Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
31.10.2012
Yaxşılıq qapı açar
Akif Abbasov
Qanlı-qadalı müharibə illəri idi. Cəbhədə ağır döyüşlər gedirdi. Qara xəbər hər gün neçə-neçə evin qapısını döyürdü. Camaatın müharibə törədənlərə nifrəti aşıb-daşırdı. Hamı bir qarın ac, bir qarın tox dolanırdı. Arxa cəbhədə adamlar səhərdən axşamadək çalışırlıdar. Kənd yerlərində əkin-biçin olduğundan şəhərdə yaşayanlara nisbətən onların güzəranı pis deyildi. Gətirib məhsullarını bazarda satır, əyin-baş, ərzaq alırdılar. Şəhərdə möhtəkirlər hər şeyi od qiymətinə verir, kefləri çağ yaşayırdılar. Elə bil müharibə onlara aid deyildi. Neçə-neçə evdə uşaqlar: «Ana, acmışam, çörək ver, yemək gətir. Ana, soyuqdur, üşüyürəm!» - deyə zarıyırdı. Hərə öz hayında idi. Kim bilir, müharibə hələ nə vaxt qurtaracaqdı.

Nə zaman və hansı yazıçının ev muzeyində olmusunuz?
“Şair Qabil üçün ayrılmış masa diqqətimi çəkdi -yarıdan çoxu içilməmiş araq şüşəsi, əl telefonu-filan...”
Cəlil Məmmədquluzadənin ev muzeyindən yazı hazırlayarkən muzeyin direktoru Pərixanım Mahmudova Azərbaycan yazıçılarının bu mədəniyyət ocağına nadir hallarda ayaq basdığını söylədi. Azərbaycan nəsrində, dramaturgiyasında və publisistikasında ciddi iz qoymuş bir mütəfəkkirin xatirəsinə olan bu münasibət çox düşündürücüdür. Nədən yazarlarımız klassik irsə biganə yanaşır, ədəbiyyatı yalnız masa hadisəsi hesab edirlər?

Gülnarə Rəfiq. Əl-ələ verin, arvadlar!
Bəşəriyyətin ən gözəl hissəsinin öz-özünə müraciəti
Yumor hissi olmayanlar bunu heç oxumasa yaxşıdı
Əziz bacılar! Analar, qızlar, arvadlar, hətta məşuqələr və intelligent xanımlar. Əzizlərim, Vətən dardadı! Biz uçurumun qırağından yuvarlanmağa doğru gedirik. Şok xəbərdən ora-bura qaçıb çığıraraq günahkar axtarmağa başlamayın. Uzun illər, hətta əsrlər boyu biz çox axmaq olmuşuq.
Ona görə də bizə qadın yox, arvad kimi müraciət ediblər. «Arvada qulaq as, əksini elə», «Arvadın ağlı dabanında olar» və bu qəbildən olan təhqiramiz məsəlləri həqiqət kimi qəbul eləmişik. Ağ atlı oğlan haqqında, quyunun dibindəki 40-cı otaqdan qızı qurtaran Məlikməmməd haqqında nağıllarla qulaqlarımız elə dolub ki, gözləmə prosesində kişilərin nə Ağ atlı oğlana, nə də Məlikməmədə oxşamadığını görməmişik. Marşrutda nəinki oturan yerdə, hətta ayaqüstə yatmağı bacaran, «ho» eləsə, siqaret, tərpənəndə tər iyindən beynini çatladan kişidir? Mədəsi quruldayanda şimşək kimi gurultusu blokdan eşidilən, doyandan sonra televizor qarşısında mürgüləyən də kişidir?

Asim Məmmədov: "Bəy müraciətindən zəhləm gedir"
Asim Məmmədov "Tez bazar"da
- Özünüzü 2 sözlə təqdim edin.
- Yazıçı-publisist.
- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Sən. Təntənəli müraciətlərdən, xüsusən də “bəy” sözündən zəhləm gedir.
- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Sadə müsəlman.
- Dost…
- Azdır, amma var.
- İlk sevginiz?
- Hər yeni sevgim ilk kimi olur.

Liviyanın işğalı
Asif Həsənli
Professional Oxucu Liqası
“O, inqilab rəhbəri və Liviya xalqına xoşbəxtlik
bəxş edən bədəvi əsgərdir!”
«Qəzəb günü»ndən sonra, artıq 20 fevralda üsyançılar
gecə saatlarında Benqazini tam nəzarətə götürdülər. Qəddafinin qaçması
haqqında məlumatlar geniş yayılmışdı. Ordu üsyançıların tərəfinə
keçməkdə davam edirdi. Belə gərgin bir vaxtda qəflətən Qəddafi dövlət
televiziyası ilə xalqa müraciət etdi. Liderin bu müraciəti çox gözlənilməz
oldu və əsl sensasiya yaratdı.
Qəddafi öz çıxışı ilə Liviyadan ayrılmayacağını,
təkcə ölkənin prezidenti yox, həm də inqilabın rəhbəri olduğunu göstərdi.
XRISTOFOR KOLUMBUN AMERIKANI İKİNCİ OLARAQ KƏŞF ETMƏSİ
Hafiz Mirzə
Dünyada dördüncü qitənin mövcud olduğunu bir kimsə bilmirdi. Avropa coğrafiyaşünaslarının və səyyahlarının düşüncəsinə yalnız Hindistana dəniz yolunun tapılması hakim kəsilmişdi. Bu sahədə İtaliya, İspaniya və Portuqaliya dənizçiləri uğur qazanmağa daha çox çalışırdılar. 1451-ci ildə İtaliyanın Genuya şəhərində anadan olmuş Xristofor Kolumb hələ 21 yaşında ikən dəniz səyahətlərinə çıxmışdı. Amma buna daha yaxşı şərait Portuqaliyada var idi. Ona görə də 25 yaşında o, Portuqaliyaya köçdü. Onun gəmisi İngiltərəyə, Atlantik okeanındakı Madeyra adası və Qvineya korfəzinə üzdü, bir müddət o Madeyra adasında yaşadı,..

Birobicandakı ərkivanlı
Təsəvvür edin ki, təkcə indiki Rusiyanın yox, az qala əksər ölkələr üçün uzaq bir məkan olan Yəhudi Muxtar Vilayətinə, onun paytaxtı Birobican şəhərinə səfər etmisiniz. Yəqin ki, burada sizi ən çox narahat edən vətən həsrəti, qəriblik olacaq. Və bu qəribliyi unutdurmaq, həm də yol yorğunluğunuzu çıxartmaq üçün şəhərdəki ən məşhur restorana üz tutacaqsınız. Restoranın möhtəşəmliyi və gözəlliyi sizi heyran edəcək. Görəsən, bu restoranın sahibi kimdir? İstənilən adam bu sualınızı bir kəlmə ilə cavablandıracaq – azərbaycanlı Məmmədov.
Şəhərdəki digər möhtəşəm bina, necə deyərlər, şəhərin baş ticarət mərkəzi ilə tanış olmaq istəsəniz, yenə də eyni suala eyni cavab alacaqsınız – bu obyekt də azərbaycanlı Məmmədovundur.
Şəhərin ən nəhəng aptek şəbəkəsinin də azərbaycanlı Məmmədova məxsus olduğunu eşidəndən sonra yorğunluğunuzu və qəribliyinizi yəqin ki, tamam unudacaqsınız. Bütün bunlardan sonra hətta əylənmək istəyi ilə şəhərin ən gözəl parkına və əyləncə mərkəzinə də üz tuta bilərsiniz.

Dahi alman bəstəkarı Lüdviq Van Bethoven
Dünya şöhrətli bəstəkar Lüdviq Van Bethoven kar olub
Dahi alman bəstəkarı Bethoven (1770-1827) dünyanın ən nəhəng bəstəkarlarından biridir. Böyük Fransa inqilabının ideyalarından ilham alan Bethoven öz yaradıcılığında ilk növbədə insanın qəhrəmanlıq, mübarizlik əzmini tərənnüm etmişdir. Tarixi şəraitdən, yaşadığı mühitdən savayı, Bethovenin şəxsi problemləri, ələlxüsus sağlamlığı ilə bağlı çətinlikləri də onun dünyagörüşünə ciddi təsir göstərmişdir. 28 yaşında ikən o, ağır xəstəliyin — musiqiçi üçün əsl faciə olan karlığın ilk əlamətlərini hiss edir. Xəstəlik şiddətləndikcə Bethoven çalmaq, sonra dirijorluq etmək qabiliyyətini get-gedə itirir. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir — ömrünün son illərində o, dəftər vasitəsilə yazılı «söhbətlər»ə keçir. Ən dəhşətlisi isə odur ki, bəstəkar yaratdığı musiqini daha eşitmir!

Türkan, kim öyrətdi ona belə tez ölməyi?
Əfsanə Laçın
Hər gün ölənlərin qəbri olmur.
Hər gün ölənlərdən kimsə xəbər tutmur.
Heç kim ağlamır təkrar-təkrar ölənləri.
Türkan, bəlkə biz ölməyi məşq edirik?
Türkan, biz payızı gözləmədik
Çiçəkləri əzdik keçdik...
Türkan, bu məşqlərin sayı azdı
Payız gəlib
Mən hələ öyrənə bilməmişəm ölməyi...
Türkan, kim öyrətdi ona belə tez ölməyi?
əzmə daha xəzəlləri, Türkan...

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ -39
XXXIX
yazı: Artıq
45 ildir ona qarşı qəddarcasına psixoloji müharibə aparıldığı Birləşmiş Ştatlar
xalqının heç ağlına da gəlmir
İsveçrədə olduğu kimi, Kanadanın da çirkli
tərəfi vardır. Lakin Komitet 300 bunu kənar
nəzərlərdən, 1913-cü ildə Böyük Bitaniyada qəbul olunmuş qanundan sözbəsöz
köçürülən, “Rəsmi sirrlər haqqında Akt” maneəsi ilə yaxşıca gizlətmişdir.
Narkotiklər, çirkli pulların yuyulması, cinayətlər və reket-
bütün bunların üstü bu biabırçı aktla örtülmüşdür. Çoxlarına məlum deyil ki,
Taxt-tacın agentləri tərəfindən ürəkləri istəyən şəkildə interpretasiya oluna
bilən “Rəsmi sirrlər haqqında Akt” üzrə ittiham olunanlara hətta ölüm hökmü də
kəsilə bilər.
Məşq edək
Türkan Zamanova
Bütün həyatlarını sevdim
pisini də, yaxşısını da.
Hər həyatından da
boylandın, baxdın
istədiyim kimi.
Hər baxşında da özümü gördüm
gözlərini sevdim…
Səbirsiz, tələskən
qısametrajlı filmə
bənzətdin ömrümüzü.
Tez başladı, tez də bitdi
əsəbiliyini sevdim…
Bir ömür məşq etdik
gözləməyi.
Kimi, nəyi fərqinə varmadan.
Bütün həyatlarını sevdim
pisini də, yaxşısını da.
Hər həyatından da
boylandın, baxdın
istədiyim kimi.
Hər baxşında da özümü gördüm
gözlərini sevdim…
Səbirsiz, tələskən
qısametrajlı filmə
bənzətdin ömrümüzü.
Tez başladı, tez də bitdi
əsəbiliyini sevdim…
Bir ömür məşq etdik
gözləməyi.
Kimi, nəyi fərqinə varmadan.
Salam Sarvan: "Öz şeirlərimi deməyə qarşı kompleksim var"
Siyasətçilər, ictimai-siyasi çəkisi olan tanınmışlar, adətən, ümumi danışmağa üstünlük verirlər. Bəzən elə təsəvvür yaranır ki, onlar ya kiminsə adından danışırlar, ya da kiminsə mesajını çatdırırlar. Hətta bəzən fikirlərini təsdiqləmək üçün çəkinmədən “bütün xalq belə düşünür” də deyirlər. İstədik, bu dəfə ictimai nüfuz sahibi olan şəxs özündən danışsın, öz sözləri ilə etdiklərinə qiymət versin…
“Özündən danış” layihəsi tanınmışlara özlərini təqdim etmək üçün imkan yaradır. Düşündük ki, şıltaq qızcığazın suallarına hər kəs, hər cavabı verər. Verilən cavablardan da biz onu daha yaxşı tanımaq imkanı qazanarıq. Təbii ki, əgər, onları “qılaf”ından çıxara bilsək…

AŞPA-nın baş katibi cənab Torbyorn Yaqlanda müraciət
Cənab baş katib Torbyorn Yaqland!
Cənab Kristofer Ştrasser!
Möhtərəm AŞPA nümayəndələri! Cənablar və xanımlar!
İlk öncə, hamınızı Azərbaycan zindanlarının birindən (Baki İstintaq Təcridxanası (BİT)) salamlayır, siyasi məhbuslar barədə son dərəcə vacib və dəyərli tarixi sənədin qəbul edilməsi münasibətiylə hamınızı təbrik edir və Azərbaycanın bütün siyasi məhbusları adından Sizə dərin minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm.
Qətiyyən şübhəmiz yoxdur ki, alman xalqının böyük oğlu cənab Kristofer Ştrasserin adı yaxın gələcəkdəki azad, demokratik, hüquqi Azərbaycan dövlətinin yeni tarixinə qızıl hərflərlə daxil olacaqdır. Yalnız ona görə yox ki, o, bizim – öz ölkəsinin azad və xoşbəxt gələcəyi naminə zindanlara atılmış siyasi məhbusların hüquqlarının müdafiəsinə qalxmışdır. Həm də ona görə ki, o, öz şəxsi mənafellərini ümumbəşəri dəyərlərdən və insan haqlarından xeyli üstün tutan o bəzi riyakar Avropa “demokratlar”ının da çirkab mövqelərini ifşa etməkdən çəkinmədi:

Anar: “Ya bu ilin axırı, ya da gələn ilin əvvəlində qurultay keçiriləcək”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar oktyabrın 31-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Həmin cavablardan bəzilərini qısa şəkildə təqdim edirik.
“Bu millətin Yazıçılar Birliyindən başqa dərdi yoxdur. Min dənə başqa yaradıcılıq təşkilatları var. Biri maraqlanmır ki, Bəstəkarlar Birliyinin qurultayı nə vaxt olacaq, Rəssamlar İttifaqının sədr kim olacaq? Teatr Xadimləri İttifaqında evləri paylayıblar, ya yox?..
“Məşədi İbad yaşında cavanlar Yazıçılar Birliyindən narazıdırlarsa bu, onların öz işidir. Yazdığım həcv cavanları şapalaq kimi tutmasaydı, indiyə qədər onları yandırmazdı. Ya bu ilin axırı, ya da gələn ilin əvvəli qurultay keçiriləcək.

Türk tarixi -21
XXI hissə: Min türkcə
başlayıb rivayət, Kıldım bu fəsanəni hekayət…
Qərb türkcəsi oğuz, şimali türkcə isə qıpçaq
və şərq türkcəsi- Orta Asiya ləhcələri üzərində qurulmuşdur. Şərq türkcəsinə
Cığatay türkcəsi də deyilmiş, əmir Teymur zamanından başlayıb, Nəvainin zühuru
ilə ən parlaq mərhələsinə çatmış və sonra isə özbək türkcəsinə çevrilmişdir.
Teymurilər zamanında Cığatay türkcəsi əmir
Əlişir Nəvai kimi böyük şair və qüdrətli şəxsiyyətin meydana çıxması ilə bu
məntəqənin ədəbi dili olmuşdur. Əmir Teymur da Çingiz kimi yürüş etdiyi zaman
bir çox qarət, qətl və xərabəliklərə səbəb oldu.
Zərdüşt Şəfizadə. Bu yuxudu
“Bu yuxudu, yuxu...”- dedi öz-özünə. İnanmaq istəmədi, inanmaya bilmədi. Özünü divardan-divara çırpdı. Qışqıra-qışqıra başını divarlara vurdu.
Qarşısında dayanan adamlar nəzərlərini yerə dikmişdilər. Hamısı ağlayırdı. Hamı məyusdu. Heç biri onun çırpınışlarına baxmadı, heç biri onu tutmaq istəmədi. İstədilər ki, o başını divardan-divara çırpa-çırpa olanları yuxuya çevirsin. Çevirdi də.
“Yuxu, yuxudu bu.. -dedi və gülməyə başladı -bu yuxudu...-göz yaşları içində gülərək küncə sıxılmış anasını qucaqladı- ana yuxuduye bu, Allah haqqı... Yoxsa ki, belə şey ola bilməz axı... o necə ölə bilər? -dərhal da özü- özünə cavab verdi- ölə bilməz... başa düşürsən? Yuxuduye... Sən ki, onu tanıyırsan, o axı mənim dostumdu, yaxınımdı... başa düşürsən də hə? Yuxudu bu, biz də yuxudayıq. Amma oyananda nə qədər güləcəm...”

30.10.2012
Babək Göyüş: "Dünya dağılacaqmı?"
Maya təqviminə görə bəli, NASA isə bunu tamamilə inkar edir.
Dindarlar düşünür ki, Allah özü dünyaya son qoyacaq.
Doğrudan da dünya dağılacaqmı?
İndi bu sualın cavabı hər kəsi düşündürür. Özü də 2009-cu ilin noyabrınadək bu sual heç kəsin ağlına gəlmirdi. Daha doğrusu, gəlirdi, ancaq geniş anlamda müzakirə olunmurdu. Onun müzakirəsinə isə əsas təkanverən qüvvə yenə də sinema oldu. Rejissor Roland Emmeriçin katastrofa janrında çəkdiyi film doğrudan da itmiş streotiplərin qaysağını qazıyıb insan beyninə yeni mövzu verdi. Yaşayıb yaratdığımız, ailə qurduğumuz, övlad böyütdüyümüz, əcdadlarımızın uyduğu bu yer kürəsi dağılacaq.

"Çexov bizim müasirimizdir"
İngilis yazıçısı Con Middlton Marri Çexovun ölümündən 50 il sonra yazırdı: "Çexovu, onun həyat və yaradıcılığını öyrənmək lazımdır, çünki o, müasir nasirlər arasında yeganədir... Qərb ədəbiyyatı öz xəstəliyinin xarakterini tapmaq iqtidarında olmayaraq, bir çıxılmaz yoldan o birisinə atılan vaxt, Rusiyada Qərbdə heç kimin tanımadığı Çexov, hansı yolla getmək lazım olduğunu aydın görürdü. A.P.Çexovun bizə nə qədər yaxın olduğunu biz bu gün anlayırıq. Çox güman ki, sabah onun bizi nə qədər qabaqladığını başa düşəcəyik. Ona görə də biz bu gün də qətiyyətlə deyə bilərik ki, Anton Pavloviç Çexov bizim müasirimizdir".
Raqif Hacı
Raqif Hacı
ЭТО СЛЕДУЕТ ЗНАТЬ. Из книг Г.П.Климова
Читая книги Г.П.Климова, я делал из них "выписки", давая им свои названия, чтобы потом было удобнее в них ориентироваться и находить нужную. Часть таких "выписок" я решил "выложить" на своём сайте. Думаю, что для многих они могут быть интересны. В этих "выписках", как и вообще в трудах Г.П.Климова, много негативного говорится о евреях и денегератах. Но, к сожалению, - всё это исторические факты без фальсификаций и надуманностей. Мне хотелось бы на этих неприятных фактах не акцентировать бы внимания, но в недавней афганской войне также чётко прослеживается "еврейский след", а на той войне погиб мой сын...А вообще-то следует всем читать книги Климова.
1. О полуевреях
Полуевреи почти всегда себя чувствуют больше евреями, чем русскими. Существует целый ряд легенд об антихристе, в которых прямо говорится, что антихрист, как символ, будет рожден от еврейской матери и отца нееврея. Хорошенько запомните эту формулу. Она будет ключом ко всему циклу. Уже в течение столетий люди заметили какую-то таинственную роковую роль таких вот полуевреев.

Müstəqillik
Akşin Sultanov
Bayramdır. Onsuz da dəliyə hər gün bayramdır. Ağıllı görsənmək üçün min bir artistlikdən çıxan, rəngi və mimikası bəlli olmayan saysız maska gəzdirən dəlilər nə deyir? Deyirlər ki, müstəqillik günüdür.
Söhbət dövlət müstəqilliyindən gedirsə, mənim vətənim SSRİ planetin ən müstəqil ölkəsi idi. Yanı belə dövlət müstəqilliyi qədrini bilənsinizsə, niyə vətənimiz SSRİ-nin dağılmasını istədiniz?
Diqqət edin, bu gün dəfələrlə fb-da SSRİ-nin dağılmasına qarşı səs verən millət vəkillərinin siyahısını paylaşıb, onlara “vətən xaini” deyiblər. Kim deyib? Azərbaycanın ən beyinsiz və gerici qafaları. Hə, onlar özlərinə “demokrat” deyir.

İnsomnia və roman
Tanıdığım insanlar arasında yuxusuzluqdan əziyyət çəkənlər çoxdur. Mən heç vaxt axmaq adamların gecələr yatmadığına rast gəlməmişəm. Bunlar düşünən və ağıllı insanlar olur.
2008-ci ildə Almaniyada “Young Euro Connect” mərasimində 1976 təvəllüdlü bir yazıçı qızla tanış oldum. Annelies Verbeke. “Yatın!” adlı debüt romanı 14 dilə tərcümə olunmuş, 70 000-dən artıq nüsxəsi satılmışdı. Roman yuxusuzluqdan əziyyət çəkən Maya adlı qızdan danışır.
Səlim Babullaoğlu: “Reklam mətnləri hər gün insanları təhqir edir”
Səlim Babullaoğlu ilə bu dəfə ədəbiyyat haqqında yox, ədəbiyyatın və kitabın televiziyada təbliği, televiziyada dilin istifadəsi, reklam və bu kimi başqa problemlər haqqında danışdıq.
- Necə bilirsiz, televiziyalarımızda ədəbiyyat və kitab kifayət qədər təbliğ olunurmu?
-Bir dəfə demişəm, indi bir dəfə də deyim: mən ədəbiyyatçıyam, soyuducuda da ədəbiyyat görmək istəyirəm, ona görə suala cavab verərkən ehtiraslı ola bilərəm. Bir sözlə cavab versəm sualınıza, onda deməliyəm ki, yox, kifayət qədər təbliğ olunmur. İnsanın havadan sonra ən çox istifadə elədiyi sözdür. Sözün toplandığı ən yaxşı vasitə kitabdır. Amma sabunun, şampunun təbliğinə baxın, kitabın təbliğinə baxın. Fərq məlumdur. Əlbəttə, bütün telekanallarda kitab, ədəbiyyat, ədəbiyyatçılarla bağlı verilişlərə rast gəlmək olar. AzTV-də, İTV-də də, ATV-də də, “Space”də də, Regional TV-də də… yeni nəşrlərlə bağlı proqram var, “Mədəniyyət saatı” var, “Ortaq məxrəc “, “Qərib axşamlar” var, məsələn, Regional TV-nin Xaçmaz bölməsi çoxlu dəyərli, baxımlı proqramlar edir…

Aqşin Yenisey: "Mən mətndə fotoqraf yox, rəssamam”
“Ev Havası” layihəsinin növbəti qonağı şair Aqşin Yeniseydir
Aqşin kimi uşaqlıq
“Seymur Baycandan fərqli olaraq, heç kimin anasından kəsmirdim. Mahiyyət etibarı ilə kimdənsə “kəsmək” mənə yaddır. 34 ildə heç kimdən kəsməmişəm. Heç öz sevgilimdən də. İndiyə qədər heç bir adamdan heç nəyi kəsməmişəm. Onuşaqlı ailənin uşağı necə olarsa, elə olmuşam. Kənd uşaqları başqa cür böyüyür. Mən bəlkə də kənddə böyüməsəydim, heç oxumaq da istəməzdim. Uşaqlıqda bir dəfə “yeddi qardaş” adlı ilanın bir qardaşını öldürmüşdüm. Mənə dedilər ki, öldürdüyün ilanların o biri qardaşları gəlib səni tapacaqlar. Elə həmin günü kitabı qabağıma qoyub oxumağa başladım. Çalışdım ki, oxuyub birtəhər universitetə girim, qaçım gəlim Bakıya”.

Mən səni gördüm ayışığında
Məlihə Əzizpur
Bir dolun ayla bəzənmişdi gecə!
Mübhəm duyğular daşıyrdı içimə
Dənizdən əsən ılıq əsinti.
Doğrusu,
Qurbət,
Sarmışdı bütün hücrələrimi
Ama,
Bir dolun ayla bəzənmişdi gecə!
Kiçik dalğalar,
Döyüntüləri ilə anladırı varlığını
Parıldayırdı mavi dəniz
Tamamlanmış şeirə bənzəyirdi gözlərin
Və mahnılara götürürdü məni,
An ba an:
Bir dolun ayla bəzənmişdi gecə!
Mübhəm duyğular daşıyrdı içimə
Dənizdən əsən ılıq əsinti.
Doğrusu,
Qurbət,
Sarmışdı bütün hücrələrimi
Ama,
Bir dolun ayla bəzənmişdi gecə!
Kiçik dalğalar,
Döyüntüləri ilə anladırı varlığını
Parıldayırdı mavi dəniz
Tamamlanmış şeirə bənzəyirdi gözlərin
Və mahnılara götürürdü məni,
An ba an:
KÜÇƏ UŞAQLARI - GÖZLƏRİ QƏMLİ
Şirinxanım Kərimbəyli Şadiman
Küçə uşaqları - gözləri qəmli,
Baxışları doğar kədər yaşları.
Bütün ömürləri keçər ələmli,
Dərdləri onlarla can sirdaşları...
Kirli üst-başları gendən görünər,
Bir ana qucağın həsrətlə anar.
Dallarıyca acı tale sürünər,
Dözməyən ürəklər bu dərdə yanar.
Dilləri böyüktək danışar, amma
yorğun üzlərində inciklik gəzər.
Onlar dilənçidi arzuya, kama,
Arzu, kam onlara salmaz bir nəzər.
Küçə uşaqları - gözləri qəmli,
Baxışları doğar kədər yaşları.
Bütün ömürləri keçər ələmli,
Dərdləri onlarla can sirdaşları...
Kirli üst-başları gendən görünər,
Bir ana qucağın həsrətlə anar.
Dallarıyca acı tale sürünər,
Dözməyən ürəklər bu dərdə yanar.
Dilləri böyüktək danışar, amma
yorğun üzlərində inciklik gəzər.
Onlar dilənçidi arzuya, kama,
Arzu, kam onlara salmaz bir nəzər.
29.10.2012
Yazarı oxucudan çox...
Narıngül
(Bir toy məclisindən qısa reportaj)
Əhvalat vaqe olur bir gənc yazar dostumun toy məclisində...
Əvvəldən düşündüyüm kimi toyun əsas hissəsini yazarlar ordusu təşkil edirdi. Məclisdə xeyli adam vardı. və şübhəsiz ki, burda məmləkət yazarlarının yalnız bir qismi iştirak edirdi. Kənarda neçə belə böyük hissə də mövcuddu. Zala daxil olan dəbə uyğun “mini” və “dekolte” geyinmiş xanımlarla ənənəvi klassik üslubda ağ köynək və qara kostyumlu bəylər maraqlı harmoniya yaradırdı. Bir qədər iddialı görünən yazarların üzündə ritorik əhval, müəmma və tələskənlik hopmuş bir aura da hiss olunurdu. Qonaqların çoxunun yazar olması məntiqə uyğundu. Onsuz da oxucusu az olan ədəbi meydanda da yalnız yazarlardı. O da məlumdur ki, indiki zamanda yazarın yazar dostları var, oxucu dostları yox.
Əvvəlcə, hər şey öz qaydasında idi, hərə bacardığı kimi öz əhatə dairəsində əylənirdi.. Məclisə daxil olan bir neçə dövlət məmurundan sonra isə dəstələr qarışqa süfrəsi kimi qaynamağa başladı.

Azərbaycan ədəbiyyatşünaslığı: üçdən biri…
Tehran Əlişanoğlu
Şirindil Alışanlının 60 yaşına
Azərbaycan ədəbiyyatşünaslığının üç mənbəyi var: folklor, klassik ədəbiyyat, müasir ədəbiyyat; və təbii, üç də tərkibi…
İndi bizim AMEA Nizami adına Ədəbiyyat İnstitutunda bunlardan birincisi: İnstitutun direktor müavini, həmçinin “Şifahi Azərbaycan ədəbiyyatı və abidələr” şöbəsinin müdiri, filoloji elmlər doktoru, professor Məhərrəm Qasımlı ilə təmsil olunur. Şair, alim, folklorşünas, ədəbiyyatşünas… Təkcə elə Az TV-nin Mədəniyyət kanalı ilə hər həftə yayımlanan Aşıq verilişlərini yada salsaz, tanıyacaqsız…

Etimad Başkeçid. Broy, broy!
ELƏ BİR YURD, ELƏ BİR MƏMLƏKƏT Kİ…
«Ey Nur daşı, daşların sevgilisi, sən sən ol,/ ol kafirin niyyətini dayandır». Kamal Abdulla
… yerdən yerə yapıxmış eni-boyu,
susqun,
daş kimi, kəsək kimi xamuş,
elə bir yurd, elə bir məmləkət ki,
daşı-torpağı torbayla daşınmış
bilinməzin bitməyən şövqü,
işbu,
bir yol öcəşmiş çölünə-düzünə.

Zbiqnev Bjezinskinin qalmaqallı kitabından sitatlar
Zbiqnev Bjezinski. "Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası" kitabından seçmələr
Zbiqnev Bjezinski 1928-ci ildə Polşada anadan olmuş, Amerikan politoloqu, sosioloqu, dövlət xadimidir. Bjezinski uzun illər ABŞ-ın xarici siyasət ideoloqlarından biri olub. 1977-1981-ci illərarası o Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik üzrlə prezident müşaviri vəzifəsində çalışıb. Klintonun hakimiyyəti dövründə isə o NATO-nun şərqə doğru genişləndirilməsi layihəsinin müəllifi olub.
Bjezinski ABŞ-ı dünya hegemoniyası hesab edir və bu rolun yaxın 10-25 il ərzində başqa ölkəyə verilməsini mümkün hesab etmir. O SSRİ-ni, ya da Rusiyanı İkinci dünya müharibəsi illərində olduğu kimi Almaniya Yaponiya ilə bərabər ABŞ-ın rəqibi hesab edir və onun zərərsizləşdirilməsini daim çıxışlarında xatırladır.

Ramil Əhməd. Məktub
Məni elə sevəsən ki,
sevilməkdən yorulam...
Doğmanın,
yadın,
hamının əvəzinə sevəsən...
Elə sev ki,
sevilib qurtarım – yox olum...
Ruhumla öpüş,
gözlərinlə qucaqla məni.
Bir ağac ək içində
öləndə basdır məni,
o ağacın dibində...
Elə sevgi ki,
qədərini kimsə bilməsin...
metrlə, kiloyla,
dünyayla, həyatla
ölçüyə gəlməsin...
sevilməkdən yorulam...
Doğmanın,
yadın,
hamının əvəzinə sevəsən...
Elə sev ki,
sevilib qurtarım – yox olum...
Ruhumla öpüş,
gözlərinlə qucaqla məni.
Bir ağac ək içində
öləndə basdır məni,
o ağacın dibində...
Elə sevgi ki,
qədərini kimsə bilməsin...
metrlə, kiloyla,
dünyayla, həyatla
ölçüyə gəlməsin...
Babayev Əli: bu uşağın məharətini izləməyə dəyər
Babayev Əli Fəxrəddin oğlu. İllər keçəcək bu ad Azərbaycan idmanında özünəməxsus yer tutacaq. You Tubedəki videoya baxanda o, 4 yaşlı uşaq haqda yazdıqlarımı düşündüm.
Əslində belə çarxlar daha çox futbolun təbliği ilə məşğul olan saytımızın priinsipləriylə uyğun gəlmir, amma 4 yaşlı uşağın ozündən 10 yaş böyük yeniyetməyə qarşı göstərdiyi cəsarət və ən əsası,yeniyetmənin güləşərkən uşağa verdiyi ağrlığa qarşı, körpənin müqavimət göstərməsini nəzərə alaraq videyonu sayta yerdləşdirdim. Əlbəttə ki, qarşı tərəfin razılığını alaraq.
Nə nə boy, nə də çəkisi uyğun gəlməyən, hətta kəskin fərqlənən insanların tatami üzərindəki mübarizəsində olan mənzərə mənə olduqca xoş təsir bağışladı. Bu videonu izləməyə dəyər.
mundial.az
Эльхан Зал. Из цикла "Пейзаж Торговой"
Словно с дуновенья ангельского пенья,
облачко Венеру застит безрассудно.
Смотрят изумлённо сонные деревья,
и танцуют волны в ритме «Камасутра».
Жизнь – в любви! Всё с нею значимо и мило.
И струятся чувства нежным звездным светом.
Этот миг Богиня, верно, подарила,
мы царим и правим в страстном граде этом!
Жду тебя. Поверь,душа тебя хотела.
Я звонил... И верил- ты придёшь однажды.
Изболелось сердце, истомимилось тело,
жажду я губами утоленья жажды.

20 yanvar faciəsi haqda əsl həqiqətlər
Filologiya elmləri namizədi, Azərbaycan Sosial Demokrat Partiyasının ilk sədri Zərdüşt Əlizadənin “İkinci respublikanın sonu” kitabından bir hissə
20 yanvar günü axşam 11-də AXC
sədri Əbülfəz Əliyev qəlb dostu Becan Fərzəliyevin yanına getdi və qırğın
gecəsi orada gizləndi. Növbəti bir neçə gündə də Becanın evində gizləndi. Rəsul
Quliyev gizlicə müzakirə üçün tez-tez onun yanına gəlirdi.
Daha sonra Əbülfəz Lahıca gedir və orada bir müddət gizlənir. Az sonra heç
kimin “ələkeçməz Co”nu axtarmadığına əmin olub, heç nə olmamış kimi xalqın
qarşısına çıxır və AXC-yə rəhbərlik etməyi, Milli Məclisdə sessiyalar keçirməyi
və Hökuməti idarə etməyi tövsiyə edir.
İsa Qəmbər həmin gecəni Yusif
Səmədoğlunun mənzilində keçirir. Birlikdə paytaxtdakı divan barədə dünyanı
məlumatlandıran radionu dinləyirlər.
Etibar Məmmədov barrikadaları
gəzir və mətin olmağı tələb edirdi.
20 yanvara kimi “Qarabağı müdafiə
etmək üçün” vəsait toplayan Nemət Pənahov qırğın başlayandan sonra meqafon
vasitəsilə sakinləri mənzillərindən küçələrə çıxıb şəhəri qorumağa çağırırdı.
Elitamız
Hilal MƏMMƏDOV
Azərbaycanın öz elitası varmı və yoxdursa, formalaşa bilərmi?
İstər sovet dövrünün, istərsə də bu günün ən görkəmli mədəniyyət və ictimai-siyasi xadimlərindən olan Rüstəm İbrahimbəyov son yüz ildə bəlkə ilk dəfə olaraq elita mövzusunu yenidən gündəmə gətirməklə geniş diskussiya auditoriyası yaratdı. Doğrudur, o, mövzunu əsasən qədim Bakı (o cümlədən Şirvan) əhlinin dədə-baba yurdlarına sahibliyinin itirilməsinə həsr edib və bu səbəbdən də təqib və təzyiqlərə məruz qalıb. Əlbəttə, qəlbində vətən, torpaq, dədə-baba adət-ənənələrinin saf sevgisi yox dərəcəsində olub, fani dünya malını bu müqəddəs dəyərlərdən xeyli üstün tutanlar Rüstəm İbrahimbəyovun bu qəlb yanğısını dərk edə bilməzdilər.

“Bu, indiki dövlət başçılarına bir örnəkdi - sürətlə qaçmayın”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair Sabir Rüstəmxanlı ilə söhbət
- Sabir bəy, Van Qoqun bir rəsmi var, ağaclar o qədər hündürdü ki, ulduzları da keçir.
Əslində, Van Qoq o rəsmi çəkəndə, onun üçün yer üzündə bu ağacların mövcud olub-olmamasının heç bir fərqi yox idi, o, sadəcə, torpağın səmayla qovuşmaq arzusunu çəkmişdi.
Bəzi adamlarsa o zaman bunu cəfəngiyyat adlandırırdılar. Sizin təsəvvürünüzdə də belə qeyri-adi ağaclar varmı?
- Mənim təsəvvürümdə elə ağaclar var ki, bəlkə də bütün dünyanı tutur. Məsələn, uşaq vaxtı tez-tez qarşılaşdığım bir məqamı xatırlayıram. Ot, taxıl biçən adamların yorulanda kölgəsində dincəldiyi çinar ağacları vardi ki, sanki dünyanın bütün küləklərini çəkib gətirirdi.

SƏNİN ÜÇÜN
Şəbnəm Karslı
Sənin üçün yaşamağa dəyər!
Sabahım açılacaq,
bəzənib düzənəcəm,
özümə sığal verəcəm,
sonra ən gözəl paltarımı geyinəcəm,
saçlarımı çiyinlərimə tökəcəm,
sənin üçün...
Yanımda olduğun an
sənə xoş söhbətlər edəcəm,
sənin sevdiklərinlə mehriban,
sevmədiklərinlə pis rəftar edəcəm,
Sənin üçün...
Sənin üçün yaşamağa dəyər!
Sabahım açılacaq,
bəzənib düzənəcəm,
özümə sığal verəcəm,
sonra ən gözəl paltarımı geyinəcəm,
saçlarımı çiyinlərimə tökəcəm,
sənin üçün...
Yanımda olduğun an
sənə xoş söhbətlər edəcəm,
sənin sevdiklərinlə mehriban,
sevmədiklərinlə pis rəftar edəcəm,
Sənin üçün...
Türkiyəli professordan SOS siqnalı: Antibiotiklərdən ehtiyatlı olun!
Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin professoru Ali Baki verdiyi açıqlama ilə diqqət çəkib. O, apardığı araşdırmanın nəticəsindən danışarkən bildirib: “Uzun müddət antibiotik istifadə edənlər bilməlidirlər ki, bu sonda orqanizimdə antibiotikin bakteriyaları öldürməsinin qarşısını alan güclü sindroma səbəb olur”.
Yaxa.org saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ümumidünya Səhiyyə Təşkilatı (ÜST) bu günlərdə dünyada istifadə edilən antibiotiklərin yarıdan çoxunun gərəksiz olduğunu bildirib.

Подписаться на:
Сообщения (Atom)