30.04.2021

Qırğız və taciklərin KTMT daxilində müharibəsi kimə sərfəlidir və bu barədə sosial şəbəkələrdə nə yazırlar


Dmitri Rodionov

Niyə NATO bu konfliktə sevinir və Avrasiya xalqları arasındakı müharibələrin bəhrələrini kim götürür?

Tacik-qırğız sərhədində toquşma nəticəsində hər iki tərəfdən 13 nəfər həlak oldu. Hər iki tərəfin bir-birini günahlandırmasına baxmayaraq, atəşkəs barədə razılaşma əldə olundu. Böyük faciənin qarşısı alındı.
Sərhədin uzunluğu 980 kilometrdir ki, indiyədək bunun cəmi 580 kilometri müəyyənləşdirilib və qarşılıqlı şəkildə tanınıb. Yəni üçdə birindən də çoxu hələ də delimitasiya olunmayıb, tərəflər heç cür razılaşa bilmirlər. Danışıqlar 20 ildir ki gedir, SSRİ-nin dağılmasından isə 30 il ötür!
Məhz SSRİ-nin dağılması postsovet məkanına çoxlu sayda, o cümlədən territorial problemlər miras saxladı. 20-ci əsrin 20-ci illərində müəyyənləşmiş sərhədlər qardaş xalqlar arasında ixtilaf mənbəyinə çevrildi. Nəticədə bir çox qırğızlar Özbəkistan ərazisinə, özbəklər Tacikistan ərazisinə və s. düşdülər. Axı bir neçə nəsil insanlar bu torpaqlarda yaşamışdı və bu torpaqları özününkü hesab etmişdi. Bundan başqa, Orta Asiyada defisit olan su resursları, münbit torpaqlar üstündə mübahisələr başlandı. Konfliklər ona görə alovlanırdı ki, tərəflərdən biri sərhədlərin delimitasiyasını gözləmədən bunu özbaşına etməyə çalışırdı- lövhələr basdırırdı və yollar çəkirdi.
Nəticədə bu illər ərzində mütəmadi olaraq həm mülki şəxslər həm də hərbçilər arasında silah və texnikadan istifadə etməklə toqquşmalar baş verir. Ölkələr dəfələrlə tam müharibə həddinə gəlib çıxıblar. Quru statistika: təkcə 2014-cü ildən bəri qırğız-tacik sərhədində on ciddi toqquşma baş verib, bunlardan beşi 2014-cü ilin payına düşür. 2019-ci ildə dörd ciddi toqquşma baş vermişdir.
Bura qızğızlar və özbəklər arasındakı etnik düşmənçiliyi də əlavə edin, hansının ki postsovet dövründə ən ciddi alovlanması 2010-cu ildə Qırğızıstandakı növbəti “rəngli inqilab” zamanı baş verdi. Onda biz regionun həddən artıq mürəkkəb olduğunu görürük- hər an partlayış baş verə bilər və bu, qonşu ölkələr, ilk növbədə Rusiya üçün problemlər mənbəyinə çevrilər.
Rusiyanın əsrlər boyu yerinə yetirdiyi regional arbitr rolu- məhz o faktordir ki, regionu genişmasştablı müharibədən saxlayır. Qırğızıstan və Tacikistanın KTMT üzvü olmaları- konfliktin qısa zamanda nizamlanacağının qarantıdır. Amma görünür bu kiminsə xoşuna gəlmir, kimsə istəyir ki, bu saxlayıcı faktor sadəcə olmasın.
Mən bütün postsovet məkanında siyasətlə bağlı informasiya resurslarını mütəmadi oxuyuram. Və Türkiyə və Azərbaycana bağlı pantürkizmi təbliğ edən çoxsaylı pablik və teleqram-kanallarının canfəşanlığı nəzərlərimdən qaça bilməzdi. Baxırsan ki onlar hara, Orta Asiya hara?!
Bütün bu resurslar sanki əmr alıbmışlar kimi (bəlkə də elədir) “özünkülər” uğrunda savaşa başladılar. Özünkülər təbii ki türklər- qırğızlardır ki, “farslar”- taciklər tərəfindən “təcavüz qurbanlarına” çevriliblər. Təbii ki, informasiya birtərəfli qaydada tədqim olunurdu- xüsusi aksent ona yönəlmişdi ki, taciklər qırğız kəndlərini yandırırlar və s.
Şərhlərdə təkcə İranın deyil, Rusiyanın da ünvanına lənətlərə rast gəlinir- niyə buna imkan verdiyinə görə. Guya ki Rusiya özünün “Avrasiya inteqrasiyası” ilə olmasaydı, tərəflər çoxdan bir-biri ilə razılaşardılar və sülh içərisində yaşayardılar. Amma qaniçən Moskva parçalamaq və hökm etmək niyyətindədir və qəsdən kəllə-kəlləyə toqquşdurur. Bütün bu resursların yeritmək istədiyi birdir: bax Tacikistan və Qırğızıstan KTMT-dən çıxsınlar- o dəqiqə bütün problemlər həll olunacaq!
Burda adamın ağlına öz gözündə tiri görməyən məsəli gəlir. Elə həmin Türkiyəni götürək, hansının ki təbliğatçıları elə bu sərsəmləməni yaymaqla məşğuldurlar. Bu ölkə son illər dəfələrlə Yunanıstan ilə genişmasştablı müharibə həddinə gəlib çatıb. Onlar arasında mütəmadi hava döyüşlərinin imitasiyası baş verir ki, hətta tez-tez pilotların həlak olmasına səbəb olur, hərbi gəmilərinin bir-birlərinin territorial sularında daimi manevrləri indiyədək yalnız möcüzə nəticəsində müharibəyə gətirib çıxarmayıb. Hətta real müharibə də baş verib- Kipr uğrunda.
Düşünürəm izah etməyə ehtiyac yoxdur ki, əgər hər iki ölkənin NATO-ya üzvlüyü olmasaydı, Afina və Ankara çoxdan bir-biri ilə münasibətləri “tam qaydada” aydınlaşdırardılar. Odur ki, “Turan” tərəfdarları bizə deyəndə ki, KTMT daxili konfliklərə təhrik edən yarıtmaz təşkilatdır, ən azından yalan danışırlar. Kim də olmasa, onlar gözəl bilirlər ki, elə deyil, əksinədir.
Elə bu cür antirus əhval-ruhiyyənin qızışdırlması Ermənistan-Azərbaycan konfliktinə münasibətdə də aparılır. Azərbaycanlıları inandırırlar ki, Moskva Ermənistana kömək edir və sülhməramlıların Qarabağdan çıxarılmasını tələb etmək lazımdır. Erməniləri isə inandırırlar ki, Rusiya Türkiyənin tərəfindədir və Rusiya hərbçilərini fransız, ya da amerikan hərbçiləri ilə əvəz etmək yaxşı olardı.
ABŞ prezidentinin erməni genosidini tanıması- elə Ermənistanı Rusiyadan ayırmaq cəhdi, özünü ona yeni himayədar kimi təklif etmək deməkdir. Bununla yanaşı Vaşinqton Bakıya da reverans edir: bu yaxınlarda Azərbaycan prezidenti ilə danışıqlarında Amerikanın dövlət katibi 907-ci düzəlişin ləğv edilməsi barədə kəkələyib. Qısası, həm sizinkilərə, həm də bizimkilərə.
Və qoy heç kəsi Vaşinqton ilə Ankara arasındakı dava-dalaşlar çaşdırmasın. Söhbət Rusiya ilə qarşıdurmanın üstünə gələndə onlar tez dil tapırlar. Bəli, ABŞ və Türkiyənin Qafqazda məqsədləri ayrıdır, amma bir məsələdə onlar yekdildirlər- burda Rusiya təsiri məhdudlaşdırılmalıdır. Əlbəttə ki, Rusiya təsiri Orta Asiyada da məhdudlaşdırılmalıdır. Axı əgər Rusiyanı bu regionlardan məhrum etsələr, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyindən bir dəri bir sümük qalacaq- Rusiya və Belorusiya. Bu isə NATO-nun köhnə arzusudur və təkrar edirəm, bu məsələdə atlantistlərin və pantürkistlərin maraqları tam üst-üstə düşür.
Yəqin ki 80-cı illərin sonlarının hadisələri ilə analogiyalar tək mənim ağlıma gəlmir. Xatırladım ki, SSRİ-nin dağılması 1989-cu ildə Dağlıq Qarabağda erməni-azərbaycanlı və 1990-cı ildə Oşda özbək-qırğız qırğını ilə başlandı. Bütün tərəflər də Moskvanı günahlandırırdılar. Vəssalam. Qərbin köhnə arzusu həyata keçdi, hətta yüksək səviyyədə, onların gözlədiklərindən də artıq. Böyük ölkə nəinki dağıldı, gecpartlayan minalar aktivləşdi, hansılar ki, bu gün də işə düşməkdə davam edirlər- üstündən 30 il keçəndən sonra. Və bu gün onların hədəfi – müasir Rusiyadır.

Qırğız-tacik sərhədində toqquşma ilə bağlı

Təəssüf ki, belə toqquşmalar nadir deyil və son zamanlar az qala real müharibəyə gətirib çıxararaq requlyar baş verir.
Problemin kökü- SSRİ-nin dağılmasının acı nəticələri ilə bağlıdır. Buna heç kim hazır deyildi, iş o həddə gəldi çıxdı ki, çoxlu sayda gecpartlayan minalar işə düşdü- Sovet İttifaqının ilk yarandığı dövrlərdə mövcud olmuş sərhədlər halında. Bu sərhədlər onsuz da xalqların tələbatlarına uyğun gəlmirdi- özü də 70 il keçəndən sonra. Orta Asiya dövlətlərinin sərhədləri hələ də delimitasiya olunmamışdır, bəzi yerlərdə qırğızlar, taciklər və özbəklər öz evləri ilə, hansılarda ki onlar yüzillərdir yaşayırlar, başqa dövlətlərin ərazisinə düşüblər. Bundan başqa, oralarda daim su üstündə, kənd təsərrüfatı torpaqları və s. üstündə mübahisələr yaranır.
Problem var və ciddidir. Və onu hökmən həll etmək lazımıdır, buna heç kəsin şübhəsi yoxdur.
Lakin ən maraqlısı türkdilli və azərbaycandilli sosial şəbəkələrdə reaksiyada müşahidə olunur.
Birinci diqqəti çəkən birtərəfli və qeyri-obyektiv münasibətdir- diqqəti taciklərin qırğız kəndlərini yandırmasına yönəldirlər və s.
Bəziləri bu konflikti türklər və farslar arasında əbədi düşmənçilik kimi səciyyələndirməyə cəhd göstərir, əlbəttə ki açıq şəkildə “özününküləri” dəsəkləməklə. Hə, əlbəttə İrana da döşəyirlər, “Azərbaycanın tarixi torpaqlarını işğal etməsi”ni qabartmaqla.
Amma təkcə İranı bütün türk xalqlarının düşməni kimi təqdim etmirlər. Rusiya olmasa işlər düz gəlməz ki! Bəzi şərh yazanlar o həddə çatıblar ki, bu konflikti də Rusiyanın yaratdığını bildirirlər- guya “parçala və hökm sür” prinsipi ilə qızışdırıbmış. Guya ki problemin əsas səbəbi budur ki, vuruşan tərəflərin hər ikisi- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və əgər bu təşkilatdan çıxsalar dil tapa bilərmişlər. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin sonu olmayan, məhvə məhkum təşkilatlar olduğunu yeridirlər.
Pantürkçü layihənin tərəfdarları unudurlar ki, onların sevimli Türkiyəsi özü daim Yunanıstan ilə müharibə vəziyyətində balans etməkdədir və onlar arasında toqquşmalar Qırğızıstan və Tacikistandan daha intensivdir. Və əgər NATO-ya üzv olmasaydılar və ABŞ-ın nəzərləri üstlərində olmasaydı, genişmasştablı müharibəyə yuvarlanmaqdan onları heç nə saxlaya bilməzdi.
Düşünün, Tacikistan və Qırğızıstan KTMT-yə üzv olmasaydılar, nə baş verə bilərdi?
Düşündüz?
Odur ki, qızışdırmağa ehtiyac yoxdur. Hətta o adamlar ki, bu işlə məşğuldurlar, bunu səmimi edirlər, “bilmədən” edirlər- bu onları dünyada ola biləcək ən dəhşətli əmələ əl qoymaqdan- qardaş xalqlar arasında qırğın yaratmaq, mahiyyətcə qaliblərin olmayacağı müharibə törətmək günahından azad etmir
Sülh lazımdır və sülh də olacaq.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Şah İsmayıl Səfəvi Xətai kim olub?

Şah İsmayıl Səfəvi Xətai - 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.
Şah İsmayıl Səfəvi Xətai - ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.
Şah İsmayıl Səfəvi Xətai - ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.
Şah İsmayıl Səfəvi Xətai - ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılmışdır.
Şah İsmayıl Səfəvi Xətai - dahi strateq idi. Öz qoşünlarını 12 İmamın (ə) eşqinə 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar "Aslanovskaya podkova", yəni "Aslanov nalı" adını verəcəklər.
Şah İsmayıl Səfəvi Xətai - bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır.
Şah İsmayıl Səfəvi Xətai - zəmanəsinin dindar lideri idi. O Bağdada daxil olarkən Bağdad əhli onu məhz belə tanıyaraq könüllü surətdə şəhərin qapılarını onun üzünə açıb onu alqışla qarşıladı. Yalnız onun qurduğu hökümət dövründə əsrlər boyu inanclarına görə təqib olunan Əhli-Beyt (ə) ardıcılları rahat nəfəs ala bildilər. O ilk dəfə olaraq Əhli-Beyt (ə) məktəbini dövlət dini kimi elan etdi. Şah İsmayılın əmri ilə dövrün fiqh aliminin risaləsi şəriət qanunu kimi təsdiq olundu. Onun dövründə bir çox Əhli-Beyt (ə) alimi yetişərək ölkədən kənarda da islamı yaymağa başladı. Məhz bunun nəticəsidir ki, indi Anadoluda, Gürcüstanda, Orta Asiyada, Kəşmirdə, Pakistanda, Hindistanda və digər ölkələrdə Əhli-Beyt (ə) ardıcılları yaşayır. Çünki bu bölgələrə İslamı həmin zamanda yetişən azərbaycanlı alimlər yayıb.
Şah İsmayıl Səfəvi Xətai - ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir. Çaldıran döyüşündən öncə o Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malqoçoğlunu göndərdi. Şah İsmayılın ətrafı: "Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz" dedi. O isə cavab verdi - "İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər". Şah İsmayıl Malqoçoğluna elə bir zərbə endirdi ki, hər iki tərəf heyrətdən alqış dedi. Onun qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq, Malqoçoğlunu başından iki yerə bölmüşdü.
Şah İsmayıl Səfəvi Xətai - ədalətli hakim idi. Məlumdur ki, Şah İsmayıl Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi. Buna görə də Şah İsmayıl qərara gəlir ki, Osmanlı qoşununun qarşısına çıxacaq bütün torpaqları yandırıb yararsız hala salsın. Məqsəd- düşmən qoşununun ac, susuz qalıb əldən salaraq geri qaytarmaq idi. Bunun üçün Şah İsmayıl torpaq sahiblərinin ziyanları müqabilində onları neçə illik vergidən azad etdi.
Şah İsmayıl Səfəvi Xətai - döyüşlərdə yenilməyən sərkərdə idi. "Ya Əli!" sədası ilə özündən neçə dəfə  çox sayda olan qoşuna hücum edib qalib gələrdi. Buna misal kimi Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüşü oldu. Sultan Səlimin 200 minlik qoşunu, 300 topuna qarşı Şah İsmayıl 20 minlik süvari ordu ilə çıxmışdı. Döyüş 3 gün davam etdi. Qızılbaşlar görünməyən qəhrəmanlıq göstərərək, qalib gələ də bilərdi. Lakin Sultan Səlim Yavuz elə bir işə qol atdı ki, qalib gəldi, amma özünü rüsvay etdi. O əmr etdi ki, yerdə qalan topların lülələrini yuxarı qaldırsınlar. Bu zaman toplar döyüş meydanına atəş açdı və nəticədə hər iki tərəfin əskərləri həlak oldu. Qızılbaş ordusu süvarı olduğu üçün mərmilər onlara daha çox təsir etdi, çünki atlar partlayışdan hürkürdü. Nəticədə qızılbaş ordusu 5 min nəfər, osmanlı ordusu isə 30-40 min arası itki verdi...
Şah İsmayıl Səfəvi Xətai - İmam Əli (ə) aşiqi idi. Yuxarıda sadalanan bütün xüsusiyyətləri ilə o əslində Həzrətə (ə) borcludur. Şah İsmayıl Xətai üçün ideal nümunə İmam Əli (ə) idi. Onun bütün cəsarətinin, mərdliyinin, uğurlarının səbəbi bu eşqdə idi - Əli (ə) eşqində...

Həm Bakıda, həm də Yerevanda eyni mərkəzdən idarə olunan qüvvələr Rusiya sülhməramlılarının çıxarılmasını tələb edirlər

Bakıda ABŞ səfirliyinə bağlı məlum qrupun Rusiya səfirliyi qarısında mitinq keçirdiyi bir ərəfədə onların Ermənistandakı həmkarları da bekar qalmırlar. Yerevanda da ABŞ səfirliyinə bağlı qruplar eyni tələblə mitinq keçirirlər.
Azərbaycanda müxalifət partiyaları Qarabağdan Rusiya sülhməramlılarının çıxarılaraq yerinə Türkiyə sülhməramlılarının gətirilməsini tələb etdiyi bir ərəfədə Ermənistanda da müxalifət partiyaları Qarabağdan Rusiya sülhməramlılarının qovularaq yerinə Fransa sülhməramlılarının gətirilməsini istəyirlər.
Ermənistanın “Milli-Demokratik Polyus” partiyası Fransa prezidenti Emmanuel Makrona məktubla müraciət etmişdir. Məktubda Ermənistanın cənub sərhədlərinə Fransa və digər Qərb ölkələrinin sülhməramlı qüvvələrininin yerləşdirilməsi xahiş olunur.
“Fransa Senatının Arsaxın müstəqilliyini tanımağa hazır olması, Minsk qrupu çərçivəsində sülh prosesinin həyata keçirilməsi üçün sizin nəhəng səyləriniz, Fransa XİN-inin və cəmiyyətinin Azərbaycanda olan erməni əsirlərinin azad edilməsi tələbləri erməni xalqının yeni genosiddən qorunacağına ümid və inam verir”- məktubda deyilir.
Hamı gözəl bilir ki, Fransa “Arsaxın müstəqilliyini” heç vaxt tanımayacaq, çünki müasir dünyada belə məsələləri Rusiya həll edir. Rusiya isə Qarabağın Azərbaycanda olmasına israrlıdır. Bəs belə boş və cəfəng müraciətlərin dövriyyəyə buraxılmasında məqsəd nədir? Məqsəd odur ki, dünya ictimaiyyətində belə bir fikir yaradılsın ki, Rusiya sülhməramlıları Qarabağda öz öhdələrinə düşən işi yerinə yetirməyi bacarmırlar. Qarabağdan ruslar qovulsun, yerinə NATO orduları gətirilsin və ABŞ rahat İran ilə müharibəyə başlaya bilsin. Ermənistandan İran ilə müharibədə plasdarm kimi istifadə olunsun, həm də Rusiya sərhədlərində yeni müharibə ocağı alovlanaraq Avrasiya Birliyinin bərqərar olmasına əngəl yaradılsın.
Bakıda və Yerevanda paralel olaraq ABŞ agenturasına aid olan partiya və təşkilatlarının Rusiya səfirlikləri qarşısında keçirdikləri aksiyaların son məqsədi budur.
İş o yerə çatıb ki, hər iki tərəfdən Qərbin təsir agenti olan siyasətçilər birləşərək rusları Qarabağdan qovub çıxarmağı təklif edirlər.
Sosial şəbəkə istifadəçilərini həm də təəccübləndirən odur ki, nə müharibə zamanı Ermənistanı tam dəstəkləyən və arxasında duran Fransanın, nə də erməni genosidini tanıyan ABŞ-ın Bakıdakı səfirliklərinin qabağında heç bir aksiya keçirilmədiyi halda müxalifət-liberal partiyalar artıq neçənci dəfədir ki, Rusiya səfirliyi qarşısında özlərini yırtıb dağıdırlar.
“Sebuhi Sebuhi” adlı facebook istifadəçi yazır: “ABŞ-ın erməni soyqırımını dilə gətirməsindən artıq iki gün keçməsinə baxmayaraq hələ də kimisə ABŞ səfirliyi qarşısında da etiraz edən görməyib. Bir daha əmin oldum ki, bunlar bir Robot kütləsidi, tapşırıq əsasında hərəkət edirlər”.

Həmin məsələyə sosial şəbəkə istifadəçilərinin münasibətlərini əks etdirən bəzi rəyləri sizə təqdim edirik:

Vusal Allahverdiyev:
Qoyun desek, qoyunlara təhqir olar. Onlar sürüdü ne sürüsüdu Allah bilir. Çobanlarida sionist nokerleridi.

Коммунист Коба:
Görəsən Türkiyədə ABŞ səfirliyi qabağında etiraz olub?

Aygun Shirinova:
Bəli trollar özü də sosial şəbəkələrdə olur.

Abdullah Emin:
Robot deyillər, adamlar Qərbin, Amerikanın vurğunudular...

Hamza Huseyni:
Qardaş adamda çörəy qazandiqi yerə daş atar?))))))

Elşad Həsənov:
Əksinə Rusiya səfirliyinin qabağında etiraz etdilər, bunun da açığını rusun üstünə tökdülər.

Zaur Bayramov:
Erməni genosidini Bayden tanıyıb, amma bunlar yenə də Putini söyürlər. Çox qəribə məxluqlardır.

http://avrasiya.info/slayd/8949-qardas-olub-hayastan-azerbaycan.html

29.04.2021

Qeyri-Hökumət Təşkilatları ilə bağlı yeni sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Pravda.az-ın məlumatına görə, sərəncamla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
dövlət orqanlarından
Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi
Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsi müdirinin müavini
qeyri-hökumət təşkilatlarından
Allahverənov Azər Kərim oğlu – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
Həsənov Əvəz Yediyar oğlu – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
İsgəndərov İsrayıl İsa oğlu – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri
İbrahimov Zaur İbrahim oğlu – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Quliyev Azay Əjdər oğlu – “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri
Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri
Orucov İlqar Nəcibəddin oğlu – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri
Səfərova Günel Məhərrəm qızı – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.
“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilsin.

Leonid Savin: Avrasiyaçılıq 3 cürdür

3 cür Avrasiya vardır. Bu barədə rusiyalı politoloq, geopolitika.ru analitik mərkəzinin baş redaktoru Leonid Savin bildirmişdir.
Onun sözlərinə görə, 1-ci Avrasiya o avrasiyaçılıqdır ki, onu ilk yaradıcıları ortalığa atmışlar və haqqında danışmışlar.
2-ci Avrasiya- Avrasiya inteqrasiya layihəsidir, yəni postsovet məkanında yaradılan Avrasiya İqtisadi Birliyi. Bu layihə ideologiyadan və hərbi sahədən də çox iqtisadiyyat üzərində yaradılır. Savin bildirir ki, çoxlarının təəssüfünə rəğmən bu layihə əsl avrasiyaçılığı tam əhatə etmir.
Daha bir, 3-cü Avrasiya da var. Savinin sözlərinə görə, məhz bu- 3-cü Avrasiya antirus layihəsidir və Rusiyanın rəqibləri tərəfindən ortalığa atılmışdır. Onlar ABŞ və müttəfiqlərinin iştirakı ilə Yeni İpək Yolu layihəsi həyata keçirməyə çalışırlar. Bu layihə Şərq Əməkdaşlığını əhatə edir ki, məqsəd Rusiyanı keçmiş Sovet respublikalarından ayrı salmaqdır.
Savin qeyd etmişdir ki, siyasi effekt yalnız o zaman başlayacaqdır ki, küçələrdəki insanlar geopolitik düşünməyə başlasınlar. Hələ ki bu müşahidə olunmur.

Natalya Makeeva Natiq Cəfərlini “Sorosun adamı” adlandırdı

Beynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı Natalya Makeeva REAL partiyasının icraçı katibi Natiq Cəfərlinin SSRİ-nin yaranması təhlükəsi ilə bağlı fikirlərinə münasibət bildirmişdir.

İcmalçı Rusiyanın evrazia.org portalında dərc olunan məqaləsinin girişində “Azərbaycanı yeni SSRİ-nin yaranmasına görə qorxudanlar kimlərdir?” sualını qoyaraq yazır ki, “Qafqaz ölkələri Rusiya ilə yaxınlaşır və belə görünür, bu Qərbdə kiminsə xoşuna gəlmir”.
Məqalədə Natiq Cəfərlinin “Sorosun adamı” olması iddiasını irəli sürən Makeeva göstərir ki, onun SSRİ barədə fikirlərinin məhz Putin və Lukaşenkonun görüşü ərəfəsində səsləndirilməsi müəyyən nüanslara aydınlıq gətirir: “Material Rusiya və Belorusiya prezidentlərinin görüşü ərəfəsində yazılmışdır. Hiss olunur ki, mətn işlənərkən Corc Soros fondu və bu struktura yaxın təşkilatlara xas xarakterik nəticələrdən istifadə edilmişdir”. Makeeva bildirir ki, məhz bu iki ölkə rəhbərinin görüşü panikaya səbəb olmuşdur.
Xatırladaq ki, REAL partiyasının icraçı katibi Natiq Cəfərli savash.org saytına açıqlamasında “yeni SSRİ” yaranması təhlükəsi barədə danışaraq yaranmış situasiyanı “Vəziyyət qəlizdir” kimi xarakterizə etmişdir. Siyasətçi bildirmişdir:“Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq. Moskva artıq elə bir vəziyyət yaratdı ki, Batka indi hər şeyə razıdır. Ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək. Bu, SSRİ-nin xortlamasının təməli ola bilər... Vəziyyət qəlizdir, əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək. Hətta Kreml artıq açıq-açıq Duqinin dili ilə həm təhdid edir, həm də Azərbaycanı “SSRİ”yə dartır”. Natiq Cəfərli bildirib ki, əgər Moskva SSRİ proyektinə start versə, “biz Türkiyə ilə “İttifaq Dövləti” müqaviləsi bağlamalı, Türk Ordusu üçün həmən bazalara icazə verilməliyik”: “Başqa yol yoxdur. Əgər seçim ya “SSRİ”, ya da Türkiyə ilə Konfederasiyadırsa, məncə, düşünmək belə artıqdır. Seçim bəllidir, yeni Konfedarativ Dövlət, Ankara-Bakı birliyi – ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik”. 
Natalya Makeeva bildirir ki, Natiq Cəfərlinin fantaziyaları öz masştabı ilə təəccüb doğurur: “Şərhçi Bakının xilasını Türkiyədə görür. O Türkiyədə ki, hətta seriallarında azərbaycanlılar aşağı sort insanlar kimi göstərilir”.
Natalya Makeeva yazır ki, postsovet məkanın reinteqrasiyası tam sürətlə gedir və o bu prosesi “təbii” adlandıraraq bunu zamanın diqtə etdiyini bildirir: “Avrasiya məkanı birləşməyə can atır. Söhbət hökmən ondan getmir ki, keşmiş Sovet respublikaları hansısa dövlət təsisatına daxil olsunlar. Böyük strateji blok ona müxtəlif formalarda daxil olmanı özünə ehtiva edir”.
Makeevanın sözlərinə görə ki, inteqrasion proseslər həm də iqtisadi cəhətdən Avrasiya Birliyinin bütün iştirakçıları üçün sərfəlidir.

http://evrazia.org/article/3003

28.04.2021

Dövlət Baxçalı Baydenə cavab olaraq Rusiyanın S-400 sistemini işə salmağa çağırdı

Baxçalı: “Bayden nifrətin alovlandırılmasına görə cinayət törətmişdir”

Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalı ABŞ prezidenti Co Baydenin Osmanlı imperiyasında baş verən hadisələri “genosid” kimi tanımasına cavab olaraq Rusiyadan alınmış S-400 zenit-raket sistemini işə salmağı təklif etmişdir.
“Biz hesab edirik ki, Türkiyə ilə ABŞ arasıda münasibətlər tarixi ayrılıq dövrünə gəlib çatmışdır. Baydenin bəyanatına cavab kimi biz ilk olaraq S-400-ü aktivləşdirməli, F-35 qırıcılarına görə pulları geri qaytarmalıyıq”- Baxçalı bildirmişdir.
Baxçalının sözlərinə görə qondarma erməni genosidi tanımaqla “Bayden İnsan hüquqları deklarasiyasının 11-ci maddəsinə uyğun olaraq nifrətin alovlandırılmasına görə cinayət törətmişdir”.

Rusiya donanması Suriyaya neft daşıyan İran tankerlərini qoruyacaq

Rus hərbi gəmiləri Suriyaya neft daşıyan İran gəmilərini dəniz quldurlarından qorumaq üçün müşayiət edəcəkdir. Bu barədə Sputnik Arabic ərəb nəşri xəbər vermişdir.
Maraqlıdır ki, məlumatın məzmunundan pirat dedikdə ABŞ, Avropa və İsrail gəmilərinin nəzərdə tutulduğu aydınlaşır.
Xatırladaq ki, ABŞ Suriyanı iqtisadi blokadaya salmaq üçün “Sezar qanunu” qəbul etmişdir. Bu qanunun əsasında ABŞ və İsrail gəmiləri Suriyaya gedən İran gəmilərinə maneələr törədərək onların qarşısını almağa cəhd göstərir.
ABŞ-ın qəbul etdyi “Sezar qanunu” Suriyanı iqtisadi cəhətdən çökürtmək məqsədi güdür. Rəsmi şəkildə “Suriyanın vətəndaş əhalisinin qorunması” kimi gəlişigözəl ad daşıyan bu qanuna görə Suriyaya neft, qaz, ərzaq, dərman və digər məhsulların gətirilməsi qadağan olunmuşdur. Suriyanın neft-qaz sektoru müharibə dövründə dağıldığından ölkədə çıxarılan neft daxili tələbatın 24 faizinə, qaz isə 40 faizinə bəs edir. İran amerikan sanksiyalarını adlayaraq ölkəyə neft, Rusiya isə buğda daşıyır, o cümlədən digər yardımlar edirlər. 
Sputnik Arabic-in məlumatına görə Rusiya hərbi gəmilərinin mühafizəsi altında artıq 4 İran tankeri Suriyaya daxil olmuşdur.

Türkiyə İncirlik bazasını Rusiyaya verir

Türkiyə İncirlik aviabazasının Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verilməsi ilə bağlı Rusiya ilə müzakirələr aparır.
Məsələyə münasibət bildirən Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov bildirib ki, Türkiyənin İncirlik bazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verməsi “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşı atdığı müsbət addımların məntiqi davamıdır”.
Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan isə bildirmişdir ki, Türkiyə Rusiyaya İncirlik hərbi bazasından istifadə etməyi özü təklif edib: “Bilirsiniz ki, hazırda Rusiya Suriyada təkbaşına mübarizə aparır. Türkiyə Rusiyaya İŞİD-ə qarşı mübarizədə bərabər hərəkət etmək şərtini irəli sürür. Bu şərt daxilində Rusiyanın İncirlik bazasından istifadəsinə icazə verilir”.
Xatırladaq ki, Co Baydenin erməni genosidi tanımasından sonra Türkiyə ilə ABŞ arasında münasibətlər kəskinləşmiş, Türkiyədə ABŞ hərbçilərinin ölkədən çıxarılması tələbləri ilə bağlı aksiyalar keçirilməyə başlanmışdır.

27.04.2021

Türkiyə Baydenə cavab olaraq Krımı Rusiya torpağı kimi tanıyacaq

ABŞ prezidenti Co Baydenin erməni genosidini tanımasına cavab olaraq Türkiyə Krımı Rusiya torpağı kimi tanıyacaq. Bu bəyanatla Türkiyənin “Vətən” partiyası çıxış etmişdir.
Partiya üzvləri ABŞ-ın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirmişlər.
“Biz hökumətə müraciət edirik. Baydenin hücumunu cavabsız qoymaq olmaz. Hökmən tədbir görülməlidir. İncirlikdəki və Kürecikdəki bazalar təcili olaraq Türkiyə hərbi qüvvələrinin nəzarətinə götürülməlidir, amerikan qoşunları isə 15 gün ərzində öz ölkələrinə göndərilməlidir. Krımın və Abxaziyanın, o cümlədən Şimali Kipr Türk Respublikasının tanınması üçün Rusiya, İran və Azərbaycanla diplomatik əlaqələrə başlanmalıdır”- partiyanın baş katibi Özgür Bursalının müraciətində deyilir.

“Avrasiya Birliyi: perspektivlər, çağırışlar, ideologemalar” mövzusunda konfrans keçirəcək

28 aprel 2021-ci ildə Beynəlxalq Avrasiya Hərəkatı “Beynəlxalq elmi-texniki əməkdaşlıq üzrə Rusiya evi” Assosiasiyasının iştirakı ilə “Avrasiya Birliyi: perspektivlər, çağırışlar, ideologemalar” mövzusunda konfrans keçirəcək.

Konfrans çərçivəsində aşağıdakı mövzular analiz olunacaq: 
1) RF Prezidentinin Federal Məclisə Müraciətinin vacib ideoloji konstantları: avrasiyaçılıq və çoxqütblük.
2) Avrasiya Birliyi: çağırışlar və perspektivlər.
3) Zaqafqaziya üçün Avrasiya həlli.
4) Rusiyanın iştirakı ilə inteqrasion proyektlər və onların müsbət nəticələri.
5) ABŞ-ın Avrasiya məkanında destabilləşdirmə faktoru.
6) Zaqafqaziyanın Avrasiya layihəsində etnososoiloji xəritəsi.

Çıxış edəcək şəxslər:

Dmitri Protasovski, “RD MNTS” Assosiasiyasının baş direktoru;
Valeri Korovin, Geopolitoloji ekspertizalar mərkəzinin direktoru;
Leonid Savin, geopolitica.ru portalının baş redaktoru;
Natalya Makeeva, evrazia.org portalının icmalçısı;
Darya Platonova, Beynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı;
O cümlədən beynəlxalq münasibətlər, geopolitika, avrasiyaçılıq üzrə digər ekspertlər, jurnalistlər, blogerlər, telemost vasitəsilə qatılan MDB ölkələri ekspertləri.

Konfransın başlanması: 28 aprel, çərşənbə, 18-00.
Ünvan: Moskva şəhəri, Bryusov döngəsi, bina 11, tikili 1, 2-ci mərtəbə, Ovalnı Zal.
Akkreditasiya üçün e-mail: postmaster@evrazia.org
Telefon: +7(495) 926-68-11
Valeri Korovin:
-Yəqin ki, Vaşinqtonun Kapitoliya təpəsində oturanların manyak düşüncəsi dünyanı öz sarsaq ideoloji konstruksiyaları və geopolitoloji konseptləri altına sürükləməklə öz dünya obrazında təkid etməsəydi, münasibətlər belə kəskinləşməzdi. Özünü aqressiv aparan biz- bəşəriyyət deyilik, onlardır- bir yığın dünya ağalığı eşqinə düşmüş, Hollivud kinolarından olan “amerikan manyakları”, hansılar ki bəşəriyyət çoxluğunu azlığın tövləsinə doldurmağa çalışırlar. Onları durdurmaq üçün çoxluğun koalisiyasını yaratmaq vaxtıdır.
Valeri Korovin:
-Dünya daralınlı Qərb nəzəriyyəçilərinin baxışlarından daha mürəkkəbdir. Dünyanın çox ölkələri ABŞ-ın namərdliyi ilə razı deyillər. Hətta Qərbdə çoxları (bunlar isə həm almanların ənənəvi ailə uğrunda çoxmilyonluq nümayişləri, həm sarı jiletli fransızlar, həm də Yaponiyada amerikan bazalarının çıxarılmasını tələb edən çoxminli nümayişlərdir) ABŞ-ın və onun liberal rəhbərliyinin özbaşınalığına qarşıdır. Uzağa niyə gedək: ABŞ-ın özündə çoxları- 70 milyondan çox adam qlobalistlərin siyasətinə qarşıdır, ABŞ-ın bütün qaradərili hissəsi isə amerikan hakimiyyətinin bütün etdiklərinə qarşıdır və buna görə qabağına çıxan hər şeyi yandırır, dağıdır və xarabalığa çevirir. Yəni, bizə baş-ayaq görünən dünyanı çevirsək və ayaqları üstə qoysaq, ABŞ mütləq azlıqda qalır. ABŞ-ın özündə dövlət çevrilişi edərək və çoxluğun mövqelərini tapdalayaq hakimiyyəti ələ keçirmiş azlığı isə yaxşı olardı ki, hansısa liberal gettoda izolyasiyaya salaq, Kapitoliya və Ağ evin ətrafını tikanlı məftillə dövrələyək.

Valeri Korovin: “Bütün dünyada “nizam yaradılmasına” iddialı olan ABŞ-ın özündə elə bir xaos və qarışıqlıqdır ki, onun özünə kömək üçün quraşdırılmış deyil, real dünya ictimayyətinə müraciət etmək lazımdır”.

Valeri Korovin:
-ABŞ-ın Moskvadakı səfirliyinin girişinə “Amerikan səfirliyi” yazılıb. Yəni utanıb-qızarmadan təkcə ABŞ-ın yox, bütün Amerikanın maraqlarını təmsil etdiklərini bildirirlər, hansının ki çox hissəsi Latın Amerikası ölkələrindən ibarətdir. USA onların maraqlarına və yanaşmalarına tüpürmək belə istəmir. Yeri gəlmişkən, bu barədə soruşsanız, Vaşinqtonda sizə deyərlər ki, ora ABŞ-ın “arxa həyətidir” və əlavə edərlər ki, mumlayın- təmiz amerikan dialektində ki, ingilis dilindən çoxdan uzaqlaşmışdır.
Valeri Korovin:
-Praktiki olaraq bütün Avrasiya öz geopolitik mərkəzi (hartlend) ilə, hansının ki əsasında Rusiya durur, Çin, Hindistan, bütün ərəb dünyası, bütün Latın Amerikası, Afrika, Asiya-Sakit okean regionunun çox hissəsi (sadaladığımız Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanı çıxmaq şərtilə)- bütün bunlar Qərb deyil, ondan kənar bəşəriyyətdir. Amma buna baxmayaraq ABŞ hakimləri arxayınlıqla bəyan edirlər ki, guya onlar “dünya ictimaiyyətini” təmsil edirlər... və ardınca ağlına gələnləri izhar edirlər. ABŞ-ın bütün dünyanın adından danışmasının yeganə kriteriyası- “düşmənlər, neytral qüvvələr və dostlar” adlandırdıqlarının daxili işlərinə amerikan müdaxiləsi faktıdır ki, amerikan strateqləri tərəfindən birbaşa deklarasiya olunur. Yəni məhz ABŞ-ın bütün dünyanın işlərinə qarışmasının əsasında amerikan elitası bütün “dünya ictimaiyyəti” adından danışır. Hə, bir əsas da var. Amerikan döyüş filmlərində ABŞ-dan olan igid (bu igidlər adətən bir sıra müttəfiqləri çıxmaq şərtilə başqa ölkələrdən olmur) dünyanı xarici, yadplanetli təcavüzdən və yaxud ümumbəşəri təhlükədən xilas edir. Nə demək olar, tutarlı əsasdır, amma amerikan möhtəşəmliyinə və müstəsnalığına inam kateqoriyası formalaşdırmaq üçün.
Valeri Korovin:
-Güclü, suveren dövlətlər, hansılar ki müasir dünyada çox az qalmışdır- belə dövlətlərin hamısını Vaşinqton ABŞ-ın düşmənləri siyahısına salmışdır. Amerikan hakimiyyəti azca tərəddüd etmədən belə özünün bütün düşmənlərini “bəşəriyyətin düşmənləri” sırasına yazır. Xırdaçılığa nə ehtiyac? Əlahəzrətlərin fikrincə bəşəriyyət- elə ABŞ və onun müttəfiqləri deməkdir. Amma dünyanın müasir mənzərəsi o halda qalar ki, ABŞ-ın möhtəşəmliyinə, onun sivilizasiya müstəsnalığına “arxayın” olasan, Qərbin tarixi təcrübəsini universal kimi, Qərb sivilizasiyasını isə etalon kimi qəbul edəsən. Yəni dünyaya ABŞ-ın gözü ilə baxasan. Di gəl ki dünyaya ayıq gözlə baxsan, yelbeyin və fanatikcəsinə deyil, Qərbin özü haqqında yaratdığı xülya və mifləri kənara tulayaraq nəzər yetirsən, dünyanın mənzərəsi baş-ayaq görünür. Ondan başlayaq ki, ABŞ-ın könüllü müttəfiqləri elə də çox deyil: Britaniya, Kanada və bir sıra Şərqi Avropa ölkələri- Polşa, Macarıstan, Rumıniya və Baltika ölkələri. Avropa Birliyi bütövlükdə müttəfiq kimi görünsə də, onunla əslində itaətkar nökər kimi rəftar olunur və işlərin gedişində amerikan iqtisadi maraqları üçün istismar olunur. Bir də dağılmış Böyük Britaniyadan ABŞ-a miras qalan Avstraliya və Yeni Zelandiya var. ABŞ-ın qalan “müttəfiqləri” –Yaponiya, Cənubi Koreya– sadəcə işğal olunmuşlar. Və əgər ərazilərində ABŞ ordusu olmasaydı, onların özlərini necə aparacağını bilmək olmazdı. Bax elə bütün tərifli Qərb bundan ibarətdir- absolyut insan azlığı, hansının ki daxilində hələ çox hissəsi amerikan hakimliyini, qlobalistlərin ərköyünlüyünü və liberalların insan üzərində eksperimentlərini bölüşmürlər. Ən çoxu sayları 1 milyard olar (yəqin ki elə “qızıl” adı qoyduqları). 7 milyardın cəmi 1 milyardı.

Qərb dedikləri 7 milyardın cəmi 1 milyardıdır

Valeri Korovin
Publisist, politoloq

Bütün dünyada “nizam yaradılmasına” iddialı olan ABŞ-ın özündə elə bir xaos və qarışıqlıqdır ki, onun özünə kömək üçün quraşdırılmış deyil, real dünya ictimayyətinə müraciət etmək lazımdır

Xarici işlər naziri Serqey Lavrovun dediyi kimi, əgər eskalasiya davam etsə, Rusiya ABŞ-a qarşı yen tədbirlərə hazırdır. XİN rəbhəri onu da bildirmişdir ki, məhz ABŞ eskalasiya yolu tutmuşdur, Rusiya isə cavan tədbirləri həyata keçirir: “Amerikanların sonuncu qeyri-dostcasına addımlarına bizim reaksiyamızda hər şey deyilmişdir. Biz qəbul etdiyimiz və eskalasiya davam edəcəyi təqdirdə qəbul etməyə hazır olduğumuz bütün tədbirləri elan etmişik”.
Güclü, suveren dövlət, hansı ki müasir dünyada çox az qalmışdır, belə də hərəkət etməlidir- belə dövlətlərin hamısını Vaşinqton ABŞ-ın düşmənləri siyahısına salmışdır. Amerikan hakimiyyəti azca tərəddüd etmədən belə özünün bütün düşmənlərini “bəşəriyyətin düşmənləri” sırasına yazır. Xırdaçılığa nə ehtiyac? Əlahəzrətlərin fikrincə bəşəriyyət- elə ABŞ və onun müttəfiqləri deməkdir.
Lakin dünyanın müasir mənzərəsi o halda qalar ki, ABŞ-ın möhtəşəmliyinə, onun sivilizasiya müstəsnalığına “arxayın” olasan, Qərbin tarixi təcrübəsini universal kimi, Qərb sivilizasiyasını isə etalon kimi qəbul edəsən. Yəni dünyaya ABŞ-ın gözü ilə baxasan.
Amma dünyaya ayıq gözlə baxsan, yelbeyin və fanatikcəsinə deyil, Qərbin özü haqqında yaratdığı xülya və mifləri kənara tulayaraq nəzər yetirsən, dünyanın mənzərəsi baş-ayaq görünür.
Ondan başlayaq ki, ABŞ-ın könüllü müttəfiqləri elə də çox deyil: Britaniya, Kanada və bir sıra Şərqi Avropa ölkələri- Polşa, Macarıstan, Rumıniya və Baltika ölkələri. Avropa Birliyi bütövlükdə müttəfiq kimi görünsə də, onunla əslində itaətkar nökər kimi rəftar olunur və işlərin gedişində amerikan iqtisadi maraqları üçün istismar olunur. Bir də dağılmış Böyük Britaniyadan ABŞ-a miras qalan Avstraliya və Yeni Zelandiya var.
ABŞ-ın qalan “müttəfiqləri” –Yaponiya, Cənubi Koreya– sadəcə işğal olunmuşlar. Və əgər ərazilərində ABŞ ordusu olmasaydı, onların özlərini necə aparacağını bilmək olmazdı. Bax elə bütün tərifli Qərb bundan ibarətdir- absolyut insan azlığı, hansının ki daxilində hələ çox hissəsi amerikan hakimliyini, qlobalistlərin ərköyünlüyünü və liberalların insan üzərində eksperimentlərini bölüşmürlər. Ən çoxu sayları 1 milyard olar (yəqin ki elə “qızıl” adı qoyduqları). 7 milyardın cəmi 1 milyardı.
Yerdə qalan hissə Qərb deyil: praktiki olaraq bütün Avrasiya öz geopolitik mərkəzi (hartlend) ilə, hansının ki əsasında Rusiya durur, Çin, Hindistan, bütün ərəb dünyası, bütün Latın Amerikası, Afrika, Asiya-Sakit okean regionunun çox hissəsi (sadaladığımız Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanı çıxmaq şərtilə). Bütün bunlar Qərb deyil, ondan kənar bəşəriyyətdir.
Amma buna baxmayaraq ABŞ hakimləri arxayınlıqla bəyan edirlər ki, guya onlar “dünya ictimaiyyətini” təmsil edirlər... və ardınca ağlına gələnləri izhar edirlər. ABŞ-ın bütün dünyanın adından danışmasının yeganə kriteriyası- “düşmənlər, neytral qüvvələr və dostlar” adlandırdıqlarının daxili işlərinə amerikan müdaxiləsi faktıdır ki, amerikan strateqləri tərəfindən birbaşa deklarasiya olunur. Yəni məhz ABŞ-ın bütün dünyanın işlərinə qarışmasının əsasında amerikan elitası bütün “dünya ictiamiyyəti” adından danışır.
Hə, bir əsas da var. Amerikan döyüş filmlərində ABŞ-dan olan igid (bu igidlər adətən bir sıra müttəfiqləri çıxmaq şərtilə başqa ölkələrdən olmur) dünyanı xarici, yadplanetli təcavüzdən və yaxud ümumbəşəri təhlükədən xilas edir.
Nə demək olar, tutarlı əsasdır, amma amerikan möhtəşəmliyinə və müstəsnalığına inam kateqoriyası formalaşdırmaq üçün. Ümumiyyətlə, “amerikan” termininin özü olduqca təkəbbürlüdür.
ABŞ-ın Moskvadakı səfirliyinin girişinə “Amerikan səfirliyi” yazılıb. Yəni utanıb-qızarmadan təkcə ABŞ-ın yox, bütün Amerikanın maraqlarını təmsil etdiklərini bildirirlər, hansının ki çox hissəsi Latın Amerikası ölkələrindən ibarətdir. USA onların maraqlarına və yanaşmalarına tüpürmək belə istəmir. Yeri gəlmişkən, bu barədə soruşsanız, Vaşinqtonda sizə deyərlər ki, ora ABŞ-ın “arxa həyətidir” və əlavə edərlər ki, mumlayın- təmiz amerikan dialektində ki, ingilis dilindən çoxdan uzaqlaşmışdır.
Bütün dünyada “nizam yaradılmasına” iddialı olan ABŞ-ın özündə isə elə bir xaos və qarışıqlıqdır ki, onun özünə kömək üçün quraşdırılmış deyil, real dünya ictimayyətinə müraciət etmək lazımdır. Di gəl ki Co Bayden bəyan edir ki, Moskva guya ABŞ-da seçkilərə müdaxilə etdiyinə görə “bədəlini verməli” olacaq. Ayıl, Co, seçkilər çoxdan arxada qalmışdır...
İndi hər işə və hər yerdə burunlarını soxan, seçkilərə çevriliş və bir amerikanyönlü rejimi daha çox amerikanyönlü rejimlə əvəzləmək üçün vasitə kimi baxan bu adamlar hansı üzlə müdaxilədən danışır?
Di gəl ki onların bütün bəyanatları hansısa “dünya ictimaiyyətinin” adından səsləndirilir- yəqin inandırıcı görüntü vermək və 
və çatdırılan ötkəm tonu əsaslandırmaq üçün belə lazımdır.
Buna Lavrov, Putin, o cümlədən çoxlu suveren dövlətlərin liderləri təkcə çiyinlərini çəkirlər və sakit, əlavə pafossuz cavab tədbirləri görürlər.
“Biz qəbul etdiyimiz və eskalasiya davam edəcəyi təqdirdə qəbul etməyə hazır olduğumuz bütün tədbirləri elan etmişik”- Serqey Lavrov bəyan edir, XİN-in təmsilçisi Mariya Zaxarova isə başa salır ki, Rusiyaya qeyri-dostcasına yanaşan dövlətlərin siyahısı hazırlanır. Siyahıda ABŞ-ın da adı var.
Yekun cavab tədbiri isə koalisiyanın yaradılması olmalıdır. ABŞ ilə müharibə üçün deyil, ABŞ-sız sülh üçün. Daha dəqiq desək, ABŞ-ın dominasiyası və sivilizasiya təkəbbürü olmayan dünya üçün. Dünya daralınlı Qərb nəzəriyyəçilərinin baxışlarından daha mürəkkəbdir. Dünyanın çox ölkələri ABŞ-ın namərdliyi ilə razı deyillər.
Qərbdə çoxları (bunlar isə həm almanların ənənəvi ailə uğrunda çoxmilyonluq nümayişləri, həm sarı jiletli fransızlar, həm də Yaponiyada amerikan bazalarının çıxarılmasını tələb edən çoxminli nümayişlərdir) ABŞ-ın və onun liberal rəhbərliyinin özbaşınalığına qarşıdır. Uzağa niyə gedək: ABŞ-ın özündə çoxları- 70 milyondan çox adam qlobalistlərin siyasətinə qarşıdır, ABŞ-ın bütün qaradərili hissəsi isə amerikan hakimiyyətinin bütün etdiklərinə qarşıdır və buna görə qabağına çıxan hər şeyi yandırır, dağıdır və xarabalığa çevirir.
Yəni, bizə baş-ayaq görünən dünyanı çevirsək və ayaqları üstə qoysaq, ABŞ mütləq azlıqda qalır. ABŞ-ın özündə dövlət çevrilişi edərək və çoxluğun mövqelərini tapdalayaq hakimiyyəti ələ keçirmiş azlığı isə yaxşı olardı ki, hansısa liberal gettoda izolyasiyaya salaq, Kapitoliya və Ağ evin ətrafını tikanlı məftillə dövrələyək.
Real koalisiya, hansını ki Rusiya tam qurmaq gücündədir, özünə çoxlu sayda dünya ölkələrini daxil edə bilər: Çin, Hindistan, demək olar bütün ərəb dünyası, demək olar bütün Latın Amerikası, demək olar bütün Asiya-Sakit okean regionu.
Və təki başla- ABŞ-ın kinli müttəfiqləri də, ilk növbədə 70 ildən artıq Amerikanın “dostcasına” işğalından inildəyən Avropa ölkələri də onun bezdirici himayədarlığından qaçacaqlar.
Yəqin ki, Vaşinqtonun Kapitoliya təpəsində oturanların manyak düşüncəsi dünyanı öz sarsaq ideoloji konstruksiyaları və geopolitoloji konseptləri altına sürükləməklə öz dünya obrazında təkid etməsəydi, məsələ belə kəskinləşməzdi.
Özünü aqressiv aparan biz- bəşəriyyət deyilik, onlardır- bir yığın dünya ağalığı eşqinə düşmüş, Hollivud kinolarından olan “amerikan manyakları”, hansılar ki bəşəriyyət çoxluğunu azlığın tövləsinə doldurmağa çalışırlar. Onları durdurmaq üçün çoxluğun koalisiyasını yaratmaq vaxtıdır. Nazir Lavrovun eyham vurduğu cavab tədbirləri də məhz özündə bunu ehtiva edir. Əgər eskalasiya davam edərsə...

26.04.2021

Putinin bu gün Qafqazda iki yaxın silahdaşı var: Kadırov və Əliyev

Zaur Ağalaroğlu
Avrasiya Hərəkatı Azərbaycan təşkilatı

Azərbaycanda yeganə Rusiyayönümlü təşkilat olan Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvü kimi ölkədəki vəziyyətlə bağlı münasibətimi bildirmək istəyirəm. Bu təşkilat tanınmış rusiyalı politoloq, professor, Azərbaycan xalqının böyük dostu, şiəliyə, turançılığa, İrana böyük önəm verən Aleksandr Duqinin təşkilatıdır, biz onun Beynəlxalq Avrasiya Hərəkatının Azərbaycan şöbəsiyik. Uzun illər respublikada Rusiyayönlü və İranyönlü təbliğat aparmışıq, antiqlobalist camiədəki aktivistləri avrasiyaçılığa yönəltmişik, NATO-nun təbliğat maşınına uğurla sinə gərmişik. Ölkədə xalqa Rusiya həqiqətlərini çatdırmaqla məşğul olmuşuq.
Mübarizəmiz siyasi sahədən də çox təbliğat-təşviqat sahəsini əhatə edib. 6-ya yaxın qəzetimiz, bir neçə saytmız olub. 40-a yaxın kitab hazırlamışıq, 6-sı çapdan çıxıb, qalanları onyaln formasındadır.
Respublikada 35-ə yaxın yazar yetişdirmişik ki, hal-hazırda, opponentlərimizin təbirincə desək, Rusiya və İranyönlü təbliğatla məşğuldurlar, əslində isə NATO təsirinə qarşı uğurla mübarizə aparmaqdadırlar. Təşkilatımızın yüzlərlə üzvü, minlərlə tərəfdarı vardır. Mən və yoldaşlarım respublikada on minlərlə insanın Qərbyönümlü siyasi əqidəsini dəyişdirərək onları Rusiyayönlü və İranyönlü etmişik ki, bununla fəxr duyuruq. Suriyada və İraqda müharibə zamanı NATO-nun Azərbaycandakı təbliğat maşınına qarşı dirəniş göstərərək xalqa Rusiya həqiqətlərini çatdırmağa müvəffəq olduq, göstərdik ki, Rusiya ordusu Suriyaya, gülənçi mətubatın iddia etdiyi kimi, müsəlmanları qırmağa yox, suriyalıları, şiələri terrordan xilas etməyə girib. Uzun illər Azərbaycandakı nurçu sektasına qarşı mübarizə aparmışıq və buna görə təzyiqlərə məruz qalmışıq. Son mübarizəmiz Avropada NATO kəşfiyyatının kurasiya etdiyi müxalifətçi mühacirlərə qarşı olub- onların iç üzünü açıb xalqa göstərmişik.
Bizim təşkilat əslində ictimai-siyasi olmaqdan da çox, təbliğat-təşviqat təşkilatı olmuşdur. Onsuz da bizə ictimai-siyasi arenaya çıxmağa imkan vermirdilər. Ramiz-Mehdiyev-Əli Həsənovun şaykası NATO standartlarına uyğun gəlməyən təşkilatların işini bloklayır, onlara diqqət ayırmır və meydan vermirdilər. Bu gün liberal-müxalifətçi mətbuat Ramiz Mehdiyevi, Əli Həsənovu Rusiya agenti kimi qələmə verir, amma əslində belə deyil, onlar Qərbin, ABŞ-ın, NATO-nun ölkəmizdəki təsir agentiləridir. Bu gün azərbaycanlılarının müəyyən qisminin Rusiyaya düşmən kəsilməsində, əksər əhalinin antirus düşüncəyə sahiblənməsində əsas günahkar Ramiz Mehdiyev və Əli Həsənovdur, biz bunu hələ onlar hakimiyyətdə olduqları dövrlərdə dəfələrlə öz analizlərimizdə vurğulamışıq. Onlar uzun onililiklər ölkədə antirus təbliğat aparmış, ABŞ-ın antirus layihələrin həyata keçirmiş, xalqımızı Rusiyaya qarşı kökləməyə çalışmışlar. Bəli, Azərbaycan xalqının əksər hissəsinin Rusiyaya nifrət bəsləməsində əsas baiskar Ramiz Mehdiyev və Əli Həsənovdur. Amma bu adamlar özləri mətbuata pul verib özlərini “Rusiyanın adamı” kimi xalqa sırıdırdılar. Biz uzun illər qeyd edirdik ki, Əli Həsənov Fətulla Gülənin Prezident Aparatındakı imamıdır və bu adam ordan rədd edilməlidir. O dəfələrlə Pensilvaniyaya və Türkiyəyə səfərlər edib Fətulla Gülənlə və gülənçilərlə görüşmüşdü, Gülənin əl-əyağından öpmüşdü, Gülənin qarşısında öhdəliklər götürmüşdü. Ölkəmizdəki narıncı inqilabı da məhz bu şəxslər həyata keçirməliydilər. Əli Həsənovun bu səfərlərinin bəziləri mətbuatda öz əksini tapmışdır:

“Azərbaycan nurçularının rəhbəri Əli Həsənovdur? - Mətbu xülasə”
http://avrasiya.info/nurculuq/4786-azerbaycan-nurchularinin-rehberi-eli-hesenovdur-metbu-xulase.html

Belə bir şaykanın Rusiyayönümlü təşkilata münasibəti necə ola bilərdi? Bu həmin Əli Həsənovdur ki, Rusiya səfirliyinin qarşısında mitinq keçirən faşist partiya rəhbərlərinə Bakının mərkəzində ev verdi, İsrail səfirliyinin qarşısında mitinq keçirdən Abgül Süleymanova isə 11 il həbsə göndərdi. Dindar aktivistlərinin içində Abgül tam fərqli idi, çünki o ən azından Rusiyaya qarşı deyildi. Heç Prezidentə də qarşı deyildi. Amma torbasını tikdilər. Çünki Əli Həsənovun ağalarına qarşı gedirdi. Dindar camiədə bir çox liderliyə iddialı insanlar vardır. Lakin onların bir çoxu bizim konspiroloqların dediyi kimi, liberal təfəkkürlü insanlardır, siyasəti “Yeni müsavat” və “Azadlıq” qəzetlərindəki məlum trafaretlərdən, liberal şablonlardan öyrənib ortalığa düşmüşlər. Bəzi yoldaşların xoşuna gəlməsə də həqiqət belədir.
Mən Abgül Süleymanovu dəstəkləmirəm, mənim yolum dini yox, Rusiyaçı yoldur, amma axı, Abgül kimilərin enerjisini lazımi istiqamətə yönəltmək olardı. Onların antinato-çu potensialından ölkəmizin maraqları üçün istifadə etmək olardı, necə ki Rusiyada istifadə edirlər. Amma Əli Həsənov məsələyə daha radikal yanaşaraq Abgülü həbsə atdırdı, çünki NATO-nun ölkəmizdəki təmsilçisi elə Əli Həsənov özü idi. Ölkədə uzun onilliklər boyu faşist təbliğatı aparmaqla məşğul olan təşkilatlar və partiyalar var- bu ki cinayətdir, bəs onlar barəsində niyə ölçü götürülmür? Bir çox bozqurdistlər, turanistlər var uzun onilliklərdir ki, ölkəmizdə faşist təbliğatı aparmaqla, millətlərarası nifaqı alovlandırmaqla məşğuldur. Özü türk olmaya-olmaya türkçülüyün atasına çevrilmiş, türk faşizmini Türkiyədən ölkəmizə ixrac edərək qabartmış, “Rus fars erməni – bunlar türkün düşməni”, “Türkün türkdən başqa dostu yoxdur” kimi şüarları ortalığa atmış təhlükəli ünsürlər var. Onların faşist əqidəli media orqanları uzun illər ölkəmizdə xarici kəşfiyyatların xeyrinə pozuculuq işləri aparmış, milləti Rusiya və İrana düşmən etməyə çalışmışlar. Mən inanıram və anladığım da budur ki, bu cür tiplər gələcəkdə öz layiqli cəzalarını alacaqlar. Hökmən alacaqlar. Amma indi görün onlar necə varlı, gen ayağa yaşayırlar! Çünki onların hamısını Əli Həsənovun nurçu sistemi yerbəyər edərək yüksəldib, söz və hörmət sahibi ediblər. Vaxtilə acından ölən bu şəxslər indi Bakıda hər şeylə təmin olunublar. Araşdırın görün təkcə Əli Həsənovun Mətbuat Şurası, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ona nə qədər pullar ayırıb! Məmurlardan yığdıqları milyonlarla reket haqqı da öz yerində.
Ramiz Mehdiyev, Əli Həsənov necə Rusiyayönlü ola bilər ki, onların dövründə bir nəfər də olsun Rusiyayönlü politoloq, jurnalist yetişməmişdir? Təkcə elə bu fakt onu göstərir ki, onlar Rusiyanın dostları yox, düşmənləri idilər. Əksinə Ramiz Mehdiyev, Əli Həsənov saysız-hesabsız antirus politoloq, jurnalist, aktivist yetişdirmişlər ki, bu gün də Rusiyayönlü fəaliyyətin ön sıralarındadırlar. Əli Həsənov necə Rusiya agenti idi ki, onun dövründə onlarla faşist saytı yaransa da bircə dənə olsun Rusiyayönlü sayt yaranmadı? Necə olur ki, Ramiz Mehdiyevin 30 illik hegemonluğu dövründə bircə nəfər də adi Rusiyayönlü jurnalist ərsəyə gəlmədi? Dediyim kimi, onlar Rusiya yox, Qərb agentləri idilər. Rusiya agentləri olmaları barədə dezinformasiyanı bu adamlar özləri mətbuata ötürürdülər. Vaxt var idi əllərinin altında olan, Qərb kəşfiyyatlarının qrantları hesabına fəaliyyət göstərən müxalifət qəzetlərinə pul verirdilər ki, bizim Rusiya kəşfiyyatının adamı olmamız barədə məqalələr yazın. Bu həm də onlara izi itirmək, ictimai fikri çaşdırmaq, baxışlarda anlaşılmazlıq, qarışıqlıq yaratmaq üçün lazım idi. Bu oyuna son qoymağın vaxtı gəlib çatmışdır.
Ramiz Mehdiyev-Əli Həsənov tandeminin dövründə Azərbaycanda ənənəvi islam daim təzyiq altında saxlanılıb, amma Putin daim ənənəvi dinlərə dəstək verdiyini bildirib və əməldə də bunu göstərib. Onlarla belə təzadlar söyləmək olar. Ramiz Mehdiyevin vaxtında ölkə az qala yarıya kimi vahhabiləşmişdi, amma ənənəvi dinin təbliğinə imkan verilmirdi. İndi də onun parlamentə yığdığı qərbçi zümrə eyni fəaliyyəti davam etdirir.
Mən çox istərdim Abgül Süleymanovun həbsi məsələsinə yenidən baxılsın, nümayəndələr onunla görüşüb söhbət aparsınlar, bu adam həbsdən buraxılsın. Bu addım Prezidentimizi dindar camiənin gözündə daha da ucaldardı. Onsuz da Qarabağımızın məscidlərini ziyarət etməklə, dini ayinlər icra etməklə Prezidentimiz xalqın gözündə ucalmışdır, bu addım isə onu dindarların gözündə daha da ucaldardı. Mən bilirəm ki, Taleh Bağırov və Mövsüm Səmədov kimi adamlar Prezidentə qarşı olublar, buna görə mən onlara qarşı çıxmışam, çünki liberallıq çoxuna siyarət edib, başa düşüləndir. Amma axı Abgül Süleymanov Prezidentə qarşı deyildi və əsl antiqlobalist idi. Bu adam İsrailə qarşı idi və vətənini hədsiz bir məhəbbətlə sevirdi. Xahiş edirəm ki dövlətimiz bu məsələyə yenidən nəzər yetirsin.
Prezidentin mətbuata ayırdığı pulları Əli Həsənov bir tərəfdən özü yeyirdi, bir tərəfdən də faşist təşkilatlarının inkişafına ötürürdü. Əli Həsənov ölkədə ictimai-siyasi fikrin yüngül desək, kökünə balta çalmışdır. Bu cür adam bizim Rusiyayönlü təşkilata necə dəstək verə bilərdi? Biz dəfələrlə müraciətlər etdik ki, bizim təşkilatı qeydiyyatdan keçirin, ona yer verin– olmadı. Biz Fətulla Gülən kriteriyalarına uyğun gəlmədiyimizə görə bizə nəinki dəstək verdilər, hətta problemlər yaradaraq kənarlaşdırmağa, neytrallaşdırmağa çalışdılar.
Ona görə də deyirəm ki, jurnalistlərə verilmiş həmin evlər geri alınmalı, dövlətə qaytarılmalıdır. Bu iki bina fəsad yuvasıdır və gələcəkdə Azərbaycanı məhvə aparacaqdır. Əli Həsənov və onun ağası Fətulla Gülən onlara lazım olan jurnalistləri bir yerə- həmin iki binaya ona görə yığıblar ki, gələcəkdə onlardan diversiya və sabotaj üçün istifadə etsinlər. Əli Həsənov və adamları Prezidenti aldadaraq həmin evləri NATO agenturasına paylamışlar. Bu jurnalistlərin çoxu illərlə ABŞ səfirliyinin tinində yatan, Qərb fondlarından pul alan, NATO strukturlarının təlimatı əsasında Rusiya və İrana qarşı təbliğat işi quran şəxslərdir. Bunları bir yerə yığmaq olmaz. Sabah ölkəmiz KTMT-yə, Avrasiya Birliyinə qoşulanda bu adamlar diversiya və sabotajla məşğul olacaqlar, necə ki indi Qarabağdakı Rus sülhməramlılarına qarşı dezinformasiya müharibəsinə start veriblər.
Həm Mətbuat Şurası, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu – Fətulla Gülənin strukturlarıdır. Bu təşkilatlara yığışmış adamlar – Fətulla Gülənin keçmiş qulbeçələridir. Bunların bir çoxu açıq-aşkar bildirirdilər ki, bəli, nurçuyam, bəli, əcəb edirəm. İndi də həmin kreslolarda otururlar, maskanıblar, dövlətin pullarını yeməklə məşğuldurlar.
Mən Əli Həsənovun sizə bir yazısını göstərirəm. Baxın, bu adamın elementar savadı belə yox idi.
Baxın, bu adam “ictimai” sözünü “içtimai” kimi yazırdı. Elə bilirsiz bu təsadüfdür? Xeyr, mən əvvəllər də Əli Həsənovun yazılarında bu cür səhvlərə rast gəlmişdim, amma fikir verməmişdim. Bu adam adi öz işlədiyi vəzifənin adını düzgün yaza bilmirdi, amma bu boyda ölkənin ictimai-siyasi fikrini idarə edirdi. Və çox sevindiricidir ki, Prezidentimiz böyük dəyişikliklərə start verdi, layiq bildiyi professional adamları bu postlara gətirdi. Doğrudan da gözəl komanda formalaşdı və bu, özünü xüsusən müharibə dövründə qabarıq biruzə verdi. Müharibəni məhz bu gözəl komandanın hesabına udduq.
Mən yeni təyinatlara ancaq o yöndən fikir verirəm ki, bunlar xaricdə - Qərb ölkələrində, tərifli harvard, oskford universitetlərində təhsil almasınlar, öz yerli və Sovet təhsili görmüş mütəxəssislərimiz olsun. Xüsusən də Türkiyə təhsili görmüşlərdən qaç qurtar - əgər buna təhsil demək mümkündürsə. Facebook-da məşhur bir fikir dolaşmaqdadır ki, Türkiyədə institut oxumaqdansa Rusiyada kababçı işləmək yaxşıdır. Çünki Rusiyada kababçı işləyən adamın siyası təfəkkürü, ağlı Türkiyədə alim adı almış adamdan qat-qat yüksək olur.
Mən ilk əvvəllər Hikmət Hacıyevin təyinatına tərəddüdlə baxırdım, bu da elə onun Qərb təhsili ilə bağlı idi, lakin sonra onun İran haqqında məşhur fikirlərini gördüm, o cümlədən müharibə dövründəki yorulmaz, təmkinli və əzmkar fəaliyyətini izlədim (yadıma gəlir, Gəncədəkı bombardmandan sonra Hikmət müəllim orda olarkən etdiyi çıxışı dinləyərkən gözlərim yaşarmışdı). Başa düşdüm ki, bu adam öz dövlətimizin yetişdirdiyi professional kadrlardan biridir. Rusların bir sözü var, Какой восторг! Məhz sizin kimi oğulların hesabına Azərbaycanımızın başı ucaldı və daim ucalacaqdır. Sevindirici haldır ki, elçibəy sindromunu xalqımız tarixin zibil yeşiyinə atmaqdadır. Və tutduğumuz Avrasiyaçılıq yolu xalqımızı daim zirvələrə aparacaqdır, biz buna inanırıq.
Vətən Müharibəsi dövründə, eləcə də müharibədən sonra İnformasiya Müharibəsi siyasəti çox düzgün quruldu. Ona görə ki, Əli Həsənov kimi çobanlar Prezident Aparatından rədd edilmişdi. Korotçenko, Şevçenko, Duqin kimi vacib Rusiya siyasətçiləri mövqelərimizi uğurla və böyük aktivliklə dəstəklədilər. Lakin burda bir fiqur vardır ki, onu da sizin nəzərinizə çatdırmaq istəyirəm: Pyakin.
Valeri Pyakin konseptual texnologiyalar mütəxəssisi və KOB hərəkatının rəhbəridir. Çoxlu davamçıları, geniş auditoriyası vardır. Kremlin və Putinin siyasətini dəstəkləyən böyük bir kontengent rəhbəri, Rusiyada söz sahibidir. Bu adam Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəl ermənilərin mövqelərinə ağır zərbələr vurmuşdur və erməni millətçlərini Rusiya ictimaiyyətinin gözündən salmaq üçün böyük işlər görmüşdür. O Ermənistan hakimiyyətinin qərbçi-vatikançı-sionist mövqeyini açıb rus xalqına göstərmişdir. Xahiş edirəm onun təqdim etdiyim çıxışlarını izləyəsiniz ki, tutduğu mövqe haqında təsəvvürünüz olsun. Dövlətimiz bu cür şəxslərlə ünsiyyətə diqqət ayırmalıdır. Strateji planda belə vacib simaları nəzərdən qaçırmamalıyıq.

Ватикан переезжает в Армению - Валерий Пякин
Итоги авантюры армян
Перспективы Армении
Что хочет Армения
Армяне – иудазированные евреи
Валерий Пякин: Армяне и война в Карабахе

İnanın ki, indi də Nail Kəmərlinin, Mircavidanın çəkdiyi qazilərimizlə video-müsahibələrə göz yaşları olmadan baxa bilmirəm. Əsgərlərimiz necə müsibətlər çəkiblər, necə böyük qəhrəmanlıqlara imza atıblar! Necə böyük xalq imişik, İlahi! Sağ olsunlar ki, İnformasiya cəbhəsində də dəyərli oğullarımız vardır ki, bu qəhrəmanlıqları işıqlandırırlar. Bizim də borcumuz bu qəhramanlıqları, ucalıqları beynəlxalq müstəviyə çıxarmaq, ölkəmizin düzgün mövqeyini əks etdirməkdir. Elə bilirsiz adlarını çəkdiyimiz bloggerlərin video-materiallarından xaricdə imicimizin yüksəldilməsi üçün istifadə etmək olmaz? Əlbəttə olar. Baxır necə, hansı yöndən, hansı rakursdan yanaşırsan.
Məsələn, müharibədən sonra Youtube-də “Nargul Cavadkanal” adlı bir kanal yaranıb, bu qadın sivil, başa düşülən, sadə şəkildə həqiqətləri xalqa çatdırır, rus ictimaiyyətinə düzgün analizlər verir. Belə kanallar tək-tükdür, halbuki kanalların çoxu qıjı jurnalistikanın əlində olduğundan çuşka söhbətlərə yuvarlanırlar. Onların effektivsizliyi fonunda belə dəyərli kanallara dəstək verib dirçəltmək lazımdır. Əli Həsənovu belə şeylər maraqlandırmırdı, paçka-paçka dollar maraqlandırırdı, ona görə də bu sahədə bizdə boşluq yaranıb.
Müharibə dövründə biz də bekar qalmadıq və İnformasiya müharibəsi sahəsinə öz töhfələrimizi verdik. Təşkilat üzvlərimizlə bir sıra maraqlı video-materiallar hazırlayıb xarici ictimaiyyətin nəzərinə çatdırdıq. Erməni millətçilərinin Rusiya internet məkanında ölkəmizin haqq mübarizəsinə qarşı apardığı məkrli siyasəti görüb, biz də operativ şəkildə bu sahəyə öz töhfələrimizi verməyə çalışdıq. Bir çox video-filmlər hazırlamışıq ki, bunlar əslində təbliğat-təşviqat xarakterlidir, rusdilli oxuculara, Rusiya, MDB məkanı ictimaiyyətinə ağı qaradan seçməyə imkan vermişdir və verəcəkdir. Hazırladığımız həmin video-materialların adlarını sizə təqdim edirəm:

“Армянские политики о России. Часть 1: Россия – опасный враг”
“Армянские политики о России. Часть 2: Это не мы должны России, а Россия нам”
“Армянские политики о России. Часть 3: Азербайджан – в ОДКБ, Армения – на Запад”
“Армянские политики о России. Часть 4: Русские, вон из Армении!”
“Армянские политики о России. Часть 5: Россия, давай до свидания!”
“Глава спецслужбы Армении Аргишти Карамян бросил в пламя войны лучшие подразделения СНБ”
“Самое большое в мире посольство США — в Армении”
“Арцахский бег: как тиграноиды бежали от азербайджанской армии”
“К вопросу почему лезгины так яростно воевали против Армении”
“Галлюцинации армянского солдата по поводу азербайджанской армии”
“Поход азербайджанцев на Шушу – 1”
“Поход азербайджанцев на Шушу – 2”
“Ватикан, Брюссель, Иерусалим: Почему Армению тянет в объятия НАТО”
“Зачем армяне пишут протесты русским на английском?”
“Великие арменоиды против России”.

Nəzərə alın ki, videolarımızın çoxu Youtube və Facebook kanallarından silinir, odur ki, məcbur qalıb bu videoları yenidən yaradırıq, yükləyirik, indi qlobalçıların təsirindən kənar kanallara yükləyirik ki, silinməsin, ordan paylaşmaq daha əlverişlidir. Bu videolar Youtube-də ard-arda bloklandı, bunları paylaşdığımız facebook səhifəsi ilə tam silindi. Təkcə bu fakt onu göstərir ki, tam düzgün yolda olmuşuq, düz onluğa vurmuşuq, çünki Ermənistanın ən həssas nöqtəsinə- onun qərbli havadarları ilə sıcaq əlaqələrinə toxunmuşuq. Məlumdur ki, Facebook ABŞ kəşfiyyatına məxsusdur və burda kənar fikirlərə, “həssas nöqtələrə” yer yoxdur. Bu videolar həm də ona görə lazımdır ki, biz onları gələcəkdə yenə də geniş auditoriyalarda yayacayıq, diskussiyalarda istifadə edəcəyik, əlimizin altında hazır cavablarımız olacaq. Bununla erməni millətçi propaqandistlərinin işinə mane olacayıq, həm də uzun onilliklər bu sahədə yaranmış informasiya boşluğunu dolduracayıq.
Bundan başqa, Ermənistan-NATO əlaqələri haqda, Ermənistandakı Qərb kadrları haqda, erməni faşizmi, xüsusən Njde haqda, Aram Qabrelyanov kimilərin Rusiyada Qərbin 5-ci kolonu olması haqda, Azərbaycanda rusların vəziyyəti haqda da maraqlı videolar, sənədli filmlər hazırlayıb Rusiya və MDB ictimaiyyətinin nəzərinə çatdıracayıq, bu barədə əlimizin altında minlərlə maraqlı, şablon yanaşmalardan kənar, tutarlı materiallar vardır.
Avrasiya Hərəkatı Azərbaycan təşkilatı həm indinin, həm də gələcəyin təşkilatıdır. Prezidentimizin dediyi kimi, müxalifət naftalin iyi verir. Mən hərəkat üzvü kimi təklif etmişəm ki, fəaliyyətimimiz həm də Prezidentimizi Putinin yaxın silahdaşı kimi ucaltmağa yönəlsin. Biz daim qeyd edirik, sevindirici haldır ki, Putinin bu gün Qafqazda iki yaxın silahdaşı var: Kadırov və Əliyev. Biz fəxarət hissi duyuruq ki, bu gün bizim prezidentimiz Qafqazda ən hörmətli liderdir. Bir biləydiz tərəfdarlarımıza, əqidədaşlarımıza Putinin sındırılmış Paşinyanı gözləyərkən, Prezidentimizlə mehribancasına, dostcasına söhbət etmələri necə ləzzət etmişdi! Təsəvvür edə bilməzsiniz Korotçenkonun Prezidentimizi “Школа МГИМО” adandırması, o cümlədən rusiyalı siyasətçilərin Paşinyanı “Sorosun iti” kimi sındırmaları bizə necə ləzzət eləmişdi. Doğrudan da çox həyəcanlı, tarixi anlar yaşandı. Boynumuza alaq ki, bu gözəl qələbələrin, ucalıqların baş verməsində Prezidentin böyük əməyi vardır.
İnanın ki mən də müharibə vaxtı bir çoxları kimi Prezidentimizin odlu-alovlu çıxışlarını necə həyəcanla izləyirdim, onun qələbə xəbərlərini eşidəndə çox vaxt necə gözlərim dolurdu, sözlə ifadə etmək çətindir! İstər-istəməz adamın gözlərindən yaş süzülürdü. İlham Əliyev xalqımıza böyük rus yüksəkliyi verirdi və o sübut etdi ki, onun qəlbi xalqla bir döyünür. Qərbin əlaltısı olan müxalifətin iddia etdiklərinin əksinə olaraq o əsl xalq adamıdır, Prezidentimiz məhz bunu sübut etdi – bizə də bu lazım idi. Vətən müharibəsi dövründə satqın müxalifət sındı, Prezidentimiz isə ucaldı. Belə ruh yüksəkliyi tarixin nadir anlarında rast gəlinir. Bu gün İlham Əliyev Azərbaycan xalqının şəksiz lideridir.
İndi yeni dövr başlayıb. Qondarma partiya liderləri siyasi meydandan çıxarılmalıdırlar. İçlərində bəzi deputatlar var idi iki, NATO kəşfiyyatı ilə əlaqələr qurmuşdular, Gülənə biət edirdilər, qiblələrini dəyişərək Pensilvaniyaya sitayiş etməkdəydilər. Amma bu deputatlar Prezidentin qorxusundan qiblələrini yenidən dəyişiblər, haqq yoluna qayıdıblar, dövlətçiliyimizi dəstəkləyirlər, ölkəmizin Rusiyayönlü istiqamətinə önəm verirlər. Lap yaxşı, bunları başa düşdük. Bəs hələ də ortalıqda özünü yırtıb dağıdan, Rusiya sülhməramlılarının Qartabağdan qovulmasını tələb edən (ABŞ səfirliyinin sifarişi ilə) məlum cəsusları necə başa düşək? Bunlar siyasi arenadan rədd edilməlidir. Məlum Soros agentləri, Paşinyan sevdalıları neytrallaşdırılmalıdır. Qarabağa Rusiya sülhməramlıları gələndən bir çox politoloqlarımızın yatdısı-otdusu yoxdur, gecə-gündüz müsahibələr, açıqlamalar verirlər ki, Rus sülhməramlılar Qarabağdan çıxsın. ABŞ cəsusları imza toplayırdılar ki, ruslar Qarabağdan qovulsun. Sorosun ölkəmizdəki məlum politoloqları, jurnalistləri, QHT-çiləri regionda nə fəlakət baş verir, bütün günahları Rusiyada görürlər. Rusların regiona gəlişi “nədənsə” bu adamları həddən artıq narahat edib, yuxularını pozub, yata bilmirlər. Bu adamlar xalqımızı Rusiyaya qarşı kökləməyə çalışırlar, hətta ruslara qarşı radikal addımlar atmağa səsləyirlər. Belələrinin cəmiyyətimizə zərərli təsiri tam aradan götürülməlidir. Bir var təsir agentləri, amma bəziləri o qədər arxayınlaşıblar ki, açıq şpion kimi fəaliyyət göstərməkdədirlər.
Ukrayna hadisələri, Krımın ilhaqı, xüsusən də Suriya və İraq müharibələri vaxtı bu adamlar ABŞ, İngiltərə və digər Qərb səfirlikləri ilə əlaqələrə girib min oyundan çıxdılar, xalqımızın şüuru ilə cürbəcür manipulyasiyalar etdilər. Bol maliyyələşmə sayəsində öz zərərli fikirlərini xalqa yeritməyə müvəffəq oldular. Onların pozucu fəaliyyəti bizim işimizə böyük çətinliklər yaratdı. Suriya və İraq müharibələri vaxtı biz avrasiyaçılar əsl həqiqətləri çatdırmaq üçün real xəbərləri tərcümə edib yaydıq, xalqımızdan gizlətməyə çalışdıqları informasiyaları ortalığa qoyduq, xalqa Suriyada həqiqi olanları anlatmağa çalışdıq. Göstərdik ki, Rusiya və İran orduları Suriyaya İŞİD-lə mübarizə üçün girib. O İŞİD-lə ki biz şiələrin başını kəsirdi. Biz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciətlər etdik ki, bizə bu işdə kömək edin. Lakin Əli Həsənov bu müharibədə həqiqətlərin yox, elə İŞİD-in tərəfində idi. Onun yaratdığı və rəhbərlik etdiyi, NATO-nun cəsus şəbəkəsi olan media holdinq İŞİD-in ölkəmizdəki ruporuna çevrilmişdi. Bu holdinqə daxil olan saytlarda Qərbin 5-ci kolon üzvləri elə indi də NATO-nun tapşırıqlarını can-başla yerinə yetirərək antirus və antiiran təbliğatları həyata keçirirlər. Əli Həsənov nəinki bizə kömək etmədi, əksinə maskalanmış vahhabiləri və nurçuları televiziyalara çıxardı, ABŞ səfirliyinin dəstəyi ilə xüsusi verilişlər yaratdı, bu verilişlərdən xalqa daim çatdırıldı ki, Rusiya Suriyada müəlmanları öldürür, qadın və körpələri qırır, xəstəxanaları və uşaq bağçalarını bombalayır. Həmin müharibə dövründə Əli Həsənovun rəhbərlik etdiyi bütün KİV xalqa Rusiya və İranı, biz şiələri terrorçu kimi çatdırdı, İŞİD-i isə “müxalif qüvvə”, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan demokrat camiə kimi təqdim etdi. Bu yolla xalqın müəyyən hissəsində Rusiyaya qarşı nifrət yarada bildilər. Belə bir adam biz avrasiyaçılara, bizim fəaliyyətimizə, bizim sayta necə dəstək verə bilərdi? Həmin dövrdə İŞİD-in mövqeyini qoruyan, İŞİD-i “müxalifət”, “demokratik qüvvə” adlandıran bütün KİV-lər pul yardımları aldılar, bircə həqiqətləri deyən bizlərdən başqa. Mətbuat Şurası da, KİVİDDF həmin ünsürlərin əlində idi.
Bizə nəinki dəstək verdilər, hətta problemlər yaratdılar. Biz həmişə deyirik ki, Fətulla Gülənin ölkəmizdə üzdə olan strukturundan başqa Xizmət adlı təşkilatı da var ki, gizli fəaliyyətdədir. Həmin Xizmət təşkilatının mənsubları bizə problemlər yaratmağa çalışdılar. Lakin dövlətimizin ədalətli yanaşması sayəsində həmin problemlər aradan qaldırıldı.
Gözlərinizi ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər. Baxışlarımızda müxtəliflik ola bilər, lakin sizli-bizli hamımızı birləşdirən dəyərlər var ki, bunlar Vətən sevgisi, xalqımıza bağlılıq və Ali baş komandanımıza sədaqətdir.