30.01.2020

Почему Кедми сбежал из Израиля?

Что может заставить человека, который много лет боролся за эмиграцию на историческую родину, в пенсионном возрасте покинуть её, чтобы устроиться клоуном при педерастах за мелкий прайс? Понять это поможет нам биография известного лжеца и международного преступника, которого на российском телевидении считают экспертом. Знакомьтесь - Яков Кедми.
Молодой Яков Казаков (фамилию Кедми он взял только через несколько лет после переезда в Израиль) жил в Москве в обыкновенной семье инженеров. Учился в институте и работал на заводе бетонщиком-арматурщиков. В какой-то момент, ему как и некоторым его соплеменникам, пришла в голову мысль, что такая жизнь ему не подходит и он решил дать деру из СССР.
Действовал в этом направлении активно и деятельно: ходил по иностранным посольствам, обвинял руководство СССР в антисемитизме, публично отказался от советского гражданства. Эти подвиги дали свой результат: в 1969 году ему дали разрешение на выезд в Израиль и он без промедления слинял в Израиль.
Правда бороться с ненавистным СССР он не перестал. Даже ездил в Нью-Йорк, что протестовать перед зданием ООН.
Яростные антисоветские позиции помогли Казакову-Кедми выслужиться перед израильскими властями и получить работу. С 1977 до самой своей отставки он работал в "Натив" - израильском ведомстве, занимающимся вопросами переселения евреев в Израиль.
Контекст работы "Натив" довольно прост для понимания. Даже сейчас в Израиле невысокое качество жизни, на уровне не самых успешных стран Европы, а в 1970-ые по всем показателям он уступал не только развитым капиталистическим странам, но и доброй половине стран социалистического блока.
Евреев, желающих покинуть СССР и другие страны соц. блока было действительно немало. Правда, многие рассматривали для эмиграции в первую очередь США, а не нищий Израиль, находящийся в кольце враждебных государств.
Задачей Кедми, как сотрудника, а затем главы "Натив", было создание всевозможных препятствий для еврейских эмигрантов на пути в США и создании условий для безальтернативной репатриации в Израиль.
Методы работы Кедми были довольно просты. Так как после разрыва дипотношений прямого сообщения между СССР и Израилем не было, евреи могли выехать из СССР только в транзитные страны: Румынию, Венгрию и Австрию. Там с помощью купленных сотрудников визовых служб и правоохранительных органов для них создавали такие условия, что попасть они могли только в Израиль.
Подкуп и другие незаконные методы послужили поводом для отставки и громкого скандала, после которого Кедми вылетел с государственной службы.
В 1996 году было выяснено, что Кедми используя подкупленных чиновников РФ и Польши, нелегально вывозил в Израиль детей от 5 до 18 лет из российских детдомов. Обнародование деталей операции вызвало однозначное осуждение действий Кедми со стороны парламента Израиля, МИД-а, разведки "Моссад" и контрразведки "Шабак".
Кедми выгнали со службы, его ведомство прикрыли, передав часть в дел в "Моссад". Хотя с ним поступили довольно гуманно, дав хорошую пенсию в Израиле, Кедми было не спокойно. Ряд последовавших публикаций и разоблачений израильских журналистов, грозили Кедми обвинениями как в коррупции, так и обвинениями в преступлениях против человечности. А вскрывшиеся факты деятельности "Натив" делали его персоной ненавистной как среди израильских правых, так и среди русскоязычных евреев.
Теперь этот человек, официально обвиненный в Израиле в подкупе российского чиновника и похищении российских граждан, ходит в эфиры российского телевидения, рассказывая нам, русским, как жить, кого ненавидеть и против кого воевать.

https://zen.yandex.ru/media/cherepikosty/pochemu-kedmi-sbejal-iz-izrailia-5cd217732b514100b39e3007?fbclid=IwAR3f5Bohaz0cZy8xQtkzyQ3G0CnX3Eb6zhOIQTrPG7xh8hKBb82mk-NoMjo

29.01.2020

Əli Həsənovun “WikiLeaks” yazışmaları üzə çıxdı — Sabiq köməkçi Prezidentin siyasətinə qarşı çıxıb

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun “WikiLeaks” yazışmaları üzə çıxıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənov hələ Prezident Administrasiyasının ictimi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışdığı zaman bəzən dövlət siyasi dəsti-xəttinə zidd olan addımlar atıb. 
ABŞ Dövlət Departamentinin daxili yazışmalarından aydın olur ki, 2008-ci il may ayının 15-də ABŞ səfiri xanım Ann Dersi Dövlət Departamentinə göndərdiyi məktubda Əli Həsənov ilə görüşündən və görüşdə müzakirə edilən məsələlər haqda yazır.
Səfirin yazdığına əsasən Əli Həsənov deyir ki, o, Prezident Administrasiyasının rəhbəri calışan Ramiz Mehdiyevin ABŞ-da prezident seçkilərinə dair verdiyi qiymətlə qətiyyən razı deyil və bu dövlət siyasətini əks etdirmir.
Eyni zamanda, xanım səfir Prezident Administrasiyasının Hüquq şöbəsinin müdiri Şahin Əliyevin fikirlərinin əslində Ramiz Mehdiyevin yanaşması ilə üst-üstə düşməsini qeyd edir. Xüsusilə, Şahin Əliyev səfirə Qərbin ikili standartlarla yanaşmasını qeyd edir. Qərblə yanaşı Şahin Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu da Azərbaycandakı seçkilərin təhlilində qərəzli yanaşmada günahlandırır.
Maraqlıdır ki, dövlətin iki aparıcı məmuru, Prezidentlə gündəlik əlaqədə olan və hər bir sözünə görə məsuliyyəti anlayan şəxslər bir söz söyləyir, dövlətin siyasi xəttini ifadə edir, bu məqamda isə həmin vaxtı Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri çalışan Əli Həsənov fərqli mövqe nümayiş etdirərək, özünü Amerika diplomatına fərqli obrazda təqdim etməyə calışır.
Digər maraqlı məqam ondan ibarətdir ki, həmin dövrdə Əli Həsənovun oğlu Şamxal Həsənov ABŞ-da təhsil alır, lakin sonra təhsildə uğursuzluğuna görə geri qayıdır.
Əli Həsənov səfirə aşağıdakıları söyləmişdi: “Ramiz Mehdiyev özü demək istədiyini demişdi, ayrı-ayrı məmurların fikirləri dövlət siyasətini əks etdirmir”.
Maraqlısı odur ki, Prezident İlham Əliyevin 2008-ci il mayın 7-də Prezident Sarayında “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda demişdir ki: “Bəzi hallarda üç Cənubi Qafqaz ölkəsini müzakirə etmək üçün yanlış meyarlar seçilir. Biz özümüzü heç vaxt heç kimlə müqayisə etməmişik və belə fikrimiz yoxdur. Dünyada ikili standartların mövcudluğu və əfsuslar olsun ki, möhkəmləndiyi zaman belə açıq müzakirələrin aparılması çox vacibdir”.
Beləliklə, Prezident də ikili standartlardan narahatdır və bunu gündəmə gətirməkdən çəkinmir. Ramiz Mehdiyev isə daha acıq şəkildə ABŞ-a sözünü deyir, Şahin Əliyev səfirlə görüşdə dövlətin siyasi dəsti xəttini qoruyur. Və yalnız Əli Həsənov özü üçün ABŞ-la yeni imkanlar axtarışındadır.
ABŞ səfiri ilə görüşdə Əli Həsənov ağıllı mesaj verməkdən çox, özünü guya məsələləri bilən və bunu hər fürsətdə göstərməyə çalışan insan kimi xarakterizə edir.
Səfir qeyd edir ki, Əli Həsənov açıq şəkildə Ramiz Mehdiyevin sözlərini inkar edir və Əli Həsənov “düşünən beyin deyil, primitiv instrumentdir” (Hasanov is a blunt instrument, not a visionary thinker).

Rusiyada prezident yox, Ali rəhbər olacaq

Rusiyada Konstitusiyaya düzəlişlərin hazırlanması üzrə işçi qrup ölkənin əsas qanununa 100-dən çox maddənin əlavə edilməsini təklif edib. “Kommersant” qəzetinin yazdığına görə bunlardan biri də prezident postunun adının dəyişdirilərək “Ali rəhbər” (Verxovnıy pravitel) edilməsidir.
Bundan başqa Pravoslavlığın ölkənin əsas dini elan edilməsi, Rusiyaya II Dünya Müharibəsinin “qalibi” statusunun verilməsi təklif edilir. Prezident titulunun “Ali rəhbər” postu ilə əvəz edilməsinin təklif olunduğu barədə xəbəri jurnalistlərə işçi qrupun üzvü, Dövlət Duması dövlət quruculuğu və qanunvercilik komitəsinin sədri Pavel Kraşennikov verib. O habelə bildirib ki, Konstitusiyada “Ali” sözünün hər yerdə baş hərflə yazılması nəzərdə tutulur.
Rusiya Konstitusiyasını dəyişdirmək planını prezident Vladimir Putin yanvarın 15-də Federasiya Şurasında etdiyi çıxışda açıqlamışdı. O habelə təklif etmişdi ki, Rusiya Konstitusiyasının beynəlxalq qanunlardan üstün tutulacağı təsbit edilməlidir. Putinin təkliflərindən biri də indiyədək ölkədə elə də nüfuzu və hakimiyyəti olmayan Dövlət Şurası adlı qurumu gücləndirmək idi.
Təkliflərlə yanaşı Putin habelə Konstitusiyaya düzəlişlərin hazırlanması üçün işçi qrup təyin etmişdi. Bu qrupa 75 nəfər daxildir. Bunların arasında hakimiyyətin təhqir olunmasına görə cəza nəzərdə tutan qanunun, habelə suveren internet ideyasının müəllifi Andrey Klişas da var. Qrupa Donetsk Xalq Respublikasının komandirlərindən olan yazıçı Zaxar Prilepin, Ümumrusiya Kazak Cəmiyyətinin atamanı Nikolay Doluda, idmançı Yelena İsinbaeva və başqaları daxildir.
Konstitusiyaya düzəlişlər haqqında qanun layihəsi Dövlət Dumasında birinci oxunuşda qəbul edilib. İkinci oxunuş fevralın 11-də keçirilməlidir. Konstitusiya dəyişikliklər paketi apreldə keçiriləcək referenduma çıxarılmalıdır. /virtualaz.org/

28.01.2020

Günel Həsənova - Yol hekayələri

YAXŞILIQ

Bu gün avtobusla dərsdən çıxıb evə gəlirdim. Avtobusa minəndə iki boş yer gördüm. Onun birinə çantamı qoydum, digərində isə özüm oturdum. Bu zaman avtobusa qoca baba və nənə girdilər. Baba çəlik ilə gəzirdi. Avtobusda boş yer yox idi. Mən ayağa qalxdım və qocaları yer verdim.
Yolboyu aya qüstə qalsam da, ürəyim çox rahat idi.
Avtobus dayandı və mən düşəndə ətrafa baxmağa başladım. Evimiz yolun o biri üzündə idi. Məndən bir az aralıda qoca bir nənə dayanmışdı. Bu nənəyə yerimək çətin idi. Həm də yol çox enli olduğundan keçərkən yubanacaqdı. Nənəyə kömək etmək qərarına gəldim. Ona yaxınlaşdım və yolun o biri üzünə keçməkdə kömək etdim. Biz yolu keçəndən sonra nənə məni qucaqlayıb üzümdən öpdü.
Evə çatanda bütün bunları atama və anama danışdım. Onlar mənim hərəkətlərimi alqışladılar. Ancaq bir problem var idi; qıçım bərk ağrıyırdı. Buna baxmayaraq mən sevinə-sevinə deyirdim: “Eybi yoxdur, bu xeyirxah işləri görmüşəmsə, demək qıçımın ağrısına dözərəm”.

QONAQLIQ

Bir dəfə Elşad atası ilə uzaq bir ölkəyə getmək məcburiyyətində qaldı. O dostlarını uzun müddət görməyəcəyini düşünüb qonaqlıq vermək fikrinə düşdü və iki nəfər sinif yoldaşını evinə dəvət etdi.
Onlar oturub söhbətləşdikdən sonra Elşad dostlarını bağa gətirdi. Bağda nar, armud, gilas, gavalı, heyva və başqa cür meyvə ağacları var idi. Elşad müxtəlif meyvələr dərib qaba yığdı, suda yudu və qarağacın altındakı taxta mizin üstünə qoydu.
Dostlar meyvə yeyə-yeyə maraqlı söhbət edirdilər. Elşad xırda hekayələr yazırdı. Dostları məktəbdə Elşadın hekayələrini oxumuşdular. Onlar bu hekayələr barədə danışırdılar. Elşad dostlarına təklif etdi ki, onlar da başlarına gələn hadisələr barədə hekayələr yazsınlar, sonda bu hekayələri bir yerə toplayıb birgə hekayələr kitabı nəşr etdirsinlər. Elşadın təklifi dostlarının xoşuna gəldi. Bundan sonra Elşad vərəqə yazdığı gülməli hekayələrindən birini gətirdi, oxumağa başladı. Dostlar hekayədəki mövzunu müzakirə edərək bir xeyli güldülər.
Elşad atası ilə bazardan aldığı səfər çemodanını gətirib dostlarına göstərdi. O söz verdi ki, səfərdən qayıdanda dostlarına konfetlər və cürbəcür şirin şeylər gətirəcək. Dostlar xahiş etdilər ki, Elşad gəzdikləri maraqlı yerlərin şəkillərini də çəkib onlara göstərsin. Sonda onlar qucaqlaşdılar və ayrıldılar.

VƏLİ BABA VƏ NURGÜL NƏNƏ

Biri var idi, biri yox idi. Bir kənddə Vəli baba və Nurgül nənə adlı ailə yaşayırdı. Onlar çox xeyirxah, mehriban və zəhmətkeş insanlar idilər.
Onların Ədalət adlı bir oğlu vardı. Ədalət şəhərə işləməyə getmişdi. O uzun müddət idi ki şəhərdə həyat yoldaşı və iki oğlu ilə şəhərdə qalırdı. Vəli baba oğlundan sarı darıxırdı və onun haqqında xəbər eşidəndə çox sevinirdi.
Bir dəfə Ədalət zəng edib Vəli babaya bazar günü ailəsi ilə kəndə gələcəyini bildirdi. Vəli baba sevincək gedib bu xəbəri Nurgül nənəyə dedi. Nurgül nənə də sevincindən bilmədi nə etsin.
Bazar günü onlar hər şeyi hazır etmişdilər. Vəli baba bazarlıq etmişdi, Nurgül nənə isə dadlı yemək bişirmişdi.
Artıq günorta olmuşdu. Birdən qapı döyüldü. Vəli baba tez gedib qapını açdı. Bu Ədalət və onun ailəsi idi.
Vəli baba onlarla görüşüb içəri dəvət etdi. Nurgül nənə səsi eşidib həyətə çıxdı, oğlunu və onun ailəsini görən kimi az qaldı sevincindən uçsun. Nurgül nənə onları qucaqlayıb o ki var öpdü.
Süfrə başında deyib gülərək söhbət edirdilər. Yeməkdən sonra Vəli baba və Ədalət həyətə düşdülər. Rüfət və Elnur da babalarının ardınca düşüb gəldilər. Nurgül nənə və gəlini Gülnar isə uşaqların əşyalarını yerbəyer etməyə başladılar.
Nurgül nənə uşaqların əşyaları yığılmış çantada bəzəkli bir kitab gördü və onu götürüb vərəqləməyə başladı. Amma Nurgül nənə oxuya bilmədiyi üçün Gülnardan soruşdu:
- Qızım, Gülnar, bu kitab nə barədədir?
Gülnar gülümsəyərək dedi:
- Bu nağıl kitabıdır. Mən hər gecə Elnur üçün nağıllar oxuyuram. Elnurun 5 yaşı var, oxuya bilmir, amma nağıl kitablarına qulaq asmağı çox sevir. Heç görməmişəm ki, bircə gecəsini nağılsız buraxsın.
Bu zaman Rüfət içəri daxil olaraq dedi:
- Nənə, mən şəhərdə sizdən sarı darıxıram. Mən ora qayıtmaq istəmirəm, mən burda qalmaq istəyirəm.
Nurgül nənə gülüb onu qucaqladı.
Artıq gecə olmuşdu. Hər kəs yatmağa hazırlaşırdı. Ədalət isə stulda oturub nəsə fikirləşirdi. Vəli baba buna dözməyib dedi:
-Oğlum, sənə nə olub? Yaman fikirlisən.
Ədalət dedi:
- Ata, mən istəyirəm şəhərə bir yerdə gedək. Siz də bizimlə ora gedəsiniz, birgə orda yaşayaq.
Vəli baba bir müddət susduqdan sonra dedi:
- Oğlum, sən nə danışırsan? Mənim ən şirin, ən acı günlərim bu evdə olub. Mənim bütün taleyim bu evlə bağlıdır. Özümü burdan başqa heç yerdə rahat hiss etmirəm.
Nurgül nənə isə dedi:
- Sən bizə görə narahat olma, oğlum, bizə elə burda da yaxşıdır.
Səhəri gün axşamçağı onlar əşyalarını yığıb şəhərə qayıtmaq istəyəndə Vəli baba gülümsəməyə çalışsa da, Nurgül nənənin sifəti kədərə qərq olmuşdu. Maşına minmək istəyəndə Elnur ağlamağa başladı. O deyirdi:
- Bəs demişdiniz nənə də bizimlə gedəcək?
Anası və nənəsi onu bir cür bir təhər sakitləşdirdikdən sonra maşına oturtdular. Nənə maşının dalıyca su atdı və siqaret çəkən baba üçün çay gətirməyə getdi.
Ədalət və ailəsi ildə iki-üç dəfə kəndə gəlirlər. Lakin Vəli baba hesab edir ki, bu düz deyil, onlar tez-tez, heç olmasa ayda bir dəfə kəndə qayıtmalıdırlar.

27.01.2020

Yaddan çıxmış sənətkarlar: Kiçik obrazlar yaradan böyük aktyor Yusif Yulduz

O filmlərdə daha çox epizodik rollar oynayıb, lakin canlandırdığı personajlar baş qəhrəmandan az sevilməyib və tamaşaçı yaddaşına əbədi həkk olub.
Söhbət “Axırıncı aşırım” (kəndli), “Alma almaya bənzər” (satıcı), “Əhməd haradadır?” (Yusif), “O qızı tapın” (şahid), “Yenilməz Batalyon” (Hacı Xeyri) və daha neçə-neçə film və tamaşalarda kiçik, amma unudulmaz obrazlar yaradan rejissor və aktyor Yusif Yulduzdan gedir.
Onu yadınıza salmaq üçün “Əhməd haradadır” filmindəki çamadanların dəyişik düşdüyü səhnəni xatırlayın. Arvadının gətirdiyi çamadanı açan Yusif:
- Girdim yarın baxçasına... Bu nədi, bunları kimə gətirmisən, ay arvad?
- Sənə gətirmişəm, Yusif. Ye bir az cana gəl.
- Bəs bunlar hardandır?
- Zəhmətimin bəhrəsidi.
- Ofelyaaa!!!
Xaricdə peşəkar rejissorluq təhsili alaraq ölkəyə qayıdan ilk azərbaycanlı aktyor Yusif Yulduz yaratdığı xarakterik obrazlarla tamaşaçıların, mülayim xasiyyəti ilə bütün çevrəsində olan insanların ürəyinə yol tapmağı bacarıb.
Onun özünəməxsus və qəribə bir ifa tərzi var idi. Bu yaxınlarda onun anım günü idi... 7 noyabrda dünyadan köçmüşdü, ağrı-acısını hiss etdirmədən, heç nədən gileylənmədən...
modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə kinorejissor və aktyor Yusif Yulduzdan (Yusif Əliyev) bəhs edir.
Azərbaycanın teatr və kino rejissoru və aktyoru Yusif Seyfulla oğlu Əliyev 4 avqust 1905-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alaraq 1923-cü ildə Leninqrad Səhnə Sənəti İnstitutunda rejissor və dram aktyoru fakültəsinə daxil olub. 1928-ci il universiteti bitirdikdən sonra Bakıya qayıdıb. Azərbaycanda ilk tamaşası M.Qorkinin "Həyatın dibində" əsəri olub. Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət qazanandan sonra 1936-1937-ci il teatr mövsümündə Naxçıvana dəvət alıb. Teatrda Mirzə İbrahimovun "Həyat", Cəfər Cabbarlının "Od gəlini", Uilyam Şekspirin "Otello" pyeslərinə monumental üslubda səhnə quruluşları verib. Jan Batist Molyerin "Cancur Səməd" komediyasını, Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettasını tamaşaya hazırlayıb. Sonralar -1955-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, rejissor, dublyaj rejissoru işləməyə başlayıb. 30-a yaxın filmdə müxtəlif obrazları canlandırıb.
Yusif Yulduz 1979-cu ilin noyabrında 74 yaşında, Bakıda dünyasını dəyişib.
Yusif Yulduz barədə xatirlərini danışan Əməkdar artist Elxan Qasımov deyir ki, kinostudiyada hamı ona yaşından aslı olmayaraq “müəllim” deyə xitab edirdi. Deyir ki, hər zaman Yusif müəllim haqqında söhbət açılanda mütləq “Əhməd haradadır?” filmindəki obrazı da yada düşür, xatırlanır: “Filmdə kiçik epizodda görünsə də, ən yaddaqalan obrazlardan birini yaradıb, tamaşaçının yaddaşına yazılıb. Kinoda bir sıra komik obrazlar yaratsa da, həyatda çox ciddi insan idi. Bir insan, şəxsiyyət kimi hamı onu çox sevirdi. Xüsusən də biz cavanlar. Kinoda elə şəxsiyətlər var ki, cəmi bir-iki rolla xalqın, kinosevərlərin yaddaşında iz buraxa bilir. Onlardan, deyərdim ki, birinci yerdə dayananı Yusif Yulduzdur. O Leninqradda rejissorluq üzrə təhsil alıb Azərbaycana qayıdan ilk azərbaycanlıdır. Əvvəllər rejissor kimi teatrlarda, xüsusilə Gəncə Teatrında bir sıra tamaşalar təşkil edirdi. Sonradan demək olar ki rejissor kimi özünü ancaq kinoda sınayırdı. Olduqca zarafatcıl, mehriban insan idi. Mənim danışıb-gülən deməyimə baxmayın, Yusif Yulduz işə gələndə çox ciddi idi. Yəni çəkiliş zamanı aktyorlarla, rejisorla münasibəti bir başqa olurdu. Deyirdi ki, hər nə qədər zarafatımız olur-olsun, iş zamanı ciddiliyi itirmək olmaz. Bəlkə də elə bu davranışından dolayı böyüklü-kiçikli hamımız ona “müəllim” deyirdik. Çəkiliş zamanı işə çox can yandırıdı. Bir də görürdün həm rejissorluq edir, həm aktyorluq, həm də qrimyorluq. Yəni o bir yerdə dayanmırdı, ancaq öz işini düşünmürdü. İnanın mənə, hətta elə çəkiliş olub ki, rejissor aktyorun səhnəni canlandırmasından razı qalsa da, Yusif Yulduz “yox, yaxşı deyil” deyib, 10 dəfədən çox aktyoru eyni mətni oxumağa vadar edib. Deyirdi ki, “tamaşaçı hiss etməməlidir ki, sən aktyorsan, tamaşaçı hiss etməlidir ki, sən elə canlandırdığın obrazsan, nəyi göstərirsənsə, elə həmin adamsan”. Bilirsiniz, o vaxtlar Leninqrad (indiki Sankt-Peterburq) kimi böyük şəhərdə Azərbaycanı təmsil edəcək aktyor ölkəmizdə barmaqla sayılacaq qədər idi. Leninqrad Teatrında Şeksprin “Hamlet” əsəri tamaşaya qoyulacaqdı. Yusif Yulduz o şəhərdə təhsil aldığı üçün teatr rəhbərliyinin ağlına gələn ilk ad elə onun adı olmuşdu. Gənc olmağına baxmayaraq, obrazı elə canlandırmışdı ki, Rusiya mətbuatı onun haqqında ardıcıl olaraq yazılar dərc etdirirdi. Bəlkə də o şəhərdə qalsaydı, dünyada bizi təmsil edən, tanınmış aktyor olardı. Lakin yəqin bilirəm ki, el-obasından ayrı qala bilmirdi. Onunla işlə əlaqədar olaraq hansısa ölkəyə səfər edəndə elə can atırdı tez evinə qayıtsın. Açığı bilmirəm ailəsi üçün darıxırdı ya vətəni üçün, amma çox nisgilli olurdu. Ailəvi mövzularda çox qapalı idi, heç kimə ailəsi, övladları barədə danışmırdı. Belə deyim də, işdə ancaq işlə bağlı mövzular, başqa heç nə. O qədər sadə, dilsiz-ağızsız adam idi ki, bəlkə də ona görə zamanın tələbini ortaya qoya bilmirdi. Özü rejissor olmasa da, bütün rejissorlar onu hədsiz sevirdilər. Təəssüf ki, indi o dövrün rejissorlarından çoxu dünyasını dəyişib. Lakin həmin rejissorlardan heç olmasa biri ilə həmsöhbət olsaydınız görərdiniz ki, Yusifdən necə ağız dolusu danışırlar. Belə deyim də, Yusif Yulduz çəkildiyi filmlərin "duzu-istiotu, ədviyyatı" idi. Lap ən kiçik obraz olsa belə, o, həmin obrazı elə canlandrırdı ki, sanki baş rol ifaçısıdır. Yəni bütün ruhu ilə tamaşaçıya obrazı sevdirib yaddaşlarda qalmağı bacarırdı. İndi necə ki müğənnilərə sponsorluq edirlər, o vaxt da tanınan kişiləri qonaq çağırıb kef məclisi düzəldirdilər.Yusif Yulduz da ki, nə yalan deyim, əsl məclis adamı idi. Yeyib-içmək, çal-çağır olan yerdə onu görməmək qeyri-mümkün idi. Onu da deyim ki, o təkcə yeyib-içməkdə yaxşı deyildi. Yaşının çoxluğuna baxmayaraq, kinostudiyada kimin nə xeyir işi olurdu, ya tədbir təşkil olunardısa, təşkilatçılıq işinə o baxardı. Bütün toy boyu ortalıqdan çıxmazdı, yaxşı rəqs etməyi var idi. Həm də içki içən idi deyə, əhvalı bir başqa olurdu. Kimsə məclisdə sakit-dinməz otururdusa, gedib qolundan tutub məcburən oynamağa çağırırdı. Ən çox da gənclərə sakit dayanmağı, həyata küskün olmağı yaraşdırmırdı. Deyirdi “nə olur-olsun üzünüz gülməlidir, gələcəyə ümidli olmalısınız”. Ömrünün son illərində ən çox dublyajda işləyirdi. Çox məhsuldar insan olub, yaşı çox olsa da işsiz dayana bilmirdi. Deyirdi “heç olmasa dublyajda da bir az xeyrim dəysin”. Düzdür, ömrü o qədər də uzun olmadı, amma yenə də yaşı çox idi və buna rəğmən bir dəqiqə də boş dayanmırdı. Qoca vaxtlarında tez-tez ondan soruşurduq ki, “Yusif müəllim, nəyə ehtiyacınız var, nə köməklik edək?”. İnanın ki tək bir dəfə də olsun “xəstəyəm” deyib kimsədən köməklik istəmədi. Ayağında problem olduğuna görə yeriməkdə çətinlik çəkirdi. Bəzən görürdün ki, getdiyi yerdə dayanıb bir kənarda oturdu. Amma deməzdi ki, “ayağım ağrıdı, narahatam”. Bir bəhanə ilə söhbəti dəyişərdi. Çünki narahat olmağını dilə gətirən adam deyildi. Yusif hər şeylə qane olan adam idi. Bəzi aktyorlar kimi ad alsın, təltif edilsin deyə, bir istəyi omayıb. Elə bütün günü işinə vaxt ayırırdı. Kiməsə ağız açıb, xahiş-minnət etmək onluq deyildi. Soruşanda da deyirdi ki, “xalqın sevgisi diplom, ya da hədiyyə ilə ölçülmür”. Sizə onu da deyim ki, Yusifin ətrafı, dost-tanışı çox idi, bəlkə də istəsə, həqiqətən ad ala bilər, daha yüksəklərdə olardı. Amma dediyim kimi, minnət götürməyi özünə yaraşdırmazdı. Yusif kiçik obrazları canlandıran böyük aktyor idi. Ad almasa da, sizi inandırım ki kimlərinsə hesabına ad alanlardan qat-qat istedadlı və işini bilən aktyor idi. Onu tanıdğım müddət ərzində bir dəfə də olsun studiyada, ya da kənar bir yerdə kimləsə dava etdiyini görmədim. Dediyim kimi, fağır adam idi, heç kimlə işi olmazdı. Amma vay o gündən ki, Yusifin səbr kasasını daşdırasan. İnanın mənə, əgər bir kimsədən inciyirdisə, hirsi soyumurdu. Daha demirəm ki, hay-küy salsın, ya həmin şəxsi acılasın, yox. Sadəcə əsəbləşəndə, inciyəndə könlünü almaq çətin məsələ idi. Bəlkə də elə buna görə hamı onunla hörmətlə, ehtiyatla danışırdı. Görəndə ki onunla sözümüz çəpləşir, məsələni uzatmadan yanından uzaqlaşırdım. Bilirdim ki, Yusif asan-asan mənə qarşı bir də yumşalan adam deyil. Düzü, işinə o qədər başı qarışıq olurdu ki, əlavə söhbətlərə, ya da dava-dalaşa vaxtı qalmırdı. Çox məsuliyyətli insan, işçi idi. Studiyaya hamıdan tez gəlirdi desəm, yalan olmaz. Hamını da evə yol salmamış öz evinə getmirdi. Tələsən yeri yox idi ya da iş sevgisi çox idi, artıq bunu deyə bilmərəm. 73 yaşında vəfat etdi. Allah rəhmət eləsin. O hər zaman xoş xatirələrlə anılmağa layiq sənətkardır”.
Yusif Yulduzla bir sıra filmlərdə tərəf-müqabili olmuş Əməkdar artist Ramiz Məmmədov da sənətkarı xoş xatirələrlə yada saldı: “Onunla “Alma almaya bənzər“ filmində (1975) tərəf-müqabili olmuşduq. O vaxt mən II kurs tələbəsi idim. Bir çox tanınmış aktyorlar da bu filmdə çəkilirdi. Rayonda çəkilişlərimiz zamanı Yusif müəllimlə mən bir otaqda qalırdıq. Çox unikal insan idi. Dövrünə görə dünyagörüşü və təfəkkürü güclü olmaqla yanaşı, eyni zamanda, həlim xasiyyətli və uzaqgörən idi. Yusif müəllimlə tanış olduğum illərdən xatirimdə iki mahnı yadigar qalıb. Onun hər zaman zümzümə etdiyi iki mahnıdan biri “Durnam” sonradan tanınmış xanəndəmiz Hacıbaba Hüseynovun repertuarında yer aldı. İkinci mahnı da yaddaşıma əbədi həkk olub və gözəl sözləri var. Mahnı “Başın üçün” adlanır - yəni, and mənasında. Bu gün də həmin mahnını hərdən özüm üçün zümzümə edirəm. Həmişə gənc aktyorlara yol göstərər, tövsiyələrini əsirgəməzdi. Yadımdadır deyərdi: “Səhnə həyatın bir parçasıdır. Aktyor təbii olmalıdır, real oynamalıdır. Həyatın özünü səhnəyə gətirmək böyük sənətkarlıqdır. Aktyor komik səhnələri yüngül oynamamalıdır. Bir var obrazı oynamaq, bir də yaşamaq”. Rəhmətlik həmişə bizə deyərdi ki, obrazı oynamağa yox, yaşamağa çalışın. Çox vaxt bizə azman aktyorlarımız Ülvi Rəcəb, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə ilə bağlı xatirələrini danışardı. Daxili dünyası zəngin insan idi. Onun kimi sənətkarlar kino sənəti tariximizdə həmişə yaşayacaqlar. “Axırıncı aşırım”, “Bizim küçə”, “Koroğlu”, “Qərib cinlər diyarında” və s. filmlərdə ümumilikdə 20-yədək maraqlı obraz yaradaraq tamaşaçı sevgisi qazanan Yusif Yulduzun xatirəsi kino ictimaiyyəti tərəfindən həmişə dərin ehtiramla yad edilir”.

Rusiya ilə bağlı polemikaların üzərinə

Sərxan Şahverdiyev

Mənə elə gəlir ki, Rusiya iqtisadiyyatı dunyada ən güclülərdəndir.
Təsəvvür edin ölkədə keçmiş Sovet ölkələrindən olan milyonlarla insan pul qazanır. Heç biri nə vergi, nə də digər dövlət rüsümu ödəmir.
Üstəlik qazanılan pullar qeyri-qanuni olaraq ölkədən çıxarılır.
Bunu heç düşündünüzmü?
Bu ölkə iqtisadiyyatının terroru deyil, bəs nədir?
Təkcə azərbaycanlılar bir ayda ölkədən milyonlarla pul çıxardır. Bu hələ təkcə Azərbaycandır!
Məsələ içməyə gələndə, ruslar artıq içmir. Sizin bir çox məsələlərdən xəbəriniz yoxdur.
Düşündüyümüz rus artıq dəyişildi.
İndi gənc nəsil ruslar az içir, çox işləyir, pul qazanır, bahalı maşınlar sürür, bir neçə evə sahibdirlər, 2-3 uşaq dünyaya gətirirlər.
2 gün öncə burda bir rus toyu oldu, inanın toyda araq verilmədi. Və heç kim də istəmədi. Bir viski, bir az da konyak içdilər.
Rusların əksinə bizimkilər burda alkaşlıq edir.
Sizin qınamıram. Mən də ilk Rusiyaya gələndə çaşıb qalmışdım. Çünki təsəvürümüzdə olan Rusiyanın əksini gördüm. Fikirləşirdim ki, rus hara 2-3 uşaq hara, rus hara bahalı maşın hara, rus hara böyük ev hara və s. və i.
Odur ki yanılmayın. Rusiya daim dinamik inkişafdadır. Dünya durduqca da bu artım davam edəcək.
Özünüzdən muğayat olun.

26.01.2020

В тоталитарном Советском Союзе уровень безработицы был — "ноль". Именно так, 100% населения были обеспечны работой. Это один из признаков тоталитаризма — всё население страны тотально обеспечено работой и зарплатой, вполне достаточной для нормальной жизни, а также бесплатным жильём, медицинским обслуживанием, образованием и далее по списку.

Yəmən Ənsarullahının yeni qələbəsi

Yəmən Ənsarullahı Səna şəhərinin şimal şərqində yerləşən Nəhum şəhərini mühasirəyə alaraq yeni zəfərlər əldə etmişdir.
Nəhum şəhərinin mühasirəsi olduqca mühüm bir əməliyyat idi. Səud koalisiyası bu mühasirəni yarmaq üçün hava əməliyyatları keçirirdi. Lakin Səud koalisiyasının canfəşanlığın baxmayaraq, Yəmən Ənsurallahının Nəhum şəhərindəki mühasirəsi böyük qələbə ilə nəticələndi.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, əgər Səudiyyə koalisiyası bu mühasirəni yara bilməsə, böyük itkilər verəcək və yəmənlilər çoxlu qənimət ələ keçirəcəklər. Nəticədə yəmənlilər strateji və müharibənin müqəddəratını dəyişə bilən bir qələbə qazandılar.
Bu qələbə zamanı ələ keçirilən qənimətlər heç də "Nəsru minəllah" əməliyyatındakı qənimətlərdən az deyil. Qeyd edək ki, "Nəsru minəllah" əməliyyatı nəticəsində Ənsarullah 700-ə yaxın Səud hərbçisini və muzdlu əsgərləri əsir götürmüşdü. Çoxlu sayda silah-sursat da qənimətlər arasında idi. 
Nəhum əməliyyatı zamanı da çoxlu sayda silah, tank və maşınlar qənimət götürülüb. Ənsarullahın bu böyük uğuru Yəmən xalqının sevincinə səbəb olub və ruh yüksəkliyi yaradıb.
Tanınmış politoloq Dr. Raefpur öz tvitter hesabında qeyd edib ki, Səudiyyənin şiələrdən ibarət olan Qətif şəhər əhalisinin "Ölüm olsun Amerikaya, ölüm olsun Ali-Səuda!" şüarları səsləndirməsi olduqca mühümdür. Səudiyyə neft ehtiyatının 80%-i, eləcə də ən böyük neft şirkəti Səudi-Aramco bu şəhərdə yerləşir. O qeyd edib ki, tezliklə dünyanın enerji nəbzi müqavimətin əlinə keçəcək.
Ənsarullah bir neçə məntəqəni Səudiyyənin işğalından azad edib. Azad edilən bölgələr arasında Bəran, Əl-Mədaric, Əl-Hul, Vadi-Milh, Əl-Səlta və Həram dağlarını da qeyd etmək olar.

Nicat Kazımov                  avrasiya.info

23.01.2020

Hacı Qasim sirləri: Şəhidlər diridirlər

Sərdar Hacı Hüseyn Kaci müharibə qazisi öz xatirəsində belə deyir:
"Universitetlərin birində şəhidlərin xatirəsindən danışırdım. Şəhidlərin diri olmaları barədə misallar çəkirdim. Konfransdan sonra bir cavan yaxınlaşıb dedi ki, Hacı, mən bir tələbəyəm, o gördüyün qız da xanımımdı. Biz yenicə evlənmişik. Bir xatirə nəql etmək istəyirəm ki, doğrudan da şəhidlər diridirlər. Hacı, mən xanımımla elə universitetdə taniş olmuşuq. İlk dəfə elçiliyə gedəndə atası qəribə-qəribə bizə baxdı ki, bəs atası hardadır? Uşağın atası yoxdu? Bir anlıq tənhalıq hissi bürüdü məni. Heç bu qədər atasızlığımı belə dərk etməmişdim. Bir anlıq başa düşdüm ki, ata evin dayağıdı nə deməkdir. Atam şəhid olmuşdu. Dedim ki, atam Suriyada şəhid olub. Atası narahat halda dedi ki, eybi yox, mən bir söz demirəm. Hər halda özünüz aranızda razılaşmısınızsa olsun. Cümə axşamı kiçik bir mərasim keçirərik. Elə oradaca əqdinizi oxutdurarıq.
Evə qayıdanda ancaq bu söz qulağımda səslənirdi: Bəs atası hardadır?! Böyüyü yoxdur?
Bir neçə gün idi ki, bu fikir zehnimdən çıxmırdı. Mərasimə bir gün qalmış xanımım mənə yazdı ki, sabah əmilərim, xalalarım, bibilərim hamısı gələcəklər. Bizdən 50-60 nəfər qonaq olacaq. Siz kimlə gələcəksiniz?
Bunu oxudum stressim bir az da artdı. Axı mənim belə şeylərdə heç təcrübəm yox idi. Elə sanballı adamımız da yox idi ki, mərasimdə başımızı uca eləsin. Düşünəndə həyacan bürüyürdü məni. Görəsən necə olacaq, ilahi!
Birdən gözüm sataşdı atamın divardakı fotosuna. Başladım atamla danışmağa. Dedim atacan, niyə məni tək qoydun? Bu günlərdə nə qədər sənə ehtiyacım var kaş bilsəydin. Axı mən nə edim? Atacan, axı bir oğlun var idi. Heç olmasa onu yerbəyer edib gedərdin. Ata, qız atası məni utandırdı. Dedi: Böyüyün hardadır? Ata, axı mən bilmirəm nə deməliyəm. Axı mən bilmirəm belə mərasimlərdə nə edirlər. Çox ağladım. Ürəyimi boşaltdım. Dedim ata, deyirlər ki, sizlər dirisiniz. Ölməmisiniz. Elə isə yardım et. Ata, kömək ol mərasimim izzətli keçsin. Sabah necə olursa olsun mənə dayağ ol. Məni tək qoyma!
Gecə nə zaman yuxuya getdiyimi xatırlamıram. Yuxuda atamı gördüm. Bağrıma basaraq dedim, ata, xoş gəlmisən. Sabah mənim nişan mərasimimdi, bilirsən? Atam dedi: Oğlum, narahat olma, bilirəm. Düzdür, bəli şəhidlər diridirlər. Heç üzülmə. Sabah elə edəcəm ki, sənin mərasimin ömrünün sonunadək dillərə düşəcək. Sabah dostlarımdan birini yollayacam ki, məclisdə hər şeyi yoluna qoyacaq. Qəfildən yuxudan oyandım. Gördüm saat 3:00 dür. Kağız qələm götürüb yazdım: Gecə saat 3-dür. Atamı yuxuda gördüm. Dedi ki, oğlum, şəhidlər diridirlər. Narahat olma sabah elə bir iş görəcəm ki, bu mərasim dillərə düşəcək... Kağızı qatlayıb bir zərfə qoydum. Zərfi sübh namazında anama verdim. Dedi, bu nədir oğlum? Dedim anacan bunu özündə saxla, axşam mərasimdə deyərəm sənə.
Axşam hazırlıq görüb getdik mərasimə. Qızın bütün qohum-əqrabası cəm olmuşdu. Yenidən məni tənhalıq hissi bürümüşdü ki, birdən anamın telefonuna zəng gəldi. Gördüm anam həyəcanla kiminləsə danışır. Ayaq üstə danışmağa davam elədi. Telefonda kimsə anana mərasimə gəlməyini xəbər verirdi. Anamın danışa-danışa təəccübü daha da artırdı. Son sözü bu oldu ki, lütfən 3-cü təbəqəyə qalxın. Anam məclisə üzünü tutub dedi ki, biz tərəfdən bir qonaqdı. Mən anlamadım kimlə danışır. Bir neçə dəqiqədən sonra qapı açıldı. Hacı Qasim Süleymani içəri daxil oldu. Nişanlımın sevincindən gözləri doldu. Hamı sevinc içində idi. Mərasim ikiqat şadlığa çevirildi. Kimisi Hacı Qasimlə şəkil çəkdirir, kimisi bağrına basırdı Hacını, kimisi yaxınlarına zəng edirdi ki, bilirsən kim burdadır? Hacı Qasim özü... Qısası yarım saatdan çox məclis bir-birinə dəydi. Sevinc göz yaşları hamının üzünə süzülmüşdü. Hacı Qasim atalıq elədi. Məclisi ələ aldı. Mərasim barədə danışılandan sonra fürsət tapıb anama dedim: Anacan, sübh sənə verdiyi zərf yanındadır? Onu zəhmət olmada ver Hacıya. Anam zərfi Hacı Qasimə uzatdı. Dedim Hacı xahiş edirəm oxuyun. Hacı zərfi açaraq oxumağa başladı. Göz yaşları ixtiyarsız süzülməyə başladı. Hacı üzünü mənə tutub belə dedi: Bax, heç kəsə deməyəsən ha!..
Beləcə atam verdiyi sözünə əməl etdi. Hacı Qasim gəlişi ilə həyatımın ən şirin anlarını mənə yaşatdı. Həqiqətən də şəhidlər diridirlər..."

Rusiyada problemli kreditlər silinir, bəs Azərbaycanda?

Rusiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin əməkdaşları ötən il ölkə vətəndaşlarının 2,2 trilyon rubl (38,6 mlrd. ABŞ dolları) məbləğində problemli kredit borclarını siliblər. Rusiya mətbuatı yazır ki, bu borcların imkansızlıq ucbatından ödənilməsi mümkün olmayıb. 2017-ci ilin sonuna rusiyalıların 50%-dən çoxunun bağlanmamış krediti olub.
O da sirr deyil ki, Rusiyada hər hansı addım atılırsa, qısa müddət sonra onun Azərbaycanda da tətbiqi reallaşır. İqtisadi və qanunvericilik baxımından Azərbaycan daha çox qonşu Rusiyanın təcrübəsinə üstünlük verir. Problemli kreditlər isə Azərbaycan iqtisadiyyatına  da ciddi zərbə vuran faktorlardan biridir. Bu il fevralın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 695,9 milyon manatdır. Kredit alanlar arasında imkansızlıq ucbatından borcunu ödəyə bilməyənlərin sayı kifayət qədərdir.
Bəs görəsən, ölkəmizdə ödənilməsi mümkün olmayan borclar, borc sahibinin imkansız olduğu  məhkəmə qaydasında təsdiq olunduğu halda bağışlana bilərmi? Azərbaycan qanunvericiliyində bu məsələ necə əks olunub?
“Yeni Müsavat”a açıqlamasında bu suallara cavab  verən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycan məhkəmələrinin bu cür qərarlar verəcəyini gözləmir: “Mən hesab etmirəm ki, ölkəmizdə də Rusiyanın bu təcrübəsi tezliklə tətbiq oluna bilər. Ancaq əslində bu təcrübə Rusiyada yeni deyil, illərdir tətbiq olunur. Azərbaycan qanunvericiliyi də bu məsələlərdə Rusiya qanunvericiliyi ilə eynidir, çünki vaxtilə qonşu ölkənin qanunları əsasında hazırlanıb. Konkret olaraq, "İcra haqqında" Qanun... Bu qanunda deyilir ki, icra məmuru məhkəmə qərarını iki ay ərzində icra etməlidir. Onu maksimum bir ay  uzada bilər. Bu, o deməkdir ki, icra məmuru məhkəmə qərarını 3 ay ərzində icra etməlidir. Qanunda daha sonra deyir ki, icrası mümkün deyilsə, onu dayandırmalıdır, xitam verməlidir. Həmin qanunda o da qeyd olunur ki, söhbət borcdan gedirsə, icra məmurunun vəzifəsidir ki, borclunun nə qədər əmlakı olduğunu müəyyənləşdirsin. Varsa, həmin əmlak əsasında ödənilməlidir, yoxdursa işə xitam verilməlidir. Maksimum 3 aya bu proses yekunlaşmalıdır. Biz isə təcrübədə onu görürük ki, illərlə icra məmurlarında borc işləri var və onlar qanuna riayət etmirlər, işləri bağlamırlar. Bəzən heç müəyyənləşdirmirlər ki, borclunun əmlakı var, ya yox. Əslində özləri də gözəl bilirlər ki, əmlak yoxdur. Əmlak  ya ona görə yoxdur ki, insan həqiqətən imkansızdır, ya da ona görə yoxdur ki, borclu dələduzdur, yüz minlərlə vəsaiti xərcləyib, əmlakını isə başqa adamların adına keçirib. Bu halda icra məmurları hüquq-mühafizə orqanlarına müraciət edə bilər ki, məsələ araşdırılsın. Lakin onlar bunu da etmirlər. Azərbaycanda məmurlar arasında ən çox korrupsiyalaşanlardan biri də məhz icra məmurlarıdır. Onların əməkhaqları həddindən artıq azdır, səlahiyyətləri isə əksinə, çoxdur. Ona görə də onlar vəzifələridən sui-istifadə edirlər".
Hüquqşünasa görə, Azərbaycanda ödənilməsi mümkün olmayan borclar üzrə məhkəmə işlərinin illərlə davam etməsində mental xüsusiyyətlərimizin də əhəmiyyətli rolu var: “Rusiyada da korrupsiya faktları var. Ancaq Rusiyada məhkəmələrin, icra məmurlarının bu cür etməməsinin səbəbi milli mentalitetdir. Məsələn, Azərbaycanda bir vətəndaşın borcu var və ödəmək imkanı yoxdur. Bu halda icra məmuru işə xitam vermir, əksinə, deyir ki, mənə "hörmət" elə, əks halda səni həbs etdirəcəyəm. Azərbaycanda borca görə qanunsuz inzibati həbslər var. Onların təşəbbüskarları da icra məmurlarıdır. İcra məmurları çox gözəl bilir ki, qarşısındakı azərbaycanlıdır və bizdə ailə münasibətləri, qohumluq münasibətləri güclüdür. Vətəndaşı həbslə qorxutduqdan sonra bütün qohumlar yığışıb kömək edəcək, ən pis halda icra məmuruna müəyyən qədər "hörmət" edəcəklər. İcra məmuru da düşünür ki, pulları çoxdursa borcu bağlayacaqlar, azdırsa, ən azından ona müəyyən qədər rüşvət verəcəklər. Bu baxımdan daim borcluları təzyiq altında saxlayırlar. Rusiyada isə qohumluq münasibətləri elə də güclü deyil. Orada heç kim başqasının borcunu verməz, icra məmurları da bunu bilirlər və məcbur olub borcu bağlayırlar. Bizdə qanuna görə əgər borcu olan vətəndaşın bir evi varsa, o əlindən alına bilməz. İcra məmurları isə vətəndaşı elə qorxudurlar ki, gedib evini özü satsın və borcu ödəsin. Rusiyada isə heç kim bunu etmir. Vətəndaş özü evini satmaq istəsə belə, həyat yoldaşı qoymayacaq. Orada ailə bağları bizdəki qədər güclü deyil və rus qadın qorxmur ki, evini satmasa, ərini tutarlar. Bizdə ailə münasibətləri daha güclüdür və bundan da məhkəmə proseslərində sui-istifadə edirlər".
Ə.Həsənov onu da qeyd etdi ki, hazırda borclunun müflis olması səbəbindən ödənilməsi mümkün olmayan kredit borclarının məbləği ilə bağlı dəqiq statistika yoxdur: “Mən bizə müraciət edənlərdən görürəm ki, problemli kreditlərin ən azı 50 faizi həqiqətən imkansız  olan vətəndaşlara məxsusdur. Bəziləri də var ki, əslində pulları var, ancaq baxanda görürsən ki, adlarında heç bir əmlak yoxdur. Əgər bu gün problemli kreditlər 2 milyard manata yaxındırsa, onun 50 faizi ödəmə imkanı olmayan borclulara aiddir”.

Nərgiz LİFTİYEVA              “Yeni Müsavat”

21.01.2020

“Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” - Zərdüşt Əlizadədən Fəzail Ağamalıya AĞIR SÖZLƏR

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı  kulis.az-a müsahibəsində görkəmli ziyalı Xudu Məmmədovla xatirələrindən danışıb. O, bildirib ki, X.Məmmədovla ikinci görüşü 1988-ci ilə təsadüf edib: "Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər... Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi".
Tanınmış politoloq Zərdüşt Əlizadə modern.az-a açıqlamasında Fəzail Ağamalının səsləndirdiyi ittihama münasibət bildirib: "Fəzailin heç xəbəri yoxdur ki, həmin muzey dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyidir. Heç o həmin tədbirdə olmayıb. Sadəcə ucundan-qulağından eşitdiklərini özünə sərf edən şəkildə danışır. Həqiqətən də orada Xalq Cəbhəsinin yaradılması ilə bağlı iclas keçirilirdi. İclasda Azərbaycanın bir neçə görkəmli ziyalısı - Fərhad Bədəlbəyli, kinorejissor Eldar Quliyev və Xudu Məmmədov iştirak edirdi. Təxminən 70-ə yaxın adam vardı. Görüş zirzəmidə təşkil edilmişdi. Hətta pilləkənlərdə də insanlar əyləşmişdi. Görüşdə Xalq Cəbhəsinin proqram layihəsini öz əlimlə yazıb, çap edib genişləndirmişdim. Onu maddə-maddə oxudum. Mən oxuyub qurtarandan sonra rəhmətlik Xudu müəllim ayağa durdu və dedi: "Biz gərək ehtiyatlı olaq. Bizim qarşımızda qəddar və amansız rəqib var. Çalışmalıyıq ki, qarşıdurma, toqquşma olmasın. Hər şey qanun çərçivəsində olmalıdır". Bu vaxt Xudu müəllim əyləşəndə bir də gördüm ki, xırıldayır. Həkim komandası tez onu yuxarı qaldırdı. Sonra təcili yardım gəldi və dedilər ki, Xudu müəllim artıq keçinib. Məlum oldu ki, bu Xudu Məmmədovun keçirdiyi 3-cü infaktdır. Bundan əvvəl 2 dəfə infakt keçirib".
Zərdüşt Əlizadə həmin görüşdə olan adamların bir çoxunu xatırladığını deyir: "Amma Fəzail Ağamalını orada görməmişdim. Nemət Pənahlı İsa Qəmbərlə, rəhmətlik Məhəmməd Hatəmi qızılbaşlar dəstəsilə gəlmişdi. Xudu Məmmədovu II Fəxri Xiyabanda torpağa tapşıranda xeyli adam vardı. Mən də orda idim. Çox təəssüf edirdim ki, onun kimi görkəmli ziyalı, xalqını sevən insan dünyasını dəyişdi. Sözün düzü, ürəyimdə belə arzu vardı ki, Xalq Cəbhəsinin sədri Xudu Məmmədov olsun. Elə alındı ki, Əbülfəz Elçibəy başının dəstəsi ilə AXC sədri oldu. Başının dəstəsində isə Fəzail Ağamalı kimi təxribatçılar vardı".
Zərdüşt Əlizadə Fəzail Ağamalının ünvanına bir sıra ağır sözlər də işlədib...

Piontkovskidən ŞOK AÇIQLAMA: Rusiya 5 ölkəyə hücuma hazırlaşır

Federal Məclisə illik müraciəti zamanı Rusiya Prezidenti Vladimir Putin prezidentlik müddətinin sayının məhdudlaşdırılmasıyla bağlı konstitusiya düzəlişini təklif etdi ki, xalqın razılığı ilə ömürlük hakim mandatını qazana və Ukrayna, Belarus, eləcə də Baltikyanı ölkələrə hücumu başlada bilsin.
Bunu “Qordon” saytına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Mən Rusiya KİV-lərinin hadisəni niyə belə qızğın şəkildə müzakirə etməsinə təəccüblənirəm. Putin yekun olaraq bəyan etdi ki, o Rusiyanın ömürlük hökmdarı olacaq. Onun vəzifəsinin prezident, baş katib və ya başqa nəsə adlandırılacağı vacib deyil. Vacib olan onun bəyanatıdır. Onsuz da əhalinin əksəriyyəti onun heç yerə getməyəcəyini bilirdi. Başqa vacib məqam bu qədər tələskənliyinin nəyə lazım olmasıyla bağlıdır. 2024-cü ilə qədər o qanuni prezidentdir və bu vaxta qədər yaşamaq lazımdır. Nəyə görə həyəcan yaradılıb? Mən elə gəlir ki, onun üçün referendum bir növ ümumxalq razılığı kimi bir şeydir. Putin özünün hazırladağı xarici siyasət avantüralarını gerçəkləşdirəcəyi zaman məhz buna istinad edəcək. Bu avantüralarını isə o Moskvadakı 9 May tədbirlərindən sonraya saxlayıb”, – deyə o bildirib.
Piontkovski Putinin Ukrayna Prezidenti Vladimir Zelenski və Belarus Prezidenti Aleksandr Lukaşenkoya təzyiqlərini gücləndirəcəyini bildirib: “Angela Merkelin Moskva səfəri ağır təəssürat yaratdı. Normand formatında artıq 3 ölkə birinə qarşıdır. Putin eskalasiyaya gedəcək”. /axar.az/

Erməni qızlarının azərbaycanlı oğlanlara ərə getdiyi kənddən REPORTAJ

Gürcüstanın paytaxtı Tiflisdən 1 saatlıq məsafədə Mirzoyevka adlı bir kənd yerləşir. Kəndin əhalisi beynəlmiləldir. Burada ermənilər, gürcülər, azərbaycanlılar, assurlar və ruslar yaşayır. Amma çoxluq ermənilərdədir. Tiflisdəki Qafqaz Jurnalistika Məktəbindəki tələbə yoldaşlarımdan eşitmişdim ki, bu kənddə azərbaycanlılarla ermənilər arasında möhkəm dostluq münasibətləri bu gün də davam edir. Yolum Mirzoyevka kəndinə düşmüşdü. Atüstü də olsa, eşitdiklərimi kənd sakinlərindən soruşmağa çalışdım.
Kənddə ilk qarşılaşdığım adam erməni milliyətindən olsa da, azərbaycanca çox rahat danışırdı. Məndən hardan və niyə gəldiyimi soruşdu. Mən də “Azərbaycandan gəlmişəm” dedim.
Bu adamın erməni olduğunu o adını deyəndə anladım. Sonra mənim ona tərəddudlə yaxınlaşdığımı görüb azərbaycanlı qonşusunu çağırdı. Çağırılan şəxs də gəldi… Tanış olduq… 30 yaşlı soydaşımız adı Tofiq idi, fəhlə işləyir. Məni evlərinə dəvət edi, bayaqkı erməni də Tofiqgilə gəldi. Tofiq ermənin gəlişindən narahat olduğumu görüb “narahat olma, bu mənim dostum Avvarramdı. Biz burda illərin dostuyuq, ailəvi bir-birimizin xeyir və şərinə gedib-gəlirik” deyə məni rahatlatmaq istədi.
Amma narahatlığım çəkilmədi. Soruşdum:
-Bu qədər savaş oldu, hər dəfə ermənilər bizə xəyanət etdi, amma siz hələ də bunların dostluğuna etibar edirsiniz?
Sualıma Avarram cavab verdi:
-Biz illərdi burda bir-birimizi tanıyırıq, Ermənistandakı ermənilər kimi azərbaycanlıları düşmən saymırıq. Hətta burda bir il əvvəl bir azərbaycanlının oğlu erməni qızı ilə evləndi. Biz burda dostluq qururuq.
Ardınca Tofiq əlavə etdi:
-Avarram tamamilə haqlıdır.
-Bəs burda heç bir erməni-azərbaycanlı mübahisəsi yaşanmır?
Hər ikisi güldü. Tofiq sakitcə cavab verdi:
-Əlbəttdə yox. Məktəblərimizdə belə, uşaqlarımız çox mehribandır.
Sonra Avarram əlavə etdi:
-Biz azərbaycanlılarla hər gün bir-birimizin evinə gedib-gəlirik. Tək Tofiqgilə deyil, başqa azərbaycanlı qonşularımıza da gəlib-gedirik. Azərbaycanlı qonşularım çox gözəl çay dəmləyirlər. Mən hələ heç yerdə azərbaycanlıların dəmlədiyi kimi tamlı çay içməmişəm.
Tofiq:
-Hə, Avarram düz deyir, ermənilər bizə gələndə ən çox çay içmək istəyirlər. Ermənilər də çox gözəl qəhvə hazırlayırlar. Artıq burda hər kəs işini bilir. Erməni azərbaycanlıya gəldimi çay dəmlənməlidir, azərbaycanlı erməniyə qonaq getdimi, qəhvə hazırlanır.
-Sizə görə Qarabağ məsələsi nə zaman həll olacaq?
Tofiq astaca cavab verdi:
-Hər iki tərəf keçmişi unutmasa, gələcəyə baxa bilməyəcək. Azərbaycan və Ermənistanın inkişafı hər iki tərəfin əsl qonşu kimi yaşamasından asılı olacaq. Qarabağ məsələsi nə Ermənistanın, nə də Azərbaycanın istəməsilə həll olunacaq. Bu məsələ ancaq Rusiyanın istəməsi ilə aradan qalxa bilər. Azərbaycanın inkişafı göz qabağındadır. Ermənistan artıq tərs yolda olduğunu anlamalıdır. Qarabağın Azərbaycan torpağı olduğunu burdakı əksər ermənilər qəbul edirlər.
Üzümü Avarrama tutaraq soruşdum:
-Sən də tanıyırsanmı Qarabağın Azərbaycan ərazisi olduğunu?
Avarram dedi:
-Ermənistanın gələcəyini düşünən və Ermənistanı həqiqi sevənlər Qarabağı Azərbaycan torpağı kimi tanımalıdırlar.
Sonra Tofiq əlavə etdi:
-Burda bizim nə ermənilərlə, nə də başqa millətlərlə məsələmiz var, tək problemimiz iş olmamasıdır.
-Mirzoyevkada sizin kimi başqa dost ailələr də varmı?
Tofiq cavab verdi:
-Əlbəttə. Bax elə qabaq qonşumuz erməni ailəsidir, o tərəfdəki də azərbaycanlı ailəsi, onlar birlikdə odun doğrayıb satırlar. Bərabər işləyən erməni və azərbaycanlılar kənddə çoxdur. Hamısı da bir-birindən çox razıdır.
-Yaxşı bəs, müharibə burdakı ailələrin qonşuluq və dostluq münasibətlərinə heç təsir etmədimi?
Avarram suala cavab verdi:
-Mən burda çox uzun müddətdir qalıram. 47 yaşım var. Nə vaxt çətin vəziyyətə düşsəm, azərbaycanlılar mənə kömək edib. Bir dəfə oğlum həbsə düşmüşdü, pul lazım idi. Hara getdim tapmadım, qohumlarımın heç birində olmadı. Sonra burda bir azərbaycanlı vardı, adı Alxandı. Getdim ona, istəyən kimi verdi. Burdakı ermənilər gürcülərdən çox azərbaycanlılarla mehribandırlar. Bizim yoldaşlığımıza heç nə təsir edə bilməz. Biz Gürcüstan vətəndaşıyıq və burda da hər kəs mehribandır, amma digər kəndləri deyə bilmərəm. Dava erməni-azərbaycanlı davası deyil, dava Azərbaycan-Ermənistan davasıdır. Mən bir şeyi də unutdum deməyi, mənim qızım Marneulidə (Gürcüstanın əsas əhalisi azərbaycanlı olan şəhəri) azərbaycanlı oğlanla nişanlıdır.
Tofiq erməni dostunun sözlərinə qüvvət verdi:
-Mən istəyərdim Qarabağ məsələsi həll olsun, Azərbaycan və Ermənistan bütün keçmişdəki məsələləri unutsun. Biz burda ermənilərlə mehriban yaşaya biliriksə, onlar da yaşayar.
Bu dəfə də Avarram qonşusuna dəstəklədi:
-Mən də Tofiqlə razıyam. İnsanlar heç vaxt müharibə istəməyiblər. Burdakı erməni-azərbaycanlı dostluğu nümunə olsun. Əgər bizim kəndi görmək istəyən varsa, gəlsin. Gəlib görsün insanlar dava istəmirlər…
Onlar qısa söhbəti bitirib kəndi tərk edəndə bayaq deyilənlərə rəğmən bəhs olunan dostluğun möhkəm olduğuna şübhələrim çəkilmədi… Bu ilin yazındakı söhbəti gec də olsa indi qələmə aldım… Nədən ki, azərbaycanlı oğlanların erməni qızları ilə ailə qurması barədə xəbər sizlərə də təəccüblü gələr…

Vüqar Ağamalıoğlu Quliyev                       todays.az

20.01.2020

ЕСЛИ БЫ НЕ СОВЕТСКИЕ ВОИНЫ, НЕ БЫЛО БЫ НИ КРАКОВА, НИ ВАРШАВЫ, НИ РИГИ

Уникальный человек, герой России, 102-летний ветеран Службы внешней разведки России полковник в отставке Алексей Николаевич Ботян рассказывает, как его отряд спас Краков от уничтожения вопреки тому, что поляки из Армии Крайовой пытались сдать их немцам.
"Подошли недалеко к городу, а там была Армия Крайова (подпольная польская военная организация, боролась против немецкой оккупации - прим. ТАСС). И они были против. И я хотел сам своим отрядом подойти помочь освободить город. Они были очень против того, чтобы советский партизан появился там. И они сообщили даже немцам… договорились с ними (я потом узнал). Организовали свою группу, и со мной эта группа должна была пойти на одно задание. Об этом они сообщили немцам. Хорошо, что парень (офицер царской армии), который был со мной, мне это рассказал. И мы не попали в засаду. Поэтому видите не все поляки были довольны появлением советских партизан там".
Это далеко не вся история. Группа Ботяна была второй, которая нейтрализовала запасной план гитлеровцев по уничтожению Кракова. Была ещё первая группа, нейтрализовавшая первый план. И понятно, что не все поляки были настроены антисоветски. Алексей Николаевич рассказывает, как его, советского чекиста, любили поляки и просили затем остаться жить.
Но его свидетельства живого героя Великой Отечественной войны важны именно для того, чтобы закрыть поганые рты пособников нацистов, которые лгут, что Красная Армия оккупировала Восточную Европу, ту же Польшу, пишет ТГ-канал "РМ".
Оккупанты не отправляют разведгруппы, чтобы сорвать уничтожение города, и не спасают людей из тюрем. Красная армия делала всё, чтобы сохранить польские, прибалтийские, румынские, чехословацкие города в целости и сохранности в условиях ожесточённого сопротивления гитлеровцев. Отсюда и тысячи русских советских солдат, погибших в Восточной Европе.
Так что ни один поляк или прибалт не смеет даже рта раскрыть о какой-то там оккупации если бы не советские воины, не было бы ни Кракова, ни Варшавы, ни Риги, там были бы развалины... В России в последнее время часто досадуют, что советское командование так бережно отнеслось к тем, потомки которых сейчас поливают грязью Союз. На самом деле, Москва сделала тогда всё правильно с исторической и духовной точки зрения да, погибших солдат чрезвычайно жалко, а нынешние русофобы отвратительны, но советские воины погибали не ради них, они спасали человечество от всемирного зла.
А во время спасения не выбираешь, кто заслуживает, кто нет, и тем более не задумываешься, кем спасённые станут через 75 лет... Это уже наша с вами проблема и забота закрыть их поганые рты.

iarex.ru

PKK-nın kommunist üst düzeni, üyeleri öldürüldü

Həmid Herisçi

Atamın bütün ümidləri mənə doğru yönəlmişdi…
Bu əhvalatın bütün çalarlarını indi qeyd etsəm, mənə xeyli vaxt tələb olunar - Məshəti türklərinin cəmiyyəti, ordakı Sürəyya xanım, onun mənlə tanışlığı, türk turistlərini onun evində gizləməyim… Sonra Türkiyəyə səfərim, qardaşım Əli, İrandakı əhvalatlar… Yox, bu barədə daha geniş bir yazıya ehtiyac var, hələlik onu qeyd edim ki, həmin «turist» dəstəsi «İmproteks» şirkətinin yoluyla ikinci dəfə 1992-də Bakıya gəlib üz tutdu Turana, Orta Asiyaya sarı. «ANS» şirkətinin sahibi Vahid Naxışla biz onları bütün Turanda müşayiət etdik. Xocalı olayları da o vaxt baş verdi.
* * *
Allah bizi həmin «turist»lərin üçüncü səfərindən qorusun…
Mən- sonuncu kommunistin xatirələri deyəsən, çox qədimlərdən başladı, indi həmin hadisələrin şahidləri azdı, söhbətlərimə yenidən can vermək, diqqətinizi təzələmək üçün gəlin sizə ən yeni xatirələrimi danışım.
Stokholmda 2006-da keçirilmiş növbəti Dünya Azərbaycanlıları Konqresi zamanı mən Sabir Rüstəmxanlının qonağı kimi bir çox qəribə əhvalatların şahidi oldum. Sizinçün bu mövzuda bilirsinizmi nə maraqlı olar? İndi Türkiyədə həbsə atılmış general Vəli Küçük paşayla görüşlərim. Danışımmı onları sizlərə, həə? Görün, sonuncu kommunist orda belə, necə öz amallarına sadiq qalıb.
* * *
KQB generalı Şebarşinin adı İranla əlaqədar olaraq çox çəkilib - islam inqilabını yüksək qiymətləndirərək onun Oktyabr alovundan törədiyini daim vurğulayan bu peşəkar kəşfiyyatçı bir vaxt hətta İmam Xomeyni ilə də görüşüb. Özü də bilirsinizmi nə təəccübləndirib həmin vaxt onu? Çay içdikləri vaxt Xomeyninin Nikolaydanqalma rus şəkərini, Məşədi İbadın kəllə qəndini tərifləməsi! Şabarşin imamın bu ehkamına xüsusi fikir verib, bilib ki, Xomeyni bütün iranlılar kimi qatı simvolistik dildə qonuşduğundan, həə, bu xatirələr arxasında böyük hikmətlər yatıb - ingilis mallarına, şəkərinə İran mollaları, o cümlədən, Xomeyninin atası 20-ci illərdə yasaq qoymuşdular ki, son nəticədə Britaniya şirinin pəncələrini İrandan qoparsınlar… Həə, demək bu vaxt Xomeyni ailəsi rus şəkərinə üstünlük veribsə, lap yaxşı, o bizim adamımız da ola bilər…
Vəli Küçük Paşayla Stokholmun «Skandik İnterneyşnl» otelində qapıbir qonşuydum. Bir də gördüm Sabir Rüstəmxanlı içəri daxil oldu, əlində bir torba «Makdonalds» naz-neməti- hamburqerlər, daha bilmirəm nə. Həə, bir də rus arağı. Rusiya arağı, üstəgəl amerikan çipsləri, hamburqerləri masam üzərində görüşüb qəribə bir mənzərə yaratdı. Dadları qətiyyən uyuşmurdu onların. Ancaq bu da bizim taleyimizdi- ruslarla amerikalıların ortasında qalmaq!
Az sonra Vəli Küçük də qoşuldu bizlərə.
- General, SSRİ-ni dağıda-dağıda biz tərəflərə çox gedib-gəldiniz, hamınız rus arağını sevdiniz… Xarici sovetoloqların bax belə xəstəliyi var, paşam, rus arağını ruslardan çox içmələri bəzən ziyanlarına işləyir -özlərini aşkar edirlər oturduqları Avropa, Amerika barlarında…
- Sabir, arxadaşın zeki birisi, tanışdır onu bir benlə. Əvət, mən öncə viski içərdim… Sovetlə uğraşmağımız beni rus arağına öyrətdi azca.
- Demək öncələr Amerikada yaşamısınız.
- Əvət, bən Amerikada tahsil aldım, viskini də orda içdim ilk kez… Sabir, arxadaşın benim həyat yolumu gör nerelərdən okuyor…
Söz gəldi çıxdı Abdullah Öcalanın həbsinə.
- Öcalan rus adamı, təşkilatlarını KQB qurmuş, şimdi ruslar bu dəstəni amerikalılara satmaq istiyor. Öcalanı gərəksiz, araya əngəl qatan birisi kimi Keniyadan götürüb Aydın Doğanın «özəl uçağında» , -cümləsinin bu yerində Paşa azca susdu,- biz heriflere ikram etdiler. PKK-nı isə ruslardan satın alıb da kendi çıkarıları üçün istifadə edəcəklər, bu kez onlar Amerika cocuqları olacaq İrana, türkə qarşı. Bu daha kötü. Türkiye ile keçirecekleri birgə antiterror emeliyyatlarında PKK-nın kommunist üst düzeni, üyeleri öldürülecek, ad çıkaracaklar ki, Amerika türklere yardım yapdı PKK işinde. Orqanazisyon tam amerikalıların ovcunda kalacak. Kaçakçılıq girecek araya, kontroband mallar, siqara alveri.
- İtaliyada «Qırmızı briqada»çıların da başına gəldi bu iş, - deyə mən mövzu dairəsini bir azacıq genişləndirdim.
- Onların kaçırdıqları general Douzeri ben şaxsen tanıyordum.
Azca ehtiyatlanaraq Paşaya dedim:
- Çokmu kommunist katla yetirdiniz? Sakın ehtiyatlı olun, amelleriniz kendinize karşı da döne bilir…

Həmid Herisçi: Onların yeganə düşməni hələ də Sovet adamıdır

Vəhşi Qərb imperializmi SSRİ-ni dağıdarkən bu ölkəyə özünün ilk ən sarsıdıcı zərbəsini məhz vətənimiz Azərbaycanda vurdu - qanlı Qarabağ, Sumqayıt, Bakı olayları ilə. Bəli, SSRİ kimi nəhəngin halvasını elə bizim cıqqılı Azərbaycanda çaldı Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin kinorejissorları, quruluşçu operatorları, kaskadyor heyəti…
Biz isə əvvəlcə bunu dərk etmədik, elə bildik tək elə erməni daşnakları ilə savaşırıq, Qarabağın tufanına başımız elə qarışdı ki, vətənimiz SSRİ-nin ölümcül yaralandığını heç hiss etmədik belə. Şəxsən mən SSRİ-yə Azərbaycanda dəyən zərbəni xarici qüvvələr tərəfindən - daxildəki xainləri də bura qat! - törədildiyini öz gözlərimlə müşahidə etmişəm, xatirələrimi götürüb yazsam bir çoxlarının, özü də daha çox amerikalıların yuxusuna haram qataram…
Onlar idi Sumqayıt, Qarabağ, Bakıda aləmi bir-birinə qatan, daşnakların, pantürkistlərin əliylə Lenin məmləkətini laxladan -indiysə həmin qüvvələr postsovet məkanına tam hakimdirlər, ancaq əlləri hələ də dinc durmur, indi onların düşməni artıq SSRİ deyil- o çoxdan aradan gedib, qəbri üzərində təkköz bayquş ulayır...
İndi həmin qüvvələrin yeganə düşməni hələ də sağ qalmış sonuncu Sovet insanlarıdır. Bir sözlə, Sovet adamı!
O Sovet adamı ki, Qaqarinin göylərə uçuşundan ibrət dərsi götürərək öz daxilində yerin cazibə qüvvəsini yox edib...

Həmid Herisçi

Кургинян: Армян в Сумгаите убивали не азербайджанцы

В конце февраля на постсоветском пространстве вспомнили жертв трагических событий в азербайджанском Сумгаите. С момента беспорядков, которое принято называть «сумгаитским погромом на этнической почве», прошло три десятка лет, но до сих пор нет единства во мнениях, что стало причиной событий 27-29 февраля 1988 года и кто несет за них ответственность.
Как передает oxu.az, о том, что и почему происходило тогда в Сумгаите, рассказывает «Вестнику Кавказа» политолог Сергей Кургинян:  «В конце 1980-х годов я приехал в Баку, где разворачивались события, совершенно не имеющие никакого отношения ни к официозу, ни к тому, что пропагандировала наша демократическая оппозиция. Могу со всей ответственностью сказать, что, когда зверски убивали, предположим, армян вначале в Сумгаите, издеваясь над ними и совершая некие ритуальные действия, то делали это не азербайджанцы, а делали это люди со стороны, нанятые представители международных частных структур».
«Мы этих представителей знаем по именам, знаем, к каким структурам они принадлежали тогда, к каким структурам они принадлежат теперь. Эти люди убивали армян, подключали к этому делу азербайджанцев, потом убивали азербайджанцев, подключали к этому делу армян. Потом сталкивали армян и азербайджанцев, и начиналась эта управляемая напряженность. Мы это все видели, мы видели, что за этим стоит», - говорит политолог.
По его словам, картина была ужасающая, но самое ужасающее было другое: «То, что не имеющие никакого к этому отношения демакратоидные и либероидные мифы уже воспринимались как истина в последней инстанции, как нечто самоочевидное, как нечто абсолютно правильное, они уже управляли сознанием. Все эти вирусы уже вгрызались в сознание, и толпы бежали в нужном направлении, в направлении к собственному концу, к собственной беде, к собственному предельному неблагополучию, в котором они и оказались в последствии».

Почему Сталин выгнал Жукова из кабинета

Генералиссимус Иосиф Сталин высоко ценил полководческий талант Георгия Жукова. И в спорах с ним он использовал разные методы, но никогда не унижал.
Жуков имел право настоять на своем
Константин Рокоссовский в своих мемуарах писал, что Жуков ему запомнился твердой уверенностью в высказываниях, которую он не терял, даже когда отстаивал свою позицию в разговоре со Сталиным. В подтверждение своих слов Рокоссовский передавал подробности дискуссии, которая состоялась в 1943 году по поводу «небольшой операции» в районе Мги (Ленинградская область), призванной «облегчить положение ленинградцев».
Жуков, координировавший тогда действия Волховского фронта, настаивал на масштабных военных действиях и привлечении как можно больших сил и средств. Сталин же возражал, утверждая, что сейчас таких возможностей нет и с этим надо считаться. Жуков стоял на своем, приводил доводы. Рокоссовский отмечал, что «Сталина выводило из себя упорство Жукова, генералиссимуса оно раздражало, поскольку глава государства никак не мог переубедить подчиненного».
В конце концов рассерженный Сталин приказал Жукову «выйти, пойти подумать». Рокоссовский был свидетелем этого жесткого разговора, он покинул кабинет Сталина вместе с Жуковым. Правда, начальник Генштаба поспешил его «успокоить», сказав, что у них со Сталиным «еще не так бывает».
Теперь уже не секрет, что жуковские «Воспоминания и размышления» неоднократно редактировались в соответствии с конъюнктурой. Естественно, что описание разговоров и споров главного полководца Великой Отечественной со Сталиным тоже подверглось корректировке. Сам Жуков в своих мемуарах подобострастными эпитетами эти диалоги не снабжал. Маршал писал, что ему во время войны приходилось «неоднократно остро возражать» Сталину и выступать против его указаний, касающихся осуществления тех или иных воинских либо оборонительных операций, и что нередко его «суждения принимались».
В целом Жуков высказывался о Сталине по-разному, и подчас довольно жестко. Историки опубликовали текст доклада Министра обороны СССР, который должен был прозвучать на Пленуме ЦК КПСС в 1956 году. В данном докладе Жуков упомянул в том числе о роли, которую он сыграл в ходе Великой Отечественной войны, отстаивая свое мнение перед Сталиным. Из доклада стало известно, что это Жуков разбудил Сталина в начале четвертого утром 22 июня 1941 года, оповестив его о нападении гитлеровцев на СССР; они с Семёном Тимошенко потребовали тогда принятия решительных действий, но Сталин не поверил в реальность войны.
В интервью, которое Жуков дал в апреле 1970 года одному из авторитетнейших журналистов «Комсомольской правды» Василию Пескову, он заявил, что Сталин о грядущей войне, конечно же, знал, но всячески пытался оттянуть ее начало, так как это было необходимо в интересах страны. Песков подчеркнул, что интервью он брал во времена, когда культ личности уже был разоблачен и набирала обороты кампания по очернению Сталина.
Тем не менее Жуков в беседе с журналистом «Комсомолки» отметил, что у них со Сталиным никогда серьезных разногласий ни в чем не было. Напротив, маршал признавал, что руководитель советского государства имел дар полководца и внес немалый вклад в Победу. Песков перед публикацией интервью дал прочитать его Жукову в сверстанном виде. Маршал сделал всего две несущественные правки, и ни от одного своего слова не отказался. В том числе ничего не изменил в суждениях о Сталине.

Николай Сыромятников              russian7.ru

İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə

“O vaxt Ayaz Mütəllibov Ermənistanın tərəfini saxlayan Amerikaya etiraz etdi. Bu etirazdan sonra Buş dövlət katibinə Bakıya səfər etmək barədə göstəriş verdi” .
moderator.az xəbər verir ki, Azərbaycanın ilk prezidenti barədə bu sözləri Ərdəbilin imam cüməsi ayətullah Seyid Həsən Amili ötən həftənin cümə namazı xütbəsində söyləyib. Bu haqda məlumatı İranın Qafqaz Mədəniyyət Mərkəzi yayıb. 
ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun ölümündən danışan Amili belə deyib: “Corc Buş İslam Respublikasının süqutunu arzu edənlərdən biri idi, amma özü dastanlara qovuşdu... Ata Corc Buş Azərbaycan xalqı haqqında da böyük zülmə yol verdi və dünya azərbaycanlıları onun bu zülm və xəyanətini unutmayacaq”.
Xətib əlavə edib: “Corc Buş (ata) sırf millətçi idi. Onun cinsi dəliliyi var idi və 8 qadın ondan şikayət etmişdi. O, hakimiyyətdə olduğu müddətdə çoxlu cinayətlərə mürtəkib olmuşdu. İranın sərnişin təyyarəsinə hücum göstərişi də onun cinayətləri sırasındadır. Bu cinayət nəticəsində 60 nəfəri uşaq olmaqla 290 nəfər günahsız insan öldürüldü. O vaxt Buş Ronald Reyqanın birinci müavini idi... Corc Buş bu hadisə ilə bağlı dedi ki, mən Amerika tərəfindən heç vaxt üzr istəməyəcəyəm və mənim üçün həqiqətin hansı olduğunun bir əhəmiyyəti yoxdur. Mən Amerikanın hərəkətinə görə üzrxahlıq edən adamlardan deyiləm... İndi o, ilahi məhkəmədə üzrxahlıq edir və ona belə xitab olunur: “Amma bu, elə bir gündür ki, danışa bilməzlər. Onlara üzr istəməyə izn də verilməz”- deyə Amili vurğulayıb.
Ərdəbilin imam cüməsi bir daha Corc Buşun Azərbaycan Respublikası ilə bağlı zülmünə işarə edərək deyib: “Sovet hökuməti tərəfindən Azərbaycandan ayrılmaq istəyən ermənilərin tərksilah edilməsi ilə bağlı qərar qəbul edilmişdi. Amma Qorbaçov Qarabağdakı erməni terrorçularının tərksilah edilməsi prosesini dayandırdı. Azərbaycan Respublikasının sabiq prezidenti Ayaz Mütəllibov Ərdəbilin “Aran” radiosuna verdiyi müsahibədə bu məsələ ilə bağlı belə deyir: “Mən Qorbaçovdan bunun səbəbini soruşdum. O belə cavab verdi: “Amerika prezidenti Corc Buş (ata) mənə zəng edib ermənilərin tərksilah olunmasını dayandırmağı istədi və dedi ki, bu, Amerika Konqresinin 40 nəfər üzvünün istəyidir...” Mən Qorbaçova dedim ki, ermənilər Azərbaycanın tərkibindən çıxmaq istəyirlər, sən niyə heç nə etmirsən? O cavab verdi: “Mən belə bir böhranlı durumda xırda bir məsələyə görə Amerika ilə narazılıq yaranmasını istəmirəm. Ona görə də ermənilərin tərksilah olunmasının dayandırılması məsləhətdir”. Qorbaçova xatırlatdım ki, Qarabağ münaqişəsini həll etməsəniz, Sovet İttifaqı dağılacaq. Amma o, buna əhəmiyyət vermədi və bu hadisə baş verdi, nəhayət, separatçılıq üçün şərait yarandı...”
Daha sonra ayətullah Amili deyib: “Buradan tam aydın olur ki, ata Buş Qarabağ münaqişəsinin yaranmasının və Azərbaycan torpağının işğal olunmasının əsas səbəbkarı olmuşdur. Amerikanın işğalçı ermənilərə dəstək verməsi Azərbaycan və Ermənistanın müstəqilliyindən sonra da davam etmişdir. Sovet İttifaqının dağılması, Azərbaycan və Ermənistan ölkələrinin müstəqillik əldə etməsindən sonra bu iki ölkə arasında Qarabağ müharibəsi rəsmi olaraq davam etdiyi bir vaxtda ata Buş öz dövlət katibi Ceyms Beykeri İrəvana göndərdi ki, Amerikanın Ermənistanı dəstəklədiyini onlara çatdırsın. O vaxt Ayaz Mütəllibov Ermənistanın tərəfini saxlayan Amerikaya etiraz etdi. Bu etirazdan sonra Buş dövlət katibinə Bakıya səfər etmək barədə göstəriş verdi. Ayaz Mütəllibov bu haqda deyir: “Həmin müzakirələrdə mənim üçün tam aydın oldu ki, Amerika öz qərarını vermişdir və Qarabağ münaqişəsinin həllində biz müsəlmanlara heç bir kömək etməyəcək...” İndi Corc Buş Allah qarşısında Qarabağ şəhidlərinin cavabını verməlidir. O ermənilərin bütün cinayətləri, o cümlədən Xocalı soyqırımına görə cavabdehdir. Kaş Amerikanın Azərbaycandakı səfiri bizə cavab verərdi ki, bu qədər cinayətlərlə o, Azərbaycana dəstək verdiyini necə iddia edir? Amerikanın Azərbaycandakı səfiri bütün azərbaycanlıların sualı olan bu sorğuya cavab verməyəcək və azərbaycanlıların da onun cavabına ehtiyacı yoxdur. Çünki yaxşı bilirlər ki, Qarabağ şəhidlərinin qatilinin və Qarabağın əsl işğalçısının əsas nümayəndəsi Bakıda Amerika səfirliyində oturmuşdur”- deyə Ərdəbilin imam cüməsi çıxışını tamamlayıb.