31.05.2012

Pato

Elgün İbrahimli


Ölüm əvvəl-axır olacaq.Fərqi yoxdur hər necə,bəs ona qədər olan dövr ? Həmişə bu basa-bas zirzəmidə oğurlanan gələcəyimləmi keçəcək ? Bəlkə deyim onlara ? Yox,bir xeyri olmayacaq onsuzda! Bəs sonum daha dəhşətli olsa ? Onda hər şey daha pis olacaq..
Yox! Alçaqmaq,müsadirə edilmək bir toyuğa yaraşmaz...
Deyirəm onlara,deməliyəm .
-Piti,biz getməliyik!
-Biz? Hara ?

«Tı kto takoy? Davay, do svidaniya!»



Astara rayonunun Təngərüd kəndində, toyda səslənən bir meyxana Rusiya mediasının gündəmində özünə əməlli-başlı yer edib. Meyxananın «Tı kto takoy? Davay, do svidaniya!» qafiyəsinin əvvəlinə «Putin» sözünü də əlavə edən ruslar onu siyasiləşdirərək Twitter istifadəçiləri arasında xeyli populyarlaşdırıblar. «Putin, tı kto takoy? Davay, do svidaniya!» sözləri hesabına hamının marağına səbəb olan meyxananın videoçarxı da artıq Rusiya mediasının saytlarında yerləşdirilərək reklam edilir.

Məktəb illəri

Ziba Xəlil
           
Köhnə dostlarımı  xatırlamıram.
Bəlkə də heç dostum olmayıb mənim.
Hər  kəs  tanış idi, salam və sağ ol.
Niyə mənasızdı  idi  heç anlamıram.
Heç kimi sevmirdim , yoxdu sevənim.
Məktəb illərindən  gozəl bir şey yox.
Hərdən yada salıb xatırlayası.
Məzəli, qəribə, olay  hadisə.
Ya  tarixə düşən eşq hekayəsi.
Nədəndi  bilmirəm, müəllimlərim.
Özlərini  bizə sevdirmədilər.

Günün fotosu

Pişiklərin sevişdiyi koridor

Dilqəm Əhməd


Sarılaraq ağlamışam,
pişiklərin sevişdikləri
koridor künclərinə.
Sən ağlayan pişik görmüsənmi heç?
Koridor küncündə əzabları hiss etmisənmi heç?.
Pişiklər künclərdə soyuqdan deyil,
kənardan insanlara baxa bildiklərindən üşüyür.
Künclərdə pişik balaları böyüdükcə, əzablar da böyüyür
Sonunda insan ölür.

İnsan düzəlməsə dünya düzəlməz

Surxay SULTAN

Nədən şərə meylli, naqisdi insan,
Paxıldı, məkrlidi, xəbisdi insan,
Nadandı, şeytandı, iblisdi insan,
İnsan düzəlməsə, dünya düzəlməz.

Boş qab gumuldanar özündən razı,
Paxılın gözündə qala murazı,
Namərd bəd əmələ ola tamarzı,
İnsan düzəlməsə, dünya düzəlməz.

Hər addım başında qurulan tələ,
Fitnə, şər yükündən tutulan şələ,
Haqq qalıb qapılar dalında hələ,
İnsan düzəlməsə, dünya düzəlməz.


ABŞ-İraq mü­ha­ri­bə­si­nin giz­li mə­qam­ları

 Asif Həsənli

Pauel­lin eti­ra­fı­nın on­suz da heç bir əhə­miy­yəti yox idi, amma hər hal­da bu eti­raf ABŞ-ın ir­ti­caçı si­ya­sə­tini kəs­kin su­rət­də tən­qid və ifşa edən bir fakt kimi ta­rixə həkk olu­na­caq­dı

Elə bir ci­na­yət ki, onun nə­ti­cə­sin­də bir ölkə ta­ma­milə da­ğı­dı­lıb məhv olur, di­gər öl­kə­lər isə çə­ki­lən bö­yük ma­liy­yə xərc­ləri üzün­dən ağır böh­ran­la qar­şı­la­şır­lar

XX əs­rin axır­la­rın­dan baş­la­ya­raq ABŞ İraqa qar­şı tə­ca­vüz­kar si­ya­sət yü­rüt­məyə baş­ladı. Məq­səd ABŞ-ın he­ge­mon­lu­ğunu qə­bul et­mək is­tə­mə­yən və açıq-açı­ğına pre­zi­dent Corc Bu­şun ün­va­nına sərt it­ti­ham­lar və təh­qir­lər yağ­dı­ran Səd­dam Hü­seyn re­ji­mini de­vir­mək idi. Amma re­jimi yıx­maq üçün hə­mişə ol­duğu kimi si­yasi bə­hanə əsas rol oy­na­ma­lıy­dı ki, belə bə­hanə tap­maq da ABŞ hö­ku­mə­tinə o qə­dər də çə­tin de­yil­di.

İslam dini və peyğəmbər

Asif Həsənli


İs­lam di­ni­nin ta­rixi era­mı­zın 622-ci ilin­dən, Mə­həm­məd (s) pey­ğəm­bə­rin Mək­kə­dən Mə­di­nəyə köç et­mə­sin­dən baş­la­yır. Amma is­la­mın baş­lan­ğıc ta­rixi 610-cu ilə tə­sa­düf edir ki, məhz hə­min ildə Mə­həm­mədə (s) pey­ğəm­bər­lik çat­mış­dır. Allah-təa­la­nın bə­şə­riy­yətə bəxş et­diyi ən gö­zəl hə­diy­yə də məhz is­la­mın qay­nağı olan mü­qəd­dəs «Qu­rani-Kərim»dir.
İlahi kə­lam­lar­dan iba­rət olan bu mü­qəd­dəs sə­mavi ki­tab 23 il ər­zin­də Al­lah tə­rə­fin­dən Mə­həm­məd (s) pey­ğəm­bərə vəhy gön­də­ril­miş­dir.

İRAN DİPLOMATI PROTEZ AYAĞINI BEYNƏLXALQ GÖRÜŞDƏ STOLUN ÜSTÜNƏ QOYDU, ÇÜNKİ...

"Lazım olsa, digər ayağımı da ikinci müqəddəs müdafiədə fəda edərəm"


İranla "altılıq" ölkələri arasında bağlı qapılar arxasında keçirilən nüvə müzakirələrəri zamanı yaşanmış qəribə bir hadisə mətbuata sızıb.
Belə ki, deyilənlərə görə, İran və Böyük Britaniya nümayəndələri qarşılıqlı çox sərt ifadələrə yol veriblər.
Danışıqların sərt xarakter aldığı bir məqamda ən yaxşı çıxış yolu kimi müzakirə masasını tərk etmədən kiçik fasiləyə qərar verilib.

PEPSİ İNSAN EMBRİONUNDAN HAZIRLANIRMIŞ

Süni yolla salınmış insan övladının embrionlarından içkidə dadartırıcı vasitə kimi istifadə olunur

Pepsi içkisi barədə şok iddia ortaya atılıb. Məlum olub ki, bu içkidə dadartırıcı vasitə kimi süni yolla salınmış insan övladının embrionlarından istifadə olunur.
Qeyd edək ki, insanların getdikcə qəddarlaşması bu iddianın həqiqət olması barədə düşüncələrə gətirir. Belə ki, bizə əvvəlki dövrlərə nisbətən yaxşı yaşadığımızı təlqin edilməsinə baxmayaraq, hər gün şahidi olduğumuz, eşitdiyimiz hadisələr, (məsələn  Kanadada siyasi partiyalara göndərilən qanlı bağlamalarbazarlardada insan ətinin satılması  və sair) tam əksini söyləyir.

Enigma - Now We Are Free

  

Necə ki, insan ətiylə qidalanır ümidlər...

Etimad Başkeçid

NECƏ Kİ…

necə ki, insan ətiylə qidalanır ümidlər,
gorükməz od misalı can evində.
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində.

necə ki, ayağı çidarlı atın
astarında özğə bir at cıdırır.
necə ki, tamu tarlasıdır həyatın-
hər nə əksən təkrar zəqqum bitirir.

elə də yazdıqların, pozduqların.
bir ümid,
bir dost kimi,
qardaş kimi,
astar üzündəki sən, tamu tarlası təkin,
yazıb pozduqların, pozub yazdıqların.


RIŞKOVUN ZURNASI

 Bəxtiyar Hidayət

Bura şəhərin ən sərfəli ucuzxanası idi. Yüz qram araq 20 qəpiyə- nə qədər  sifariş verirsən ver.  Menyu da çox çeşidli menyu-  soyutma yumurta, ucuz kolbasa , alça, pomidor turşusu (isətəsən pomidor turşusunu yemə- yalnız turşunun suyunu “zakuska” elə. Bu daha ucuz başa gəlirdi), xiyar turşusu,limon  və sair.
Cəmi iki stol vardı bu yeməkxanada ki indi burda “yeyib-içən” iki dost  bu daracıq yerdə hələ ki “restoranı bağlatmışdılar”. Dediklərinə görə dərdlərini dağıdırdılar. Hər ikisi müəllim idi. Bu da onların yemək-içməkləri  idi guya- pomidor turşusunun suyunnan araq içirdilər.

Zümrüd Yağmurun Təbrizdə kitabı dərc olundu

Yazıçı Zümrüd Yağmurun Təbrizdə fars dilində kitabı dərc olunub.  Kitab “Günahkarın ölümü” adlanır. Xatırladaq ki, eyni adlı kitab iki il öncə Bakıda da dərc edilib. Kitabda  müəllifin hekayə və esseləri yer alıb.
Zümrüd Yağmurla söbhətdən öyrəndik ki,  təqribən bir müddət öncə ona bu baradə bildirilib, amma sonra bir xəbər olmadığından dünən e-mailinə gələn məktub onun üçün əsil sürpriz olub.  Kitab “Neday-i Şəms” yayın evində 10000 nüsxə ilə dərc olunmuşdur. Kitabı çevirən və nəşr işləri ilə məşğul olan Təbrizli soydaşımız Əhəd Fərəhməndidir. 

İran Azərbaycandan üzr istəyir ki…

Xanım Leyla Yunusova “avtoritar rejim” tərifini Əliyevlərə çox gördü, onları “mafioz klan” adlandırdı. Azərbaycan Xarici İşlər Vəzirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin “Azərbaycanın ünvanına xoşagəlməz və təxribat xarakterli şüarlar səslənməsinə görə İranın üzr istəməsini gözləyirik” – sarsaqlamasını “mafioz klan” da özünə sığışdırmaz.
Əliyev qruplaşması bir zaman Türkiyənin başına belə oyun açdı. Özləri Ermənistana yanacaq ötürdülər, Türkiyəyə “Ermənistanla sərhədi açma, yoxsa…” – dedilər. Yoxsa nə? Ay bifərasətlər, əlinizdən gələn Yevrovijn, çalıb-oynamaq deyilmi? Belə hünəriniz var qaytarın da Qarabağı!

Bəşəriyyətə yəhudi zülmü davam edir -2

Bəşəriyyətə yəhudi zülmü davam edir

Bakıda Kitab bayramı keçirilir

İSRAİLİN AZƏRBAYCAN ÜZƏRİNDƏN İRANLA MÜHARİBƏ İSTƏYİ

Zümrüd Yağmur


Bu gün İrana qarşı qurulmuş planda Azərbaycanı qurbanlıq kimi istifadə etməyə çalışırlar


İranla Azərbaycan arasında gərginlik səngimək bilmir. Artıq hər iki tərəf öz səfirini məsləhətləşmələr adı ilə geri çağırıb. Səfirlərin geri çağırılması əslində diplomatiyada qarşı tərəfə etirazın ən sərt və nümayişkaranə şəkildə ifadə edilməsidir. Diplomatik krizin dərinləşməsi qarşısında Azərbaycanın İranla təkbaşına hara qədər davam edə biləcəyi maraq və təəccüb doğurur. Artıq İran Xəzərlə bağlı Rusiyanın dəstəyini alaraq birgə bəyanat verməklə ölkəmizə qarşı regional təzyiq ittifaqı qurmağa nail olub.

"Hörmətli prezidentin dili dolaşıb"

Obama üzr istəməlidir: "Polşa ölüm düşərgəsidir" deməsi Polşanın ciddi etirazına səbəb olub


ABŞ prezidenti Obamanın ötən gün Ağ Evdə təşkil etdiyi "Azadlıq Medalı" mərasimində polşalı müharibə qəhrəmanı Jan Qarskını mükafatlandırarkən "Nasizm işğalı altında olan Polşadakı alman ölüm düşərgəsi" ifadəsi yerinə "Polşa ölüm düşərgəsidir" deməsi Polşanın ciddi etirazına səbəb olub.
Qarskı müharibə dövründə Polşada gizli təşkilatında iş apararkən dünyaya "yəhudi soyqırımı"yla bağlı gördüklərini ifşa etməsiylə tanınır. Qarskı 2000-ci ildə dünyasını dəyişib. Polşadan gələn etirazlardan sonra Ağ Ev açıqlama verərək bildirib ki, hörmətli prezidentin dili dolaşıb, biz də narahatıq. Polşa baş naziri Donald Tusk isə bunun cavabında tələbini səsləndirib: "Vaşinqton kədərlərin ifadəsindən daha artığını etməlidir".

Наше дело правое. Враг будет разбит. Победа будет за нами!!!

Сегодня, в 4 часа утра, без предъявления каких-либо претензий к Азербайджану, без объявления войны, НАТОвские войска напали на нашу страну, на Иран и на Сирию, атаковали наши границы во многих местах и подвергли бомбежке со своих самолетов наши города Баку, Сумгаит, Гянджа, Габала, пляжи Амбуран и некоторые другие, причем убито и ранено более двухсот человек. Налеты вражеских самолетов и артиллерийский обстрел были совершены также с грузинской и киргизской территории, с базы Манас.
Это неслыханное нападение на нашу страну является беспримерным в истории цивилизованных народов вероломством. Нападение на нашу страну произведено, несмотря на то, что между Азербайджаном и странами НАТО заключен договор о ненападении ,и Азербайджанское правительство со всей добросовестностью выполняло все условия этого договора. Нападение на нашу страну совершено, несмотря на то, что за все время действия этого договора НАТО ни разу не могло предъявить ни одной претензии к Азербайджану по выполнению договора. Вся ответственность за это разбойничье нападение на Азербайджан целиком и полностью падает на НАТОвских правителей.


Hamid Herischi

30.05.2012

ELAN OLUNMAMIŞ MÜHARİBƏ

Yəqin ki, hər birimiz  ötən əsrin 90-cı  illərinin əvvəllərini yaxşı xatırlayırıq.Bu dövrü yalancı xalq hərəkatının NAĞIL dövrü adlandırsaq səhv etmiş olmarıq.Hansısa qüvvələr tərəfindən cəmiyyətdə “xoşbəxt” qərb haqqında insan fantazyasının son hədlərini zorlayan qəribə heykayəciklər danışırdılar.İndi bu nağıl dönəmi arxada qalıb, məmləkət insanı daha nağıllara inanmır.Baxmayaraq ki, nağıl şirin şeydir və insan inanmasada özünü  daxilən inanmaq istəyir bu nağıllara.Reallıq isə ap-acıq ortada, gözlərimiz önündədir. Qəribəsidə odur ki, həqiqət göz önündə olsada hələdə bir coxları onu görməkdə cətinlik cəkir.Hər gün KİV-lər Suriyadan qətliyam kadrları yayımlamaqda bir-biriləriylə yarışırlar.Qərb informasiya agentlikləri şişirdilmiş rəqəmlər fonunda “cəllad Əsəd” obrazı yaratmaq ücün bütün qüvvəsini səfərbərliyə alıb.

Günün fotosu

Sizcə bu polis varmı, yaşayırmı?))

Günün fotosu

Hüquq müdafiəçisi Ataxan Əbilov

Nikolay I, yoxsa Rəsulzadə?

Anar Qara Qarayev haqqında danışır

 Bir zamanlar onun möhtəşəm musiqisinin sədaları Avropanın, Amerikanın, Türkiyənin, Polşanın, Moskvanın musiqi salonlarını titrədib, milyonlarla insan qəlbini ovsunlayıb. Bu dahi insanın həyatı da, dünyaya gəlişi də bir möcüzəydi bu xalq üçün.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda, məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Anası Sona xanım yüksək musiqi təhsili görmüş, sayılıb-seçilən kübar xanımlardan idi. Ana babası İsgəndər bəy Axundov Şamaxının məşhur nəsillərindən olub.

"Hekayələrim kino estetikasından bəhrələnir"

Tanınmış jurnalist Sevda Sultanova ilə müsahibə

"Tarkovski" hekayəsi "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin iyirmiliyinə, daha sonraonluğuna keçmiş Sevda Sultanova ilə söhbət

"1975-ci ildə Bakıda doğulmuşam. Bakı Sosial İdarəetmə və Politologiya (indi Prezident yanında Dövlət Akademiyası) İnstitutunu bitirmişəm. 1995-ci ildən mətbuatda çalışıram".



- Dünya kinosu haqqında yazılarınızı mətbuatdan izləyirik, bəs hekayə yazmağa nə vaxtdan başlamısınız?
- Doğrusu, hekayə yazmağa nə vaxtdan başlamağımın tarixini xatırlamıram. Ara-sıra nəsə yazırdım. Üst-üstə toplasaq 5, ya 6 hekayəm var. Onlardan ikisi çox zəifdir, daha dəqiq desəm “bezdarnıdır”. Lars fon Trierə həsr etdiyim “Həyatımın ən vacib görüşü”nü daha yaxşı hekayəm hesab edirəm. Hekayələrim ədəbiyyatdan çox kino estetikasından bəhrələnir. Kino estetikasını mətnləşdirməkdən zövq alıram, bu bir az da əyləncəlidir.

Azərbaycanlı boksçu erməni rəqibini belə nokauta saldı


Almaniyada erməni boksçu Geqişe Tolmasyanla ilə görüşən Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov rəqibini nokaut vəziyyətinə salaraq qələbə qazanıb. Ağır keçən döyüşdə rəqib 2-ci raundda Fariz Məmmədovu nokdaun vəziyyətinə salsa da, idmançımız döyüşü davam etdirə bilib. Nəhayət ki, Fariz 4-cü raundda rəqibini nokaut vəziyyətinə salıb və döyüş meydanına ağ dəsmal atılıb.
Döyüşə fikir verdikdə görərik ki, istənilən çətin anlarda Fariz yalnız qələbə haqqında fikirləşir. Nə olur olsun, o bu döyüşdə rəqibini məğlub edəcəkdi. Elə görüşdən sonra da Fariz Məmmədov bildirib ki, o, idmançı kimi yox, azərbaycanlı kimi bu qələbəni qazanıb.

ABŞ-dan Bəşər Əsədə inanılmaz təklif

 "Nə qədər istəyirsən pul, ləl-cəvahirat götür, Rusiyaya get"


Yəmənin sabiq dövlət başçısı Əli Abdullah Salehiyə sığınacaq vermiş ABŞ Suriya prezidenti Bəşər Əsədə "Yəmən düsturu"nu təklif edib. Publika.Az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Bəşər Əsəd və ailəsinin Suriyadan ayrıldıqdan sonra Rusiyada sığınacaq tapmasını arzulayır.
Prezident və ailəsi Suriyadan gedəndə sonrakı həyatlarını davam etdirmələri üçün özləri ilə külli miqdarda pul və ləl-cəvahirat da apara bilərlər. 
Bəşər Əsədin və ailəsinin mühakimə olunmamalarına zəmanət verilir.

“Kapitalizmdə xoşbəxtlik yoxdur”

Elçin Bayramlı “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Araşdırmaçı-jurnalist.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- İnsanlığa namizəd.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Kommunist.

- Dost…
- Varsa, xoşbəxtsən.


Geriyə dön

Fərzad Leysi  

Geriyə dön
geriyə
Dilimizdən
pay çıxdığı gün
Sənin yoncalığını mən otladım
Mənimkin sən
Yoncalıqda
Topuğumuza qafamız qapsandı
Başmağımıza başımız
Başmağımız qızlığına əsgərlik edənmədi
Məni əsgərlyyə gömdülər
Səni əliyə
Geriyə dön
geriyə
Nə sən axlanırdın
Nə mən oxlanırdım

Məşhur Azərbaycan meyxanası Rusiya sosial şəbəkələrində rekord qırıb



Sonluğu rus dilində “ты кто такой давай до свидания” qafiyəsi ilə bitən meyxana rusların çox xoşuna gəlib. azadlıq.az xəbər verir ki, sosial şəbəkə olan Twitterdə “#путинтыктотакойдавайдосвидания” əlavəsi ilə yayılan meyxananın sözləri həm də Rusiya prezidenti Putin əleyhinə kampaniyaya çevrilib.

Günün fotosu

Bəxtiyar Elcan: "Müsabiqənin obyektivliyinə zərrə qədər şübhəniz olmasın"

Bir müddət əvvəl publika.az saytı ədəbiyyat müsabiqəsinə start verib. Müsabiqənin məqsədi, şərtləri, digər müsabiqələrdən fərqi ilə bağlı təşkilatçılardan biri - publika.az saytının redaktoru Bəxtiyar Elcanla söhbətləşdik. Müsabiqəyə qatılmaq istəyən qələm adamları bu müsahibədə bir çox suallara cavab tapacaqlar.

- Necə oldu ki, müsabiqə keçirmək qərarına gəldiniz?
- Son vaxtlar ədəbiyyatımızdakı inkişaf meyilləri bizim də diqqətimizi cəlb elədi. Bu məsələdə xüsusi olaraq Qurban Yaquboğlunun təşəbbüskarlığını qeyd etmək istərdim. Müsabiqənin ideyası onun tərəfindən irəli sürülüb və təbii ki, rəhbərlik də bu layihəni həvəslə dəstəkləyib. Hesab edirəm ki, ədəbiyyatın inkişafı üçün bu cür müsabiqələr olduqca vacibdir.

Gənc alimlər nəyi ümidlə gözləyirlər?

İlqar Orucov: «İnanırıq ki, ipoteka şərtlərində alimlərimizin də istifadə edə biləcəyi güzəştlər olacaq»


Alim olmaq asan deyil. Bunun üçün ilk növbədə Tanrıdan gələn istedad olmalıdr. Daha sonra  illərlə bu istedadı inkişaf etdirmək üçün vaхt və səbr lazımdır. Alimlər tariх boyu yaşadıqları ölkə üçün lazımlı insanlar olub. Qanunları öz prinsipləri əsasında yazıb, icra edən zalım şahlar belə,  bilik sahibləri ilə məsləhətləşmiş, vəzirlərini, məsləhət verənlərini bu cür insanlardan seçmişlər. Təbii ki, alimlər də biliklərinin müqabilində yaхşı yaşayan insanlar olub. Bu gün də dünyanı elm adamları olmadan təsəvvür etmək olmaz. Vəziyyət dəyişməyib. Çünki düşüncə olmayan yerdə heç bir inkişaf yoхdur. Dəyişən odur ki, bu gün alimlərimiz şahlara хidmətlə yoх, daha çoх inkişaf edən dünyada iqtisadiyyata хidmət etməklə yaхşı vəsait qazana bilərlər.

MİLLİ KİMLİKDƏN BAŞLAYARAQ

 Cabir Albantürk

Allahın adı ilə.
Azəriyikmi, azəri türküyükmü, Azərbaycan türkü, yoxsa “azərbaycanlı”?! Quba-Qusar bölgəsində ləzgilər bizə-türk kökənli topluma “moğol”, tatlar “türk” demiş, özümüz özümüzə isə millətlə ümmətin fərqinə varmadan “müsəlman” demişik. Uzaq-yaxın keçmişdə, mənbələrdə oğuz, alban, tatar və b. adlar da işlənmişdir.

Oxucunun görmədiyi ədəbi mühitimiz

Cəlil Cavanşir

Kənan Hacının "Yağ kimi" romanı haqqında

Qısqanclıq və paxıllıq...
 
"İnsan xoşbəxt olmaq istəyirsə, bədbəxt olduğu yerdən qaçmalıdır."- bu fikri yenicə bitirdiyim romandan seçmişəm.
Bəli, bu günlərdə dostum, dəyərli qələm adamı Kənan Hacının "Yağ kimi" romanını yenidən oxudum. Kitabı nəşrindən qısa müddət sonra, sadəcə tanışlıq üçün oxumuşdum. Bu dəfə isə kitabı ədəb-ərkanla(yəni rəngli qələmlə qeydlərimi yaza-yaza) oxudum. Yuxarıdakı cümləni isə, çox bəyəndim və qeyd dəftərimə yazdım. Kitab haqqında fikirlərimi əslində çoxdan yazmalı idim.

Sizif və tələbə

Rasim Qaraca

 Sizif tanrıların ona cəza kimi göndərdiyi daş parçasının üstündə oturub güc toplayır, bu daşı yenidən dağın zirvəsinə necə qaladıracağını düşünürdü. Bu zaman cavan bir tələbə ona yaxınlaşdı:
- Ey müdrik qoca Sizif, görürəm sən çox zəhmətkeş bir insansan, həyatda böyük təcrübən var. Səndən soruşmaq istədiyim bur məsələ var. Mənə yardım edərsənmi?
 Sizif başını qaldırıb cavan oğlanın üzünə baxdı, bir az yana əyilərək onun kölgəsində gizlənməyə çalışdı, heç bir söz deməsə də eşitməyə hazır bir görkəm aldı.

Canlı klassik

Şair həbsxanada polisi oğrunun əlindən necə qurtardı?

Faiq Balabəyli


Türmə qeydləri: Birinci hissə


Bayıl türməsinə yolu düşən axırıncı jurnalist “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili oldu deyəsən, özü də cəmi bircə gün. Mətbuat Şurası və digər jurnalist təşkilatları prezidentə müraciət etdilər, həbsi pislədilər və xahiş etdilər ki, jurnalistin azad edilməsi üçün göstəriş verilsin. Elə də oldu, səhəri Asif bəy azad olundu və bir neçə gündən sonra Bayıl türməsi – 1 saylı Bakı İstintaq Təcridxanası Kürdəxanaya, yeni binaya köçürüldü. Bundan sonra Bayıl türməsini içəridən görən jurnalist olmayacaq.

Finca kredit təşkilatı ölüdən də pul çıxarmaq istəyir!


Finca ən yüksək faizlə pul verən və heç bir mənəvi hüdud tanımayan sələm təşkilatıdır

"Yeni xəbər"in poçtundan

   Yazıb sizə bildirirəm ki, 29 aprel tarixində yaşadığımız Cəlilabad rayonunun Ocaqlı kəndində müdhiş hadisə baş verdi və ailəm ağır itkilərlə üzləşdi. Port-İliç qəsəbəsindən olan Əskərov İsmayıl Elnur oğlu adlı birisi kəndimizin ərazisinə soxularaq ailə üzvlərimizə bıçaq xəsarətləri yetirdi. Nəticədə atam və qardaşım vəfat etdi, mən və digər qardaşım isə çoxsaylı xəsarətlər aldıq. Əskərov İsmayıl dəfələrlə karate üzrə müxtəlif yarışlarda yerlər tutub və əsəb pozğunluğu keçirib. Bu hadisənin obyektiv araşdırılması üçün dövlət orqanlarına məktublar ünvanlamışam. Məsələnin ədalətli araşdırılması üçün sizin də köməklik etməyinizi rica edirəm.