30.06.2015

Геннадий Багдасаров - Враги

Любимым и любящим отцу и матери посвящаю.

На фото-отрубленные головы армян. В 1915 году, в пограничной Армении турки вырезали два миллиона армян за несколько дней. Резали и днем и ночью.
Военный врач, подполковник мед.службы, всю войну-с 41-го по 45 годы исправно служил в полевых госпиталях разных фронтов.
Там же, вместе с моим отцом, армянином, служил и его заместитель. Подполковник Ширинов. Азербайджанец. Ровесники.
Оба статные, красивые. Большие глаза и вьющиеся волосы. Оба веселые и добрые.
Солдатскую боль воспринимали как свою. Делились последним.
Беды военных лет трагично отразились на судьбах обоих, преданных своей многолетней дружбе, людей.

Səfəvilər və İŞİD

Başlığı oxuyanda insanın ağlında belə bir sual yaranır: Səfəvilər hara, İŞİD hara? Nə dəxli var axı? Məsələ burasındadır ki, İraq və Şamdakı İslam Düşmənləri ( İŞİD ) hökümət qüvvələrini, xüsusən də, İraq hökümətinin ordusunu “ceyşus-Safəvi” , yəni, “Səfəvi ordusu” adlandırır. Yayımladıqları video görüntülərdə danışarkən, videolara başlıqlar seçərkən İraq ordusunu “Səfəvi ordusu” adlandırmaları adi haldır.
Onların şiələrə nifrətinin tarixi çox qədimdir. Ümumiyyətlə, şiələrə nifrət edən kimsələr “şiəlik səfəvilərin uydurmasıdır” kimi şüarlarla şiəliyin peyğəmbər (s.a.s) dövründə olmayan, sonradan Şah İsmayıl tərəfindən uydurulmuş bir məzhəb kimi insanlara təlqin edirlər. Əslində zahirən bir o qədər də önəmli görünməyə bilər. Ancaq, proseslərə ümumi şəkildə nəzər saldıqda “gizli düşmən”in məqsədini başa düşmək o qədər də çətin deyil.

RӘSUL CӘFӘRİYАN - SӘFӘVİLӘR TАRİХİ (ZÜHURDАN SÜQUTАDӘK) - IV HİSSƏ

Ruhаnilәr vә Sәfәvi dövlәti. Fеyz Kаşаni, Mühәqqiq Sәbzivаri, Аğа Hüsеyn Хаnsаri, Әllаmә Mәclisi.
Sәfәvi dövlәti çох gеniş bir әrаziyә hаkim оlаn vә müstәqil, öz fikir vә düşüncәlәrinә әsаslаnаn ilk şiә dövlәtidir. Şiәlәrdәn qаbаq zеydilәrin İrаnın bәzi nöqtәlәrindә, еlәcә dә оndаn хаricdә dövlәtlәri оlub. Misir vә İrаn Fаtimilәri dә, İsmаili şiәlәri kimi dövlәtlәr qurmuşdulаr. Mоnqоl şаhlаrındаn оlаn Хоdаbәndә dә şiәliyi qәbul еdib vә Sәrbеdаrаn dа şiә оlub. Lаkin bunlаrın hеç biri şiә fiqhini әsаs tutаn vә şiәnin siyаsi nәzәrlәrinә hәttа аz dа оlsа еhtirаm qоyаn bir quruluşа mаlik оlmаq üçün şiә idеyаlаrını nәzәrә аlmаyıblаr. İlk dәfә Sәfәvi dövlәtindә şiә ruhаnilәrinә cәmiyyәtin siyаsi işlәrinin bir hissәsini әllәrinә аlmаq icаzәsi vеrilib.
Burаdа Sәfәvilәrin sоn dövrlәrinin, hаmısı özündәn әvvәlki аlimlәr- Mühәqqiq Kәrәki, Şеyх Bәhаi vә Mir Dаmаd kimi Sәfәvi dövlәti ilә әmәkdаşlıq еtmiş bir nеçә görkәmli аliminin tәrcümеyi hаlını şәrh еtmәzdәn әvvәl şiәnin siyаsi bахışlаrınа bir nәzәr sаlmаq lаzımdır.

RӘSUL CӘFӘRİYАN - SӘFӘVİLӘR TАRİХİ (ZÜHURDАN SÜQUTАDӘK) - III HİSSƏ

Şah Səfi və İkinci Abbas dövrü. Şаh Sәfi şаhlıq tахtındа.
Sәfi Mirzәnin оğlu Sаm Mirzә Şаh Аbbаsın оğul nәslindәn qаlmış yеgаnә şәхs idi. Şаh yаlnız оnun sәltәnәtinә ümid bаğlаyа bilәrdi. Аtаsının qаtilinin bаbаsı Şаh Аbbаsın nаhаq istәklәrdә оlduğunu düşünәn bu gәnc sәltәnәtә gәldikdәn sоnrа özünә аtаsının аdını götürdü vә «Şаh Sәfi» lәqәbi ilә mәşhurlаşdı. Оn sәkkiz yаş аstаnаsındа оlаn Şаh Sәfi оn dörd ilә yахın İrаnın idаrәçiliyini әlindә sахlаdı. Sәltәnәtinin bаşlаnğıcı h.q. 1038-ci ilin cәmаdiyus-sаni аyınа, şаhın ölümü isә h.q. 1052-ci ilin sәfәr аyınа (Kаşаndа) tәsаdüf еtdi. Ölümündәn sоnrа оnun qәbrinin gizli qаlmаsı üçün üç cәsәdi müхtәlif yеrlәrә- birini Nәcәfә, birini Mәşhәdә vә birini dә Qumа göndәrdilәr.
Şаh Sәfinin Sәfәvi sülаlәsinə münasibətdə cinаyәtlәri.
Şаh Sәfi öz аilә üzvlәrinә qаrşı yоl vеrdiyi cinаyәtlәrә görә tаriхin әn dаşürәkli şаhlаrındаn birinә çеvrildi. Bu хаsiyyәt оnа bir miqdаr ikinci İsmаyılın dаvrаnışındаn, hәmçinin еlә Şаh Аbbаsın özündәn kеçmişdi. О özünün оn üç il yаrımlıq hаkimiyyәti dövründә dеmәk оlаr ki, Sәfәvi nәslinin bütün üzvlәrini, әmirlәrin çохunu, hәttа öz аrvаdını vә qızını öldürdü, bu sülаlәnin аdınа еlә bir lәkә yахdı ki, оnu tәmizlәmәk qеyri-mümkündür.

RӘSUL CӘFӘRİYАN - SӘFӘVİLӘR TАRİХİ (ZÜHURDАN SÜQUTАDӘK) - II HİSSƏ

İkinci İsmаyılın hаkimiyyәt dövrü.
Sәfәvi sülаlәsinin üçüncü nümаyәndәsi оlаn Mirzә İsmаyıl h.q. 943-cü ildә Mоsulә tаyfаsındаn оlаn türkmәn qаdındаn dünyаyа gәlir. О, hәmin dövrdәn h.q. 954-cü ilәdәk аtаsının yаnındа qаlır vә Şirvаnа hаkim tәyin оlunduqdаn sоnrа оrаyа gеdir. İkinci İsmаyıl оrаdа döyüş qаydаlаrı ilә yахındаn tаnış оlur, sоnrаlаr аtаsı ilә birlikdә bir nеçә döyüşdә iştirаk еdir vә öz döyüş bаcаrığını büruzә vеrә bilir. Bеlә ki, h.q. 959-cu ildә Әrzurumdа İsgәndәr pаşа ilә Sәfәvi оrdusu аrаsındа gеdәn döyüşdә qızılbаşlаrа sәrkәrdәlik еdir vә qаlаdаn qırаqdа gеdәn döyüşlәrdә оnun rәhbәrlik еtdiyi qоşun türklәri mәğlub еdir. Bu qәlәbәdәn sоnrа İsmаyıl böyük nüfuz qаzаnmаğа bаşlаyır.
Bundаn sоnrа bеlә nәzәrә çаrpırdı ki, Tәhmаsibdәn sоnrа оnun yеrini tutа bilәcәk şәхslәrdәn biri dә mәhz İsmаyılın özü оlаcаqdır. Хüsusilә dә оnа görә ki, оnun tоy mәrаsimi böyük tәmtәrаqlа kеçmiş vә tаriхçilәr öz kitаblаrındа bu hаqdа әtrаflı mәlumаtlаr vеrmişlәr.

RӘSUL CӘFӘRİYАN - SӘFӘVİLӘR TАRİХİ (ZÜHURDАN SÜQUTАDӘK) - I HİSSƏ

ОN SÖZ. “Ölkәmizin hәm müstәqillik, hәm milli-dini cәhәtdәn fоrmаlаşmа, hәm dә dini mәdәniyyәtimizә tәsir qоymа bахımındаn mühüm dövrlәrindәn birini dә Sәfәvilәrin hаkimiyyәt dövrü tәşkil еdir. Sәfәvilәrin hаkimiyyәt dövründәn әvvәl İrаn pаrçаlаnmış bir dövlәt оlmuş vә оnun hәr bir guşәsi аyrı-аyrı ölkә vә tаyfаlаrın iхtiyаrındа оlmuşdur. Hәmәn dövrlәrdә bu ölkәni yа Şаm, yа Bаğdаd хilаfәti vә yа Оrtа Аsiyа türklәri vә mоnqоllаr idаrә еdirdi. Sәfәvilәrin fәаliyyәtinin bаşlаnmаsı ilә Şаh İsmаyıl özünün güclü qızılbаş оrdusu ilә İrаnı vаhid dövlәtә çеvirdi. Оnlаr çаlışırdılаr ki, аlimlәrin, әdәbiyyаtçılаrın, incәsәnәt хаdimlәrinin, sәnәtkаr vә әkinçilәrin kömәyi ilә bu ölkәdә vаhid vә sıх mәdәniyyәt mеydаnа gәtirsinlәr. Оnlаrın göstәrdiklәri sәy vә çаlışmаlаr о qәdәr yüksәk nәticә vеrir ki, әrаzisinin müәyyәn bir hissәsini itirmәsinә bахmаyаrаq İrаnı iki yüz оtuz il vаhid dövlәt şәklindә sахlаmаqlа yаnаşı, bu günün özünәdәk bu birliyin qоrunmаsınа sәbәb оlur. Bu isә Sәfәvilәrin İrаnа müstәqillik bәхş еtmәk uğrundа gördüklәri işlәrin оlduqcа böyük әhәmiyyәt kәsb еtmәsindәn vә İrаn әhаlisinә indinin özündә dә оndаn bәhrәlәnmәk imkаnın yаrаdılmаsındаn хәbәr vеrir.

Fəlakət kapitalisti – Corc Soros

Valentin Katasonov

Corc Soros Ukraynanın taleyində həll edici fiqurlardan biri olaraq qalır. İyun ayının əvvələrində onun prezident Poroşenko ilə olan elektron yazışmaları ortaya çıxdı. Bu yazışmalarda, Soros ABŞ istehsalı olan hücüm silahlarının Ukraynaya gətirilməsi, eyni zamanda Amerikalı instruktorlar tərəfindən ukraynalı hərbçilərin təlim keçmə planlarından bəhs olunurdu. Müasir dünyanın “ağaları” üçün Corc Soros, “maydanların” dövlət çevrilişlərinin və inqlabların əvəzolunmaz ustasıdır.
Forbes reytinqlərinə görə Soros planetin 30 ən zəngin adamından biridir. O maliyyə spekulyantı, biznesmen ve xeyriyyəçi olaraq tanınır. Bu üç sahə, onun davranışlarını və fəalliyətini formalaşdırır.
Sorosu çox vaxt “maliyyə sektorunun kimyagəri” adlandırırlar. Bunun səbəbi, onun 1992-ci ildə ingilis funt sterlingini məzənnədən salan “sehrli” əməliyyatıdır. O zaman oliqarxın qarşısında, İngiltərə bankı belə duruş gətirə bilmədi və Soros bir günün içində bir milyard dollar qazandı. Daha sonra bu işdə ona İsrail xüsusi xidmət orqanı olan Mossadın yardım etməsi ilə bağlı söz-söhbət ortaya çıxsa da o, sərvətini nəinki qoruyub saxlaya, eyni zamanda artıra da bildi.

Türkiyəli mütəxəssisdən sensasion açıqlamalar: "Azərbaycanda xəstələrə yalandan xərçəng diaqnozu qoyulur"

Hamdi Köçər: ”Azərbaycanda 2 mindən çox xəstə gördüm, bunlardan min nəfəri həkimlər əməliyyata yazmışdılar, amma 100 qadına əməliyyat lazım idi. Qalanlarının xəstəliyi yox idi”

Qəfil, iş saatında xəstəni qəbul etdiyi bir zamanda xəstəxanadan qovulan türkiyəli onkoloq Hamdi Köçərlə sosial şəbəkədə görüşdük. Ondan qovulmağının səbəbini soruşduq. Onun qovulmasının səbəbi, sən demə, onkologiyamızın dəhşətli durumu imiş. Həmdi Köçərin qovulmasına səbəb azərbaycanlı həmkarlarına tutduğu iradlar olub.


-Bu gün Azərbaycanda onkologiyanın vəziyyəti necədir?

-Azərbaycanda onkoloqlar xəstəni sağaltmağı deyil, daha çox dərman satmağı vacib bilir. Yəqin ona görədir ki, xaricidən gəlmə həkimlər yerli həkimlərdən çoxdur. Çünki yerli həkimlər onlara müraciət edən xəstələrdə qorxu yaradırlar. Bu yolla, artıq qorxudan hipnoz olmuş pasiyentə istədikləri qədər dərman sırıya bilirlər.

-Azərbaycanda həkimlər niyə görə pasiyentlərə daha çox döş xərçəngi diqanozu qoyurlar?

-Əslində dəqiq diqanozu patoloji mütəxəssis qoymalıdır. Öncə xəstəyə dəqiq diaqnoz qoymaq üçün xəstə orqanından analiz üçün iynə ilə toxuma alınır. Sonra bunu patoloji həkim analiz edir və xəstəyə diaqnoz qoyur. Əgər xəstə xərçəngdirsə, onu əməliyyat edirlər.


29.06.2015

85 YAŞLI KƏNDLİ KAPİTALİZMİ CƏHƏNNƏM ƏZABI ADLANDIRDI


Qusar rayonunun Hil kəndinin 85 yaşlı sakini Abuzər Şefatiyev mənimlə söhbətində bunları dedi: "Dünyada ən gözəl quruluş sosializmdir. Mən o quruluşda yaşamışam, faydasını da görmüşəm. Kəndimizin kolxozunda hamımız üşün yetərincə iş var idi. Vaxtı-vaxtında maaşımız, ilin sonunda mükafatımız, sanatoriyaya putyovkamız, balalarımız pulsuz təhsil alırdı. Bəs indi? Bu nə quruluşdur bizi bəlaya düçar ediblər? İş yeri yox, hara gedirsən pul... Vallah, bu kapitalizm cəhənnəm əzabıdır!"

Ədalət Abdinov

Побывавшие в Крыму украинцы, сожалеют что Путин не их президент

Украинские граждане, приезжающие на отдых в Крым, не смотря на транспортную блокаду, видят, что власть их обманывает, а люди на полуострове довольны своим положением. Об этом в эфире ток-шоу «Специальный корреспондент» рассказал крымский общественник Константин Кнырик. 
По его словам, вернувшись в разрушенную Украину из Крыма, жители этой страны сожалеют, что они не в России.
«Мы показываем, что в Крыму ситуация меняется – 20 лет там никто ничего не делал. Я понимаю, что украинцев съедает зависть, что у нас появился нормальный «Артек», что у нас приводятся в порядок дороги. Вас съедает зависть потому, что каждый приезжающий сюда украинец видит, что вы нагло лжете, что мы там не оккупированы, что мы довольны, что у нас все хорошо. И каждый приезжающий в Крым украинец говорит: «как жаль, что Путин и нас не забрал», — заявил Кнырик. /dosie.su/

Hilal müəllimin yadigarı


"Tolişi Sədo" qəzetinin baş redaktoru, fizika riyaziyyat elmləri doktoru, qanunsuz, saxta ittihamlarla, siyasi motivlərlə həbs olunan Hilal məllim Məmmədov son məhkəməsində bu təsbehi verdi mənə və "Cəmil bu məndən sənə yadigardır. Zindandan sağ salamat çıxandan sonra da səndə görüm bunu" dedi. O vaxtdan bu günə kimi bu təsbehi saxlamışam.

Cəmil İmanov

Qaşqailər


İrani-qədimin mərkəzində Sədilərin, Hafizlərin məcqəti-rəsi olan Şirazın ətrafında fars məmləkətinin ta göbəyində milli həyatlarını heç dəyişdirməksizin yaşayan bir türk eli vardır ki, iranlıların belə bir çoxu onların türk olduğunu və yaxud oralarda kiçik bir "Türkistan" bulunduğunu bilmiyorlar. Bu məqaləmdə sizə kəndi qardaşlarımdan ayrı düşərək unudulan və bütün türk aləmincə məchul qalan bu "Türkistan"ı anladacağam. Bunlar ilk məqaləmdə bir-iki sətirlə keçdiyim qaşqailərdir.

28.06.2015

В Москве состоялась встреча талышской молодежи с поэтом Али Насиром


Сегодня 28 июня 2015 года Талышское Объединение Российской Федерации "Талышия" провела встречу молодежи, на которую в качестве почетного гостя был приглашен духовный лидер талышского народа, выдающийся поэт - Али Насир.

AYƏTULLAH ŞEYX ƏHMƏD PAYANİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Görkəmli islam alimi Ayətullah Şeyx Əhməd Payani özünün elmi və əməli məqamı ilə islam aləmində tanınmışdır. O, 1928-ci ildə Azərbaycanın Yardımlı məntəqəsində Hamarkənd adlanan kəndində dindar bir ailədə dünyaya gəlmişdir.

27.06.2015

Qədim şəkillərimdən biri


Oğlum və qızlarım ad günümə sürpiz ediblər- qədim şəkillərimdən birini xalçaya köçürdüblər. Bu şəkil mənə ona görə əzizdir ki (həm də məni kövrəltdi) o vaxt anam sağ idi, dünyam analı idi, saçlarım da qaralığın itirməmişdi...

Zahir Əmənov

24.06.2015

"Да мы все вместе взятые не стоим двоих этих русских!"


Записи из дневника немецкого солдата, погибшего под Сталинградом.
В опубликованном дневнике немецкого солдата, воевавшего в составе группы армий «Север». Он рассказывает о случае, произошедшем с ним в самом начале войны в июле 1941 года:

Oleq Platonov - Amerika niyə məhv olacaq?

Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə doğulduqları üçün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanaları da məhz belə insanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də onsuz da bir insan kimi mə᾽nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi sə᾽yləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq.

SİQH AYİNİ


Siqh ayininin banisi Nanak adlı bir şəxsdir. Nanakın tərcümeyi-halı və onun bu dini necə yaratması barədə əsas informasiya mənbəyi “Canamsakhi” və ya həyat hekayələri adlı kitablar toplusudur. Bu toplu siqhlərin müqəddəs kitabı olan Qrantdan sonra ən mühüm və ən mötəbər mənbədir. Bu sahədəki bitərəf kitablarda daha ətraflı məlumat olmadığına görə bu məlumatların doğruluğuna bir o qədər də əmin olmaq olmaz.

Hikmət sahiblərinin dediklərindən


◘Bir həkim (hikmət sahibi) başqasına yazıb: “Öz hesabını çəkən kəs fayda əldə edər, hər kəs özündən qafil olsa zərər görər”.

◘Loğmana dedilər: “Sən filan qəbilənin nümayəndəsi deyilsənmi? Dedi: “Bəli.” Dedilər: “Nə səbəbə bu məqama çatmısan?” Dedi: “Düz danışmaq, əmanətdarlıq, boş-boş işlərdən çəkinmək, göz yummaq, dilini saxlamaq və möhkəm xasiyyətli olmaqla. Hər kəs bunlardan azına malik olsa məndən aşağıdır. Hər kəs bunlardan çoxuna malik olsa məndən yuxarıdır. Hər kəs bu dərəcədə olsa mənimlə bərabərdir.”


MÜCTƏBA HATƏMİ LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx Müctəba Hatəmi Lənkərani Nəcəfi islam alimləri arasında böyük fəqih, mütəfəkkir və görkəmli din xadimi kimi tanınmışdır. Alimlər arasında fiqh, üsul, hədis və kəlam elmlərində islam alimlərinin özəyi hesab edilir. Ayətullah Lənkərani hazırkı məhşur islami şəxsiyyətlərin çoxunun ustadı hesab olunur. Görkəmli din xadimi mərceyi-təqlid Ayətullahul-üzma Mərəşi Nəcəfi, ondan hədis və rəvayət nəql etmək icazəsini almışdır.
 Lənkərani 1898-ci ildə Nəcəfi-Əşrəf şəhərində dindar bir ailədə anadan olmuşdur. Mənəvi bir mühitdə dünyaya gələn Lənkərani atasının təlim-tərbiyəsi altında boya-başa çatır. O, atasının yolunu davam etdirərək İslam dininin müqəddəmə (ibtidai səth) dərslərini ondan öyrənir. Orta din təhsilini isə tanınmış alimlər- Ayətullah Hacı Əbul Məhdi Kəlbasi və Ayətullah Mirzə Əli İrəvaninin dərslərindən bəhrələnməklə ələ gətirir.

23.06.2015

Армения ещё может отделаться малой кровью: последовательность евразийского выбора

Валерий Коровин

Возможность государственного переворота в Армении вполне вероятна. Это произойдёт, если Армения начнёт сомневаться в правильности выбранного евразийского пути. Любое колебание тут же ставит крест на режиме, который начинает сомневаться. Колебания Януковича стали роковыми для него. Если Армения будет настаивать на своём евразийском выборе, то она устоит.
В столице Армении в течение нескольких дней проходят протесты против повышения тарифов на электроэнергию. Лидер армянской оппозиционной партии «Наследие» Раффи Ованнисян заявил, что действующая власть «должна быть немедленно и полностью отстранена». 23 июня Армянское сообщество активистов «Нет грабежу» призвало граждан вновь собраться на митинг.

"Ruhanilərə və məddahlara söyləyin bundan sonra Qasim(ə) rövzəsini oxumasınlar"


Ayətullah Xamenei prezident olan vaxtı iqamətgahı tərk edən zaman bir nəfərin "Cənab prezident! Cənab Xamenei! Sizinlə görüşməliyəm!" sözlərini eşidir. Ayətullah Xamenei mühafizəçisini göndərir ki, görsün nə məsələdir. Mühafizəçisi qayıdıb deyir ki, Ərdəbil kəndlərinin birindən olan 12-13 yaşlı bir yeniyetmədir ki sizinlə görüşmək istəyir. Ayətullah Xamenei deyir icazə verin gəlsin, hələ vaxtımız var.

Kredit borcunu ödəyə bilmədi intihar etdi

Xocavar kənd sakini İbrahim adlı şəxs aldığı pulu banka ödəyə bilmədiyindən özünü tüfənglə vuraraq, öldürüb

Dünən səhər saatlarında Masallı rayonunda dəhşətli intihar hadisəsi qeydə alınıb. JAM.AZ-a verilən məlumata görə, rayonun Xocavar kənd sakini İbrahim adlı şəxs (soyadını dəqiqləşdirməyə çalışırıq-red.) səhər saat 09:00 radələrində özünü ov tüfəngi ilə vurub. Açıdığı atəşdən sonra hadisə yerində keçinib.
Onun özünə qəsd etməsinə səbəb isə kredit borcu ilə bağlı olub. JAM.AZ-a verilən məlumata görə, İbrahim adlı həmin şəxs bir müddət əvvəl qızını köçürmək üçün bankdan 2000 dollar kredit götürüb. Devalivasiyadan əvvələ təsadüf etdiyindən aradakı fərq onun ödənişlərinə təsir etməyə başlayıb.
Bank rəsmiləri isə hər gün ona zəng edərək, pulu geri qaytarmasını istəyiblər. Hətta Masallı sakinini hədələyərək, evini əlindən alacaqlarını bildiriblər. İşin maraqlı tərəfi odur ki, İbrahim aldığı kreditin böyük bir qismini qaytarıbmış. Sadəcə, bankdan davamlı olaraq zənglərin gəlməsi və təhdid dolu sözlərdən bezən İbrahim bütün qohumları ilə görüşüb.

22.06.2015

Alimlərin dediklərindən bə`ziləri

◘Dini onun vaizi olmayan kəsə moizə fayda verməz. Fəsadı sevən qiyaməti sevməz. Hər kəs öz əkdiyini biçər və öz əməlinin cəzasını çəkər. Öz bədəninin sağlamlığı və dünəninin asayişi səni məğrur etməsin, çünki, ömrün müddəti qısa, bədənin sağlamlığının həmişəlik olması isə mahal (yə`ni qeyri-mümkün).

◘Nəfsani istəklərinə uyan şəxs dinini dünyasına satıb. Elmin səmərəsi əməldir. İnsanların ən yaxşısı odur ki, şəhvəti dinini xarab etməsin. İnsanların ən yaxşısı odur ki, hərisliyi qəlbindən çıxarsın və Allaha itaət yolunda öz həvayi-nəfsi ilə müxalifət etsin. Paxıl öz ne`mətlərinin qoruqçusu, varisin isə anbardarıdır. Tamahkar şəxs təqvadan bəhrələnməz.

◘Ne`mət əlinə gələn zaman çox sevinən şəxs müsibətə tab gətirməz. Lazımsız danışıqdan çəkin ki, gizlin eyibləri aşkar edər, yatmış düşməni isə oyadar. Hər kəsin danışığı onun əql və fəzilətini mə`lum edər. Elə isə gözəl söz danışana köməklik göstər və az sözə qane ol. Kişini danışığı ilə tanıyarlar, əməli ilə tanıtdırarlar. Sözünü möhkəm, əməlini tə`rifə layiq et. Çoxdanışan adam ürək sıxıcı olar, simic dilənçi isə məhrum.


"Yaxın gələcəkdə Azərbayacan cəmiyyəti öz dini, mədəni və tarixi kimliyindən qırılacaq"

"Ramiz Mehdiyevin kitab yazmaq məsələləri adi bir məsələ deyil və onun arxasında sionist rejimi dayanır"

Bakı rəsmilərinin öz rəngini itirmiş tarixi təhrif etmə siyasətlərinin tənqidi- Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru ilə müsahibə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhrifə yol verdiyi və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tərəfindən çap edilmiş "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabında Nadir şahı türklərin şahı kimi təqdim etmişdir və Azərbaycanın bəzi universitet rəhbərləri də bu kitabı təsdiq etmişdir. Həmçinin, Yaqub Mahmudov və Gövhər Baxşəliyeva öz nəzərlərini açıqlamaqla tarixin saxtalaşdırılmasına və təhrifinə yol vermişlər. Bu mövzuya və bundan qabaq da Azərbaycan ölkəsində tarxin təhrif edilməsinə diqqət etməklə AzərAran irəli gəlmiş suallara cavab almaq üçün Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru doktor Əhməd Fərşbafiyan ilə müsahibə aparmışdır. Müsahibə aşağıdakı kimidir:


İŞİD-dən görülməmiş dezinformasiya - Azərbaycana qarşı

Azərbaycandakı sabitliyi pozmaq üçün fürsət axtaran bəzi saytlar yenə bir xəbəri uyğun olmayan surətdə yozublar. Belə ki, Türkiyənin netondə fəaliyyəti qadağan olmayan və rahat fəaliyyət göstərən İŞİD terror qruplaşmasına bağlı "Ənfalmedia" adlı sayt Gəncədə azyaşlı uşaqların başlarının kəsilməsi xəbərini kökündən dəyişərək ölkədə sünni və şiələr arasında qarşıdurma yaratmaq məqsədilə daha bir yalanına imza atıb.
"Şiələr iki sünni uşağın başını kəsdi" başlıqlı xəbərdə İŞİD terrorçularının saytı yazır: "Gəncənin Beşyol ərazisində sələfilərin kirayə tutduğu bir evə iki maskalı şəxs hücum edib. Evdə olan 4 uşaqdan ən kiçik ikisinin (1 və 3 yaşında) başını bıçaqla kəsməklə qoparıblar. İranın dəstəklədiyi bir şiə təşkilata mənsub olduğu ehtimal edilən 2 qatil isə yoxa çıxıb".
İŞİD saytı öldürülənlərin sələfi ailəyə məxsus uşaqlar olduğuna görə, Azərbaycan mediasının bu olaya gözünü yumduğunu da əlavə edib.

21.06.2015

Путин снова под атакой

Николай Стариков

Читаю эту новость за обедом. Любой неподготовленный человек может запросто поперхнуться: Выступая в Петербурге на международном экономическом форуме, бывший министр финансов, но действующий либерал, сказал следующее: «Мне кажется, нам нужно, если мы приближаем выборы Госдумы, приблизить выборы Президента и объявить новую программу реформ, которую легче проводить, имея мандат доверия на её проведение».
Это как? Что имеется ввиду? То есть, самому успешному руководителю России, имеющему индекс поддержки от населения более 85% необходимо, по версии Кудрина, зачем-то переподтверждать мандат доверия от народа для проведения «новой программы реформ»?
В связи с этим возникает несколько вопросов.
Первый. Какой уровень поддержки необходим, если более 85% недостаточно? 100%? 95%? 90%? Где та граница, за которой «кредит доверия» будет соответствовать необходимому «новому мандату»?

Россия сможет ударить по противнику с обратной стороны Земли

Америка шпигует Европу оружием и изобретает для этого все новые удивительные поводы.
Американские Black Hawk высаживают десант на польский полигон Жагань. Цель — захватить плацдарм. С воздуха их поддерживают истребители F-16 бельгийских ВВС. Подкрепляют атаку германские "Боксеры" и "Леопарды". Так коллективные силы НАТО отрабатывают операцию под громким называнием "Благородный прыжок". В чью сторону репетируют "прыгать", не скрывают. Учения — у самых границ с Россией. А Польша уже давно просила усилить свой военный контингент.
"Мы готовы к приему новой военной техники и оборудования и ждем только разрешения Вашингтона", — заявил министр обороны Польши Томаш Семоняк.
И вот дождались. США объявили, что размещают дополнительное вооружение сразу на нескольких европейских базах НАТО: в Польше, Румынии, возможно, в Болгарии и Венгрии, в прибалтийских странах.

ABŞ Türkiyəni terrorizimin “Ana yol”u adlandırdı

ABŞ “Ölkələrin terrorizm” hesabatını mətbuata açıqladı. Hesabatda deyilir ki, bu il İŞİD terrorçularına 90 ölkənin vətəndaşı qoşulub.
Eyni zamanda hesabatda Türkiyənin əcnəbi döyüşçülər üçün “ana yol” olduğu bildirilib. O cümlədən, Ankaranın xarici terrorçuların yuvası halına gətirilən Liviya kimi ölkələrə viza sitemi tətbiq etməməsinin belə problemlərə yol acdığı vurğulanıb.
İslaminsesi.org-un xarici mənbələrə istinadən verdiyi xəbərə görə, Vaşinqtonun bu il hazırladığı 388 səhifəlik hesabatda ölkələrə görə təsnif edilən bir çox bölümdə İŞİD-in faaliyyəti Türkiyəyə aid məsələ kimi göstərilib.
Hesabatın giriş hissəsində deyilir ki, 2014-cü ildə qlobal terrorizmin önəmli xətti İŞİD-in Suriya və İraqda analoqu olmayan tərzdə torpaq işğal etməsi gözlənilməz idi. İŞİD-ə qatılmaq üçün dünya müqyasında xariçi döyüşçü axını oldu.
Qərbdə qəddarlıq təbliğ edən radikal dinçilərin tərəfdarlarının sayının artması da müşahidə edildi. 

Əhli-Sünnə və Şiələrin vəhdəti məntəqədə Sələfilərin yox olmasına səbəb oldu

Bu qardaşlar Dağıstan, Çeçenistan şiələridir. Tehranda tanış olduq. Sonra Məşhədə İmam Rza ə.s-ın mübarək hərəminə qədər, ordan da Tehrana qayıdana qədər bir yerdə olduq. Söhbət arasında Timur adlı qardaş bir faktı dedi: Əhli-Sünnə və Şiələrin vəhdəti məntəqədə Sələfilərin yox olmasına səbəb oldu.

İsa Lənkərani

Səudiyyə Ərəbistanındakı rejimin dünyadan gizlədilən dəhşətli qətliamı

Səud hökumətinin açıqladığı bir hesabatda bu cür yazılır: "İslam dinindən çıxan bir zümrə 1 məhərrəm 1400-cü il səhər namazından istifadə edərək, soyuq və odlu silahla Kəbəyə hücum etdilər."
Bu xəbərdən dərhal sonra xarici işlər naziri Səud əl-Feysal bu zümrəni "radikal" və "dəli" adlandırdı: "Radikal və dəlilərdən ibarət bir qrup Kəbəyə hücum etdilər..."
Səud vəliəhdi isə təhqirlər lüğətinə yeni sözlər əlavə edərək, "manyaklar", "din və vətən düşmənləri" kimi ifadələrlə düşüncələrini açıqladı.
Şahzadə Misal bin Əbdüləzizin düşüncəsi isə bu idi: "Kəbə hadisəsi İslama qarşı edilən xaçlı hücumlarının bu günə çatan davamıdır."
Bəli... Bəs həqiqətdə hadisə necə idi? Cəmiyyətdə "Kəbə hadisəsi", "Kəbə basqını" kimi ifadələrlə dilə gətirilən aksiyanın mahiyyəti, iç üzü və qəhrəmanları kimlər idi? İddia və elan edildiyi kimi bir qrup "manyak" və "İslam dinindən cıxmış" "pozğun" "xaçlı hücumlarının davamı" kimi Kəbəyə hücum etmiş və bu müqəddəs məkanı ələ keçirmişdi?

Müəllimin əməkhaqqı qatır quyruğu kimidir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -24

Afladdin Əliyev: Bəziləri bizim bədbəxtçiliyimizin səbəbini Rusiyada görür. Məncə bəzi qüvvələr bunu bilərəkdən düşünülmüş formada efirə buraxırlar. Qaldı Rusiyanın çökməsinə, Vəfa Quluzadə də çox gözlədi, təəssüf görmədi, bizim içimizdəki bicbalalar hansı quvvələrə işləyirlər özləri bilər, amma çox güman ki, onlarda nə vətən sevgisi, nə də millət sevgisi var, sırf amerikosların çürümüş kapital mafiyasına qulluq edənlərdir. Müstəqil, azad- bu sözlər həqiqətən də uydurma şeylərdir. Bizim işimiz isə qalıb Allaha.
A kişi bizə rus lazımdı: Kişinin çoxarvadlı olması geridəqalmışlıq, qadının bir neçə kişisi olması azadlıq və demokratiya adlanır.
Qəhrəman Mövlanov: Türkiyədən başqa bütün bəşəriyyət bizə düsməndi.
Ruslan Fərzəliyev: Türkiyə Cümhuriyyətindǝ ilk seçki isǝ 1950-ci ildǝ, yǝni Cümhuriyyət qurulandan 27 il sonra keçirildi. O da Stalinin Qars vilayətini bütünlüklə Türkiyə Cümhuriyyətindǝn qoparib Sovet Imperiyasina birləşdirmək təhlükəsindən qorunmaq üçün NATO-ya üzv olmaq zərurəti əmələ gəldikdə. NATO-nun bir neçə əsas tələbinin içində çoxpartiyalı quruluşa keçib hökumətin yalnız seçkilər vasitəsi ilə dəyişməsi olduğundan Türkiyyə Cümhuriyyəti çoxpartiyalı quruluşa keçməyə məcbur oldu.

Əmirəl-mö`minin Əli ibn Əbutalibin (ə) hikmətli kəlamları

◘Şəxsin imanı andlarından mə`lum olar. Qardaş odur ki, çətinlikdə qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi onun qızılından üstündür.

◘Borcu ödəmək dindarlıqdan irəli gəlir (dindarlığın əlamətidir.) Öz qadın və övladına ədəb öyrətməklə onlara fayda ver. Pis insanlara yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları eyiblərin casusudurlar. İnsanların asayişi (insanların malından) ümidsiz olamaqdadır.

◘Çətinlikləri gizli saxlamaq kişilikdir. Ata-anaya yaxşılıq insanın əvvəlcədən özü üçün göndərdiyi yaxşılıqdır. Səbirdən sonra özünə qələbə müjdəsi ver. Malın bərəkəti zəkat verməklə artar. Öz dünyanı axirətə sat ki, xeyir götürəsən. 

◘Mö`minin Allah qorxusundan ağlaması gözünün nurunu artırar. Xeyir işi tez yerinə yetir ki, arzuna çatasan. İnsanın qarnı onun düşmənidir. Cümə axşamı və şənbə günlərinin səhəri bərəkətdir.


HİNDUİZM


MƏQSƏDLƏR VƏ YOLLAR. Qədim hinduizmin (brahmanizm) ictimai, konseptual, ideoloji əsasları barədə danışarkən bu ayinin əsas ideoloji prinsiplərinin caynizm və buddizm tərəfindən kəskin tənqid olunduğunu, onun əleyhinə çıxıldığını və brahmanizm ardıcıllarından çoxunun caynizm və buddizmə meyl etdiklərini qeyd etmişdik. Brahmanizmin digər iki dindən fərqli olaraq, heç vaxt vahid təsisçinin qayda-qanunları çərçivəsində, konkret bir istiqamətdə və məhdud, inzibati metodları olmamışdır.

MƏHƏMMƏD CƏFƏR ŞİRVANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Görkəmli alim və fəqih Mövla Məhəmməd Təqi Şirvani zəmanəsinin dəyərli alimlərindən və Əllamə Məhəmməd Baqir Məclisinin yüksək istedadlı şagirdlərindən biri olub. İsfahan şəhərində yazıb yaratmışdır. Onun əsərlərindən Şəhid Saninin “Təliqətun ələl- Məsalik” kitabına yazdığı haşiyəni qeyd etmək olar. Onun Şeyx Məhəmməd Təqi Məhəmməd oğlu Şirvani adlı bir oğlu olub, o da atası kimi böyük islami şəxsiyyətlərdən biri kimi tanınıb. Alimin oğlu Şeyx Məhəmməd Cəfər Şirvani də Şəhid Saninin “Məsalik” kitabına haşiyə yazanlardan biridir. Şeyx özünün bu dəyərli elmi kitabı ilə tanınıb. Alimin həyatı haqqında bundan artıq mə`lumat yoxdur.

Mənbə: Faiq Vəli oğlu

ALİ-SƏUDUN (SƏUDİYYƏ SÜLALƏSİNİN) TARİXÇƏSİ

Ali-Səud kimlərdir və onların əsil-nəsəbi, nəsli kimə çatır?
Bilmək lazımdır ki, Ali-Səudun bir zahiri, bir də batini (həqiqi) nəsəbi vardır. Zahiri nəsəbi hal-hazırda təbliğ olunan nəsəbdir. Guya onlar uzun müddət yarımadada sakin olan Ənzət ibni Vailin nəslindəndir. Amma onların əsil və həqiqi nəsəbləri tamamilə başqadır. Yarımadanın yaşlılarının etiqadlarına görə Ali-Səudun zahiri nəsəbi yalan və qondarmadır. Onlar rüsvayçılığın qarşısını almaq üçün bu məsələni məxfi saxlamışlar. Şübhəsiz, bu yaşlı ağsaqqalların dedikləri həqiqətə daha yaxındır. Çünki onlar şəxsən müşahidə etdikləri mətləbləri deyir və yaxud öz ata-babalarından nəql edirlər. Yarımadanın yaşlıları deyirlər ki, Ali-Səud ərəb olmayan və öz nəsəblərini ərəblərə aid edən bir ailədəndir. Onların dediyinə görə, Ali-Səud sülaləsinin əsli yəhudi olub babalarının adı Mordxay İbrahim (Avraam) Muşadır. Məsələ belə olmuşdur: Bu şəxs ticarət məqsədləri üçün ərəb ölkələrinə səfər etmişdi. Amma adının yəhudi adı olduğu üçün çoxlu çətinliklərlə üzləşmişdi.

VƏHHABİLƏRİN CİNAYƏTLƏRİNDƏN NÜMUNƏLƏR

Vəhhabilər İslam və müsəlmanlara qarşı çoxlu cinayət, müsibət və faciələr törətmişlər. Tarix onları rüsvay etmiş, azad qələm sahibləri o müsibətlərdən bəzi nümunələri gələcək nəsillər üçün yazıb saxlamışlar.
Vəhhabilərin hökuməti möhkəmdiriləndən sonra, İslam ölkələrinə hücum edib təzə “dini” qəbul etdirmək üçün güclü bir qoşun yaratmağa başladılar. Bu hücumlarda onların iş və rəftarları hikmət və məntiq əsasında deyildi; monqol-tatarlar kimi vəhşiliklərə, qətl və qarətə əl ataraq şəhərlərə yürüş edir, qabaqlarına çıxan hər kəsi öldürür, böyük-kiçiyə rəhm etmirdilər. Biz burada yüzlərlə cinayətdən təkcə iki nümunə gətirməklə kifayətlənirik.
İLK CİNAYƏT. 1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar.

ƏBDÜLLAH MƏHƏMMƏD: VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

MÜƏLLİFDƏN. Mənə Allah Evinə müşərrəf olub Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və məsum imamların (Allahın salamı onlara olsun) məzarlarını ziyarət etmək səadəti nəsib oldu. Bu səfərdə çoxlu hadisə və çətinliklərlə qarşılaşdım, qəribə hadisələri müşahidə etdim. Bu hadisələrin yazılıb nəşr olunması zəruri bir məsələ idi, çünki bunlar mənim və digər hacıların qəlbini yaralamışdı.
Həccdən qayıdanda görüşümə gələn dost-tanışdan bir neçəsi bu səfərdə gördüyüm hadisə barəsində soruşdular. Mən də gördüklərimin bir qismini onlara danışdım. Sonra təklif etdilər ki, bu müşahidələri yazılı şəkildə həm İslam, həm də qeyri-İslam dünyasına təqdim edəm. Bu təklifi bəyəndim və qərara aldım ki, səfərdəki müşahidə və xatirələrimin bir qismini Allah rizası üçün çap etdirəm.
Bu kitab həcc səfərində müşahidə edib qarşılaşdığım hadisələrin xülasəsidir. Ola bilsin ki, mənim Hicaz (Ərəbistan) hakimlərindən gördüklərimdən daha pisini görənlər də olsun.

"Тюрьма без стен: мы все - заключенные в государстве американской полиции"

"Человек может не сидеть в тюрьме... быть свободным от физических ограничений, и при этом чувствовать себя психологическим пленником, которого вынуждают думать и действовать так, как того хотят представители государства или какого-то частного лица... Для него стены его тюрьмы невидимы, и он верит, что свободен ", - писал Олдос Хаксли в известном антиутопическом романе "О, дивный новый мир!".
Это описание применимо и к современной действительности, считает Джон В. Уайтхед, колумнист блогосервиса Lewrockwell, основатель некоммерческой правозащитной организации, известной как Институт Резерфорда. Его портал публикует также материалы Патрика Бьюкенена и Рона Пола, которые неоднократно приводила Правда.Ру. Он переносит это высказывание на текущую американскую действительность.

Rusiyalı politoloq: Azərbaycan BMT-də verdiyi səsin cəzasını çəkəcək

“Mən Azərbaycan üçün çox önəmli olan bir fikri dəfələrlə demişəm: bütün postsovet ölkələrinin ərazi bütövlüyünün yeganə qarantı Rusiyadır. Əgər Rusiya bunu istəməsə, onların ərazi bütövlüyü pozulacaq. Hələ ki, Rusiya Azərbaycanın Qarabağla bağlı hüquqi tələblərini dəstəkləyir. Amma Rusiyadan kənarda yeni “böyük qardaş” tapmaq cəhdi vəziyyətin dəyişməsinə səbəb ola bilər. Azərbaycan, Ermənistan, Moldova da Ukrayna və Gürcüstan kimi dağıla bilərlər”.
Azvision.az bildirir ki, bu sözləri vesti.az-a müsahibəsində rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.
“Rusiya ilə qarşıdurmaya gedən heç bir postsovet öllkəsi indiki sərhədləri daxilində mövcudluğunu davam etdirə bilməyəcək. İndikindən kiçik sərhədlər daxilində qalacaq. Həm de-yure, həm də de-fakto. Bu, geosiyasi qanundur. Kim bu qanuna qarşı çıxmaq istəyirsə, qoy, yoxlasın”,- deyə Duqin bildirib. 

Yardımlı. Alar mənzərələri




Melik Bextiyaroglu


Kəndoba


Təbrizdən 50 kilometr uzaqlıqda Kəndoba kəndi yerləşir. Buradakı evlər dağın ətəyindən başına kimi mağaralarda yerləşir. Kənddə elə mağaralardan ibarət gözəl otel və su hovuzu da var. Dünya üzrə nadir məkanlardandır. Bir növ Xınalığı xatırladır.

20.06.2015

DOKTOR Lİ SALK - KAŞ VALİDEYNLƏRİM BİLƏYDİ! (Valideynlər üçün)

Doktor Salk Nyu-York xəstəxanalarından birində uşaq psixologiyası şö`bəsinə başçılıq edir. O, bu sahə üzrə məşhur mütəxəssisdir və Kornel universitetində professordur.

BİRİNCİ FƏSİL: Adi psixoloji çətinliklər.
İnsanların öz psixoloji sağlamlıqlarına münasibətdə nigarançılıqlarının artması gerçəklikdir. Əksəriyyət mənim bu iddiamı təəccüblə qarşılasa da, Amerikada xəstəxana çarpayılarının yarıdan çoxunu ruhi xəstələr tutur. Onlar məcburi surətdə təbii həyatdan və cəmiyyətdən ayrılmışlar. Onların ailələri də əzab içindədir. Ailədə yeri olan insandan uzaq düşmək çox üzücüdür
Müxtəlif büdcələrdən ruhi xəstələrin saxlanması və müalicəsi üçün ayrılmış vəsaitlərin həcmi insanı heyrətə gətirir. Bu sahədə mütəxəssislərə olan ehtiyac da çox böyükdür. Hazırda bu sahədə çalışan mütəxəssislər uyğun ehtiyacın yalnız on faizini təşkil edir. Əgər Amerikadakı bütün həkimlər, psixoloqlar, ictimai fəallar, qəyyumlar bu işə qoşularsa, yenə də ehtiyac ödənməz. Bu say cəmiyyətin ehtiyacına cavab vermir və müalicə üçün lazım olan üsulların tə`limi çox vaxt aparır. Psixi xəstələr tərəfindən baş verən faciələr, başqalarına yetirilmiş fiziki xəsarətlər, onların həddi aşmış tündməcazlıqları çox kədərləndiricidir.