Kamal Azər Yunus
Qaranlıq... Kimini qorxudur, kimini isə səbirsizliklə bu zaman kəsiyini gözləməyə vadar edir işığın olmadığı və son dərəcə gecələrin səssizliyinin insanda vahimə yaratdığı bu tənha mühit. Kimi isə gündüzlər görmədiyini, yalnız xəyallarının rəsmini çəkdiyi, hər zaman bir bəhanə ilə qarşılaşmaq, ona toxunmaq və ya sadəcə kənardan uzun-uzadı baxmaq istədiyi insanları gecələr yuxularında görmək xəyalı ilə yaşayır. Kimisi gecələrə, əyləncəli vaxt keçirmək, fikrini, pulunu dağıtdığı, boş-boş problemlərdən yüklənmiş beynini, ürəyini, ağlını şənləndirmək üçün, qısası kef cəkmək üçün vaxt, kimisi tənha, yalnız qaldığı, özünü kimsəsiz, acınacaqlı vəziyyətdə sandığı ən qorxunc an, kimisi isə gecələməyə yer axtardığı, gözləri boş skamya axtaran insanların dəhşətlə, həyəcan və qorxu içində baxdığı vaxtdır...