31.08.2011

Əhmədov Bağış Sabir oğlu

Elm adamlarımız

          Bağış Əhmədov - Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi

19 sentyabr 1972-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonunun Andreyevka (indiki Qarazəncir) kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir. 1994-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun əyani aspirantı olmuş, 2000-ci ildə namizədlik disertasiysını  müdafiə etmişdir. 2000-ci ildən iqtisad elmləri namizədidir.1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenini iqtisadiyyatı” kafedrasının (indiki “Müəssisənin iqtisadiyyatı” kafedrasının) baş lobarantı vəzifəsində işləmiş, 2002-ci ildən baş müəllimi vəzifəsində çalışır və 15-dən artıq elmi-metodiki əsərin müəllifidir. 2004-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetininin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışır.
2004-2010-cu illərdə Azərbaycanın sosial-inkişaf problemlərinə dair layihələrdə, o cümlədən beynəlxalq təşkilatların maliyyələşdirdiyi və beynəlxalq ekspertlərin iştirak etdiyi layihələrdə kordinator, qrup rəhbəri, ekspert kimi iştirak etmişdir.



Bağış Əhmədovun elmi məqalələri ilə bu linkdə tanış ola bilərsiniz:
http://www.ifc.org/ifcext/acgp.nsf/AttachmentsByTitle/Bulletin+N.4/$FILE/newsletterN.4.pdf

Biz dünyaya SAHİB olmaq üçün deyil, ŞAHİD olmaq üçün gəldik


Səbuhi ABBASOV


Bəzən düşünürəm öz-özümə: həyat nədir? Bu qədər mürəkkəb mexanizm necə qurulub. Tanrının qüdrəti qarşında baş əyirəm. Bəzən bütöv bir kollektivin hazırladığı saat mexanizmi ani zərbədən öz işini dayandırır. Saatın əqrəbi dayanır. Amma zaman dayanmır. Həyat öz yolu ilə gedir. Gecə gündüzlə tam vaxtında əvəzlənir. Təbiətin möcüzələrini – dağları, daşları, çayları və s. bunlar bir başqa aləm. Siz hələ insanların hisslərinə baxın: Sevgi, nifrət, ehtiras, laqeyidlik, məsuliyyət, dostluq, etibar və s. Bütün bünların başlanğıcı olduğu kimi son nöqtəsi də var.. 

Hər şeyin bir nöqtədən başlandığı kimi...

Kiçik bir nöqtə, amma yeni dünyaya başlayan 3 nöqtənin əvvəli. İlk səs, ilk addım, ilk söz...

Bəzən biz tamamilə təbii, qanunauyğun hadisələri möcüzə hesab etməkdən zövq alırıq. Və bu sirrin cavabını bütün həyatımız boyunca tapmağa çalışırıq. Bəlkədə yazıma bir qədər poetik başladım. Amma bununda öz səbəbi var. Haqqında yazdığım şəxsin bu gün 29 yaşı tamam olub. 29-cu yayını yaşayan dostum Əhməd Şahidov istər elm, istər yaradıcı, istərsə də pedaqoji fəaliyyətində kifayət qədər uğurlar qazanmış və qazanmaqdadır. Xarici görünüşü, hərəkətləri ilkin olaraq insanda belə bir düşüncə formalaşdırır: özündən razılıq, yekəxanalıq və s. Amma əslində bu onun daxili aləminə tam bir əksdir. Əslində o olduqca sadə, kübar və cəfakeşdir. Maraqlısı isə odur ki, onun içində elə bir uşaq ruhu var. Uşaq kimi təmiz hisslər, duyğular yaşayır onda.

Şahidov Əhməd Şair oğlu 31 avqust 1982-ci ildə anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirmiş və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olub. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilimi davam etdirib. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlayıb.

Elmi fəaliyyət

23 İyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin  Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyasının rəsmi müdafiəsi keçirildi. Müdafiədə yekdilliklə ona filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alındı. Elmi fəaliyyətimlə bərabər publisist fəaliyyəti ilə də məşğul olur. İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələrim işıq üzü görüb. 2009-cu ilin sentyabr ayından Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsində “Dövlət hüququ” ixtisası üzrə qiyabi təhsil alır.
2011-ci ilin May ayından Azərbaycan Respublikası Milli Məclisində çalışıram. Xətai ikinci seçki dairəsindən millət vəkili seçilmiş Gülər Əhmədovanın  köməkçisi vəzifəsində işləyir.

Publisistik fəaliyyət

İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələri işıq üzü görüb. Bundan başqa, 2005-2007-ci illərdə Rusiyada dərc olunan beynəlxalq “Novoe Russoe Slovo” qəzetində 300-ə yaxın məqaləsi çap olunub.

Pedaqoji fəaliyyət

2010-cu ilin Sentyabr ayından Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasında müəllim kimi çalışır və universitetin diplomatiya ixtisaslı magistrantlarına “Türk dövlətlərinin xarici siyasəti” fənnindən dərs deyir.

Yaradıcı fəliyyəti

Əhməd Şahidov yaradıcılığında çox vaxt yığcamlıq, lakonizm əsas ideyanın, ədəbi qayənin açılmasında bədii vasitə kimi çıxış edir. Onun bir çox şeirlərində bədii dil orijinal və gözlənilməz fikir tutumu, yeni ovqatı, təzə rəng çalarları, həmçinin emosionallığı və obrazlılığı ilə yadda qalır. Elə insanlar var ki, şeir onlardan istifadə edir ki, şeir olsun.Yəni, şeirin müəllifi onu yazan şair deyil. Şeirin müəllifi yazıldığı zaman və bu zamanda mövcud olan cəmiyyətdir. Sadəcə olaraq şeir öz formasını almaq, aliləşmək üçün şairlərdən istifadə edir. Əhmədin “Sən də yer ver aşka”, “Yenə səni sevəcəm”, “Bir gün səni görməsəm”, “Dünya”, “Ana”, “Dost”, “Bu dünyanın əvvəli var, sonu var” və bu kimi digər şeirlərində şair və şeir vəhdətini tam çılpaqlığı ilə görə bilərik.

P.S. Bu günlərdə Əhməd Şahidovun yeni şeirlər kitabı işıq üzü görəcək. Həm doğum günü, həm də yeni kitabının işıq üzü görməsi münasibəti ilə Əhməd Şahidovu təbrik edirəm. Uğurun bol olsun!

30.08.2011

Звезда Голливуда Джастин Тимберлейк о певческой карьере, юморе и постельных сценах


Интервью журнала "Эхо планеты" с голливудским актером 
Джастином Тимберлейком


- Вы сами верите в секс по дружбе?
 
- Все бывает в жизни. В фильме "Секс по дружбе" мы пытались показать, что телесная любовь - это лишь промежуточная стадия во взаимоотношениях между мужчиной и женщиной. Секс без любви долго существовать не может.
 
- Многие актеры утверждают, что не любят сниматься в постельных сценах, потому что чувствуют себя "куском мяса". А как вам подобный опыт?
 
- Первую пару часов было достаточно неловко. Мы с Милой были абсолютно голые, и, хотя на площадке практически не осталось посторонних, расслабиться удалось не сразу. Но потом мы начали шутить, смеяться - и неловкость прошла, так что стало просто весело.
 
- Секс - это весело?
 
- О да! Главное, ко всему подходить с юмором, тогда все получится проще и интереснее.
 
- В "Сексе по дружбе" звучат достаточно жесткие шутки, например про уши Барака Обамы, похожие на уши слона. Как вы к этому относитесь?
 
- Иногда юмор и вправду был на грани, но, мне кажется, шутки получились не пошлыми. Очень важно удержаться в границах допустимого, чтобы никого не обидеть. Я и сам любитель слегка грубоватых шуток и розыгрышей, поэтому мне было очень легко и смешно.
 
- Почему вы вообще решили стать киноактером, ведь ваша певческая карьера складывается прекрасно?
 
- Это несравнимые вещи. Снимаясь, я получаю возможность хотя бы ненадолго стать другим человеком. Я практически делаю то, что хочу, проживаю другую жизнь и при этом не несу ни за что ответственность. Не нужно расплачиваться за ошибки своего героя, это как "пробная версия" другой жизни.
 
- Но ведь многие певцы и певицы пытались уйти в кинематограф, а потом быстро "сдувались". Бритни Спирс, Мадонна, в конце концов. В чем секрет вашего успеха?
 
- Понятия не имею. Я никогда не обращал внимания, хвалят меня или ругают. Если я что-то делаю, то потому, что мне это нравится. Я соглашаюсь на роль только тогда, когда понимаю, что она так меня зацепила, что я больше ни о чем не могу думать. И не важно, если конечный результат будет чуть другим, чем я себе представлял. Главное, что отработал на полную катушку, да еще люди, с которыми я снимался, понравились. Надо просто вкалывать, а не стремиться заслужить чье-то одобрение, и тогда, возможно, все получится.
 
- Я знаю, вы не очень любите такие вопросы, но рискну спросить: миллионы ваших фанатов хотели бы знать, что будет с вашей музыкальной карьерой?
 
- Одно другому не мешает. В конце концов, мне надо развиваться, двигаться дальше. Я мужчина и не хочу сосредотачиваться на чем-то одном. Важно не то, что я пою и танцую, снимаю клипы. Главное, я пишу песни. А писать песни я не прекращу, чем бы я еще ни занимался в этой жизни.
 
- В Москве вы задержались аж на четыре дня. А что вы делали в свой первый день приезда?
 
- Мы же прилетели с Милой, а она говорит по-русски, и это, поверьте, меня ввело в шоковое состояние. Потому что она со всеми активно общалась, что-то кому-то рассказывала, отвечала на вопросы, веселилась. Люди на нас таращили глаза, а я понятия не имел, что происходит и куда мы помчимся через полчаса. Мы сходили в музей, погуляли по Красной площади, а потом в ресторане ели украинский борщ с пампушками. Как же это вкусно! Еще заказали бефстроганов и много всего, названия блюд я уже не помню. Заказывала Мила и не объясняла, мясо это или рыба. Просто говорила мне: пробуй. Она ни разу не ошиблась, все было потрясающе вкусно.

day.az

İmza gününə dəvət


OKtay HacımusalıBu günlərdə Qanun nəşriyyatı tərəfinddən gənc yazar Zaur Qəriboğlunun iki – “Səni yaradanı sevirəm” və “Qaragünün Ağgün vəkili” kitabları işıq üzü görüb. Birinci kitaba müəllifin son vaxtlar qələmə aldığı cizgilər silsiləsindən olan yazıları və “Zirzəmi” pyesi, ikinci kitaba isə ilk dəfə seçki saxtakarlığından bəhs edən romanı daxil edilmişdir.
03 sentyabr 2011 – ci il saat 13:00 – da “Ali və Nino” kitab kafesində (Nizami küç., 91, Gənc tamaşaçılar teatrı ilə üz-üzə) hər iki kitabın imza günü keçiriləcəkdir. Kitabsevərlər imza gününə dəvətlidir.

Xoş gəldin...!

Jalə Sadıxova


Xoş gəldin ömrümə sevgim!
Nağıl aləmimin sarayındakı
Ağ atlı şahzadəm,xoş gəldin!
Ağlayıb qızarmış gözlərinlə,
Kiminsə aldanmış fitnəsiylə
Ürək dolu sözlərinlə,
Sevgimə sən,xoş gəldin!
Qədəmlərin mübarək!
Qəlb evimə,xoş gəldin!
Gəl yaxına,qorxma sevgim
Olan oldu keçdi artıq,
hürkmə sevgim...!
Kimsə kimi qisas almam,
İncitmərəm əsla səni!
Demişəmsə,birdə deyim
Pak eşqimə,xoş gəldin!
Yalan ümid verməyəcəm,
Çoxu kimi sevməyəcəm.
Keç qəlb olan tərəfə,
Ürəyimə xoş gəldin!
Çağrılmamış qonaq kimi
Qapı bağlamaram üzünə.
Səni kim göndərib bura?!
Ünvan yanlış...adın yanlış!
Daha dala qaytarmaram!
Viranəmə xoş gəlmisən!!!

Günün fotosu

Milli Virtual Kitabxana Qonaqlığı: xaricdə

Aydin Xan Ebilov adlı istifadəçinin şəkilləri

“Ehram”ın gizlinləri


Dilqəm Əhməd

2008-ci ildə tamamlanmış, 2010-cu ildə “Əsərləri”nin III cildində ilk dəfə çap olunmuş “Ehram” romanı Əlisa Nicatın “Artakserks və bitlisiləşmiş türklər” romanı kimi despotizmə qarşı ezop dilində üsyanın bədii əksidir.
Bloqçularla başladığımız təbliğata uyğun olaraq ilk olaraq Əlisa Nicatın “Ehram” romanını sizlərə tanış edəcəm.
Əlisa Nicat romanı barədə yazır: “Bu əsər iki dahiyanə romanın- “Uliss” və “Proses”in bənzəri kimi yazılmayıb. Lakin hər iki romanın təsiri mütləqdir. O mənada ki, əgər həmin romanlar olmasaydı, “Ehram” da yarana bilməzdi. Yəni Kafka və Coys əsər üçün bir növ ideya mənbəyi olub”.
Roman şərti olaraq “Ehram” adlandırılan, hər cür iyrəncliyin baş alıb getdiyi, siyasətçilərinin ikiüzlü, yazıçılarının yaltaq olduğu, millətin isə tamamilə etinasız olduğu bir despotik idarəetmədən bəhs edir.
“Ehramda doğru ilə yalanın, qanunla qanunsuzluğun, ədalətlə ədalətsizliyin, bir sözlə xeyirlə şərin mübarizəsi getmir. Çünki bu mübarizə ayrı-ayrı fərdlərin daxilində də yoxdur. Bəli, nəzarətçilər, yəni polis var, prokurorluq və məhkəmə şəbəkələri sistemi var, amma bütün bunlar yalnız zahiri asayişi, o da əgər silahlı münaqişəyə çevrilirsə,-qoruyub saxlamaq, əslində isə firon və kahinlərin hakimiyyət strukturlarının mənafeyini, gəlir və rüşvət almaq məşğuliyyət və peşəsini müdafiə etmək, ona rəvac vermək, bu yolda maneələri aradan qaldırmaq, yəni məsələn, həmin strukturların başında duranların qanunsuz əməllərini açıb göstərən vasitələri və onların səbəbkarlarının dilini bağlamaq, bu mümkün olmadıqda isə aradan götürməklə məşğuldurlar”.
Firon Ehramda elə bir sistem qurub ki, Ehramdan axıb-gedən gəlirlər Yunan çarlarının, Roma qeysərlərinin, bir sözlə beynəlxalq aləmin ağzını yummağa bəs edib.
Ehram “bizim adam” və “bizim adam olmayanlar” adlı iki cəbhədən ibarətdir.
“Bizim adam olmayanlar” əsla Ehrama qarşı çıxanlar deyil, çörəyi “bizim adam olmamaq”dan çıxanlardır.
Yəni onlar mahiyyət etibarilə biri birbaşa, digəri isə dolayı yolla Ehrama xidmət edənlərdir.
Hətta bəzən firon icazə verirdi ki, “Exnaton” ordeni təqdim ediləndə “bizim adam olmayan” həmin ordendən imtina etsin.
“Exnaton” ordeni Firon tərəfindən yazıçılara, sənətçilərə verilən ən böyük mükafat idi.
Minilliyin sonlarına yaxın dünyada baş verən proseslərdən sonra, Firon qüruba çəkilməli olur, ölkədə icazəli mitinqlər, aksiyalar başlayır, Ehram əhli azadlıq şüarları içərisində sərməst olur, bir-birinin ardınca hakimiyyətə gələn liderlər bu azadlıqdan baş çıxara bilməyib, yenidən Fironun ölkəyə qayıtmasına səbəb olurlar.
Ehram yenidən əvvəlki despotik dövrünə qədəm basır.
Əvvəlki dövrdə olduğu kimi, bu dövrdə də Ehrama qarşı qələmi ilə gizlicə savaşan bir filosof vardı.
Fironun birinci hakimiyyəti dövründə olduğu kimi, onun ikinci hakimiyyəti və ondan sonra gələn vəliəhdi dövründə də dayanmadan, aramsız ezop dili ilə öz güllələrini Ehrama doğru atırdı.
Doğrudur, bu güllələr nəticəsində Ehramdan heç bir kərpic qopmurdu, amma bu güllələr onun daxilindən gələn azadlığı ilə bağlı idi.
Bu filosof  SARSILMAZ idi.
Digər yazıçılar, filosoflar Ehramdakı cəmdəyin ətrafına yığıldığı halda onun qazancı dayanmadan beyninin məhsulu olan kitabları və bu kitabları alan minlərlə oxucusu idi.
“Ehramlıların beyni min illərdən bəri dövlətin və hakimiyyətin Allaha bərabərliyi və qüsursuzluğu  ənənəsində formalaşmış və bu instinkt şəklini almışdı. Ona görə də burada dövlət başında heyvan da oturursa, sakinlərinin çörəyini sat, heyvani instinktlərinin təmin olunmasına mane olma, rahatca istədiyin qədər taxt-tac sahibi ola bilərsən…”
Yəni Ehram Yer kürəsindəki antiləyaqət payının onda birini özündə cəmləmişdi, digərlərini isə şimalda yaşayan hiksoslar və cənubda yaşayan sasanilər götürmüşdülər.
Ehramda çirkinliklər baş alıb sonsuza doğru getdiyi bir məqamda Sarsılmaz Peqasın üstündə özünün şax tutmağa, qamçılar dəydikcə isə Səmalara doğru irəliləyirdi…
             

Saralmışdıar amma solmadılar

Xosrov Barışan

Ad günü
  
Birdən-birə
  Qapını çaldı
     Gecənin ortası
                  Saat üç!
Yuxudan daşlandım.
Ayfondan baxdım,
        Küçə bom-boş...
Yaşamışdım,
  Yorulmuşdum,
     Yorğunluğuma gəldi
                      İstəməyərək.
Cəbrdən mi?
İstəkdən mi?
Açar-açmaz qapını
   Gözlərinə cumdum!
Qap-qara bir çarşaba bürünmüşdü!
Kölgəsindən tanımışdım biləsin.
Həmən danışmağa başladı,
                             Dil açdım
                                  Tumdum!
Ölümlə mırtlaşmağı mənə öyrətdi.
Nəfəsi əsincə;
 Can tapırdı məndə
               Titrəyirdim,
Bakirə qalmışdım.
Haradan gəldiyi bəlli deyildi!!!
Öz adını belə bilməyirdi!
                      Bilməyirdim!
Yalqız idi...
   Gözyaşlarımı silməyirdi!
Yalqız idim...
   Sevincdən mi? Qəhərdən mi?
                                Ölməyirdim!
Ayılmış bir yuxuydu sanki...
                        Dirilməyirdim!
Ah...
 Nə qədər izləyirdim,
                    İzləyirdim...
                      İzləyirdim...
                        Doymayırdım,
                           Doyanmayırdım!!!
Darıxdıran
 Yekə bir yalqızlığı
       Birlikdə varlığın
         Şirin bir xəlvətinə
                              Daşıdıq.
Qorxunu qorxudub,
    Görmədiyim yuxuları yaşayırdım.
Tamamən yarımçıqdım!!!
Mükəmməl bir qadın idi;
                           Şeir kimi...
                             Adını mən seçdim.
⎕⎕⎕
İtən məni tapınca
           Zaman bitdi.
Zır kefliyəm a...

Müəmmər Qəddafiyə

Libyada;

 Bütün yapraqlar da
    Diktator olmasınlar deyə;
                           Saralmışdılar!!!
                              Amma solmadılar.



Сима Эннаги. Субботние заметки


Eе считали святой еще при жизни. Ей выпала    нелегкая и радостная доля нести людям - в  kоторый раз! - благую весть, что Бог есть любовь и что смысл жизни каждого смертного лишь в том, чтобы любить и быть любимым. В ХХ веке она стала не просто символом милосердия, но вместе со своими послушницами являла реальную силу, с которой нельзя было не считаться. Ею восхищались, перед ней преклонялись, ее боготворили.
Я говорю не об актрисе. Не о певице или писательнице. Я говорю о простой албанской монахине, слабой физически, но сильной духом женщине – матери Терезе, которая родилась 27 августа (1910- 1997).
Мать Тереза не давала интервью. Она знала: нет времени, ее ждут. Ей дарили невероятные машины — она продавала их и на вырученные деньги строила госпиталь. Ей жертвовали, журналисты хитро спрашивали: «Морально ли брать деньги из рук диктаторов? Папаша Дювалье выписал чек…». Старушка улыбалась и сухо отвечала: «Не стоит обращать внимания на то, что кто скажет. Надо просто делать свое дело».
Она верила в людей. Она верила, что человек создан для любви и добра, создан, чтобы быть счастливым и дарить счастье другим. Она радостно делала то, что оказалось за пределами человеческих интересов: говорила никому не нужному, ничем не примечательному, нищему, увечному, плохо пахнущему, глупому и скверному: «Ты не один!». Много дней и ночей она провела среди страждущих, обездоленных, голодных жителей калькуттских трущоб. Мать Тереза вспоминала: «Я спала, где приходилось, на полу, в трущобах, где по углам скреблись мыши; я ела то, что ели мои подопечные, и только тогда, когда было, что поесть. Но я выбрала эту жизнь, Моим призванием было служение самым убогим ».
Это работа бесконечна, так как болезни и несчастья неистребимы в роде людском. Она бессмысленна, потому что умирающие умирают, нищие голодают, алкоголики возвращаются к своему болезненному пристрастию. "Вы лечите не причину, а следствие. Вы латаете дыры. Вы выпускаете пар. Ваш труд тонет в океане проблем, которые могут быть решены только совместными усилиями на государственном уровне". Мать Тереза не принимала такой критики. Она считала, что следует действовать в полном соответствии с буквой и духом Писания. Жизнь доказывала свою жестокость, а маленькая женщина противостояла этой жестокости безграничной любовью своего одинокого и усталого сердца. «В жизни много зла, в жизни есть бездомные и больные, но хуже всего тем, кто лишен радостей любви», - считала она.
Годы спустя у одного журналиста, наблюдавшего по заданию редакции ежедневную возню матери Терезы и сестер с умирающими, вырвалось: "Я бы не сделал этого и за миллион долларов!" .
"За миллион и я бы не сделала, - ответила мать Тереза. - Только бесплатно. Из любви к Христу".
В 1979 году мать Тереза получила Нобелевскую премию мира. Всю ее она вложила в свою миссию. Как и прочие деньги, которыми ее награждали. А в 1992 году президент свободной Албании Рамиз Алия присвоил матери Терезе звание почетного гражданина, вручил премию за отличную работу на ниве гуманизма и прогресса, а также учредил благотворительный фонд ее имени.
Легко любить дальних, но не так-то легко полюбить ближних, часто повторяла мать Тереза. Задумаемся над этими словами. И посмотрим на тех, кто рядом с нами. Может именно в эту минуту кто-то нуждается в нашем добром участии и теплоте нашего сердца… 

Как подготовить ребенка к школе?


По словам психологов, подводить детей к школьному распорядку нужно уже в августе. Иначе в сентябре ребенок не сможет адаптироваться к школьной нагрузке.

1. За две-три недели до начала учебного года старайся будить ребенка пораньше. Дети, привыкшие в летнее время спать до полудня, в сентябре резко сбивают свой биологический ритм, что нередко приводит к серьезным проблемам со здоровьем. Возьми за правило в августе будить ребенка в 7.30 утра. Это поможет ему настроиться на рабочий лад в дальнейшем. В идеале каждое утро школьник должен начинать с небольшой зарядки.
 2. В августе пора скорректировать рацион своего школьника. Особое внимание в питании ребенка нужно уделить белковой составляющей. На долю белков животного происхождения должно приходиться не менее шестидесяти процентов ежедневного рациона. Растущему детскому организму требуется молочный белок, поэтому молочные продукты необходимы в рационе в течение всего дня. Особенно плотными должны быть завтрак и обед. Лучшее время для обеда – когда у ребенка  заканчиваются уроки. Ужин предпочтителен более легкий, без преобладания мясных продуктов: в них содержатся экстрактивные азотистые вещества, которые возбуждают центральную нервную систему и могут привести к беспокойному сну ребенка или к бессоннице. Кстати, в перерывах между основными приемами пищи детям можно предложить фрукты и молочные продукты. 
3. Школьников младших классов нужно приучать к школе ежедневно. Старайся чаще гулять с ребенком возле учебного заведения и напоминать, что скоро он начнет учиться. Это поможет ему гораздо быстрее адаптироваться к школьному распорядку, учителям и одноклассникам.
4. Оставь большую часть домашней работы, которая была задана на лето, на конец августа. Многие родители летние задания стараются распределять на все три месяца. Психологи так делать не советуют. Основная нагрузка должна приходиться как раз на последние две недели школьных каникул. Так твой ребенок сможет привыкнуть к школьной нагрузке, которая первое время выбивает из колеи даже отличников.
5. Школьные принадлежности пора покупать уже сейчас. По словам психологов, это необходимо делать не в целях экономии: для ребенка будет большим стрессом, если учебный год начнется с покупки школьных принадлежностей. Особенно это касается школьников младших классов. Разглядывая новые покупки – разноцветные тетради, учебники и карандаши, – они быстрее настроятся на начало учебы. 
6. Время на компьютерные игры и просмотр телевизора в августе нужно резко сократить. Желательно отводить на них один-два часа в вечернее время. Днем, особенно младшим школьникам, следует больше гулять и общаться со сверстниками.
Выбор школьных принадлежностей – дело для ребенка крайне важное и серьезное. Непременно выдели на это целый день. Составьте вместе с ребенком список, разработайте маршрут похода по магазинам. Выбирая ручки, карандаши, ластики, обязательно советуйся с ребенком. Пусть подготовка к школе станет для вас настоящим маленьким праздником.
sobesednik.ru

Дикие кошки после овечки Долли

Создатель овечки Долли будет клонировать диких кошек
Спустя 15 лет после участия в эксперименте по клонированию овечки Долли, шотландский эмбриолог Билл Ритчи начал работу над проектом, цель которого состоит в клонировании шотландских диких кошек. Численность особей этого вида животных в настоящее время не превышает 400, и данный проект, идея которого принадлежит Королевскому зоологическому обществу Шотландии, призван спасти шотландских диких кошек от полного вымирания.

«Несколько видов кошек были клонированы с использованием генетического материала домашних кошек, подобно тому, как для клонирования волков использовались яйцеклетки собак, – рассказал Билл Ритчи BBC. – Чистокровную дикую кошку трудно найти из-за частого спаривания с домашними животными, но современные методы науки позволяют выбрать наиболее чистопородных особей. Мы возьмем у них маленькие кусочки кожи, из которых выделим необходимые для клонирования клетки».

Исходным материалом послужат яйцеклетки домашних кошек, которые остаются вследствие их стерилизации. Полученный на первой стадии проекта гибрид домашней и шотландской дикой кошек будет использоваться для оттого, чтобы вывести чистопородных шотландских диких котят.

По данным BBC, в лесах Хайлэнда, самой большой области Шотландии, осталось только 150 родительских пар диких кошек. Причинами резкого сокращения популяции эксперты называют болезни, сокращение ареала (области распространения вида) и скрещивание с домашними кошками.

gazeta.ru

Немецкие подростки развозят газеты в тылу


Немецкие подростки развозят газеты в тылу
Немецкие подростки развозят газеты по деревням в Германии. На пиджаках видны значки Гитлерюгенда.
Время съемки: 1943

29.08.2011

HAMI ÜÇÜN OLMAYAN XOŞBƏXTLİK

Bayıl təcridxanasının «karantin» kamerasının qarşısından keçəndə gözlərimə inana bilmədim. Adətən dustaqları  kameradan çıxırdıqda dəhlizdə nəzarətçilərdən  başqa heç kəs olmazdı. Bu günsə gördüyüm mənzərə məni çaşdırmışdı. Normalda adam belə yerdə dostunu görəndə  sarsılmalıdır, mənsə  Faiqi gördüyümə uşaq kimi sevinirdim. Həbsxananın də öz qanunları var… Əməllicə görüşə bilmədik ki… Sadəcə, bir anlıq da olsa bir-birimizin əlini sıxdıq, vəssalam…

Bir dəfə gəzinti yerində səsimi eşitmişdi Faiq… Nə yaxşı ki, səs üçün divar, sədd, sərhəd yoxdu… Hərəmiz divarın bir tayında doyunca danışdıq.
… Dəqiq bilirdim ki, Faiq həbsxanada dinc oturan deyil, bilirdim ki, nəsə  yazacaq… Başına gələn başmaqçı olar deyiblər… Mən yazmıya bilirdimmi? Bircə qorxum ondan idi ki, artıq-əskik şeylər yazar, həbsxanadı da, başını ağrıdarlar. Bir vaxtlar Mahir Əliyev adlı bir mayor mənim başımı yazılarıma görə çox ağrıtmışdı.
Deyirlər ki, pis günün ömrü az olur…  Bu məsəlin həbsxanaya qəti aidiyyatı yoxdu. Orada pis günün ömrü az olmur… hara baxırsan divar, tikanlı məftillər, səni səndən çox qoruyan paqonlu əmilər, əliavtomatlı qaqaşlar… Adamın insanlığından, şəxsiyyətindən, savadından daha  çox cibindəki tədavül vasitəsi  hesab olunan kağız parçalarının dəyərinə hörmət qoyan nəzarətçilər… Orda da yaxşılar olur… Amma allah kəsin oranı da, ordakı yaxşını da, yaxşılığı da. Nə isə…  Hərəmiz paytaxtın bir həbsxanasında dustaq ömrümüzü yaşadıq. Mən çıxanda qoltuğumda «Köpək bürcü»  var idi. Sağ olsun dostlar, məni unudulmağa qoymamışdılar. Elçin Hüseynbəyli «Ulduz»da, İntiqam Qasımzadə «Azərbaycan»da, Rəşad Məcid  «525»də, Əsəd Cahangir «Körpü»də ara-sıra çap eləmişdi yazılarımı. Hələ qonorar da göndərirdilər zindana! Adam yaxşı dostlar üçün yaşamaq istəyirdi. Bilmirəm nədəndi, həbsxanada olanda dostların adama ya yazığı gəlir, ya nəsə eləmək istəyirlər adamçün, izah eləmək çətindi, ancaq mənə elə gəlirdi ki, zindanda  olanda dostlarım məni daha çox istəyirlər. Onların  sevgilərinin xatirinə adam həmişə zindanda  olmaq istəyir bəzən. Amma azadlıqdan gözəli yoxdur, düz demirəmmi Faiq?
«Ulduz»  jurnalında Faiq Balabəylinin  «Lənətlənmiş həyat»  povestini görən kimi, adından başa düşdüm ki, zindanla bağlı yazı olacaq. Əl boyda yazıydı, üç-dörd  siqareti qurban verib bir oturuma oxudum. Əvvəla onu deyim ki, hisslər, hadisələr, qəhrəmanlar, problem, süjet xətti, konflikt, düyün… nə bilim e, nəsrin tələbləri adlanan bütün terminləri unudub oxudum Faiqin povestini. Faiqin istedadlı şair olduğuna şübhəm yox idi, daha çox zindan şeirləri gözləyirdim ondan, amma açığını deyim ki, povesti də şeir kimi birnəfəsə oxunurdu. Bir də ki, kim nə deyir desin, Faiqin Mamedi bir az da mənim Məmmədağamsayağı qəhrəman idi. Kasıb,  amma mərd, qədeş…
Faiq Mamedi ilə zindan dvarları arasında günhlı-günahsız cəza çəkən dustaq yoldaşlarına olan borcunu verməyə çalışıb. Yüzlərlə insanın acı taleyinin cəmləndiyi bu kiçik həcmli povestdə bir insanın, bir ailənin, bir cəmiyyətin deyil, bütöv bir toplumun lənətlənmiş həyatı öz əksini tapıb. Bu posevti oxuduqdan sonra  adam bir qədər ehtiyyatlı olmağa çalışır. Bəzən Faiqin asi fikirləri ilə qarşılaşmalı olan oxucu ilk baxışdan bu fikirləri ani bir hissin, ötəri bir duyğunun göstəricisi kimi qəbul edir, amma povest finala doğru irəlilədikcə bu asiliyin arxasında duran konkretliyi görmək olur.
«Əgər Allahın xəbəri olsa idi, heç olmasa bir dəfə, cəmi bircə dəfə özünün yaratdığı ən ali varlığa rəhmi gələrdi. Yox idi Allahın Azərbaycan türmələrində baş verən hadisələrdən xəbəri. Allahın bu bağlı qapılar, hündür, qalın divarlar, tikanlı məftillərlə əhatələnən, adına “zon”, islah-əmək koloniyası, türmə, zindan, qazamat deyilən yerlərdən və buradakı nəzarətçilərdən, DPENK-lardan, operlərdən xəbəri olmayıb. Bura şeytanın və şeytanabənzərlərin nəzarətində olub həmişə».
Bu yerdə Faiqin üzünü tutub ittiham etdiyi bəzi nəzarətçilərin, polis işçilərinin, müstəqtiqlərin və bu sahədə çalışan insanların insanlığa sığışmayan hərəkətlərini xatırlayıram mən də. Onların hər biri yəqin ki, Faiqə müəyyən qədər hörmətlə yanaşıblar, onu ziyalı, qələm əhli kimi qəbul ediblər. Faiqin ünvanladığı sərt ittihamlar təbii ki, birbaşa onun özünün hisslərinin təzahürü deyil, amma bu ittihamların  arxasında Faiqin özünün keçirdiyi hisslər, qarşılaşdığı məqamlar, haqsızlıqla barışmayan bir insanın duyğuları dayanır.
Faiqin  Məmmədi bir dəfə dustaq yoldaşının «zibilinə» düşərək həbsxanaya qayıtmalı olur. Növbəti dəfə «uçastkovu»nun tikdiyi torbaya düşüb həbsxanaya qayıdır və hələ Mamedin gələcək həyatında belə sürprizlərin nə qədər olalacağı heç kəsə məlum deyil. Amma ürək ağrıdan odur ki, baş verən hadisələrin, yaşanan olayların hər birinin sonunda şər qalib çıxır.
Mən tale yazısına inanan adamam. İnandığım da odur ki, Mamed də talelisiz bir bürcün altında doğulub və onun xoşbəxt olmağa haqqı yoxdur. Bu  fikirlə  kim barışmırsa  özü bilər. Amma mən dəqiq bilirəm ki, Faiq ömrünün müəyyən bir hissəsində zindan həqiqətini yaşamalıydı. Bu ömürdü, taleydi… Mamed qızının adını Xoşbəxt qoymuşdu ki, balası xoşbəxt olsun. Adla xoşbəxt olmaq olsaydı Mamed hər kəsdən çox xoşbəxt olmalıydı, adı peyğəmbər  əfəndimizin adıydı.
Sonuncu dəfə «KPZ»də  olanda Mamed bir vaxtlar namusunu qoruduğu qadının oğlunun yaxşılıqları ilə qarşılaşır. Son dərəcə dəyərli və yerində olan mənzərədir. Müəllif bununla demək istəyir ki, həyatda yaxşılıq da, pislik də itmir. Onunla  çörək kəsən, dustaqlığın əzablarını yaşayan «dostu»  Ağamirzənin nakişiliyi də itən deyil, bir vaxtlar onunla bərabər kənddəki fermada işləyən Sənəmin oğlunun diqqəti və hərəkəti də. Yəni lənətlənmiş həyatın içində  də bir işıq, bir ümid, xoşbəxtlik var. Sadəcə hamı üçün deyil…
Açığını deyim ki, final hissəsində bir qədər kövrəldim də. Son dərəcə sentimental duyğularla verilən parça inanmıram ki, hanısa oxucunun içini göynətmədən keçsin. Amma Faiqin polis işçisinin Mameddən götürdüyü 100 000 (20 AZN) manatın arvadı Yetərə qaytararaq  «Orda ona lazım olmayacaq»- deməsinə inanmadım. Birincisi bu vaxta qədər görməmişəm və eşitməmişəm ki,  polis gtürdüyünü geri qaytarsın, ikincisi isə zindanda pul azadlıqdan çox lazım olur adama. Nə isə…
Povestdə bəyəndiyim, razılaşdığım, içimi göynədən duyğuların olduğundan az-çox söz açdım. Amma bu o demək deyil ki, «Lələtlənmiş həyat» povesti ilə  bütövlükdə razıyam. Hiss olunur ki,  Faiq yazı üzərində az işləyib. Bir tələskənlik duyulur povestdə. Bir də balaca bir povestdə çoxsaylı «varavskoy»  terminlərin işlənilməsi ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, hər bir əsər müxtəlif tələbləri olan oxucu üçün yazılır.  Bu əsər məndə daha çox insan taleyinə, onun faciəsinə, keçirdiyi hisslərə, yaşadığı acı həyata  münasibət bildirməyə çalışan, üsyan etmək istəyən, barışmaz mövqeli bir şairin nəsrin dili ilə cəmiyyətə göndərdiyi mesaj təsiri bağışladı. Kim nə deyirsə desin, mənə elə gəlir ki, hər bir oxucu bu povestdən öz dərsini ala biləcək. «Lənətlənmiş həyat»ın ən böyük uğuru da elə budur.
                         Əyyub Qiyas                         kultaz.com

Gülxar Həsənzadə. Şeirlər


Qəlbimdəki məzarliq


Sənə demişdim qəlbim soyuqdu-
girmə, üşüyərsən, donarsan orda.
Orda bir qan gölü var,
düşən boğulur...
Orda fəsillə donub,
Bir qış movcuddu deyə.
Sənsə inanmadin,
sənə yaz olaram sandın.
Hər şey ucun zaman dilədin,
azacıq zaman.
Zaman boş ümiddi-dedim,
gərçək sanmadın deyə,
yenə də
daha son bir şans umdun...

Günəş tək parladin,
ama isidə bilmədin
bu soyuq qəlbimi azca
Dedin,
ruh olub canina dolaram,
kədəri, qəmi qəlbindən qovaram.
Bunu da etdin…
Ama qəlbimin soyuqluğundan
sanki məzardaykən diksindin.
Və sordun,
bura haradir,
nədən belə qaranliqdi bura?
Kim bu məzara gömdüyün?
Nədən qışın qarı da qaradı burda?
Kimin açıq yarsıdı bu qan gölü?

Dinlə dedim,
bu mənim qəlb evimdi
...Bu da ilk və son sevgimdi-
bu qaranliq onun mənə xəyanətidi.
Bu qış və qara qarsa
sevgidən sonra ona olan nifretimdi...
Bu qan gölü isə gozlərimdən deyil ,
qəlbimdən yağan yağışdı.

Susdun, kiridin
bu dhşətlər icində...

Üşütdüm,
səni də üşütdüm
bu buz soyuqluğumla.
Sonunda anlayıb sən də getdin,
Sən də məni tərk etdin-
qala bilmədin sənin olmayan yerdə.
Sənə demişdim...demişdim...

CƏZA


Xatirələr diri-diri göməcək səni,
Qapını hər an kədər döyəcək sənin!
Sevgi nə olduqunu bilməyəcəksən,
Həsrət dolu baxışlarınla
Bu dünyada sevgiyi belə dilənəcəksən!
Eybini örtməyə torpaq olmayacaq!
Dərdini bölüşməyə dostun qalmayacaq,
Günahların vicdanını sızladacaq!
Şikayətinə belə baxan olmayacaq,
Sevimli dostlarını qələm və vərəqini itirəcəksən,
Bu dunyada sən hər şeyi dilənəcəksən!
Demə ki yazan qələmin var,
Düşüncənin də donan zamani var.
İnsanliqdan cıxmış insan doqulmusan!
Şert doqulmaq deyil,
Insanın insan kimi ölməyi var.
Ölüm adlı bir cəllad gəzəcəksən!
Heç nəyə nail ola bilmədin-
Ölümə nə var ki, sən ölməyəcəksən-
Ölum həsrəti cəkə-cəkə
Bu dunyada ölümü belə dilənəcəksən!

Məzarında çiçək olacam

Sevdim ...
ancaq bu çarəsiz sevgiyə çarə olub,
sənə qovuşa bilmədim.
İndi həm vəfasizam,həm vicdansiz.
Məzarina gəlməyimi istəmişdin
Bəlkə də məzarina da
imkan edib gələ bilmədim.
Gəlib sənə sevdiyimi demədim.

Mənə dedin məzarıma çiçək əkərsən,
Onuda edə bilməyəcəm ,
bağışla....
Çünkü ora səndən qabaq gedəcəm.
çiçək əvəzi özüm bitəcəm.
Onda sənə yaxin olub,
Sənə həsrətimi çəktirməyəcəm.

Məzarında çiçəklər cox olaçaq,
Ançaq tək bir çicek,
qəmgin,solğun,titrək olacaq.
Bütun çiçəkləri yağış isladib,külək sovuracaq,
tək bir cicek ...
sənə vəfalı qalıb,məzarından qopmayacaq.
Bu dunyasında sənə qovuşa bilməyən
qəbrindən ayrılmayacaq .
Ancaq sənə olan sevgisinin qarşısında,
yenə də susacaq...

Hər səhər qəbrin üstə,
bir çiçək aqlayacaq səndən xəbərsiz
Boynunu büküb saralıb solaçaq,
göz yaşi ilə torpağını sulayaraq.
Sonunda ayrılığa dozə bilməyib,
o çiçək də sənə qovuşacaq.
Ançaq yenə sevgisini gizlədib,
sənə söyləməyib susacaq.

Mirbəhram Əzimbəylinin "Səssizliyin harayı" kitabı barədə


Xanım Qasımova
İşıqla zülmət, ümidlə bədbinlik, sevgi ilə nifrət, ölümlə həyat qovuşanda güclü olanı qalib gəlir. Səssizliklə harayın bir yerdə olması mümkündür. Hər ikisi ruhumuzda yan-yana, əl-ələ yaşaya bilir. Gənc Ədiblər Məktəbinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvü, Prezident təqaüdünə layiq görülmüş 17 yaşlı Mirbəhram Əzimbəylinin “Səssizliyin harayı” kitabını oxuduqdan sonra buna əmin oldum.
            Nə sevirəm, nə nifrət edirəm,
            Nə gülürəm, nə ağlayıram,
            Mən ruhunuzun divarıyam.
            Üstümə şeirlər yazdınız,
            Bəzən şəkillər çəkdiniz.
            Kirli əllərinizi silib ürəyinizə
Sevgidən təmizlənmiş şəkildə toxundunuz mənə.
            Min dəfə dağıtdınız, min dəfə tikdiniz məni
            Mən ruhunuzun divarıyam.
Sevgini sevmək...Nə gözəl deyilib. Gənc şairin təmiz ruhundan süzülən misralar, sözlər insanı düşündürür, həyata, ölümə, dünyaya, sevgiyə yeni bir qapı açır.
            Hər şey qocalır, hər kəs qocalır...
            Qələmim də qocalır.
            Sözümü yazdım, kağızımda sözüm qocalır.
            Hər kəs qocalır, amma heç kəs ölmək istəmir.
            Bəs sən? Qocalıq, ölərsən bir gün...
“Duyğularım” adı altında topladığı yazılarda yaşantılarımıza, iç dünyamıza işıq salır. İnsanlara, həyata sevgi aşılayır. Yazılarından keçən “ölüm xətti” belə sevgi dadır: “ Yaşayın, sevin həyatı. Sevin, qarşılıq gözləməyin. Qar yağsa, qar adamı düzəldin. Günəş çıxsa, gəzin dəniz kənarlarını. Nəfəs ala bilirsinizsə, çox məsudsunuz. Həyatınızı bir məzarın içində ölü kimi keçirməyin. Sevdiyiniz insanların üzündən öpün, gözəl sözlər deyin onlara. Göydəki ulduzları deyil, sevdiklərini sayın. Onlar daha işıltılıdır və gözəldir. Sizi sevməyənləri sevginizlə cəzalandırın. Adamların gözlərinə şəklinizi çəkin. Qorxmayın ki, gözəl olar, ya çirkin...”
Oxucularla ilk tanışlığı “Bir çocuğun dünyasından səslər” kitabı vasitəsilə oldu. “Səssizliyin harayı” kitabı isə Mirbəhram Əzimbəylinin ədəbi mühitdə inamla öz sözünü demək istəyindən xəbər verir. Bu yolda sənə uğurlar, gənc dost!