31.05.2011

Yeni kitablar


İbrahim Sel                    Professional Oxucu Liqası


YEŞİM AĞAOĞLU, “ÖZLƏM ŞƏHƏRLƏRİ”
AZƏRBAYCAN TƏRCÜMƏ MƏRKƏZİ, “DÜNYANIN SƏSİ”
SULTAN MƏMMƏDOV, “MASONLUQ: DÜNYANI İDARƏ EDƏN QÜVVƏ”                    

 YEŞİM AĞAOĞLU, “ÖZLƏM ŞƏHƏRLƏRİ”. Çağdaş Türk şeirində nələr var, ən avanqard imzalar kimlərdir? Ədəbi yaradıcılıqla yaxından ilgisi olan insanları bu suallar hər zaman düşündürüb, həmin imzaların Azərbaycanda tanıtdırılması üçün müəyyən səylər göstərilib. “Azad Yazarlar Ocağının kitabxanası” seriyasından işıq üzü görən Türkiyəli gənc müəllif  Yeşim Ağaoğlunun “Özləm Şəhərləri” adlı şeirlər kitabı modern Türk şeirinin müasir durumunu gözlər önündə canlandırmaqdan ötəri ən yaxşı nümunə sayıla bilər.
 Yeşim Ağaoğlu tanınmış Azərbaycan düşünəri və siyasi xadimi Əhməd bəy Ağaoğlunun nəvəsidir. İstanbulda anadan olub, İstanbul Universiteti Ədəbiyyat Fakultəsi Arxeologiya bölümünü bitirib, İstanbul İletişim Fakultəsi Radio-TV-Sinema bölümündə yüksək ixtisas qazanıb. 18 yaşından bəri şeirləri çeşidli ədəbiyyat və sənət dərgilərində yayınlanır. Liman yayınlarında çıxan 5 şeir kitabının müəlifidir. Beynəlxalq PEN yazarlar Dərnəyinin və BESAM-ın (Biim və Ədəbi Əsər Sahibləri Məslək Birliyi) İdarə Heyətinin üzvüdür. 1996-cı ildən başlayaraq müxtəlif sənət cərəyanlarını birləşdirmək yoluyla sənət çalışmalarını sürdürür. Bu qəbildən olan sənət əsərləriylə Nyu-Yorkda, Polşada, Daşkənddə, Sofiyada, Bakıda və dünyanın bir çox başqa xarici ölkələrində düzənlənən sənət festivallarında iştirak edib.
 2004-cü ilin noyabr ayında Bakıda Rəssamlar Birliyində açılan 1-ci Beynəlxalq Postmodern Sənət Sərgisində video, fotoqraf və enstalyasion çalışmalarıyla iştirak edib.
 Yeşim Ağaoğlunun şeirlər ktabının Bakıda nəşr olunması təsadüfi olmayıb onun Azəbaycanla başlanan sənət ilişkilərinin davamı kimi qiymətləndirilməlidir. Bundan əvvəl Yeşimin şeirləri “Alatoran” dərgisində dərc olunmuş, onun yaradıclığı üzərinə geniş bir məqalə bu dərgidə yayınlanmışdı.
 Qeyd edək ki, kitabın təqdimatı ilə bağlı Bakıda Yeni Galleri İncəsənət mərkəzində görüş də keçirilmişdir. Azad Yazarlar Ocağının keçirdiyi bu tədbirdə Yeşim Ağaoğlu Türkiyədən qonaq gəlmişdi və Ağaoğlu nəslinin Bakıdakı digər nümayəndələri də iştirak edirdiər.
 AZƏRBAYCAN TƏRCÜMƏ MƏRKƏZİ, “DÜNYANIN SƏSİ”. Tərcümə dünyaya, başqa ədəbiyyatlara, mədəniyyətlərə açılan nəfəscikdir. Ayrıca götürülmüş əlahiddə mədəniyyət olmadığı kimi, əlahiddə ədəbiyyat da yoxdur: ədəbiyyatlar bir-birini qarşılıqlı surətdə zənginləşdirir, bütövlükdə söz sənətinin inkişafına təkan verirlər.
20080104-Books.png
 Azərbaycan tərcümə sənəti zaman-zaman pərakəndə də olsa, başqa ədəbiyyatlardan ustalıqla çevrilən əsərlərlə zənginləşib. Sözün əsl mənasında, klassik tərcümələr səviyyəsinə yüksəlmiş bü sür çevirmələr elə indi də sevə-sevə oxunmaqdadır. Orijinalın ruhunu, üslubunu, poetikasını əsl sənətkarlıqla saxlayaraq dilimizdə “səsləndirən” istedadlı qələm adamları bununla mübaligəsiz ədəbiyyatımıza böyük xidmət göstərirlər.
 Azərbaycan Tərcümə Mərkəzi dünya xaqlarının əsərlərini bir topluda sizə təqdim edir. “Dünyanın səsi” adlanan bu topluda həm Qərb, həm də Şərq ədəbiyyatı verilib. Bu əsərləri milli dildə oxuduqca xoş ovqat yaranır, müxtəlif sivilizasiyalarla tanış olur, ayrı-ayrı insanların həyatını izləyirsən. Onların hisslərini, düşüncələrini sən də yaşayırsan.
 Kitaba ABŞ ədəbiyyatı örnəklərindən Sitven Kinqin, Con Steynbekin, Trumen Kapotenin, Donald Bartelmin və Süzen Zontaqın kiçik həcmli hekayələri daxil edilmişdir. Bu ədəbiyyatla tanış olduqca Amerikanın hekayələrə hopmuş qaynar həyatını sezməmək mümkün deyil.
 Verilmiş bədii nümunələr arasında Stiven Kinqin “Yük maşınları” hekayəsi öz dolğunluğu, hadisələrin sürətli inkişafı və bədii təsiri ilə digər nümunələrdən əsaslı fərqlənir. Trumen Kapotenin “Miriem” hekayəsində isə, əksinə dəniz susqunluğu, həzinlik və bir qədər də hüzn hökmfərmadır.
 Kitabda ailə-məişət mövzusunda Brayne Qlenvill, Penelopa Cillit, Bill Nauton kimi ədiblərin hekayələri verilsə də, Ronald Dalın “Ailə Pansionu” və Qrem Qrinin “Son söz”ü öz işığı ilə digər əsərləri kölgədə qoyur. Hekayə oxucuda vəsiyyət, ömür haqqında yekun qənaəti doğurur.
 Norveç ədəbiyyatından verilmiş bədii seçmələr o qədər də yüksək təəssürat oyatmasa da, Eyvin Bolstadın “Ekiztayı” hekayəsi maraqlıdır. “Ekiztayı” ilə yazar hər bir insanın içində olan ikinci “mən”i ustalıqla nəzərə çarpdıra bilmişdir. Zənnimcə, ümumən Norveç ədəbiyyatı qəlbə bir rahatlıq bəxş edir.
 Kitabda Natiq Səfərovun gözəl tərcüməsində rus ədəbiyyatından dəyərli bədii nümunələr verilmişdir. XX əsr rus ədəbiyyatının görkəmlilərindən Andrey Platonov, Vasili Şukşin, A.Belov və başqalarının hekayələri düşünməyə çağırır və oxucuya böyük zövq verir. A.Platonovun “Üçüncü oğul” və “Dəmir qapı” hekayələrində rus məsumluğu, Şukşinin “Canavarlar” hekayəsində isə ibrətamizlik qabarıqdır.
 Yapon ədəbiyyatı sanki insanın daxili aləmindən, düşüncələrindən, yaşadığı mühitdən səthi yazır, lakin diqqətli oxucu təqdim olunan yazıçıların mətnaltı mənalarını, demək istədiklərini aydın sezə bilər. Bu cəhətdən Fumio Nivanın “Yadlar” və Yasinari Kavabatanın “Gölməçədə əks olunan ay” hekayələri səciyyəvidir. Bu əsərlər insanın daxili aləmini çox da xırdalamır, lakin önəmli olan məqamlar daha düzgun çatdırılır.
 Zunnun Əyyubun “Namus”, Əli Şalakın
Başqasına quyu qazan”, İsa ən-Nəurin “İzdivac” hekayələrində ərəb xalqının həyatı, yaşadığı mühit, qoyulan din və əxlaq münasibətləri, qanunlar bədii əksini tapmışdır.
 Türk ədəbiyyatının nəhəngi Əziz Nesindən burada seçmələr var. Ümumiyyətlə, oxuyacağınız “Beş qollu çılçıraq”, “Xalis şotland parçası”, “Xoşbəxtliyimə görə sənə minnətdaram” hekayələri onun satirik qələminə vurğunluğunuzu bir daha artıracaq. Əziz Nesində sonluq gözləniməz olur; yazıçını başqalarından fərqləndirən cəhət də odur ki, hekayənin nə ilə bitəcəyni bilmirsən.
 Türk ədəbiyyatının digər nümayəndələri Burhan Aypadın “Bəyanat”, Fəxri Erdincin “Havayı tabut”, Ömər Seyfəddinin “Hündür dabanlar”, “Rüşvət” kimi hekayələri mövzu baxımından başqalarından seçilməsələr də, oxucuda xoş ovqat oyadırlar.
 Hər bir xalqın ədəbiyyatından az-çox həmin xaqın mədəni irsini, intellektual potensialını, ədəbiyyatının inkişaf səviyyəsini görmək olur. Maraqlı cəhətlərdən biri də budur ki, Şərq ədəbiyyatının nümunələri tamamilə bir-birindən fərqlənir. Bu da ondan irəli gəlir ki, ədəbiyyat fərdi və fərqli düşüncələrdən ibarətdir.
 Son olaraq qeyd edim ki, oxucu “Dünyanın səsi”ni əlinə alıb bu kitab vasitəsilə dünya ədəbiyyatına ani də olsa ekskursiya edə bilər. Demək, kitabı oxumağa dəyər. Zənnimcə, “Dünyanın səsi” tərcümələr kitabı ədəbiyyat oxucularının hər birinin rəfində olmalılardan biridir.
 “Dünyanın səsi” yaradıcııq və filologiya fakultələrimiz üçün müasir dərslik rolunu da oynayır və gənc yazarlarımız oradakı hekayələrdən müxtəlif dekonstruksiyalar hazırlaya bilərlər.
 Bu gözəl kitaba görə, ürəyinin yağını əridərək oradakı hekayələri tərcümə edənlərin hamısına, o cümlədən Azərbaycan mədəniyyətinin inkişafı üçün böyük işlər görmüş Afaq xanım Məsuda “Çox sağ olun!” deyirik. “Əxlaq gözəlliklərini yerinə yetirməyə layiq görünən elçilərə, sərhədləri və var-dövləti qoruyanlara allahın köməyi olsun” (Abasqulu ağa Bakıxanov).
 SULTAN MƏMMƏDOV, “MASONLUQ: DÜNYANI İDARƏ EDƏN QÜVVƏ”. İnsanlar tarix boyu dünyanı, baş verən ictimai, siyasi və mədəni prosesləri idarə edən gizli qüvvələr haqqında məlumat almağa böyük maraq göstəriblər. Neçə yüz illər ərzində üzə çıxan mistik ədəbiyyat nümunələri bu sonsuz insan marağının bariz nümunəsidir. İlk genişmiqyaslı gizli təşkilatların yaranmasını pifaqorçuluq, Solomon (Süleyman) peyğəmbərlə bağlasalar da, XVIII yüzilin əvvəllərində masonluğun meydana çıxması bu marağın daha da artmasına səbəb oldu. Təxminən iki yüz il ərzində beynəlxalq mason təşkilatlarının fəaliyyəti ilə bağlı yüzlərlə kitab yazılmış, dövri mətbuatda saysız-hesabsız məqalələr çap olunmuşdur.
 Mason barədə materiallar bütün KİV-lərdə çox böyük maraq kəsb edir. Qəzetdə publisist təxəyyülünə istinad edərək çox uzağa getməyə nə var ki! Burada canlı süjetə ehtiyac duyulmur. Publisistlər hissiyata qapılıb bəzən masonun elə bir obrazını yaradırlar ki, masonların özü də heyrət edər. Onun gücünün-qüdrətinin həddən artıq şişirdilməsi masonun işinə çox yarayır. Ona bağlılığı hiss edilən hər hansı bir məsələ qarşısında çoxlarının dizi əsir. Dünyanın ən qüdrətli bir beynəlxalq iqtisadi-siyasi təşkilatının həm də ən gizlin və tam məxfilik pərdəsi altında qorunması ilə onun barəsində bunca genişliklə materialların dərc edilməsi bəzən sanki heç də təkcə mətbuat orqanının öz maraqlarından irəli gəlmir. Məlum olur ki hər ölkədə masonun lojaları, bu lojaların dərəcələri və onların nəzarəti altında bir sıra mətbuat orqanları fəaliyyətdədir.
 Masonun ali məqsədi dünya ağalığıdır. O, dünyanın hər yerinə əli çatmadan bunu edə bilməyəcəyini düşünür. İnsanlarda ona qarşı qorxu və nifrətlə yanaşı rəğbət doğuracaq bir sıra səbəblər də var. Bu birinci növbədə masonun iqtisadi və siyasi qüdrətindən irəli gəlir. Böyük qüdrətə inamı isə masonun ictimai şüurda öz mifini yarada bilməsi oyadır. Bəzən KİV-də ona aid olmayan və keçmişdə sahibsiz qalmış böyük hadisələrin, inqilabların, qiyamların, çevrilişlərin arxasında da guya ki masonun durduğu təbliğ edilir. Bu isə ona müqavimət göstərmək iddiasına düşən dövlətləri, masona bağlılığı güman edilən cinayətkarlara münasibətdə ən obyektiv müstəntiqləri və mason üzvü barədə hökm verməli olan prokuror və hakimləri çəkindirir. İctimai şüurda həmçinin ən böyük yaradıcı uğurlara məhz mason üzvlərinin və ya onların tapşırıqlarına boyun əyən müğənni, aktyor və ya yazıçıların nail olduğu çatdırılır. Masonu dünyanı qarışdıran, yəhudi xalqının ən üstün durumunu bərqərar etmək istəyən, dünyanın əhali sayını idarə edə bilmək üçün onu dərəcələrə bölən, 2-ci, 3-cü dərəcəli hesab etdiyi xalqların, millətlərin məhvinə çalışan, son iki yüz ilin bütün inqilab, çevriliş və müharibələrinin səbəbkarı olan, dünyanın əksər ölkələrini rəsmən və ya qeyri-rəsmi olaraq idarə edən, prezidentlərin seçiminə razılıq  verən, istədiyi adamları ucaldan, istəmədiklərini vəzifəsindən asılı olmadan məhv edən və ya dünyada insanların qardaşlığını, barış və sülh içərisində yaşamasını nizamlamağa iddialı olan və bunu demokratiya adı altında düzənləyən bir təşkilat kimi tanıyırlar. Amma o əslində budurmu? Bəlkə bundan daha betər və çox fərqli bir təşkilatdır. Əldə etdiyimiz kitab, qəzet və elektron vasitələr arasında suallar və cavablar çoxdur. Bunun hansı mif, hansı həqiqətdir? 
 Tanınmış ictimai xadim, ziyalı, sabiq millət vəkili, Milli Məclisin komissiya sədri olmuş Sultan Məmmədovun “Masonluq: Dünyanı idarə edən qüvvə” kitabı da məhz bu suallara cavab tapmaq cəhdi nəticəsində meydana çıxmışdır. Sultan Məmmədovun bu kitabında oxuduğu araşdırmalara, dövri mətbuatda və internet saytlarında yer alan materiallara əsaslanaraq Azərbaycan oxucusunun bu tarixi fenomenə marağını təmin etməyi qarşısına məqsəd qoymuşdur. Kitabda mason təşkilatının yaranmasından əvvəl mövcud olan gizli biliklər haqqında məlumat verilir, masonluğun tarixi, ayrı-ayrı ölkələrdə təşəkkül tapması, hiss olunmadan cəmiyyətin həyatına, şüuruna və mənəviyyatına təsir göstərməsi, bütövlükdə masonluğun mahiyyəti, ayrı-ayrı lojaların quruluşu və fəaliyyəti, görkəmli şəxsiyyətlərin masonluqla əlaqəsi haqqında söhbət açılır. C.Vaşinqton, C.Buş, Z.Bzejinski, M.Qorbaçov, E.Primakov, Y.Lujkov, E.Şevardnadze, B.Berezovski, A.Saxarov, B.Ecevit, Ə.Sadat kimi siyasi fiqurların əslində, mason ideyalarının daşıyıcıları olması oxucular üçün maraqlıdır.

Tural Qul


Yeni səslər

MƏNDƏN KƏNAR MƏN

İncə duyğulara yolum gödəlir,
Canıma birləşir, məndən kənar mən!
Xəyallar gözümün gərçəkləridir,
Gözümə görünür, məndən kənar mən!

Bu mənlik indi də pillələrimdə –
Eşqin pilləsində, eşqin izində.
Azad bir sevdaya üsyan edincə,
Əsirə alınır, məndən kənar mən!

Yoxdumu burda da, heç mənə inam?
Yoxdumu burda da, heç mənə vicdan?
Xəyallar içində dedim ki asan,
Xəyala verilir, məndən kənar mən!

Daşımaz bu yükü insanca ağlım,
Daşısa, gizlərmi ürəyi ağlım?
Gərək mənliyimi geriyə alım,
Rəbbin önündədir, məndən kənar mən!


MƏNDƏN AYRILIB

Gecənin içində gecələyirəm,
Yuxumun mənası məndən ayrılıb.
Zəlzələ içində silkələnirəm,
Sözümün mənası məndən ayrılıb.

Baxdığım hər şeydən baxılmış keçir,
Dediyim hər şeydən deyilmiş keçir.
Qırılmış, yıxılmış, vurulmuş keçir...
Gücümün mənası məndən ayrılıb.

Gecənin içində gecələyirəm,
Gündüzün mənası məndən ayrılıb.
Ayın çevrəsində çevrələnirəm,
Günəşin mənası məndən ayrılıb.

Səmada bir gəmi, yelkənli gəmi –
Gəzdirsin həm məni, həm də ki, səni.
Bax burda gözəldir sevginin qəmi,
Sevgimin mənası məndən ayrılıb.

MİLLİ KİTAB MÜKAFATININ QALİBLƏRİ İYUNUN 4-də ELAN OLUNACAQ



İyunun 4-də Milli Kitab Mükafatı (MKM) qaliblərin elan olunacaq. Mərasim saat 12-də “Park İnn” hotelinin “Dan Ulduzu” zalında başalayacaq. Bu mövsüm MKM-ə 112 əsər təqdim olunub. Martın 31-də ən yaxşı 10 əsər qiymətləndirmə üçün münsiflər şurasına verilib.

Münsiflər şurasının üzvləri Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, alim Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, professor Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadədir.
1-ci yerin üç min, 2-ci yerin qalibi iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika yazıçının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə 1000 manat məbləğində mükafat verəcək. “Mkm.az” saytındaki internet səsverməsinin qalibi xüsusi diplom alacaq. Qaliblərin əsərləri çap olunacaq.

MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

"Media forum"

QƏZƏL...


Mahitəvan Əsədbəyli

Yüz il əsiri-hicr ol- əfsanə deməzlər !
Namərdlərin iznindəsə, mərdanə deməzlər!

Eşq zəncirini boynuna bağlarsa bir aşiq,
Biganə olarlar, " Bu ki divanə !"- deməzlər!


Yar vəslinə zülmətləri yar, atəşə çarpıl,
Yan,..yan da yakıl, heç sənə pərvanə deməzlər!

Qan ağlasa qəlbin, kimə nə -- sevməz olaydın,
" Düşsün səni al qanə salan qanə !"- deməzlər !

Yazsan sözünü ən qəni, ən dürlü məramla,
Ey Mahitəvan, şah sözə " Şahanə !"- deməzlər!..

Barat Vüsalın dözümsüzlüyü…


 Hikmət Carçılı
...Mən yazmağa yeni yeni başlayanda, ilk ürək çırpıntılarımı ağ kağız üzərinə köçürəndə bütün qazaxlılar kimi Səməd Vurğuna oxşamağı göz önünə almışdım ki, mən də mütləq Səməd Vurğun olmalıyam; mən də Azərbaycan şeiri yazmalıyam, mən də onun kimi bir qıza vurulub eşqimin daşa dəydiyini görüb yanğılı – yanğılı şeirlərlə camaatın könlünü bulandırmalıyam, mən də onun kimi Puşkindən tərcümələr etməliyəm, “Ulu Öndər” adına mükafata layiq görülməli və ən nəhayət prezidenti mədh edib xalq şairi adını almalıyam.
Və mən bütün qazaxlılar kimi düşünüb də Barat Vüsalın iqamətgahına getməyə bilməzdim. Mənim oraya getməyim də Səməd Vurğunla bağlı oldu. Qazaxın simvolu Səməd Vurğunun 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərin birində onunla tanışlığımız başladı.
Və o gündən etibarən Qazax rayonunun sanki dahi kimi qəbul etdiyi Barat Vüsalın dizinin dibini kəsdirməyə. Necə deyərlər mən həm də o gündə etibarən özümü artıq bir dahi yazarın nəzələri altında yetişməkdə olan gələcəkdə ədəbi aləmdə öz sözü olacaq bir yazar kimi bala-bala yazmağa başladım.
Nə yazırdım el basa-basa Çaylı kəndindən rayon mərkəzinə Barat Vüsalın hüzuruna gəlirdim. Oxuduğum şeirlərin əksəriyyətini daxilində səmimiyyət yoxdur deyə neçə dəfə mənə cırdırıb atdırıb ki, bala o şeirdə ki, səmimiyyət olmadı, o şeirdə ki, söz oyunu olmadı, o şeirdən ki, Səməd Vurğun şeirinin iyisi gəlmədi apar ocaq çatanda vur gözünə ki, ocağını alışdırsın.
Dediyim kimi Baratın gənc şairlərə (onun sözünə böyük bir dühanın dilindən tökülən dür kimi baxanlara) əsas məsləhəti Hüseyn Arif səmimiyyəti, Səməd Vurğun dilinin şirinliyindən qaçmamaq olub. Belə götürəndə ədəbiyyatda dil, səmimiyyət gözəl şeydir. Bunun üçün Barata minnətdar olmaq olar ki, bizdən (mənim kimi hər şeir yazanda hüzuruna qaçan gənclərdən) ədəbiyyatda əsas amil kimi qəbul olunan şeyləri məsləhət görüb.
Lakin, belə bir sual verək ki, AYB-nin Qazax zona filialının sədri, Xəlil Rza Ulutürk mükafatını almış, Qazax toylarının gülü-çiçəyi, şairi Barat Vüsal tələb etdiyi səmimi şeiri və yaxud məqaləni biz gənclərdən hər hansımız yazan zaman dözə bilirmi?
Gəlin, oradan başlayaq ki, mənim bu sualı verməyimə səbə olan zad nə oldu, necə oldu ki, mən Baratın səmimiyyətə dözümsüzdür qənaətinə gəldim. Əhvalat belə olub. Saytların birində “halına ağlamaq lazım Qazax yurdunun” sərlövhəli bir yazı yazmışdım ki, əslində Qazax şairlərinin qələminin bir orduya bərabər olduğundan danışılsa da, burada vəziyyətin heç də Bakıda yaşayan qazaxlı ziyalıların təqdim etdiyi kimi parlaq deyil. Misal üçün, filial zəif işləyir, Barat Vüsalın apardığı iş fəaliyyətində razı deyiləm, yazılan yazılar sadəcə aşıq ədəbiyyatının şeir janrlarında ola bilir, ondan o yana getmir, heç ildə bir dəfə bir şairin belə kitabı çıxmır, kitabı çap olananlar da nəşriyyatın pulunu sələmçilərə ağız açıb sələm almaqla verir.
Buna misal olaraq çox uzağa getməyəcəm. Mən özüm qonşumuzdan sələm götürüb çap etdirmişdim kitabımı. Mənim kimi neçə bədbəxtdə Baratın və Bilal Qocanın (filialın ədəbi məsləhətçisi) qandırmalarına uyub kitab çıxarmağa qalxmışlar...
Bu yazı çıxandan üç ay sonra məni filiala çağırdılar ki, bu nə yazıdır yazmısan. Bizim əməyimizi niyə yerə vurursan. Adam belə edərmi, bəs biz sənin şeirlərini dinləmişik öz məsləhətlərimizi vermişik, hətta bizim məsləhətlərimizlə və mənəvi dəstəyimizlə sənin kitabın çıxıb.
Söhbət buraya gələndə heç cür dözə bilmədim. Bomba kimi açıldım nə açıldım. Təxminən bu sözləri dedim ki, mənim kitabım çıxmamalıydı, siz dönə-dönə təriflədiniz, bir sözlə qandırdınız ki, pay atonan ayə, sən dahiymişsən,səndən hələ bizim filiala gəlməyib. Kitab çıxandan sonra isə oxuyanlar dedilər ki, bu kitab çox zəifdir və hətta bu kitabda elə şeirlər getmişdir ki, gələcəkdə həmin ş.eirlərin mənə minus ola biləcəyini də nəzər və diqqətimə çatdırdılar. Sizə şeir oxumağıma və məsləhət almağıma ( elə məsləhətlər ki, bir çoxu məni hələ də məni yaşda gənc yazarlardan geridə qoyur) gələndə isə mən şeir oxumağa, ədəbi məsləhətlər almağa qaz idarəsinə və yaxud dəlixana müdirinin yanına gedəsi deyildim ki. AYB-nin filialına gəlməliydim da.
Budur, səmimiyyətə dözümsüzlüyü Barat Vüsalın.
Bu söhbətlərdən sonra evə zəng etmək, məni yanımaq.. Nə bilim filan, filan....

Sabahın fəlakəti yaxud, təhsil ocaqlarını necə tərbiyə edək?


image
Məktəbi bazara çevirənlər başda məktəb direktorları olmaqla elə müəllimlərdir

«Oxutmuram əl çəkin!» Allah sənə qəni-qəni rəhmət eləsin Mirzə! Necə gözəl demisən. Bu gün Azərbaycanın təhsil sahəsində baş verənlərin şahidi olsaydın bəlkə bundan da gözəl sənət əsərlərin yaranardı. İndi uşağını oxutmaq istəməyənlərin sayı günü-gündən artır. Axı biçarələr nə etsinlər bahalaşmanın sürətləndiyi bir vaxtda ayı ən azı 150 azn-ə başa gələn məktəbdə necə uşaq oxutsunlar? Heç qazancları bu qədər deyil. Süpürgəçinin pulundan tutmuş məktəbin təmirinin puluna qədər valideynlər ödəməlidilər axı. Hələ fond pulunu müəllimlərin dilləri ilə istədikləri rüşvəti, imtahan pullarını demirəm. Maraqlıdır, bəs görəsən ilin sonunda hər bir məktəbin təmiri-bərpası üçün ayrılan pullar kimin cibinə gedir???

Danılmaz bir faktdır ki, ölkədə təhsil sistemi önəmli və taleyüklü sahələrdən biridir. Gələcəyin savadlı, bacarıqlı insanlarının yetişməsinin taleyini məhz bu sistem həll edir. Amma bu gün orta məktəblərdə təhsildən başqa nə desən görə bilərsən. Müəllim şagirdlə alver edir, şagird müəllimə qonşularının qızı ilə filankəsin oğlunun romanını, qapıçı isə direktorla «yeni ulduz»dan danışır, şagirdlər bir-birlərilə yeni aldıqları paltarları müzakirə edirlər və daha nələr-nələr. Dərs nədir, maariflənmək nədir? Elm öyrənmək nədir? Bu cür hallar Azərbaycan məktəbləri üçün yaddır. Nəzəri-diqqətinizə çatdırım ki, bu şəraiti yaradanlar, yəni məktəbi bazara çevirənlər başda məktəb direktorları olmaqla elə müəllimlərdir. Bunun da başlıca səbəbi var. Məlumdur ki, istər kasıb, istər dövlətli istəyir ki, övladı savadlı olsun, orta təhsilini bitirib ali məktəbə daxil olsun. Yəni bir sənətin sahibi olsun. Amma məktəblərdə dərs keçirilmədiyinə görə uşaqlarını əlavə məşğul olmaq üçün müəllim yanına göndərirlər. Hər hazırlaşdırdığı uşaqdan azı 50 azn alan müəllimin nəyinə lazımdır ki, məktəbdə özünə əziyyət verib dərs keçsin? Elə oturub «şou biznes»dən danışar də. Onsuz da məktəbdən maaşını alır. Ayda azı 10 uşaq da hazırlaşdırsa, nəyinə bəs deyil?

Xülasə bu gün Azərbaycanda təhsil sisteminin vəziyyətindən fəhlədən tutmuş yüksək çinli məmurlara kimi xəbərdardırlar. Çünki, ən azından bütün təbəqənin insanların övladları sözügedən məktəblərdə «təhsil» alır. Amma nə dinən var nə də danışan. Əgər əvvəllər uşaqların tərbiyəsi ilə məktəblərdə daha ciddi məşğul olurdularsa, indi olan–qalan tərbiyə də məhz tədris ocaqlarında pozulur. Bir məktəbdə ki, üzdəniraq «ulduzların» şəxsiyyəti, yüngül şoular gündəlik mövzu ola, orda hansı tərbiyə və təhsildən danışmaq olar axı? Bu gün soyuqqanlılıqla, əhəmiyyət vermədiyimiz, sadaladığım bu problemlər sabah bizim üçün fəlakətlər gətirəcəyindən xəbər verir. Odur ki, bir çarə qılmaq lazımdır!

Şahzadə Gül                                      salaminfo.az 

İBNİ FAZİL KİMDİR?

             İlk kağız fabrikinin yaradılması müsəlmanların adı ilə bağlıdır



Bu günlərdə bir məqlə hazırladım - "Qərbi Qərb edən İslam alimləri" adında. Məqalədə çox ciddi iddialar var idi ki, orada adları hallandırılan İslam alimlərinin kəşflərinin xaçlı hücumları zamanı oğurlandığı, daha sonra isə onların avropalı alimlərin adına yazılmasıdır. Oxucular bu haqda daha geniş məlumat verilməsini, həmin İslam alimlərinin kimliyi barədə ətraflı danışılmasını istəyirlər. Elə bu məqsədlə də bəzi araşdırmalar aparılmasını zəruri hesab etdim və bacardığım qədər həmin şəxslər barədə yazmağı qərara aldım.

İbni Fazil 739 - 805-ci illər arasında yaşamış bir alimdir. 12 əsr əvvəl ilk kağız fabrikini quran vəzirdir.
Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya ibn Fazil və ya sadəcə əl-Fazil adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb.
Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib.
İbni Fazil, Harun xəlifə olunca vəzirliyə gətirilib. Ona geniş imkanlar verilib. 17 illik vəzirliyi əsnasında Abbasi İmperatorluğuna böyük xidmətlər göstərib.

ƏN BÖYÜK XİDMƏTİ

İbni Fazilin heç şübhəsiz ən böyük xidməti, dünya tarixində ilk dəfə kağız fabrikini qurmasıdır. Gutenbergin 1450-ci ildə mətbəəni yaratmasına ilham verəcək kağız fabrikini 794-cü ildə Bağdadda qurub.
Bu kağız fabrikinin yaradılması isə bütün dünyada yeni bir dövrün başlanğıcı olub.

KAĞIZI ÇİNLİLƏRMİ İCAD EDİB?

Bəzi qaynaqlarda kağızın ilk dəfə 105-ci ildə Çində tapıdığı yazılıdır. Hətta daha əvvəl Şumerlərdə lövhə deyilən kərpic, misirlilərdə qamışdan hazırlanmış papirus və Yaxın Şərqdə dəridən hazırlanan perqamentə rast gəlindiyi bildirilir. Lakin bunların heç biri az tapılmasına və çox bahalı olmasına görə yayılmayıb. Buna görə də İslamiyyətin yaranmasına qədər insanlar düşündüyünü və bildiyini doğru-dürüst yazmaqdan məhrum olub.

Ancaq 751-ci ildə, Səmərqənddə yaşayan müsəlmanlar, çinlilərlə əlaqə yaradıblar. Onlardan kağız istehsalını öyrəniblər. Onların heç cür inkişaf etdirə bilmədikləri və yaya bilmədikləri kağız sənayesini canlandırıblar. Çinlilər kimi yalnız ipək baramasından deyil, kətan və pambıq lifindən zərif və ağ kağızlar emal ediblər və bunu yaymağa başlayıblar.

Xəlifə Mənsur (754-755) da bu vaxt dövlət idarələrində Misirdən idxal olunan papirusun istifadəsini qadağan edir, yerinə müsəlmanların gətirdiyi və inkişaf etdirdiyi pambıqdan hazırlanan ucuz kağızdan istifadəni əmr edir.

Daha sonra vəzir İbni Fazil də kağızı daha ucuz hazırlamaq və elmin yayılmasına yardım etmək məqsədiylə 794-cü ildə ilk kağız fabrikini yaradıb.

Nə çinlilərin ipəkdən hazırladığı kağızı, nə misirlilərin papirusu, nə qədim anadoluluların perqamenti, nə şumerlərin kərpici, yeni icad edilən bu kağız qarşısında duruş gətirə bilmədi.

Hətta bu barədə fransız filosofu Gustav le Bon kağızın yeni bir mədəniyyət başlanğıcı olduğunu bildirərək belə söyləyir: "Perqamenti sıradan çıxarmış kitab kağızını müsəlmanlar icad ediblər. Əgər İslam mədəniyyətinin kitab, barıt və kompas kimi mirasları əlimizin altında olmasaydı, bizim intibah dövrünün necə bir şey olacağını göz önünə gətirməliyik."

Libri isə daha açıq danışır: "Tarixdən müsəlmanları silsəniz, elmi intibah əsrlərlə geridə qalmış olar."

İbni Fazilin bu müvəffəqiyyəti, kağız sənayesinin inkişafını təmin edib. Daha sonrakı illərdə Şamda və Liviyada kağız fabrikləri yaradılıb. Suriya, Misir, Tunis, Fas, İspaniya və nəhayət Avropa bir neçə əsr 1sonra bu qığılcımlardan faydalanıb.
Paris İslam İnstitutunun professorlarından olan Jacques Risler, "La Civilisaton Arabe" adlı əsərində, "İslamiyyətin Avropaya gətirdiyi ən xeyirli nemətlərdən birinin də kağız olduğuna şübhə yoxdur", - deyir. İlk kağız fabrikinin 794-cü ildə Bağdadda yaradıldığını söylədikdən sonra, onu 900-cü ildə Misirin istifadə etməyə başladığını, 1100-cü ildə Fasa keçdiyini, Avropada həqiqi kağız üzərinə yazılan ən qədim sənədin Siciliya kralı Rogerin arvadı tərəfindən 1109-cu ildə yazıldığını bildirir.

Elm tarixi araşdırıcısı Will Durant da, "Mədəniyyət Tarixi" adlı əsərinin "İman Çağı" hissəsində, kağız fabrikinin 794-cü ildə ilk dəfə Harun ər-Rəşidin vəzirinin oğulu Fazil tərəfindən yaradıldığını bildirir. Avropaya keçidini də belə izah edir: "Kağız emalı metodu müsəlmanlar tərəfindən Siciliya və İspaniyaya gətirilib. Oradan Fransa və İtaliyaya keçib. Miladdan sonra 105-ci ildən etibarən Çində istifadə edildiyini gördüyümüz kağızı, 707-ci ildə Məkkə, 800-ci ildə Misir, 950-ci ildə İspaniya, 1100-ci ildə Bizans, 1102-ci ildə Siciliya, 1228-ci ildə Almaniya və 1309-ci ildə isə İngiltərəyə qədəm qoyub."

Kağızın emalı, elmin yayılmasını asanlaşdırdı. Bol bol kitablar yazıldı, kitabxanalar yaradıldı. Kağız fabrikinin yaradılmasından keçən yüz il ərzində isə təkcə Bağdadda yüzdən artıq kitab dükanı açılmışdı.

Aqil Mehdi

POLİSLƏRƏ EYNƏK TAXMAQ QADAĞAN OLUNDU

Polislərə günəş eynəyi taxmaq, siqaret çəkmək və telefondan istifadə etmək qadağan olunub




Vyetnamda iş vaxtı polislərin eynək taxması, siqaret çəkməsi və telefondan istifadə etməsi qadağan olunub. FaktXeber.com-un “Tuoi Tre” qəzetinə istinadən verdiyi məlumata görə, bu qərar, tünd eynək taxmış bir polisin siqaret çəkən halda rüşvət almasını əks etdirən klipin internet saytlarında yayılmasından sonra verilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçən həftə verdiyi qərara əsasən, polislər vəzifə başında olarkən, söhbət edə bilməyəcək, kitab və qəzet də oxuya bilmiyəcəklər.

ƏRDOĞANIN KORTEJİNƏ YENƏ HÜCUM EDİLDİ

            Baş verən hadisə nəticəsində baş nazirin cangudənlərindən biri yaralanıb


FaktXeber.com-un "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə baş naziri Ərdoğan, Hopa mitinqindən sonra bəzi qruplaşmalar onun kortejinə  daş atmağa başlayıb. Bu zaman baş nazirin avtobusunun üstündə olan cangüdən yıxılaraq, arxadan gələn maşının altında qalıb. Təhlükəsizlik qüvvələri hadisələri qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açıb. Yaralanan cangüdən xəstəxanaya aparılıb.

AZƏRBAYCAN NATO-ya ÜZV OLACAQMI?

Mayis Güləliyev: "Mən deyərdim son 20 il ərzində Azərbaycanın xarici siyasətində ən düzgün olan addımı budur ki, ölkə olaraq heç bir hərbi bloka qoşulmayasan və region ölkələrilə yaxşı münasibətlərə üstünlük verəsən"




Barak Obama Praqa səfərində çıxış edərək NATO-ya və AB-yə üzv olmayan ölkələri həmin təşkilatklara üzv olmağa çağırıb. Bu ölkələrin əsasən keçmiş Sovet respublikalarının altı ölkəsi - Ermənistan, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan və Azərbaycanın olduğu bildirilir. Ümumiyyətlə, Azərbaycanın həmin təşkilatlara üzv olmasının mümkünlüyü və nə dərcədə ölkəyə faydalı olacağı barədə FaktXeber.com-a açıqlama verən Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev bunları söylədi:

“Azərbaycan və Cənubi Qafqaz ölkələrinin NATO-ya qəbul edilməsi arzu olunan hal deyil. Hər şeydən əvvəl ona görə ki, bu ölkələr kifayət qədər kiçik regionda yerləşirlər. Digər tərəfdən, bu ölkələrin yerləşdiyi regionlar münaqişəli ərazilərdir. Bu ölkələrin NATO-ya qəbul olunması üçün praktiki olaraq heç bir zərurət yoxdur. Ona görə ki, bu ölkələr ən azından qonşu ölkələr tərəfindən təhlükəyə məruz qalmır. Baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfilikti mövcuddur, lakin bu ölkələrin heç bir halda xarici ölkələr tərəfindən hücuma məruz qalan ölkələr deyil. Yəni qonşu ölkələr tərəfindən bu ölkələrin suverenliyinə heç bir təhdid yoxdur. Digər tərəfdən, bu ölkələr NATO-ya daxil olsalar belə, özlərinin regional konfliktlərini həll etmək üçün NATO-dan istifadə edə bilməzlər. Çünki etnik konfliktlərin həlli məsələsində NATO nizamnaməsinə əsasən NATO qüvvələrindən istifadə oluna bilməz. Başqa cəhətdən NATO qüvvələrinin Cənubi Qafqaz ölkələrində yerləşdirilməsi qonşu ölkələrin geniş narazılığına səbəb ola bilər. Xüsusilə Rusiyanın və İranın sərhədləri yaxınlığında regiondan qat-qat uzaq olan bir ölkənin hərbi baza yerləşdirməsi haqlı olaraq həm Rusiyanı, həm də İranı narahat eləyə bilər. Çünki heç kəs özünün kandarında region ölkələrinə aid olmayan hərbi qüvvələrin yerləşdirilməsinə razı ola bilməz. Region ölkələrinin NATO-ya daxil olmaq üçün atdığı hər hansı bir cəhət, region ölkələr tərəfindən ciddi narazılıqla qarşılana və bu da Azərbaycanın regionda nüfuzuna cidd zərbə endirə bilər. Başqa bir məsələ Azərbaycanın “Qoşulmayanlar hərəkatı”na üzv olması ilə bağlıdır. Azərbaycan artıq bu hərəkata üzv olmaq üçün imza atıb və haqlı olaraq hər hansı bir hərbi alyansa daxil olmağa üstünlük verməyib. Mən deyərdim son 20 il ərzində Azərbaycanın xarici siyasətində ən düzgün olan addımı budur ki, ölkə olaraq heç bir hərbi bloka qoşulmayasan və region ölkələrilə yaxşı münasibətlərə üstünlük verəsən. Azərbaycanın bu yolu seçməsini müvəffəqiyyətli bir addım kimi qiymətləndirmək olar.” 

OSMANLI İMPERİYASININ ƏSL ÇÖKÜŞ SƏBƏBİ

                                     Osmanlı padşahlarının anaları kim olub?



Yəqin ki, çoxları Osmanlı İmperiyasının əsl çöküş səbəblərini bilmirlər. Tarixçilər bu səbəbləri müxtəlif yöndən izah etsələr də, əsl məqama heç vaxt diqqət etməyiblər. Üçüncü Osmanlı Padşahı I Muradın atası Orxan Qazidən başlayaraq, demək olar ki, heç bir Osmanlı Padşahının anası və ya həyat yoldaşı türk əsilli olmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, Osmanlı Padşahlarının böyük əksəriyyətinin qanında türk qanı olmayıb. Bu qanlar yunan, gürcü, yəhudi, fransız, bolqar, hətta erməni qanları ilə qarışıb. Və qarımış qanlarda da vətən sevgisi get-gedə arxa plana düşərək, eyş-işrətə geniş yer verilib. Qanlarında yuxarıda adlarını çəkdiyimiz qeyri millətlərin qanlarını daşıyan, əsl türk geni pozulan Osmanlı Padşahlarında get-gedə eyş-işrətə böyük meyllər yaranıb. Nəticə isə göz qabağındadır. Üç qitənin ərazisində əsrlərlə hökmranlıq edən Osmanlı İmperiyasından yerdə qalan sadəcə Türkiyədir.
Buyurun siz də tanış olun Osmanlı Padşahlarının anaları və həyat yoldaşları ilə. Yəqin ki, dediklərimi siz də təsdiqləyərsiz.

I MURAD (29 İyun 1326 - 28 İyun 1389)
I Murad, Osmanlı Dövlətinin üçüncü padşahıdır. Atası Orxan Qazi, anası bizanslı Horofira, yəni Nilufər Xatundur.

I BƏYAZİD (1360 - 8 Mart 1403)
Ləqəbi İldırım olan I Bəyazid, dördüncü Osmanlı Padşahıdır. 1389-cu ildən 1402-ci ilə qədər hökmdarlıq etmişdir. Atası Sultan I Murad, anası isə bolqar Mariya, yəni Gülçiçek Xatundur.

I MEMMET ÇƏLƏBİ (1382 - 26 May 1421)
I Mehmet Çələbi və ya I Mehmet, V Osmanlı Sultanıdır. Atası İldırım Bəyazid, anası da bolqar Olqa Xatundur.

II MURAD (1404 - 3 Fevral 1451)
II Murad, Böyük Murad kimi də tanınır. VI Osmanlı Padşahıdır. Atası Çələbi Mehmet, anası Dulkadiroğulları Bəyliyindən Mehmet bəyin qızı Əminə Xatundur. Bəzi mənbələrdə isə II Muradın anası Veronika olaraq göstərilir.

II MEHMET (30 Mart 1432 - 3 May 1481)
II Mehmet və ya tez-tez istifadə edilən ləqbi Fateh Sultan Mehmet. Yeddinci Osmanlı Padşahıdır. Atası Sultan II Murad və anası isə keçmiş adı Despina olan bir serb olduğu deyilsə də, Candaroğulları soyundan gələn Hüma Xatundur.

II BƏYAZİD (1450- 26 May 1512)
II Bəyazid ya da II Bəyazit, VIII Osmanlı Padşahıdır. Fateh Sultan Mehmetin, Gülbahar Xatundan (Kornelya) olan böyük oğuludur. Gülbahar Xatunun Albaniya, Serbiya və ya Fransa əsilli olduğu güman edilir.

I SƏLİM (10 Oktyabr 1470 - 1520)
I Səlim ya da Yavuz Sultan Səlim. IX Osmanlı Padşahı və 74-cü İslam xəlifəsidir. Atası II Bəyazid, anası Dulkadiroğulları Bəyliyindən Gülbahar Xatundur.

I SÜLEYMAN (27 Aprel 1495 - 6 Sentyabr 1566)
Ləqəbi Qanuni Sultan Süleyman olan I Süleyman, X Osmanlı Padşahı və İslam xəlifəsidir. Atası I Səlim, anası isə Polşa yəhudisi Helga, yəni Hafizə Sultandır.

II SƏLİM (28 May 1524 - 15 Dekabr 1574)
II Səlim, XI Osmanlı Padşahı. Atası Qanuni Sultan Süleyman, anası isə ukraynalı Alexandra Anastasiya Lisovska (Roxelana), yəni Xürrəm Sultandır.

III MURAD (4 İyul 1546 - 16 Yanvar 1595)
III Murad, XII Osmanlı Padşahı. II Səlimin və yəhudi Rasel, yəni Nurbanu Sultandan olan ən böyük oğulu və varisidir.

III MEHMET (26 May 1566 - 21 Dekabr 1603)
III Mehmet, XIII Osmanlı Padşahı. Taxta çıxdığı 1595-ci ildən ölümünə qədər padşahlığını davam etdirmişdir. III Murad ilə Venedikli Bafo, yəni Safiya Sultanın oğuludur.

I ƏHMƏD (18 Aprel 1590 - 22 Noyabr 1617)
I Əhməd, XIV Osmanlı padşahı, 79-cu İslam Xəlifəsidir. Atası Sultan III Mehmet, anası yunan Helen, yəni Xandan Sultandır.

II OSMAN (3 Noyabr 1604 - 20 May 1622)
Gənc Osman kimi də tanınan II Osman, XVI Osmanlı Padşahıdır. Atası I Əhməd, anası serb Evdoksiya, yəni Mahfiruz Sultandır.

IV MURAD (27 İyul 1612 - 8 Fevral 1640)
IV Murad, XVII Osmanlı Padşahıdır. 1623-1640-cı illər arasında hökmranlıq edib. IV Murad İstanbulda, Sultan I Əhmədin və əsl adı Anastasya olan yunan əsilli Kosam Sultanın oğulu kimi dünyaya gəlib.

IV MEHMET (2 Yanvar 1642 - 6 Yanvar 1693)
IV Mehmet (Ovçu Mehmet), XIX Osmanlı Sultanıdır. Padşah İbrahimin və rus Nadya, yəni Turhan Sultandan olan oğuludur.

II SÜLEYMAN (15 Aprel 1642 - 22 İyun 1691)
II Süleyman, XX Osmanlı Padşahıdır. Anası serb Katrin, yəni Dilasub Xatundur.

II ƏHMƏD (25 Fevral 1643 - 6 Fevral 1695)
II Əhməd, XXI Osmanlı Padşahıdır. Sultan İbrahim Xanın üçüncü oğuludur. Anası Polşa yəhudisi Yeva, yəni Xədicə Sultandır.

II MUSTAFA (6 Fevral 1664 - 29 Dekabr 1703)
II Mustafa, XXII Osmanlı Padşahıdır. Atası Sultan IV Mehmet, anası yunan Evemia, yəni Əmətullah Rəbiyə Gülnuş Sultandır.

III ƏHMƏD (30 Dekabr 1673 - 1 İyul 1736)
III Əhməd, XXIII Osmanlı Padşahıdır. Atası Sultan IV Mehmet, Əhmədin anası isə II Mustafa ilə eyni anadan, yəni Əmətullah Rəbiyə Gülnuş Sultandır.

I MAHMUD (1696 - 15 Noyabr 1730)
I Mahmud, XXIV Osmanlı padşahıdır. II Mustafanın oğulu və III Əhmədin qardaşı oğludur. Anası isə Aleksandra yəni Salehə Sultandır.

III OSMAN (2 Yanvar 1699 - 30 Oktyabr 1757)
III Osman, XXV Osmanlı Padşahıdır. I Mahmudun qardaşı və II Mustafanın oğuludur. Anası serb Mari, yəni Şahsuvar Sultandır.

III MUSTAFA (28 Yanvar 1717 - 21 Yanvar 1774)
III Mustafa, XXVI Osmanlı Padşahıdır. Atası Sultan III Əhməd, anası fransız Janet, yəni Mihrişah Sultandır.

I ƏBDÜLHƏMİD (20 Mart 1725 - 7 Aprel 1789)
I Əbdülhəmid, XXVII Osmanlı Padşahıdır. III Əhmədin oğulu və III Mustafanın qardaşıdır. Anası fransiz Sərmi Sultandır.

III SƏLİM (24 Dekabr 1761 - 28 İyul 1808)
III Səlim, XXVIII Osmanlı Padşahıdır. Atası III Mustafanın səltənəti dövründə dünyaya gəlib. Anası cenevrəli Agnes, yəni Mihrişah Sultandır.

IV MUSTAFA (8 Sentyabr 1779 - 17 Noyabr 1808)
IV Mustafa, XXIX Osmanlı Padşahıdır. Balqabaqçı Mustafa Üsyanının nəticəsi olaraq taxtdan endirilən əmisi oğlu Sultan III Səlimin yerinə, 29 May 1807-ci il tarixində taxta çıxdıqda 28 yaşı olub. Anası bolqarıstanlı Sona, yəni Sinəpərvər Sultandır.

II MAHMUD (20 İyul 1785 - 2 İyul 1839)
II Mahmud, XXX Osmanlı Padşahıdır. Anası fransız Rivery, yəni Nəqşidil Sultandır.

I ƏBDÜLMƏCİD (25 Aprel 1823 - 26 İyun 1861)
I Əbdülməcid, XXXI Osmanlı Padşahıdır. II Mahmudun Gürcüstan yəhudisi Suzi, yəni Bəzm-i Aləm Sultandan olan oğuludur.

ƏBDÜLƏZİZ (8 Fevral 1830 - 4 İyun 1876)
Əbdüləziz, XXXII Osmanlı Padşahıdır. II Mahmudun yunanıstanlı Besime, yəni Pertevniyal Sultandan olan oğlu, Əbdülməcidin qardaşıdır.

V MURAD (21 Sentyabr 1840 - 29 Avqust 1904)
V Murad, XXXIII Osmanlı Padşahıdır. Atası Sultan Əbdülməcid, anası fransız Vilma, yəni Şevkefza Qadın Əfəndidir.

II ƏBDÜLHƏMİD (21 Sentyabr 1842 - 10 Fevral 1918)
II Əbdülhəmid, XXXIV Osmanlı Padşahı və 98-ci İslam xəlifəsidir. Sultan Əbdülməcidin və erməni Virjin, yəni Tirimujgan Sultanın oğuludur.

V MEHMET RƏŞAD (2 Noyabr 1844 - 3 İyul 1918)
V Mehmet Rəşad, XXXV Osmanlı Padşahıdır və 100-cü İslam xəlifəsidir. Sultan Rəşad olaraq da tanınır. II Mahmudun nəvəsidir. Atası Sultan Əbdülməcid, anası alban Sufi, yəni Gülcəmal Qadın Əfəndidir.

VI MEHMET VƏHDƏTDİN (2 Fevral 1861 - 15 May 1926)
VI Mehmet Vahidettin, Osmanlı Dövlətinin XXXVI və son Padşahıdır. Sultan Əbdülməcidin səkkizinci oğuludur. Anası çərkəz Henriet, yəni Gülistan Sultandır.


Aqil Mehdi

Xocalı planının iştirakçıları bu gün parlamentdə, Prezident Aparatında böyük vəzifələr tuturlar

"Bizim Ermənistanda yox, Azərbaycanda hərbi təlim mərkəzlərimiz var idi"


"Vəli Kiçik, onun türkiyəli və azərbaycanlı kadrları Xocalı qırğınına görə dindirilmir; ... Həmin planın iştirakçıları bu gün parlamentdə, Prezident Aparatında böyük vəzifələr tuturlar"


Ərdəbil şəhərinin (Cənubi Azərbaycan, İran) imam-cüməsi Seyid Həsən Amuli bu günlərdə İran-Azərbaycan münasibətlərinə dair sensasiyalarla dolu açıqlama verib. Həmin açıqlamadan Azərbaycanın müxtəlif sayt və qəzetləri xırda istinadlar şəklində istifadə ediblər. Məsələnin əhəmiyyətini və Seyid Amulinmin açıqlamadan Azərbaycanın müxtəlif sayt və qəzetləri xırda istinadlar şəklində istifadə ediblər. Məsələnin əhəmiyyətini və Seyid Amuliin iddialarının ciddiliyini nəzərə alaraq, İran ruhani liderinin həmin açıqlamasını müəyyən ixtisarla təqdim edirik.

KOMPYUTER BARƏDƏ VACİB MƏLUMATLAR

Kompyuter qarşısında daha çox vaxt keçirən uşaqları, internetin ziyanlarından necə qoruya bilərik?


1. Uşağınızın internet əlaqələrini nəzarətdə saxlayın. Parol təyin edərək uşağınızın yalnız sizin nəzarətinizdə ola biləcəyi saatlarda internetə girməsinə icazə verin. Kompyuter istifadəsi ilə əlaqədar qəti qaydalar qoyun.
2. Uşaqlarınızı internet gizliliyinin əhəmiyyəti haqqında məlumatlandırın. İnternetdə və ictimai şəbəkələrdə heç vaxt fərdi məlumatlarını paylaşmamaları üçün onlara yaxşıca başa salın.

3. Veb kameranızı idarə altında saxlayın, təcavüzkarlar tərəfindən pis məqsədlərlə istifadə edilə bilər. İstifadə etmədiyiniz vaxtlarda kameranı bağlayın. Uşaqların kameranı yalnız sizin nəzarətinizdə və yoldaşları ya da ailə üzvləri ilə danışarkən istifadə etməməsinə icazə verin.

4. Uşaqların kompyuterinə aktual bir antivirus və təhlükəsizlik proqramı yazmaq, indiki vaxtda vacib şərtlərdəndir. Bununla da internetdə olarkən övladlarınız əxlaqsız, lazımsız və s bu tip veb saytlara daxil ola bilməyəcək.

5. İnternet skanerinizin keçmişini araşdırın. Keçmiş silinibsə uşağınızla söhbət edib, aydınlaşdırın.

6. "Facebook"da uşağınız və ya siz profilinizi, xəbər qaynağınızı "Hər kəs" ya da "Dostlarımın Dostları" ilə paylaşırsınızsa, onda uduzmusunuz. İstifadəçilərdən biri diqqətsiz şəkildə zərərli Facebook tətbiqi işlətdiyi vaxtda fərdi məlumatlarınız bütün dünyaya yayıla bilər.

7. İnternetdə paylaşılan heç bir məlumat itmir. Bir fotoşəkili sildiyinizdə hətta bütün hesabınızı bağladığınızda bütün veriniziotomatik olaraq sildiyinizi zənn etməyin. Şəkillər və ya fərdi məlumatlar çoxdan başqa birinin kompyuterinə yazılmış ola bilər. Uşaqlar və ailələr, hansı şəkil və məlumatların internetə qoyulacağını yaxşıca düşünməlidir.

Yazarlar internetdən necə istifadə edirlər


Günümüzdə internet həyatımızın bir hissəsinə çevrilmişdir. Hətta, elə adamlar var ki, hər gün qlobal şəbəkəyə qoşulmasalar, özlərini elə bil “ac-susuz” kimi hiss edirlər. Necə ki, hər insan gün ərzində ərzaqla təmin olunmalıdır, artıq internet də onların beyni üçün ərzağa çevrilib. Azərbaycan insanının beynində xüsusilə feysbuk (facebook.com) istifadəçisi almaq dəb halını alıb. Onsuz da dünya üzrə 400 milyondan çox istifadəçisi olan feysbukun Azərbaycanda sayca çox istifadəçisi olan dördüncü sayt olduğu (mənbə: alexa.com) təəccüb doğurmur. Şəxsən mən elə insanlar tanıyıram ki, feysbukda “yatıb-durur”lar. İndi çox sevindirici haldır ki, Azərbaycan internet məkanı – “AzNet” deyilən məfhum yaranıb. Amma üzücü bir fakt da var ki, sahibi Gabrelyan (e-poçtu: gabrelyan@corp.mail.ru) olan mail.ru-dan təkcə Bakıdan 30 mindən artıq adam istifadə edir. Daha acınacaqlısı ondadır ki, bizim yazarlarımızın da bəziləri bu istifadəçilər arasındadır. Bəlkə də bu 30 minlik kütlənin hamısının gerçəkliydən xəbəri yordur. Əgər bilə-bilə yenə də öz bildiklərini edirlərsə, demək milli mənlikləri yoxdur.Nə isə... Yazarlar xalqımızın qaymaqları sayılır normal halda. Görək yazarlarımız necə istifadə edir internetdən. Bu məqsədlə bir neçə yazara müraciət etdik.
İlk olaraq Aqşin Yeniseyə yanaşdım. Həmişə maraqlı fikirləri ilə yadda qalan tanınmış yazar dedi ki: “Hamı necə, mən də elə. Ancaq bütün günü internetdə eşələnən adamlardan deyiləm. Özümə lazım olan informasiyanı əldə etmək, yaxud yaxın dostlarla əlaqə saxlamaq üçün bu xidmətdən istifadə edirəm. Ən çox işlə bağlı məsələlərə görə virtual məkanla get-gəlimiz olur. Ancaq buna da Əsəd Qaraqaplan imkan vermir. Nağıllardakı əjdaha çayın qabağını kəsdiyi kimi, Qaraqaplan da bütün günü iş yerindəki kompüteri qucaqlayıb o qız sənin, bu qız mənim partapart yazışır. Məsələn, hərdən Kafkanın atasının, yaxud Markesin anasının adını dəqiqləşdirmək lazım olur, Əsədi bütün müqəddəslərə and verirəm ki, tutalım, “Hüsniyyəylə” ikicə dəqiqəlik “ayrılsın”. Bu adam dünya ədəbiyyatından ömürlük ayrılmağa razıdır, ancaq Hüsniyyədən iki dəqiqəlik ayrılmağa “qarnı ağrıyır”. Ona görə iş yerində internet üzünə həsrətəm. Sözün açığı, mən real dünyada yaşamağı sevirəm, hətta bu çox ağır şərtlər altında olsa belə. Virtual dünyada Qaraqaplan kimi “hərəmxana” saxlamaqdansa, real dünyada tək-tənha yaşamaq daha maraqlıdır mənə.”
Son zamanların köşəyazanı Səlcuq Elçin internetdə ancaq saytlardan istifadə edir. Maraqlısı odur ki, görəsən, netdən istifadə edən başqa insanlar orda kartof əkir? ”İnternetdən, əsasən, saytlardan istifadə edirəm. Digərləri bekarı işlərdi. Hətta, facebook məndə xəstəlik yaradıb. Bir gün belə olsa oradan ayrıla bilmirəm. Bundan əlavə Doqquziklim.net, Edebiyyat.net, Azadlıq.org-a da mütəmadi olaraq baxıram. Yeni yazarları oxuyuram. Ayxanın yazdıqlarını oxumuram. Çünki, sər-səfeh yazır. Təbii ki, bu bir zarafat deyil.”
Gənc yazar Orxan Zaman isə: “Düzünü deyim,internetdə daha çox ədəbiyyat portallarını izləyirəm.Yeni yazarların publisistik yazılarını, poeziya nümunələrini, esseləri və başqa nəsr əsərlərini oxuyub onlara tənqidi və dostcasına münasibətimi bildirirəm. Öz yazılarımı da hərdən bəzi ədəbiyyat portallarının elektron ünvanına göndərirəm. Çap olunan yazım haqqında dostlarımın, tanıdıqlarımın, tanımadıqlarımın iradlarını, tənqidi fikirlərini diqqətlə nəzərdən keçirib nəticə çıxarmağa çalışıram. Bəzi internet portallarında isə adını eşidib yazıları ilə tanış olmadığım yazıçı, şair, filosofların yazıları ilə maraqlanıb oxuyuram. Öz şəxsi kitabxanamda olmayan kitabların isə elektron variantını tapıb oxumağa çalışıram. Bu qədər dediklərim.”
Yaxın günlərdə iki müsabiqədə iki ikinci yer tutan Ayxan: “Əvvəllər kompüterin yalnız cürbəcür oyunlardan ibarət olduğunu zənn edirdim. Həmyaşıdlarım məni internetlə tanış eləyəndə kompüter ekranında porno görüntülərlə üz-üzə qaldım. Düzü, əvvəl baxmağa cəsarətim çatmırdı, elə bil qorxurdum. Amma getdikcə alışdım və porno saytların izləyicilərindən birinə çevrildim. İnternetlə tanışlığım bu şəkildə yarandı və məni erotik saytlardan başqası heç cürə maraqlandırmırdı. Yəqin ki, başqa saytlara daxil olanda dostlarım tərəfindən gülüş obyektinə çevriləcəyim üçün elə porno saytlardaca “var-gəl” edirdim. Böyüyəndən sonra bu maraq məndən yavaş-yavaş sıyrılıb çıxdı. Həm də düşündüm ki, daha erotik saytlar da maraq vermir. İnsan nə qədər qorxu içində belə kadrlara baxar? Gərək yaşıdlarımdan fərqlənəydim. Bir az özümü ağır aparaydım. Hə, beləcə erotik saytlara bir dəfəlik əlvida dedim və tanışlıq saytlarına üz tutdum. Həyatda heç bir sevgilim olmamışdı. Amma virtual aləmdə bir fermaya sığışacaq qədər “sevgilim” olmuşdu. Özümü Məcnun, Fərhad-zad hesab eləyirdim. Amma bu heç düzgün şey deyil. Axı, hər kəsin yalnız bir sevgilisi olmalıdı. Bir də bu qızları görməmişdim və nəyin nəsi olduqları haqda xəbərim yox idi. Həm də belələrini bilmək olmaz, bir də gördün adamdan evlənmək üçün villa-zad istədilər. Çat qədər axmaq bir şey yoxdu, bunu sonradan anladım. “Virtual sevgililər”lə “virtual görüşlər” mənə heç nə vermədi. Hekayə yazmağa başlayanda ədəbiyyat portalları ilə yaxından əlaqə saxladım. Həm orda yazılarım çap olundu, həm də orda dərc olunan yazıları mütəmadi oxuya bildim. Bir sözlə, “virtual Don Juandan” “virtual qəhrəman”a çevrildim. Gözümü açanda gördüm ki, həyatdan daha çox internetdə tanınıram.”
Ədəbiyyat xəstəliyinə yenicə tutulan Ayaz Quliyev isə: "Mən iki dünyada yaşayıram. Arada tez-tez gah internetə gah işə gah da evə gedib gəlirəm. Düzünü deyim 5 ildir internet istifadəçisiyəm və Mail.RU-nun azərbaycan, bayrağına, xəritəsinə qarşı bu saytda yerləşdirilən propaqandalar daima məndə bu sayta qarşı nifrət oyadıb. Ancaq internetdə işləmə saatımın 85%-ni işğal edən Facebook xəstəliyinə artıq tutulmuşam. Dəfələrlə özümə və kompyuterimə facebook qadağasını qoysam belə, hər zaman bu fikrimdən vaz keçib yenidən facebook-a qayıtmışam. Axı Əsəd Qaraqaplan, Cəlil Cavanşir və digər yazar dostlarım ordadır, günüm onların yazdıqlarını oxumaq, yazdıqlarımı paylaşmaq, məcburən onlara mənim haqqımda yaxşı fikirlər yazmağa məcbur etmək, Cəlilin şerləri ilə qızları gipnoz edib, ta ki, qızın özü nömrəsini verənədək zəli olub qır-saqqız olmaq və bütün bunlar hamısı hər gün məni Face-də gözləyir. Ama onu da deyim ki, Səlcuq Elçin kimi mən qızlardan nömrə istəmirəm haaa...özləri verirlər. Əslində günümüzdə sosial şəbəkə saytları çox dəbdədir ki, ani qısa mesajlaşma imkanı olan və hazırda nə etdiyimizi yaza biləcəyimiz Twitter, Telefonla, kamera ilə hardasa çəkdiklərimizi paylaşmaq üçün vasitə olan YouTube, hər şeyimizi açıb tökmək imkanı verən Facebook kimi sosial şəbəkə saytları mövcuddur ki, bu saytlarda gün ərzində hər şeyimizi paylaşırıq. Ancaq bunun da bir partlayış nöqtəsi var və olacaq. Çünki bu cür xəstəlik və epidemiya kimi durmadan surətlə yayılan və günümüzü işğal edən sosial şəbəkə saytları artıq bizi internet xəstələrinə çevirib. Yadıma gəlir ki, 2 il bundan qabaq, hələ Facebook-da qeydiyyatım olmayan vaxtlarda, e-poçtlarımı yoxlayıb, bir neçə xəbərə göz atıb, köşə oxuyub internetdən ayrılırdım. Ancaq bu gün belə deyil. Bu gün kompyuterin qarşısında əyləşib Facebook-u açdıqda hər şey yaddan çıxır. Bircə şeyi də deyim ki, Facebook əslində mənim həm biznesim, həm yeni insanları tanımağımda səbəbkardır ki, real həyatda tapıb sözümü deyə bilmədiyim insaları harda olsa Face vasitəsilə tapıb ünsiyyətdə oluram. Bunun isə avantajı çoxdur. Son zamanlar bu qərara gəlmişəm ki, manyak kimi istifadə etdiyim internetdən əsas da facebook-dan ayrılım. Ya da ki, istifadə vaxtlarımı proqramlaşdırım. "
Adını gizlədib Ay Han olan Cəlil Cavanşir: İnternetlə tanışlığım çoxdan başlayıb, hardasa 21 yaşımdan. Ancaq heç vaxt virtual dostlarım, virtual sevgililərim olmayıb(son 3 ay istisnadır). Nədənsə son 3 ayda özümü internetə elə qapdırmışam ki, real həyatda baş verənlərlə çox az maraqlanıram. İndi virtualda dostlarım real həyatdakından çoxdur. Bütün bunlara baxmayaraq reallıqla yaşamağa borcluyam. Ona görədə gün ərzində 4-5 saatdan artıq internetə vaxt ayırmıram. Bu vaxt ərzində də kultaz.com saytındakı yeni yazılara baxır, doqquziklim.net saytına da yeni yazılar əlavə edirəm. İşarası virtualdakı “sevgilim”lə danışır, real dostlarımla, həmçinin üzünü belə görmədiyim virtual dostumla dərdləşirəm. facebook.com adlı saytda da az vaxt keçirmirəm. Mart ayı ərzində facebook.com-a 8-10 saat vaxt ayırırdımsa, artıq bu gün ərzində 1 saata enib. Ancaq internet vasitəsi ilə müasir dünya ədəbiyyatı ilə maraqlanmağım, ingilis dili öyrənmək cəhdlərim, alman dili bilgilərimi inkişaf etdirməyim, blog və sayt adminliyi ilə məşğul olmağım işin xeyirli tərəfi sayıla bilər. İnternetin faydalı tərəflərini dəyərləndirməyi üstün tuturam. Bu gün internet həyatımıza daxil olan çox vacib bir ünsürdür. Bir yazar kimi, virtual oxucularımın olması, virtual dostlarımın olması vacibdir. Real həyatda olduğu kimi, virtualda da sevgi işləri korlayır. İnanıram ki, internet ailə dağıda, dostluq yarada, sevgili tapa, qatilə çevrilə bilər. Həmyaşıdlarımın və yazar dostlarımın bu nəsnədən az dozada istifadə etməsini tövsiyyə edirəm. Hər halda çətin şərtlər altında olsa belə real həyatla addımlamağa dəyər.

Məcid Həsənli                     doqquziklim.net