31.05.2013

Mirbağır Bünyadov - Biz buna...

Qulağıma pıçıltıyla söz demək istəyirdin
Hər dəfə görüşəndə
Sonra yaddan çıxırdı dodaqlar birləşəndə
Sabah yadıma düşər deyirdin ayrılanda
Zaman ötürdü amma...
“sevgi”dən danışanda.
Tanışlar soruşanda
Ya bilə-bilə ya da
Özümüzü zənn edib
Hardasa yad dünyada
Biz buna sevgi dedik
Paxıllığı içində boğan bir gülüş kimi

MİLYONLARA SİQARETİ BURAXDIRAN 13 YAŞLI QIZCIĞAZ

Doğa Əkər: “Əvvəl dayıma, sonra da atama siqareti buraxdırdım”

“Sonra bu layihəm Facebook sosial şəbəkəsində böyük marağa səbəb oldu”

Müsahibimin 13 yaşı var, amma həyata keçirdiyi layihə bu qızcığazı bu yaşında Türkiyədə məşhur edib. İbtidai məktəbin 3-cü sinfində oxuyan Doğa Əkər həyata keçirdiyi “Siqaretsiz ailəm” layihəsi ölkədə bir çox insanın siqareti tərkitməsinə səbəb olub. əvvəlcə ailəsində siqareti tərkitmək üçün başlatdığı bu hərakat öz səmərəsini verib və atası ilə dayısı siqareti tez bir vaxtda atıblar.
Bu layinənin başlaması səbəbini isə gəlin öz dilindən eşidək:


Elnaz İslamvənd - Son körpü

1
Səhər açılır
payız qoxusu gəlir yorğanımdan
mən
gözlərimdə çiy sevgini bişirməyə
və ürəyimdən sənsizliyi süpürməyə tələsmirəm heç
bilirdim bir səhər
anamdan öyrəndiyim oxşamalar dilimdə gəzəcək
və sevdiyin qızın adı ürəyimi üzəcək
yasaqlğımı qoltuqarımda gəzdirirdim
sən deyəndə yasqlanam
və bir qızın
on santimetrəlik başmaqlarının altında ayaqlanam
bilirdim bir səhər
xəzəllənmış yapraqlar
dodaqlarımın saralmasını luğaza qoyacaqlar

Nə qədər yalqızıq

Məlihə Əzizpur

Mən, kitab oxuyuram
Qardaşım, Ceb Telefonunu oyalayır
Atam, Televizyona baxır
Anam deyinir.
Mən, İnternetdə gəzirəm
Qardaşım, xəyallarında
Atam, keçmişində
Anam deyinir.
Mən, içimə qısılıram
Qardaşım, həyətə çıxır
Atam, sıqara çəkir
Anam, mürgüləyir.
Mən,
Atam,
Qardaşım,

30.05.2013

Jugni Ji - Kanika Kapoor Dr Zeus & Shortie (HQ Video)

Satacağam

Qalib Şəfahət

Yayın cırhacır vaxtı idi. Neçə gün idi ki, günəş göydən od ələyirdi. İstidən ağacların yarpaqları da qovrulub bükülmüşdü. Əldə bükülüb, qoltuğa qoyulan qəzetə bənzəyirdi. Ağacın budaqları da üzünü günəşə tərəf tutmaqdan çəkinirmiş kimi başını torpağa əymişdi. Havadan qovruq iyi gəlirdi. Belə bir gündə kənddə ev-eşik ola-ola uşaqları şəhərdə saxlamaq özü bir günah idi. Elə bir iş-güc qalmamışdı, məktəb yay tətilinə bağlanmışdı. Arabir gedib məktəbə dəyir, müəllimlərlə ordan-burdan söhbət edib evə qayıdırdıq. Pulu, maaşımızı gözləyirdik, hələ almamışdıq. Alsaydıq, rayona, kəndə gedib yaxşıca dincəlmək olardı. Neçə gün bundan əvvəl atam da kənddən zəng eləmişdi:
- A bala, yayın istisində o şəhərdə uşaqlari niyə bişirirsiz?

Seyid Aynur - Unudulsam şəhərində

Səni xəyanət şübhəsilə yanan görələr...
İtirəsən ağlını yavaş-yavaş
Nə yaz gələ təbiətinə,
Nə uçan quşlarının qanadı ola!
Beləcə bir yazıq adam,
İçində səssiz boğula!
O möhtəşəm eşqlərinin,
Xatirəsinə öldülərinin
Sevgi məbədi salasan,
Bir yalan tarix yazasan!
Beləcə bir yazıq adam,
İçində səssiz boğula!
İtirilib əbədi bir gün
Unudulsam şəhərində,
Aldatdığın bu qız səni,
Batırsa eşq qəhərində!

SEL

Nurəddin ƏDİLOĞLU

Cəmiyyət çoxdan üzücü, süni böhranlara alışmışdı, azad doğulan  insanlar indi kölə ömrü sürürdülər. Ölülərini ağlamaq üçün ürəklərinə tab da qalmamışdı...
Zamanın təbiətdə də keşməkeşli vədəsi yetişmişdi. Zirvəsinə qara buludlar  çökmüş dağın ətəyindəki meşədə əcaib bir sükut hökm sürürdü. Bu meşədə yaxşılar az, pislər cox idi; ləyaqətlilər ac, hiyləgərlər tox idi, haqq var, divan yox idi... Gecəli-gündüzlü qaranlığa qərq olan  guşələri  ölüm yuvasına bənzəyirdi. Bu meşədə tamah yaraqlı, həyat sönük, yollar-cığırlar kələ-kötür idi. Susuzluqdan torpağın sinəsi cadar-cadar olmuşdu. Günəşin hərarətindən erkən xəzan görən yarpaqlar qovrulurdu. Gözəllikdən  günbəgün məhrum olan ağaclar çılpaqlaşan qamətlərini  gizlətmək üçün meşənin dərinliklərinə çəkilmişdilər.

Rüfət Soltan - Yuxu

Yoldan keçərkən  avtomobil  gənc oğlanı vurub kənara atır…
Bu zaman yarıcan halda, onun edə biləcəyi tək şey düşünməkdir:
Ailəsini düşünür: Anam! O bu hadisədən xəbər tutsa… Ya atam?.. Axı onun da ürəyi var!
Həyata qarşı, qarşısı alınmaz duyğusallığı: Görəsən dünyamı dəyişsəm, dostlarım… Görəsən dostlarım neylər?.. Sosial şəbəkələrdə şəkillərim vardı, hər biri öz profilinə məni yad etmək üçün həmin şəkillərimi yerləşdirəcəklərmi,  şəklin aşağı küncünə də qara lent çəkmək olar. Üzv olduğum gənclər təşkilatları, oxuduğum ali məktəb, yaşadığım küçə… Bəs bu sadaladığım məkanlarda məni kütləvi yad edərlərmi?. Öhö, öhö…

Aytən Nəsibbəyli - Cazibə qüvvəsi

Sevdiyimiz qızın
saçını dartıb qaçacaq qədər
sevdi çoxumuz.
Əslində sevgi
şeytanın bir uşağın qəlbində
sığa bildiyi qədər idi.
Məsum və təhlükəli.

Bilirəm,
ayrı-ayrı yerlərdə dayanmışdıq biz.
Sənə gedən yollar var idi:
Uzun, döngəli.
Mən döngəni döndüm.
Yol bitdi.
O an gözlərindəki təbəssüm nə idi elə?
Məsum və təhlükəli.


Adamı asalar adamlığından

Ruslan Dost Əli

Adama yuxardan baxdığı günü,
Adamlar yıxıla ‘’Adam Dağından’’.
Adam adamlıqdan çıxdığı günü,
Adamı asalar adamlığından...

İtlər quduzlaşıb, yalquzaqlaşar,
Adam adamlıqdan çıxmaz, ay adam.
Adam adamlardan nə uzaqlaşar,
Nə də yuxarıdan baxmaz, ay adam.

Qurda-quşa yem olmasaq yaxşıdı,
Tanrı bizi çətin qoruyar belə.
Adam da ağac tək çox su içdisə
Kökünə qurd düşər, quruyar belə...


Rövşən Novruzoğlu QARABAĞ: “EÇMİƏDZİN”İN MƏXFİ QRİFİ ALTINDA

Tanınmış politoloq, müasir Azərbaycan ədəbiyyatında ilk jurna-list-tədqiqatının əsasını qoyan Rövşən Novruzoğlunun əsərləri bir neçə dildə tərcümə olunmuşdur. Müəllifin bu kitabında son illərdə apardığı Qarabağ həqiqətlərindən bəhs edən növbəti araşdırması verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Rövşən Novruzoğlu  QARABAĞ: “EÇMİƏDZİN”İN MƏXFİ QRİFİ ALTINDA
Bakı, “Çıraq” nəşriyyatı 2012, 352 səh. Format 60/90 1/16, Tir
aj 500
Kitab haqqında əlavə məlumatı “Yayım” Assosiasiyası ilə əlaqə saxlamaqla əldə etmək olar. Telefon: 441-60-03

29.05.2013

Erməni lavaşı

Ülviyyə Tahir

Səhər-səhər ayılan kimi əlini balışının altına atdı. Açar yenə orada yox idi. İçini məhzun bir kədər bürüdü. İki ay idi artıq. İki ay idi ki, əvvəldən heç də sabit olmayan ailənin təməlini indi də “oğurluq” adlı bir qurd gəmirirdi. Yerindən qalxaraq elə alt köynəyində yan otağa keçdi. Rütubətdən quzulayıb tökülmüş divarın önündə yetim kimi duran sandığın ağzındaki qıfıl sirk klounu kimi asılıb qalmışdı. Kədərli məhzun və sahibsiz.
Özündən asılı olmadan soyuq sandığın üstünə çökdü. Budur, aylardır topladıqları pullar gecənin bir aləmində haralarasa sovrulur , Həcər isə adından doğan bir daş soyuqluğu ilə bunun hələ nə qədər davam edəcəyini gözləyirdi. Amma artıq bıçaq sümüyə dirənmişdi. Səbri məcrasından çıxaraq onu boğazlayırdı. Oxlov fırlamaqdan döyənək olmuş əllərini ağrı ilə gözdən keçirtdi.
Bəli, onun alnına xanım olmaq yazılmamışdı. O, bunun üçün heç mübarizə də aparmırdı. Onun vur - tut bircə diləyi var idi.

Elə bil hardasa, görmüşəm səni...

Elçin Həsənov

Elə bil hardasa, görmüşəm səni...
Mənə çox tanışdır, bu boy, bu buxun...
Elə bil hardasa görmüşəm səni...
Tanışdır, yerişin-gülüşün,qoxun,
Elə bil hardasa,g örmüşəm səni...

Gözündən süzülən o yaşlar tanış,
O nifrət, kin dolu baxışlar tanış,
Hətta üzündəki qırışlar tanış,
Elə bil hardasa görmüsəm səni...


Qalstukundan asılan kişi

Aybəniz Əliyar

Gecə qarabasmalar ona rahatlıq vermirdi.Hər gecə bir yaxın adamını boğub öldürürdü.Əvvəlcə yadına düşdü ki, qızı məktəbdən evə gec gəlmişdi deyə, ona yaman acığı tutmuşdu.Zavallı qızcığaz hay anlatmağa çalışdı ki, "ata, uşaqlarla yığışaraq məktəb həyətində oyun oynamışıq.", inanmağı gəlməmişdi.Daha doğrusu inanmamışdı.Elə həmin gecə də başlamışdı rahatlığına haram qatan yuxuları.Əslində heç bu da əsas səbəb deyildi.Son dəfə narahat yatdığı gecələrin sayı-hesabı yox idi.Hər gün səhər-səhər işə gedər, günortaya qədər "iş "sandığı yerdə qurdalanar, axşamlar da özünə yoldaş tapıb mütləq bir butulka boşaldardı.Heç yoldaş olmasa belə özünə çəkilər, sözün əsl mənasında içindəki özünə qapanıb butulkaya yaraşıqlı bir qadına sevgi ilə baxarmış kimi baxar, əl atıb tumarlayar, sonra da kiçik rumkasına süzüb başına çəkərdi.

Sadiq Babazadə - Razıyam


Olmasın könlündə, dilbər, etibarım razıyam!
Hər zəman sən ol, əzizim, ğəmküsarım raziyam

Razıyam mən ki, sənə qəlbi gözü zəbt eylə gəl,
Hər sözüm çıxdı dilimdən, ol şüarım raziyam

Düzdür, əlbət könlümün buz bağlamış hər bir yeri,
Gəl ərit ol buzları, sən ol baharım razyam

Heç rəvadır ki mənə mən ağlayım əğyar gülə?
Gülsün əğyar, ondakı sən ol nigarım razıyam

Razıyam yarın yolunda məhv olum, Sadiq, ama
Yarə de olsun mənim olmaz məzarım, razıyam!!

Liberalizmə qısa baxış

Sahil Qənbərli
Trabzon, Türkiyə

Liberalizm haqqında çox yazmaq, çox araşdırmaq olar. Latıncadan "azad" mənasına gəlsə də, əslində olan bunun tamamilə əksidir.
Yaşaya bilənlər yaşayar, bacarıqları ola bilməyənlər ölər. Liberalizm əslində bu qədər sadədir.
Liberalizm ayrıca dövlətin xidmət və ya mal istehsalından yana deyil. Çünki dövlət ilə təşəbbüskar sağlam rəqabət edə bilməz. Dövlətin maliyyə qaynaqları təbii olaraq rəqabəti qabaqlayacaqdır. Liberal düşüncə içində bu istək çox təbiidir. Tam mənasıyla rəqabət ola bilməyən bir bazarda sağlam natural seçim olmaz və bu səbəblə də iqtisadiyyat sağlam ola bilməz.
Bu anlayışın bəzi düyünləri vardır. Bunlardan əhəmiyyətlisi demokratiya düyündür. Demokratiya sərbəst bazarın ən əhəmiyyətli ayağı olan fürsət bərabərliyini təmin edir və qoruyur.

İran Azərbaycanından olan yazarlara layiq olmadığı dəyər verilir?

GÖRMƏDİN


Vəfa Mürsəlqızı

 Əllindən tutan mən oldum,
 Tutduğun əli görmədin,
 Tellərim pərişan oldu,
 Ha baxdın yeli görmədin.

 Ürəyimə necə girdin?
 Gündüz girdin, gecə girdin?
 Sınan ürəyimi gördün,
 Sındıran dili görmədin.

 Qarğayımmı belə baxtı,
 Devrilibmi baxtım taxtı?
 Qanqalı yaxana taxdın,
 Çiçəyi, gülü görmədin.


28.05.2013

Adəm peşman deyil

Taleh Şaparayev (Eminoğlu)

Allaha inanıram mənə verdiyi inam qədər.

Cənnət idi. Əsl Cənnət. Hər şeyiylə, hər sözüylə. Əsrlər öncə tərk etdiyi ( daha doğrusu qovulduğu ) kimiydi.Heçnə dəyişməmişdi. Ucsuz -bucaqsız sarı buğda zəmiləri, meyvə bağları, axan süd çayları, ətirli güllər və səmanı bəzəyən şən, gülərüz mələklər. Hər şey necə qoyub getmişdisə eləcə də qalmışdı. Bir adəm övladı gəlməmişdi ondan sonra bura.
- Adəm, xoş gəlmisən.
O səs idi. Bir dəfə eşitmişdi bu səsi - əsrlər öncə buradan qovulanda qəzəblə bağırmışdı bu səs ona. İndi isə “ xoş gəlmisən ” deyirdi.

İmam Zeynulabidin məscidi

Ramin Cahangirzadə - Qoyunşünaslıq


Qoyunlara başqa cürə baxsaq, onların nə dərəcədə önəmli olduqlarını bilməyəcəyik. Qoyun, qoyun olsaydı, indi özü üçün, böyük bir filosof idı. Amma hayıf, qoyunlar yollarını çaşıb, qoyunluqdan çıxarkən, hamısı fizika ilə məşqul oldular.
Fizika baxımından, qoyunların olmağı, atmosforu heç vaxt dəyişə bilmir. Hava elə sabit durumda qalır. Qoyunların fiziksəl duruşuqları, toplumu durğun bir durumda saxlayır. Onları heç nə bizdələmir, heç nə dəbərtmir, heç nə sarsıtmır.
Toplumda olan siyasi proseslər, qoyunların vecinə olmasa da, hər halda qoyunların bu toplumda, topalanmaqlarını aydınca görürük. Qoyunlar olan yerdə, heç nə aydınlaşmır. Qoyunların ağlına elə yeridiblər ki, südləri ağapbaq olsa da, qatıqları qaradır.
Biz qoyunların davranışlarını, mal davarın içində, “içində dəı, çölündə, hamamın içində, içində də, çölündə, yaz- yay , qış-bahar”! Bağışlayın əziz oxucular, bir an yazdığım yazı, sümüyümə düşdü. Hə! deyirdim, qoyuna, qoyun kimi baxmaq lazimdir, baxmasaq biz də, qoyunlaşarıq.

Burxan tarixi abidəsi, Qazaxstan

Acılar gecə başlar...

Habil Yaşar

Acılar gecə başlar,
Bir bilsən necə başlar.
Yanarsan , qovrularsan,
Toz kimi sovrularsan,
Ahın çatar dörd yana,
Cavab gəlsə dərd yana.
Bir kimsə duymaz səni,
Duyub anlamaz səni.
Gecəylə baş- başına ,
Qalarsan tək başına.

Ulduzlar baxar gedər,
Ay da üzün döndərər.
Şam da yanmaz halına,

İYİRMİ SƏKKİZ MAYISAN

Şirinxanım Kərimbəyli Şadiman

Ürəyində dərdləri qubarlanan, bayramım,
Şanlı istiqlal eşqi qamarlanan, bayramım,
İzi-tozu silinib hamarlanan, bayramım,
Bir millətin Tanrıya ucalan ah-vayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.

O böyük məmləkətin qazanılan yoluydun,
Əsir, kölə millətin açılmış əl-qoluydun,
Sildilər yaddaşlardan… tarixəsə uluydun,
Dədəm Oğuz bəyinin, sən bozqurd harayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayısan.


Səni unudacam

Arzu Abdulla

Səni unudacam,
Kitabxanada unutduğum kitabım, qələmim kimi,
Səni unudacam,
Doğma evimizə gedən yollarımız kimi.
Səni unudacam,
Dəniz kənarında unutduğum çətirim kim.
Evdə yaddan çıxıb qalan telefonum kimi.
Səni unudacam,
Bütün unutduqlarım kimi.
Səni unudacam,
Bir daha geri qayıdıb götürməmək,
Və “heyf itirdim” yanğısını yaşamamaq şərtilə.
Səni unudacam,
Bütün ağrı-acılarım, olub keçən faicələrim kimi.
Səni unudacam,
Yaşanmış və heç zaman yaşanmayacaq o böyük sevgim kimi.

Серфер покорил волну в 27 метров.


27.05.2013

Virtual heyrət...

Aydin Xan Əbilov

Tələsik özümü avtobusa dürtdüm, menitalitetə uyğun olaraq toyuq yuvası kimi hər zaman hərarətli olan arxa oturacağa əyləşdim, sürücünün insafına, yolun uzunluğuna etibar etməyib məmləkətimizdə kişilərin özlərinə "sığışdırmadıqlarına" rəğmən, qəhvəyi rəngli çiyindənasma çantamdan dizüstü bilgisayarı çıxartdım, elə o dəqiqə də feyslənməyə başladım...
Yandakıdakı oturacaqda bir yeniyetmə oturmuşdu: qəribə görünüşü ilə ətrafdakılara sanki meydan oxuyurdu: rəngbərəng paltarlar - güllü yaşıl köynək, sarı dizicırıq şalvar, qırmızı idman ayaqqabıları, başında şalabənzər papaqcıq, qəhvəyi rənlənmiş saçları, ucundan alınmış qaşları, nazik dəbli saqqalı, qulaqcıqlarla tıxanmış qulağında və burnundakı dəmir-dümürdən də sezilirdi ki, qaqaşın bu dünya, yumşaq ifadə etsək, əyri-uyru buruna da deyil: insafən, çox yaraşıqlı gədə idi...

XIII Bakı Kitab Bayramı: Gənc liderlər üçün canlı kitabxana

Mayın 26-da Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi keçirilib.
YYSQ Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi ilə bircə keçirtdiyi tədbirdə tanımış gənc imza sahibərindən Aydın Xan (Əbilov), Narıngül, Fərid Hüseyn, Səidə Haqverdiyeva, Könül Səid, Səfa Rəşid, Rüfət Soltan, Peyman Oğayət, Qalib Cəlil, eləcə də kulturoloq Camal Rzayev, eləcə də ictimai yeniyetmələr, uşaqlar, onların valideynləri, media nümayəndələri iştirak edirdi. 

28 May qürur tariximizdir

İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü

Dövlətçilik – milli, insani nemətdir. Tariximizdə çoxlu fərəhli məqamlarla yanaşı, kədərli məqamlar da olub. Bir millət kimi ayaqda qalmağımızı tarixi təsadüflərə də bağlamaq olar. Ancaq xalqımızın bundan sonra var olması ilk növbədə insanlarımızın özünü təsdiqlə bağlı olacaq.
28 May – Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus, bənzərsiz hadisədir.
Dövlət qurmaq hər millətə nəsib olmur. 28 May – tarixi dövlətçilik ənənəmizin təsdiqi idi. Xalq nə qədər güclü olur-olsun, dövlətsiz sabahı yoxdur. Dövlət – xalqın varlığının təsdiqidir.

Cəlilabad məscidi

Лучше чем фанерные Бъянка и Бабкина.


Şirvanşah restoranı

Qarışıqlıq

Rüfət Əhmədzadə

Dörd il əvvəl ona görə valideynlərimin tapdıqları qohum qızıyla nişanlanmaqdan imtina etmişdim. Nələrə qatlanmalı olmuşdum onda... Evdən acıq edib bir ay dostumun evində qalmışdım, bir tərcümə mərkəzindən su qiymətinə tərcümə işi də götürmüşdüm ki, həm onun – sevdiyim qızın dalınca universitetə gedəndə cibimdə pul olsun, həm də dostuma sıxıntı verməyim. Amma o...
Uzatmağın nə mənası var? Mənə dəstək olmadı. Əksinə, meydanda tək buraxdı. Amma bacardım, bir ay içində mən deyən oldu. Qohumla evlənəsi olmadım, elə onunla da... O vaxtdan özüm öz həyatımın ağası oldum – qarışıq həyatımın.
- Mən sənə necə məsləhət verim axı?
- Nə bilim... Bilmirəm necə edim. Oğlan məni tək qoyub, deyir, özün bilərsən. İndi evdəkilərə bilmirəm nə deyim..
- Allah köməyin olsun...

YARIMÇIQ YUXULAR

Ələddin Əzimov

Hər gecə yuxular tabsız sap kimi,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmirəm qulaqlarıma.

Qırılır yuxular – qırılır saplar,
Qərib bir gecənin qaranlığında.
Başlayır qəlbimdə hey çapaçaplar,
Bu qərib gecənin qərib çağında.

Yarımçıq yuxular küçəsindəyəm,
Qulaqlar eşitmir ağız deyəni.
Yarımçıq yuxular kürəsindəyəm,
Yuxular od olub yandırır məni.


26.05.2013

Rövşən Novruzoğlu: Azərbaycanda vəhhabiliyi qadağan edən qanun qəbul etmək lazımdır.

"Azərbaycanda vəhhabiliyin məqsədi böyük şiə bazasını dağıtmaq və hakimiyyəti ələ keçirməkdən ibarətdir". 

Son zamanlar istər bölgədə, istərsə də dünyanın müxtəlif yerlərində radikal dini qruplaşmaların aktivliyi müşahidə olunur. Bu fəallıq demokratiya adı altinda Qərbin Yaxın Şərq ölkələrinə hərbi müdaxiləsindən sonra özünü xüsusilə göstərir.
Daxili çəkişmələrin getdiyi ərazilərdə radikal dini qruplaşmalar həmin ölkənin vətəndaşları deyil.
Movzunu politoloq Rövşən Novruzoğlu şərh edir.

- Yaxın Şərqdə baş verən «Ərəb baharı” nın bölgəyə radikal İslamı gətirməsinin səbəbi nədir?
- Radikal İslam anlayışı artıq yeni bir mərhələdə özünü göstərir. Əvvəllər Əl-Qaidə və ona birləşən 186 kiçik terror təşkilatları radikal islamçılar kimi qəbul edilirdi. Radikal qruplaşmaların əsas qolu vəhhabi adlanırdı. Vaxtilə ABŞ-ın Vaşinqtondakı İslami araşdırma mərkəzi bu istiqamətdə çox sayda materiallar çap etmişdi.

Şah İsmayıl… (Şərur düzündən başlanan qələbə)

Rövşən NOVRUZOĞLU,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
professor

Fikrimcə, hər hansı bir tarixi prosesi araşdırarkən səbəb və nəticələri məntiqin gücü ilə təhlil etmək, paralel şəkildə öyrənmək həmişə uğur gətirib. Tarixi təhlil və araşdırmalarda simmetriyanı pozmaq tarixin dəyərlərini itirmək deməkdir. Əslində tarix elə səbəblər toplusudur. Öyrənib irəli çıxmaqla öyrənməyib irəli çıxmaq arasında xeyli fərq var. Biri məğlubiyyət gətirib səni məğlub edir, digəri səni qələbəyədək aparıb səni qalib edir.
Məsələn, iranlı alim Bəhram Qaramanlı yazır: “…tariximizin (söhbət Azərbaycan tarixindən gedir) XV əsrin sonu, XVI əsrin əvvəllərilə XX əsrin sonu, XXI əsrin əvvəlləri arasında bir–birini rasional, astronomik və məntiqi dəyərlərlə əvəz edən maraqlı, tarixi prosesləri var…” (Tehran, “Keyhan” qəzeti, 1993–XI).

ON QƏPİK ƏHVALATI

Şirinxanım Kərimbəyli Şadiman

Dəyərli oxucular, mənim qələmə alacağım bu yazının qətiyyən şəxsi maşını olanlara dəxli yoxdur. Çünki onlar yollarda saatlarla tıxac əzabıyla üzbəüz qalsalar da, öz şəxsi maşınlarının sükanı arxasında otururlar və ictimai nəqliyyatdan istifadə edən şəhər əhalisinin hali-vəziyyətinin fərqində olmaya bilirlər. Çünki onlar, bizlər kimi ictimai nəqliyyatdan istifadə etmirlər. Necə deyərlər sürdükləri maşınlar sağlıqlarına qismət olsun, yollarda öz təhlükəsizliklərinin qeydinə qalsınlar və onları gözləyən ailələrinə, doğmalarına sağ-salamat qovuşsunlar.
Mənim yazacağım bu yazı başqa bir mətləbi sizlərin nəzər-diqqətinə yetirmək istəyir. Əvvəlcə qeyd etmək yerinə düşər ki, Azərbaycan televiziya kanallarında, habelə digər yayım mərkəzlərində gedən bəzi-bəzi xəbərlər ölkənin aztəminatlı, kasıb əhalisinin büdcəsinə əməlli-başlı zərbə vurur.

Qadir Cəfəri - Məktub

Yaz
İnrihar qoxulu çiçəklərdi yaz
Aldanma bürünmüşsə də çiçəklər qoxusuna
Qopar taxçalara düzülmüş məktublar arasından, qoxusu çiçəklərin
Xatırladar sənə anılar dizələrin
Püfənək püflənər məktublarından.
Durulmasa gözlərinin qarasındakl heykəl
Gözlərinin dümağ xoşbəxtliyindən bir otaq tiksəm
Qara geyinər şeirlərim
Göy don geyinmişsən gözəlim
Otaqımda tanqo rəqs edir
Gözlərin və...
Sarmaşıq əllərin inandırır uzaq bir öpüşün mutluluğunu
Gəl yaxınlaşmayaq pəncərəyə!

Buram-buram qaldı közüm

Ziba Xəlil

Saxla məni

Əlindəki son məktubum,  qara gözüm.
Qurtardı səbrü qərarım, bitdi sözüm.
Bu ayrılıq-min ayrılığdan birisi dünya üçün.
Yandım səssiz, 
buram-buram, 
qaldı közüm.

Əlin çatmaz əllərimə bir də daha.
Sevgimizi ucuz bildik, amma baha.
Uzaqlığın unutdurar bəlkə gec-tez

25.05.2013

ACI TALE, YAXUD ERMƏNİ VƏHŞİLİYİ

Akif ABBASOV

(“Aldanma sözlərə” romanından bir parça)

«Yurd yerimdi yağılarla talanan, 
Çəmənimdə ocaqları qalanan,
Bənövşəmin, al laləmin bağrı qan.
Çal, ay aşıq, «Kərəmi» çal, «Kərəmi»

Mal-qaranı yerbəyer eləyib şam yeməyinə oturmuşdular. Birdən həyətdə it hürdü və qəfil də səsini kəsdi. Evin qapısı dartıldı, sonra yumruqla, zərblə döyüldü. Qapı içəridən qıfıllı idi. Nizam kişi cəld ayağa qalxdı: «İt niyə səsini kəsdi? Xərifləyib nədir? Gələnləri lap evin içinə ötürüb». Qapı ara vermədən döyülürdü. «Tanış adama oxşayır. Yoxsa it həyətə buraxmazdı. Ey dili-qafil, bəlkə uşaqlardan bir xəbər gətiriblər».
Nizam kişi qapının cəftəsini açdı, iki nəfər içəri soxuldu. Samvellə Sergey idi. Nizam kişi təəccüblənsə də, qonaqpərvərliyindən qalmadı: