31.01.2017

Профессор Столешников: РУССКИЕ ТАТАРЫ - ГЕНЕТИЧЕСКИЕ БРАТЬЯ СЛАВЯН

Татары и монголы: “Русские, мы никогда не были вашими врагами!” Обелите имя ни в чем не повинных наций, запятнанных грязными лапами изТОРии. Добрые учителя старательно сеют рознь между наиболее крупными национальными группами- русскими и татарами. Весь курс изТОРии першит перлами о том, как татары нападали, как русские шли на татар и т. д. Но нигде не указывается, что татары являются по генетике белой расой так же как русские, мордва, беларусы и т.д. Т.е.- нашими родными братьями. Татарские части ВСЕГДА входили в состав русских войск, участвовали во всех русских войнах- и в междоусобных, и в битвах с внешним врагом. Можно сказать, что татары- это просто русская легкая конница. Или русские- татарская кованая рать. Татары дрались против Мамая на Куликовом поле вместе с московской ратью, татары первыми атаковали врага в шведской и Ливонской войне, в 1410 году под Грюнвальдом объединенное польско-русско-татарское войско наголову разгромило крестоносцев, сломав хребет Тевтонскому ордену- причем именно татары приняли первый удар. Далее. Монголы обращались к российским властям с петицией о том, что они являются и всегда являлись дружественным народом, что в истории Монголии нет ни одного упоминания о том, что выходцы из монгольских народов когда либо воевали против своих северных соседей. Нет даже ни одной легенды о некоем Чингиз хане, а археологи не нашли ни единого доказательства существования Орды. До сих пор не найдено при раскопках ни единой Ордынской монеты, памятника письменности, захоронения воина, да хотя бы одну саблю “монголо-татарина” нашли бы. Нет. Но в школе нашим детям продолжают вбивать в голову сказки о том, как монголы насиловали и резали русов. Как татары грабили и жгли городища и пытали детей. А ведь уже сегодня генетиками доказано- татары и русские генетически братские народы, века жившие бок о бок и создававшие семьи. Монголоидной генетики в поколениях русских людей вобще нет, нет монголов и в захорнениях воинов тех лет на русской земле, значит выходцы из территорий современной Монголии не безчинствовали на Руси. Намеренному нагнетанию межнациональной розни авторами учебников изТОРии, пора ПОЛОЖИТЬ КОНЕЦ и отдать под суд, тех писак (а так же издателей), что продолжают ЗЛОнамеренно лгать и разжигать вражду между братскими и добрососедскими народами, а так же продолжают чернить ПАМЯТЬ ИХ ПРЕДКОВ и поливать их грязью.

zarubezhom.com

26 gündə 36 nəfər intihar edib - Dəhşətli statistika

2017-ci ilin 26 günü ərzində ölkədə intihar edənlərin statistikası məlum olub.
AzVision.az yerli mətbuatda dərc edilən xəbərlərə istinadən xəbər verir ki, bu günlər ərzində 36 nəfər intihar edib, 11 nəfər isə intihara cəhd etsə də, həyatı xilas edilib.
İntihar edənlər arasında 12 yaşlı məktəbli də var.
Hacıqabulda 1979-cu il təvəllüdlü Nüsrət Ramiz oğlu Baxşıyev və 1966-cı il təvəllüdlü Məmmədova Zöhrə Məmmədcəfər qızı, Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Bəşirov Coşqun Ceyhun oğlu, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu , Şəmkridə 1977-ci il təvəllüdlü Maisə Musayeva, Qubada 1974-cü il təvəllüdlü Eldarov Eldar Əliməmməd oğlu, Gəncədə 1955-ci il təvəllüdlü Abdullayeva Validə Tofiq qızı, Biləsuvarda1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev, Zaqatalada 1965-ci il təvəllüdlü Eldar Həsən oğlu Ramazanov, Ağdamda 33 yaşlı Vüsalə Quliyeva, Gədəbəydə 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu, Ağdamda 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı, Qəbələdə 1981-ci il təvəllüdlü Gülər Ağayeva, Qusarda 1973-cü il təvəllüdlü Məmmədkərimov Elşad Pirzada oğlu, Şabran rayonun Daşlıyataq kəndində 2005-ci il təvəllüdü Mütəllimov Elnur Sahib oğlu, Şamaxıda 2000-ci il təvəllüdlü Behtiyev Elvin Elçin oğlu, Gəncədə 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sultanov Arif Məmməd oğlu müxtəlif üsullarla intihar edib.
Bakıda 27 yaşlı Müslümov Natiq Tahir oğlu, 53 yaşlı Anatoli Mehdiyev, 1958-ci il təvəllüdlü İradə Musayeva, 1980-ci il təvəllüdlü Ramidə Bağırova, 40 yaşlı Leyla İsmayılova, 1984-cü il təvəllüdlü Əsədov Vaqif Alı oğlu, Bakı sakini Şakir Cavadov, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov, 61 yaşlı Rafiq Həmid oğlu Vəliyev, 1983-cü il təvəllüdlü Pyotr Vozotintsev, 1992-ci il təvəllüdlü Fərrux Qəhrəmanlı, 1954-cü il təvəllüdlü E.İ, 30 yaşlı Nuranə Ceyhun qızı Hüseynova, 1971-cü il təvəllüdlü Samir Qurbanov, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev, 1970-ci il təvəllüdlü Məmmədova Sevda Tofiq qızı və tanınmış psixoloq Dəyanət Rzayev canına qəsd edib.
2017-ci ilin ilk ayının 26 günü ərzində intihar edərək həyatına son qoymaq istəyən şəxslərin bəziləri xilas edilib. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektində yerləşən 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 39 yaşlı A.Q bir neçə dərman həbi, 1996-cı il təvəllüdlü Qasımzadə Sevər, 1972-ci il təvəllüdlü Mikayılova Səbinə Eldar qızı və 1979-cu il təvəllüdlü Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək intihara cəhd edib. Eyni zamanda 1943-cü il təvəllüdlü Məlikov Qəndalı Hüseyn oğlu intihar etmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Lakin həkimlərin səyi nəticəsində hər üç şəxsin həyatı xilas edilib.
Şamaxıda 1991-ci il təvəllüdlü Qurbanova Aynur Abdulbağı qızı, Qusar rayonunda 1992-ci il təvəllüdlü Xaçmaz rayon sakini Rahir Babayeva, Salyanda 34 yaşlı Sitarə Mahmud qızı Rzayeva Bakıda 1994-cü il təvəllüdlü D.Q və 1981-ci il təvəllüdlü R.N. intihar etmək istəsə də, xilas edilib.

İlkin Nəcəfzadə            azvision.az

Azərbaycanı Osmanlının tərkibində görürlər

Mən buna ad qoya bilmədim... Adı siz qoyun. Baxın Ali Məhkəmə sədri Ramiz Rzayev başının üstündə Şah İsmayıl Xətayinin yox, heç Heydər Əliyevin yox, Sultan Süleymanın şəklini asır və xarici qonaqlarla görüşür, danışıqlar aparır. Tariximizdən bəllidir ki, Osmanlılar Səfəvilərlə müharibədə nə qədər şəhərlərimizi dağıdıb viran ediblər. Belə çıxır ki, bu məmur Azərbaycanı Osmanlının tərkibində görür. Bu iylər hara aparır görəsən?

Gamlo Asadullah

30.01.2017

Rәfail Zülfüqarov - Tapacaq izlәrimi

Dәli sәhraya düşәrsә tapacaq izlәrimi,
Duyacaq hәr qarışından közәrәn közlәrimi.

Әgәr istәrsә qaranlıq mәkan aşiq seçsin
Gecәdәn beşbetәr olmuş qara gündüzlәrimi.

Çataram arzuma son dәfә bu dünyadә әgәr,
Bağlaya dilbər әliynәn ağaran gözlәrimi.

Halal olsun qanım ol şəxsə ki vursun başımı, 
Görә namәrd qabağında әyilәn dizlәrimi.

Qәribin sözlәri tapmazsa bәraәt özünә 
Qoyasız qәbrә mәnimlә dediyim sözlәrimi.

Xəstəxananı da ideologiya meydanına çevirmək istəyirlər

Bir bu qalmışdı, bunu da etdilər. 5 nömrəli xəstəxananın önünə belə bir plakat vurublar. Lap ağ ediblər. Görünən odur ki bu türk kanallarına-zada baxıb, bozqurd işarəsi-filan tutub dünyanı dəyişmək istəyən tiplər çoxalır. Artıq xəstəxananı da ideologiya mübarizəsi meydanına çevirirlər. Bunların hələ turançıları da var, facebookda zadda bir də görürsən birləşdiriblər Azərbaycanı, Dərbənddən Təbrizə kimi bütün torpaqlar bizimdir şüarlı şəkil də paylaşırlar. Ərgənlər də layk üstünə layk edirlər. Axtarıb araşdırsan, çoxusunun dədəsi-babası rəhmətlik Çingizin çəkdiyi kadrlardakı avtobusun içində gizlənənlərdəndi...

Tacsız.K

Həzrət Aytəullah Axund Ağaməli Lənkərani

Ayətullah Axund Ağaməli Lənkərani Qafqaz məntəqəsinin görkəmli alimlərindən olmuşdur. O, 1872 ildə Masallı rayonun tabeçiliyində olan Sığdaş kəndində anadan olmuşdur. Mədrəsə dərslərini və bir sıra müqəddimə dərslərini yerli ruhanilərdən öyrənmişdir.
Cavan yaşlarında Quma dini hövzəsinə getmişdir. Orda bir neçə il oxuduqdan sonra Nəcəfə yola düşmüşdür. Nəcəfdə onun ustadları Ayətullahül-üzma Seyid Məhəmməd Kazim Təbətəbai Yəzdi, Ayətullahül-üzma Axund Molla Məhəmməd Kazim Xorasani və Həzrət Ayətullahül-üzma Şəriət İsfəhani kimi böyük alimlər olmuşdur. Əqli elmlərdə də Ayətullah Ağa Seyid Hüseyn Badkubeidən dərs alaraq, ali elmi-mənəvi məqamlara çatmışdır.
Axund dini təhsilini başa çatdırdıqdan sonra 1916-ci ildə öz doğma torpaqlarına qayııtmış və təbliğlə məşqul olmuşdur. Lakin bu dəyərli alim də başqa alim və ruhanilər kimi, bolşevik-trotskistlərin ateist rejiminin təqiblərinə məruz qalmışdır. 1933-cü ildə onu həbs etmək istəmişlər, lakin o İrana gedərək bu planın baş tutmasına imkan verməmişdir.
Bu görkəmli alim 1952-ci ildə moizə oxuduğu zaman dünyasını dəyişmişdir. Allah məqamını daha uca etsin!

Şəhriyar Cəlilabad - Heca qoyub getdi

Bir he'ca tən sözün kim duydu bir he'ca qoyub getdi,
Kimə mən tən dedimsə, tez məni tənha qoyub getdi.

Rəhimdil olsa cananlar, zülüm çəkməzlər aşiqlər,
Qeys bədbəxti də yazıq günə Leyla qoyub getdi.

Dedim tək neylərəm sənsiz? Bir az qəm verdi dildarım,
Mənə qəlb həmdəmi, yol yoldaşı guya qoyub getdi.

Məhəbbət çox ağır yükdü, onu kim çiyninə aldı,
Ya ta'qətdən düşüb tapşırdı canın, ya qoyub getdi.

Bazarlıqdan qaç ey könlüm! Sonun sonsuz məzarlıqdır,
Ora kim getdisə, ardında bir dünya qoyub getdi.

Gözəl yaz, Şəhriyar, şeiri, kədər çəksən də sübh axşam,
Desinlər ölsə də nakam, beş-on misra qoyub getdi.

29.01.2017

Putin Trampı necə prezident edib - ABŞ kəşfiyyatı açıqladı

Həmid Herisçi

Rus hakerlər ABŞ-dakı prezident seçkisinin taleyini həll edib, prosesin gedişatını dəyişib.
Rusiya prezidenti Vladimir Putinə həsr etdiyimiz ötən portret-yazımızda, biz onun ən məxfi sirrini-gizli “MOLE” parolunu (rusca “güvə”, ingiliscə “köstəbək, porsuq”) diqqətinizə çatdırdıq. “MOLE” ləqəbinə kəşfiyyatda ən məxfi, gizli xüsusi agentlər layiq görülür, biləsiz. “MOLE”lərdə adət var - ən qapalı, bağlı ərazilərə, şkaflara, siyirmələrə, seyflərə, bilgisayarlara sızmağı bacarırlar. Ən çətini, yadda saxlayın, bu müasir simsim mağaralarına bir təhər girməkdi. Gizlincə sızmaqdı. MOLE-lər, bu məxfi ünvanlara girməyi bacardısa, vəssalam, qanınız getdi. Seyfinizdəki saxlancınızla bir dəfəlik sağollaşın. Çətin bir də o sirlər “qızıl güvələrin” - MOLE-lərin caynağından qurtarıb, seyfə qayıtsın. Məğlubiyyətinizlə qəbul edib, xahiş edirəm, başınızı aşağı sallayaraq öz acı aqibətinizlə razılaşın.
Bəli... Rusiya prezidenti Putinə - müasir dövrün ən ciddi MOLE-sinə, “qızıl güvəsinə” heç kim... heç bir ciddi maneə, tam məxfi, qapalı ərazilərə, seyflərə, bilgisayara girməyi yasaq edə bilməz. “Qızıl güvə” çox... çox... siz bildiyinizdən də dəfələrlə istedadlıdır. Məxfi ərazilərə girmək istedadı, Putində özünü lap uşaqlıqdan, məktəb illərindən göstərməyə başlayıb. Sonralar bu nadir istedad, xüsusi təlimlər nəticəsində tam mükəmməlləşib. Belələrinə elmdə həm də STALKER deyib, onları ciddi nəzarətə götürürlər. Dünyada bir çox ciddi kəşflər, möcüzələr, tapıntılar əksər hallarda alimlərə deyil, məhz STALKER-lərə məxsusdu, biləsiz. Sadəcə stalkerlər üzdə deyil... pərdəönündə deyil, pərdəarxasında qalmağı sevərlər.
Onlar solaxaydılar. Sol əllərinin gücünə, qüdrətinə yaxşı bələddirlər. İndi bu üç solaxay, üç stalker - Yulian Assanj, Robert Snouden, nəhayət, “qızıl güvə” Vladimir Putin birləşib yazıçı Leskovun “Solaxay” əsərindəki kimi “biti, nallamaq istəyirlər”.
Allah arzunuzu eşitsin. ABŞ Demokrat Partiyasının rəhbərlərinin ağlına yuxuda belə gəlməzdi ki, bir gün onun ən məxfi saytı solaxaylar tərəfindən dağıdılacaq. MOLE-lər, “qızıl güvələr” saytın gicgicə “POROL” kodunu ikicə saniyəyə açıb, tarixdə ilk dəfə Amerikadakı prezident seçkilərinin nəticələrinə təsir etməyi bacaracaqlar. Sirlər saytdan çıxarılıb bütün dünyaya yayılacaq.
Hadisələr, Leskovun məlum süjetini, romanını sözün əsl mənasında təkrarlayır elə bil.
Solaxay MOLE-lərin, hakerlərin “biti, nallamaq arzusu” tam uğurla nəticələnib.
Bunun üçün isə artıq heç nə lazım deyildi.
Solaxay əllər lazım idi, bilgisayarlar, bir də iti zəkalar, vəssalam. Çox özünü yorma daha. Qalanını,  həyatın gur axarı özü həll edəcək, görərsən.
***
Hamı, necə deyərlər, “bütün tərəqqipərvər, demokratik dünya ictimaiyyəti” səbirsizliklə 6 yanvar tarixini gözləyirdi. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi həmin gün rəsmi brifinq keçirib, pis-yaxşı çox vacib bir suala cavab verməlidir - “Rusiya haker ordusu, son prezident seçkiləri zamanı həqiqətənmi prosesə müdaxilə etməyə bacarıb? Düzmü, əyrimi bütün bu ittihamlar?
Yoxsa məğlub tərəf - Demokrat Partiyası, seçki marafonunda iflasa uğradığından sağlam məntiqdən kənara çıxıb özünə bəraət axtarır indi? Axır macalda ağzına, ağlına gələni mətbuata sızdırıb, yeni prezidenti Donald Trampı fakt qarşısında qoymaq istəyir yoxsa?
***
Donald Trampın israrlı tələblərinə baxmayaraq, brifinq, ötən dəfə baş tutmadı. Təxirə salındı. Hiss olunur Jon Brennan- ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, brifinqə hələ tam hazır deyil.
Vəziyyətin “rusca” olduğunu hiss edən Tramp, şübhələrini Tvitterdə bütün dünyaya yayıb: “Kəşfiyyatın, rus hakerləri barədəki brifinqi cümə gününə qaldı. Görünür, iddiaları sübut etmək çətindi. Zaman istəyir. Qəribədir”.
Respublikaçıların nəzarətindəki Senat da deyəsən ağzına su alıb susur. Xüsusi komissiya yaradıb araşdırmalara qoşulmağa tələsmir. Halbuki Senatdakı demokratik azlıq- Con Makkeyn, Lindsi Qrem çoxdan bəri israr edir ki, məhz MOLE-lərin ucbatından Demokrat Partiyası seçkilərdə uduzub, Kopitoliyanı, Dairəvi kabineti respublikaçı Donald Trampa, Hollivud ulduzunu xatırladan yeni tipli siyasətçiyə təhvil verməyə məcbur qalıblar.
***
Mövzuyla əlaqədar Federal Tədqiqatlar Bürosu və Amerika Daxili Təhlükəsizlik Nazirliyinin qərarı eynidir - MOLE kompüter virusu, (gəlin bu virusu indən sonra bu cür adlandıraq) Ukrayna mənşəlidir.
Məlumatı, dövrü mətbuatda məşhur haker Julian Assanj şərh edib: “Bu, kommersiya alətidir. Ukrayna məhsuludur. İstənilən şəxs, qara bazardan bu proqramı alıb öz məqsədləri üçün istifadə edə bilər. Yəni, Amerika xüsusi xidmət qurumlarının məruzəsindən dezo qoxusu gəlir. Yaxud lap pis- ABŞ xüsusi xidmət qurumları deyəsən öz öhdələrinə düşən vəzifəni lazımı səviyyədə həyata keçirə bilmirlər”.
O, qeyd edib ki, Rusiya dövləti onun məşhur saytı üçün informasiya mənbəyi deyil: “Bütün bunlar başaldatmaqdı. Məqsəd birdi- Trampın qələbəsi üzərinə kölgə salıb, onun legitimliyini şübhə altına almaq”.
***
“Rus hakeri” brendi hələ 1990-cı illərdə, Berlin divarı yıxılandan dərhal sonra yaranaraq elə ilk günlərindən özü barəsində min bir əfsanəyə qol-qanad verib. O çətin, ağır günlərdə Rusiyada xeyli sayda savadlı, peşəkar riyaziyyatçı alim işsiz qalmışdı.
Qısası, rus hakerlərdən çoxdan qorxurlar. Onların çox pis şöhrəti var. Barələrindəki ittihamlar heç bir çərçivəyə sığmır: “Ay, bu hakerlər dünya bank sisteminə girib ordan milyardlarla pul qapazlayıblar. Ay, bəs bu gədələr yarı yolda dayanan-zad deyillər. Növbəti hədəfləri siyasətdi. Siyasətçilərin bağlı seyfləri, bahalı bilgisayarlarıdı”.
Son hadisələr göstərir- rus hakerlər, solaxay MOLE-lər çoxdan dünya pərdəarxasında ciddi nüfuza malikdirlər. 25 il ərzində püxtələşiblər. Dönüblər dünya siyasətinin, pərdəarxasının ayrılmaz bir hissəsinə. Mark Qaleotti- kompüter təhlükəsizliyi üzrə aparıcı ekspert, rus hakerlər barədə görün indi nələr deyir: “Qərblilərin bahalı bilgisayarları, rahat şəraiti ruslarda elə indi də yoxdu. Kodlaşdırmanı onlar həmişə müstəqil həyata keçiriblər. Mərkəzləri, təbii ki, Neva sahilləri, Piterdir. Rus hakerlərin bilgisayarlardakı forumları öz səviyyələrinə görə həmişə birinci yerdədir. İzləyin bu forumlardakı müzakirələri. Tramp qələbəsinin ipucunu bəlkə bu saytlarda tapdız”.
Rus hakerlərin ilk sifarişçiləri sırasında əvvəllər mafiya üzvləri çoxluqda idisə, vəziyyət indi belə deyil: “Kreml rəhbərliyi, hakerləri indi öz qanadları altına alıb. Hakerlərdən tələb olunur ki, ölkə daxilində heç nə etməyib, bütün hədəflərini, qurbanlarını Rusiyadan kənarda axtarsınlar. 2007-ci ildə rus hakerlər ilk olaraq Estoniyanı diz üstə çökdürürlər. Bir il sonra eyni aqibəti Gürcüstan da yaşayır. Çox əl-qol atdıqdan sonra axır öz acı taleyinə təslim olur. Məhz Cənubi Osetiya hadisələrindən sonra rus hakerlər tam heyətləri ilə birgə Rusiya Ordu Kəşfiyyatının- QRU-nun tərkibinə daxil olub beynəlxalq aləmdə ildırım kimi parlamağı bacarırlar. Məşhur “Newsweek” dərgisi mövzun belə davam etdirir indi: “Rusiyanın nəhəng nüvə arsenalı çoxlarına tanışdı. Özünün Suriya əməliyyatı zamanı bu ölkə nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Ancaq rusların bu günkü ən müasir silahını atom başlıqlı raketlərdə görməyin. Rusların ən mükəmməl müasir silahı indi ixtiyarlarındakı nəhəng beynəlxalq haker ordusudur”.
Norveç dövləti də rus hakerlərin qurbanları siyahısındadır. Norveç polisinin Təhlükəsizlik Xidməti rəhbəri Benedikt Byernland hələ 2015-ci ildən aləmə car çəkir ki, yatmısınız filı qulağında, dünya-aləmdən xəbəriniz yoxdur. Bəs ruslar internet vasitəsi ilə Norveçi çoxdan “işğal ediblər”- “Sirlərimiz, kodlarımız çoxdan Moskvanın ovcundadır. Krımın ilhaqından sonra sanksiyalara məruz qalıb təklənən Rusiya, çıxış yolunu məhz kompüter hakerlərində görüb bu sahəni özünün ən strateji hədəfi seçdi. Və... Və uduzmadı”.
***
Haker savaşlarının çox saylı iştirakçıları təkcə elə “Mole”-lərlə kifayətlənmir. Burdakı “mole”lər özü kimi bir başqalarıyla- “mendax”larla sıx gizli ittifaqdadırlar. “Mole”-lər rus hakerləridir, “Mendax”lar Julian Assanj ordusunun üzvləri. “Mole”lər özlərini qızıl güvələrə oxşadırlar, “mendax”lar gəmirici həşəratlara. Deyəsən bəxt hər iki dəstə üzvlərinin üzünə gülüb bu dəfə. Dəstələr birləşib Amerikanı virtual döyüşlərdə məğlub etməyi bacarıblar.
Əhsən deməyəsən, bəs nə deyəsən bu sehirbaz solaxaylara?
Eşitdiyimə görə bu solaxay hakerlərin bircə masa üstü kitabı var- rus klassiki Leskova məxsus “Solaxay” kitabı. İşdi, əgər əsəri oxusaz, mole-lərin, mendax-ların sirləri sizə tam aydın olacaq. Əsərin baş qəhrəmanı- solaxay Tula sakini, möcüzə yaratmağa qadirdi. İngilislərin rus imperatoruna verdiyi birə süvenirini o nallayıb öz yeni sahiblərinə göndərir.
Bu yaxınlarda növbəti rus solaxayı Nikolay Aldunin birəni nallamaq rekordunu təzələyib. O, bu möcüzəyə düz iki il hazırlanıb. Üç aya onu həyata keçirib. 
Əvvəlcə öz alətlərini yaradıb, ixtira edib. Siftəni, İncil süjetindən başlayıb- yaratdığı dəvə karvanını iynə gözündən keçirtməyi bacarıb. Ölçülər, 0,25-0,20 millimetrdən kənara çıxmayıb. Sonra Nikolay Aldunin yaratdığı mini T-34 tankını alma tumunun üzərində yerləşdirib. Sonra o düyü zərrəsi üzərində rus yazarlarının portretlərini həkk edib.
Möcüzə silsiləsi, birənin nallanmağı ilə nəticələnib lap axırda.
***
Solaxay Putinin, rus təhsil proqramlarına salınmış “Solaxay” əsərini oxuması, bu qəhrəmanda öz gələcəyini görməsi təbii, başadüşüləndi necə deyərlər. Bax, Nikolay Aldunin biti nallamağı bacarıbsa, deyirsiz indi bunu mole bacarmayacaq, həəə? Bacaracaq... bəli... özü də necə lazımdı o səviyyədə.
***
Artıq gözlənilən məlumat yayıldı. Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Tədqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin məruzəsində bildirilir ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb. “Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub”- məruzədə qeyd edilib.
Ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir.
Məruzədə başqa nə var? Azərbaycan mediası bu sənədin qısa xülasəsini yayıb. Yaxın saatarda yəqin tam mətn sürətlə yayılacaq.
Beləliklə, ilk reaksiya verildi və Donald Trampın Putinin dəstəyi ilə ABŞ prezident kürsüsünə sahibləndiyi elan edildi.
Düzmü, əyrimi bütün bu ittihamlar?
***
Bəli, ruslar deyəsən birəni nallamağı bacardılar bu dəfə. Qalır indi bizim bu möcüzəyə qoşulub öz birələrimizi nallamağımız.
Kənara çəkilin. O birəni buraxın mən solaxayın öhdəsinə.
 
musavat.com

“Amerikanski” toxumlar və inəklər

Rüfət Əhmədzadə

Bu günlərdə sahibkar Arif Süleymanovun  “Azərtoxum” MMC ilə bağlı şikayətlərini araşdıraraq, bir neçə məqalə yazmışdım.
Peşəkarlığa və öz prinsiplərimə uyğun şəkildə də, adıkeçən bütün şəxslərin fikirlərinə yer verməyə çalışdım.
Belə ki, A.Süleymanovun sözlərinə görə, “Azərtoxum” MMC ona kiloqramı 16 manatdan keyfiyyətsiz qarğıdalı toxumu sırıyıb (“amerikanski kukuruz” adı ilə), amma sonra məlum olub ki, bu toxumlar yerli bazarda 1 kiloqramı 30 qəpiyə satılır. Sahibkarın sözlərinə görə, nəticədə məhsulu zəif olub, “Azərtoxum” isə bütün məhsulun 90 faizini özünə götürüb.
“Azərtoxum”un direktoru Məzahir Qasımov isə  ittihamları şərh etmək əvəzinə birinci gün jurnalisti söydü, ikinci gün qonaqlığa dəvət etdi, üçüncü gün isə ağdamlı bir şairi söhbətə “kurs” elədi. Həmin şair isə gecə 12-nin yarısında zəng edib mənə bol-bol şeirlər oxudu və hətta səsimə heyran olduğunu da təntənəli şəkildə qeyd elədi.
Şeir deməsi hələ yaxşı idi, bu şairin növbəti gün zəng edib, Rəqsanənin repertuarından “Mən səni görmək istəsəm hara gəlim?” misrasını gubbuldatması əməlli-başlı “qarğıdalı inqilabı” oldu.
Məzahir Qasımov Arif Süleymanova nə deyib bilmirəm… Amma mənə demişdi ki, toxum İtaliyadan gətirilir. Onun “müdirim” dediyi Zeynal Əliyev isə deyir ki, bu toxumlar İsveçrədən gətirilir. Bir-iki gün sonra isə məlum oldu ki, “Azərtoxum” 2016-cı ildə ölkəyə cəmi 20 ton (ümumi toxumluq qarğıdalı idxalının 1,8 faizi) Gürcüstan mənşəli toxumluq qarğıdalı gətirib. Məzahir Qasımovun öz sözlərinə görə isə 2015-ci ildə “Azərtoxum” ölkəyə toxum idxal etməyib.
“Amerikanski” toxumlardan danışdım, bir az “amerikanski” inəkləri yada salaq. 2012-də “Beşmərtəbə” tərəfdə işləyirdim. Bir gün “Nizami”dən çıxıb 65-ə minəndə radioda belə bir söhbət eşitdim: “Amerikadan gətirilən inəklər artıq yerli mühitə tam uyğunlaşdırılıb. Görək, yerli fermerlər nə deyirlər: “Əvvəl dillərini başa düşmürdük, çətinlik çəkirdik. Amma sonra öyrəşdik, indi bir-birimizi başa düşürük”. Və kişidən dərhal sonra “Mööö” inək səsi”.
Avtobusu qəhqəhə bürüdü. Əvvəl elə bildim ki, nəsə yumoristik radio proqramıdır. Amma ardınca ciddi-ciddi xəbərlər gəlməyə başladı. Beş ildir hər yadıma düşəndə ilk dəfəymiş kimi gülürəm… Görün, o reportajı hazırlayan müxbir necə “kayf” tutub!
Öz aramızdır, bəlkə, “Azərtoxum”un gətirdiyi “amerikanski”toxumlarla bağlı vəziyyət də oxşardır. Sahibkarlar bu toxumların “dil”ini tapa bilmirlər?!
İşin ən qəlizi də yarı-“amerikanski”, yarı-“italyanski” olan toxumların dilini tapmaqdır.

qafqaznews.az

Vladimir Putin kimdir - Rusiya prezidentinin gizli-aşkar tərəfləri

Həmid Herisçi

O, qalibdi. İndi bunu bütün dünya yana-yana etiraf edir...
Moskva, Beskudninskiy bulvar ev 6/3 ünvanında yerləşən müasir dizaynlı dükan, Rusiyada müştəri baxımından heç vaxt korluq çəkməyən nadir dükanlardan biri, bəlkə də ən birincisidir. “Putinin portretləri” adlı bu dükanda gör neçə illərdi ölkə prezidenti Vladimir Vladimiroviç Putinin, nə az nə çox, yüzə yaxın portreti satılır.
Müştərilər arasında birinci yerdə Volqa boyu kənd sakinləridi, ikinci yerdə Dağıstan güc strukturları, üçüncü yerdə isə Ramzan Kadırovun şəxsi qvardiya üzvləri. 
Qoltuğuna Putinin şəklini vuran müştərilər arasında son zamanlar xarici qonaqlar – ABŞ-dan, Almaniyadan, İsraildən olan turistləri də nəzərə çarpaq dərəcədə çoxalıb.
***
Rusiya prezidentinin kim olduğunu, hansı məzhəbə qulluq etdiyini öyrənmək istəyirsinizsə, gərək mütləq və mütləq bu zəngin foto-qalereyanı diqqətlə nəzərdən keçirəsiniz. Fotoqrafların bu sahədəki gərgin əməyinə ancaq həsəd aparmaq olar. Putini öz fotoobyektivlərindən kənarda bir saniyə belə saxlamayan bu peşəkarlar, ölkə prezidentini yüzədək fərqi rakursdan görməyi, şükür, bacarıblar. Ancaq, bu portret qalereyası məncə hələ tam deyil. Vladimir Vladimoroviçin əsas xüsusiyyətini - solaxaylığını əks etdirən vacib foto, bəli, bu siyahıda hələki yoxdu. Varmı belə foto, yaxud onu gizləyirlər? Bu barədə indi əlavə heç nə deyə bilmərəm.
Putinin solaxaylığı, “A.Lange & Sohne Tourbograph”, “Patek Philippe Perpetual Calendar” markalı qol saatlarını həmişə sağ biləyində gəzdirməyi, bəli, barəsində bəzi fantastik fərziyyələrə xeyli qol-qanad verib. Axır vaxtlar bəzi Kreml məmurları Putinə baxıb öz qol saatlarını sağ biləklərinə taxmağa meylləniblər. Xahiş edirəm, gülməyin. İndi bu işarə, Putin komandasına məxsusluğun bir növ gizli əlaməti, rəmzi də sayılır Kreml dəhlizlərində. Çistopol saat fabriki bu trendi elə havadaca tutmağı bacarıb.
Sağ biləkli saat həvəskarları üçün xüsusi “Kremlovskie” seriyasını satışa buraxıb. Putin komandasının bütün üzvləri - İqor Seçindən tutmuş S.Y.Narışkinə qədər, hamı bu saatları deyilənə görə indi öz sağ biləyində gəzdirir.
“Putinin əsas sirri” deyəcəyimiz bu məxfi qrafaya sadəlövh yanaşmanın qəti tərəfdarı deyiləm. Əslinə qalsa, Putin solaxaydı. Ancaq o, daha çox ambidekstrdı (bu tip adamlar beynin həm sağ, həm də sol yarımkürələrini eyni vaxtda işlədə bilirlər) –ikiəllidir, nəinki sırf klassik solaxay. Qısası, Barak  Obama da ambidekstrdı, Vladimir Vladimiroviç də. Burda necə deyərlər daş qayaya - Obama Putinə rast gəlib. Su axıb, öz çuxurunu tapıb.
***
Ambidekstrlar isə, yazılmamış qanundu, elə lap uşaqlıq günlərindən başlayaraq həmişə xüsusi xidmət qurumlarının ciddi nəzarəti altına fəaliyyət göstərirlər. Belələri, adətən elə uşaq bağçalarından, məktəblərdən qeydə alınaraq düşürlər məxfi qurumların siyahısına. Hər iki beyin yarımkürəsi dayanmadan çalışan bu cür adamların ən ağır tapşırıqları, öhdəlikləri yerinə yetirmək istedadı, görünür Putində də elə lap uşaqlıq günlərindən özünü büruzə verib. Xəfiyyələr bu xəbəri lazımı ünvana ötürdükdən sonra Putin barəsində xüsusi qovluq açılıb. Əvvəlcə o, düşüb anonim idarəetməyə. Özü də bilməyib kimlər onu karyera zirvəsinə istiqamətləndirirlər. Kimlər onu ən çətin imtahanlara məruz qoyub, qəfildən xilaskar cildində qarşısında peyda olurlar.
Putinin bu anonim qüvvələrlə ilk tanışlığı məncə təhsil aldığı Leninqrad Universitetinin son kurslarından, 1984-85-ci illərdən başlayır. Ayrıca xüsusi təyinatla KQB-yə işə göndərilən bu ikiəlli ambidekstr tezliklə ona bəslənən ümidləri tam doğrultmağı bacarır. Oxtadakı 401 saylı xüsusi məktəbdə əməliyyatçı sənətinin bütün incəliklərinə yiyələndikdən sonra Putin dönüb olur əsl əks-kəşfiyyatçı.
Vaxtilə eyni ünvanlardan Heydər Əliyevin də keçməyi, görünür, hələ o zamanlar Putinin çekist diqqətindən kənarda qalmayıb. Heydər Əliyevlə Putin arasında sonradan yaranacaq isti münasibətlərdə özünə az əhəmiyyət kəsb etməyib. Əməliyyatçı təhsilini sonradan Andropov adına Ali KQB məktəbində təkmilləşdirən o vaxtkı Putin barəsində həmkarı Yuriy Şves deyib: “Meşənin lap dərinliklərində yerləşən bu tam qapalı, hasarlı ərazidə Putin düz bir il qaldı. Putin kimilərə bu ünvanda əslinə qalsa, heç nə öyrətmirdilər. Burda onların özünü öyrənirdilər bəlkə”.
Kiçik haşiyə - xüsusi təyinatlıların dilində, yadda saxlayın, buna “Alfa-proqramlaşdırılma” da deyilir. Xüsusi agentlər adətən əlifba sırasıyla ALFA, BETTA, QAMMA, DELTA kateqoriyaları üzrə dörd yerə bölünürlər. Moskvanın Olimpiya şəhərciyindəki otellərin eyniadlı olması da təsadüfü deyildir. Putin kimi əlaçısansa, buyur, İzmaylova otellərinin ALFA korpusunda həmişə yerin var. Yox, əgər Anna Çapman kimi seks-agentsən, həəə, qalacağın yer mütləq BETTA korpusunda olacaq.
Düz bir il sürən qapalı, ağır tədris proqramlarından sonra Putin məhz İzmaylovdakı ALFA korpusuna gəlib qeydetmə masası üzərinə öz təzə pasportunu atır. Növbətçi qız, müştərini diqqətlə süzüb, pasportdakı Platov kəlməsinə ağız büzür... əl atır divardan asılmış açarların birinə...
Cэsus texnologiyalarına bu ünvanlarda tam yiyələnən Putin, bəzi iddialara görə orda “Platov” kod ismini qazanır, digər iddialara görə ən ciddi “boz güvə” ləqəbini. Maskalanıb gizlənməyi bacaranlara verilən bu yüksək ad, məndə əsla təəccüb doğurmasa da, görürəm sizdə neyçünsə gülüş hissləri doğurur. Məncə, nahaq yerə. 
Əvvəla, siz səhv edirsiz. İngiliscədə “mole” sözü porsuq, köstəbək mənasını verir, bilin. İkincisi, kəşfiyyatçılar arasında “mole” kod ismi, ən məxfi agentlərə verilən çox hörmətli, peşəkar ləqəbdir. Hər adam güvə, köstəbək, porsuq kimi gizlənməyi, gözəgörünməz olmağı bacarır deyirsiz, həəə? Yoxxxxx....
Bacaranları, yadda saxlayın, təcili qeydiyyata alıb desant kimi xaricə yollayırlar. “Güvə”lər, “mole”lər adətən ən qapalı dolablara girib ordakı yun paltarları yavaşca didib gəmirirlər. 
Rusiyadakı növbəti prezident seçkilərindən əvvəl “Zavtra” qəzetində Putinə həsr edilmiş məqalənin “Triumf Moli” adlandırılmağı da məncə qəti təsadüfü deyildir. Məqalənin müəllifi Proxanovu cibinizə qoymayın, xahiş edirəm. Məqaləni yazanda o, özbaşına deyildi. O, məhz Kremldən gələn xüsusi göstərişlə bu məqaləni qələmə alıb, ona qəşəng, çox mənalı ad verib.
***
Qısası, alman dilinə, cəsus fəndlərinə tam yiyələnən bu “yoldaş Platov”, Şərqi Almaniyanın Drezden şəhərindəki KQB dayaq nöqtəsinin rəhbəri təyin olunub, başlayır orda sakit fəaliyyətə. Xonekker rejimi 1989-cu ildə laxlarkən yoldaş Platov özünü itirmir əsla. Etirazçılar qarşısına şəxsən özü çıxıb arxasındakı KQB iqamətgahını dağılmaqdan qoruyur.
Pivədən vurub ayaq üstə güclə duran izdihama təmiz almanca müraciət edir:
- Mən zabitəm. Tapançamın darağındakı 12 güllədən sonuncusunu özümə saxlayacam. Qalanları sizindi... Atacağam... Başqa yol yoxdu. Mən zabitəm.
Yoldaş Platov, üzr istəyirəm Putin, bunları deyərək kürəklərini izdihama tərəf çevirib sakitcə geri- öz iş yerinə qayıdır. Qanrılıb geri baxanda görür ki, bayaqkı gur izdihamdan həyətdə bircə nəfər belə qalmayıb.
***
Platov pasportu ilə xaricdə yaşamaq perspektivi bu vaxt Putinə çox darıxdırıcı görünür. O, Moskvaya, Lyubankaya qayıdıb cəsus pasportunu arxivə təhvil verir. Doğma pasportunu geri alıb, bir müddət inana bilmir ki, əslində o Platov deyil, Vladimir Vladimiroviç Putindir. Həqiqətə alışmaq öz həqiqi məninə qayıtmaq, bəli, bir müddət vaxt istəyir cavan, kasıb Vladimirdən. SSRİ-nin süqutunu sonralar “zəmanəmizin ən böyük fəlakəti” kimi qeyd edən Putin məncə bu fəlakəti sözün əsl mənasında tam yaşayıb. Düzgün də dəyərləndirib bu ağlasığmaz aqibəti.
Özünə qayıtmaq vətənə, doğma kasıb yuvaya - Piterə qayıtmaqdan start götürüb axır Smolnıdakı təzə iş yeri ilə nəticələnir. Cəsusluğu buraxan Putin, Piter meri Aleksandr Sobçakın xarici iqtisadi-siyasi əlaqələr üzrə müavini vəzifəsini qazanıb başlayır biznesmenlərə öz təzə vizit kartlarını paylamağa. 
Belə vizit kartların birini təsadüfən öz arxivimdə aşkarlayıb indiyədək özümə sual verirəm - hardan gəlib düşüb o mənim arxivimə? Necə olub bu kartı mənə uzadan əli unutmuşam? Hə... beləsinə ingiliscə “mole” deməyəsən, bəs nə deyəsən axı?
1991-ci ilin sonunda Smolnı üzərindəki Lenin yadigarını- qırmız sovet bayrağını, aşağı endirib əvəzində üç rəngli rus bayrağını havaya qaldıran da məhz elə həmin bu əldi. Putinin məxfi, gizli, gözəgörünməz əli.
Kimsənin görmədiyi, seçmədiyi bu solaxay əli, sonralar Rusiya prezidenti Boris Yeltsin görüb dəyərləndirir. Piterdə açılmış ilk valyuta borsasının kuratoru olmaq, xarici kapitallı ilk bankı - “BNP-Drezdner Bank-ı (Rossija)” Neva sahillərində yaratmaq təcrübəsi o vaxtkı Putinə əvvəlcə Smolnı kabinetlərinə yol açır, sonra qırmızı xalçalı Kreml dəhlizlərinə.
Həmin günlərdə Putin, ABŞ Milli Demokratiya İnstitutunun (“National Democratic Institute for International Affairs”-in, qısaca desək NDI) treninqlərinə cəlb edilərək Amerika tərəfindən nəzarətə götürülür. Barəsində xüsusi dosye yaradılır. Amerikalılarda adət var - solaxayları qəti sevməzlər. Putinin bu və digər cəhətləri Maykl Makfolda, ABŞ-ın Rusiyadakı növbəti səfirində Putinə qarşı mənfi rəy formalaşdırır. Balıqçı balıqçını, agent agenti, “mole” özü kimisini çox uzaqdan gördüyü kimi, Makfol da bu kadrda məhz özünü görüb bərk diksinir. Ağ Evə yazdığı raportda Putin barəsindəki öz şəkk-şübhəsini yuxarılara çatdırır.
***
Boz “Mole”, növbəti dəfə Qərb xüsusi xidmət qurumlarını aldadır. Kreml şkaflarına, kabinetlərinə girib onları içəridən didməyə başlayır. Çeçen müharibəsini udub, Şimali Qafqazda əmin-amanlığı bərpa edir. Qiymətli daş, qızıl ehtiyatlarını birə on dəfə artıraraq Çindən, Yaponiyadan sonra bu siyahıda üçüncü yer qazandırır Rusiyaya. Neft-qaz şirkətlərinin kontrol paketini yenidən dövlətə qaytaran, bu sahədəki vergi gəlirlərini 250 faiz artıran Putin, tezliklə yerli oliqarxlar, bankirlərlə toqquşur.
“Məxfi porsuq”, burda da öz rəqiblərini - ilk növbədə Xodarkovskini tora salaraq qazamata göndərir.
Xodorkovski isə pərdənin sadəcə önüdür. Pərdənin arxasında isə dünyapərdəarxası, gizli, məxfi qurumlardı. Xodorkovski kimilərin əli ilə Rusiyanın təbii ehtiyatlarını ələ keçirmək istəyən bu qüvvələr də Putinə tablamayıb səhnəni tərk etməyə məcbur qalırlar.
***
Brejnevdən sonrakı Kreml sahibləri- Qorbaçov, Yeltsin, razılaşaq, Azərbaycanı qətiyyən sevməyiblər. Putindən sonra isə Kremdə ölkəmizlə bağlı vəziyyət sabitləşdi. Sonralar Putin, bu xətlə bir addım da irəliləyib Türkiyə ilə dostlaşdı. Bütün bunlar bizim çox ciddi qazanclarımızdı.
Sovet KQB-si nə qədər güclü olsa da, heç vaxt Vaşinqtondakı seçki göstəricilərini öz xeyrinə dəyişməyib. Heç vaxt KQB, Türkiyədəki Amerika casus şəbəkələrini (Gülən camaatı və s.) bircə gülləylə qətlə yetirib, ölkə prezidentini- Ərdoğanı, labüd ölümdən xilas edərək tam təhlükəsiz bir yerə köçürməyi bacarmazdı. Putin bunları bacardı. Valadimir kəlməsini bir başqa cür tələffüz etdirdi bütün dünyaya. Sonra qulaqlarımıza pıçıldadı ki, bəs bu rus dilində “cahangir” mənasını verir, biləsiz.
Rus “motroşka”sı qəliz oyuncaqdı. Yazıçıların axtardığı, qələmə aldığı “rus ruhu” məncə elə bu oyuncaqların dərinliyində gizlənir. Yeltsinin motroşkasını alacaqsan, içindən Putin çıxacaq.
Qalibləri müzakirə etmirlər.
Putin qalibdi. İndi bunu bütün dünya yana-yana etiraf edir. 
 
musavat.com

Türkiyənin gerçək Polat Alemdarı: Abdulla Çatlı – “FM 30-31” sirrini bilənlər ölür

Həmid Herisçi

20 il öncə müəmmalı şəkildə ölən Çatlı barədə indiyədək çox əfsanələr danışılıb, yazılıb; onun Susurluq qəzasında ölmədiyi, estetik əməliyyatla üzünün dəyişdirildiyi və sağ olduğu iddiaları var.
Deyilənlərə inansaq, Amerika prezidentləri əlini Tövrata basıb and içməmişdən öncə, adına “Qara kitab” deyilən çox sirli bir kitabla mütləq tanış olurlar.
Sabiq ABŞ prezidenti Barak Obamaya mətbuat brifinqlərinin birində vaxtiylə oxşar sual vermişdilər: “Cənab Barak Obama, bütün digər Amerika prezidentləri kimi, siz də tam məxfi “Sirlər kitabı”, yaxud “Qara kitab”la tanışsınız yəqin ki. Nədən bəhs edir, sirr deyilsə, əlbəttə, həmin bu kitab?”
Hazırcavablığı ilə seçilən Obama, sualı eşidincə azca duruxur:
– Bəli, tanışam. Məzmununu neynək, açaram sizə, ancaq bunu ki bildiz, vəssalam, qanınız getdi, qətlə məhkumsuz – deyir.
Prezidentin sərrast cavabını eşidən cığal jurnalistlər həmin an əlləri ilə ağızlarını örtürlər, Obamaya işarə vururlar ki, amanın günüdü, o kitabın məzmunu barədə heç nə deməsin. Obama yarızarafat-yarıdoğru, mikrofonu öz qalın həbəş dodaqlarına yaxınlaşdırır, istəyir nəsə deməyə, ancaq jurnalistlər tez əlləriylə qulaqlarını örtürlər – yəni heç nə eşitmək istəməzdik…
Cavab olaraq Obama, siyah əllərinin bəyaz ovuclarını yuxarı qaldıraraq havada oynadır. Təəssüf hissi keçirdiyini kimsədən gizləməyərək dodaqlarını büzür…
***
Sivillər barədə heç nə deyə bilmərəm, ancaq Pentaqon hərbi elitası arasında belə bir kitab, yaxud tam məxfi sənədlər toplusu, bəli, gərək biləsiz, həqiqətən mövcuddur. Ancaq o “Qara kitab” deyil, sıra nömrəsiylə “FM 30-31” adlanır. Dosyedə, düşmən ərazilərdə təxribat, qətl, kəşfiyyat əməliyyatlarının bütün incəlikləri, taktika və strategiyası cümlə-cümlə izah edilir. Amma yuxarıda dediyimiz kimi, bu dosye ilə tanışlıq, əksər hallarda insana çox baha başa gəlir. Adətən belələrini axırda mütləq öldürürlər.
O cür insanlardan biri məşhur türk bozqurdu, rəhmətlik Abdulla Çatlı idi, biləsiz.
***
Dediyim siyahını, təkcə elə Abdulla Çatlı ilə məhdudlaşdırmaq, məncə, düzgün olmaz. Türkiyədə adına “faili-məchul” deyilən çox məşhur bir siyahı var. Üstü açılmamış cinayətlər, qətl hadisələri burda üst-üstə qalanaraq hardasa 17 min insanın taleyini özündə əhatə edir. Bu uzun, dəhşətli siyahıda beş-altı qəbiristanlıq insan kütləsi yatır desəm, inanın şişirtməyə yol vermiş olmaram. Siyahıda kimlər yoxdu: Uğur Mumcu… Abdi İpekçi… Ümit Doğanay… Muammer Aksoy, Bahriye Üçok… Turan Dursun, Çetin Emeç, Dr. Necip Hablemitoğlu… İhsan Güven, Berkin Elvan, Abdullah Cömert, Ali İsmail Korkmaz, Ethem Sarısülük, Kaşif Kozinoğlu… Kuddusi Okkır, Behçet Oktay… Muhsin Yazıcıoğlu. Hiram Abas. Və nəhayət, Abdulla Çatlı rəhmətlik.
Şəxsən mənim o siyahı haqda fikrim qətidi – bu qurbanlar, bayaq barəsində danışdığımız məşhur “FM 30-31” məxfi dosyesi ilə bu və ya digər şəkildə əlaqəli insanlardı. Yəni müasir Türkiyənin əsl, həqiqi “Qara kitabı”- Orxan Pamukun qələmə aldığı eyni adlı kitab yox… bir də yox… məhz, bax, bu tam məxfi sənədlər toplusudur, məncə. “Faili-məchul” siyahısının bütün ipucları Türkiyənin başına min dəfə sarılıb dolandıqdan sonra gəlib çıxır bu gizli sənədlər toplusuna.
Bir də…
Bir də, Abdulla Çatlının ünvanına.
***
Türkiyənin ən məşhur və peşəkar rejissorlarından Osman Sinavın “Qurdlar vadisi” serial-filmi də, yadda saxlayın, bu məşhur siyahının qanlı izləri ilə müşayiət olunur həmişə. Baş qəhrəmanı Polad Alemdar isə gərək biləsiz, Türkiyədə yekdilliklə Abdulla Çatlının prototipi sayılır. Abdulla Çatlıya məxsus məşhur “İki nəfərin bildiyi sirr deyil” ifadəsi də, məncə, filmdə dəfələrlə elə-belə, boş yerə təkrarlanmır. “FM 30-31” dosyesinin əvvəlinə, axırına da, deyilənlərə inansaq, bax, bu qanadlı ifadə qırmızı hərflərlə həkk edilibmiş guya.
İsveçrə konspiroloqu Daniel Henser “NATO-nun gizli orduları” bestsellerində Abdulla Çatlı, “FM 30-31 dosyesi” mövzusu ətrafında görün bir nələri sadalayır: “1973-cü ildə Türkiyədə çıxan “Barış” qəzeti “FM 30-31” dosyesini çap edəcəyini anons etsə də, arzusu gözündə qalır. Anons müəllifi özü də itir, qəzetdəki məxfi məlumatlar da. Sonradan əməkli general Talat Turxan, canını dişləri arasında sıxaraq, dosyenin türkcə tərcüməsini mətbuata çıxarır. Materiallardan bilinir ki, 18 mart 1970-ci il tarixində Amerika generalı Uestmorlend tərəfindən imzalanmış bu məxfi dosye həqiqətən həyat üçün çox təhlükəlidir. Sonradan bəziləri bu sənədi sovet uydurması olduğunu iddia etsələr də, sabiq MKİ agenti məşhur Rey Klayn 1992-ci ildə mətbuata ötürdüyü müsahibəsində bütün bunlara yağlı nöqtə qoyur lap axırda. Dəqiq isbat edir ki, uydurma-filan yoxdu. Sənəd var və o saxta deyildir”.
Qısası, “İki nəfərin bildiyi sirr deyil” ifadəsindən lazımi nəticə çıxarmayanlar, bayaq barəsində danışdığımız o məşhur “faili-məchul” siyahısına düşüb, son dəqiqələrində həmişə Abdulla Çatlının, Abdulla Çatlıların tanış siluetini görürmüşlər öz məzar daşları önündə.
***
Türk MİT-nin canlı əfsanəsi Hiram Abas barədə deyilən “O bir rodeo atıydı. Onu yönətmək zordu. Amma yönətiləndə olağanüstü qabiliyyətli və o düzəydə cəsurdu. Macəraçı bir ruh yapısına malik olduğu da gerçəkdi” ifadəsini, məncə, tərəddüdsüz Abdulla Çatlıya da aid etmək olar. Cəmi-cümlətanı qırxca il yaşamış bu şəxsdən… yox, düz demədim, şəxsiyyətdən sonra Türkiyə özünü elə bil həqiqətən bir növ yetim hiss edib. Fikirləşib kimlə… hansı halalsüdəmmişlə əvəz etsin bu doğmaca dəliqanlısını? Çarəni-əlacı çəkdiyi “Qurdlar vadisi” serialında, Polad Aləmdar surətində tapıb sanki. Onu öz əbədi, həmişəyaşıl virtual qəhrəmana çevirib. Əli dirsəyinədək solçu qardaşlarımızın qanına bulaşmış bu tətikçini, bu gün bu yazımda, bilmirəm niyə, əfv etmək istəyirəm.
Onu, bizimkilər nədənsə çox dar, məhəlli çərçivələr içində görür, ancaq elə türkçü, ülküçü kimi dəyərləndirirlər. Məncə, Çatlıya – öz dövrünün Polad Aləmdarına, biz bu ölçülər daxilində yanaşsaq, rəhmətliyin dünya çapında bir şəxsiyyət olduğunu görməyə bilərik. Bəli, o, çox romantik, milli bir adamdı, türkdür – qızı Kökçen Çatlının “Abdulla Çatlı olmaq” kitabında yazdığı kimi “Onun içinde mor dağlara türkü söylemek, uzaktan geçen turnalara el sallamak vardı. O bir devre damgasını vurdu, ama içindeki türküyü hiç duymadılar, dinlemediler”.
Özünüzü çox da bu türkülərlə, Erqenekon havasıyla aldatmayın indi – Çatlıya milli çərçivələrdən kənarda da baxmağı, nəhayət, bacarın.
Əslinə qalsa, Çatlı təkcə elə bozqurd deyildi. Amerika nəzarəti altında fəaliyyət göstərən beynəlxalq gizli killer ordusu zəncirində ən həssas, etibarlı bir halqaydı. “FM 30-31” dosyesinə tabe, dünya çapında bir tətikçiydi. Əməliyyat günü, bu ordu üzvləri, dünyanın dörd bucağından yığılıb gələrdilər nəzərdə tutulan “X” nöqtəsinə. Dəstəyə üzv olmağın bircə vacib şərti varmış – gərək əməliyyat zamanı bütün dilləri unudub məxfi işarələr dilində danışmağı bacaraydın. Oxşar tətikçilərdən biri məşhur Amerika şoumeni Çek Berris olub, biləsiz. Onun bu mövzudakı xatirələri sonradan, 2002-ci ildə çəkilmiş məşhur “Qorxunc adamın etirafları” (Confessions of a Dangerous Mind) filmində öz əksini tapıb. Filmə diqqətlə baxsanız, orda Abdulla Çatlını da görə bilərsiz, dünya çapında tanınmış digər məxfi killerləri də.
Çatlının 1982-ci ildə, Amerikanın Mayami kurortlarının birində İnterpol xəttiylə axtarışda olan məşhur terrorçu Stefano Delle Kyaye ilə görüşdüyünü söyləyənlər, nədənsə mövzunun ardını dillərinə gətirmirlər. Demirlər ki, bu görüş iştirakçılarının sayı əslində təkcə elə ikicə nəfərlə kifayətlənməyib. Onlarca başqa, naməlum killer də iştirak edib bu görüşdə, o cümlədən bayaq yuxarıda adını çəkdiyimiz Amerika teleulduzu… eee, üzr istəyirəm, killeri Çek Berris.
Bu qurdlar vadisində qəribə adətlər, şərtlər mövcud imiş, sən demə.
Əvvəla, dəstənin növbəti məxfi killeri, hökmən dustaqlar arasından tapılıb seçilirdi. Dəstə, qazamatda onu bir müddət izləyib, uyğun kadr olduğunu yəqin etməli idi əvvəlcə. Sonra  növbəti “X” əməliyyatı başlayırdı – dustaq, tutaq ki, Mehmed Əli Ağca, qazamatdan qaçırdılıb ölkə dışına, tutaq ki, Bolqarıstana, yaxud İtaliyaya çıxarılırdı. “Keyf, qadınlar, içki, narkotiklər” silsiləsi burda bir müddət davam edib, axırda masa üzərindəki qara tapancayla əvəzlənirdi. Dəstə üzvləri, dünya mass-mediasında özünəməxsus qəribə cəhəti ilə tanınır; misal üçün, Türkiyədəki əməliyyatlarını, əksər hallarda çərşənbə gününə sifariş verərmişlər adətən.
Roma papası İoann Pavel 2-ciyə güllə sıxmış Mehmed Əli Ağca, bax, beləcənə gəlib bir gün həmin beynəlxalq tətikçilər, killerlər klubuna üzv seçilir. Kimin təqdimatı ilə baş verir bu? – əlbətdə Abdulla Çatlının təqdimatı ilə.
Abdulla Çatlının masa üzərinə buraxdığı tapançanı, o gün əlinə götürməyə bircə şəxs cürət edib – Mehmed Əli Ağca.
***
Dəstənin digər üzvü – Haluk Qırçı, bu cür saysız qətlləri öz xatirələrində bax, bu cür təsvir edir – “Tapançamın lüləsi altında, avtomobildəki iki sərnişini eşiyə çıxarıb üzü üstə yerə uzatdım. Tərəddüd etmədən, avtomatik, üç güllə sıxdım hər birinin peysərinə. Sonra, geriyə, mənzilə qayıtdım. Orda beş nəfər solçu huşsuz halda yerdə uzanıqlı yatırdı. Əvvəlcə, məftil götürüb onları boğmaq istədim. Alınmadı. Məcbur qaldım dəsmal götürüb beşinin də nəfəsini kəsim”.
Bax, bu Haluk Qırçı, Abdulla Çatlını daim müşayiət edən bir kölgə olub, biləsiz. 1996-cı ildə, məşhur Susurluq qəzası zamanı Abdulla Çatlı öz həyatını itirərkən, arxaları ilə gələn ikinci maşında Haluk Qırçı əyləşmişdi, bir də adamyeyən cangüdənlər. Görəndə ki, Çatlı son nəfəsini verir, artıq xırıldamağa başlayıb, Qırçı özünü itirib başlayır titrəməyə. Telefonu qulağına basıb zəng etmək çox sonra ağlına gəlir. Bu vaxt Çatlı artıq həyatda yoxdu. Sonrakı hadisələri Çatlının qızı Kökçen bax bu cür xatırlayır: “Dərslərimi oxuyurdum. Anamla bacım televizora baxırdılar. Qapı çaldı. Bir ailə dostu girdi içəri. Qadındı. Başımı qaldırmadım o an. Ağlayırdı için-için. “Abla, baban qəza geçirib, vəziyyəti çox ağırdı” dedi. Həmən yerimdən qalxdım. Ali abinin həyat yoldaşı girdi içəri. Üzü çox solğundu. Anama  bircə “Meral” deməyə gücü çatdı. Ağlamağa başladı. Biz təbii, anladıq babamızın artıq aramızda olmadığını. Sonrasını xatırlamıram”.
***
Amma…
Amma Abdulla Çatlının… üzr istəyirəm, gerçək Polad Aləmdarın saysız qurbanları da, oxşar səhnələr yaşayıb vaxtı ilə. Belələrindən biri – əməkli general Tələt Turxan, xatirələrində görün o səhnələri indi necə xatırlayır: “Erenköyün “Zivərbəy” villasında məni işgəncə ustası Eyyub Ozalkus – Milli İstihbarat Təşkilatının sorğulama şöbəsi rəisi qarşılayıb gözlərimi bağladı, əl-qolumu sarıdı. Dedi: “İndi siz tam məxfi, qanun çərçivəsindən kənarda fəaliyyət sürən Milli Ordunun əsirisiniz. Bu ordu hərbi qüvvələrin tərkibində gizli fəaliyyətdədir. Dedilər bəs mən ölüm cəzasına layiq görülmüşəm. İşgəncələrdə bozqurdlar da iştirak edirdi”.
Abdulla Çatlının oxşar səhnələrdə iştirakını indi heç kim… heç kim inkar edə bilməz.
***
Vaxti ilə, 60-90-cı illərdə, türk cəmiyyətində baş vermiş bu vətəndaş qarşıdurması, qədim oğuzların İç Oğuz-Dış Oğuz davasını xatırladır indi mənə. Allah, bu davanın bütün qurbanlarının – sağçıların da, solçuların da günahından keçsin indi.
Belələrindən biri mərhum Abdulla Çatlı idi. O, həm Türkiyəni qoruyurdu, həm də o məşum “FM 30-31” dosyesini.
Yəni Pentaqon kəşfiyyatını tam məxfi “Qara kitab”ını.
“Kurtlar Vadisi”nin ilk bölümlərində Aslan Akbeyin (Hiram Abas) israrları ilə estetik əməliyyatla üzü və səsi dəyişdirilən Əli Candan (Abdulla Çatlı) dönüb Polat Alemdar olur. Rejissor və ssenarist bu səhnə ilə Abdulla Çatlı barədə gəzən söz-söhbətin doğru olduğunu göstərməyə çalışıb. İddialara görə, Abdulla Çatlı əslində Susurluq qəzasında ölməyib. Həmin qəzanın bir teatr olduğu iddia olunur. Deyilənə görə, Çatlının öldüyü haqda rəy yaradıb, sonradan onun üzünü estetik əməliyyatla dəyişdiriblər və o, hazırda da görəvini davam etdirir. Bu iddiaların nə qədər doğru, yaxud yalan olduğunu isə yaxın gələcək göstərəcək.
Tarix sirri sevmir…

musavat.com

İmam Hüseyn (ə) Ələmlərinin qadağan olunduğu Bakıda məktəblərdə Türkiyə bayraqları təbliğ olunur

Azərbaycanda İmam Hüseynə, şiəliyə aid bayraq və ələmlər qadağan olunduğu halda nədənsə yabançı bir dövlətin bayrağı orta məktəb və s. ictimai və təhsil obyektlərində tam var güclə təbliğ olunaraq insanların beyninə yeridilməkdədir... Sizcə bunun açıqlaması nə ola bilər?! /azl.abna24.com/

Rəvan Məhərrəmli - Ola bilsin

Mən torpağa ruh verdim, o insan ola bilsin,
Dünyanı yaratdım ora mehman ola bilsin.

Ərz etdi mələklər törədər fitnə bu insan,
Öydüm mən o insanı hökmüran ola bilsin.

Ərş əhlinə əmr eylədim et Adəmə səcdə,
Adəm sizə aləmdə dəbistan ola bilsin.

Cənnətdə haram ne'məti xəlq eyləməz idim,
Bəndəm dedim öz nəfsinə sultan ola bilsin.

Adəm hələ Cənnətdə ikən əhv eləmişdim,
Qovduq yerə biz Adəmi peşman ola bilsin.

Biz istədik Adəm aça əl sınmış ürəklə,
Həvvadan ayırdıq ki pərişan ola bilsin.

Cənnətlə cəhənnəmdə yaratdim bəni-Adəm
Şeytandan uzaq sahibi iman ola bilsin.

Şeytan və onun dəstəsi od içrə yanarlar,
Cənnət diləyən bəndə müsəlman ola bilsin.

Şeytanə uyan cahil, o nadan da mənimdir,
Vicdanı yaratdim nədi vicdan ola(r) bilsin.

Mən Xatəmi seçdim sizə rəhbər o səbəbdən
Tapmaq məni cahillərə Asan ola bilsin.

Nazil elədik Əhmədə Qur'ani sizinçün,
İslah ola Qur'an ilə nadan ola bilsin.

Allahın adınnan danişibsan, elə tövbə,
Şeirndə, Rəvan, olmaya nöqsan ola bilsin.

Ağdamın “dəli”ləri və “anormal”ları haqqında

Rüfət Əhmədzadə

Yanvarın 5-də telefon söhbəti zamanı mənimlə küçə üslubunda danışan və əri tərəfindən yandırılmış müəlliməni dolayısıyla “anormal” adlandıran (“baxın görün, o qadın normaldır?”, “Nəsə çatışmır” və s)  prokuror Rəfail Zeynalov Ağdam RİH başçısı Raqub Məmmədovun qudası imiş.
Olmaya, iki quda əl-ələ verib, rayonu “anormalxana”ya çevirməklə məşğuldurlar?..
Dayanın, əziz oxucular! Kimisə təhqir etmək, qərəzli tənqid atəşinə tutmaq məqsədim yoxdur.
Sadəcə, “məni adam bilib danışan” prokuroru mən də adam bildim, ondakı bu özgüvənin səbəblərini öyrənməyə çalışdım… Nəhayət, ağdamlı tanışlarım mənə dedilər ki, “qudasının rayonudur, gözün üstə qaşın var” deyən yoxdur… Baxın, burda barmağımı “Snickers” bilib, dişlədim. Bundan əvvəl Raqub Məmmədovun müavini Ağa Zeynalov ondan 5 min manat rüşvət alındığını, pulunu tələb edəndə isə özünün kanala atıldığını deyən bağça tərbiyəçisi Fəridə Vəliyevanı “ruhi xəstə” adlanırmışdı.
Keçən ilin yayında Ağdam RİH nümayəndəsi Hüseyn Əliyev 4 il çörəkpulusunu ala bilməyən bir xanım haqqında xoşagəlməz sözlər işlətmişdi. Bu və digər məqamlar hamısı faktdır və diktofon yazıları da var… Yəni, Ağdamdan kim şikayət edirsə, ya “dəli”dir, ya “anormal”, ya da “əxlaqında problemi var”…
Ümumiyyətlə, insan nə vaxt söyməyə, təhqir etməyə başlayır? Sadə bir cavab: Leksikonunda normal danışıq üçün söz ehtiyatı tükənəndə, ya da yerli-dibli olmayanda.
Adama deyərlər ki, daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir? Əgər bütün narazıları “dəli” çıxarmaq çətindirsə, Raqub Məmmədov xüsusi “dəlixana” da təsis edərək, özünə və qohumlarına mane olan “dəli”ləri ora toplaya bilər.
İndi bilmirəm, Ağdamda “normal” vəziyyət necədir. Onu da bilmirəm ki, Ağdamın məmurlarından, polisindən, prokurorundan narazı qalanlar nə dərəcədə “psixi xəstə” və ya “anormal”dırlar. Mən jurnalistəm və işim vətəndaşların müraciətini qələmə almaq, araşdırmaqdır. Əgər Səhiyyə Nazirliyində müvafiq vəzifə tutsaydım, əlbəttə, o zaman vətəndaşların psixiatrik ekspertizadan keçilməsi üçün “göndəriş” yazardım.
Amma söhbət xatirinə, işi aşsın deyə… başqasının haqqında nalayiq sözlər işlətmək, böhtan atmaq, xüsusilə də, 33 il bu ölkə üçün vətəndaş yetişdirən bir müəllimənin normallığına şübhə salmaq… Əlbəttə, normal deyil!
İstər Ağdamda, istərsə də digər rayonda… Olmaz belə! Öz işinizi düzgün görə bilmirsinizsə, ən azından, mətbuatla normal danışıq bacarığınız yoxdursa – sadə insanları niyə alçaldırsınız?! Ümid edirəm ki, aidiyyatı olan şəxslər tənqidlərimdən nəticə çıxaracaq.
Əlbəttə, ümid varsa, adam da var, həyat da…
Qədir bilib deyirəm!

qafqaznews.az

ZİYAFƏT ƏSGƏROVDAN ŞOK AÇIQLAMA: AZƏRBAYCAN BÖHRANDAN ÇIXA BİLDİ

“Dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi”. “Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktik konfransda deyib.
O bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsində, möhkəmləndirilməsində gömrük orqanlarının əməyi böyükdür: “Gömrük sistemində təhlükəsizlik məsələsi çox mühümdür. Azərbaycanda bu sahədə xeyli işlər görülüb”.
Maraqlıdır, böhran necə başa çatıb ki, dolların məzənnəsi hər gün qalxır, qiymətlər hər gün bahalaşır. 100 minlərlə insan dollar kreditini verə bilmədiyi üçün əmlaklarını itirmək təhlükəsilə üzləşib. Bank sistemi çöküb. Minlərlə insan iş yerini itirib, ixtisarlar davam etdirilir. Bağlanan biznes obyektlərinin sayı gündən-günə artır və sair.
Yəqin ki, Ziyafət Əsgərovun bu açıqlaması ölkə rəhbərliyi üçün də yenilik olacaq. Hökumətdəkilərin də bu “tapıntıdan” şoka düşəcəyinə şübhə etmirik. Hər kəs böhranın təsirlərindən danışdığı, bu təsiri necə azaltmağın yolları barədə fikirlər irəli sürdüyü bir vaxtda, Ziyafət Əsgərovun Azərbaycanın böhrandan çıxdığını elan etməsini məntiqlə izah etmək çətindir. Ola bilsin, Ziyafət müəllimin özünün vəziyyəti yaxşılaşıb.
Onun gömrük orqanlarına təriflər yağdırmasının isə yəqin ki, ÖZƏL səbəbləri var. /xeber.info/

Liza Caqaryan: Kimin həyatı hesabına Bakıda çay içmək istəyirsiniz?

Bir müddət öncə məşhur jurnalist və publisist Liza Caqaryanın “Mən isə qorxuram” başlığı altında dərc olunmuş məqaləsi Ermənistanın ictimai fikrində böyük rezonans doğurub. Caqaryan erməni xalqını Azərbaycanla, lap güzəştlərin hesabına olsa belə, sülhün zəruriliyini dərk etməyə, Qarabağ müharibəsi nəticəsində erməni xalqının düşdüyü vəziyyətin bütün faciəviliyini anlamağa çağırır. L.Caqaryanın məqaləsini diqqətinizə çatdırırıq. Erməni cəmiyyətində baş vermiş baxışların təkamülünə fikir verin. Və L.Caqaryanın etirazı səhrada tənha insanın çığırtısı deyil! Ermənistanda belə səslər artıq çoxdur...

Ermənistanda və diasporda bir daha “satqınların izlənilməsi” başlayan vaxt lüğətlərimizin ən dərin qatlarından çıxardığımız çoxdan unudulmuş parlaq və cırıltılı kəlmələri sevimli vətənimizin tərifinə həsr edərkən, “milli qurtuluş oyanışı”nın bu şərəfli anlarında mən tez-tez rejissor Larisa Şepitkonun sevdiyim “Yüksəliş” filmini xatırlayıram.
Film müharibənin mənəvi metamorfozlarına həsr olunub. Partizan dəstəsində təcrübəli hərbçi ilə müəllim çiyin-çiyinə döyüşürlər. Döyüşçü fanatizmlə vətəni uğrunda vuruşa atılır, belə demək mümkünsə, daim bizim “satqın” axtarışında olanlar kimi, ruh yüksəkliyindədir, müəllim isə dinməzcə və sakit döyüşür. Belə görünə bilər ki, şübhəsiz, əsir düşərlərsə, bizim bu cürətli hərbçi düşmənin gözünün içinə baxaraq “Vur, əclaf!” deyəcək. Sülh şəraitindəki həyatda incələşmiş ziyalı müəllim isə faşist tüfənginin lüləsini görən kimi hamını və hər şeyi satmağa hazır olacaq. Yəni ki, onu daşqalaq edin!
Amma yox, tələsməyin. Gözləyək, hər ikisi əsir düşsün, görək, özlərini o zaman necə aparacaqlar və yalnız bundan sonra incə müəllimi daşqalaq etmək üçün o parlaq və cırıldayan kəlmələri lüğətimizdən çıxararıq.
Həyat şirindir. Bizim bu cürətkar hərbçi əsir düşüncə bunu anlayır. Rejissor çox məharətlidir və bizim bu satqın adi satqın deyil, o əzab çəkir və görür ki, onun əzabının başqa sifəti də var. Onun gözləri qarşısında sakit müəllim min zülmə tab gətirir, amma dözür. O, öz yolunu seçib və müqəddəslər təki, onu ölənə qədər keçməlidir. Həyatın şirinliyini anlamış hərbçi özünə daha çox nifrət etməyə başlayır və intihara cəhd edir. Alınmır. Və hərgah, alınmırsa, o, düşmən qarşısında diz çökür və onu asmamaları üçün yalvarır. Və elə o, boğazında ilgək həyatının son anını gözləyən, əziyyətlərdən yorulmuş müəllimin ayağının altındakı stulu itələyir.
Sonrası vacib deyil – hərbçi almanlara itaətkarcasına xidmət edəcəkmi, yaxud yenə intihara cəhdmi edəcək? Əsas odur ki, o, həyatın, ələlxüsus öz həyatının dəyərini anlayıb. O qədər dəyərli olduğunu başa düşüb ki, sağ qalmaq üçün öz yoldaşına dünyadan köçməyə “kömək” etməyə belə hazırdır.
Bu zamana kimi o, günlərin birində həyatını qurtarmaq üçün düşmənin önündə sürünəcəyini bilirdimi? Əminəm ki, bilmirdi, heç belə bir fikri yaxın da buraxmırdı.
Bu gün cəmiyyətimizi satqınlara və vətənpərvərlərə bölənlər (təbii ki, bu zaman öz adlarını vətənpərvərlərin ön cərgəsinə yazanlar), evində oturaraq gündə bir neçə dəfə “Bakını fəth edənlər”, həmin partizanlar kimi eyni vəziyyətdə qaldıqları zaman nəyə qadir olacaqlarını bilirlərmi? Mən bilmirəm. Heç onlar özləri də bilmir. Heç kim bilmir və tanrı eləsin ki, bilməsin də.
Onların əksəriyyəti bunu heç zaman bilə də bilməzlər, çünki ya xaricdə, ya da Ermənistanda – öz mənzillərində, kompüter qarşısında oturaraq, barmaqlarının bir neçə hərəkəti ilə Bakını və Naxçıvanı “zəbt etmək” uşaq oyununa oxşayır. Bayaq adını çəkdiyim filmdəki sınaqlar isə sərhəddə duran əsgərlərin başının üzərini alıb, xırda və eyni zamanda böyük boşboğazların başının üstünü deyil.
Bu yaxınlarda “Martik” verilişinin uğursuz buraxılışı barədə yazdığım mənfi rəylər elə həmin boşboğazlar arasında təxminən belə reaksiya doğurmuşdu: “Ba! Deyəsən qorxur axı?!” (müəllifdən – bu yaxınlarda Ermənistanda “Martik” proqramının Yeni il buraxılışı efirə gedib və verilişdə ölkənin tanınmış komik aktyorlarından biri, guya ki, müşahidə nöqtəsindən Azərbaycan əsgərinin ünvanına söyüş yağdırır. Sonradan proqramın təşkilatçıları etiraf etdilər ki, bu yalnız uğursuz alınmış bir səhnəcik idi).
Bəli, mənim çox vətənpərvər həmvətənlərim, mən qorxuram! Hər səhər, gözümü açarkən ilk hissiyyatım sərhəddə yenə də qurbanların olub-olmaması sualı qarşısında qorxu olur. Əlimə düşən ilk KİV-i vərəqləyərkən sərhəddəki vəziyyəti öyrənməyə çalışarkən əllərim əsir, ürəyim bərkdən döyünür, elə bərkdən ki, sanki partlayacaq. Bu qorxu aprel günlərindən sonra məndə ikiqat-üçqat artıb – o zaman biz yüzdən çox qurban və ərazilər verdik və yaddaşım məni aldatmırsa, həmin torpaqlar geri qaytarılmadı və heç kimin belə bir niyyəti də yoxdur. Mən qorxuram, çünki həmin qurbanlara görə heç kim məsuliyyət daşımadı. Baxmayaraq ki, çoxlu sayda əsaslı irad vardı ki, biz bunları verməyə də bilərdik. Əgər ki, “regionun ən qüdrətli ordusu”nda oğurluq halları bu cür çiçəklənməsəydi, yüksək rütbəli hərbçilərin qarınları bu qədər şübhəli şəkildə böyük olmasaydı və əsgərlərimizin sərhəddə həyəcan siqnalı vermək üçün istifadə etdikləri alət asılmış boş konserv qutuları olmasaydı.
Mən həlak olmuş əsgərlərə göz yaşı tökənlərə alçaldıcı nəzərlərlə baxanlardan və siz zəif insanlarsınız, əlbəttə ki, onlar “vətən uğrunda” ölməli idilər deyənlərdən qorxuram. Mən sizin qorxmazlığınızdan qorxuram və sizin tərtib etdiyiniz siyahılarda “satqın”lardan olacağımdan zərrə qədər də qorxmuram.
Mən sülh istəyirəm, qarşılıqlı güzəştlər yolu ilə, o şərtlə ki, uşaqlarımız yaşasınlar. Siz isə bunun əvəzində mənim kimi “satqın”ların burnunun ucunda bir yığın cırıltılı sözlər əsdirirsiniz. Mən Vaqram Atanesyan kimi qarabağlıların sərsəmləmələrindən qorxuram. Nəyə görə Qarabağda heç kim Bakının Ermənistanın bir hissəsi olduğunu deyən bu adamlardan soruşmur ki, sən kimin həyatı hesabına “Bakıda çay içmək” istəyirsən?
Həyat çox şirindir, kreslolarında oturub Bakıda çay içən xanımlar və cənablar. Lakin axı kim sizin o vətənpərvər kəllələrinizə yeridib ki, məhz sizin həyatınız bu cür şirindir, sərhəddə dayanan əsgərlər isə bu “şirinliy”i yalnız qorumaq üçündür? Mən “vətən uğrunda ölmək lazımdır” deyərək təbil çalan, öz rolunu isə yalnız bu mövzuda təxribatçılıqda görənlərdən qorxuram.
Mənim üçün onlar, Şepitkonun filmindəki kimi, öz həyatını xilas edərək, boynu ilgəkdə olan yoldaşının ayağının altından stulu itələyən qəhrəmandırlar.

m.virtualaz.org

28.01.2017

Sıffın'da ordusu düşman ile karşılaşmadan önce İmam Ali'nin ordusuna tavsiyeleri

"Onlar savaşa başlamadan siz savaşa başlamayın; çünkü Allah'a hamd olsun, siz hüccet üzeresiniz (doğru yoldasınız). Onlar başlayınca kadar beklemeniz, sizin için onların aleyhine başka bir delildir. Allah'ın izni ile düşman bozguna uğradığı zaman kaçanları öldürmeyin, kendilerini koruyamayanlara zarar vermeyin, yaralıları katletmeyin, liderlerinize ve ya şahsınıza sövseler bile, kadınlara eziyet etmeyin. Çünkü onların (savaşı yönlendirme açısından) akılları, nefisleri ve güçleri zayıftır. Gerçekten biz, müşrik kadınlardan bile el çekmekle emr olunduk. Cahiliye döneminde de bir kimse taş, ya da sopa ile bir kadına saldırsa, bu hareket kendisi için ve sonra da torunları için yüzkarası sayılırdı".

İMAM ALİ, NEHCÜL BELAGA, 14.MEKTUP

Agasəlim Əmri - Qardaşdır

Şaham ki başımın aləmdə tacı qardaşdır
Nə qədr dərdim olarsa əlacı qardaşdır

Vücudu qarşımı qoymaz kəsə bir an zülmət
Yolumda nur saçan ömrüm siracı qardaşdır

Salıbdı başıma sayə, həyat bağımda
Həmişə bar verən ümmid ağacı qardaşdır

Yaman günündə səni tərk edib gedər hamı
Fəqət yanında qalan yaxşı bacı qardaşdır

Nə qədr gər ola dünyadə dostu yoldaşın
Yenə hər an ürəyin ehtiyacı qardaşdır

Ey Əmri varlığı varımdı varlığımdı mənim
Şaham ki başımın aləmdə tacı qardaşdır

Rəşad Sükri - Nalan dili ilə

Tərpəndi dodaqlar yenə Quran dili ilə,
Zikr oldu neçə ayə dürəfşan dili ilə.

Həm həqqi bəyan eylədi, həm həqqə çağırdı, 
Nadansa başa düşmədi İnsan dili ilə.

Bax səhnəyə- yetmiş nəfərə qarşı otuz min
Düşmən çıxış etməkdədi üdvan dili ilə.

Su istədi bir qurtum Əliəsgəri için,
Tez verdi cavab Hərmələ peykan dili ilə.

Əkbər su üçün sürdü atı xeyməyə sari
Sirab elədi oğlunu Ətşan dili ilə.

Əbbas ağaya söylədi get Nəhri-fəratə,
Ləbbek dedi tiğidə bürran dili ilə.

Aldı bir ovuc, əhdini yad eylədi atdı,
Lənət dedi zalimlərə suzan dili ilə

Şükri bu təsəlli bəs edər Həqqi dananlar
Məhv oldu bütün Zeynəbi nalan dili ilə.
***
Ey mənim hər iki aləmdə Ağam
Aləmə zinət verən şanlı İmam
Ey ədalət mənbəyi ey xoş məram
Ey gülər üz Rəhbərim şirin kəlam
Et qəbul ərz eyləyir kəmtər qulam
Əssalamu əssalamu əssalam.

Ya İmam aləmlərin mənasısan
Gülşəni eşqin Güli-rənasısan
Sən həqiqət əhlinin Mövlasısan
Sən vəsilər içrə ən əlasısan
Ta Səninlə oldu nemətlər tamam
Əssalamu əssalamu əssalam.

Doğmamış heç bir ana Sən tək oğul
Ey şirin eşqi nəbat ilən noğul
Təqdim etdikdə səni Xətmi-Rəsul
Aləmi zərridə mən etdim qəbul
Haqını dansam əgər olsun haram
Əssalamu əssalamu əssalam.

Kəbə misli ey fəzilət Sahibi
Övliyalar Şahı hikmət Sahibi
Həq Vəliyullah vilayət Sahibi
Ey bir anda min kəramət Sahibi
Şah olur alsa gəda səndən ənam
Əssakamu əssalamu əssalam.

Yadın ilə göz yaşım dönmüş selə
Dəstəmazsız adını almam dilə
Sən Ağa oğlu Ağa mən bir kölə
Nola miskin Şükriyə bir lütf elə
İstərəm mən həm alım səndən salam
Əssalamu əssalamu əssalam.