28.01.2022


«Великий мировой лидер и президент красивого народа России Владимир Путин. Абсолютное большенство населения мира с вами. Если провести исследование, то оно подтвердит, что не только гражданское население, но и часть военных вооруженных сил этих стран, чьи президенты продают свою родину, склонны к неолиберальному нацифашистскому капитализму, американскому империализму – тоже симпатизируют России и Путину. США – самая ненавистная страна на планете. У сербов есть пословица: «На небе Бог, на земле Россия». Народы миру уже начали определять и понимать истину. Сила в правде! Мы любим Путина и считаем его своим лидером. Россия была возрождена под его руководством и завоевала сердце планеты. Да здравствует Президент России Владимир Путин!!! Да здравствует Россия и ее союзники!!!»


Ибрагим Гумбатов,
Евразийское Движение Азербайджана

Nə olacaq bu işlərin axırı?

Əkrəm Məlikov

Roma Əliyev adlı facebook istifadəçisi olan dostumuz yazıb ki: “Sovet hakimiyyəti gedən kimi hər şeyimiz getdi. Heç nə qalmıyıb. Böyüyə hörmət, namus, qeyrət hamsı getdi”.
Bu fikir nə dərəcədə doğrudur?
Demirəm Sovet vaxtı pozğunluq edən yox idi. Onda da var idi. Amma tək-tük və gizlli idi. Bunu bilən olanda da açıb ağartmırdılar.
Sosializm quruluşunu dağıdandan sonra isə bunlar azadlığı əldə rəhbər tutub olmazın murdarlıqlara imza atmağa başladılar.
Avropa dəyərləri dedikdə bu xalq şortı dəyərlərini nəzərdə tutub ona yuvarlanır.
İnternet, televiziyalar, sosial şəbəkələr, bir sözlə kütləvi informasiya vasitələri bu gün insanları tərəqqiyyə yox, tənəzzülə, əxlaqsızlığa, vəhşiliyə sürükləyir.
Axı hər cür murdarlıqlar barədə xalqa utanmazcasına məlumat vermək beləmi vacibdir? Əslində isə bu əxlaqsızlığı yaymaq və nümayiş etməkdən başqa bir şey deyil.
Bir sözlə mağmın millətə çevrilmişik.
Nə qədər gərəksiz şeylər var hamısına yiyələnmək istəyirik.
Atalar deyib atın ayağına baxıb nal kəsərlər. Xalq bu murdarlıqları istəyirsə, hökumət də verdiyi öhdəçilikləri yerinə yetirir. Axı biz “boyunduruqdan xilas olmuşuq”.
Bizdə 70 il ərzində formalaşmış dəyər dünyanın 4 bir tərəfində olmayıb. İndi nədən məhz özümüzü avropalılara oxşatmağa çalışmalıyıq?
Böyük-kiçik yeri bilmək bizdə, ar-abır bizdə, ismət-həya bizdə, imkansıza əl tutmaq bizdə, qonaq qarşılamaq, süfrə mədəniyyəti bizdə,q adına hörmət bizdə və bununla bərabər yüzlərlə mental dəyərlər bizdə! İndi deyin görüm Avropadan başqa hansı dəyərləri örnək götürməliyik?
Elə bir vəziyyət yaranıb ki, əxlaqlı qadınları az qala mühakimə edələr.

26.01.2022

Putin - ümid yeridir: Nə yaxşı ki bu zalım, ədalətsiz dünyada Rusiya var və biz də onun qonşuluğundayıq


Nəsimi Həsənov

Pantürkləri başa düşdük, bəs bir çox kommunist yoldaşlar niyə Putinə rəğbət bəsləyənləri lağa qoyur və hətta daha qabağa gedərək təhqir edir?!
Biri mən, mən də bilirəm ki, Putin çox xətalar edib. Amma, bu gün məcburam onu dəstəkləməyə. Çünki ətraf ingilis, amerika, israil, türkiyə köpəkləri ilə doludur. Hamısı da dolayısı yolla bir bulaqdan su içir.
Putin - ümid yeridir. Bu hegemonşiklərə qarşı duran yeganə namizəddir. Hadisələr göstərir ki, Putin mütləq ABŞ və Britaniyanı vuracaq. Rusiyaya sanksiya qoymuşdular, Putin koronavirusla dünyaya sanksiya qoydu. Zəiflətdi. Dostu Kitay da dünyanın iqtisadiyyatını sovurdu. Özü demişkən, "Hər şey plan üzrə gedir". Məndə 2014-cü ildə nəşr olunan kitab var, orda deyilir ki, biz (yəni ruslar) 2020-ci ildə dünyanı virusa bürüyəciyik, hegemon dövlətləri zəiflədib sonra başın əzəcəyik. 
Putin bilir ki Ukrayna və digər xırda dövlətləri vursa xalq ona nifrət edər, çünki başda duranlar rusa qarşı təbliğat üçün ən xırda səhvi belə əldə bayraq tutmağa bəhanə axtarırlar. Və bu ona qələbə qazandırmaz. Amma ABŞ və Britaniyanı vursa, ilanın başını əzsə, pul tökənləri, sərmayə qoyanları, güvənc yerlərin ocağını dağıtsa, gücün göstərsə hər kəs onun qucağına düşəcək və onunla hesablaşacaq.
Putinin məqsədi budur. Və bunu ABŞ da, Britaniya da çox gözəl bilir. Prosta dala verməklə hegemonluqların itirməkdən qorxurlar, qabağa durmaqla da məhv olmaqlarını bilirlər. Sadəcə çıxış yolu tapa bilmirlər. Yuxarı bığ, aşağı saqqal, quruda pələng, suda timsah misalı. Qalıblar avara.
Bu da mənə sərf eləyir, ləzət eləyir.
Bəs sən kommunist niyə narahatsan?!
Sən ki, qabağa düşüb indi Sovet qurmursanki, başda mən olmaqla sosial şəbəkələrdə lülə qurudursan!
O gün görürəm, bir hörmət elədiyim kommunist yoldaş Putinə rəğbət bəsləyənlərə dözməyib biədəb komment yazıb ki, bəs az qala Putinin qozlarını yalayasız (üzrlü bilin). Ərdoğanı sevənlərə belə biədəb söz yazmayıb, sadəcə əleyhinə məllim-məllim danışıb, amma Putinə rəğbət bəsləyənləri əməlli başlı söyür. İç üzünü göstərir. Elələrinə bir söz bəs eliyər "Gedin Osmanı çağırın!".
Ala, qoy hələ görək nə olur! Bəlkə Putin Soveti qurmaq istəyir, day görür heç kim izdihamla küçəyə çıxıb "Biz Soveti istəyirik" demir, şəbəkə arxasında fikir yürüdür, lülə qurudur, münsiflər heyəti qurur - neyləsin, sakitcə işin görür planına uyğun.
Putin bütün pulu, sərmayəni silaha qoyur, çünki məqsəd müharibədir. Bu gec-tez baş verməli idi. Hələ bəzi rusları görürəm Putini söyür, oğru, rüşvətxor adlandırır nifrətlə. Başa düşmürlər ki, hamı Rusiyanın üstünə düşüb, dağıtmaq istəyirlər Rusiyanı. Qoy hələ Putin bunları anqırtsın, ondan sonra yaxşı olacaq.
Tezliklə fırtına qopacaq. Putin onlara dedi son sözunuzdü? Dedilər hə, yek kəlmə. Putin də dedi heç bir şey, vicdanım təmizdi, getdik, generalımın qisasını almalıyam. Bir az olar ABŞ dan cavab gəlib ki, bəs mən dala verirəm, gəl bir dənə də söhbət eləyək. İkiüzlü riyakarlar.
Hə, bu arada, Qazaxıstana girən gündə, saatda İdlibdə türkiyəliləri də bombaladı. İndiyə kimi də bombalayır.
Qəşəy olacaq.
Nə yaxşı ki bu zalım, ədalətsiz dünyada Rusiya var və biz də onun qonşuluğundayıq. Yoxsa bunlar lap qabağa gedib ucdantutma hamımızı qamçı ilə bir tikə çörəyə işlədərdilər.

24.01.2022

Sovetin və indinin əsgərliyi

Nadir Qocabəyli

Sovet əsgərliyində də "Dedovşina" vardı, amma 2 il xidmət edib qayıdan general kimi gəlirdi. Uniforma damdar, furajka boyunun ardında, bığlar Koroğlu misalı, özün də buğa kimi...
Sovet ordusunda sıravi əsgərin çətin günləri yeni çağırışçılar gələnəcən olurdu. Ondan sonra əlini at qulağının dibinə. Kimsənin səninlə işi yoxdur. Mən cəmi 6 ay "dnevalnı" olmuşam, ondan sonra növbətçi olur, dnevalnılara əmr verirdim. Özü də heç rütbəm də yox idi. Dikbaş olduğum üçün komandir məni serjantlıq oxumağa göndərmədi. Zabitlər hörmətimi saxlayırdı.
Amma indi baxıram, il yarım xidmət edib evə qayıdan əsgərlərin çoxu konslagerdən gələnə oxşayır. Arıq, çəlimsiz, hürküdülmüş, baxışları ürkək... Adam istər-istəməz düşünür: bunlara orda neynirlər? Axı il yarım xidmət edən əsgəri orduda kim bu günə qoyur? Sonra da deyirlər ki, bütün günahlar rus-sovet hərbi sistemindədir, NATO sisteminə keçsək, hər şey düzələcək. Axı Sovet sistemində, dediyim kimi, belə şey olmayıb...
Şəkillərə baxın. Birincisini yenə gedəndə, ikincisini 1 il xidmət etdikdən sonra çəkdirmişəm. Yanımdakı təzə gəlmiş azərbaycanlı idi, qonşu rotada xidmət edirdi. Tapşırmışdım ki, heç kəs ona gözün üstə qaşın var deməsin. Dembel şəklimi tapmadım, tapsam onu da əlavə edəcəyəm. Özünüz müqayisə edin... 
Bu gün bir əsgər şəkli paylaşmışdılar, ona baxdım, yazığım gəldi. Elə bil faşist əsirliyindən qayıdıb...

“Kəmaləddin Heydərov deyir Bakıda 5 milyondan çox boş mənzil var”

“Bakıda saysız-hesabsız, illərlə qapısı açılmayan mənzillər var. Elə məmur var onun bəlkə 200 evi var Bakıda. Dövlət həmin mənzilləri alıb evsiz-eşiksiz, adamlara, şəraiti olmayan sənətçilərə, ziyalılar paylamalıdır”.
Bu sözləri bakupost.az-a açıqlamasında tanınmış kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
O bildirib ki, əhalinin vəziyyəti günü-gündən pisləşir, amma xalqın puluyla kimlərsə özünü dəyəri milyonlarla ölçülən mülklər alır, çox mərtəbəli binalar ucaldır: “Kəmaləddin Heydərovun ötən il müsahibəsini oxumuşam. Deyir ki, Bakıda 5 milyondan çox boş mənzil var. Bilirsiniz bu nə deməkdir? İnsanlar evsiz-eşiksiz, küçələrdə, kirayələrdə ömür çürüdürlər. Bu necə ola bilər ki, bir tərəfdə boş mənzillər, o biri tərəfdə həmin boş mənzil üçün bir ömür işləyən, sağlamlığını itirən adamlar... Bir araşdırılsın, o boş mənzillər kimlərə məxsusdur? Hansı məqsədlə, hansı pullarla alınıb? Açın qapıları paylayın da camaata bu evləri! Dədələrinin hesabına tikməyiblər ki, hamısı xalqın puludur. Bu tikintiləri dayandırın, açın bu məhəllələri, camaatı köçürün ora, bir az Bakı nəfəs alsın. Altında qarajı olmayan binaları sökün, həmin adamlara boş mənzillərdə yer verin yaşasınlar. Bakını xilas edək. Yenə bir tərəfdən tikirlər, sonra saxta çıxarışlar verirlər və pul alırlar”.
Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş politoloq Zərdüşt Əlizadə
Xalq Cəbhəsini xalqı qırğına verməkdə ittiham etdi:
“Həmin vaxtlar Moskva bura ən ali məqamlı siyasi rəhbərlərini göndərmişdi. Onlar Xalq Cəbhəsinin liderləri ilə görüşdülər və dedilər ki, xalqı küçəyə çıxartmayın. Amma dedilər ki, çıxardacağıq. Belə bir şəraitdə Vəzirovu yıxmaq naminə mənasız şüarlarla camaatı verdilər qırğına. Sonra da iblisanə bir məkrlə bunu adlandırdılar xalqın qəhrəmanlıq simfoniyası, vəssalam. Sonda Vəzirovu yıxdılar. Bu adamlar alçaq işlərini görəndən sonra çəkiliblər və 30 ildir müxalifət rolunu oynayırlar. 18 dəfə seçkini uduzublar, özlərini xalqın adamı adlandırırlar. Mən adi insanam, bilirəm çörəyim hardan çıxır. Sovet dövründə aldığım mənzildə yaşayıram. Bu adamlar hardan qazanırlar? Necə yaşayırlar? Gəlirləri hardandır? Anlamaq olmur. Xalq olaraq bu sualı vermirik. İndi sosial şəbəkədəki nadan, cahil insanlar elə bilirlər hər şey bilirlər,
əslində tariximizlə bağlı heç nə bilmirlər”.
Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş politoloq Zərdüşt Əlizadə
Xalq Cəbhəsini xalqı qırğına verməkdə ittiham etdi:
“Xalq Cəbhəsi şüurlu sürətdə bilərək ki qırğın olacaq, xalqı yalançı şüarlarla küçələrə çıxartdı. Silah verəcəyik və s. yalançı vədlərlə xalqı aldatdılar. Camaatı küçələrə çıxardılar, Sovet hərbi hissələrinin ətrafında və Bakıya gedən əsas yollarda barikadalar qurdular.
O vaxtlar onlara siyasi rəhbərlik tərəfindən təhdid edildi ki, camaatı küçəyə çıxartmayın. İsa Qəmbərin cavabı belə oldu ki, nümayiş və mitinqlər xalqın konstitusion hüququdur. Gəlin vurun qırın!
Əbülfəz bəy də xalqa dedi ki, qadınlar getsin, kişilər qalsın.
Özü də qaçdı gizləndi qəlb dostu Becan Fərzəliyevin evində.
Ondan sonra ordu gəldi qırdı”.
Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş politoloq Zərdüşt Əlizadə Xalq Cəbhəsini xalqı qırğına verməkdə ittiham etdi:
“O vaxtlar belə bir faciəli günün yaxınlaşdığını görürdüm. Xalq Cəbhəsi İdarə heyətində üç dəfə məruzə etdim ki, xalqı ayağa qaldırıb dövlət idarələrinə, orduya hücum etmək lazım deyil. Bu təhlükəlidir və nəticəsi pis olacaq. Orduda qulluq eləməmiş, fərrari Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri mənim dediyimi anlamırdılar. 15 nəfər idarə heyətinin üzvündən yalnız 2 nəfər Sovet ordusuna qulluq etmişdi ki, onlardan biri də mən idim. Son 13 nəfər isə fərrari idi, Sovet ordusunda qulluq eləməmişdi, min bir fırıldaqla boyun qaçırmışdı. Ona görə də orduda andın nə olduğunu, orduda verilən əmrlərin sözsüz yerinə yetirildiyini anlamadan Vəzirovu devirmək naminə xalqı sövq edirdilər ki, dövlət idarələrinə hücum etsinlər. Mənasız, səfeh uşaqlarla mitinq keçirirdilər. Dövlət idarələrini iflic vəziyyətə salmışdılar. Axırda görəndə ki bu adamlar söz anlamırlar, şüurlu surətdə xalqı qırğına aparırlar, 1990-cı il yanvarın 7-sində Xalq Cəbhəsini tərk etdim. Mən Xalq Cəbhəsini tərk edəndən sonra son sözlərim bu olmuşdu: “Bəylər, mən qorxuram. Siz xalqı qana, məğlubiyyətə aparırsınız”. Qışqırdılar ki, “xain, satqın, qorxaq” və s.  Mən də döndüm, çıxdım getdim. Qaldı Əbülfəz Əliyev və onun ətrafı. 13  gündən sonra bu hadisə baş verdi”.

23.01.2022

Vəsfi-dildardə Təbriz də qələm sındırdı

Təbriz Hüseyni

Könlümü şad etməyə gəlmişdi canan bir dəfə,
Qismət oldu gördüm ol dildarı pünhan bir dəfə.

Ey mənə rişxənd edən, sən əsl aşiqsənsə gər,
Mən təki pərvanə ol, şəm eşqinə yan bir dəfə.

Yarı kəbəm bildiyimdən Həqqi düz zikr etdim,
Səhvi yüz bir dəfə etdim, zikri doxsan bir dəfə.

Eşqə canın kim fəda etmişsə min-min qəm görər,
Zövq alar qəmdən Xuda verməklə dərman bir dəfə.

Təbriz, eşq uğrunda canın da tamam məhv eyləsə,
Sevdiyi canan deməz əfsus ona can bir dəfə.

Eşq rahın çox adam dərk eyləmir, eşqin özü
Qəm verir min bir dəfə, amma alır can bir dəfə.

Qiymətin mən bilmədim, bildikdə canan gəlmədi,
Çərxi-kəcraftarı dövrün verdi imkan bir dəfə.

Qarşısında canımı qurban verərdim, ol nigar
Lütf edib ləli-ləbindən etsə ehsan bir dəfə.

***
Badeyi-eşqi verəndən bəri qəm sındırdı,
Rəhmsiz yarım edib qəddimi xəm sındırdı.

Necə insafü-mürüvvətdən uzaqdır ki gedib
Həm mənim qəlbimi məhv eylədi, həm sındırdı.

Bildi əhvalımı Məcnun da ağıllandı daha,
Fərhad öz tişəsini, əhdi Kərəm sındırdı.

Öldü sevda deyilən səltənətin sultanı, 
Ləşkəri-eşqdə bayraqdar ələm sındırdı.

Gördü bir dəfə mübarək üzünü ar elədi,
Vəsfi-dildardə Təbriz də qələm sındırdı.

20.01.2022

O gecə Əbülfəz də, Etibar da, Rəhim də, Nemət də, İsa da... bir sözlə, tribunaya çıxanların, xalqa müraciət edənlərin, yol göstərənlərin, onu yönləndirənlərin, rədd olsun imreriya, Kreml, Moskva deyənlərin hamısı küçələrdə, barrikadalarda, xalqın arasında olmalıydılar. Ya onları dağıtmalı, evlərinə göndərməliydilər, ya da onlarla birlikdə şəhid olmalıydılar...
Əgər o gecə, ya da ondan əvvəl, həmin gün hərəkat liderlərindən kimsə müraciət edib desəydi ki, qırmızı ordu atəş açacaq, Moskva cəza tədbiri planlaşdırıb, xalq evdə oturacaqdı və qırğın da olmayacaqdı. Amma onlara edilən aşkar xəbərdarlığa baxmayaraq, bunu etmədilər. 
Qirenko Elçibəyə, Polyaniçko isə Etibara xəbərdarlıq etmişdilər. Ancaq onlar bununla razılaşmamış, əliyalın insanları tankların qabağına göndərmiş, özləri gizlənmişdilər. Bunun başqa adı yoxdur. Bu, aşkar xəyanətdir, xalqa, qanı-canı səndən olan millətə arxadan zərbədir.

Nadir Qocabəyli

18.01.2022

Yüzlərlə azərbaycanlı kişini soyundurub şantaj edən Sevinch Niyazi axtarılır

Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib. Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib. Həmin şəxs- 33 yaşlı Sevinch Niyazi kompüter materiallarını dəfələrlə qanunsuz mənimsəmə və kibercinayətkarlıqda təqsirləndirilir. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib. Azərbaycan məhkəmələri tərəfindən Sevinch Niyazi təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.
Qeyd edək ki, bir qədər əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstənin ifşa edilməsi barədə məlumat yaymışdı. Sevinch Niyazinin də mütəşəkkil dəstənin üzvü olduğu açıqlanıb.
Həmin mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan Respublikasının vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.
Cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan vətəndaşının zərər çəkdiyi məlum olub.
Cinayət işi üzrə beynəlxalq hüquqi yardım prosedurları çərçivəsində cinayət əməllərinin təşkilatçılarının Bolqarıstan Respublikasında məskunlaşdığı müəyyən edilərək Bolqarıstan Respublikasının hüquq mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilib.
Bu şəbəkənin toruna düşənlər arasında bir sıra tanınmış şəxslər, o cümlədən YAP-ın Bakı rayon təşkilatlarından birinin rəhbəri də yer alırdı.

16.01.2022

Xalq Cəbhəsi 20 Yanvar faciəsinə görə cavab verməlidir!


Nemət Pənahlının əmri ilə Mərkəzi Komitənin binası qarşısında dar ağacı quruldu: cəbhəçilər elan etdilər ki, respublika rəhbərliyini bu dar ağacından asacaqlar. Elçibəyin əmri ilə AXC-nin silahlıları Bakıdakı hərbi hissələrin giriş-çıxışında barrikadalar qurdular. Onlar hərbçilərin hərbi hissədən çölə çıxışını bağladılar. Hərbi hissələrin qapısının ağzına beton bloklar gətirərək düzdülər, blokların yanında isə dolu benzovoz maşını saxlayaraq hərbçilərə bildirdilər ki, əgər bloku yarıb çölə çıxmağa cəhd göstərsəniz benzovoza od vuracayıq.
Həmin vaxt Bakıdakı hərbi hissələrdə olan rus hərbçiləri öz kazarmalarında, həyat yoldaşları isə “obşaqalarda” blokirovkaya salınmışdılar, yəni faktiki olaraq cəbhəçilərin əsirliyində idilər. Cəbhəçilər dəfələrlə açıq şəkildə bildirmişdilər ki, biz sizi sağ buraxmayacayıq, ermənilər kimi siz də cavab verməli olacaqsınız. Nemət Pənahlının ov tüfəngləri ilə silahlanmış dəstəsi rus zabitlərinin övladlarının olduğu uşaq baxçasını tutdular, uşaqları girov götürərək şəhərdəki ordu komandanlığına ultimatum verdilər. Rus hərbçilərinin arvad-uşaqları cəbhəçilərin qarşısında hansı günah işlətmişdilər, başa düşmək olmurdu.
AXC-nin hökumət qarşısında qoyduğu mücərrəd tələblər bunlar idi: Azərbaycanın iqtisadi müstəqilliyi bərpa edilsin; Müdafiə dəstələri yaradılsın; Şimali Azərbaycanla Cənubi Azərbaycanın sərhədləri götürülsün. Maraqlıdır ki, Vəzirovun dövründə Azərbaycanın İranla sərhədlərini sökən cəbhəçilər özləri hakimiyyətə gələndən sonra həmin sərhədləri yenidən bərpa etdilər. Elə təkcə bu fakt onu göstərir ki, AXC-nin tələbləri sırf manipulyasiya xarakterli idi. “Azərbaycanın Rusiyadan iqtisadi asılılığı aradan qaldırılsın” tələbi qoyan cəbhə tərəfdarlarının çoxu “müstəqillik bərpa olunandan” sonra bir tikə çörək dalınca Rusiya bazarlarına alver eləməyə yollanmalı oldular. 1989-cu ildə meydanda “Qarabağda erməni qalmayacaq, hamısını qovub çıxaracayıq” deyən cəbhəçilər Ayaz Mütəllibov erməni terrorçularına qarşı əməliyyat keçirəndə buna qarşı çıxdılar. Elçibəy, İsa Qəmbər və Etibar Məmmədov mətbuat konfransı keçirərək, xarici KiV-lərə müsahibə və açıqlamalar verərək Mütəllibovu erməniləri qırmaqda, Azərbaycandan deportasiya etməkdə günahlandırdılar və genosidi dayandırmağı tələb etdilər. 1989-cu ildə meydanda “Nə qədər erməni Qarabağdadır, bizim rahatlığımız yoxdur!” bağıran Elçibəy özü prezident olanda, 1992-ci ildə deyirdi ki: “Laçın dəhlizini bağlamaq olmaz, ermənilər dünyanı üstümüzə qaldırarlar”. Sonralar Ayaz Mütəllibov xatirələrində yazırdı: “Qarabağın işğal olunmuş ərazilərinin qaytarılması əməliyyatı 23-cü motoatıcı diviziya ilə razılaşdırılmışdı və 6 mart 1992-ci ilə təyin olunmuşdu. Elə həmin gün Xalq Cəbhəsi Ali Sovetin binasını mühasirəyə aldı və mənim istefamı tələb etdi”. İsa Qəmbər açıq-aşkar deyirdi: “Bizə Qarabağ lazım deyil, Mütəllibovun istefası lazımdır”. “Nə qədər erməni Qarabağdadır, bizim rahatlığımız yoxdur”
Yanvar hadisələrindən qabaq Nemət Pənahlı Azadlıq meydanı adı verdikləri Lenin meydanında etdiyi çıxışlarında deyirdi:
“Vaxt var idi yumruq kimi birləşmişdik. Amma erməni evlərinin bölüşdürülməsinə gələndə parçalanma baş verdi, aramızda qırğın düşdü. Çünki başladılar erməni evlərinin bölüşdürülməsi uğrunda davaya. Şəxsi mənafe milli mənafeyi üstələdi. Bu məqsəd yavaş-yavaş parçalandı getdi vəzifə davalarına, tayfa davalarına. Belə getsə axırda özümüz bir-birimizi qıracayıq”.
“Ermənistandan gələnlərlə bizim aramızda müəyyən fərqlər, yadlaşmalar var. Ona görə bir-birimizi başa düşmürük”.
“Mən bu meydana kəfən geyinib gəlmişəm!”
“Kəfən geyinmişəm, dediyimdən dönməyəcəyəm, sizinlə bu meydanda öləcəyəm”.
“Artıq “Şmidt” zavodu avtomat silahlar istehsal etməyə başlayıb. Müdafiəmizi təşkil edəcəyik”.
“Fikirləşirsiniz ki, qoşun gətirəcəksiniz, xalqı qırdıracaqsınız. Biz 100-200 avtomatlı ilə gələcəyik bura. Həmin gətirəcəyiniz ordu da tərksilah olunacaq, həmin avtomatlar da xalqın əlinə keçəcək”.
“Şəxsən mən girəcəyəm burda 10 nəfəri öldürəcəyəm, özümü də öldürəcəyəm”.
“Ölümə gedəcəyik və qələbə qazanacayıq. İkinci söhbət olmamalıdır”.
“Əgər bu gün biz 100 nəfərin qanı bahasına qələbə çalacayıqsa, sabaha qalsa 200 nəfərin, birisi gün 1000 nəfərin qanı hesabına qələbə çalacayıq”.
“Bilməlidirlər ki, bizim qoyduğumuz tələbin arxasında “ya olum ya ölüm” durur”.
“Mənim mübarizəm şimallı-cənublu vahid Azərbaycan qurmaqdır. Bu yolda son nəfəsimə qədər vuruşacağam!”.
“Kim ki ölümə hazırdır, döyüşdə birləşək. Döyüşdə birləşəndə biz müqəddəs oluruq”.
“Silahlı dəstələr yaradırıq. Qeyrəti olan, namusu olan hər kəs bizə qoşulsun”.
“Azərbaycanın rəhbərliyi xalqı eşitməsə, onu məhv edəcəyik. Xalq öz oğullarını meydana çıxaracaq”.
“Biz məcburuq ki, öz içərimizdə daxili düşmənlərlə vuruşaq”.
“Bu gün sizə müraciətimiz budur: Silah, silah, silah! Hansı yolla edirsiniz edin – oğurluq, doğurluq – silah əldə edin!”
“10 nəfər birgə dəstə düzəltsin, başçısı gəlib desin ki, 10 nəfərlik dəstə hazırdır. Tələbələr ayrı gəlsin. Hərbi məşqlər keçirmək üçün pensiyada olan hərbiçilər bizə köməyə gəlsin”.
“Yerdən məlumatlar gəlir ki, Mərkəzi Komitəni dağıtmaq lazımdır. Əgər bura hansısa məqsədə görə yığışmışıqsa, gəlin bunu edək”.
“Tələblərimizə cavab verilməsə Mərkəzi Komitəni dağıdacayıq”.
Xalq cəbhəsinin aktivistləri silah ələ keçirmək üçün hərbi hissələrin silah anbarlarına hücumlar təşkil etdilər. Rəsul Quliyevin pulu ilə Volqoqraddan odlu silahlar alınaraq Bakıya gətirildi. JEK-lərdən rus praporşiklərinin və zabitlərinin ünvanlarının siyahısını çıxarmışdılar, bu evlərə basqınlar edərək ailələrə təcavüz edirdilər. Sonradan aydın oldu ki, bütün bunlar hərbçiləri xalqın üzərinə yönəltmək məqsədilə edilirdi. Xalq Cəbhəsinin liderləri rayonlara da yollanıb burda böyük fitnə-fəsadlar törətdilər. 29 dekabr 1989-cu ildə AXC Cəlilabadda, 10 yanvar 1990-cı ildə Lənkəranda hakimiyyəti ələ keçirdi. Cəlilabadda raykom və KQB binaları dağıdılaraq tar-mar edildi, raykom katibi döyülərək eşşəyin belinə mindirildi və küçələrdə gəzdilrildi. 19 yanvarda artıq 27 rayon AXC-nin əlinə keçmişdi. Cəbhəçilər raykom binalarının katibliyinə doluşurdular, qapını çöldən mısmarlayırdılar, raykom katibi içəridə qalırdı və çölə çıxa bilmirdi. Bəzi rayonların raykom binasında çiyinlərində ov tüfəngləri olan cəbhəçilər otururdular, Cəlilabad, Sabirabad və digər rayonlarda partiya komitələrinin və dövlət orqanlarının qapıları mismarlanmışdı, bu rayonlardan katiblər, prokurorlar və digər dövlət işçiləri qovulmuşdu. Respublikada sözün əsl mənasında anarxiya və özbaşınalıq yaranmışdı. 1989-cu il dekabrın sonunda cəbhəçilər Naxçıvanda heç bir əsas olmadığı halda İranla dövlət sərhədinin məftillərini söküb dağıtdılar və İrana girdilər. Ümumilikdə Azərbaycan ilə İran arasında 700 kilometrlik sərhəd xətti məhv edildi. 19 yanvarda Naxçıvan MSSR təktərəfli olaraq SSRİ-dən rəsmən ayrıldığını elan etdi ki, bu həm SSRİ, həm də Azərbaycan Konstitusiyasına zidd idi. Beləliklə, Naxçıvan müstəqil respublika oldu. Cəbhəçilər təkcə soyğunçuluqlar, qətllər və dağıntılar törətmir, açıq-aşkar terror aktı həyata keçirməkdən də çəkinmirdilər. Onlar Sovet flotiliyasının Bayılda tikilmiş yeni qərargah binasını bomba qoyaraq partlatdılar, 22 matros dağıntılar altında qalaraq öldü.
Qarət olunacaq erməni mənzillərinin siyahısını AXC üzvləri Becan Fərzəliyev və Nemət Pənahlı hazırlamışdı. İğtişaşlar törədən dəstələrdən birinə Elçibəyin köməkçisi Şəmsəddin Umudov rəhbərlik edirdi və o 16 yaşlı rus qızının zorlanmasında da iştirak etmişdi. Qarət olunmuş malların bir hissəsi AXC-çilərin Leytenant Şmidt adına zavoddakı qərargahında toplanmışdı. AXC 40-a yaxın silahlı dəstə yaratmışdı. Nəticədə 42-si erməni, 17-si azərbaycanlı olmaqla 59 adam öldürülmüş, 300 nəfər isə yaralanmışdı. 17-18 yanvarda odlu silah, bıçaq və payalarla silahlanmış cəbhəçilər Hökumət Evini tutmaq üçün 3 dəfə cəhd göstərərək hücuma keçdilər. “Ölkə rəhbərliyinə də bildirmişik ki, ya öləcəyik, ya da öldürəcəyik” – proseslərin əsas yönləndiricilərindən olan Nemət Pənahlı deyirdi.
Belə bir ağır şəraitdə Moskvadan Mərkəzi Komitənin katibi Andrey Qirenko digər dövlət nümayəndələri ilə birgə Bakıya gəldilər. Qirenko cəbhəçilərlə görüşərək xahiş etdi ki, qızışdırdıqları əhalini meydandan evlərinə göndərsinlər. O demək olar yalvararaq onlara dedi ki, yollarda, hərbi hissələrdə və aeroportda qurduqları barrikadaları yığışdırsınlar, hərbçilərin əhali ilə toqquşmasının qarşısını alsınlar. Lakin Etibar Məmmədov Qirenkoya bildirdi ki, onlar heç bir barrikadanı sökməyəcəklər, hərbçiləri şəhərə buraxmayacaqlar və müqavimət göstərərək bu yolda son damla qanlarına kimi vuruşacaqlar. Elçibəy də dövlət nümayəndələrinin xahişlərinə məhəl qoymadı, bildirdi ki, bizim hərbçiləri şəhərə buraxmaq fikrimiz yoxdur, tələbimiz Vəzirovun hakimiyyətdən getməsidir və onun yerinə xalqın içindən çıxmış bizim dediyimiz adam oturmalıdır. Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko Etibar Məmmədova Bakıya ordu göndəriləcəyi barədə xəbərdarlıq etdi. Etibar Məmmədovun cavabı isə qəti oldu: “Biz tam hazırıq, müqavimət göstərib ordunu məhv edəcəyik”.
Azərbaycan KQB-sinin keçmiş sədri Vaqif Hüseynov yazır: “Xalqı qırğına verməmək təklifimizə Elçibəy belə cavab verdi: «Bizə qan lazımdır! Nə qədər ki Tbilisidə qan axıdılmadı, beynəlxalq hüquq təşkilatları Gürcüstana diqqət ayırmadılar. Bizə diqqət yetirmələri üçün hökmən qan lazımdır»”.
20 yanvar günü Etibar Məmmədov mitinqçilərə müraciətində deyirdi: “Xalqı küçələrə çıxmağa və işğalçı orduya qarşı müqavimət göstərməyə çağırırıq. Möhkəm durun, mən AXC rayon şöbələrinə əmr vermişəm ki, kömək göndərsinlər. Artıq Göyçay rayonundan hərəsində 100 nəfər olmaqla 5 avtobus adam yola düşüb, köməyə gəlirlər!”
Həmin hadisələrin iştirakçısı olmuş Hacı Əbdül bildirirdi: “Nemət Pənahlı əhaliyə deyirdi ki, heç yerə getməyin, sizin üçün silah-sursat gətirəcəyik. Camaatı aldada-aldada meydanda saxlayan Nemət Pənahlı oldu. 20 Yanvar hadisələrində əsas günahkar Xalq Cəbhəsidir. Hadisələri onlar özləri törədirdilər. Buna görə də hadisələrin qarşısını almaqdan söhbət gedə bilməz. Məqsəd hakimiyyətə gəlmək idi”.
20 yanvar barədə AXC liderlərinin səsləndirdikləri fikirlərə baxaq.
Etibar Məmmədov: “Nə qədər çox qan tökülsə, işimizin xeyrinədi, millət bir o qədər tez təşəkkül tapar”.
Nemət Pənahlı: “20 yanvar - bizim ən böyük qələbəmizdir. O ki qaldı yüz, iki yüz adamın ölümünə, boş şeydi, qələbə ilə müqayisədə bu o qədər də böyük faciə deyil”.
Elçibəy: “Qoy lap millətin yarısı qırılsın, nə olasıdı ki? Yaxşılar ki qalacaq!”
Fəzail Ağamalı: “Rumıniyadan başlayan qanlı inqilablar dalğası Azərbaycanı da öz ağuşuna almalıdır”.
Sovet Ordusu AXC ekstremistlərinin əlində olan hakimiyyəti geri qaytarmaq üçün 19 yanvar gecəsi Bakıya daxil oldu. Xalq Cəbhəsinin radikallarından ibarət olan silahlı qrup üzvləri yaxınlıqdakı beşmərtəbəli binaların pəncərələrindən, balkonlarından və damlarından əsgərlərə atəş açdılar ki, onlar da cavab atəşi açsınlar və qabaqdakı əhalini gülləbaran etsinlər. Qırğın da məhz həmin təxribatçı qrupun açdığı atəş nəticəsində baş verdi. Qrup atəş açaraq onlarla Sover hərbçisini öldürmüş və yaralamış, bundan sonra əsgərlər kütləyə atəş açmağa başlamışdılar. Qırğın törədilməsi məqsədilə cəbhəçilərin öldürdüyü rus əsgərləri bunlardır:
Vladimir Qamartsev – başından və sinəsindən güllələnmişdir;
Vasili Kovalev – başından və boynundan güllələnmişdir;
Aleksandr Kuzin – başından güllələnmişdir;
Aleksandr Lukyanov – qarnından güllələnmişdir;
Aleksandr Maleev – başından güllələnmişdir;
Serqey Oleynik – sinəsindən və qarnından güllələnmişdir;
Serqey Pyatakov – başından güllələnmişdir;
İqor Redko – başından güllələnmişdir;
Serqey Roqaçevski – başından güllələnmişdir.
Bunlar təkcə adları sənədlərdə əks olunan hərbçilərin adlarıdır, reallıqda isə öldürülmüş hərbçilərin sayı daha çox olmuşdur. Bulvarda patrul həyata keçirən rotanın avtomat silahlardan atəşə tutulması nəticəsində bir serjant, bir nəfər də sıravi əsgər yaralandı. Serjantın güllə kürəyindən keçib qarın boşluğuna girmişdi, hospitalda metr yarım bağırsağı kəsilib götürüləndən sonra sağ qaldı, əsgərin isə güllə kaskasını deşərək başına girmişdi ki, bir ay sonra huşu özünə gəlmədən hospitalda öldü. Təkcə Salyan kazarmaları ərazisində snayper tüfənglərindən açılan atəş nəticəsində 6 əsgər yerindəcə öldürülmüşdür. Bu yolla elə bir görüntü yarada bilmişdilər ki, qoşun spontan şəkildə üzbəüz barrikadalardakı camaatı gülləyə tutsun. Mətbuatın məlumatına görə, 19 yanvardan 21 yanvara kimi provokatorlar tərəfindən 29 Sovet hərbçisi və 5 milisioneri öldürülmüş, 300 hərbçi isə yaralanmışdır.
Beləliklə, xalqı küçəyə tökən AXC üzvləri özləri beşmərtəbəli binaların pəncərələrindən yaxınlaşan əsgərlərə atəş açırdılar ki, əsgərlər kütləyə atəş açsın. Nəticədə qan tökülsün, xalqda hakimiyyətə nifrət yaransın, ruslar Azərbaycandan çıxarılsın və ölkədən Moskvanın nəzarəti götürülsün. Başlı-başına qalan ölkə bunların əlinə keçsin.
Cəbhəçilər zavoddan maşına kəsilmiş armatur yükləyərək gətirib aksiya iştirakçılarına paylamışdılar ki, bununla hərbçilərə müqavimət göstərsinlər. Şəhərin içində hər 2-2,5 kilometrdən bir barrikadalar qurmuşdular. Onlar hərbçilərin yaxınlaşdığı küçələrdə hazır vəziyyətdə saxladıqları benzovozların şlanqını açırdılar, benzini yol boyu asfalta süzürdülər, hərbçilərin BMP-ləri yaxınlaşarkən yola od vururdular. Beləcə küçələri oda-alova qərq edirdilər. Məhz cəbhəçilərin qəsdən yaratdıqları xaos və qarışıqlıq 1990-cı ilin 20 yanvarında ağır faciəyə gətirib çıxarmışdır.
Meydanda xalq güllələr altında qırılanda tribinadan barbar bağırıb yaxasını yırtın cəbhə liderlərindən biri də ortalıqda tapılmadı, hamısı qaçıb gizləndi. Nemət Pənahlı deyirdi ki, bütün Azərbaycan xalqı qarşısında and içirəm, bu yolda xalqımla birgə son damla qanına kimi vuruşacağam: “And içirəm Nəsimi inadına, Səftərxan qeyrətinə, Koroğlu qeyrətinə, Babək qeyrətinə” – o tribunadan xalqı tovlayaraq bildirirdi. “Biz vətən eşqi məktəbində can verməyi öyrənmişik” – bu cür pafoslu ifadələr işlədərək kütləni qızışdırırdı. Amma “aşiqi sadiq mənəm” deyən “milli qəhrəmanımız” Qarabağa xalq yardımı adı altında yığılmış bir kulok pulla sərhədi keçərək İran ərazisinə qaçdı.
20 Yanvar hadisələrində AXC idarə heyətinin 14 üzvündən heç birinin nə özü, nə də qohum-əqrəbası heç bir xəsarət almamışdır. Heç kəs indiyə kimi cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bu təşkilatçılar onilliklərdir heç yerdə işləmədikləri halda xalqın 80%-indən qat-qat yaxşı dolanırlar və təmtəraqlı həyat tərzi sürürlər.

“20 yanvar günü axşam 11-də AXC sədri Əbülfəz Əliyev qəlb dostu Becan Fərzəliyevin yanına getdi və qırğın gecəsi orda gizləndi. Növbəti bir neçə gündə də Becanın evində gizləndi. Rəsul Quliyev gizlicə müzakirə üçün tez-tez onun yanına gəlirdi. Daha sonra Əbülfəz Lahıca gedir və orda bir müddət gizlənir. Az sonra heç kimin “ələkeçməz Co”nu axtarmadığına əmin olub, heç nə olmamış kimi xalqın qarşısına çıxır və AXC-yə rəhbərlik etməyi, Milli Məclisdə sessiyalar keçirməyi və Hökuməti idarə etməyi tövsiyə edir. İsa Qəmbər həmin gecəni Yusif Səmədoğlunun mənzilində keçirir. Birlikdə paytaxtdakı divan barədə dünyanı məlumatlandıran radionu dinləyirlər. Etibar Məmmədov barrikadaları gəzir və mətin olmağı tələb edirdi. 20 yanvara kimi “Qarabağı müdafiə etmək üçün” vəsait toplayan Nemət Pənahov qırğın başlayandan sonra meqafon vasitəsilə sakinləri mənzillərindən küçələrə çıxıb şəhəri qorumağa çağırırdı”.
Zərdüşt Əlizadə, “İkinci respublikanın sonu” kitabından

“Əbülfəz Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin yaxınlığında zirzəmidə yerləşən kafedə idi. Hikmət Hacızadə evində yatmışdı. İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi. Nemət Pənahov meydanda camaata deyirdi ki, dağılmayın, bir azdan sizə tankvuran avadanlıqlar gətirəcəyəm. Etibar Məmmədov həmin gecə Moskvaya uçub getdi. Rəhim Qazıyevin isə harda olduğunu bilmirəm”.
Meydan hadisələrinin iştirakçısı Araz Əlizadənin xatirələrindən

“20 Yanvarda dövlət onun cənub sərhədlərini sökən, yerli icra strukturlarını zorla zəbt edən, dinc vətəndaşları öldürən ekstremistlərə ordunun tədbir görəcəyi, atəş açacağı barədə qabaqcadan xəbərdarlıq etmişdi. Moskvanın yüksək vəzifəli nümayəndəsi Andrey Qirenko Elçibəyə şəxsən dedi ki, insanları küçələrdən yığışdırın, yoxsa ordu atəş açacaq. Amma o bunu etmədən Becan Fərzəliyevin evində gizləndi və nə qədər adam öləcəyini gözlədi... Əli Kərimli, siz də itkilər daha çox olsun deyə “güllələr xolostoy olacaq” şayiəsini yaydınız. O axşam Yurd Birliyi üzrə müavininiz Qorxmaz İbrahimlinin bu işlə şəxsən məşğul olduğuna şahidəm. O mənə dedi ki, güllələr xolostoy olacaq və bütün BDU şöbəsi MK-nın qarşısına toplaşacaq. Ancaq mən MK-nın qarşısında 3-4 saat ərzində AXC BDU şöbəsindən heç kəsi görmədim. Təkcə Vəkil Hacıyev camaatı ölümə göndərməklə məşğul idi. Saat 12 radələrində İnşaatçılar metrosu tərəfdə gülləbarana düşəndə yanımdakı uşaqlara dedim ki, qaçmayın, güllələr xolostoydur. Ancaq onlardan biri dedi ki, bunlar həqiqi güllələrdir və biz qaçıb canımızı güclə qurtardıq. Orda bir nəfəri öldürdülər. Mən bu haqda dəfələlərlə yazmış, telekanallarda danışmışam. Amma Qoxmazdan səs-səmir çıxmayıb. Mən yenə ondan, eyni zamanda sizdən soruşuram: bu informasiya hardan idi? Qoy o da mənbəni açıqlasın və biz insanları ölümə kimin göndərdiyini dəqiq bilək. Əlbəttə bu birmənalı AXC-dir. Sadəcə konkret adlar olmalıdır ki, məhkəmə qarşısına onları çıxaraq. O gün yaxındadır, Əli bəy!”
Yazıçı-jurnalist Nadir Qocabəyli.

“Yanvar hadisələrindən iki gün qabaq, 18 yanvar 1990-cı ildə nazirlərdən biri kağız kulokda İsa Qəmbərə 76 min pul verdi. İsa Qəmbər bizə desin görək, həmin pulu neylədi, hara xərclədi?”
Rəhim Qazıyev

20 Yanvar qırğınının əsas təşkilatçılarından olan Becan Fərzəliyev hal-hazırda Türkiyədə NATO-nun Müdafiə sənayesi kompleksində mühüm vəzifə tutur, Etibar Məmmədov isə Türkiyədə PKK ilə şərik şirkətlər işlədir.

Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş politoloq Zərdüşt Əlizadə Xalq Cəbhəsini xalqı qırğına verməkdə ittiham edərək demişdir: “O vaxtlar belə bir faciəli günün yaxınlaşdığını görürdüm. Xalq Cəbhəsi İdarə heyətində üç dəfə məruzə etdim ki, xalqı ayağa qaldırıb dövlət idarələrinə, orduya hücum etmək lazım deyil. Bu, təhlükəlidir və nəticəsi pis olacaq. Orduda qulluq eləməmiş, fərari Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri mənim dediyimi anlamırdılar. 15 nəfər idarə heyətinin üzvündən yalnız 2 nəfər Sovet ordusuna qulluq etmişdi ki, onlardan biri də mən idim. Son 13 nəfər isə fərrari idi, Sovet ordusunda qulluq eləməmişdi, min bir fırıldaqla boyun qaçırmışdı. Ona görə də orduda andın nə olduğunu, orduda verilən əmrlərin sözsüz yerinə yetirildiyini anlamadan Vəzirovu devirmək naminə xalqı sövq edirdilər ki, dövlət idarələrinə hücum etsinlər. Mənasız, səfeh uşaqlarla mitinq keçirirdilər. Dövlət idarələrini iflic vəziyyətə salmışdılar. Axırda görəndə ki, bu adamlar söz anlamırlar, şüurlu surətdə xalqı qırğına aparırlar, 1990-cı il yanvarın 7-sində Xalq Cəbhəsini tərk etdim. Mən Xalq Cəbhəsini tərk edəndən sonra son sözlərim bu olmuşdu: “Bəylər, mən qorxuram. Siz xalqı qana, məğlubiyyətə aparırsınız”. Qışqırdılar ki, “xain, satqın, qorxaq” və s. Mən də döndüm, çıxdım getdim. Qaldı Əbülfəz Əliyev və onun ətrafı. 13 gündən sonra bu hadisə baş verdi... Xalq Cəbhəsi şüurlu sürətdə bilərək ki qırğın olacaq, xalqı yalançı şüarlarla küçələrə çıxartdı. Silah verəcəyik və s. yalançı vədlərlə xalqı aldatdılar. Camaatı küçələrə çıxardılar, Sovet hərbi hissələrinin ətrafında və Bakıya gedən əsas yollarda barikadalar qurdular. O vaxtlar onlara siyasi rəhbərlik tərəfindən təhdid edildi ki, camaatı küçəyə çıxartmayın. İsa Qəmbərin cavabı belə oldu ki, nümayiş və mitinqlər xalqın konstitusion hüququdur. Gəlin vurun qırın! Əbülfəz bəy də xalqa dedi ki, qadınlar getsin, kişilər qalsın. Özü də qaçdı gizləndi qəlb dostu Becan Fərzəliyevin evində. Ondan sonra ordu gəldi qırdı... Həmin vaxtlar Moskva bura ən ali məqamlı siyasi rəhbərlərini göndərmişdi. Onlar Xalq Cəbhəsinin liderləri ilə görüşdülər və dedilər ki, xalqı küçəyə çıxartmayın. Amma dedilər ki, çıxardacağıq. Belə bir şəraitdə Vəzirovu yıxmaq naminə mənasız şüarlarla camaatı verdilər qırğına. Sonra da iblisanə bir məkrlə bunu adlandırdılar xalqın qəhrəmanlıq simfoniyası, vəssalam. Sonda Vəzirovu yıxdılar. Bu adamlar alçaq işlərini görəndən sonra çəkiliblər və 30 ildir müxalifət rolunu oynayırlar. 18 dəfə seçkini uduzublar, özlərini xalqın adamı adlandırırlar. Mən adi insanam, bilirəm çörəyim hardan çıxır. Sovet dövründə aldığım mənzildə yaşayıram. Bu adamlar hardan qazanırlar? Necə yaşayırlar? Gəlirləri hardandır? Anlamaq olmur. Xalq olaraq bu sualı vermirik. İndi sosial şəbəkədəki nadan, cahil insanlar elə bilirlər hər şey bilirlər, əslində tariximizlə bağlı heç nə bilmirlər”.


13 yanvar - Nemət Pənahlı orduya müqavimət üçün silahlı dəstələr yaradır
https://www.youtube.com/watch?v=xXAOV1YWqJA&t=34s

13 yanvar - Nemət Pənahlı Leytenant Şmidt zavodunda silah istehsal etmələri barədə
https://www.youtube.com/watch?v=RY-t1ZjQmRA

13 yanvar - Cəbhəçilərin erməni evlərinin üstündə bir-birini qırması barədə
https://www.youtube.com/watch?v=eBple8y89B4

13 yanvar - Cəbhəçilər xalqı qırğına çağırır
https://www.youtube.com/watch?v=cQHNABwu_y0

13 yanvar - Cəbhəçilər xalqı necə qırğına verdi
https://www.youtube.com/watch?v=HBlN9ck740Q

20 yanvarda əsgərlərə güllə atanlar kimlər idi?
https://www.youtube.com/watch?v=Zwi9VS5nG98

20 yanvar gecəsi əsgərlərə güllə atan qrup
https://www.youtube.com/watch?v=ONSyt24cAyI

Xalq Cəbhəsi 20 Yanvarda əhalini iğtişaşlara necə təşviq etdi
https://www.youtube.com/watch?v=g35QDYSUjyg&t=318s

Xalq Cəbhəsinin provokatorları hərbçilərə güllə atmaqla xalqı qırğına verdilər
https://www.youtube.com/watch?v=lF5X0V9hQ1s&t=146s

Rus hərbçilərinin arvad-uşaqları cəbhəçilərin qarşısında hansı günahı işlətmişdilər?
https://www.youtube.com/watch?v=hQxlNywyfEo

Zərdüşt Əlizadə: Dava müstəqillik davası deyildi, milli sərvətləri ələ keçirmək davası idi
https://www.youtube.com/watch?v=byjXQ1XaKpY

Turan express teleqram kanalı
https://t.me/turan_express
Çoxları bilmir ki, Ayaz Mütəllibov erməni terrorçularına qarşı əməliyyat keçirəndə Əbülfəz Əliyev, İsa Qəmbər və Etibar Məmmədov mətbuat konfransı keçirərək, xarici KİV-lərə müsahibə və açıqlamalar verərək Mütəllibovu erməniləri qırmaqda, Azərbaycandan deportasiya etməkdə günahlandırırdılar və genosidi dayandırmağı tələb edirdilər.

İkiüzlü məlunlan tanıyaq!                                                                      

“Qarabağın işğal olunmuş ərazilərinin qaytarılması əməliyyatı 23-cü motoatıcı diviziya ilə razılaşdırılmışdı və 6 mart 1992-ci ilə təyin olunmuşdu. Elə həmin gün Xalq Cəbhəsi Ali Sovetin binasını mühasirəyə aldı və mənim istefamı tələb etdi”. Ayaz Mütəllibov

“Bizə Qarabağ lazım deyil, Mütəllibovun istefası lazımdır”. İsa Qəmbər, 1992-ci il

Kürdlərə Qarabağ yox, Bakını tutmaq lazım idi.
“Əbülfəz Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin yaxınlığında zirzəmidə yerləşən kafedə idi. Hikmət Hacızadə evində yatmışdı. İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi. Nemət Pənahov meydanda camaata deyirdi ki, dağılmayın, bir azdan sizə tankvuran avadanlıqlar gətirəcəyəm. Etibar Məmmədov həmin gecə Moskvaya uçub getdi. Rəhim Qazıyevin isə harda olduğunu bilmirəm”.

Meydan hadisələrinin iştirakçısı Araz Əlizadənin xatirələrindən
“20 yanvar günü axşam 11-də AXC sədri Əbülfəz Əliyev qəlb dostu Becan Fərzəliyevin yanına getdi və qırğın gecəsi orda gizləndi. Növbəti bir neçə gündə də Becanın evində gizləndi. Rəsul Quliyev gizlicə müzakirə üçün tez-tez onun yanına gəlirdi. Daha sonra Əbülfəz Lahıca gedir və orda bir müddət gizlənir. Az sonra heç kimin “ələkeçməz Co”nu axtarmadığına əmin olub, heç nə olmamış kimi xalqın qarşısına çıxır və AXC-yə rəhbərlik etməyi, Milli Məclisdə sessiyalar keçirməyi və Hökuməti idarə etməyi tövsiyə edir. İsa Qəmbər həmin gecəni Yusif Səmədoğlunun mənzilində keçirir. Birlikdə paytaxtdakı divan barədə dünyanı məlumatlandıran radionu dinləyirlər. Etibar Məmmədov barrikadaları gəzir və mətin olmağı tələb edirdi. 20 yanvara kimi “Qarabağı müdafiə etmək üçün” vəsait toplayan Nemət Pənahov qırğın başlayandan sonra meqafon vasitəsilə sakinləri mənzillərindən küçələrə çıxıb şəhəri qorumağa çağırırdı”.

Zərdüşt Əlizadə, “İkinci respublikanın sonu” kitabından

15.01.2022

TƏŞƏKKÜRLƏR, ZAHİR ƏMƏNOV!


Teymur Əkbərov

Əvvəllər istədiyim kitabı və ya qəzeti almaq üçün heç nə demədən qiymətini dərhal ödəyərdim. Vaxt olub istədiyim qəzetləri almaq üçün hər həftə 2-3 marşrut dəyişməklə Yeddioymağa gedib gəlmişəm. Və ya başqalarının istirahətə getdiyi İstisuya mən İldırım Allahyarovun yanına Teymur Yəhyayevin kitabını almaq üçün getmişəm və o buna çox təəccüblənib. Bir az da mənim xarici görünüşüm onu təəccübləndirmişdi.
"Eminağa"ada qonaqlıq verən deputat Elmira Axundova isə demişdi: "Birinci dəfədir ki məndən nəsə yox, kitab istəyirlər".
Az Teymurim.
Fikirləşirəm ki, kitab müqəddəsdir və onun da qiyməti olmalıdır, yəni müəllif zehni əməklə yanaşı, həm də fiziki əmək də sərf edir və bu onun bəlkə də çörək ağacıdır. Bəlkə də həmin müəllifin başqa bir yerdə dolanışıq yeri yoxdur.
Onsuz da indi hər şey maddiyyətə bağlıdır. Mənim də artıq ailə-məişət qayğıları üzündən kitab və ya yazılı KİV-ə artıq ödəməyə vəsaitim olmadığı üçün demək olar heç buna cəhd də etmirəm. Amma sağ olsun dostlar, yenə məni yaddan çıxartmırlar.
İldırım və Zahir Müəllimlər çox sağ olun!

Müsavat və AXCP bəs buna niyə etiraz etmədi?!

Abutalib Səmədov

ABŞ prezidenti ötən ilin son günlərində Konqresin qəbul etdiyi “Milli müdafiə haqqında” qanunu imzalayıb.
Prezident Bayden və konqresmenlər bizi bayram münasibətilə “şərəfləndirmək” qərarına gəliblər və qanunun bir maddəsini Azərbaycana həsr ediblər.
Həmin maddənin  elə “A” bəndində yazıblar ki, “27 sentyabr 2020-ci ildə Azərbaycan və Türkiyə xarici silahlıların dəstəyi ilə Dağlıq Qarabağa hərbi hücum təşkil edib və nəticədə minlərlə insan öldürülüb, 10 minlərlə etnik erməni köçürməyə məruz qalıb”.
Yəni müharibəni biz- Azərbaycan və Türkiyə başlayıb və məqsədimiz  torpaqlarımızı azad etmək yox, fağır qarabağ ermənilərini qırmaq və etnik təmizləməyə məruz qoymaq olub.
ABŞ qanununda Azərbaycan nələrdə ittiham olunmur? İddia olunur ki, biz erməni əsirlərinə qeyri-insani münasibət göstərmişik, qadın əsirləri cinsi istismara məruz qoymuşuq, onların bəzilərinin başını kəsmişik, meyitlərini təhqir etmişik, üstəlik 200-ə yaxın əsiri də vermək istəmirik. Baxmayaraq ki amerikalıların fikrincə, ermənilər imzaladıqları Bəyanata əməl ediblər və bütün əsirləri qaytarıblar.
Eyni zamanda ABŞ prezidentinin imzaladığı qanunda tələb olunur ki, müdafi naziri dövlət katibi ilə birlikdə 6 ay müddətində Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı ağ fosfordan, kasetli bombalardan və digər qadağan olunmuş hərbi sursatlardan istifadə etməsi, xarici terrorçuları hərbi əməliyyatlara cəlb etməsi haqqında hesabat hazırlasın. Yəni  böhtanlar bitməyib və həngamə hələ qabaqdadır.
Dəyərli həmvətənlərim! Nə qədər axtarsam da bu ədalətsizliyə şanlı siyasi partiyalarımızın etirazını tapa bilmədim.
Bəlkə pis axtarmışam?
Bəlkə siz rast gəlmisiniz?
Mümkünsə, tək sevinməyin, sevincinizi mənimlə də bölüşün.
Müsavatın və AXCP-nin ABŞ-a kəskin etirazını mənə göndərənlərə əvvəlcədən xüsusi təşəkkürlər! Allah sizi sevindirsin!

14.01.2022

Duqin: Qərblə əməkdaşlıq edən hər kəs cəzalanacaq

Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı politoloq və filosof Aleksandr Duqinin caliber.az-a müsahibəsini sizə təqdim edirik.

- Aleksandr Qelyeviç, bu yaxınlarda “Çarqrad”  telekanalına verdiyiniz müsahibədə Qazaxıstanda baş verən son hadisələrlə bağlı son dərəcə sərt danışdınız və bildirdiniz ki, “postsovet məkanının bütün dövlətlərinin ərazi bütövlüyü Rusiyadan asılıdır” və onların hamısı zərbə altında qalmamaq üçün  Rusiyadan kömək istəməlidir. Siz keçmiş Sovet İttifaqı ölkələrinə öz suverenliklərindən imtina etməyi təklif edirsiniz, elə deyilmi?
- Siz suverenlikdən imtina etməyə bilərsiniz, lakin o zaman ərazi bütövlüyündən imtina etməli olacaqsınız. Hesab edirəm ki, suverenlik məsələsi bizim dövrümüzdə yeni məna kəsb edir. Müasir dünyamızda suverenlik böyük nüvə silahı arsenalına, nəhəng demoqrafik və təbii ehtiyatlara, geniş ərazilərə malik olan dövlətlərə məxsusdur. Digər, daha kiçik oyunçuların suverenliyi isə onların sübut oluna bilən tam hüquqlu, fundamental, real suverenliyə malik qütblərlə münasibətlərindən asılıdır. Müasir dünyada yalnız üç suveren qütb var. Bunlar ABŞ və NATO ölkələri – Qərb bloku, maliyyə qüdrətinə görə Çin və hərbi qüdrətinə hesabına Rusiyadır. İran, Pakistan, Hindistan və bu sıradan olan bir sıra başqa ölkələr suverenliyə, daha doğrusu müstəqilliyə can atırlar, lakin indiyə qədər bu ölkələrin heç biri tam mənasında qütb ola bilməmişlər. Ona görə də postsovet məkanı məsələsi indi çox kəskin şəkildə aktualdır. İndi və ya heç vaxt - bu, bütün postsovet respublikaları üçün prinsipial “həqiqət anı”dır. Onların əksəriyyəti uğursuz, baş tutmayan dövlətlərdir. Açıq danışaq - onlar Sovet İttifaqı dağılan zaman onun qalıqları üzərində yaranmış dövlətlərdir. Bu dövlətlər bütün baş verənlərə rəğmən Qərb sivilizasiyasının əsas geosiyasi rəqibi olaraq qalan Rusiya ilə mübarizə üçün Qərb tərəfindən dəstəklənirdi. Və ona görə də bu postsovet dövlətləri ikivektorlu siyasət yürüdürlər. Yəni qismən Rusiyaya, qismən də Qərbə tərəf baxırlar.

- Konkret hansı dövlətləri nəzərdə tutursunuz?
- Mən elə konkretləşdirmək istəyirəm, sözümü kəsməyin! Bu dövlətlərin çoxu məsələn, GUAM təşkilatında olanlardır. Onlar daha çox qərbyönlü orientasiyaya malikdirlər. Bu dövlətlər Gürcüstan, Ukrayna, Moldova, müəyyən vaxtlar, GUAM yaradılarkən Özbəkistandır. Lakin sonra vəziyyət dəyişdi, GUAM zəifləməyə başladı və AİB-KTMT ölkələri Qərblə əlaqələri davam etdirməklə daha çox Rusiyaya meylləndilər və məhz bu xüsusiyyət çoxvektorlu vəziyyət yaradıb ki, bu vəziyyət də artıq dalana dirənib. Və indi sual ondan ibarətdir ki, postsovet məkanının ölkələri kiminlə, daha doğrusu, üç qütbdən hansı ilə birlikdə olacaqlar? Çin Rusiyanın alternativi deyil. Çünki Rusiya ilə Çin elə bir strateji tərəfdaşlıq səviyyəsindədirlər ki, bu tərəfdaşlıq Qərbin hegemoniyasının zəiflədilməsinə yönəlib. Daha doğrusu, Rusiya ilə Çin iki anti-qərb qütbləridirlər. Ona görə də Çin və Rusiya, ya da Qərb arasında seçim etmək lazımdır. Bu seçim hər bir dövlətin qarşısında durur. Çoxqütblü dünyanı – Rusiya və Çini seçən dövlətlərə həmin qütblər ətrafında daha sıx birləşmək və bu iki qütb arasında seçim etməyi dayandırmaq təklif olunur. Daha doğrusu, elə qütbləri seçmək lazımdır ki, dövlət ona bağlanaraq suverenliyini itirməsin. İndi isə sizin sualınıza cavab verirəm. Ukrayna və Gürcüstan Qərbə doğru baxdılar və böyük ərazi itkiləri verdilər.

- Bəs son 30 ildə Rusiya bizi niyə dəstəkləmədi? Axı bizim torpaqlarımız bu müddət ərzində Ermənistanın işğalı altında qalıb və beynəlxalq hüquq pozmaqla ərazi bütövlüyümüzə qəsd edilib?
- Bu sualın aqressivliyini çox da bəyənmirəm, amma yenə də cavab verəcəm. Ermənistan Qərbə doğru hərəkət etmək istəyəndə Qarabağ üzərində nəzarəti itirdi. Çünki Rusiya Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına xeyir-dua verdi, lap elə müəyyən mənada dəstək verdi. Baxın, biz Bakı ilə dostuq, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etmişik, dəstəkləmişik. Bu illər ərzində çox şey dəyişib. 90-cı illərdə Rusiyada Yeltsin qruplaşması hakimiyyətdə idi. Bu qruplaşmanın hakimiyyəti işğal rejimi idi. Putin hakimiyyətə gəldikdə tədricən özündə güc hiss etdikdən sonra Rusiyanın maraqlarına uyğun davranmağa başladı. Dostları dəstəkləməyə, rəqibləri cəzalandırmağa başladı. Məhz dostların dəstəklənməsi özünü Azərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəklənməsində göstərdi. Tərəddüd edənlərin cəzalandırılması da Paşinyanın timsalında özünü göstərdi. Gürcüstanın cəzası 2008-ci ildə, Ukraynanınki isə 2014-cü ildə verildi. İndi isə Qazaxıstandakı dostların dəstəklənməsi ordakı asayişi və siyasi legitimliyi qorumaq üçün KTMT-nin xilasedici qoşunlarının göndərilməsində təcəssüm olunur. İndi hər şey kəskinləşib - əsl vacib məsələ budur. Tonu dəyişmək lazımdır. Başa düşmək lazımdır ki, Putin indi elə bir vəziyyətdədir ki, yarımçıq hərəkətlərə dözə bilməz. O bu barədə həm Lukaşenkoya, həm də Tokayevə deyib ki, “dostsunuzsa, bu tərəfə keçin, yox əgər qərar verməmisinizsə açıq deyin - əgər kimin yanında olmaq barədə qəti qərar qəbul etməmisinizsə, onda başqa bir statusunuz olacaq”. Mən postsovet ölkələrindən danışıram. Əgər siz düşmənsinizsə, NATO tərəfdarısınızsa, Qərbə inteqrasiyaya can atırsınızsa, Qərb oyunçularını iqtisadiyyatınıza buraxıb britanlarla, anqlosakslarla flört edirsinizsə, bunun əvəzini ödəyəcəksiniz. Yəni biz təxminən belə bir durumdayıq. Eyni zamanda demək istəyirəm ki, Azərbaycan bizim üçün mühüm strateji müttəfiqdir, məhz Əliyevlə Putin arasında yaxşı münasibətlər getdikcə daha da inkişaf edib deyə, ölkələrimiz arasındakı münasibətlər yaxşı vəziyyətdədir. İndi Bakı üçün vacib olan yeganə şey Azərbaycanın postsovet məkanındakı inteqrasiya proseslərinə daha da yaxından qoşulmasının vaxtının çatmasıdır. Və mənə elə gəlir ki, Bakı artıq seçimini edib. Bu mənim şəxsi fikrimdir.

- Gəlin açıq danışaq. Moskva Azərbaycanı AİB və KTMT-yə israrla dəvət edir?
- Bəli. Bu barədə danışıqlar çoxdan gedir. Bunun baş tutmasına əngəl Rusiya-Azərbaycan sammitlərində də dəfələrlə qeyd olunduğu kimi, Qarabağ problemi idi. İndi bu problem həll olunub və gələcək yaxınlaşma prosesinin nə vaxt və hansı formada, hansı zaman intervalında, hansı şəraitdə baş verəcəyini rəhbərlərimiz özləri müəyyən etməlidirlər. Çoxları, o cümlədən, biz və yəqin ki Azərbaycan da Ermənistanın bu işə mane olacağından çəkinirdi. Amma indi ermənilər, məncə, Qarabağla bağlı ibrətamiz hadisədən sonra hər şeyi başa düşüblər. Başa düşdülər ki, Rusiya sadəcə itaət olunmayacaq ölkə deyil. Rusiyaya qulaq asmamaq – ağır nəticələrə səbəb olur. Paşinyan bundan nəticə çıxarıb və ona görə də rasional hərəkət edəcək, xüsusən ona görə ki heç kimin - nə Rusiya, nə Azərbaycan, nə də Türkiyənin Ermənistana qarşı heç bir pis tələbi yoxdur. Əgər Ermənistan düzgün davransa, bu, həm sizin, həm də bizim maraqlarımıza cavab verir.

- Sizin son fikriniz sovet dövrünün “Hər şey bütün dünyada sülh naminə” şüarını xatırlatdı.
- Heç də belə deyil. Biz bütün dünyada sülh naminə çalışmırıq. Bu şüar nədənsə həddindən artıq mücərrəddir. Bu sözlərə hansı mənanı istəsən yükləmək olar. Biz konkret olaraq postsovet məkanında sülh naminə çalışırıq və Rusiya bu dünyaya cavabdehdir.

- Belə olan halda bir məqamı izah edin, zəhmət olmasa. Siz daim Amerika siyasətini, ABŞ hegemonluğunu və s. tənqid edirsiniz, lakin bütün bunlarla bərabər Qazaxıstan kontekstində dediniz ki, “əgər Qazaxıstan rəhbərliyi Avrasiya xəttinə sədaqətini qarantiləyə bilməsə, vəziyyət daha da pisləşəcək və Qazaxıstanın ərazi bütövlüyünün taleyi sual altında olacaq”. Bu, təhdid etmək cəhdi deyilmi? Yoxsa sizcə, bu “dostluq xəbərdarlığı”dır?
- Bu, təkcə postsovet məkanına aid deyil. Hesab edirəm ki, Rusiyanın ərazi bütövlüyü bir maraq qütbüdür. Rusiya ona meydan oxuyanları cəzalandıra bilər, ya da əksinə, dostcasına dəstək verə bilər. İstənilən qütb belə edir. Biz bütün bu illər ərzində hər şeyin ABŞ-dan asılı olduğu birqütblü dünyada yaşamağa öyrəşmişik. İndi biz çoxqütblü dünyada yaşayırıq. Ona görə də ABŞ-ın təsiri və hegemonluğu kəskin şəkildə azalıb. Hardasa yenə də o həlledici qüvvədir. Məsələn, Suriyada, Yaxın Şərqdə amerikalılar ərazi bütövlüyünə “yox” dedi, Rusiya isə “hə” dedi və dağıdıcı prosesləri dayandırdı. Yəni bizə lazım olanda ölkəni dağılmaqdan xilas edirik, lazım olmayanda isə onun dağılmasına mane olmuruq. Və yadda saxlamaq lazımdır ki, istənilən cəmiyyətdə kifayət qədər xaos, tənəzzül meylləri var.

- Ermənistanda olduğu kimi?
- O cümlədən. Yəni, qeyd etdiyim kimi, hər üç qütbü nəzərə alıb “soyuq strategiya” qəbul etmək lazımdır. Çin Rusiyaya getdikcə yaxınlaşır, daim uyğunlaşır ki, bu da tamamilə məntiqli və rasional davranışdır. Ona görə də yaxşı olar ki, yalnız birqütblü dünyaya qarşı duran və öz mövcudluğu ilə birqütblü dünyanı ləğv edən Rusiya-Çin qoşa qütbü haqqında danışılsın.

- Sizcə, Rusiya Çinlə birlikdə ABŞ və NATO ölkələrinə meydan oxuya bilərmi?
- Bütün bunlar artıq baş verir. Suriyada türklər bizim təyyarəmizi vuranda məsələ demək olar ki, hərbi münaqişə astanasında idi. Üstəlik Türkiyənin ərazi bütövlüyü və kürd əhalisinin səfərbər olunması məsələsi də gündəmdə idi. Axı onlardan amerikalılar da Ərdoğana qarşı çevriliş cəhdi təşkil edərkən istifadə etmişdilər. Rusiya Ərdoğanı dəstəklədi və daha sonra Şimali İraq, Suriya və Türkiyənin özündə kürd separatçı hərəkatlarının səfərbərliyi izləndi. Türkiyə ərazisinin yarısında kürdlər yaşayır və bu, Türkiyənin ərazi bütövlüyünü təhdid edən amildir. Nə qədər ki Ankara Moskva ilə dostdur, türkləri heç nə təhdid etmir. Amerikanın Türkiyədəki separatizmi dəstəkləmək layihələrinə birlikdə qarşı çıxa bilərik. Amma Ankara Rusiyaya meydan oxusa vəziyyət dəyişə bilər. Rusiya ərazisinə az-çox bitişik olan hər bir dövlət üçün bu belə olacaq.

- Sirr deyil ki, Rusiya Türkiyəni AİB-də görmək istərdi. Amma əsas sual budur ki, Türkiyə özü bunda nə dərəcədə maraqlıdır?
- Əlbəttə. Mən Türkiyə rəhbərliyi ilə sıx əlaqə saxlayıram, onlar bu variantları düşünürlər. Ərdoğan, fikrimcə, artıq Qərblə körpüləri yandırıb. O çox gözəl anlayır ki, Qərb ölümcül təhlükədir, özü can verməkdə olan və hegemonluğunu itirmiş zəhərli qütbdür. Ona görə də mənə elə gəlir ki, hər şey türk dünyası üçün mümkün qədər əlverişli şəkildə inkişaf edir.

- Gəlin Qazaxıstana qayıdaq. Siz dediniz ki, “əgər Qazaxıstan rəhbərliyi inteqrasiya prosesinin davam etdirilməsinə və Avrasiya xəttinə sədaqətinə qarantya verə bilməsə, vəziyyət daha da pisləşəcək, yəni Qazaxıstanın ərazi bütövlüyü məsələsi sual altında qalacaq”. Bu xəbərdarlıqdır, yoxsa ultimatum?
- Baxır kiminçün necə. Yaxşı, istəyirsiniz xəbərdarlıq olsun. Məsələn, mən Nursultan Abişeviç Nazarbayevi şəxsən yaxşı tanıyıram, hətta onun haqqında kitab da yazmışam. O, uzun müddət Avrasiya modelinə sadiq oldu və çox yaxşı başa düşürdü ki, Rusiya və Çinə istiqamətlənmə Qazaxıstanın suverenliyinin əsas şərtidir. Amma təəssüf ki son on ildə dostum Serqey Qlazyevin də dəfələrlə dediyi kimi Nazarbayev və xüsusilə onun klanı bu modeldən uzaqlaşaraq getdikcə daha çox anqlo-sakson, britaniyalıların layihələrində iştirak etməyə başladılar, rus dilini ingilis dili ilə əvəzlədilər, iqtisadi inteqrasiyanı sabotaj etməyə başladılar. Ona görə də məhz Nazarbayevin Avrasiya oriyentasiyasından, Rusiyadan, vahid slavyan-türk blokunun yaradılmasından geri çəkilməsi indi yaranmış krizisə gətirib çıxartdı. Gələcəkdə bunun qarşısını almaq üçün orda Britaniyanın mövcudluğu minimuma endirilməli, inteqrasiya layihələrinin hakimiyyət tərəfindən sabotaj edilməsi dayandırılmalıdır.

- Qazaxıstan prezidenti Tokayev bütün bunlara hazırdırmı?
- Tokayev buna hazır olmalıdır. Çünki Qazaxıstan üçün yeganə yolunun seçimin bu olduğunu anlayaraq, əvvəlcə Nazarbayevin seçimini etdi. Korrupsioner qərbyönlü elita isə Qərbin dəstəyi ilə ifrat ssenariyə - sabitliyin pozulmasına getdi. Ona görə də hazırda Qazaxıstanda çoxvektorlu siyasətə qarşı heç bir reaksiya yoxdur. Və bu, doğrudan da ultimatumdur, amma nə mənim, nə də Rusiyanın deyil, siyasi məntiqin özünün ultimatumudur. Mən təəccübləndirən odur ki, Nazarbayev geosiyasət, böyük oyun, çoxqütblülüyün qanunlarını postsovet məkanının digər dövlət başçılarından, hətta Putindən də yaxşı başa düşür, bunu öz məqalələrində, söhbətlərində, çıxışlarında çox aydın şəkildə təsvir edirdi. Son on ildə nə baş verib bilmirəm. Güman edə bilərəm ki, nədənsə, ola bilsin, korrupsiya mühiti, Amerika, Britaniya və ya Avropanın Qazaxıstandakı nüfuz agentləri və ya klanlar üzərində hansısa kompromatlar vasitəsilə postsovet məkanının inteqrasiyası ilə bağlı bu Avrasiya xətti ləngidi və təxirə salındı. İndi Qazaxıstan bütün bunların bəhrəsini görür. Sadəcə güman edə bilərəm ki, nədənsə, ola bilsin ki, korrupsioner ətrafı, Amerika, Britaniya və ya Avropanın Qazaxıstandakı təsir agentləri və ya klanlar üzərində hansısa kompromatlar vasitəsilə Avrasiya xətti tormozlanmağa başlanıldı və təxirə salındı. Qazaxıstan indi bütün bunların bəhrəsini görür.

- Yəni başqa seçim yoxdur? Rusiyanın dəstəyini qazanmaq üçün bütün Qərb tərəfdaşlarını Qazaxıstandan qovmaq, xarici layihələrdən imtina etmək lazımdır?
- Söhbət Qərbin Qazaxıstanın strategiyasına həlledici təsir göstərə bilməməsindən gedir. Rus dilinin ingilisdilli proqramlar tərəfindən bütün təhsil layihələrindən çıxarılması Rusiyaya meydan oxumaqdır. Buna son qoyulmalıdır. İngilislərin əlində olan ən mühüm resursları və aktivləri Qazaxıstan milli idarəetməsinə qaytarmaq lazımdır. Məsələ burasındadır ki, eyni zamanda iki stulda oturmaq mümkün deyil. Bunu Ukrayna hadisələri, Poroşenkonun timsalında göstərdi və bu, bütün postsovet ölkələrinin liderlərinə aiddir. Stul seçin. Əgər Rusiya stulunu seçirsinizsə, o zaman bizə yaxınlaşın, bizimlə qaydalar çərçivəsində oynayın, yaxşı dost olun, biz də sizə eyni şəkildə cavab verəcəyik. Qazaxıstandakı iğtişaşları biz təşkil etsəydik, başqa məsələ olardı. Orda hər şey bizsiz başladı. Biz ora dost kimi gəlmişik, lakin bütün bu hadisələrin arxasında kimin dayandığını anlamaq lazımdır.

- Bəs siz bilirsiniz?
- Təbii ki, mərkəzdə Nazarbayevin ölkəyə buraxdığı qərb şəbəkələri dayanır. Və burda xatırlatmaq yerinə düşər ki, Aktauda kütləvi nümayişlərə səbəb olan maye qazın qiymətinin 100%-ə qədər artıran Britaniya şirkətləri idi. Bu, sırf təxribat idi. Yəni qiymətləri qaldıran hökumət yox, Nazarbayevin satdığı şirkətlərin ingilis sahibləri oldu. Lakin sonradan xalq etirazları silahlı üsyana çevrildi və muzdlular orataya çıxdı və s. Onlardan biri Ablyazov idi - bizim Xodorkovski və ya Berezovski kimi qaçaq oliqarx - bir neçə milyard dollar oğurlayan oğru. Eyni zamanda Ərdoğanın rəqibi olan, Qazaxıstanda kök salmış gülənçi şəbəkələr idi ki, onlar Nazarbayev tərəfindən təmizlənməmişdi. Prezident Tokayevin dediyi kimi, islam fundamentalistləri və hər cür muzdlular var idi. Əgər qiyamçıların arxasında Avrasiya inteqrasiyasına qoşulmaq istəməyən, korrupsioner elitanın bir hissəsini təşkil edən elita qrupu olmasaydı, bütün bunlar baş verməzdi. Məsələn, Məsimov. Bilirik ki, o Hunter və Co Baydenlə sıx əlaqə idi. İndi o dövlətə xəyanətə görə həbs olunub. Bütün bu izlər ABŞ, Mərkəzi Kəşfiyyat İdarəsi, bir sıra birbaşa və ya dolayısı ilə proxy qərbyönlü strukturlara və Nazarbayevə yaxın korrupsiyaya bulaşmış klanlara aparır. Tokayevin Rusiya ilə yaxınlaşması onların sıralarında çaxnaşma yaradıb. Prinsipcə bu Qazaxıstan prezidentinin də dediyi kimi əslində dövlət çevrilişinə cəhd idi.

- Sizə elə gəlmirmi ki, Nazarbayev Rusiyanın maraqlarına uyğun gəlməyi dayandırdıqdan sonra onu böyük siyasətdən uzaqlaşdırdılar?
- Son on ildə o özü Avrasiya inkişaf modelindən uzaqlaşıb. Bu, strateji prioritetlərin dəyişməsidir. O üç qüvvə ilə oyuna əsaslanaraq Qazaxıstandan Sinqapur yaratmaq qərarına gəlmişdi. Maliyyə sferasının əhəmiyyətli bir hissəsinin tədricən keçdiyi Çin, layihənin ideoloji kurasiyası həvalə edilmiş Qərbi təmsil edən Britaniya və Qazaxıstana o qədər də lazım olmayan güc faktoru olan Rusiya arasında oyun oynayırdı. Yəni, sadəcə olaraq geosiyasi hesablama səhv idi. Qəribə olan budur ki, Nazarbayev başa düşürdü ki, bunu etmək olmaz. O başa düşürdü ki, çoxqütblülük bir taledir, birqütblü hegemoniya ilə flört etmək olmaz. Buna baxmayaraq etməli olmadığını etdi. Bu, keçmiş prezidentin böyük strateji səhvi idi. Bilirsiniz mənə nə söz vermişdi? O mənə demişdi ki, prezidentlikdən gedib Avrasiya Beynəlxalq Hərəkatının rəhbəri olacağam, çünki bu, Avrasiyanın taleyidir, bu, tarixi faktdır. Bu arada o tarixə düşə bilərdi. Amma yox. Qərbə stavka etmək hətta Nazarbayev kimi gözəl insan üçün də dağıdıcı, məhvedicidir.

- Nazarbayevin taleyi haqqında nə bilirsiniz?
- İndi çox söz-söhbətlər gəzir. Onun uzun müddətdir ki, vəziyyətinin pis olduğu məlumdur. Ona görə də onun sağ olub-olmadığını, sərbəst şəkildə hərəkət edə bilib-bilmədiyini söyləmək çətindir. Hazırda bununla bağlı çoxlu dezinformasiyalar yayılıb. İndi bunun prinsipial əhəmiyyəti yoxdur. Əsl subyektiv lider isə Tokayevdir. O hakimiyyətin güc bloku üzərində idarəetmə strukturunu tamamilə dəyişdirdi. Ona görə də biz indi Tokayevlə danışırıq. Əgər o hələ də mentalitetini qoruyub saxlayırsa, o zaman səhvləri barəsində yenidən düşünmək və onları Qazaxıstan xalqı qarşısında vicdanla etiraf etmək imkanı var. Tokayevin mövqeləri xilas edilib. Lakin liderin kim olacağına qazax xalqı özü qərar verməlidir. Tokayev Qazaxıstanın Suriya ssenarisinə, vətəndaş müharibəsinə doğru yuvarlanmasının qarşısını praktiki olaraq aldı və o yalnız indi real güc və subyektivlik sınağından keçdi. Ona görə də onun mövqeyi möhkəmlənəcək. Əgər o nəticə çıxarıb sələfinin səhvləri üzərində işləsə, yəni qərbyönümlü korrupsioner elitanı, müxtəlif klanları Qazaxıstandan təmizləsə, o zaman onun postsovet məkanının yeni siyasi ulduzu olmaq şansı var. Deməli, Qazaxıstanı Avrasiya çoxqütblü paradiqması çərçivəsində, Rusiya və Çinlə dostluq şəraitində suverenliyini möhkəmlədəcək bir siyasi kursla aparacaq lider olacaq.

- Siz AİB abbreviaturasından “iqtisadi” sözünün çıxarılmasını təklif edəndə nəyi nəzərdə tuturdunuz?
- Sizə belə deyim də. Hələ 90-cı illərdə Nazarbayev “iqtisadi” sözü olmayan Avrasiya Birliyinin yaradılması ideyasını irəli sürmüşdü. Hətta sonralar onunla bu barədə bir neçə dəfə danışmışıq. O postsovet məkanının KTMT-nin vahid hərbi-strateji strukturu kimi çıxış etdiyi, avrasiyaçılıq ideologiyasının hakim olduğu vahid ideoloji vektora malik, Rusiyanın mərkəz rol oynadığı bir növ vahid konfederativ birlikdə birləşməsinin tərəfdarı idi. Amma eyni zamanda Nazarbayev bildirirdi ki, türk faktoru və islam dünyası olmadan belə Birlik tam ola bilməz. Və o Qazaxıstanı islam və türk xalqlarının İttifaq daxilindəki təmsilçisi rolunda görürdü. Lakin sonradan Putin buna razılıq verəndə elə həmin qazaxlar “yox” dedilər, və bildirdilər ki, Avrasiya Birliyini yaratmağın vaxtı deyil, gəlin yalnız iqtisadiyyatdan danışaq. Məhz onlar “iqtisadi” sözünü əlavə etdilər və AİB-ni bir növ axsaq struktura çevirdilər. Əslində Nazarbayevin nəzərdə tutduğu Avrasiya Birliyi yaratmaq lazımdır, çünki bu, gözəl ideyadır.

- Avropa İttifaqı ilə mübarizə aparmaq üçün?
- Belə daha başa düşülən və proqnozlaşdırılan olduğu üçün.

- Söhbətin sonunda məndə belə bir təəssürat yarandı ki, siz “SSRİ 2.0”-nin yenidən reanimasiya edilməsi ideyasının tərəfdarısınız.
- SSRİ kommunist ideologiyasına əsaslanan bir ideoloji kostruksiya idi. Ona görə də kommunist ideologiyası olmadan SSRİ-ni bərpa etmək mümkün deyil. Mən bu ideyanın tərəfdarı deyiləm, üstəlik mən bunun mümkün olacağına əmin deyiləm. SSRİ-nin yerləşdiyi bu əraziləri isə 1917 və ya 1922-ci illərdə nə kommunistlər, nə də bolşeviklər birləşdirməmişdi. Bu ərazilər Rusiya İmperiyasının əraziləri idi. İmperiya bu əraziləri və xalqları öz elitası ilə birlikdə öz bayrağı altında cəmləşdirmişdi və onlarla birlikdə imperiyaya çevrildi. Onları nə qula, nə koloniyaya deyil, sadəcə başqa xalqların məskunlaşdığı əyalətə çevirdi. Rusiya İmperiyası heç vaxt etnik qurum olmayıb və hesab edirəm ki, bizim yaşadığımız indiki şəraitdə SSRİ-ni bərpa etmək aktual deyil. Ortaq tariximizə əsaslanan, lakin yeni üfüqlərə, yeni formalara, ideoloji-siyasi hədəflərə çatmağa yönəlmiş gələcəyin dövlətini, böyük məkanı - Avrasiya Birliyini yaratmaq lazımdır. Köhnədən nəsə qalmalıdır, amma biz irəliyə doğru getməliyik. Avrasiya Birliyinin əsas özəlliklərindən biri odur ki, burda türklər üstünlük təşkil edirlər. Türklərin üstünlük təşkil etdiyi bütün təşkilatlar gözəldir və bizim üçün ilham mənbəyi olmalıdır.

Hazırlayan: Mətanət Nəsibova              caliber.az               Tərcümə: Cəmil Şirvanov
20 yanvar barədə AXC liderlərinin səsləndirdikləri fikirlər

Etibar Məmmədov: “Nə qədər çox qan tökülsə, işimizin xeyrinədi, millət bir o qədər tez təşəkkül tapar”.

Nemət Pənahov: “20 yanvar - bizim ən böyük qələbəmizdir. O ki qaldı yüz, iki yüz adamın ölümünə, boş şeydi, qələbə ilə müqayisədə bu o qədər də böyük faciə deyil”.

Elçibəy: “Qoy lap millətin yarısı qırılsın, nə olasıdı ki? Yaxşılar ki qalacaq!”

Fəzail Ağamalı: “Rumıniyadan başlayan qanlı inqilablar dalğası Azərbaycanı da öz ağuşuna almalıdır”.