25.01.2013

YAXŞILIQ HAQQINDA DÜŞÜNCƏLƏRİM

Xuraman Nuru

Bu yazımı YAXŞI İNSANLARA ithaf edirəm!

...Hər məramın arxasında mütləq bir niyyət durur. YAXŞI VƏ YA BƏDHAX. İnsan kimə və niyə yaxşılıq etdiyinin fərqində olmalıdır. Və əslinə baxsan yaxşılıq da, pislik də müəyyən mənada insanın xarekterinin cizgiləridir desək yanılmarıq. Ona görə də deyirlər ki, insanlar iki cür olur: YAXŞILAR və PİSLƏR.. Mənin öz aləmmdə isə insanları iki qismə bölürəm – düzgün və əyri olanlar.
Unutmaq olmaz ki., insanlar hüquq qarşısında özgürdürlər, hürr və azad İNSAN olmaq baxımından bərabərdirlər, amma... yaxşılarla pislər qətiyyən bərabər deyilər və ola da bilməzlər. Mən bu gün yaxşı insanlar haqqında yazmaq istəyirəm. Yer üzündə az qala kökü kəsilməkdə olan canlılar kimi “QIRMIZI KİTAB”a düşməyə layiq olan, günü-gündən sayı azalmaqda olan, ..amma hələ də var olan və yaxşı əməlləri ilə insanlara örnək olası, və başqalarını da yaxşı əməllərə sövq edən YAXŞI İNSANLAR haqqında yazmaq keçdi ürəyimdən.

Axı kimlərdir bu YAXŞI dediyimiz insanlar?
Dünyamızda hələ də var olan pisliklərin aradan qaldırılması üçün çalışan, ürəyi xeyirxah duyğularla dolu, niyyət və əməllərinin qayəsində kimlərəsə yaxşılıq etmək duran, amalında sülhpərvərlik duyğuları kök salan, bəzən gündəlik hərəkət planında bir şey edə bilməzsə, ürəyində bunun niyyətinə sahib olan kimsələrdir YAXŞILAR! Burada hind mütəfəkkiri və filosofu Mahatma Qandi və onun “Şərə müqavimət çöstərməmək” fəlsəfəsi yadıma düşdü. Amma yaxşı adlandırdığımız insanlar üçün bu fəlsəfə yetərli deyil, çünki onlar şərə, pisliyə qarşı həmişədözümsüz olurlar.
Yaxşı insanlar bilinməyən, bitib-tükənməyən xəzinə, hədsiz cəsarət və şücaət sahibidirlər. Qorxaq, zəlil, adam yaxşı insan ola bilməz! Zalımları, naqisləri, qafilləri, münafiqləri tərifləməz yaxşı insan, onlara yaxşılıq belə etməz. Bu dediklərim pislərin sifətləridir. Yaxşı dediyimiz kimsə qətiliklə haram tikə yeməz, quru çörəyə möhtac olmağa razı olar ki, harama əl uzatmaz. Nəinki haram olduğu qəti şəkildə bilinən, hətta halallığı şübhəli şeylərdən də uzaq dayanar. Yaxşı insan mütləq şəkildə doğru və dürüstdür. Axı xislətində əyrilik olan kimsə necə yaxşı ola bilər? Yaxşı insan dünyada bir yolçu kimi yaşar. Doğular, bir az səyahət edər və sonra haqq dünyasına qovuşar - ölüm qapısından başqa bir aləmə keçər. Dünya malında, mülkündə gözü olan insanlar yaxşı insan deyildirlər.
Aydın olur ki, yaxşılıq və pislik keyfiyyət kimi yox, xarakterik cizgi kimi qarşımıza çıxır. Unutmayaq ki, insan bir iş görməzdən əvvəl Allahı düşünürsə, hər əməli üçün ürəyində Ona hesabat versə, o zaman etdiyi heç heç bir yaxşılıq itməz. El arasında çox gözəl bir deyim var: “Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”. Əslində kamil insanın niyyətinin qayəsi də elə bu olmalıdır.
İnsan yaxşı əməlinin əvəzini kimdən umursa, mükafatını da ondan alır. Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə, həmin yaxşılğı verilmiş bir borc kimi düşünürsənsə, əlbəttə qarşılığında alacağın ürəyincə olmayacaq. Çünki, Uca Yaradan dünyanı istəyənlərə dünyanı, axirəti istəyənlərə isə axirətini verir. Və hər kəs öz niyyətinin əvəzini alır.
Unutmayaq ki, bir kəsə nə vaxtsa etdiyimiz yaxşılığı bir vaxt onun üzünə vursaq, nəinki qazandığımızın savabını pozmuş oluruq, hətta üstəlik günah da qazanırıq. Çünki bir müsəlmanı incitmək – hansı yolla olursa olsun, istər əməllə, istərsə də dillə – günahdır. Kömək etdiyimiz adam bizim rişxəndli eyhamlarımızı, ətrafa car çəkdiyimiz bəyanları eşidəndə və ya görəndə, yəqin ki özünü narahat hiss edəcək və qəlbi sınacaq. Verdiyimiz puldursa, onun üçün ağır yükə, ehsan etdiyimiz xörək isə onun üçün zəhərə çevriləcək. Buna görə də müqəddəslərimiz bir kəsə yardım göstərərkən bunu adətən başqalarından gizli tutmağa çalışardılar. Hətta həmin adamın əskilib xəcalət çəkməməsi üçün bəzən özlərinin kimliyini belə ona tanıtdırmırdılar.
Günümüzdə bəziləri düşünür ki, aya, bu adam bəs yaxşı insan idisə, nədən birdən-birə belə pisliklərə bulaşır? Mən o insanlara üzümü tutaraq söyləmək istəyirəmki, unutmayın, ALLAH dərgahında ən sevimli bendələr peyğəmbərlər olublar ki, onlar da bu dünyada ən çox əzab-əziyyətlər görmüş, hər türlü zülmə səbrlə sinə gəriblər. Unutmayaq ki, ,,QARA TAXTAYA YAZİ YAZMAQ ÜÇÜN ƏVVƏLCƏ ONU CİLALALAYIB AĞARTMAQ LAZIMDIR Kİ, YAZI GÖZƏL VƏ AYDIN ALINSIN. ALLAH C.C DA BƏNDƏSİNDƏ ÖZ RƏHMƏT YAZISINI YAZMAQ ÜÇÜN ONU YAXŞILIQLARI İLƏ SINIYIB, ACILARI İLƏ SƏBRİNİ YOXLAYIB SONRA YAZIR!! İNANIRAM Kİ BİZLƏR DƏ BU SINAQLARDAN ÜZÜ AĞ ÇIXIB CƏNNƏTƏ YAXŞI İNSAN KİMİ DAXİL OLACAĞIQ.BUNUN ÜÇÜN HƏLƏ Kİ, NƏ QƏDƏR ZAMANIMIZ VAR TƏLƏSMƏLİYİK.

Комментариев нет:

Отправить комментарий