər. İndi Rusiya Baş Kəşfiyyat İdarəsinin bir polkovniki ortaya düşüb. İddialar səsləndirirlər ki, sentyabr-oktyabr aylarında Rusiyada çevriliş olacaq. Yaxud deyirlər ki, çevriliş etməsək, insanlara onları idarə etmək üçün çiplər yerləşdirəcəklər, bunlar da tədricən bizi qıracaq. İnsanları şüuraltında buna hazırlayırlar. Belə şeylərə tez inanan insanlar var. Başqa sözlə, uğurlu informasiya müharibəsi aparılır və bunun üçün ən peşəkar metodlardan istifadə edilir. İndiki şəraitdə Rusiyada dövlət çevrilişi edəcək potensial yoxdur. Heç Silahlı Qüvvələr də buna cəhd etməz. Yeltsindən sonra Silahlı Qüvvələrə elə bir şərait yaradıblar ki, Putinə əlləri üstündə baxırlar. Ümumiyyətlə, Rusiya xalqı qanunu sevən xalqdır, həm də döyüşkəndir. Rusiyada hərbi məsələlər hər şeydən üstündür. Yəni, hərbçilərin Putinin əleyhinə gedəcəyi inandırıcı olmadığına görə, bu, dövlət tərəfindən hazırlanmış və uğurla həyata keçirilən ssenariyə oxşayır. Əgər Rusiya SSRİ-ni yenidən bərpa etmək istəyirsə, hansı dövlət çevrilişinə gedə bilər? Mən şəxsən bunun baş verəcəyinə inanmıram.

- Putinə alternativ olaraq kimlər ön plana çıxa və ya özündən sonra onu kim əvəz edə bilər?
- Rusiyada kifayət qədər güclü qüvvələr var ki, onlar istənilən vaxt dövləti götürüb idarə edə bilərlər. Məsələn, Züqanov belə qüvvələrdən birinin başında durur. Bu adam uzun müddət Sovet dönəmində partiya-dövlət orqanlarında çalışıb. Adidən aliyə qədər qalxa bilib, yəni, Züqanov təkamül yolu ilə gələnlərdəndir. Düzdür indikilərin içində ondan başqa dövlətçilik təcrübəsi olanlar azdır, amma kənarda elə qüvvələr var ki, onlar həm dövlət işini, həm də iqtisadiyyatı yaxşı bilirlər. Müxalifət lideri Navalnını dövləti idarə edə biləcək şəxs kimi görmürəm. Çünki onun komandası yoxdur. Amma komandası olan qüvvələr və şəxslər var. Məsələn, Putini əvəz edə biləcək Volodin, German Qref kimi şəxslər var. Yəni, Rusiyada dövləti idarə edə biləcək peşəklar mövcuddur. Artıq Rusiyada hansı qüvvənin hakimiyyətə gələcəyini müdafiə naziri Şoyqu həll edir. Hesab edirəm ki, Şoyqu Putinin əleyhinə getsə, müəyyən problem yarada bilər. Şoyqunun özü də çox rahat şəkildə dövləti idarə edə bilər. Rusiyada yaxşı bir təcrübə var ki, vaxtilə dövlət strukturlarında çalışanların hamısı ya parlamentdə təmsil olunur, ya da Federasiya Şurasında. Yəni ruslar peşəkar kadrları atmırlar, ehtiyatda saxlayırlar.

- Qərbin pandemiyadan Rusiya daxilində siyasi məqsədlər üçün istifadə etməsi mümkündürmü?
- Koronavirus ABŞ-ın peşəkar formada hazırladığı bir ssenaridir. İndi məlum olur ki, Çin təsadüfən bu prosesə cəlb olunmayıb. ABŞ-ın Çinə böyük həcmdə borcu var. Təxminən 3-6 trilyon dollar həcmində olan bir vəsaitdən söhbət gedir. Çin bu pulları ABŞ-dan alıb. İndi də Amerika bu vəsaitələri geri qaytarmaq istəyir. Bunlar həm Avropa, həm də Afrika ölkələrində olan borclardır. Amerika özünə bir biznes qurmaq istəyir. O da məlumdur ki, Amerika milyarderlər ölkəsidir. Artıq Avropa dövlətləri də Çinə qarşı iddia qaldırıb. Digər ölkələr də Çinə qarşı iddia qaldırmaq üçün təzyiqlər edirlər. Amma Rusiya buna getmir. Çünki Çin Rusiyaya lazımdır. Çin Rusiyanın əlində Amerikaya qarşı ən böyük silahdır. Məlumdur ki, Çin son illərdə təkcə iqtisadiyyatda yox, hərbi məsələlərdə də böyük işlər görür. Müasir texnologiyaları var, Marsda tədqiqatlara başlayacaq, Aya çıxmaq istəyir, kosmosa öz raketini göndərdi. Yəni Çin kifayət qədər güclü dövlətdir. Dünyada 10 nüvə dövləti var, onlardan bir də Çindir. Nəzərə alsaq ki, Rusiya Çinlə eyni cəbhədədir, buna görə də Rusiyanın pandemiyadan əziyyət çəkəcəyi inandırıcı görünmür. Qərb başqa bir məsələni gündəmə gətirir ki, koronavirusdan hər ölümə görə 12 min dollar pul ödənməlidir. Amerika da koronavirus xəstələrinin hər birinə 1200 dollar pul xərcləyib. İndi də xərclədiyi pulları geri qazanmaq istəyir. Bu pulları geri qazandıra biləcək qədər resursları olan dövlət Çindir. Buna görə də, indi Honq-Konqla bağlı Çinə problem yaradırlar, daxili işlərinə qarışırlar. Rusiyanın zəifləməsi Amerikaya sərf etmir. Çünki Rusiya daxildən qarışsa, nüvə silahından istifadə edə bilər, bu da Amerikanın sonunu gətirər. Rusiya görsə ki, çökür və Amerika onu məhvə aparır, onda Amerikanı da bitərəck. Bu zaman isə qazanan Çin olacaq. Buna görə də, ABŞ belə bir ağılsız addım atmaz. Bu baxımdan, Rusiyanın koronavirusdan o həddə əziyyət çəkəcəyinə də inanmıram.

- Xəstələndiyi deyilən Çeçenistan Prezidenti Ramzan Kadırovdan xəbər yoxdur. Çeçenlərin liderinin ətrafında yaranmış müəmmalı durum, bunun Putinin oyunu olması yönündə müzakirələrə səbəb olub.
Kadırovun xəstələnməsi Rusiyanın maraqlarına uyğun ola bilər, ona görə də belə məlumatlar yayırlar. Kadırovun özü bunların hamısının üstündən xətt çəkir ki, belə bir şey yoxdur. Hələlik Kadırovun aradan götürülməsi inandırıcı görünmür.

Русский солдат. В ноги ему поклониться надо!

Карен Микаэлович Таривердиев (28 мая 1960 г. - 12 июля 2014 г.)- офицер спецназа ГРУ, участник боевых действий в Афганистане, литератор.
Сын знаменитого советского композитора Микаэла Таривердиева, не пошел по стопам отца. Он стал профессиональным военным, был майором ГРУ, воевал в Афганистане, не раз ранен, награжден боевыми наградами.
1977-1979 гг. Учился на философском факультете МГУ.
1979-1994 гг. Служил в армии. В 1984 г. закончил высшее Рязанское высшее воздушно-десантное училище.
1984-1987 гг. Принимал участие в военных действиях на территории Афганистана: лейтенант, старший лейтенант, начальник разведки 177-го отдельного отряда специального назначения. Пробыл в Афганистане два с половиной года. Совершил 63 выхода для выполнения разведывательных заданий.
Послужной список после Афганистана: Старокрымская бригада спецназа; Германия - бригада специального назначения; Чучковская бригада специального назначения.
2001-2004 гг. Работал в Центре гуманитарного разминирования и специальных взрывных работ при МЧС России главным специалистом, начальником отдела.
Писал рассказы. Публиковался в журнале «Красное Знамя» и «Литературной газете».
Награды: орден «Красного Знамени», два ордена «Красной Звезды», пять медалей.
***
Рассказ «Русский солдат» Карена Микаэловича

Как много говорится о "контрактной" армии. Мне не довелось служить в такой. У нас были призывные ребята, которые просто были призваны на два года.
Я был ранен в ногу. Снайпер стрелял точно, но хотел, чтобы меня взяли в плен. Он выстрелил и попал, лишив меня возможности двигаться. Их разведгруппа (группа захвата) пошла вперед по арыку. Они понимали, что я офицер. Я упал и выронил автомат. Снайпер не мог видеть в оптический прицел, что у меня под "мабутой" спрятан пистолет, а в карманах есть еще две гранаты. Я не собирался сдаваться. Я видел, как они идут. Я достал пистолет и одну из гранат. Я был готов. Самое интересное, что я даже не испытывал страха. Я сказал себе: "Ты покажешь им, как надо умирать!" - и остался совершенно спокоен. Хотя по жизни я совершеннейший трус и это мною испытано неоднократно.
И тут из каких-то кустов выползли два солдата. Один из них сказал: "Не ссы! Вытащим". Они потащили меня по откосу, но пулеметная очередь сбила нас обратно в арык. Я сказал: "Плюньте, я выползу сам". Тот, кто был постарше, ответил, смеясь: "Заткнись, лейтенант, мы все-равно тебя вытащим". Он дотащил меня с третьей попытки вверх по откосу и всунул головой в люк. Там меня подхватили чьи-то руки, и люк захлопнулся. О броню застучали пули. Звонко так! Три из них попало именно в люк, уже захлопнувшийся за мной. Я не сразу понял, почему солдаты не залезли в люк прямо за мной. Потом узнал, что один из солдат был убит на этом песчаном откосе, а второй, засунув меня в люк, скатился обратно за трупом своего товарища. Говорили, что все-таки вытащил его. Я даже не знаю их имен.
Мой училищный друг Артур Сабитов ехал в БТР. Противотанковая граната попала в открытый люк БТР-70 механика-водителя. Артур сидел внутри, но и его люк был открыт. Механику оторвало голову, а остатки заряда хлынули через открытый командирский люк вниз на Артура. У него оторвало кисти рук, покалечило бедра, грудь, живот... Уже мертвый механик водитель, падая, повернул руль вправо. БТР слетел с дороги и укатился в чистое поле. Сверху на броне были еще солдаты, тоже оглушенные взрывом. Через какое-то время Артур пришел в себя и полувылез из люка. И тут увидел картину как в фильме "Андрей Рублев". Вдоль БТРа ползали два солдата. Один, сапер-проводник, спросил другого:
- Ты собаку мою не видел? Она рядом сидела, а теперь нет. Никак не найду в темноте!
- Не-а! ответил второй- Не видел! А ты руку мою правую не видел?
- Не-а! А зачем она теперь тебе?
- Да, блин, я же ей автомат держал! И куда она подевалась?!
- Плюнь!!!
- Как так плюнь?! А автомат?! А если в плен будут брать?!
...Разумеется, что оба были контужены до крайней степени...
В составе международных сил ООН в Персидский залив пришел БПК "Адмирал Трибуц". Группой морского спецназа на его борту командовал мой приятель, фамилию которого назвать не хочу по определенным причинам. "Работали" посменно. Неделю работают наши, неделю НАТОвцы. Во время отдыха их трогать не моги... И тут приятеля вызывают французы и говорят:
- Вам надо выйти.
- Это почему? Американская же смена?!- спрашивает мой приятель.
- Дело в том, что на море волнение три балла,- отвечают ему.
- И что с того?
- Да, ничего, но вам надо выйти.
Больше приятель вопросов не задавал, вышел с борта "Трибуца" со своими матросами и пошел выполнять, что сказано. Потом выяснилось, что американцы просто не умеют выходить за борт при волнении три балла и выше. Могут быть травмы... Американские "Коммандос" и корпус морской пехоты США набран из контрактников, которых долго и упорно обучают премудростям военного дела.
Группы морского спецназа РФ под командованием моего приятеля, состояли из обычных призывных российских парней. Травм не было.
- Какие хорошие у вас бронежилеты, - с завистью сказала вахтенный офицер французского военного флота.
- Чего? - не сразу понял мой приятель.
- Бронежилеты у вас очень хорошие, - пояснил француз. - Они так облегают тело, что их практически незаметно!
- Да на нас и бронежилетов-то никаких нет!!!- удивился мой приятель.- Зачем таскать на себе лишнюю тяжесть? Лучше патронов побольше взять!
По его рассказу, у француза сделались глаза, будто бы он увидел динозавра.
В кают-компании авианосца приятелю был задан не очень скромный вопрос: "А сколько получают ваши матросы?". Приятель решил не позорить Россию и приврать. Ответил так:
- Два с половиной доллара... в сутки.. (хотел сказать, что в неделю, но решил: врать, так врать!)
Французы недоуменно покрутили головами и ответили:
-Нет, вы непобедимы!!!
Таких историй в моей практике тысячи. Или, во всяком случае, сотни.
Русский солдат. В ноги ему поклониться надо!

Дьявольские ТАЙНЫ 11 СЕНТЯБРЯ

1) В названии Нью-Йорк (New York City) 11 букв.
2) В названии Афганистан (Afghanistan) 11 букв.
3) В имени Ramsin Yuseb (террорист, в 1993 году запланировавший разрушение Башен Близнецов в Нью-Йорке) 11 букв.
4) В имени Джордж Буш (George W Bush) 11 букв.
Это может показаться лишь случайностью, будет интереснее дальше:
1. Нью-Йорк является 11-м штатом в государстве.
2. В самолете 11 летело 92 пассажира (9+2 = 11).
3. В самолете 77, который тоже влетел в Близнецов, было 65 пассажиров (6+5 =11).
4. Трагедия произошла 11 сентября, или 11. 09 (1+1+9=11).
5. Номер телефона службы спасения в США - 911. (9+1+1=11).
Это только совпадения? Читайте дальше!
1) Число жертв на самолете, потерпевшем крушение, составило 254 (2+5+4 =11).
2) 11 сентября 254й день в году (2+5+4=11).
3) 3.11.2004 произошли взрывы в Мадриде (3+1+1+2+0+0+4 =11).
4) Трагедия в Мадриде произошла через 911 дней, после трагедии в Нью-Йорке (9+1+1=11).
5) Башни близнецы похожи на 11.
А сейчас более необычные факты:
Самый известный символ США, после звезд и полос, орел.
Следующие стихи взяты из Корана, самой священной книги ислама: "И написано, что сын Аравии разбудит грозного Орла. Гнев Орла ощутят все земли Аллаха, и пока некоторые люди будут трепетать в отчаянии, многие возрадуются: так как гнев Орла очистит земли Аллаха и наступит мир". Итак, это были стихи Корана под номером 9.11.
Вы все еще верите, что это простые совпадения?
Попробуйте сделать следующее и посмотрите, что вы после этого будете думать и во что верить.
Откройте Microsoft Word или блокнот и сделайте следующее:
1. Большими буквами напечатайте: Q33 NY. Это номер первого самолета, влетевшего в Близнецов.
2. Выделите Q33 NY.
3. Измените размер до 48.
4. Измените шрифт на WINDINGS (WINDINGS 1).

“Millət elə bilir ki, “Ulduz”, “Əhməd haradadır” “Nəsimi” böyük əsərlərdir” – AYAZ SALAYEV

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kinorejissor Ayaz Salayev musavat.com-a müsahibə verib.

– Ayaz müəllim, Mədəniyyət Nazirliyində baş verənləri gördünüz. Mən siftəsini oradan başlamaq istəyirəm – Əbülfəs Qarayev işdən getdi, müavini və digər vəzifəlilər həbs olundu. Sizin bir kino xadimi kimi Mədəniyyət Nazirliyindəki hadisələrə fikrinizi bilmək istərdim…
– Mənim həmin adamlarla heç bir tanışlığım, əlaqəm olmayıb. Cəmi bir dəfə nazirin müavinini görmüşdüm, hər hansı münasibətimiz olmayıb. Ona görə həmin məsələlərlə bağlı bir söz deyə bilmərəm. Yaxşı olar ki, kino sahəsindən soruşasınız.

– Yeri gəlmişkən, Mədəniyyət Nazirliyində yeni Kino Şurası yaradıldı. Gözləntiləriniz nədir?
– Yeni Kino Şurasının tərkibinin siyahısı gülməlidir. Eşitdiyimə görə, adı siyahıda olan bəzi layiqli adamlar etiraz edib çıxıblar. Və yenə eşitdiyimə görə, həmin Şuradan çıxanların adlarının siyahıya salınmasından heç xəbərləri olmayıb. Onların etirazına səbəb əsl layiqli adamların Kino Şurasından kənarda qalması olub. Ona görə mənə elə gəlir ki, Şuranın tərkibi dəyişəcək.

– Belə başa düşdüm ki, sizə dəvət gəlməyib…
– Mən istəməzdim ki, bu sualınıza cavabım küsmək kimi qəbul olunsun. Ancaq siz soruşduğunuz üçün mən fikir bildirməli oluram. Çünki heç bir yerdə Kino Şurası ilə bağlı danışmamışam. Ancaq Mədəniyyət Nazirliyi ilə özəl münasibətlərim var, adımın Kino Şurasının siyahısında olmaması mənimlə razılaşdırılıb. Yəni orada olmamağa özüm razılıq vermişəm. Eyni zamanda Cəmil Quliyev, Vaqif Mustafayev də orada yoxdurlar.

– Elə çıxır ki, yeni Kino Şurasının yaradılması ilə film sahəsində hansısa dəyişikliklər olacağına ümidli deyilsiniz…
– Belə deməzdim. Kino Şuralarının yaradılması mühümdür. Amma kinonun indiki vəziyyətinə görə nazirlikdən nəsə tələb etmək olmaz. Kinonun inkişafı sənətkarların münasibətindən, onların bu işə sənət əsəri kimi yanaşmasından asılıdır. Yəni sənətkarın öz missiyasını dərk edib-etməməkdən asılıdır. Bu mənada heç kimi qınamaq olmaz. Filmlərin ssenarisini, süjetini nazirlik, yaxud Kino Şurası özü yaza bilməz. Ümumiyyətlə, bu işdə Kino Şurası həlledici qüvvə deyil. Hətta Şurada nüfuzlu adamlar olsa belə yenə nəyisə həll edə bilməzlər. Axı onlar ssenari yazmırlar, rejissorların kinoya münasibətini formalaşdırmırlar. Şuranın yaradılmasının əhəmiyyəti budur ki, tərkibi nüfuzlu şəxslərdən ibarət olsa, kino sahəsində bir dəyər anlayışı yaranar. İndi kinonun qabağında mühüm vəzifələr durur. Haçansa film sahəsində müəyyən uğurlarımız olub, amma ona klassik dəyər kimi söykənmək olmaz. Kinonun şah əsərləri hələ qabaqdadır. Kinoya milli mədəniyyətin bir hissəsi kimi yanaşmaq lazımdır. Ona görə şuralar olmalı, sadəcə nüfuzlu adamlardan təşəkkül tapmalıdır. Məsələn, yeni Şuranın tərkibində xarici adlar görürəm. Nə vaxt həmin ölkələr bizi çağırıblar? Bu adamlar alim deyil, sənətkar deyil, niyə tərkibdə yer almalıdır? Çox adam elə bilir ki, çəkdiyi film böyük sənət əsəridir. Azərbaycan kinosunda da belə filmlər var. Millət ona nə verirlər, onu da qəbul edir. Onlara hələ də elə gəlir ki, “Ulduz”, “Əhməd haradadır” “Nəsimi” filmləri böyük əsərlərdir. Mən bu yaxınlarda “Ulduz” filminə bir daha baxdım və dəhşətə gəldim ki, belə də bayağı film olar?

– Siz Sovet vaxtı çəkilən filmləri qeyd edirsiniz, amma Rasim Balayev mənə müsahibəsində demişdi ki, pul Mədəniyyət Nazirliyindədir, film çəkməyi ürəyi kimə istəsə, ona verir. Yəni bu gün yaxşı filmlər bəlkə elə bu səbəbdən yoxdur?
– Rasim Balayev ad çəkə bilər ki, hansı filmlərdən söhbət gedir? Bir film adı açıqlasın ki, nazirlik maliyyəni həmin film üçün ayırıb. İkincisi, Rasim Balayev o biri ittifaqın (Rüstəm İbrahimbəyovun sədri olduğu – E.S.) üzvüdür və oradan gələn müdriklərin müdrikinin sözü belə mənim üçün əhəmiyyətsizdir. Mən bayaq da vurğuladım ki, filmlərin ssenarisini nazirlik, yaxud Kino Şurası yaza bilməz. Əvvəla, yaxşı ssenarilər yazılmır. Hər şey ideyadan asılıdır. Biz nə vaxt küçə süpürən qadınları filmlərdə gördük? Onları nə vaxt ekrana gətiriblər? Bəyəm küçə süpürən qadının məhəbbəti olmayıb? Onun taleyi, düşüncələri nədir? Biz nə vaxt kafedə xidmət edən ofisianta baxmışıq ki, görəsən nə düşünür? Mən həmişə deyirəm ki, Azərbaycan filmlərinin qəhrəmanlarını həyatda harada görmüşük? Bəs xalq adamları nə vaxt tərənnüm olunacaq? Nə vaxta qədər insanlar “Babək”i, tində oturan “kepka”lı avaranı görəcək? (“Bir cənub şəhərində” filmini nəzərdə tutur – E.S.).

– Ayaz müəllim, siz həm də “Xəzər” TV-də Bədii Şuranın üzvüsünüz. Bir açıqlamanızla tanış oldum, telekanalda Bədii Şuranın toplaşmamasından giley-güzar edirdiniz. Murad Dadaşovdan sonra heç nə dəyişməyib?
– “Xəzər” TV-də Bədii Şuranın toplaşması çoxdan olub. O vaxt bir dəfə toplaşdıq, sonra nə çağıran oldu, nə də soruşan. Əslində tələb etməliydilər ki, kanalın verilişlərini izləyək, münasibətimizi bildirək. Sonra heç çağırmadılar, yığışmadılar, düzü heç fikir vermədim. Amma mətbuatdan soruşurlar deyə cavab verirəm. Ümumiyyətlə Bədii Şura əyalət psixologiyasıdır. Ona çox ümid bəsləmək lazım deyil.

– Son sualımı verim: hər kəs yeni mədəniyyət naziri postuna bir versiya irəli sürür, sizin namizədiniz kimdir və özünüzə nazir vəzifəsi təklif olunsa qəbul edərsinizmi?
– Əvvəla, mənə nazir postunu təklif etməzlər. Üstəlik, ömür bir dənədir, istəyərəm kino çəkim. Yəni həyatın mənasını filmdə görürəm. Hər hansı vəzifə tutsam, özümü bədbəxt hiss edəcəm. Çünki ömürdən gedir və bu halda sənətdən kənarda qalacam. Onsuz da bilirəm ki, belə təklif olmayacaq. Sadəcə sualınıza cavabım budur. Mədəniyyət naziri kim ola bilər sualı haqda isə düşünməmişəm. İnsan vəzifədə olanda ikiləşir. Bir-birindən fərqlənir. Əsl ziyalı başqa adama çevrilir. Hətta mən film çəkəndə başqalarında sevmədiyim keyfiyyətlər üzə çıxır. Ona görə bilmək olmur ki, kim necə olacaq. Hər halda yeni nazir vətənini sevən biri olmalıdır.

Emil Salamoğlu

29.05.2020

“İrəvan 99 illiyinə ermənilərə verilmişdi, müqavilə 3 ildir bitib” – Mühacirət Hökumətindən şok bəyanat

“29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqaz tarixində ilk dəfə erməni dövlətinin yaradıldığı gündür”.
ovqat.com xəbər verir ki, ciddi polemikalara yol açacağını güman etdiyimiz bu sözlər yeni yaradılmış Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzinin bu gün yaydığı bəyanatdandır.
İrəvanın erməniləşdirilməsinin 102-ci ildönümünün qınandığı bəyanatı olduğu kimi təqdim edirik.

Bu gün Azərbaycanın tarixi ərazisi olan İrəvanın Ermənistana verilməsindən 102 il keçir.
1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,8 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getdi. Bununla da keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı. 29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür. Hamıya məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində ümumiyyətlə erməni dövləti olmamışdır, ermənilər heç Qafqaz xalqı belə olmamışlar.
Daha sonra ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100 000 nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından - dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan sonra da davam etdirildi, daha on minlərlə yerli əhali doğma yurdundan məhrum edildi.
Beləliklə, hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin demək olar ki hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən, əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1953-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistanın silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu.
Xüsusi olaraq vurğulanmalıdır ki, İrəvanın Ermənistana güzəştə gedilməsi 99 illik müqavilə əsasında və ermənilərin Naxçıvan və Qarabağ və Zəngəzura  iddialarından əl çəkməsi şərti ilə baş tutmuşdur. Lakin sonrakı tarix də göstərir ki, bu şərtlər yerinə yetirilməmiş və ermənilər Azərbaycan torpaqlarında elan etdikləri dövlətin ərazisini yenə də Azərbaycan torpaqları hesabına dəfələrlə artırmağa müvəffəq olmuşlar.
Biz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası olaraq bildiririk ki, İrəvan şəhəri və çevrə bölgələri ədalətsiz şəkildə, orada yaşayan əhalinin rəyi nəzərə alınmadan Ermənistana güzəştə gedilmişdir. Biz bunu qəbul etmirik. Ermənistanı indiki əraziləri ilə tanımırıq və torpaqlarımızın geri qaytarılması və Qərbi Azərbaycan kökənli insanların pozulmuş hüquqlarının bərpa edilməsini tələb edirik. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq və bizlər dədə-baba yurdlarından deportasiya edilmiş insanlarımızın öz tarixi yurdlarına qayıdışını təmin edənədək və ədaləti bərpa edənədək mübarizəmizi davam etdirəcəyik.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzi

Rusiya portalı Paşinyanın babasına görə özünə bəraət qazandırmaq üçün göstərdiyi uğursuz cəhdlərdən yazır

Rusiyanın “info24.ru” portalında “Ermənistanın baş naziri kollaborasionist babasına görə özünə bəraət qazandırmağa çalışdı. Lakin işlər lap da korlandı” sərlövhəli məqalə dərc olunub. Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı barədə əhvalat ətrafında qopan qalmaqalı ört-basdır etmək üçün rəsmi Yerevanın göstərdiyi uğursuz cəhdlərdən danışılır. AZƏRTAC həmin məqaləni təqdim edir.

“Ermənistanın Xarici İşlər Nazirliyi ölkənin baş nazirinin babasının İkinci Dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı barədə informasiya səbəbindən qopan qalmaqalı ört-basdır etməyə çalışıb. Ermənistan məmurlarının qalmaqallı yazıların təkzib edilməsi üçün yaydıqları məlumat yanlış informasiya olub. Ermənistanın baş naziri Nikol Paşinyan Qələbənin 75 illiyi ərəfəsində sosial şəbəkədə elə Nikol Paşinyan adını daşımış babasının fotosunu paylaşıb. “138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda canından keçənlərə əbədi eşq olsun!”,- deyə Ermənistan hökumətinin başçısı yazıb.
Böyük Vətən müharibəsində həlak olanlar barədə informasiyanın toplanması üçün Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Memorial” təşkilatının ümumiləşdirilmiş məlumat bazasında Nikol Vartanoviç Paşinyan barədə məlumat var. Müdafiə Nazirliyinin məlumat bazasındakı materiallardan belə məlum olur ki, Paşinyanın babası əsirlikdə olub, düşmənlə əməkdaşlıq edib və Ukraynanın qərbində, Sviaxeldə (Zvyagel, indiki Novoqrad-Volınsk) həlak olub.
Ermənistan XİN qalmaqallı informasiyanı təkzib etmək məqsədilə məlumat yayıb ki, baba Nikol Paşinyanın adı adaşı ilə dolaşıq düşüb. Onların bəyanatına görə, Yenokovan adlı kənddən cəbhəyə kollaborasionist olduğu təsdiq edilmiş Nikol Vartanoviç Paşinyan və baş nazirin babası Nikol Arakeloviç Paşinyan yola düşüblər. İdarənin məlumatında deyilir: “Onu Rusiya Müdafiə Nazirliyinin yuxarıda adıçəkilən məlumat bazasında Qızıl Ordunun serjantı hərbi rütbəsində də tapmaq olar”.
Bu bəyanata baxmayaraq, “Memorial” Ümumiləşdirilmiş Məlumat Bankının saytında yalnız bir Nikolay Paşinyan - nasistlərin əlaltısı olan həmin o Vartanoviç barəsində məlumat var. Nikolay Arakeloviç Paşinyan axtarışın nəticələrində yoxdur. Bazada bir sıra Paşinyan soyadlı adam var, lakin ad (Nikolay) və təvəllüd ili (1913) Ermənistanın baş nazirinin babasının məlumatları ilə cəmi bir halda – Nikolay Vartanoviç Paşinyan barədə qeydlərdə üst-üstə düşür. 
“Nikolay Arakeloviç Paşinyan” məlumatı üzrə axtarış göstərir ki, "Xalqın yaddaşı" saytında içərisində belə məlumat olan səhifə olub. "Google" keşindəki şəklə görə, sayta Ermənistanın baş nazirinin "rəsmi" babası barədə informasiya yüklənib, lakin mayın 26-na olan vəziyyətə görə, bu səhifə saytda tapılmayıb və ya silinib (səhv 404). "Xalqın yaddaşı" saytı üzrə axtarış da Nikol Arakeloviç Paşinyan barədə heç bir qeyd təqdim etməyib.
Keşdə saxlanılmış səhifə Nikol Paşinyanın babası haqqında rəsmi versiyanın təsdiqinin quraşdırılmasına cəhd ola bilərdi, lakin bu cəhdin ömrü uzun sürmədi. Görünür, saytın moderatorları məlumatları yoxlayan zaman həmin səhifəni siliblər. Beləliklə, hazırda müharibə iştirakçılarının məlumat bazalarında Nikolay Arakeloviç Paşinyan barədə heç bir məlumat yoxdur.
Müharibə illərində 1913-cü il təvəllüdlü Nikolay Paşinyan müəyyən müddət itkin düşmüş sayılıb. Sonra məlum olub ki, o düşmən tərəfə keçib. Ermənistanın baş nazirinin babası Qaregin Njdenin başçılıq etdiyi CC legionunun heyətinə daxil olub, yəni nasist Almaniyası uğrunda döyüşüb. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə verdiyi müsahibədə Qaregin Njdeni belə xarakterizə edib: "Bu adam müharibə dövründə deyirdi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb".
Ermənistanın baş naziri ictimaiyyət qarşısında çıxışlarında Qaregin Njdenin əməllərinə dəfələrlə bəraət qazandırıb. O Yerevanda Rusiya jurnalistləri ilə görüşündə Njdeni İvan Baqramyan və Vyaçeslav Molotovla müqayisə edib.
MDB ölkələrinin sammitinin mövzularından biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsinə hazırlıq işləri olub. Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın Njde barədə fikirlərini nümunə gətirərək, nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi barədə məsələ qaldırıb.
Ermənistanın baş naziri ünvanına söylənən bu tənqidi şərh edərkən Njdeni yazıçı Aleksandr Soljenitsınla müqayisə edib və bu müqayisəni onların hər ikisinin düşərgədə məhbus olmaları ilə əsaslandırıb. "Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir!",- deyə Prezident İlham Əliyev müsahibəsində qeyd edib.

С 2000 года в Китае казнили 10 тыс. чиновников за коррупцию

С 2000 года в Китае казнили 10 тыс. чиновников за коррупцию. Результат: каждый год строят 100 аэропортов, гигантские виадуки, длиной в 150 км.
— За 2 года Китай произвел больше цемента, чем США за весь ХХ век (4,9 гигатонн).
— Длина дорог — 4 млн. километров.
— 300 тысяч мостов по всей стране, из них 1000 — длиной больше километра. А в 2016 году построили мост от Гонгконга до Макао. До Макао! Туда год назад плыли час на скоростном лайнере.
— За год автопарк увеличивается на 20 млн. автомобилей, а в Пекин вообще можно въехать только, если с последней цифрой твоего номерного знака сегодня пускают.
— Каждый год строят 100 аэропортов. Сто аэропортов. Сотня. Сто штук. Посчитайте от одного до ста и вот каждый раз представьте себе аэропорт. Бац! Построено.
— Гигантские виадуки, длиной в 150 км. ВИАДУКИ!
Или, например — туннель длиной 28 км. — Поезд с Гуанчжоу в Гуйян проезжает 510 мостов и 236 туннелей со скоростью 250 км в час.
— За 30 лет китайцы увеличили жилую площадь страны в 8 раз! У меня друг уже месяц не может квартиру найти, а в Китае их бесплатно раздают — через 10 лет в Китае 220 городов будут с населением больше 1 млн. человек.
— А вся эта статистика — из-за одной простой цифры. С 2000 года в Китае казнили 10 тыс. чиновников за коррупцию. /prikolno.cc/

JURNALİSTLƏRƏ MƏNZİLLƏRİN NECƏ PAYLANDIĞI ARAŞDIRILMAĞA BAŞLANDI: "Cəzalarını alacaqlar"

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Bu barədə criminal.az saytının yaydığı məlumatda bildirilir ki, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.
İdarəyə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, Fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.
Məqalədə müraciət müəlliflərindən biri kimi adı keçən afn.az saytının baş redaktoru Həbibə Abdulla azpolitika.info-ya açıqlamasında yayılan məlumatın doğru olduğunu təsdiqləyib. O bildirib ki, sözügedən müraciəti tanınmış jurnalist Vəfa Fərəc “Facebook”-da paylaşıb, bəzi məqamları ilə razı olmasa da, ümumilikdə dəstəklədiyini bildirib. “Adımız qeyd olunmaqla Prezident Administrasiyasına müraciət ünvanlandı. Çox sevindirici haldır ki, reaksiya verilib və araşdırmalara başlanıb. Ümid edirik ki, jurnalistlərin verdiyi faktlar qulaqardına vurulmayacaq, haqq etməyib mənzil alanlar da, onlara mənzil verənlər də lazım olan cəzanı alacaqlar. KİVDF-yə ayrılan və oradan qəzetlərə, jurnalistlərin maddi-məişət vəziyyətinin yaxşılaşdırılması üçün qəzetlərə ayrılan vəsaitlərin necə xərclənməsi, müsabiqələrin keçirilməsi, nəticəsi haqda dəqiq faktlara malikəm. Hamısını hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram. Mənim məqsədim haqqı tapdanan həmkarlarımın haqqını tələb etməkdir. Başqa heç bir niyyətim yoxdur”,- deyə H. Abdulla vurğulayıb.

28.05.2020

Tanınmış pedaqoq Zeynəb Cəfərlinin düşdüyü durumla bağlı facebook-da müzakirə açıldı

“Öz müəllimini bu günə salan cəmiyyət utanmalıdır”

Facebook fəalı, solçu fikirləri ilə yadda qalmış Dadaş Dadaşov tanınmış pedaqoq Zeynəb Cəfərli ilə bağlı status yazıb.
Onun statusundan məlum olub ki, Zeynəb xanım bir müddət işsiz qaldıqdan sonra süpürcəgi kimi işə düzəlmək məcburiyyətində qalıb.
Pedaqoqun düşdüyü ağır durum facebook istifadəçilərinin təəssüfünə səbəb olub və onlar öz etirazlarını bildiriblər.
Dadaş Dadaşovun həmin statusunu və bununla bağlı yazılan şərhləri sizə tədqim edirik.

“Dadaş Dadaşov:
Bu artıq təhsilimizə tüpürməkdir!
Zeynəb xanım Cəfərli 10 il orta, 5 il isə ali məktəblərdə dilimizi, ədəbiyyatımızı tədris etmişdir.
O sözün həqiqi mənasında əsl ziyalı bir azərbaycanlı xanımıdır.
Xasiyyətində şikayətlənmək, inləmək, sızlamaq olmayan Zeynəb xanımla xeyli müddət idi ki hal-əhval tutmaq imkanında deyildim. Bu yaxınlarda təsadüfən avtobusda görüşdük.
Dolanışığı barədə soruşduqda bildirdi ki, 3 il işsiz qaldıqdan sonra nəhayət JEK-də 240 manat məvacibə işə düzəlib. İşin mahiyyəti isə küçə süpürməkdən ibarətdir...
Dəhşətə gəldim.
İlahi, görəsən dünyada belə bir ikinci ölkə varmı ki, iki eşşəyin arpasını bölə bilməyən külahlar yüksək vəzifə postları ilə, ömrünün ən mənalı zamanını, gözünün nurunu itirməklə elmə-ədəbiyyata sərf etmiş müəllimə-jurnalist isə küçə süpürgəçiliyi ilə mükafatlandırılsın?!
Millətçilərə, vətənşüvənlərə səslənirəm. Bəyənmirsiniz Sovet quruluşunu! Əlinizi qoyun vicdanınızın üzərinə və and için vicdanınıza: Vardımı belə bir hal Sovet dövründə ki eşşək otarmaq səviyyəsində olmayanlar ən mühüm postlarda otursun, amma həyatının 18 ilini yalnız elm öyrənməyə, qalan hissəsini də öyrətməyə sərf etmiş ali təhsilli müəllimə-jurnalist küçə süpürsün? Olubmu?
Əlbəttə yox!
Budurmu azadlıq? Budurmu demokratiya?
Bu heç birisi deyil. Bu- kapitalizmdir!
Cəhənnəm zəbanəsidir bu.
Cənnətə aparan yola, yəni elmə, ədəbiyyata, mədəniyyətə tüpürməkdir bu!

STATUSA YAZILAN ŞƏRHLƏR:

Cəlal Yaquboğlu: Dadaş bəy, bu kapitalizm deyil! Bunun əsl adı - QAP! TALA! izmdir!
Əmrulla Şirvanov: Kapitalizm cəmiyyəti və onu yaşadanlar ona etiraz edən hər bir cəsarətli, şəxsiyyətini qoruyan, qürurlu insanı mənən sındırmağa çalışır. Amma kommunisti heç bir qüvvə, aclıq, səfalət, sıxıntı sındıra bilməz. Biz yenidən gələcəyik! Bu dəfə həmişəlik, bütün dünya zəhmətkeşləri ilə bir yerdə gələcəyik. Bəşəriyyətin xilas yolu sosializm cəmiyyətindədir!
Təranə Əliyeva: Zeynəb Cəfərli, Sizə heyran qaldım. Xanım Zeyneb! Sınmayan qadın!
Zenfira Əliyeva: Zeynəb xanım, əzizim, sizin kimi dəyanətli, mətin qadınlarla əsl Azərbaycan xalqı daim qürur hissi ilə fəxr edib və yenə də edəcək. Sizə can sağlığı, ailə sevinci diləyirəm.
Təranə Əliyeva: Mənim xanım Zeynəbim (icazə verin sizə belə müraciət edim), nə edək ki övladlarımızı da düçar etdik bu dözülməz həyata...
Zenfira Əliyeva: Xalq yazıq oldu çox.
Ramzes İsmayılov: Öz müəllimini bu günə salan cəmiyyət utanmalıdır. Dünənki naxırçılar, sürücülər, dərzilər və sairləri bu gün saxta diplomlarla müəllim işləməyə utanmırlar. Təhsilimizi ağlar günə qoyub ciblərini dolduran dövlət məmurları utanmırlar. Bütün bunları görən və başa düşən bizlər nəyə görə utanmalıyıq? Biz tərbiyə görmüşük, ona görə də həmişə abır-həyamıza qısılmışıq. Bunlarda heç abır-həya da yoxdur, heç olmasa öz savadsızlıqlarından utansınlar.
Zenfira Əliyeva: Küçə süpürmək oğurluq, avaralıq deyil ki. Alın təriylə, qeyrətlə görülən hər iş şərəflidir.
Ziyafət Ziyafət: Utanmayın, Zeynəb xanım. Utansın xalqın qanını sorub milyardları yığan, ləlöyün, acgöz dövlət qulluqçuları! Sizi, bizi bu günə qoyanlar utansın!
Elman Səfərov: Bütün kapitalist ölkələrində belədir!
Rəna Novruzova: Allah köməyi olsun.
Sərdar Şəmsiyev: Bəli, bu gün cəmdəyinə söyülən Sovet quruluşunda Zeynəb xanımlar aldıqları savada uyğun, layiq olduqları yerdə idilər, bugünkü kimi küçə süpürmürdülər. Çünki o ölkədə vəzifələrdə ləyaqətlilər işləyirdilər. Bizim özlərini de(r)mokrat adlanan müxalifətimiz sosializmi və kommunizmi söyməkdən həzz alır. Və yenidən hakimiyyətə gələrlərsə,
Azərbaycanda kommunizmin kökünü kəsəcəkləri ilə hərbə-zorba gəlirlər. Kommunizmin kökünü isə onun daşıyıcılarını fiziki məhv etməklə mümkün sayırlar bu, Türkiyənin bir yerinə sabunsuz girməyə cəhd edən kütbaş pantürkist millətçi sürüsü!..
Fazil Tağıyev: Müəllimini bu günə salan dövlətin, cəmiyyətin axırı yoxdur. Adam qafqazlı olmağına, azərbaycanlı olmağına artıq xəcalət çəkir. Hansı ki biz uzun illər bununla fəxr etmişik.
Alima Ama: Burda Norveçdə də ali təhsillilər arasında süpürgəçi işləyənlər çoxdur. Amma fərq o ki maaş yaxşıdır, yeməyinə və kreditlərinə çatır.
Rauf Məmmədov: Tamamilə razıyam ki, dəhşət bir gündəyik...
Dadaş Dadaşov: Kommunist ideologiyasının ən müqəddəs bir prinsipi var: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!” Əziz qardaş və bacılar, gəlin yersiz və heç kimə bir fayda verməyən paylaşımlar etməkdənsə idealımız olan bu QARDAŞLIQ prinsipinə imkan daxilində əməl edək. Konkret olaraq hazırda haqqında bəhs olunan mövzu öz ədalətli həllini tapana qədər paylaşımlar edək, rusca, ingiliscə, almanca və sair dillərə tərcümə etməklə mövzunu gündəmdə saxlayaq. Qoy bu hadisə bizlərin birlik, qardaşlıq və ədalət uğrunda real mübarizəmiz üçün ilk addım olsun.
Ağadadaş Əliyev: Sovet vaxtının rəhbərləri hansı əraziyə getsəydilər, ən hörmətli insan kimi müəllimi eşidərdilər. Bu gün hətta məktəb direktorlarını kanalizasiya təmizləməyə aparırlar. Bunun insanlar üçün bir mənası var- FACİƏ. Yatmış vicdanlar ayılmasa, son vaxtların hadisələri bir daha göstərir ki, dünyamız və insanlıq məhvə gedir.
Müşviq Məcidli: DAĞIL EY DÜNYA!
Dadaş Dadaşov: Söhbət ali məktəb müəlliməsi işləmiş bir Azərbaycan xanımının dolanışıq üzündən küçə süpürgəçiliyi etməsindən gedir. Deyin; sosial şəbəkədə bu qədər vətən övladlarının bir azərbaycanlı xanımın halal haqqını özünə qaytara bilmək qüvvəsi olmayacaqsa, onda sabah mövcud hakimiyyət olmasa belə yenə də “burda mənəm Bağdadda kor xəlifə” hoqqaları baş verməyəcəkmi?
Leyla Qebleyeva: Azərbaycan vətəndaşlarının 60%-i o qadının günündədir.
Dadaş Dadaşov: Çalışmalıyıq problemin subyektivləşdirilməsi və həll olunması uğrunda mübarizə aparmalıyıq. Bu artıq vətəndaş həmrəyliyi deməkdir. Bunsuz heç bir müvəffəqiyyət əldə etmək mümkün ola bilməz.

27.05.2020

Oleq Kuznetsov: Rusiyanın ən yaxın müttəfiqi Azərbaycandır

“Rusiya ilə Azərbaycan arasında, iki ölkənin xalqları arasında yüksək səviyyəli inteqrasiya bərqərar olub. Hazırda Rusiyanın Azərbaycandan daha yaxın müttəfiqi olmadığı obyektiv həqiqətdir”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu onlayn formatda keçirilən “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya Federasiyası ilə əməkdaşlığı” adlı konfransında rusiyalı politoloq Oleq Kuznetsov söyləyib. “Əqli, maliyyə, əmtəə mübadilələrinin uzun ənənələrə söykənməsi ölkələrimizi bir-birinə hər hansı siyasi mənafedən daha möhkəm bağlayır. İki yüz illik müştərək tariximiz nəticəsində xalqlarımız arasında elə sarsılmaz tellər yaranıb ki, onu qırmaq qeyri-mümkündür”, – o deyib.
Politoloq Azərbaycanla Rusiyanın həm də nasizmi tərənnüm edənlərə qarşı mübarizədə müttəfiq olduqlarını diqqətə çatdırıb: “Hər iki xalq bu hala eyni dərəcədə mənfi baxır. Rusiya Federasiyasında nəinki nasizmin tərənnümünə qarşı, həm də erməni nasizm ideologiyasını rəhbər tutan, ondan ilhamlanan erməni millətçilərinin pozucu fəaliyyətinə qarşı məqsədyönlü siyasət yeridilir. Bu yaxınlarda Armavir şəhərində Njdeyə həsr olunan xatirə lövhəsi söküləndən sonra polis xüsusi əməliyyat keçirdi və bunun nəticəsində 15-dən çox erməni ekstremisti Rusiya ərazisindən sürgün edildi”.
Müəllifi olduğu “Ermənistanda nasizmin tərənnümü dövlət siyasətidir” adlı kitabın ötən həftə Qazaxıstanda rus və ingilis dillərində nəşr olunduğunu bildirən ekspert bu kitabı Rusiyada yaymaq fikrində olduğunu vurğulayıb.

26.05.2020

KOÇARYANDAN İLHAM ƏLİYEVLƏ BAĞLI SENSASİON ETİRAFLAR –“Ki-Uest razılaşması”nın pozulma sirri açıldı!

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci ilin son günündə – dekabrın 31-də xalqa Yeni il təbrikində Dağlıq Qarabağ münaqişəsindən də söz açaraq, 2019-cu ildə bu sahədə əhəmiyyətli irəliləyişin ola biləcəyinə eyham vurub. Prezident deyib: “Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 15 illik prezidentliyi dövründə ilk dəfə “münaqişənin həllində yeni vəziyyətin yarandığı” haqqında açıqlaması Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ məsələsi ətrafında intensivləşən danışıqlar prosesində hansısa əhəmiyyətli irəliləyişlərin olduğu təəssüratını daha da gücləndirib.
Hazırda Azərbaycan cəmiyyətində, xüsusən də müxalifət cinahında daha çox Belarus prezidenti Aleksandr Lukaşenkonun məlum açıqlamalarına istinadla, arxa planda Rusiyanın zəmanəti ilə hansısa konkret “sülh razılaşması”nın hazırlandığı və Azərbaycan hakimiyyətinin də müəyyən güzəştlərə getdiyi barədə şayiələr dolaşsa da, prezident İlham Əliyevin Yeni il təbrikində səsləndirdiyi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməli, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır” bəyanatı Azərbaycan tərəfinin hər hansı güzəştlərə hazırlaşmadığının da anonsu sayıla bilər.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində güzəştsiz və prinsipial mövqe tutması o, hələ 2003-cü ildə hakimiyyətə gəlməzdən öncə, düşmən ölkənin prezidenti Robert Koçaryan tərəfindən də etiraf edilib.
Strateq.az xəbər verir ki, hazırda Ermənistanın yeni rəhbərliyi tərəfindən həbsə atılan Robert Koçaryanın bu yaxınlarda Moskvada çapdan çıxmış “Həyat və azadlıq” adlı memuarında İlham Əliyevin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial və güzəştsiz mövqe barədə sensasion fikirlər yer alıb.
Koçaryan kitabında iddia edib ki, o, vaxtilə mərhum prezident Heydər Əliyevlə müəyyən qarşılıqlı güzəştlərlə problemin həllinə kömək edəcək saziş imzalamağa çox yaxın olub, ancaq məhz gənc Əliyevin tutduğu güzəştsiz mövqe atasını son anda bu sənədi imzalamaqdan çəkindirib.
Beləliklə, “Strateq.az” Robert Koçaryanın “Həyat və azadlıq” kitabından “Ki-Uest – imzalanmamış sülh sazişi” adlı həmin hissəni oxucuların diqqətinə çatdırır.
“…2000-ci ilin ortalarında danışıqlar prosesi bərpa olundu. Xüsusən də bizim Heydər Əliyevlə Naxçıvan yaxınlığındakı Sədərək kəndində görüşümüz əhəmiyyətli oldu. Azərbaycan tərəfi danışıqlar üçün məxsusi kompakt düşərgə hazırlamışdı. Biz ənənəvi mövzunu müzakirə edirdik: biz necə uzlaşa bilərik?
Mən Azərbaycanın Naxçıvanla əlaqəyə malik olmaq arzusunu başa düşürdüm, amma başqa variant təklif etdim: əgər biz Azərbaycana Ermənistanın Mehri rayonundan keçməklə Naxçıvana birbaşa suveren yol təqdim etsək, onda nə olacaq?
Əliyev dedi ki, bunu necə gerçəkləşdirməyi təsəvvür edə bilmir və biz bu məsələ ilə bağlı uzun sürən danışıqlar apardıq…
Orada ərazi dağlıqdır, biz əsasən tunel və estakadalardan ibarət 50 km uzunluğunda magistral yol çəkməli idik. Bir sözlə, biz elə bir varianta yaxınlaşdıq ki, Azərbaycan Qarabağı Laçın dəhlizi ilə bir yerdə Ermənistanın bir hissəsi kimi tanıyır, əvəzində biz əlimizdə saxladığımız Azərbaycan torpaqlarını geri qaytarır və Mehri vasitəsilə Naxçıvana gedən yola beynəlxalq sülhməramlıların patrulluq edəcəyi xüsusi status verirdik…
Və budur, biz Floridanın ən gözəl yerlərindən biri olan Ki-Uestdəyik. Meksika körfəzinin sahilindəki hoteldə yerləşmişdik. Hava əla idi – günəşli gün idi; və mən ümid edirdim ki, üzməyə də vaxt tapacağam. Əhval-ruhiyyəm də yüksək idi – həm dəniz havasına görə, həm də və ən əsası ona görə ki, bir neçə saatdan sonra mənim vətənimin taleyi həll olunacaqdı.
Trumenin çox da böyük olmayan Kiçik Ağ Evinə gəlirik. Danışıqlar zalı dolu idi: bizim və Azərbaycan nümayəndə heyətləri, çoxdan gözlənilən tarixi hadisəni qeydə alıb işıqlandırmağa hazır olan xeyli sayda jurnalistlər. Otağın mərkəzində stol, stolun arxasında ABŞ dövlət katibi Pauell, sağında Əliyev, solunda mən, qarşımızda Minsk Qrupunun həmsədrləri, Dövlət Departamentinin işçiləri, jurnalistlər…
Görüşü Pauell açır, unikal tarixi an haqqında danışır və sözü Əliyevə verir. O isə qovluğunu açır və… oradan yazılı çıxışını götürür. Orada on səhifəni gördükdə, başa düşdüm ki, bu, artıq uğursuzluqdur.
Əliyev danışmağa başladı. Hamı onun necə həyəcanlı olduğunu görürdü. Mətndə vasitəçilərin danışıqları necə aparması barədə çox danışılırdı, amma onun yarım saatlıq çıxışının tam mənası bu idi: “Mən buna getməyə hazır deyiləm”.
Əliyev çıxış edərkən mən Kavanoya (ATƏT-in Minsk Qrupunun o zamankı amerikalı həmsədri – tərc.) baxırdım. O tər-suyun içində idi, köynəyi bədəninə yapışmışdı, üzü isə qızarmışdı: anlayırdı ki, bu onun karyerasının sonudur…
Məni ikili hiss bürümüşdü: bir tərəfdən yüngülləşmişdim, anlayırdım ki, bu cür sülh sazişini reallaşdırmaq kifayət qədər mürəkkəb və riskli olardı. Digər tərəfdənsə, xəyal qırıqlığı və təəssüf hissi vardı: bu, tarixi an idi – biz əsrlərlə davam edə biləcək bağ yarada bilərdik. Əlbəttə, biz özümüzün danışıqlarla bağlı güclü mövqeyimizi qoruyub saxlayırdıq – axı sülh sazişinin imzalanmasından biz imtina etməmişdik…
İki gün ərzində heç nə dəyişmədi. Bütün cəhdlərinə baxmayaraq, həmsədrlərə Əliyevi saziş layihəsini qəbul etməyə razı salmaq müyəssər olmadı.
Şam yeməyi vaxtı – Əliyevin məlum çıxışından sonra ilk dəfə mən onunla söhbət edə bildim. Soruşdum: “Heydər Əliyeviç, bütün bunlar nəyə lazım idi? Mən başa düşürəm, siz fikrinizi dəyişmisiniz. Amma səfərdən imtina edə bilərdiniz axı. Siz həm özünüzü, həm də amerikalıları pis vəziyyətə salmısınız. Niyə?”
O cavab verdi: “Mən düşünürdüm ki, bacaracağam. Son ana qədər əmin deyildim ki, imtina edəcəyəm”.
Bizim ikimiz üçün də bu qərar çox çətin idi, amma düşünürəm ki, onun üçün bu, lap çətin idi.
Soruşdum ki, nə baş verib? Əliyev cavab verdi: “Bilirsən, mən yəqin ki, öz imkanlarımı çox yüksək qiymətləndirmişəm. Mən öz ailəmi inandıra bilmədim ki, bu lazımdır”.
Daha sonra o danışdı ki, səfərdən öncə, bütün doğmaları bir yerə toplaşıb və yekdilliklə onu sazişdən imtina etməyə inandırmağa çalışıblar. Bildiriblər ki, hazırda Əliyev milli əfsanədir və əgər o Qarabağı versə, Azərbaycan xalqı bunu başa düşməyəcək: bu ləkə onun və bütün ailəsinin üzərində qalacaq. Hamıdan daha çox israr edən isə onun oğlu İlham olub və Əliyev yola çıxarkən ona söz verib ki, sazişi imzalamayacaq: “Və mən başa düşdüm ki, əgər öz ailəmi inandıra bilmirəmsə, Azərbaycan xalqını heç vaxt inandıra bilməyəcəyəm”.
Ki-Uestdən biz dərhal Vaşinqtona uçduq, orada bizi Kondoliza Rays və prezident Buş gözləyirdi. Ağ Evin yeni administrasiyası bizi tanışlıq xarakterli protokol görüşünə dəvət etmişdi, amma bu da heç nəyi dəyişə bilmədi.
Bununla da bizim razılığa gəlmək cəhdlərimiz bitdi. Əliyev saziş layihəsini qəbul etmədən getdi, ancaq ondan imtina da etmədi. Bunu o bir neçə gün sonra Bakıda etdi. Kavanonu dəvət edib dedi ki, bu cür saziş onun üçün qəbuledilməzdir və layihəni tamamilə yenidən işləmək lazımdır.
Ki-Uestdən bir müddət sonra danışıqlar davam etsə də, biz bir daha oradakı kimi sülh sazişi imzalamağa yaxın olmadıq.
Biz Əliyevlə başa düşürdük ki, bizim prezidentliyimiz zamanında münaqişə həll olunmayacaq. Söhbətlərimizin birində o belə də dedi: “Biz tarixi şansımızı əldən buraxdıq. Əgər bizdə alınmadısa, çətin ki kimsə bu problemi həll edə bilsin”.
Heydər Əliyevin ölümündən sonra İlham Əliyevlə ilk görüşümüzdə mən ondan soruşdum ki, həqiqətənmi Ki-Uest görüşü ərəfəsində ailədə belə bir söhbət olub, ya yox? O təsdiqlədi ki, hər şey məhz bu cür olub və o atasını inandırıb, o da söz verib ki, sazişi imzalamayacaq…”

strateq.az

Xəlifə Həftər Türkiyəyə qarşı müqəddəs müharibəyə çağırdı

Liviyanın şərqindəki Liviya Milli Ordusu (LNA) qüvvələrinin komandanı Feldmarşal Xəlifə Həftər, tabeliyində olan əsas qüvvələrə, "Türkiyə müstəmləkəçiliyinə qarşı müqəddəs müharibə" etməyə çağırdı.
O Türkiyə qoşunlarını "işğalçı və müstəmləkəçilər" adlandıraraq, onlara qarşı "amansız müharibə" etməyin vacib olduğunu bildirib.
Xəlifə Həftər Liviya Milli Ordusu adından yaxın vaxtlarda Rusiya təyyarələrinin iştirakı ilə ən böyük hava əməliyyatını həyata keçirəcəklərini deyib.
Liviya Milli Ordusunun Hava Qüvvələri Komandanı Sakr əl-Caruşi isə ölkə tarixində ən böyük hava əməliyyatına hazırlandıqlarını açıqlayıb və "bütün işğal edilmiş şəhərlərdə Türkiyənin bütün obyektləri və maraqları onların qanuni hədəfləri olduğunu" deyib.
Əlavə olaraq Həftərin nümayəndəsi qarşıdakı saatların "bir dəli üçün ağrılı olacağını" qeyd edib. Yəqin ki bu sözləri ilə Türkiyə prezidenti Ərdoğana eyham vurub.
Qeyd edək ki, Türkiyə 6 ay əvvəl Aralıq dənizinin Liviya zonasında neft hasilatı da daxil olmaqla təhlükəsizlik və iqtisadiyyat mövzusunda çoxtərəfli saziş imzalayaraq Liviyadakı silahlı qarşıdurmaya müdaxilə edib, Liviya Razılıq Hökuməti qüvvələrinə canlı qüvvə, hərbi texnikalar, o cümlədən pilotsuz uçuş aparatları göndərdi.

Bakıda kimliyi bilinməyən şəxs mağazalara girib, borcları ödədi

Paytaxtda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. Adını və kimliyini bildirməyən həmin şəxs bu hərəkəti Ramazan bayramı münasibətilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı “nisyə dəftər”lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.
Obyekt sahibləri bildirir ki, uzun illərdir nisyə mal versələr də, belə bir halla ilk dəfədir ki, qarşılaşırlar. Hətta bağlanan borclar arasında illərdir ödənilməyənlər də olub.
Bu hal isə bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman bir-birinə dəstək olur. Kimisi bunu başqalarına örnək olmaq üçün əyani şəkildə göstərir, kimisi də sadəcə gizlindən savab qazanır.

25.05.2020

Həyatın rəngarəng çalarları var

Nuhəmməd Cəfərov

Bu qələm, bu kağız, bu yaşadığım,
Keçdiyim imtahan həyat sınağım.
Söz olub dilimdə mənim yarağım,
Meydanı tərk edib qaçmadım heç vaxt.

Sayrışan hər ulduz günəş sayılmaz,
Ziyası yollara işıq saçammaz.
Fələyin hördüyü düyünlərini
Bir ömür çalışsan düyün açılmaz.

Həyatın rəngarəng çalarları var,
Yuxuşu, enişi, hamarları var.
Seyrinə çıxanda, qoca dünyanın
Üstündə gerçəyi, yalanları var.

Sən demə dünyanın dərdi ağırmış,
Bir yanı viranə, damı dağılmış.
Bir yanı gülxanə, cənnət bağıymış,
Güləndə bir gözü biri ağlarmış?!

Nə deyim, ay dostlar, bu həqiqətə?
Mənim bu dünyaya yazığım gəlir.
Göz yuma bilmirəm çəkdiyi yükə,
Gəl dayaq olaq biz dünyaya bəlkə...

Dünyanın halından üzülsəm də mən,
Ağlayıb çeşmə tək süzülsəm də mən,
Əriyib şam kimi azalsam da mən-
Məni bu dünyanın eşqi yaşadır.

Dünyamızın damı uçsa getmərəm,
Dünyamızın tamı qaçsa getmərəm,
Dünyamızdan hamı qaçsa getmərəm-
Getməyə yermi var, dünya evimdir...
Британский литературовед и историк Дональд Рейфилд: «Сталин был очень начитан. Он очень тщательно читал тексты, читал и как редактор или корректор, искал ошибки и всегда спрашивал, почему автор умалчивает то или другое. И он критикует стиль, он поправляет не только русские тексты, но и грузинские, он очень любил дательный падеж… Он был очень образован, но своеобразно образован, я бы сказал. Он прочитал, наверное, всю западноевропейскую литературу. Он читал даже книги своих врагов — эмигрантскую прессу. Он мог со словарем читать по-английски, французски и немецки. Он плохо понимал эти языки, но он был гораздо более начитан».
Алексей Пиманов, исследовавший личность Сталина, режиссёр-постановщик сериала «Охота на Берию» на вопрос журналиста «Что вас удивило, озадачило больше всего в личности Сталина?»: «Его библиотека. Он всю жизнь учился, читал. Я лично видел несколько тысяч томов в его библиотеке, и на 90 % этих книг есть карандашные пометки, сделанные его рукой. А там книги от философии, естественных наук до художественной литературы».
Историк русской культуры Соломон Волков отмечал: «Сталин читал по 400 страниц в день разной литературы, включая литературные журналы и новинки. Его вовлеченность в вопросы культуры для нового времени была абсолютно беспрецедентной».
Как отмечает Вадим Стакло, Сталин «уверенно ориентировался в прикладных аспектах искусства и понимал, насколько оно важно для задач пропаганды. Читал каждую значительную пьесу и сценарий».