30.08.2020

Etibar Hüseynov: Əşşi, belə mənim gözüm aydın türk pilotlarıymış...

“Alimpaşanın "kanvert" göndərdiyi mirzələrin söylədiyi məntiqə bax: "Türk pilotları ilə yeyib-içirmiş. Bağışlamaq olar." Əşşi, belə mənim gözüm aydın türk pilotlarıymış. Qanun-qanundur”.
pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun içki məclisi təşkil etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən dedib.
“Deməli, camaat öz doğmasına hüzr məclisi düzənləyə bilməz, əzizinə nişan keçirə bilməz, amma bu türk pilotlarıyla vura bilər?” – E.Hüseynov qeyd edib.

29.08.2020

Mehdiyev-Həsənov klanının daha bir üzvü - Abdin Fərzəliyev kimdir?

Artıq heç kimə sirr deyil ki, AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun himayəsi altında olublar.
R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi. Eyni sözləri İcra Hakimiyyətləri haqqında da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.
2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb. Onlardan bəziləri işdən azad edilib, altı nəfəri isə rüşvətlə həbs olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Biləsuvar icra başçısı Mahir Quliyev, Kürdəmir icra başçısı Ceyhun Cəfərov məhz R.Mehdiyevin “əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.
Amma bir neçə onillik ərzində R.Mehdiyevin icra strukturlarında, hakimiyyətin müxtəlif pillələrində qurduğu geniş şəbəkənin sıradan çıxarıldığını düşünmək sadəlöhvlük olardı. Tam əminliklə söyləmək olar ki, proses davam edəcək və hələ çox səs-küylü həbslərin şahidi olacağıq.
Məsələn, Ramiz Mehdiyevin və Əli Həsənovun himayə etdiyi bir çox icra başçıları hələ də vəzifə başındadır. Bunlara misal olaraq, Asif Əsgərovu (Nəsimi), Süleyman Mikayılovu (Qaradağ), Əziz Əzizovu (Suraxanı), Vidadi İsayevi (Bərdə), Rəcəb Babaşovu (Qazax), Alimpaşa Məmmədovu (Şəmkir), Alı Alıyev (Fuzuli), Rövşən Bağırovu (Lerik), Abdin Fərzəliyevi (Nərimanov) və başqalarını misal göstərmək olar.
hit.az olaraq, onların hər biri haqqında araşdırma yazılar dərc edəcəyik.  İlk olaraq isə paytaxtın Nərimanov rayonu İcra hakimiyyətinin İcra başçısı Abdin Fərzəliyevdən başlayaq.
Bir neçə gün öncə mətbuatda Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkın məqsədli şəkildə dağıdılması, yerində obyektlərin tikilməsi haqqında məlumatlar dərc olundu. Məlumatın dərc olunmasından sonra icra başçısı Abdin Fərzəliyev tələm-tələsik əraziyə çoxsaylı texnika və işçi qüvvəsi cəlb edərək, əməllərini ört-basdır istiqamətində əl-ayağa düşsə də, amma ox artıq yaydan çıxmış oldu. Xatırladaq ki, Nizami rayonunun icra başçısı Arif Qasımov da dillərə dastan olan dəbdəbəli kreslosunu məhz oxşar əməlinə görə itirdi. Amma Abdin Fərzəliyevi bitirən yeganə səbəb bu deyil.
Gəlin Abdin Fərzəliyevi bir az yaxından tanıyaq.
Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Bir neçə ay «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışan Fərzəliyev 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə YAP-ın Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olub. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirib. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
Abdin Fərzəliyevin əsas hobbisi ov etməkdir və bu həvəs o qədər şiddətlidir ki, iclasın ən qızğın yerində Fərzəliyevə «yaxşı ov yeri var» xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar.
Məlumatlarda qeyd olunur ki, Nərimanovun icra başçısı bir çox dövlət qoruqlarına gedərək, orada qanunsuz ovla məşğul olur. Bakının, hətta xaricdəki ən məşhur ovçuluq dükanlarından aldığı silahlardan yararlanan Fərzəliyevin bu silah-sursat üçün ildə on minlərlə manat xərclədiyi də deyilir. Bundan əlavə, onun ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Mətbuatda yer alan məlumatlara görə, bu itlərdən bəziləri və hətta onların baxıcıları da xaricdən gətirilir və buna böyük vəsaitlər xərclənir. Məsələn, onun İngiltərədən xüsusi bir cins itin gətirilməsinə 20 min dollar xərclədiyi yazılır. Bu itlərin aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar.
Məlumata görə, icra başçısı ova 10-a yaxın müxtəlif «Cip» avtomaşınları ilə gedir.
Nərimanov rayonunu şəxsi biznes obyektinə çevirən Fərzəliyev postunu qorumaq üçün Ramiz Mehdiyev və Əli Həsənovun himayəsini qazanmaq üçün səxavətini əsirgəməyib. Məsələn, dövlət  əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonunda, T. Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilərək Ramiz Mehdiyevə hədiyyə edilib.
İcra başçısı haram yolla qazandığı pullar hesabına prezidentin sabiq köməkçisi, ötən ilin oktyabrında prezident sərəncamı ilə vəzifədən azad edilən Əli Həsənova da çoxsaylı mülklər hədiyyə edib. Belə ki, şəhid Samir Xasıyev adına parkda (keçmiş Montin parkı) 20 sot ərazidə 4 mərtəbəli villa Abdin Fərzeliyev tərəfindən tikilib tam təmir edilərək Ə.Həsənova bağışlanıb.
Bundan əlavə, Nərimanov rayonunda Əhməd Rəcəbli 29 ünvanında 4 min kv metr sahəni əhatə edən 5 mərtəbəli bina (hansı ki, iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə Həsənovların ailə şirkəti olan “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir) da Fərzəliyev tərəfindən Həsənovlara hədiyyə edilib. Heydər Əliyev mərkəzinin yaxınlığında, Heydər Əliyev prospektində yerləşən və prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən binalarda ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Onun Əli Həsənova bağışladığı daha bir obyekt elə həmin ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 300 kv/metr olan qeyri-yaşayış sahəsidir.
Daha bir fakt isə Əli Həsənovun himayə etdiyi Qurban Məmmədovla bağlıdır. Belə ki, Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sankı “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.
Burdan bəlli olur ki, Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrası və sponsorluğunu Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirib. Qeyd edilən ünvanda yaşayan sakinlərlə söhbət və o dövrün sənədləri ilə tanışlıq təsdiq edir ki, həmin binada evlərin bölünməsi və paylanması Nərimanov rayon icra hakimiyyəti tərəfindən həyata keçirilib.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan "Altun" restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib. Bu görüşlərdə Əli Həsənov ilə yanaşı Ramiz Mehdiyevə sədaqət andı içmiş icra başçıları - Abdin Fərzəliyev (Nərimanov rayonunun başçısı), Arif Qasımov (keçmiş Nizami rayonunun başçısı), Asif Əsgərov (Nəsimi rayonunun başçısı), Süleyman Mikayılov (Qaradağ rayonunun başçısı) və digərləri iştirak edirdilər.
Bunlar hələ mətbuatın apardığı araşdırmalar nəticəsində üzə çıxan azsaylı faktlardır.
Azərbaycanda olduğu kimi Rusiyada və bir çox digər ölkələrdə biznesi və mülkləri olan icra başçısı bu pulları hansı yolla qazanıb?
Nərimanov rayonunda "avtoyuma" krallığı quran A.Fərzəlyevin əsas gəlir mənbəyi qanunsuz torpaq satışı təşkil edib. Təkcə paytaxtın ən elit və bahalı yerlərindən sayılan “Erməni qəbiristanlığı” adlanan ərazi üzərindən əldə etdiyi sərvətə nəzər salsaq, mənzərə aydın olar. Belə ki 50 hektar ərazisi olan “Erməni qəbirsanlığı” adlanan ərazinin cəmi 5 hektarında park salınıb. Qalan ərazi isə sotu 250-300 min olmaqla sahibkarlara satılıb. 15 il əzində 1200 sahibkara 500 obyektin torpağını satan icra başçısının təkcə “Erməni qəbiristanlığı”ndan qazandığı gəlirini təsəvvür eləmək çətin deyil. Burda A.Fərzəliyevin özünün də çox sayda obyektləri var və həmin obyektlər özəl şirkətlərə icarəyə verilməklə başçının sərvətini artırır.
Eyni zamanda sözügedən ərazidə tikilən çoxsaylı binalar həddən artıq baha qiymətə satılıb. Lakin böyük dövlət vəsaitləri hesabına salınan park hazırda baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni icra başçılarını təyin edərkən məmurlara ciddi mesaj və tövsiyyələr verdi. Əsas mesajlardan biri kadr seçərkən qohumbazlığa yol verməmək, nepotizmdən uzaq olmaq, sadə olmaq, peşəkar xüsusiyyətləri ön plana çəkmək idi. "Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz".
Nərimanov rayonunda isə Prezidentin dediyinə tam əks mənzərənin şahidi oluruq. Abdin Fərzəliyevin kadr seçimi yalnız tayfa, qohum, dost meyarından ibarətdir.
Başçının müavinləri:
1-ci müavin Şahmar İbadov – Abdin Fərzəliyevin ov və əyləncə dostu olan Ramiz Həsənovun bacanağıdır (Ramiz Həsənov Meridian və Komfort restoranlarının sahibidir), rayonda siyasi tədbirlərin təşkilatçısı, köçürmələrin koordinatoru və vətəndaşlarla işə cavabdeh şəxsdir. Təsadüfi deyil ki, Şahmar İbadova həm də rayonun 2-ci başçısı deyirdilər. Hazırda Şahmar İbadovun vəzifədə olmadığı söylənilir;
Müavin İlqar Mirzəyev – Başçının qohumu (Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevin qardaşı);
Müavin İradə Mahmudova – Başçının şəxsi təqdimatı ilə işə götürülüb- onun işə götürülməsi üçün öz peşəkarlığı və işgüzarlığı ilə karyerada yüksəlmiş Rəşid Ağayev işindən azad edilib;
Hüquq şöbəsi müdiri Firdovsi Cəlilov – Başçının qohumu;
Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov – Başçının qohumu;
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Sadıqov – Başçının qohumu;
Gənclər və idman şöbəsinin müdiri Nəcəf Novruzov – Başçının kirvəsi olan Siyavuş Novruzovun qardaşı oğlu;
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov – Başçının yaxın qohumu və rayonun “qara kassası”dır. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir;
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Nəzərov – Başçının qohumu;
MKTB rəisi Qoşqar Məmmədov – Başçının qohumu və iş ortağı;
1 saylı ərazi dairəsi üzrə nümayəndə Natiq Babayev - Başçının qohumu;
2 saylı ərazi dairəsi üzrə nümayəndə Nürəddin Abbasov - Başçının qohumu;
3 saylı ərazi dairəsi üzrə nümayəndə Elmar Abbasov - Başçının qohumu;
Bələdiyyə sədri və müavinləri – Başçının ailə üzvləri. /hit.az/

"SİZİN DƏ QADINLARINIZ, QIZLARINIZ MƏNİM KİMİ ULAYACAQ..." – Gülər Əhmədovadan inanılmaz sözlər

“Abel Məhərrəmov, etiraf elə, kimin tapşırığı ilə mənim əyani aspiranturada oxuyan oğlumu qovub ömrü boyu unutmayacağı zərbə vurdun? Bir gəncin gələcəyini məhv etdin. Niyə? Neyləmişdi o gənc sənə?”. 
Bunu keçmiş deputat Gülər Əhmədova bildirib. Keçmiş deputat daha sonra Abel Məhərrəmovun onu hakim Yeni Azərbaycan Partiyasından (YAP) xaric etməsindən danışıb:  “Niyə BDU-da uçotda olmaya-olmaya məni YAP-dan çıxardın? Halbuki, Yasamal YAP-ının sədri rəhmətlik Fikrət müəllim "O xanımın YAP-da əziyyəti çoxdur, mən onu çıxarda bilmərəm" demişdi. İsrarla neçə gün dalbadal "Gəlin ərizə yazın, partiyadan çıxın" mesajı göndərirdin.
Mən nə dedim? Dedim ki, mən əqidəmdəm istefa vermirəm. İstəyirsən çıxart.
Həbsdən sonra Cənab Prezidentə müraciət etdim ki, mən adi müəllim işləmək istəyirəm. Kiçik övladım həbsxanaya yanıma gələndə qapıdakı itlərdən, üst-başının aranmasından, mənim həbsimdən ciddi psixoloji sarsıntı keçirib, onunla məşğul olacağam. Sizə məni işlə təmin etmək tapşırıldı”.
Gülər Əhmədovanın sözlərindən aydın olur ki, Abel Məhərrəmova onu işlə təmin etmək tapşırılıb. Keçmiş rektor tapşırığa əməl etsə də, 2 ay sonra Gülər Əhmədovanı işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə çalışıb: “Bu tapşırıq veriləndə 2014-cü ilin may ayı idi. 2 aydan sonra məni 4 prorektorunuz ilə birlikdə kabinetinə çağırıb "İşdən çıxmaq haqqında könüllü ərizə yaz, yoxsa statya ilə çıxaracağam" dediniz.
Nə həbs olunanda, nə də həbsdən azad olunanda ağlamayan mən ağladım, özümə görə deyil, Prezidentimə görə ağladım. Sizin riyakarcasına onu aldatdığınıza görə ağladım. Sizə "Prorektorları niyə bura yığmısınız? Kimə şahidlik edirlər? Bu ölkədə Prezidentdən də böyük kim var ki, onun qərarını pozursunuz?” dedim.
Çox sərt idin, Abel Məhərrəmov, çox. "Yaz, artıq-əskik danışma" dedin. Yazdım. Ona görə yazdım ki, o şərçi-böhtançı it sürüsünü yenə üstümə sala bilərdiniz. Yenə həbs etdirərdiniz, artıq sizin qəddarlığınızı, şər-böhtanlarınızı, bütün ailəmi işsiz-gücsüz qoyduğunuzu, bir ailəni necə məhv etdiyinizi görmüşdüm. Bilirdim ki, özünüzü fövqəlbəşər sayırsınız.
Allah bəlanızı versin.
Mənə, övladlarıma yaşatdığınız bütün əzablar bumeranq kimi sizə qayıdacaq. Sizin də, övladlarınızın da üzünə qapılar bağlanacaq. Sizin də qadınlarınız, qızlarınız sübh namazına kimi mənim kimi ulayacaq.
Siz də utandığınızdan nə həyat yoldaşınızın, nə də övladlarınızın üzünə baxa bilməyəcəksiniz, diliniz qısa olacaq. Deyə bilməyəcəksiniz ki, mən vəfasız, qəddar, mərhəmətsiz, ədalətsiz, qisasçı, naxələf adamlarla yoldaşlıq etmişəm.
Allah var, Abel Məhərrəmov! Var Allah!Əlhəmdülillah!”

Vüqar Biləcərili - Üzün gülər

Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb,
Gözün gülür, qara gözlüm, gözündə güllər açıb.

Dizin-dizin könül ol vadiyi-məhəbbətdə,
Sürünmüsən o qədər ki dizində güllər açıb.

Xəlil üçün odu döndərdi Rəbbi gülzarə,
Təəccüb eylədi Nəmrud, közündə güllər açıb.

O Kərbəladı ki torpaağı ətri-qəm qoxuyur,
Çölündə qanlar axıbdır, düzündə güllər açıb.

Vərəqdi hər açılan gül kitaabi-hüsnündən,
Nə qədri sirri-nihanın özündə güllər açıb.

Gəl ey gül üzlülərin şaahi, yolların bəzənib,
Ayaağın opməyə xaatir, izində güllər açıb.

O lalə üzlü qış ilhaamına bahar gətirib,
Vüqar, səbəb budu sözsüz, sözündə güllər açıb.

Gömrüyün təzəlikcə qoyduğu limitin "Ölkədən xaricə pul axınını dayandırmaq üçün ediblər" deyənlərə

Deməli, Gömrüyün yük maşınları girən bütün terminallarında belə bir qayda var: Buna rus dilində "prastoy", türk dilində "yatılı parası" deyirlər. Bizim dildə heç adı da yoxdur.
Normal ölkələrdə gömrüyə mal gələn kimi onu anbarlara boşaldırlar, yükü gətirən maşın çıxıb gedir, sonra hərə gəlib anbardan öz yükünü götürüb rüsumunu ödəyib gedir. Bizdə isə yox..., maşın içəri girdisə, sən öz malını o maşından götürməyənə qədər o maşın gömrük ərazisindən çıxa bilməz.
Maşınlar da hamısı əcnəbi ölkə maşınları. Məsələn, TIR Türkiyədən yük gətiribsə, sənə nəqliyyat şirkəti 3 gün vaxt verir. Malını 3 günə çıxartdın, çıxartdın... Çıxartmadınsa növbəti hər günə görə 150 dollar verməlisən- maşını gecikdirib artıq saxladığın üçün.
Gürcüstandan və Rusiyadan gələn maşınlar 2 gündən sonra hər sutkaya görə 100 dollar, Avropadan gələn TIR-lar isə 2 və ya 3 gündən sonra hər sutkaya görə 200 avro yazır. Bu pulu Azərbaycan vətəndaşları verir xarici ölkə vətəndaşı olan sürücülərə, nəqliyyat şirkətlərinə.
Bizim gömrükdən isə 3 günə mal çıxartmaq adətən qeyri-mümkündür. Məsələn, sənin malının gömrük tarif kodu 0%-li idxal rüsumuna düşürsə, sənə deyəcəklər "Get bunu 15%-li kodla yaz". Bu o deməkdir ki, sən idxal rüsumu ödəməli olmadığın halda malının dəyərinin 15%-ni sənə məcbur ödətdirirlər.
Allah eləməmiş etiraz etsən, onda sənin özünü bir cinayətkar kimi şübhə altına alıb işi göndərirlər Mərkəzi Gömrük Ekspertiza İdarəsinə ki, "Araşdırın bir görək hələ bu vətəndaş vergidən yayınmaq üçün saxta kod dəyişikliyi etməyib ki?". Ekspertiza idarəsinin cavabı sənə 20 iş günü ərzində vermək haqqı var. Bu isə o deməkdir ki, sənin haqlı olub-olmamağından asılı olmayaraq xarici nəqliyyat şirkətinə hər sutkaya görə 150 dollar pul verməlisən, üstəlik burda qeyri-iş günləri də hesablanır.
Ölkəyə də hər gün müxtəlif sərhədlərdən bəlkə 1000 yük maşını girir. İndi vurun bu 200 avroları, 150 dollarları 3, 5, 10 sutkalara, bir də camaatın ayda-ildə 1 dəfə internetdən 5-10 dollara sifariş etdiyi xırdavata baxın.

 Pavel Polanski

28.08.2020

Belorusiyanı nə günə qoymaq istəyirlər?

Cəmil Şirvanov

Həəə. Demokratiya aşiqləri üçün bir məlumatım var. Belorus müxalifətinin proqramının əsas maddələrindən bəziləri. Yaxın əyləşin. Görün nələr var.
1. Rusiya ilə "İttifaq dövləti" müqaviləsindən, Gömrük İttifaqı, Avrasiya İttifaqı və Rusiyanın dominant olduğu digər ittifaqlardan çıxmaq.
2. RF ilə sərhəd zonalarında sərhəd və gömrük yoxlamasının tətbiq edilməsi.
3. Belorus infrastrukturuna aid obyektlərin RF şirkətlərinə satışına qadağa qoyulması.
4. KİV üzərində dövlət nəzarətini ləğv edib həmin nəzarətin yaradılacaq Koordinasiya Şurasına həvalə edilməsi. Latviya, Litva, Estoniya, Polşa, Ukrayna televiziya kanallarının yayımına icazə verilməsi, Rusiya telekanallarının yayımının qadağan edilməsi.
6. KTMT-dən çıxmaq, RF hərbi bazalarının çıxarılması.
7. Rus dilinin tədricən qadağan edilməsi. Belorus dilinin təhqir edilməsinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi. Ordunun Belorus dilinə keçməsi.
8. Belorus avtokefal kilsəsinin bərpası və kilsəni Moskva pravoslav patriarxat kilsəsinin nəzdindən çıxarmaq.
9. Avropa İttifaqına və NATO-ya üzvlük üçün müraciət edilməsi və üzvlüyə nail olmaq.
İndi gördünüz orda əsas məsələ demokratiya deyil? Absurd planlarla ölkəni məhv etmək istəyirlər. Ağıllı olun. Belorusu Ukraynanın gününə salmaq istəyirlər. Amma bu alınmayacaq. Boş yerə özünüzü yormayın. 
P.S. Azərbaycanın da bu yolla getməli olduğunu düşünənlər ya dünyadan başı çıxmayan biçarə savadsızlardır, ya da Azərbaycanın düşməni!

SSRİ-ni kim və necə dağıtdı. Bütün ölkə kimə işləyirdi

Andrey Fursov “Fulton başlanğıcı” məqaləsində SSRİ-nin dağılma səbəbləri haqda

1987-ci ildə ABŞ-ın xarici borcu 246 milyard dollara kimi artmışdı. 1987-ci ilin 19 oktyabrında Uoll-Strit katastrofik şəkildə alt-üst oldu. Belə vəziyyətdə ABŞ-ı yalnız möcüzə xilas edə bilərdi. Və bu möcüzə Qorbaçovun simasında ortaya çıxdı.  Qorbaçov nüvə bərabərliyinin demontajından başlayaraq hərbi və siyasi arenada SSRİ-nin bütün mövqelərini təslim etdi.
Amma əlavə edim ki, Qorbaçov SSRİ iqtisadiyyatını da məhv etdi. 1987-ci ilin yanvarında xarici ticarətdəki məhdudiyyətlər ləğv edildi – o məhdudiyyətlər ki, SSRİ-nin daxili bazarını çökmədən qoruyurdu. Çünki bu məhdudiyyətlər olmadan SSRİ-nin daxili bazarı xarici bazara nəzərən ərzağa və əhalinin istehlak etdiyi əmtəə məhsullarına olan qiymət bərabərsizliyi ilə bir gün də olsun davam gətirə bilməzdi. Və birdən müəssisələrə və fiziki şəxslərə bütün əmtəələri - ərzaq, xammal, elektronika, enerji, kimya sənayesə məhsullarını, biz sözlə hər şeyi ölkədən ixrac etməyə icazə verildi. Sanki, SSRİ-nin böyük ərazisi üzərindən güclü qasırğa keçdi və ani olaraq ölkədən bütün maddi nemətləri sorub apardı. Ərzaq və sənaye məhsulları mağazalarının rəfləri boşaldı.
T.Karyaqina SSRİ iqtisadiyyatındakı “qara dəlikləri” yalnız 1988-ci ilin oktyabrında aşkar  etdi. Həmin ildə xaricə fiziki şəxslər tərəfindən 500 000 rəngli televizor, 200 000 paltaryuyan maşın aparılmışdı.
Tək bir əcnəbi ailə 1988-ci ildə bunları aparmışdı: 392 soyuducu, 74 paltaryuyan maşın,142 kondisioner.
Yüz minlərlə xarici təşkilatdan yalnız birinin əməkdaşları isə - 1400 ütü,138 tikiş maşını, 174 ventilyator.
Həmçinin:
3500 sabun parçası və 242 kq yuyucu toz – hansılar ki, xalq deputatlarının təkidi ilə guya Sovet insanları üçün pulla alınmışdı.
Bu həmin dövrlər təsadüfən mətbuatda keçən məlumatlardır.
SSRİ-nin saysız-hesabsız gömrüklərinin yalnız birindən təkcə 1989-cu il ərzində fiziki şəxslər tərəfindən 2 milyon tondan artıq defisit məhsullar çıxarılıb.
Krasnoyarsk pambıq-parça kombinatının məhsulları tamamilə çıxarılırdı. Həmin vaxt yaxşı mələfə 5 rubl, yorğan ağı 8 rubl idi.
Hətta “İzvestiya” qazeti həmin günlər ölkənin halına acıyırdı. “Qiymətlər, pul və sosial ədalət haqqında” məqaləsindən: “Bir qayda olaraq, bizdə dövlət məhsullarına olan qiymət bazar qiymətlərindən aşağıdır. Amma bu o demək deyil ki, o bizə ucuz başa gəlir. Bununla belə, heç kim bilmir nə qədər daha keyfiyyətli və ucuz mallar məhz keyfiyyət səbəbindən - piştaxtaya kimi gedib çata bilmir, bilinmir hara gedir. Və bu defisitlər üzərində nə qədər kriminal dollarlar qazanılır”. (22 may 1990-cı il).
Hətta “AiF” qəzeti “Çit və parça hanı?” məqaləsi ilə münasibət bildirmişdi: “1985-ci ildən sonra indiyə kimi görünməmiş eksport partlayışı başladı: xaricə parça tədarükü 3 dəfədən çox artdı, pambıq-parça tədarükü təxminən 4 dəfə, kətan 7 dəfə. Xarici ticarət daxili tekstil bazarının stabilliyini pozan faktora çevrilməyə başladı”.
Özü də “AiF”-də söhbət yalnız dövlət ixracatından gedirdi. Amma xüsusi ixracat dövlət ixracatını çox qabaqlayırdı.
Həm də ixracatın miqyasını müəyyən etmək mümkün deyildi. Elə həmin “İzvestiya” o zaman yazırdı: “Bizim derjava dünyada nadir derjavalardandır ki, orda gömrük statistikası aparılmır”.
QIZIL EHTİYATININ QARƏT EDİLMƏSİ. 21 iyul 1989-cu ildə yeni Gömrük qaydaları ilə SSRİ-dən qızıl və qiymətli daşların daşınmasına olan bütün məhdudiyyətlər götürüldü. Sovet gömrüyünün 70 illik əməyi bir anda məhv edildi.  O zamana qədər görünməmiş miqyasda qızıl daxili bazara atılırdı, sonra isə SSRİ-nin daxili qiymətlərinə əldə edilən qızıl okeanın o tayına aparılırdı.
Həmin dövrlərdə zərgərlik ticarətini “Moskovskiy komsomolec” belə təsvir edirdi: “ Ajiotajın, coşan təbii hadisənin, Dövlət Xəzinəsi hesabına zərgərlik məmulatlarının satışı normalarının dəfələrlə yerinə yetirilməsinin parlaq təsviri... Piştaxtalara hücum, yeni qızıl və qiymətli daşlar tədarükü tələbi ilə Dövlət Xəzinəsinin məktubları ilə topa tutmaq...”
Bu “Sunami hansı istiqamətə gedir?” adlı təsirli başlığı olan məqalədən sadəcə bir neçə sözdür.
O zaman “İzvestiya”dan qızıl və brilliantlara növbə üçün mübarizə  tələb edirdilər: “Dövlətin qızıl ehtiyatı kimi güclü rezervi işə salmaq”.
“Sovetskaya kultura” qızıl daşınmasının yolunda dayanan gömrük kimi baryeri ümumiyyətlə aradan götürməyə səsləyirdi (bax: "Границы без замков", 25.08.90).
Bir müddət sonra Q.Yavlinskiy mətbuatı qızıl ehtiyatının yox olması bəyanatı ilə vəlvələyə saldı. Amma tez də sakitləşdi. Nə qədər qızıl aparılmışdı?
2002-ci ildə iqtisadçı V.A.Qryaznov – Dövlət Xəzinəsinin əsas eksperti – qızıl və qiymətli daşların çıxarılması və bazarının tarixi və dinamikası haqda 3 böyük məqalə nəşr etdi. V.Qryaznovun məlumatları bunlardır: 1985-ci ildə SSRİ-nin qızıl ehtiyatı 2500 ton təşkil edirdi; 1991-ci ildə bu ehtiyat 250 tona kimi azalmışdı; 2250 ton qızıl ehtiyatından əlavə 1986-1990-cı illərdə əldə edilən əlavə 1500 ton da yox olmuşdu!
Məqalələrdən götürülmüş məlumatlardan başqa müxtəlif dövrlərdə qızılın və qiymətli daşların dəyəri haqda geniş məlumatları, dünya ölkələrində onların çıxarılma miqdarı barəsində  mütəxəssis tərəfindən yazılmış ensiklopediyanı da oxuya bilərsiz ki, burda qiymətli metallarla və qiymətli daşlarla maraqlananlar üçün məlumatlar xəzinəsi var.
Qızılı ölkədən çıxarmaq sərfəli idimi? Həmin günlərdə qızılın qramı SSRİ-də təxminən 50 rubl dəyərində idi, amma dünya bazarında qızılın 1 qramı 13 dollar təşkil edirdi (“AiF”, №8, 1990).
Ölkədən qızıl və qiymətli daş çıxaranlar nə “qaymaq” qazanırdılar?
Hazırda qızıl və qiymətli daşların qiyməti bütün mümkün sərhədləri aşıb. Görəsən Qərb SSRİ-dən çıxarılmış qızıllar hesabına nə qədər piylənib?
Müxtəlif “mütəxəssislərin” haqqında xəbər yaydığı "Balçeroviç möcüzəsi" nədir?
Amerika ekspertləri Balçeroviçə istehsalatı və normal ticarəti ixtisara salmağı və xırda ticarəti hər vasitə ilə genişləndirməyi təklif etdilər. Yəni, zəhmətkeş əhalini öz sinfindən uzaqlaşdırmağı və onu “spekulyantlar millətinə” çevirməyi. Bütün bu milyonlarla sinifsizləşdirmə elementləri çəyirtkə sürüsü kimi SSRİ üzərinə uçdular və qopara bildikləri hər şeyi tonlarla ölkədən apardılar – xarici mebeldən tutmuş diş pastası tübikinə kimi.
Həmin günlərdə deputatların Qurultayında diş pastası çatışmazlığına görə dəhşətli skandal və səs-küy qalxdı. Xalq deputatlarının boğazını üzən bu çatışmamazlığın səbəbləri haqda düşünmək ağıla gəlmədi. Onlar sadəcə xaricdən 60 milyon dollarlıq diş pastası almağa qərar verdilər. Bu 60 milyon kimi varlandırdı?
Diş pastalarının gətirildiyi Fransada onun qiyməti 15 frank idi. SSRİ-də isə o 1 rubla satılırdı. Təbii ki, 60 milyon dollarlıq bütün həmin pasta bir anda yenidən xaricdə oldu. Pastaları Polşaya hərəsi 500 tübiklik bağlamalarda göndərirdilər, amma  belə bağlamaların miqdarına məhdudiyyətlər yox idi. Bu bağlamaları  avtomobillərin dolu baqajları ilə aparırdılar. Qatarlarda dolu kupelərlə,  gəmilərin göyərtələrində dolu konteynerlərlə.
Fransa ətirlərini yeşiklərlə sərhədin bu tərəfindən flakonг 40 rubla və digər tərəfindən flakonu 80-100 dollara daşıyırdılar. Daha sonralar Polşadan Almaniyaya daşıyırdılar, amma artıq Avropa qiymətlərinə. Hər şeyi daşıyırdılar və qarışqalar böyük şir bədənindən yalnız çılpaq sümüklər saxladıqları kimi, orada da bu “Balçeroviç piranyaları” Sovet insanlarına boş piştaxtalar saxlayırdılar. Elə bir adda istehlak predmeti – qida məhsullarından tutmuş texnikaya qədər – yox idi  ki, daşınmasın. Bizim gözəl parçalarımız da daşınırdı.
Başqa mənbə. “Leninqradskaya pravda”, 1992-ci il: “SSRİ-də 1990-91-ci illərdə adambaşına illik 38 metr parça istehsal edilirdi.  Onlardan 75%-i dünya kətan parça istehsalını, 16% yun parça, 13% pambıq-parça və 12% ipək təşkil edirdi. Təkcə rəsmi olaraq ölkədən 50% kətan və 42% yun parça çıxarılmışdı”. 
Amma bu rəqəmlərdə ayrı-ayrı fiziki şəxslər tərəfindən çıxarılanlar nəzərə alınmayıb. Onlar isə çəyirtkə kimi qopara bildikləri hər şeyi aparırdılar. Yəni, ölkədən xaricə daşınma total 100 %-lik idi! Ərzaqlar daşınırdı.
YAĞ DAŞINMASI. SSRİ dünya kərə yağı buraxılışının 21,4%-ni istehsal edirdi (SSRİ əhalisi isə dünya əhalisinin 4,88%-ni təşkil edirdi). Yağ istehsalı artmağa davam edirdi, amma daşınma nəticəsində yağ üçün talonlar meydana çıxdı. Bir SSRİ sakini üçün kərə yağının miqdarı Britaniyadakından 26% çox idi. Böyük Britaniyaya kərə yağı tədarükü aparılmırdı, amma London mağazalarında var idi. Sovet kərə yağı Afrikaya, məsələn, Efiopiyaya göndərilmirdi, amma Ədis-Əbəbə-də Sovet kərə yağı satılırdı. Və əlbəttə ki SSRİ-də olduğundan 4 dəfə baha qiymətə.
ƏT DAŞINMASI. 1991-ci ildə ət istehsalı dünya səviyyəsinin 11,7%-ni təşkil edirdi. SSRİ-də ət istehlakı onun istehsalından 668 min ton aşağı idi. Amma vəziyyət daha pis idi. Bu rəsmi statistika məlumatlarıdır. Həmin illərin statistik tələsi də məhz bundan ibarət idi. Statistika ərzaq mağazaları üçün anbarlara göndərilən bütün yağ və əti SSRİ daxilində istehlak olunan hesab edirdi. Yağ və ət satışında heç kim pasport tələb etmirdi, və ona görə də SSRİ-də alınmış, amma onun hüdüdlarından kənara daşınanlar guya Sovet xalqının rifah halını yüksəldirdi. Axı ticarət üçün nəzərdə tutulmuş çox tonlarla yağ və ət mağazalardan yan keçərək birbaşa anbarlardan çıxarılırdı və SSRİ-dən xaricə aparılırdı – dənizdən konteynerlərlə, quru ilə qatarlarla, avto nəqliyyatla, havadan təyyarələrlə. Statistika isə hesab edirdi ki, bütün bunları Sovet xalqı yeyib.
Niyə kapitalistlər hələ də fəğan edirlər ki, Qaydar “ölkəni aclıqdan qorudu”?! Çünki o həmin yağa olan qiyməti elə qaldırdı ki, kiçik alverçilər üçün onu ölkədən daşımaq əlverişsiz oldu (kiçik olmağına kiçik alverçilər idilər, amma çəyirtkə kimi bir sürü idilər).
Pavlov bəzi çatışmayan  malların qiymətlərini faizin az bir hissəsi qədər qaldırmağa çalışdı – heç nə də qalxmadı! Yəni, kütləvi daşınma SSRİ-ni məhv etməkdən başqa, qaydarları və şaxrayevləri hakimiyyətə gətirən mexanizmlərdən biri idi. 80-cı  illərin sonu 90-cı illərin əvvəllərində hər şey yox oldu: corablar və soyuducular, mebel və ütülər, televizorlar və bişqablar, mələfələr və paltaryuyan maşınlar! Kolbasa və  balıq, şəkər və yarma – hamısını hücum çəkmiş çəyirtkələr yedi! Alüminium qazançalar, kasalar, qaşıqlar - ən çox enerji sərf edilmiş və ekoloji təmiz olmayan hazırlanma mərhələsini keçmiş ucuz və qiymətli xammal daşınırdılar.
Tülkülər-daşıyıcılar Sovet iqtisadiyyatının vaxtilə ən güclü gəmisini çürüntüyə çevrilənə kimi yedilər. Və 1991-ci ildə o süqut etdi.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Bizim sağçı-liberalların hakimiyyət dəyişikliyinə dəstək verdiyi hansı ölkədə yaxşılığa nəsə gedib?

"Azadlıq radiosu"nun yaydığı şəkillər...
Minskdən...
Həqiqətdə isə onları rəngləyib, şəkillərini çəkiblər... Qan deyil, kraskadır.
(Əlbətdə, orda güc strukturları ilə dalaşmada hər iki tərəfdən yaralananlar olub, amma o yaralananların vəziyyəti "Azadlıq radiosu"nu, digər imperialist mətbuatını qane etmir ki, bu cür yalana əl atırlar).
"Azadlıq radiosu" öz ampluasındadır. 20 Yanvar faciəsinin sabahı "25 min insanı öldürüb, cəsədlərini dənizə atıblar" yalanını utanmadan yayan mətbuatdır...
Suriyada çəkdiyi kinoları həqiqət kimi dünyaya yayan "ağ dəbilqəliləri" yəqin ki xatırlayırsınız.
Bilirsiz biz niyə bunlara məğlub oluruq?
Əsas səbəblərdən biri elə budur - onlar üçün ləyaqət və şərəf anlayışı boş şeydir. Mənəvi qəhbədilər... Gebbelsin mənəvi övladları... Yalan və böhtan danışmaqdan qətiyyən çəkinmirlər. Bİz öz həqiqətlərimizlə bu qədər yalanla, böhtanla necə baş edə bilərik?!
Onların bir yalanını ifşa etməyə macal tapmamış milyonlarla digər yalanlar səpilir başımıza...
"Qərbçi musavatçı" dediyim Azərbaycanın qərbçi sağçı-liberalları niyə görə həmişə ABŞ-ın istədiyi dövlət çevrilişlərinə sevinirlər, dəstəkləyirlər?
Yaxşı, tutalım ki həmin o sağçı və liberalların arasında sadəlövh olanlar da var, təsir altına düşürlər, səhv edirlər... Ki hamımız ömür boyu səhvlər edirik... Amma bu dövlət çevrilişlərindən sonra bir özlərinə sual vermirlər ki: Fayda oldumu?
İraq xalqı daha da xoşbəxt oldumu?
Liviya?
Ukrayna?
Bizim sağçı-liberalların hakimiyyət dəyişikliyinə dəstək verdiyi hansı ölkədə yaxşılığa nəsə gedib?
Yənı bu adamların azacıq da olsa vicdanı yoxdur ki, öz seçimlərini sorğulasınlar?
İndi də düşüblər Belarusun üstünə...  Yənı bu adamlar heç anlamırlar ki, belorus xalqına zərər verirlər?
Nə deyim, əgər belorusların bir qismi anlamırsa, bizim sağçı-liberallardan nə gözləyəsən?!
1988-1991-ci illərdə meydanlarda, küçələrdə Xalq Cəbhəsinin, Nemət bəyin arxasınca gedən işçilərə, zavod fəhlələrinə cəmi bir neçə il sonra sual versələrdi ki, "zavodlarınızın, müəssissələrinizin bağlanmasından peşman deyilsiniz ki?" - mütləq əksəriyyəti it kimi peşman olduqlarını deyərdilər. İndi Belorusda da o ağılda işçilər var. Çox yaxşı bilirlər ki, müxalifət namizədlərinin hamısının proqramında özəlləşdirmə var. Yənı bu işçilərin hamısı, ən azından çoxu bir neçə ilə işsiz qalacaq, amma bunu anlamırlar. Çünki beyinlərini "azad seçki", "azadlıq" sözlərilə doldurublar. Anlamırlar ki, qulağa xoş gələn bu ifadələrin yanında işçi üçün ən vacib olan söhbətlər olmalıdır. İş saatı azaldılacaqmı? İş yerləri saxlanılacaqmı? Təqaüd yaşı azaldılacaqmı? və s...
İşçinin sosial həyatını əhatə edən, işçi haqqlarını ifadə edən söhbətlər yoxdursa, deməli "azad seçki" ancaq hansısa imperialist və kapitalist dairələrə öz qara və çirkli işlərini həyata keçirmək üçün bəhanədir.

Akşin Sultanov

SSRİ-də azərbaycanlı kəndli həm Türkiyədəki, həm də İrandakı kəndlilərdən min dəfə yaxşı yaşayırdı

Azərbaycan kəndələrindən biri - 1926-cı il.
Sovet hökumətinin qurulmasından cəmi 6 il keçir. Hələ təzə kəndlilər azadlığa çıxıb, onlara torpaqlar verilib...
Sovet hökumətinə qədər bizim kəndlilərin demək olar ki hamısı belə evlərdə, komalarda yaşayıblar. Hətta bundan pisində. Azərbaycanlı kəndli öz bəyinin köləsi idi.
Cənubi Azərbaycandakı (İrandakı) kəndlilərin dəhşətli həyatından məqalə paylaşmışdım. Çox güman ki, heç kim oxummayıb. Lazımdır. Oxumaq lazımdır. Ki anlayasan. Hələ burda, Çar Rusiyasının tərkibində yaşayan azərbaycanlı kəndli Cənubdakı azərbaycanlı kəndlilərlə müqayisədə kefdə idi...
Oxuyun, anlayın, görün türk oğlu türk Qacarlar ölkələrinin bütün sərvətini necə Britaniya kapitalistlərinə vermişdilər, camaat isə itin zülmünü görürdü... Yənı, müsavatçıların lənət oxuduğu həmin o işğal - çar Rusiyasının Qacarlardan işğal etdiyi xanlqılar - olmasaydı, bizim əcdadlar da eyni zülmü görərdilər.
Çar Rusiyasında yaşayan azərbaycanlı kəndlilərin vəziyyəti isə belə idi - bu şəkildəki kimi. Yənı ən yaxşı halda belə. Və məhz buna görə də azərbaycanlı kəndlilər onları ot tayasına yığıb yandıran müsavatçıların deyil - bolşeviklərin arxasınca getdilər...
Bir neçə il sonra SSRİ-də kollektivləşmə başlayacaq, kolxozlar yaradılacaq, və belə evlə qalmayacaq.
1980-lərdə Azərbaycan SSR-də danışırdılar ki, İranda camaat torpaq evlərdə, torpağın içində olan komalarda yaşayır... İnandırıcı gəlmirdi... Halbuki inanmaq lazım idi. SSRİ-də azərbaycanlı kəndli həm Türkiyədəki kəndlilərdən, həm də İrandakı kəndlilərdən min dəfə yaxşı yaşayırdı.
Bəs indi?
İndi bütün Azərbaycan kəndləri Rusiyadan gələn pullarla nəfəs alır. Rusiyadan bircə ay pul gəlməsə, kəndlər nəfəssiz qalar.

Akşin Sultanov

27.08.2020

Sirlər açılır: YAP-ın ilk Siyasi Şurasında Ramiz Mehdiyev yox idi

“Ramiz Mehdiyev məni məhkəməyə verməsə, o zaman mən qanuni hüquqlarımdan istifadə edərək məhkəməyə müraciət edəcəm”.
yenisabah.az xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından sayılan Maksim Musayev deyib. Qocaman YAP-çı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin onu məhkəmə ilə hədələməsini anlaşılmaz addım hesab edir. “Mən başa düşmürəm bu niyə belə edir? Mən həqiqəti demişəm, amma o məni məhkəməyə verəcəyi ilə hədələyir. Üç gün vaxt vermişəm, buyursun məhkəməyə müraciət etsin. Səbrsizliklə gözləyirəm”, – deyə Maksim Musayev vurğulayıb.
O əlavə edib ki, Ramiz Mehdiyev onu məhkəməyə verəcəyi təqdirdə maraqlı açıqlamaları olacaq. “Amma mən düşünürəm ki, o sadəcə boş hay-küy salır. O boş boçkaları dığırladanda necə gurultulu səs edirsə, bu da o cürdür. Sadəcə guya camaatı imtahan edir”, – deyə qocaman YAP-çı əlavə edib.
Maksim Musayev AMEA prezidentinin özünü mərhum dövlət başçısı Heydər Əliyevin silahdaşı kimi təqdim etməsinə də münasibət bildirib: “Biz o vaxt partiya yaradanda bu adam ortada yox idi. Mən o dövrlərdən danışıram ki, onda hələ yaradacağımız partiyanın adı belə müəyyənləşməmişdi. Eləcə Heydər Əliyevin partiyası deyirdik. Bax, həmin vaxt bu Ramiz Mehdiyev partiyaya qoşulmadı, əksinə onun yaranmasına altdan-altdan mane olmağa çalışdı. Ümumiyyətlə, o, həmişə altdan-altdan işini görüb. Mənə həmin vaxt bir hörmətli şəxs zəng vurdu. Adını çəkməyəcəm. Dedi get Ramiz Mehdyevlə görüş, ona de ki partiyanın yaranmasına mane olmasın, aləmi qarışdırmasın, əksinə təşkilata gəlsin. Mən onunla Şəhidlər Xiyabanı tərəfdə görüşdüm. Bir az da qorxaq adamdır, tez-tez ora-bura baxırdı. Dedim ki, qorxma. Nə isə mənə deyilənləri ona çatdırdım, amma nə qədər elədimsə, partiyaya qoşulmaqdan imtina etdi. Bir ay keçdi, yenə zəng vurub dedilər ki, get onu başa sal. Beləliklə, mən onunla iki dəfə görüşdüm, amma razı sala bilmədim. Sonra necə gəldi partiyaya, heç bilmədik. Təsəvvür edin, YAP-ın ilk Siyasi Şurasının 51 nəfər üzvü olub. 90-cu illərin sonuna qədər həmin heyət qalıb. Sonra Ramiz Mehdiyev yeni siyahı təqdim etdi. İndi baxıram Siyasi Şuranın 80 nəfər üzvü var. Bu 80 nəfərin çoxu vaxtilə bizim əleyhimizə işləyənlərdi. Açıq-açığına bizimlə mübarizə aparırdılar. Adlarını çəkmək istəmirəm, çünki hazırda onlar çox böyük vəzifələr tutublar, çox böyük var-dövlət sahibidirlər. Eyni zamanda baxıram indiki Siyasi Şuranın üzvləri arasında qohumlar da var. Bunun hamısının siyahısını tutan Ramiz Mehdiyev olub. Ramiz Mehdiyevin özü də Siyasi Şuranın üzv idi. Buna sual vermək lazımdır ki, bəs biz partiyanı yaradanda sən harada idin?”

Азербайджанские евразийцы праздновали День государственного флага России

Руководство и активисты Азербайджанского евразийства организовали торжество посвящённое Дню государственного флага Российской Федерации.
Для гостей была организована музыкальная программа, работала полевая кухня, раздавали георгиевские ленточки. На протяжении всего мероприятия к одежде посетителей акции крепили государственную символику России.
Заместитель председателя Евразийского Движения Азербайджана Ибрагим Гумбатов поздравил участников мероприятия.
- Россия является нашей исторической Родиной. Многие азербайджанцы связали свою судьбу с Россией, поэтому у них – две родины и одна судьба. Этот праздник имеет огромное значение для молодежи, для нашего подрастающего поколения, для его воспитания в духе патриотизма, идеи единения, межнационального мира и согласия. Флаг, герб и гимн – основные государственные символы Великой России, атрибутика её государственности, которую каждый из нас обязан знать и уважать. Мы считаем это очень важным. Флаг России представляет полотно с горизонтальными полосками трех цветов. Белый цвет говорит о благородстве русского народа, красный – о мужестве и силе воли, а синий – умении терпеть, любить и быть преданными. Еще раз сердечно поздравляем всех с этим замечательным праздником, — отметил И.Гумбатов.
Кульминацией встречи стало прослушивание гимна России.
- Пусть гимн великой России, который мы прослушали, наполнит сердца наших людей радостью, жизнелюбием и откроет им двери для веры, послужит началом многих добрых дел. Сейчас происходит возрождение Русской имперской мысли в Азербайджане. Люди видят в России наше спасение. И мы с вами верим, что снова присоединимся к великой России. Слава России! – отметил поэт Агиль Адилоглы.

Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar

“Ramiz Mehdiyevin nəvəsinə karantin vaxtı toy etdiyini eşidəndə və məclisdən videonu görəndə bir daha əmin oldum ki, onun barəsində bu günə qədər dediklərimdə yanılmamışam”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AMEA prezidentin Ramiz Mehdiyevin nəvəsinə toy etməsi, həmin məclisdə vəzifəli şəxslərin iştirak etməsi haqda danışarkən bildirib.
H.Hacıyev qeyd edib ki, R.Mehdiyev ölkədə dövlət içində “dərin hökumət” yaradır və prezidentə xəyanət edir: “Mən həmişə bunu deyirdim və bu gün baş verənlər sözlərimi növbəti dəfə təsdiqlədi. Üstəlik, keçmiş rektor Abel Məhərrəmovun ona yaltaqlanması, ucuz, yersiz sözlər deməsini, tost söyləməsini görəndə çox üzüldüm. Biz Qərbi Azərbaycanlılar bu cür məddahlığı bəyənmirik. Və bu məclisdə Ramiz Mehdiyev prezidentə hörmətsizlik, saymazlıq göstərib, qanunları saymadığını nümayiş etdirib”.
MMP sədri deyib ki, kimsə 5-10 nəfərlə nişan keçirəndə, yaxud ad günü təşkil edəndə dərhal həmin məclisin təşkilatçıları və iştirakçıları saxlanılır, inzibati qaydada məsuliyyətə cəlb olunur, cərimələnir: “Mən istərdim ki, bizim hüquq-mühafizə orqanlarımız bu məsələyə göz yummasınlar. Xahiş edərdim ki hörmətli Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri cənab Vilayət Eyvazov göstəriş versinlər, ciddi tədbir görülsün. Hesab edirəm ki, Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar. Həmin toy mərasimində bütün karantin qaydaları pozulub, heç bir sosial məsafə gözlənməyib, üstəlik, toy keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə qadağan edilib. Həmin məclisin təşkilatçıları və iştirakçıları demək istəyirlər ki, bizim dövlət rəhbərini, Azərbaycanın qanunlarını saymırıq”.
H.Hacıyev əlavə edib ki, bu hadisə xalqı prezidentin üstünə qaldırmağa hesablanmış təxribatdır: “Cənab prezident həmin şəxslər barəsində tədbir görməlidir. Məclisdə olanlardan vəzifədə olanı işdən azad edilməlidir, vəzifədə olmayanlar isə prezidentə qarşı oyunda yer alanlardır. Bu, Ramiz Mehdiyevin dövlət başçısını saymamasıdır, mənəm-mənəmlikdir, heç kəslə hesablaşmıram, “mafiya babasıyam” deməkdir, “Eldar Həsənov da mənimlədir” mesajıdır. Mən bundan qabaq da müsahibəmdə bildirmişdim ki, Ramiz Mehdiyevin çöldə qalması cinayətdir. Yəni onu dindirsələr, nə oyun qurduğu üzə çıxacaq. Əks halda belə fikir formalaşacaq ki, ölkədə qarışıqlıq yaratmağa hazırlaşır. Belə çıxır ki, qanun kasıb üçündür. Necə olur ki, prezident bütün qaydalara əməl edir, amma bu adamlar qanunları saymırlar. Bu gedişlə biz partiya olaraq Ramiz Mehdiyevin təxribatçı hərəkətlərinə etiraz olaraq icazəli aksiyalara başlamalı olacağıq”. /reportyor.info/

“Qaydaların pozulması və bunun acı nəticələri hər kəsə dərs olmalıdır” – Prezidentdən SƏRT ÇIXIŞ

“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.
Bunu Prezident İlham Əliyev avqustun 24-ündə Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq. Ona görə siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.

Ermənistan 7 rayonu qaytarmağa "hə" deyib, sənədə imza atıb

Son günlər Ermənistan cəmiyyəti öz liderləri timsalında müxtəlif mənəvi zərbələr almağa davam etməkdədir. Nikol Paşinyanın prezident İlham Əliyevlə danışıqlarda rayonların azad edilməsi ilə bağlı müzakirələr aparması, lakin erməni ictimaiyyətinə Azərbaycanla dialoqun məğzi ilə bağlı tamamilə başqa məlumatları verərək vətəndaşlarını aldatmasının ardından, Serj Sarkisyanın da 2015-2018-ci illərdə xalqına yalan danışdığı məlum oldu. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ötən həftə mətbuat konfransı zamanı 2016-cı ilin aprel hadisələrinə toxunmasının ardından düşmən ölkədə Qarabağ danışıqlarının detalları və aprel hadisələrinin pərdəarxası mənzərəsi haqqında qarşılıqlı mübahisələr pik həddə çatıb.
Ötən həftə sonu Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Samvel Babayan, hansı kı vaxtiylə Qarabağ döyüşlərində iştirak edib və Sarkisyanın silahdaşlarından biri olub, Ermənistanın eks prezidentini ifşa edib. Babayan Ermənistan mətbuatına açıqlamasında deyib ki, Serj Sarkisyanın nə deməsindən asılı olmayaraq, Ermənistanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olub və onun əlində bunu təsdiq edən sənədlər var. O bildirib ki, Sarkisyan 7 rayonu heç bir şərt qoymadan qaytarmağa hazır idi. Mövzunu davam etdirən Babayan Ermənistan ictimaiyyətinə müraciət edərək aşağıdakıları deyib: “Sarkisyanın danışıqlar prosesi ilə bağlı nə dediyindən asılı olmayaraq, əlimizdə aparılan danışıqlar barədə sənədlər var. Həmin sənədlərdə aydın dillə yazılıb ki, əvvəlcə Dağlıq Qarabağ ətrafında yerləşən 5 rayon, bir müddət sonra daha 2 rayon Azərbaycana qaytarılır. Sonra Laçın dəhlizi onlara verilir, amma Sarkisyan bunun qarşılığında Dağlıq Qarabağın yekun statusu barədə danışıq aparmayıb. İndi soruşmaq istəriyəm, bu güzəşt deyilsə, yox... bu satqınlıq deyilsə, nədir?”
Əslində Samvel Babayanın dedikləri məlumun elanıdır. Doğrudan da həmin vaxt Rusiyanın vasitəçiliyi ilə intensivləşən Qarabağ danışıqlarında ortada Lavrov planı adlanan konkret sənəd olub - yenilənmiş Madrid prinsipləri. İlkin mərhələdə Ermənistan 5 rayonu boşaltmalı idi, sonrakı 5 il müddətində Kəlbəcər və Laçın qaytarılmalı, azərbaycanlı məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı idilər.
Samvel Babayan Serj Sarkisyanı ifşa etmək üçün danışıqlarla bağlı gizli sənədləri üzə çıxara biləcəklərini, amma bunun ölkənin milli maraqlarlına ciddi zərbə olacağını əlavə edib.
Aprel döyüşlərinə toxunan Babayan prezident İlham Əliyevin prinsipial mövqeyindən də danışıb. Onun çıxışından məlum olub kı, Köçaryan dönəmində olduğu kimi Sarkisyanın da ölkə prezidenti kimi apardığı danışıqlar zamanı İlham Əliyevin konkret şəkildə ortaya qoyduğu istəklər reallaşmaq üzrə idi. Bu isə o deməkdir ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi ilə üst-üstə düşən detallar nəinki müzakirə predmeti idi, hətta faktiki olaraq artıq həllini tapmaq üzrə idilər. Burada xüsusiylə vurğulamaq lazımdır kı, danışıqlar masasında hələ vaxtiylə Köçaryan zamanında qəbul edilmiş və hal-hazırda da danışıqlar masasında yeganə sənəd olan Madrid prinsipləri münaqişənin məhz Azərbaycanın istədiyi kimi mərhələli həllini (Ermənistan uzun illər idi ki, münaqişənin paket həllinə səy göstərirdi) nəzərdə tutur.
Yeri gəlmişkən, müxtəlif mənbələrdən aldığım məlumatlara görə, Samvel Babayanın iddia etdiyi kimi, 2016 cı ilin aprel döyüşləri zamanı Prezident İlham Əliyev Moskvaya zəng etməyib. Həmin vaxt Moskvadan edilən zəng zamanı prezident İlham Əliyevdən götürülmüş ərazilərin qaytarılması və hərbi əməliyyatların dayandırılması istənilib. Lakin İlham Əliyev geri qaytarılmış torpaqların qaytarılması məsələsinə qətiyyətlə yox cavabı verib və bunun müzakirə mövzusu olmadığını deyib. İlham Əliyev bir daha öz prinsipiallığını, qətiyyətini nümayiş etdirib və göstərib ki, heç bir qüvvənin təzyiqi onu mövqeyini dəyişməyə məcbur edə bilməz. İlham Əliyev həmişə olduğu kimi bir daha göstərib ki, Azərbaycanın milli maraqları onun üçün müqəddəsdir və toxunulmazdır. Eyni halı, biz ən son düşmənin Tovuz təxtibatı zamanı Prezident İlham Əliyev tərəfindən Serbiya, Rusiyaya qarşı göstərdiyi yanaşmada da görmüş olduq.
Göründüyü kimi, vaxtilə Serj Sarkisyanın Ermənistanın müdafiə naziri postuna gətirilməsində müstəsna rolu olan hərbi-cinayətkar yoldaşı Samvel Babayan da onun iddialarının yalan olduğunu bildirir və qeyd edir ki, ortalıqda işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı konkret sənəd olub.
Əslində hal-hazırda da, Ermənistan Baş nazirinin apardığı danışıqlarda bu konkret sənəd müzakirə olunur: münaqişənin mərhələli həlli, işğal altındakı ətraf rayonların qaytarılmasını nəzərdə tutulur. Bir neçə ay öncə Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bunu təsdiq etmişdi...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, s.e.n, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

26.08.2020

FACEBOOK-DA BAKI KƏNDLƏRİNİN QANUNLARINDAN YAZDILAR

Facebook.com sosial şəbəkəsində Mamed Bakinskiy adlı istifadəçi Bakı kəndlərinin qanunları barədə yazıb.
Həmin statusda deyilir: “Bakı kəndlərinin özünün yazılmamış qanunları var... Bu belə şeylərdir ki, onu ancaq bakılılar bilər ki, bu olmaz. Bunlar hansılardı, nələrdi?”
Statusun altına oxucular (xüsusən Bakı əhli) maraqlı kommentlər yazıblar.
Həmin kommentləri sizə təqdim edirik.

Nadir Aliev: BİZ - İMAM HÜSEYN AŞİGİYİK. BİZ - DÜZƏ DÜZ DEYƏRİK, ƏYRİ DEMƏRİK. BİZ - GİRYƏT NAMUSUMUZU GORUYARIG . BİZ - HARAM ŞEYLƏR ELƏMƏRİK. BİZ ÖZQƏNİN HAGGINI YEMƏRİK.
Lamiya Babajeva: Men iki il bunnan qabag Suraxanida bir dayday taksi dayanmishdi.. dedim qebr ustune apararsiz?? Dedi apararam, ele kendin icinde.. qayidanda dedim ne qeder?? Dedi biz qebr uste gedene qimet demirik, ne verersen veresen.. o deq bildim ki kohne koshilerdendi.. lezzet eledi.
Nailya Xelilova: да дорогая мы кохна адамларыг. Bas na bacim albatta belada olmalidir Allah kohna tarbija adamlarini sahlasin, Sovet adamijig
Tarlan Mamedov: Ağsaqqala hörmət Salam verib Salam almaq ədəb ərkan böyük danışan yerdə kicik susar danışmaz. Qulluga göndərəndə həy hüy eləməz cannan başnan qulluqa gedər. bir insana kömək edəndə axıra qədər edər. mənnən bu qədər ardı gəlsün.
Rovshen Memmedov: Kendlere geden avtobuslarda kişiler arxada oturardılar, evde kişi yoxdusa heyite girmezdiler, meleden keçende her kes tanımasa da salamlaşardılar, palatka toylarında qadın toylarında kenar kişiler palatkaya yaxın gelmezdiler... uşagı ata baba böyük yanında qucaga almazdılar.....
Bahadir Quliyev: Başqasinin qapisini döymemiş başivi iceri sala bilmezsen. evde bile maykayla şortikle uşaqlarin yaninda gezmirik.
Amil Memmedov: EVİN KİŞİSİ EVDE OLMASA EVE GİRMƏZDİLƏR. AVTOBUSA KİŞİLƏR MİNƏN QAPİDAN ZƏNƏNLƏR MİNMƏZDİ VE S.
Sevil Bayramova: məclislərdə kişi qadın ayrı otururlar. bazara gəlin buraxmazlar. qapıya qadınlar başqa maşınla gəlməzlər.
Rena Memmedova: Cox seylerdiye hansin sayag. Qiz nisanlansa da oglan eve gele bilmez. Qwrdesi icaze vermese gorusmey yoxdu. Heyte kimse geldise qiz usagi, ya gelin baura cixmamalidi. Kisi bir seye dedi yox, demeli yox. Coxduye bu hele balaca hisesidi yazdim
Elshen Shahverdiyev: Kandarda salamlawmazlar qapiya kimse gelende kiwi cixar qabaqina qapiya alt paltarda gece saat 3 de olsa gelen qonaqin qabaqina geyimli cixarlar coxdu wertler qonaq gelende mizin dovresinde oqul uwaq oturmaz.
Nərgiz Fərəcova: Bizlərdə yəni Bakı kəndlərində. Qız toyu ayrı olardı oglan toyu ayrı. Qız nişanlısıynan görüşə bilməzdi Ayıb sayılardı. Qızdar ər evinə gedincə qaşlarına əl vurmazdı. İndi bilinmir qız hansıdı gəlin hansı. Kişilər ümümiyyətlə qadınlar olan tərəfədən kecməzdilər. Elə qadınlar da. Böyüyə cox hörmət vardı. Agsaqqal Agbirceylər söz diyəndə onlara hörmətnən qulaq asardılar. Cox qayda qanun vardı. Avtobusa kişilər qabaq qapıdan minmirdi. Minən olsa o sàat bilirdilər ki gəlmədi. Nə isə...
Vuqar Mahmudov: Tək bir söz: Bakının yaraşığı elə tək bakılılardadır.
Dəniz Azəri: Böyüylerin yanında qucağa uşağ götürmey, siqaret çekmey, içki içmey, söybete qoşulmey ayıb sayılardı, xınayaxtıda bey, vopşe kişi xeylağı o həndəvərdə ğörsənmezdi, məhlədə qadın keçəndə kişilər söbetdərın kesərdilər, sallağı oturseydilər o deyqə ayağa durardılar, qadınlar çalışardı kişilər yığışan yerden keçmesünlər, küçədə danışanda qadının sesi gəlmezdi, küçədə tum çırtdamağ ayıb sayılardı və sairə...
Неля Дадашева: Dəniz Azəri, lap uşaqlığım yadıma düşüb!
Dəniz Azəri: Неля Дадашева, caan mənim də😘
Фидан Мусаева: Avtobusa kişilər arxa qapıdan minib düşərdilər)) və evə qadın qonaq gələndə evin kişisi demək olar evdən çıxıb gedirdi, yəni ta qonaq çıxıb gedənə qədər. Küçə qapısı döyüləndə içəridən cavab verilərdi qadınlar qapıya çıxmazdılar.
Gulya Gulya: Bakıda a4anın yox dediyi elçiyə heç kəs qarışmazdı. Qız qoşuldu qaçdı-nə deməkdi? Onun başı üzülərdi. Toyxanaların ətrafına gecə tamaşa etmək üçün yığışan qız gəlinnər səslərini çıxarmazdılar ki, sərpayı gəlib oları qovar. Sərpayı da gələndə kosinkalarını üzdərinə çəkərdilər ki kimin kim olduğu bilinmesin. Evdə kişi qonağı olanda qız gəlin ora girib çıxmazdı, evin uşağı podavat ubirat edırdi. hə bir də 8nu deyim, kişilər papağsız, qadınnar yaylığsız küçəyə çıxmazdı.
Aynura Ehmedova: rehmetlik nenem mene seliqe oyrederdi hemise deyerdi: Ağə əyibdü adam seliqalı olar başunda qalar saba öylərdə üzun dannanar.
Sekine Isayeva: Razlyam Sizinle 1000 faiz onlarl ancaq temiz Bakılılarım bilir.
Svetlana Mamedova: Ele ne cixir olardan cixir.
Nahid Gülmalıyeva: Anam bizi qonaqla bir sufreye oturmaqa icaze vermezdi... boyuklerin daniwiqina mudaxile ede bimezdik. babamin yaninda atam bize siqal cekmezdi...
Seva Sadiqova: Eve qonaq qelerse kiwiler ayri otururlar bawqa otaqda xanimlar bawqa. Qadinlar küceye yiqilmaz yani kucede oturmaz. Er arvad gol-qola qirib qezmez kend yerinde. Xanimlar qisa, aciq-saciq ya wortik qeyinmez. Qiz qelin köcende fatanin üstünnen qirmizi duaq, ya qirmizi kasinka örtürler ki kendin kiwileri görmesun qelinin üzünü ayibdi.
Ирада Мамедова: Gəlin üçün həftə hamamı (7 gündən sonra) keçirərlər.
Baku Azerbaycan: Qaydalar coxdu.ve bizim ailede hamisina riayet edir.Cox ciddi.
Надир Кулиев: ogul atasinin yaninda oz uwagini qucagina almazdi, beyuk otaga daxil olanda - ayaqa qalxardi.
Гулсум Алиева: qonşunun arvadi gozu qaynasa da kişilər ona baxmagi biqeyrətlik sayilirdi.
Аделя Рзаева: Bizim vaxtimizda qizlari gozleri qaynamirdi indi qizlarin gozu yox her yeru qayniyir.
İradə Shukurova: Xorəyin başını kişiyə tökərdilər nənəm deyərdi ərin gohuma özunkindən daha yaxşı bax səninki kecər onlar yox.
Leyla Isayeva: Vallahi billahi aileden cox wey asilidur qizin gozunun qaynamasi bu dovrde de qiz boyudurem terbiyeli aqilli qayda qanuna riayet eden uwaqi gerek belekde terbiyelendiresen sonra gec olur ohtesinden gele bilmir bezi valideynler anam rehmetlik terbiyemizi nece veribse yawli qadinam hele de artiq eskik daniwmaqi xowlamiram uwaqlarima da o cur terbiye vermiwem yerlerini bilirler perde var aramizda (biz bakililar beleyik).
Tamilla Alizade: EVDE KİŞİ OLMAYANDA KİŞİ XEYLAĞI QAYIDIB GEDERDİ. YOLDA TANIŞ QADINI GÖRENDE ADINI ÇEKMEZDİLER. OĞLAN UŞAĞININ ADINI DEYERDİLER Kİ QADIN GERİ DÖNSÜN... YA QADININ ERİNİN YA OĞLUNUN ADINI ÇAĞIRARDILAR.
Aliyeva Sevda: Kişilər avtobusa arxa qapıdan minib, arxa oturacaqda oturardılar. Qadınlar isə ön qapıdan minərdilər, arxada yer boş olsa da oturmazdılar.
İbrahim Huseyinli: Birin diyimde salam meleyki.
Peri Zalova: Biz ve balalarim kucede yashli adam qorende Salamaleykum deyirik. amma coxsu sorushur meni hardan taniyirsan, deyirem bir boyuk kimi salam verirem.
Тамилла Гарашова: Mənim anamın 5-ci uşagı olanda, babamın üzünə 40 gün çıxmadı. Dedi ayıbdı belə olmalıdı. İndikilər üzr istəyirəm hamilə gəlinlər az qalır qarınlarını adamın gözünə soxsunlar. Enli paltar geyirdilər bilinməsin. İndi şalvar geyirlər özü də kombenizon. Abır həya yoxdu.
Tural Mamedov: Kiminse qapisi aciq qalanda kecende o heyete baxmazdilar
Mamed Bakinskiy: Tural Mamedov, sağol qədeş həlal olsun buni gozdiyirdim👍
AliAbbas Kerimov: Bakılılar ümumiyətlə qadin xeylağlarna başın qaldırıb, heç vaxt baxmazlar.
Гулсум Алиева: həəə
Гюляр Ахундова: Qadini caqiranda hec vaxt adam yaninda adini cekmezler.
Ewqi Kerbela: Qiz uwaglari aile qurmamiw uz qaw aldirmazdilar toylarda qiz uwagi gelinen secilerdi. Indi MasaAllah bilmirsen gelin kimdi qiz kimdi.
Sekinexanım Ferecova: Böyük kiçik yeri vardı.
Аделя Рзаева: Atam iwden gelmemiw anam qazan qapagi acmazdi, yemeyin birinci atama cekilerdi, ata-ananin cibine girilmezdi. Indide men oz uwaglarima gorduyum terbiyeni gosterirem.
Тарлан Джафаров: Аделя Рзаева, ata başda oturar...
Тарлан Джафаров: Biz atamnan həmişə maşında gələndə atam hərdən lazım olanda həyətin o başından anamı çağırmaq istəyəndə mənim adımı çağırırdı, mən də başa düşmürdüm axı, deyirdim burdayam da, sonradan başa düşdüm ki, belə olmalıdır, belə lazımdır).
Saida Aleskerova: Əfsuslar olsun ki, indi bunlardan əsər- əlamət qalmayıb! Əvvəllər kəndlərdə avtobusa qadınlar qabaqdan, kisilər arxadan minərdi. Mağazada növbəyə kisilər ayrı, qadınlar ayrı durardı.
Fira Ahmed: Atanin ananin ve boyuklerin yaninda siqaret cekilmez. xoreyin başindan qaynataya cekiler. eyer ogul ata ile bir heyetdedirse bazarliq ata ansnin otagina aparilar.
Minaya Mirzoyeva: Evde kisi olmayanda eve girmezler.
Nailya Xelilova: Minaya Mirzoyeva, bali bali hardadir o vahtlar eh eh eh baci duppadiuz.
Nailya Xelilova: Man tatar balasijam kubinkada bojumusam azarbacanlilarla bojumusam vallah dogma hamisa olublar milkat secmamisig goj mascidi da manim babam acilusinda istirak edib.
Azad Abuzarov: Mömənin yuxayan və oxlosuna əl vurmey olmaz. Əzəldən nə görmüşiy, o yolnanda gediriy. Bizimçün heçnə deyişmiyib.
Inayet Aliyeva: Bakl kəndlərində küçədə bərkdən danışmazlar, küçə qapısının qarşısı həmişə səliqəli olar, kişi evdə olmayanda o evə başqa kişi girməz (qohum olsa belə), qadınlar yolda kişidən bir qədər arxada gedərlər, küçədə oturan cayıllar agsaqqal və ya qadın keçəndə ayaga qalxardılar və s. və i.
Seda Badalova: Kiwiler, cavan oglanlar da koyneyin duymelerini axiracan duymelerdiler, sinelerini acmazdilar. Tinde dayanan mehle uwaglari gadin xeylagi kecende bawlarni awagi salardi. Bayram axwami Novruzda birinci nene, baba, boyuk emi, dayi, xala, bibi üçün aw aparardig, sonda gelib sufrede oturardig.
Nailya Xelilova: Gurban olum jaxcisina da pisinada bakilima.
Məhbubə Əmirli: Bizdə yoldaşım həmişə məni və ya qızlarımı qapıdan çağıranda oğlum adını çəkərdi...
Рагима Бабаева: Qadının adını çəkmək əvəzinə "öydəkilər"deyərdilər. Məşdağada avtobusa arxa qapıdan girən qız-gəlinə qanlı-qanlı baxıb deyərdilər: bacı, qabağ qapıdan minginən. Hanı indi o ədəb-ərkan?(((
Марина Ализаде: Böyük icəri girəndə kicik ayaga galxar. Ogul atanın yaninda öz uşahını gucaha almaz.
Naiba Aliyeva: Böyuk kicik yeri bilibler. Atadan anadan abir heya edibler.

25.08.2020

Göydəki almalar yeyilib çoxdan

Nuhəmməd Cəfərov

Ümidlər can verir, donubdur həyat,
Matəm libasını geyibdir, heyhat.
Yoxdur o məğrurluq, itib əzəmət,
Özü öz halından üzülür millət...

Təzadlarla dolu bir həyatdayıq,
Dumanlar içində sanki itmişik.
Səmanın altında hansı qatdayıq,
Bəlkə yuxudayıq, bəlkə yatmışıq...

Millət dərd içində, bəla içində,
Gümanlar ümidə təsəlli verir.
Yox zərrə inam da gələcəyində,
Ümüd son nəfəslə təcəlli edir.

Bəlkə doğrudan da biz qayıdarıq,
İtmiş ümüdlər də cücərəcəklər.
Zoğ verib, torpaqdan boy da atarıq,
Körpə fidanlardan ağaca qədər.

Hələ ki minillik yuxu üzündən,
Diksinib dünyaya baxmamışıq ki?
Yağıyla dostları bilməməmizdən,
Sən demə düşmənlə qardaşmışıq ki?

Və bəlkə karvanda yol gedirik biz,
Düşmən əlindədir qədər ipimiz.
Boşuna yaşanan hər bir ilimiz,
Bizi arzulardan uzaqlaşdırır.

Bəlkə də düşməyir göydən üç alma,
Şəkərli röyalar çin olmayandan.
Sən də qulaq asma hər nağılıma,
Göydəki almalar yeyilib çoxdan...

23.08.2020

İradə Cəlil: Depressiyada idim, başıma döyüb ağlayırdım

“Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...
“Bizimkilər”in növbəti qonağı “Sputnik Azərbaycan”ın əməkdaşı İradə Cəlildir.
İradə Cəlil 1982-ci il, avqustun 30-da Bakıda Zabrat qəsəbəsində doğulub. Uşaqlığı Zabratda keçən jurnalist  Xavər Vəliyev adına 75 saylı orta məktəbi bitirib. “Mühasibat uçotu və auditin əsasları” fakültəsinin məzunu olan müsahibimiz hazırda Türkiyədə Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsində təhsilini davam etdirir.
“Uşaqlığım Zabrat qəsəbəsində keçib. Uşaqlıqda kifir uşaq olmuşam, bir az da kobud. Yadıma gəlir, ancaq oğlanlarla dostluq edirdim, oğlan kimi idim. Atam Zabratlı, anam Nardaranlıdır. Atam gec evləndiyi üçün məktəbə arxamca gələndə sinif  yoldaşlarım deyirdi ki, “İradə,  baban gəlib səni çağırır”.
Bilmirəm niyə yadıma düşdü. Mənim uşaqlığım müharibə illərinə düşüb. Çörək növbələri, kasıblıq. Çox ağır illər idi. Ən azından çətinliklə böyüdüyümü unutmuram. Atam deyirdi ki, hamıda belə çətinlik var. İşləsən də ərzaq yoxdu. Şəhid xəbərləri, müharibə görüntüləri, könüllü dəstələr... Radioda dinlədiyim müharibə xəbərləri. İndi də yadıma düşəndə vahimə basır məni”.
Jurnalistin hələ uşaq ikən jurnalistikaya marağı olub: “Ailədə 4 uşaq - iki bacı, iki qardaş olmuşuq. Dediyim kimi biz bakılıyıq. Həmin dövrlərdə  bizim kəndlərdə şəhərə gedən qıza yaxşı baxmırdılar. İstər təhsil olsun, istər iş olsun fərqi yoxdur, şəhərə gedib gəlirdinsə, yaxşı deyildin. Əgər geyimlərində şəhərə uyğunlaşmaq istəyirdinsə, sənə “əxlaqsız” kimi baxırdılar.
Mən bu mərhələdən də keçmişəm. Juralistikaya marağım isə uşaq yaşlarından vardı. O vaxtlar bir kanalımız vardı - AzTv. Orada Roza Tağıyeva, Ofeliya Sənani, Sevda Ağazadəyə baxıb aparıcı olmaq istəyirdim. Daim əlimdə dəftər güzgü qarşısında dayanıb, guya ki, xəbərləri oxuyurdum.
Məktəbdə pis oxumurdum. Yadımdadır, ədəbiyyat müəlliməmiz Validə xanım mənə sinifləri gəzidirir, “Dəniz kənarıyla qaçan Alabaş” əsərini bütün siniflərdə danışmağımı istəyirdi. Dediyinə görə, inşalarım maraqlı idi. Şeir də yazırdım. Atam yaradıcılığa maraqlı insan idi. O mənə azadlıq vermişdi.  Buna görə də əlim çatan qəzetləri oxuyurdum.
O vaxtlar “Oxu məni” qəzeti yeni işıq üzü görməyə başlamışdı. Mən orada bütün məqalələri oxuyurdum. Və məqalələrin müəllifi Emil Tahiroğlu ilə də tanış olmuşdum. Ona jurnalistikaya olan marağımdan danışırdım. 18 yaşım vardı o vaxt. E. Tahiroğlu məni redaksiyaya dəvət etdi.  Dedi yazılarını da gətir.  Apardım. Çox da xoşuna gəlməmişdi. Amma təklif etdi  ki, insan talelərindən yazım. O vaxtlar bir yazıya 3 şirvan yarım qonarar yazırdılar.
Aya 3-4 yazı verirdim. Artıq pul qazanmağa başlamışdım. Emil Tahiroğlu mənim yazılarımın üzərində çox əziyyət çəkirdi. Bəzən yazını özümə qaytarır, yenidən yazmağımı tələb edirdi. Sonra orada çalışmağa başladım. Mədəniyyət müxbiri idim, müsahibələr hazırlayır, ara-sıra insan taleləri də yazırdım. Aya 20 şirvan maaş alırdım. Daha doğrusu məbləğlər yadımda belə qalıb. Keçmişlə bağlı çox şeyi unutmuşam. Bir il sonra “Space”də  təcrübəyə getdim.  Xəbərlər departamentində Eldəniz Elgünün yanında təcrübə keçirdim. Efirə bir neçə reportajım da getmişdi. O vaxtlar bu mənim ən böyük arzum idi. Amma sonra müəyyən səbəblərdən davam etdirmədim. Oradan uzaqlaşdım. Və iki ay sonra “Ekpsress” qəzetində işləməyə başladım. Bu işim 2006-cı ilə qədər davam etdi”.
İradə Cəlil  2006-cı ildə Nardaranlı biri ilə ailə həyatı qurub: “2007-2008-ci ildə oğullarım dünyaya gəldi. Amma ailə həyatımı davam etdirə bilmədim. Nardaran həyatı mənim üçün deyildi. Nardaranda yaşamaq  böyük qəhrəmanlıq tələb edirdi. Kasıblığın son həddi, evsizlik, insanların dedi-qodusu, ayrı-seçkilik.
Düşünə bilirsiniz, mənə şəhər qızı kimi baxıb “şəhər qızları yaxşı olmur” deyirdilər. Belə düşüncəli insanların arasında yaşamaq çox çətin idi. Mən Naradaran qızı deyildim deyə, ögey münasibəti qaynanamdan da görürdüm. Nə isə. Çox qala bilmədim. Balaca oğlum 9 aylıq olanda ayrıldım. Bu isə həyata sıfırdan başlamaq demək idi. İşləməli, kirayə ev tutmalı, uşaqlarımı böyütməli idim.
Uşaqlarımın atası bir neçə dəfə arxamca gəlib getdi, amma qayıtmadım. Mən o həyatda çox yaşaya bilməzdim. 24 yaşında ailə qurmuşam.
Gözəl olmasam da gözəgəlimli qız idim, 27 yaşında güzgüyə baxanda özümdən qorxurdum. Saçlarımda ağlar vardı, Nardaranın suyu yodsuz olduğu üçün dişlərimi itirirdim. Və özümə baxanda “sən burda qalsan tez məhv olacaqsan” deyirdim.  Ailədə də uyğunsuzluq vardı. Nə isə alınmadı.
Sıfırdan başlamaq çətin oldu. Bəli… İşsiz idim. Ağlıma heç nə gəlmirdi. Qəzetləri vərəqləyib iş axtarırdım. Nəşriyyatda iki iş çıxdı qarşıma. Getdim. Birindən məndən 50 manat depozit istədilər. Guya  belə olmalı imiş. Amma mənim 50 manatım olsaydı, uşaqlarıma yemək alardım. İkinci işdə  isə qadın mənə dedi ki, jurnalımızı aparıb müxtəlif adamlara verəcəksən, reklam edəcəksən, pul qazanacaqsan. Amma  onun dediyi də mənə uyğun olmadı. Çünki onun dediyi yolun yolçusu deyildim. Yadıma gəlir, Mətbuat prospektində yolun ortası ilə gedirdim ağlaya-ağlaya. Əlim hər yerdən üzülmüşdü. Deyirdim kaş bir maşın vuraydı məni, canım qurtaraydı. Yəqin söyürdülər məni. Elə bu vaxt  İlham Tumas zəng elədi. O vaxt  İlham ATV-də Sənədli Filmlər Departamentində çalışırdı. Gördü səsim pisdi. Dəvət elədi, ATV-yə getdim. İş təklif etdi, koordinator olacaqdım guya.  Amma 15 gün qala bilmədim heç. Çünki uşaqlarım evdə ac idi”.
Həmkarımız daha sonra  yoluna “Ekspress” qəzetində  davam edib: “Gəldim “Ekspress”ə, özümü bərbad hiss edirdim. İş yoldaşlarımdan biri dedi ki, niyə bura qayıtmırsan? Bu fikir ağlıma batdı. Redaktor Qəzənfər Bayramovla danışdım, vəziyyətimi dedim. Dedi sabahdan başla. İlk yarım ayda mənə 100 manat pul yazmışdı. Beləcə onun sayəsində ayağa qalxdım. Kənardan çox sayda saytla, qəzetlə işləyirdim. Layihələrdə, müsabiqələrdə yazıb yer tutur, mükafat alırdım. Sevinirdim, daha uşaqlarım ac qalmırdı. Mənim həyatımın 2011-ci ilin noyabrına qədər olan hissəsində yaxşı olan, qazanc hesab etdiyim ancaq iki oğlumdur.
Bilirsiniz, necə çətin idi ayaqüstə dura bilmək?! Arzum idi bir netbuk alım. Evdə netbukumun olması mənim üçün daha çox  işləmək imkanı demək idi. Kompüterim olmadığı üçün saat 8-9-a kimi qəzetin redaksiyasında oturub yazırdım. Orada da redaktorum Qalib Məmmədli mənə dayaq olurdu, yol göstərirdi.
Sonra Azvison.az saytı açıldı. Vüsal Məmmədov məni ora köşə yazarı kimi dəvət elədi. Sözün əsl mənasında imzamın üzərində işlədi. Etiraf edim, elə yazılarım olub bəyənməmişəm, onu Vüsal elə düzəldib ki, yazını sevmişəm. Köşə yazmağı mənə Vüsal öyrədib desəm, yalan olmaz. Sonra elə Modern.az saytı ilə də əməkdaşlığım olub. Sağ olsun Elşad müəllim, gözəl isandır, mənə yazmaq üçün şərait yaradıb. Və o dövrlərin bəzi redaktorlarından fərqli olaraq qonararımı heç vaxt kəsməyib.
Lent.az saytı ilə iki illik əməkdaşlığımız olub. Allaha şükürlər olsun ki, jurnalistikada hər zaman qarşıma yaxşı redaktorlar çıxıb. Yəni heç vaxt məni işimdən bezdirən redaktor olmayıb. Bir ara “Bizim yol” qəzeti ilə də əməkdaşlıq etmişəm. Bahəddin Həzidən də jurnalistikaya dair çox şeylər öyrənmişəm. Onun yazılarını oxumaq insana bəs edir ki, tərzi, üslubu tutasan. Ona müəllimim deyə bilərəm. Həm də çox mülayim müəllim, tənqid etmədən, incitmədən, nəzakətlə “bəlkə belə demək istəmisən yazıda” deyə sənə düz yolu göstərən bir insandır”.
Və… Sputnik.az... “2015-ci ildə uğursuzluqlar üst-üstə düşdü. Əməliyyat olundum, heç bir ay keçməmiş atamı itirdim. Həyat o qədər mənasız idi ki, niyə yaşadığımın önəmi yox idi.
Depressiyada idim. Ölümü dərk etmişdim. Başıma döyüb ağlayırdım, uşaqlarım da az qala dəli olurdu mənim bu halıma. Daha qəzetə də getmək istəmirdim.
Kompüterdə yazmağa başlayanda atamın gülüşləri gəlirdi göz önünə. Məlum qəzetdə iş az olurdu, düşünməyə vaxt çox. 2016-cı ilin martında sağ olsun Tural Ağatlı, məni Sputnik.az-a əvvəlcə kənar müxbir kimi dəvət etdi. Bu həm həyatımın maddi tərəfini rahatlaşdırdı, həm də mənəvi.
Bir il kənar müxbir kimi işlədim. Deyəsən bəyənmişdi yazılarımı. Bir gün dedi ki, biz səni daimi işə götürmək istəyirik, çalışmaq istərsən? Turalın gözəl xasiyyəti var. Dost olmağı bacarır. Məni də bu bir il də az-çox tanımışdı. Razılaşdım. Və 2017 ilin yanvarından “Sputnik Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyində çalışmağa başladım. Mən burada özümü tapmışam. Bütün günü bacardığım qədər işləyirəm, çünki düşünməməyə böyük ehtiyacım var. İnsan itirmək çətindi, bununla barışmaq uzun zaman alır”.
Müsahibimiz  jurnalistika ilə bağlı  reallaşdırmaq istədiyi arzularından da söz açıb: “Deyirlər zaman unutdurur, yox, zaman sadəcə insanı keyidir. Bəzən düşünürəm ki, mən işimi dəyişməsəydim, Sputnik.az-ı seçməsəydim, yəqin düşünməkdən dəli olardım. Bura mənim iş yerim deyil, hüzur yerimdir. Qeyd etdiyi kimi Türkiyədə təhsil alıram. Bu gün Azərbaycanda yaşaya bilməsəm, maddi şərtlər uyğun olmasa yəqin ki, gedəcəyəm burdan.
Deyilənə görə, kənardan təkəbbürlü insana bənzəyirəm. Amma elə deyil. Həyat onsuz da qısadır, təkəbbürlü olub nə qazanacağam. Bir avtomobilim var. 2014-cü ildə almışam. Yaxşı ki, almışam, işlərimdə əlimdən tutur.  Kirayədə yaşayıram. Şükür olsun Allahın verdiyi hər şeyə.
Bu gün jurnalistikada kifayət  qədər professional insanlar var. Eləcə də gənclərimiz gəlir. Yeni saytlar açılır. Çox sayda dostlarımız var. Əslində bu barədə danışmaq istədiyim çox şey var. Amma bu yerdə “susmaq qızıldır” prinsipinə riayət etmək istəyirəm.
Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyim yeganə arzum sayt yaratmaq olub. Şükür olsun Allahıma onu da etmişəm. Shefeq.az saytım var.
Güclü qazancım yoxdur, amma o dostlarım var ki, “İradə mümkünsə bunu sayta qoy” deyirlər, onları “mümkün  deyil” deyib qırmıram.  Bu elə yetər mənə”. /modern.az/