31.08.2021

“Ramin Bayramlı Azərbaycanda bir nömrəli dələduzdur”


Hafiz Hacıyev: “Ramin Bayramlı Azərbaycan xalqını dövlətin üzərinə qaldıranlardan biridir

Ramin Bayramlının Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var.
Bu fikirləri TƏBİB-in rəhbəri Ramin Bayramlıya ünvanlanan sərt ittihamlara münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev yenicag.az-a açıqlamasında deyib.
MMP sədrinin sözlərinə görə, Ramin Bayramlı öz yarıtmaz fəaliyyəti ilə Azərbaycan xalqını dövlətin üzərinə qaldırır: “Ramin Bayramlı Azərbaycanda bir nömrəli dələduzdur. Biləsiz ki, Ramin Bayramlı dövlət büdcəsindən 60 milyon manat yeyib. Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var. Düşünürəm ki, Ramin Bayramlı təcili həbs edilməlidir. Hələlik çağırıb, pulunu alıb buraxırlar. Amma axıra qədər belə getməyəcək. O Azərbaycan xalqını xəstəliyə düçar edən adamdır, dövlətin sərvətlərini yeyənlərdən biridir. Bayramlı bu dövlətin baş qaxıncıdır, Azərbaycan xalqını dövlətin üzərinə qaldıranlardan biri də odur. Fikrimcə, Ali Baş Komandana, dövlət başçısına bu barədə düzgün informasiya vermirlər. Kim pul alıb müdafiə edir, bunu da gözəl bilirik. Əli Əhmədov (baş nazirin müavini – red.) bir tərəfdən, başqası da digər tərəfdən onu müdafiə edir. İki nəfər onu himayə edir. Yaxın vaxtlarda canlı efirdə onların adı açıqlanacaq. Yenə deyirəm, Ramin Bayramlı həbs edilməlidir. Ondan TƏBİB-ə rəhbər olmaz”.
Rusiyada yeni qərara əsasən, birinci uşaq üçün analar 13 min AZN, ikinci uşaq üçün isə 17 min AZN alacaq. Bundan başqa, 7 yaşa qədər hər ay 550 manat uşaqpulu veriləcək.


Doğulmağa vətən yaxşı, doğmağa Rusiya.
Haydı, igidlərim, yenə Rusiyanı həp bərabər söyəlim!
Rusiya kxadı, Türkiyə çiçə!

30.08.2021

Onların qatıldığı ABŞ əks-kəşfiyyatının milli strategiyası tələb edir ki, Rus sülhməramlıları regiondan qovulsun.


Onlara ABŞ sülhməramlılarını regiona gətirməkdə dəstək verək, balalarına bir tikə əppək qazansınlar.
Onları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi, Federal Təhqiqat Bürosu, Pentaqon Kiberkomandanlığı tanıyır, inanır və böyük ümidlər bəsləyir.


Bəs sən vətəninin beynəlxalq arendaya çıxarılması üçün nələr etmisən?

Как получить политическое убежище в России

Политическое убежище (political asylum) — предоставляемое государством право въезда и пребывания на своей территории иностранным гражданам и лицам без гражданства, обратившимся с соответствующей просьбой к данному государству (право убежища).
Порядок предоставления Россией политического убежища предусмотрен указом президента РФ от 21 июля 1997 года № 746, которым утверждено соответствующее Положение. Положение устанавливает, что РФ предоставляет политическое убежище лицам, ищущим убежище и защиту от преследования или реальной угрозы стать жертвой преследования в стране своей гражданской принадлежности или в стране своего обычного места жительства за общественно‑политическую деятельность и убеждения, которые не противоречат демократическим принципам, признанным мировым сообществом, нормам международного права. При этом принимается во внимание, что преследование направлено непосредственно против лица, обратившегося с ходатайством о предоставлении политического убежища.
Ходатайства о предоставлении политического убежища принимают территориальные органы (ТО) Федеральной миграционной службы (ФМС) России.
Иностранные граждане и лица без гражданства, желающие получить политическое убежище на территории РФ, обязаны в течение семи дней по прибытии на территорию России или с момента возникновения обстоятельств, не позволяющих им вернуться в страну своей гражданской принадлежности либо страну своего обычного местожительства, обратиться лично в территориальный орган ФМС России по месту своего пребывания с письменным ходатайством.
При подаче ходатайства заявитель вправе представлять любые документы в обоснование своего ходатайства о предоставлении Российской Федерацией политического убежища. После заполнения ходатайства сотрудником территориального органа ФМС России, ответственным за прием ходатайства, проводится опрос заявителя с заполнением анкеты, которая является составной частью ходатайства.
После подачи ходатайства заявитель подлежит обязательной дактилоскопической регистрации в установленном порядке.
Действия (бездействия) должностных лиц ФМС России заявитель вправе обжаловать в установленном порядке руководителю ФМС России или в суд.
В случае принятия ходатайства к рассмотрению заявителю на период рассмотрения ходатайства выдается справка о законном пребывании иностранного гражданина или лица без гражданства на территории Российской Федерации в связи с рассмотрением его ходатайства о предоставлении РФ политического убежища.
Справка наряду с документами, удостоверяющими личность заявителя, является подтверждением его законного пребывания на территории РФ.
При наличии достаточных оснований для рассмотрения ходатайство направляется в ФМС России для его рассмотрения. Днем принятия к рассмотрению ходатайства считается день поступления в ФМС России всех необходимых для его рассмотрения материалов.
ФМС России после рассмотрения ходатайства и получения заключений МИД России и ФСБ России направляет в Комиссию по вопросам гражданства при президенте РФ все материалы со своим заключением о возможности и целесообразности предоставления заявителю политического убежища Российской Федерацией.
В случае подписания президентом России указа о предоставлении Российской Федерацией лицу политического убежища, ФМС России в семидневный срок со дня издания указа уведомляет лицо через свои территориальные органы о принятом решении.
Предоставление политического убежища распространяется и на членов семьи лица, получившего политическое убежище, при условии их согласия с ходатайством. Согласие детей, не достигших 14-летнего возраста, не требуется.
Лицу, получившему политическое убежище, а также членам его семьи территориальным органом ФМС России по месту обращения лица с ходатайством выдается Свидетельство о предоставлении иностранному гражданину или лицу без гражданства Российской Федерацией политического убежища. Лицу, получившему политическое убежище, и членам его семьи территориальным органом ФМС России в установленном порядке оформляется вид на жительство.
В случае отклонения президентом РФ ходатайства, территориальный орган ФМС России вручает или направляет лицу уведомление о том, что его дальнейшее пребывание на территории Российской Федерации регулируется законодательством РФ, определяющим порядок пребывания иностранных граждан и лиц без гражданства на российской территории.
В соответствии с Положением, политическое убежище не может быть предоставлено лицу: преследуемому за действия, признаваемые в РФ преступлением; привлеченному в качестве обвиняемого по уголовному делу; прибывшему из третьей страны, где ему не грозило преследование; прибывшему из страны с развитыми и устоявшимися демократическими институтами в области защиты прав человека; прибывшему из страны, с которой РФ имеет соглашение о безвизовом пересечении границ; представившему заведомо ложные сведения; имеющему гражданство третьей страны, где оно не преследуется.
Лицо, которому РФ предоставлено политическое убежище, утрачивает право на предоставленное политическое убежище в случаях: возврата в страну своей гражданской принадлежности или страну своего обычного местожительства; выезда на жительство в третью страну; добровольного отказа от политического убежища на территории РФ; приобретения гражданства РФ или гражданства другой страны.
Утрата политического убежища определяется Комиссией по вопросам гражданства при президенте РФ по представлению уполномоченного федерального органа на основании заключений МИД РФ, МВД РФ, ФСБ РФ. Решение Комиссии доводится до сведения лица, утратившего политическое убежище. /ria.ru/

29.08.2021

Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılıb.
musavat com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.
Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.
Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilov '"Altun" restoranının direktoru müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.
Təhminə Yaqubova Vüqar Səfərlinin yanında baş mühasib kimi çalışıb.
Məlumata görə, restoran icarədarlarının və vəzifəli şəxslərin istintaqa cəlb edilməsinin səbəbi onların KİVDF rəhbərliyi ilə əlbir olaraq tədbirlərin orada keçirilməsi, büdcədən ayrılan vəsaitlərin ələ keçirilməsidir.
Məhkəmədə zərərçəkmiş tərəf olan Medianın İnkişaf Agentliyinin nümayəndəsi Abbas Quliyev iştirak edir.
İttihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib. O 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Sayt Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının siyahısını əldə edib.
Əldə edilən məlunata görə, Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.
Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.
- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza;
- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi;
- Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil;
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev;
- “Mercedes Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.
Bunlardan başqa, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.

Vaksinə əks göstəriş sertifikatını kimlər, necə əldə edə bilər?

Nazirlik: "Hər hansı xəstəliklər üzrə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".

Koronavirus əleyhinə vaksinə görə əks göstəriş sertifikatının kimlərə veriləcəyi geniş müzakirə mövzusuna çevrilib. Sosial platformada bəzən koronavirusa əks göstərişi olanlara belə əks göstəriş sertifikatı verilmədiyi, onların vaksin olunduğu, bu səbəbdən də ölüm hallarının baş verdiyi narazılıqlara səbəb olub.
Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Ədəbi-dram verilişləri" Baş redaksiyasının rejissoru Arzu Mövludun və onun həyat yoldaşının peyvənddən sonra vəfat etməsi isə peyvənd olunanların sağlamlıqları yoxlanıldıqdan sonra vaksin olunmaları problemini daha da aktuallaşdırıb.
Arzu Mövludun bacısı Zümrüd Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bacısınn alergiyası olduğundan vaksin onun səhhəti üçün təhlükəli olub. Bununla belə ona koronavirus əleyhinə peydənd vurulub. O həkimə alergiyasının olduğunu söyləsə də, yoxlanılmayıb. Peyvənd olunandan sonra halı pisləşərək dili qatlanıb. Təcili yardım gələnədək xəstə həyatını itirib. Z.Məmmədova bildirib ki, mərhumun həyat yoldaşı da ürək çatışmazlığından əziyyət çəksə də peyvənd olunub. O da peyvənddən sonra dünyasını dəyişib: "Mənim bacım və bacımın əri koronavirusdan vəfat etməyiblər. Peyvənd vurdurduqdan sonra ölüblər", - deyə Z. Məmmədova fəryad edib.
Qeyd edək ki, əks göstəriş sertifikatını almaq üçün polikilinikalara yaxınlaşan vətəndaşlara müxtəlif cavablar verilir. Əks göstəriş sertifikatı almaq üçün ərazi üzrə polikilinikaya müraciət edən vətəndaşlardan birinə bildirilib ki, bu sertifikat ancaq süd verən analara və hamilə qadınlara verilir. Digər hər hansı xəstəlikləri olanlara verilmir. Sputnik Azərbaycan peyvəndə əks göstəriş sertifikatının hansı xəstəlikləri olanlara şamil olunduğunu araşdırıb.
Səbail rayonu 33 saylı polikilinikadan Sputnik Azərbaycan-a bildirilib ki, əks göstəriş sertifikatı allergik təsiri olan, süd verən analara, hamilə qadınlara, epleptik tutmaları olanlara, eləcə də onkoloji xəstəliyin 4-cü fazasında olanlara verilə bilər. Amma bu sənədi almaq üçün həmin xəstəliklərin olduğu həkim rəyində təsdiqini tapmalıdır.
Binəqədi qəsəbəsi 35 saylı polikilinikanın sahə həkimi, terapevt Emin Dadaşzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində diş çəkdirən, antibiotik vurulan şəxslərə koronavirus əleyhinə vaksin vurula bilər. E. Dadaşzadə deyir ki, peyvənd üçün əks göstəriş dəri xəstəlikləri olan, insult keçirən şəxslərə də verilə bilər. Bunun üçün vətəndaş ərazi üzrə sahə polikilinikasına müraciət etməlidir. Bu zaman xəstənin şikayətləri dinlənilir, müayinə edilir. Bundan sonra o təkrar müayinə üçün ixtisaslaşdırılmış və mərkəzi xəstəxanaya yönəldilir. Orda həkim xəstəni müayinə edərək vaksinə əks göstərişi olan xəstəliyinin olub-olmadığı barədə rəy verir. Bu rəy Səhiyyə Nazirliyinə göndərilir. Orada diaqnoza əsasən təsdiqləndikdən sonra pasiyentə əks göstəriş sertifikatı verilir.
E.Dadaşzadə deyir ki, insult keçirən şəxs mütləq ixtisaslı tibb müəssisəsində nevropatoloq tərəfindən müayinə olunmalıdır. Bundan sonra ona vaksinin əks göstəriş olub-olmadığı barədə rəy yazılır.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, polikilinikalara süd verən analara və hamilə qadınlara peyvəndin əks göstəriş olduğuna dair tövsiyyə göndərilib: "Hər hansı xəstəliklər üzrə isə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".
Nazirlikdən həmçinin bildirildi ki, peyvənd məntəqələrində vaksin vurulmazdan öncə həkim tərəfindən vətəndaşların şikayətləri dinlənilir.
Vətəndaşlar isə peyvənd üçün əks göstəriş sertifikatının əldə olunmasının çətin olduğunu bildirirlər. 10 gün əvvəl öd əməliyyatı keçirən Fərqanə Səfərova adlı vətəndaş deyir ki, cərrahi əməliyyat keçirdiyi üçün ona üç ay vaksin əks göstəriş olsa da, ərazi üzrə polikilinika bu sənədi vermir. Səbəb kimi isə ona işləmədiyi, evdar qadın olduğu göstərilir. /sputnik.az/

Yəhudi bunların zatını söyür, təqsirkar Rusla İrandı, Türk buları loxlayır, təqsirkar yenə Rusla İrandı!

Rasim Hüseynov

Bəzilərinə maraqsız gəlsə də bu ölkədə yaşayırıq, və bu günümüzün olayları ilə də tanış olmalıyıq.
Gördünüz ki, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə Rusiya Dumasının deputatı, yəhudi əsilli Jirinovskinin ölkəmiz haqqında dediyi nalayiq sözlərə cavab vermək fikrinə düşdü.
Bir haşiyə çıxmaq istəyirəm.
Vaxtı ikən atası, Sovet şairi Bəxtiyar Vahabzadə Lenini, Sovet İttifaqının gözəlliklərini tərənnüm edən şeirlər yazıb kalan qonorarlar alirdi.
Sonra kişi müstəqillik illərində türkçülüyü, müstəqilliyi mədh etməyə başladı.
Heydər Əliyev hakimiyyətə gəlməmişdən onu Milli Məclisdə bərk tənqid atəşinə tuturdu. Sonra Heydər hakimiyyətə gələn kimi naxadu başladı onu mədh etməyə!
Bunları yazmaqda məqsədim sizə otun kökü üstündə bitdiyini sübut etmək deyil.
Bu çoxdan sübut olunub.
Sadəcə xameleon deyilən bir sürünən var ki, hər rəngə boyanır. Onun balası da adı kərtənkələ yox, xameleon deyə doğulur. 
Cavab vermək istəyirsən? Yəhudilərə cavab ver.
Nə olsun ki Rusiya Dumasında əyləşib!
Ay başuvuza dönüm, yəhudi bunların zatını söyür, təqsirkar yenə Rusla İrandı!
Türk buları loxlayır, təqsirkar Rusla İrandı.
Sinaqoqda vaksin vurdurmayın.
Axı niyə görə bir sortu bilinməyən yəhudiyə görə o boyda qonşu ilə aranı qatmaqda səndən istifadə etsinlər?
Xameleonsan. Ona görə.

Əfqanıstanın yox, öz dərdimizi çəkək


Azər Qəribov

Əfqanıstan haqda oxuyuram, çoxu vəziyəti belə qələmə verir ki, saf və təmiz, gələcəyə yönəlmiş qüvvələr məğlub oldu, keçmişə aparan qara qüvvələr isə qələbə çaldı, ona görə əfqan xalqı matəm içindədir, hamıya çadra geyindirəcəklər filan.
Amma həqiqət odur ki, gedib əfqan qadınlarına desən ki, evdən başı açıq çıx, 80%-i deyər sən dəlisən, tutun bunu daşa basaq.
Qorxuya görə deyil, sadəcə səmimi şəkildə qoruduqları öz dəyərlərinə görə.
Yaxud, zamanında yerli kommunistlər gəlib kəndlilərə torpaq paylayanda çoxu imtina etmişdi ki, haramdır, başqasının malı mənə lazım deyil.
Yəni burda yaşayan xalqların hər bir xalqda olduğu kimi öz əqidəsi, öz inamı, öz düşüncəsi, öz mədəniyəti, öz tarixi ənənələri var.
Həmişə istənilən cəmiyətinin inkişafını evolyusiyada görmüşəm, mərhələli şəkildə, pilləkənləri iki-iki deyil, bir-bir aşmaqda görmüşəm.
Çünki təcrübə göstərir ki, qıraqdan gəlib barmaq edəndə, ay biz sizi şanlı gələcəyə aparacayıq, gəlin əl-ələ tutaq filan, ura-ura, hamısı boş şeydir, - işləmir bu, türklər demiş çalışmıyor.
Əfqan xalqını buraxmaq lazımdır özü öz taleini müəyyənləşdirsin.
İndi bütün dünya oturub əfqanların gününə ağlayır, onlara məsləhətlər verir, amma əgər hamı onlardan əl çəksə yavaş-yavaş, tolada-tolada, pişim-pişimlə daha müsbət nəticə əldə etmək olar.
Hər bir cəmiyət tərəqqiyə doğru yolunu özü keçməlidir.
İllərdi əfqanların üstünə bomba atanlar, bir trillion dolları ata malı kimi bölüşdürənlər, 20 ilə ölkədə normal həyat qura bilməyənlər indi əqfanların gününə yanırlar guya.
Əl çəkin də onlardan - ucqar kəndə gəlib hamıya şortik geyindirmək olar?
Səudiyyə Ərəbistanında insanları baş kəsməklə edam edirlər, qadınların avtomobil sürmək icazəsini tarixi qələbə kimi dəyərləndirirlər - i şto? Ordu yeridən var ora?
Yox, əksinə, dünyanın ən qabaqcıl liderləri vzasos öpüşürlər şeyxlərlə.
Əfqanıstanın demokratik, mütərəqqi, ay nə bilim müasir düşüncəli adlandırdığımız hökumətini yıxan isə Taliban olmadı, korrupsiya, tamah, acgözlük oldu.
Yox bir, 300 000 minlik ordu! Xa xa, o ordunun 250 mini kağızda idi, onların maaş kartları isə başqa ciblərdə.
Nə isə, Allah axırını yaxşı etsin. Bircə bizlə işləri olmasın. Qalanını özləri bilərıər.
Atstante uje at nix, samı razberutsa... 

Müharibədə hüseynçilər arxada gizlənsələr də, ateistlər, deistlər, aqnostiklər və panteistlər öndə döyüşürdülər


Müharibə qurtardı, hüseynçilər yenə keçdi arxa plana!

Bəli dostlar, bu belədir. Biz müharibəyə gedən zaman bizdən soruşdular ki, "kim Hüseynçidir?" "Mən" deyə cavab verənləri ayırdılar. Biz Hüseynçilərə telefon verib tapşırdılar ki, "siz arxada qalın, biz haranı alsaq gəlib telefonla çəkin və qara bayraq sancın". Biz də elə etdik. Ən öndə hücuma gedənlər isə ateistlər, deistlər, aqnostiklər və panteistlər idilər. Ateistlər xüsusi qəhrəmanlıqla yadda qaldılar. Biz Hüseynçilər isə ancaq arxadan gəldik, bayraq sancıb video çəkdik.
Bunlar özlərini qoyun yerinə qoyublar, yoxsa həqiqətən bu qədər düşüncəsizdirlər?
"Hüseynçilər arxada idi" nə deməkdir?!
Bəyəm müharibədə dini seçimə görə arxaya və önə göndərirlər?
Bunlar nə veriblər ki belə danışırlar?
Müharibədə Moskvaya bilet axtaran qorxaq ateistlərin eyblərinin üstünü örtmək üçün camaata danışmadıqları yalan qalmayıb. 
Sonda dəliylə bambılı arasındakı əsas fərqi deyim: dəlinin müalicəsi var, bambılının yoxdur.

"Onlara De" facebook səhifəsi

Sürü psixologiyası hardan formalaşıb?

Əli Məhədzadə

Stoa fəlsəfəsində ən əsas üç hissə götürülmüşdür: Məntiq, fizika və etika.
Azərbaycanda sosial şəbəkələrdə cahil kütlənin yazdığı savadsız cümlələr tamamilə bu üç hissədən kənardır!
Əsas da məntiq və etika.
Facebookda o qədər saxta və fuflo xəbər portalları var ki insanların beyinlərini tamamilə yuyublar.
Misal üçün, mən saxta bir video və ya şəkil paylaşım, yazım ki filan ölkədən filan ölkəyə qanunsuz silah daşınır və ya şəkilin üstündə də montaj edib cümlə yazım ki filan lider filan lideri müharibə ilə hədələdi. Və avam kütlə də araşdırmadan buna inanacaq, siyasi və analitik savadı olmayanlar gülməli utopik sözlər yazacaq, əxlaqsızlar da qeyri-etik küçə sözləri döşəyəcək.
İnkişaf etmiş və etməkdə olan ölkələrdə cəmiyyət o qədər elmi və mədəni sivilizasiyada inkişaf edib ki belə yalan informasiyalara inanmırlar. Amma Üçüncü dünya ölkələrində cəmiyyət elm cəhətdən o qədər geridədir ki hər yayılan məlumata inanır, medianın qurbanı olur və "sürü psixologiyası" ilə idarə edilirlər.
Dostu düşmən kimi, düşməni də dost kimi görürlər.
Çünki üçüncü dünya ölkələrində bir tendensiya var: "Gerçəkləşməyən xəyallar".
Bizim düşüncəmiz daxil olan təsəvvürləri qavrayır və onlardan ümumi məntiqi nəticələr çıxarır. Əqlin bu keyfiyyətlərini stoaçılar "Loqos" adlandırmışdır. Baxın, bizim cəmiyyət "Loqos" mahiyətindən nə qədər uzaqdır!

“Qarabağdakı savaş qlobalistlərlə avrasiyaçıların savaşı idi” (Nadir Qocabəyli)

28.08.2021

CAVAD XAN: MİLLİ QƏHRƏMAN, YOXSA AZƏRBAYCAN XALQININ DÜŞMƏNİ?


Cavad xan yəhudi qacarların ordusunda Azərbaycan xalqına qarşı döyüşmüş, yüzlərlə qarabağlını qətlə yetirmiş, neçə-neçə soydaşımızın başını uşaq-böyük bilmədən kəsmiş bir adamdır. Şuşalıları uşaq, qadın, qoca bilmədən qılıncdan keçirdiyinə görə bu adam axta Qacar şah tərəfindən mükafat da almışdı. Bu adam Azərbaycanı özünə vətən bilmirdi, -belə bir ölkənin varlığında xəbərdar da deyildi- özünə Qacariyya dedikləri torpağı vətən bilirdi. Amma müasir tarixçilər quraşdırırlar ki, guya o ölərkən son sözləri “Azərbaycan” olub. Guya kişinin oğlu, odlu vətənpərvər, sarsılmaz milliyətçi qaniçən ruslar tərəfindən “vətən uğrunda” “şəhid edilərkən” “Azərbaycan” pıçıldayaraq həyatdan gedib!
Cavad xana milli qəhrəman deyilməsi onun mənsub olduğu qacar soyunun Azərbaycanda qırdığı on minlərlə soydaşımızın ruhuna təhqirdir. Qacar şah öz ordusu Azərbaycana düşməncəsinə basqın edərək qabağına çıxıb kəndləri yandırıb yaxarkən Cavad xan onun ordusunda sərkərdəlik edirdi, yəni indiki dillər desək hərbi hissə komandiri- general idi. O yırtıcı qacarları azərbaycanlıların üstünə döyüşə aparırdı, bizləri uşaqdan böyüyə kimi rəhm etmədən qırmağa əmrlər verirdi- necə oldu ki, birdən birə indiki nəsillərin gözündə o qəhrəmana, ümummilli şəhidə çevrildi?
Əladı da, ömrü boyu millətin qanını iç, qır-çat, çap-tala, gücsüzlərin şərəf və ləyaqətini tapdala, zəifləri əzməklə ömrünü başa vur, amma üstündən zaman keçdikdən sonra həmin millətin gələcək nəsilləri sənə heykəl də qoysunlar, dua oxusunlar! Doğrudan da biz əyri güzgülər ölkəsində yaşayırıq.
Qacar şah qarabağlıları genosid edərkən Cavan xan da süvariləri ilə onun qoşununda idi. Qacarın orusu Şuşaya hücum edib minlərlə şuşalını şəhid edəndə Cavad xan qılıncla əsir şuşalıların başını atdırırdı. Qacarlar Azərbaycanı işğal edərkən Cavad xan düşmən ordusunda azərbaycanlıların qanını içirdi – deyin, o necə milli qəhrəman ola bilər? O Qacar sərbazlardan da beşbetər qanımıza susamışdı, arvad-uşaq bilmədən azərbaycanlıların ucdantutma başını üzürdü – amma indi iblis xislətli bu adam bizə xilaskar, övliya kimi sırıdılır.
Cavad xanın kim olmasına və onun Azərbaycan tarixində oynadığı rolu aydınlaşdırmaq üçün ilk növbədə qacarların kim olduğunu bilmək vacibdir. Qacarları müasir liberal tarixçilər bizə “təmizqanlı türk soyu” kimi tanıdıdırlar. Bəs doğrudanmı bu beləydi?
Qacarlar necə azərbaycanlı, necə türk, necə müsəlman ola bilərdilər ki, qarabağlılarla gürcülərin birləşmiş qoşunları onlara qarşı vuruşurdu? Təkcə elə bu fakt özü onların yadelli iudey olmalarının bir daha sübutudur. Müasir tarixçilərin qacarları bizə türk və müsəlman kimi sırımaqlarına baxmayın, onlar necə müsəlman idilər ki, müsəlmanları da, erməniləri də, gürcüləri də eyni qayda ilə, heç bir fərq qoymadan qırırdılar? Onlar bircə öz soylarından olanlara- yəhudilərə toxunmurdular. Gör vəziyyət nə həddə gəlib çıxmışdı ki, Şuşa qalasının müdafiəsində azərbaycanlarla ermənilər birləşərək onlara qarşı vuruşdular!
Qacarlar Tiflisi tutanda şəhərin gürcü əhalisi qorxusundan kilsələrə sığınarkən müsəlman azərbaycanlı əhalisi də məscidlərə sığındılar ki, bəlkə qacarlar onlara rəhm edələr, toxunmayalar. Bəs qacarlar nə etdilər? Onlar gürcüləri kilsənin içərisindən çıxarıb qırdılar, müsəlmanları isə elə məscidin içərisində qılıncdan keçirib doğradılar! Axı dinimizə görə məscidə pənah gətirən cinayətkar belə olsa Allah tərəfindən qorunduğu üçün ona toxunmaq olmaz. Bəs niyə belə oldu?
Qacarlar hücum etdikləri Azərbaycanın bütün şəhərlərində məscidə və dinə bu cür münasibət sərgiləmışlər. Onlar məscidlərin bağlı qapılarını vurub dağıdırdılar, təpiklə sındırıb açırdılar, “Allah xatirinə bizə toxunmayın” deyib yalvaran mollaları belə dizi üstə otuzdurub başını kəsirdilər. Budur qacarların müsəlmanlığı? Budur qacarların türklüyü?
Bizim xalq bu yırtıcılara qarşı “Ya Əli”, “Ya Hüseyn”, “Ya Zəhra” sədaları altında vuruşdu. Qacarlar Azərbaycanda olanda azərbaycanlıların ahu-naləsi bir an belə əskik olmadı, qabaqlarına çıxanı vurub yıxdılar, asıb kəsdilər. Onların ayaq basdığı müsəlman və türk ellərində qan su yerinə axdı. İmdad diləyən şuşalıları, irəvanlıları, salyanlıları, lənkəranlıları arvad, uşaq, qoca fərqli qoymadan ucdantutma qıran qövm heç vaxt müsəlman sayıla bilməz! Qacarların Qafqazdakı və İrandakı vəhşilikləri məhz iudaizmin mahiyyətindən doğurdu. Onları Şah İsmayılın qızılbaşları kimi ideya yox, yalnız və yalnız qarət marağı birləşdirirdi.
Tiflisdə Allahın adını dilə gətirib yalvaran müsəlman azərbaycanlılara onlar xristian gürcülərdən fərq qoydularmı? Tiflisdə qacarların məscid qapılarını qırıb içəridə gizlənmiş azərbaycanlı avrad-uşağa divan tutmaları, müsəlmanları da xiristianlar kimi ucdantutma qırmaları göstərdi ki, onlar üçün öz doğma yəhudi dinlərindən başqa heç bir dinin əhəmiyyəti yoxdur. Qacar şah dəfələrlə olmuşdu ki, Qurana əl basıb söz vermişdi, lakin sonra həmin sözünün üstündə durmamışdı, Qurandan istifadə edib adamları aldatmışdı. Çünki onun öz kitabı vardı. Təsadüfi deyil ki, qacarlar  İranda hakimiyyəti tutan kimi ilk növbədə müsəlmanlar üçün müqəddəs sayılan İmam Rza məscidinin xəzinəsini çapıb talamışdılar.
Gürcü qadınları kimi əllərinə düşən gözəl azərbaycanlı qadınlarını da düşərgələrinə aparıb təhqir edir, şərəflərini tapdalayır, hətta anaları yolda uşaqlarını atmağa məcbur edirdilər. Öz qılınclarının itiliyini yoxlamaq məqsədi ilə bu yırtıcı iudalar kiçikyaşlı azərbaycanlı uşaqları topuqlarından tutub başıaşağı sallayaraq ayaqlarını yana dartırdılar, sonra isə qılınclarını var gücləri ilə endirərək uşağı birdəfəyə ikiyə bölürdülər. Uşağı yarı bölmək qacar əsgərləri arasında populyar yarışa çevrilmişdi. Artıq onların xislətlərinə bələd olan kəndlərdəki qadın və qızlar silaha sarılıb son damla qanlarına kimi vuruşurdular ki, namuslarının biabırçı şəkildə tapdalanmasına yol verməsinlər.
Qacarlar həmin dövrdə faktiki olaraq Azərbaycan türklərinin genosidi həyata keçirmişlər. İndi həmin qacarları bizə türk kimi sırımağa çalışırlar. Qacarlar xoşluqla namuslarını onlara peşkəş etmək istəməyən Azərbaycan qız-gəlinlərini qılıncla deşik-deşik edirdilər ki, o birilərə də dərs olsun. Və onu da bilmək vacibdir ki, əgər rus vaxtında gəlməsəydi, qacar-xazarlar regiondakı Azərbaycan, eləcə də digər xalqların hamısını qırıb məhv edəcəkdilər. Qoy xalqları silib bu torpaqlarda çoxdan Böyük İsrail quracaqdılar. Rusların bu torpaqlara gəlişi ilə xalqımız böyük bir genosiddən xilas oldu - təəssüf ki müasir tarixçilərimiz bu həqiqətləri etiraf etməkdə hələ də özlərində güc tapa bilmirlər.
Tarixi mənbələrə görə Qacarlar Suriya sərhədlərinə yaxın bir yerdən, əslində isə qədim İudeyadan köç etmiş tayfadır. Onlar Talışın Xalxal ərazisinə köçərək yerli xalqlar, eləcə də İran sivilizasiyası üçün başbəlasına çevrilmişlər. Qacarlar hələ Ağqoyunlu dövründən regionda fitnələr yaradaraq böyük qanların tökülməsinə səbəb olmuşlar. Onların yürüşləri nəticəsində Tehran, Qum, Şiraz, Gilan, Qəzvin, İsfahan, Tiflis kimi qədim dünyanın mədəniyyət mərkəzləri yerli-yeksan edilərək viran olmuş, qoy xalqların kütləvi qətliamı həyata keçirilmişdir. Qacarlar bir müddət Gəncəni öz paytaxtları elan edərək dövlət yaratmış, bir müddət isə Qarabağ bəylərbəyinə rəhbərlik etmişlər. Şiəliyi qəbul etmiş qacarlar Osmanlı yürüşləri zamanı vuruşmamış, Qarabağ və Şirvandan qaçaraq Ərdəbil bölgəsinə sığınmışlar. Qafqaz xalqları əsrlər boyu qacarların zülmü altında inləmişlər. Səfəvi şahı 2-ci İsmayıl Qarabağ qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab etmişdir. Səfəvi şahları qacarları dövlət üçün təhlükəli qövm saymışlar. Nadir şah da Astrabada daxil olaraq qacarları qırıb çatmışdır. Yurdlarını dağıdaraq, var-dövlətlərini talan edərək qacarlara ciddi zərbə vurmuş, Məhəmməd Həsən xan Qacarı öldürmək istəsə də, o qaçaraq Türkmən çölünə sığınmışdır. Astrabad valisi olan zaman Hüseyn xan Qacar talışlara olmazın zülmlər vermişdi. Yürüşlər zamanı o Qarabağ əhalisinə çoxlu zülmlər etmiş, burda soyğunçuluqlar törətmişdi ki, nəticədə qarabağlılar Şah Abbasın yanına şikayətə gəlmişdilər, şah da onun asılmasına əmr vermişdi. Bundan sonra qacarlar Astrabadın idarəçiliyindən tam qovulmuşdular.
Dərəbəylikdən istifadə edən qacarlar Talış bölgəsini soyub taladılar, varlı talışları öldürüb mülklərini ələ keçirdilər. Qacar şahın yürüşlərə göndərdiyi qardaşı oğlu Xanbaba ona o qədər kəsilmiş varlı başı göndərmişdi ki, axırda Qacar qardaşı oğluna yazmışdı ki, daha bəsdir, kəsilmiş baş göndərmə. Qacarlar əhalinin mal-qoyununu zorla əlindən aldılar, götürdükləri malın pulunu vermirdilər. Onlar tutduqları yerlərdə ağır vergi və töycülər qoyur, xalqın yaşayışını dözülməz həddə çatdırırdılar. Kənd və qəsəbələri talayıb camaatın son tikəsini əlindən aldılar. Qacar şahın əsgərləri bədbəxt əkinçilərin evlərinə soxulur, əllərinə keçəni götürüb aparırdılar. Qacar qoşununun keçdiyi bütün kənd və qəsəbələrdən camaat didərgin düşürdü. Kənd əhli bilirdi ki, Qacar qoşununun ərzağa olan ehtiyacı qurtaran deyil, vergi yığanlar gedib yenə qayıdacaqlar, verməyə bir şeyləri olmadığına görə şallağın və tüfəng qundağının zərbələrinə məruz qalacaqlar, ya da yerindəcə öldürüləcəklər, yaxşısı budur gözdən yayınsınlar, evlərini buraxıb qaçsınlar, ara sakitləşəndə öz ev-eşiklərinə yığışarlar. Beləcə xalq çöllərə və dağlara tökülüşmüşdü.
Qacar şah tabe olmayan şəhərləri uzun zaman mühasirədə saxlayır, şəhərlərdə aclıq hökm sürür, yatalaq və vəba xəstəlikləri yayılırdı. Anaların südü çəkilirdi, quru çörək tapmırdılar ki, onu suda isladıb uşaqlarına versinlər. Ana və uşaq bir-birinin qucağında acından ölürdülər. Gözləri çuxura düşmüş, dodaqları göyərmiş insanlar əllərinin dırnaqları aralanandan sonra hərəkətdən qalırdılar. Əhali aclıqdan taqətdən düşür, küçələrdə oturduqları yerdə keçinirdilər. Ölənlərin cəsədləri yol üstündə qalıb iylənirdi. Qacarlar xalqımızın başına belə müsibətlər açmışdır. Bunlar hamısı tarixi mənbələrdə var. Qacar hegemonluğu İran və Azərbaycanı xarabazarlığa çevirmişdi. Müqavimət göstərənlərin kəsilmiş başlarını şəhər hasarlarının hündür yerlərindən asırdılar ki, o birilərinə də dərs olsun. Ağa Məhəmməd şahın ölümündən bir neçə il sonra da Xorasan yolunun üstündə adam boyda yüz altmış iki ağ bürc diqqəti cəlb edirdi. Bu diri-diri gəcə çəkilmiş yüz altmış iki türkmənin cəsədi idi. Qacarlar onları tanımaq istəməyən türkmən yomutlarını qırıb çatdılar. Qacarlar necə türk soyu idilər ki, keçdikləri yerlərdə türkmənlərin kəllələrindən təpələr düzəldirdilər?
Qacarlar onlara tabe olmayan varlıları xüsusi amansızlıqlarla öldürürdülər. Məsələn, bir neçə nəfər yazığın üstünə atılıb əl-ayağını möhkəm tuturdular, ixtisaslaşmış cəllad iki şaxəli ağacı onun çənəsi arasına salıb ağzını açırdı, bükülmüş dəsmalı boğazının yoluna itələyib üstündən uzun bir ağac qoyurdu. Yazığın bərəlmiş gözlərini vecinə almadan cəkiclə vurub dəsmalı nəfəs yoluna salırdı. Bir neçə dəqiqə əl-ayağını tutub heç çabalamağına da imkan vermirdilər, hərəkətsiz düşüb qalanda buraxırdılar ki, həyatın axırıncı nişanələri də bədənindən çıxsın. Bu cür üsulla İranın və Azərbaycanın sayseçmə zadəganlarını qətlə yetirdilər.
O dövrdə qacarların tətbiq etdiyi ən populyar edam üsulu şaqqalamaq idi. Şaqqalamaq ən dəhşətli cəzalardan biridir; məhkumun ayaqlarını şaquli basdırılmış iki ağaca bağlayıb başıaşağı asırdılar, sonra cəllad satur ilə ayaqlarının arasından şaqqalayıb onu iki yerə bölürdü. Bu cəza o qədər dəhşətli idi ki, tamaşaçılar ona sakit baxa bilmir, titrəyirdilər.
Kirman şəhərinin əhalisinə daha dəhşətli divan tutuldu. Qətl-qarət üç gün çəkdi. Qacar əsgərləri evlərə soxulub istədiklərini götürür, müqavimət göstərənləri qılıncdan keçirirdilər. Bəzi evlərdə qadınları öz ərləri və qardaşları qacarlarln əlinə düşməsin deyə öldürürdülər. Qacarlar müqavimət göstərilən evlərə girəndə ev sakinlərinin hamısını ucdantutma qırırdılar. Varlı adamlar qızıl və cəvahiratların yerini demək istəməyəndə onların rəhmsizcəsinə qol-qıçını sındırıb işgəncə verirdilər. Ən kasıb adamın evində bir dənə qazan belə qalmayanda, qız-qadınlar hamısı təcavüzə məruz qaldıqdan sonra Ağa Məhəmməd xan əmr etmişdi ki, qətl-qarət dayandırılsın. Bundan sonra Kirman əhalisinin ucdantutma kor edilməsi başlanmışdı. Qacar cəlladları ən yoxsul, zəlil kirmanlıya belə rəhm etməyib hamısının gözlərini deşmişdilər.
Şəhərləri tutarkən qacarların tətbiq etdiyi əsas cəza üsulu gözçıxarma idi. Qədimdə korluğa məhkum edilənlərin gözlərinə mil çəkirdilə; bir nazik dəmir mili odun üstündə köz kimi qızardırdılar, tam qızarandan sonra cəllad onu od üstündən götürüb, məhkumun göz çuxuruna yaxınlaşdırır, bir an içərisində milin ucunu gözün bəbəyinə qoyub götürürdü. Ancaq qacar cəlladları fərqli metoddan istifadə edirdilər. Onlar gözləri barmaqları ilə çıxarırdılar, bədbəxtlərin qaşlarının altında iki dərin çüxur qalırdı. Məhkumun əl-ayağını bağlayıb arxası üstə uzadırdılar, sonra barmaqları ilə aşağı göz qapağına elə təzyiq edirdilər ki, göz alması partlayıb yerindən çıxırdı, sonra xəncər və bıçaq ilə gözün damarlarını və liflərini kəsirdilər. Bu dəhşətli “əməliyyatdan” sonra yazıqları əli-qolu bağlı buraxırdılar. Əl-qollarını açmağa macal yox idi, növbədə çoxlu kor ediləsi adamlar olurdu ki, cəlladların bu kimi “xırda” işlərə vaxtı çatmırdı. Gözləri kasasından çıxarılandan sonra kor edilmiş bədbəxtlər ağrının şiddətindən fəryad edib yerdə qıvrılırdılar. Meydan nalə çəkib çırpınan, üz-gözü qana bələnmiş zavallıları tutmurdu. Əl-ayağını birtəhər açanlar qalxır, gözləri görmədiyi üçün yerdəkilərə ilişib təkrar yıxılırdılar. Bu cəlladlığı, zülmkarlığı qacarlar məhkumun arvad-uşaqlarının gözləri qabağında icra edirdilər. Qacarlar onları kor etdikdən sonra yerdən qaldırıb aparmağa da icazə vermirdilər, deyirdilər səbir edin işimizi qurtaraq. Bir nahiyədə işlərini qurtarandan sonra korların əl-ayağını açır, o ipləri başqa məhkumların əl-ayağına bağlayırdılar, bir məhəlləni kor etdikdən sonra başqa məhəlləyə keçirdilər. Qacarlar iranlıların və azərbaycanlıların başına belə müsibətlər gətirmişlər.
Qacar istilası altına düşən məntəqədələrdəki adamlar o qədər müsibətlər çəkirdilər ki, gözlərinin yaşı da quruyurdu. Onların kütləvi şəkildə gözünü çıxardığı adamların çoxu sağ qalmırdı. Bəzi adamlarda şiddətli qanaxma baş verirdi. Mühasirədə uzun müddət aclıq çəkmiş belə adamlar təbii ki ölürdü. Bədbəxtlərin bir çoxunun gözlərinin kasası irinləyirdi. Yaraların qanqrena olması nəticəsində qaragünlü insanlar milçək kimi qırılırdılar. Qanaxmadan, qanqrenadan qurtarıb sağ qalanlar isə ömürlərini səfalətdə başa vururdular.
Ağa Məhəmməd xan Qacar hakimiyyətini bərkidəndən kimi ərdəbillilərə ən ağır vergi təyin etmişdi. O deyirdi: “Ərdəbil məlikləri on ilin vergisini verməyə qadirdirlər, onların Muğanda olan əkin yerləri İranın ən böyük əkin yerləridir”. İran şahları heç vaxt Gilan və Larican aristokratlarına, onların malına və əmlakına toxunmazdılar, onlar müqəddəs hesab olunurdu. Amma qacarlar bölgəyə gəldikdən, oturuşduqdan sonra hamısını qırıb əmlakını ələ keçirdilər. Laricanlılar o vaxta kimi abırlı həyat sürmüşdülər, qacar aqressiyasından sonra yoxsulluğa ürcah olub gözdən düşdülər. Qacar şah hətta dindar Talış mahalının kişilərinə saqqal vergisi təyin etmişdi. Vergi kişilərin, hətta qadınların belə narazılığına səbəb oldu. Uzun saqqal İran kişiləri üçün heysiyyat və vüqar əlaməti idi. Bir kişi saqqalını qırxdırsaydı, hamı ondan üz döndərərdi. İran qadınları adət etmişdilər ki, ərlərini saqqallı görsünlər, saqqalını qırxdıran kişini arvadı da təhqir edirdi. Üzündən saqqal çıxmayan iuda axtası Qacar şah isə İran kişilərini saqqallı görmək istəmirdi. Vergi o qədər çox idi ki, kəndçilər onun öhdəsindən heç cür gələ bilmirdilər. Talış ruhanilərindən bir neçə nəfər Qacara məktub yazıb bildirdilər ki, şəri-islamda saqqala vergi vermək söhbəti yoxdur, Allah-taala insanın bədən üzvlərinə zəkat təyin etməmişdir. Lakin Qacar verginin yığılmasında israrlı idi. Nəticədə Talış camaatı üsyana qalxdı. Qacar əsgərləri hücum edib talışların evlərinə od vurdular, mal-qaranı qovub apardılar. Bu zülmlərin cavabı olaraq Talış böyükləri Rusiyaya üz tutub ondan kömək istədilər. 1795-ci ilin sentyabrında Talış xanının nümayəndəsi Zaman bəy Şimali Qafqaza rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbəlayi Əsədulla bəy Peterburqa getdi. 1796-cı il martın 12-də Kərbəlayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsinə qəbul edilməsi haqqında xahiş məktubunu çariça 2-ci Yekaterinaya verdi.
Talış üsyanlarından biri də Gilan hakimi Hidayətulla xanın rəhbərliyi altında baş verdi. Üsyanı yatırmaq üçün Qacar orduları hər tərəfdən Talışa basqın etdilər. Bir müddət müqavimət göstərən Hidayətulla xan adamları ilə gəmilərə minib dənizə çıxmalı oldu. Dəniz donanması olmadığına görə Qacar qoşunu onları təqib edə bilmədi, lakin bütün sahil zolağını nəzarətə götürdülər. Müqavimətçilər Ənzəli körfəzini keçib dənizə çıxdılar, ordan da Sefidrud deltasına doğru irəlilədilər. Qışın ortası idi, dənizdə güclü fırtınalar olurdu. Gəmilər Xəzərdə şərqə üzəndə tufan qalxdı. Gəmilərdə məharətli dənizçilər vardı, tufan başlayan kimi yelkənləri aşağı endirdilər ki, küləyin gəmiyə təzyiqi azalsın. Lakin şimaldan cənuba yüyürən dalğalara qarşı durmaq mümkün deyildi. Gəminin yelkəni olmadığından sükan tutmurdu, gəmilər sahildən çox aralana bilmirdi, güclü şimal küləyi onları qabağına qatıb cənuba doğru qovurdu. Çox çəkmədi ki, bütün gəmilər saya oturdu. Gəmi saya oturub hərəkətindən qalanda dalğaların ona təzyiqi də dəfələrlə artır, hər dalğanın təzyiqi yüz tonlara bərabər olur. Qısa müddətdə dalğalar gəmini elə darmadağın edirdi ki, hissələri tikə-tikə olub bir-birindən ayrılırdı. Dənizçilər Hidayətulla xana və digər sərnişinlərə dedilər ki, hər şeyə hazır olsunlar. Hidayətulla xan üzmək bilirdi, ancaq tufanlı dənizdə necə üzmək olar? Bunlar bir yana qalsın, qışın buz suyu onları sətəlcəm edib öldürərdi. Ona görə də gəmilərdə qalmağı üstün tutdular. Güclü dalğaların zərbindən qısa müddətdə gəmilər darmadağın oldu, bütün sərnişinlər dənizə tökülüb batdılar. Bir neçə gündən sonra cəsədlər şişib suyun üstünə çıxdı, dalğalar onları sahilə tulladı. Camaat cənazələri yığıb dəfn elədi. Hidayətulla xanın cəsədi də dəfn olunanlar arasındaydı. Say-seçmə talış igidləri İudaya qarşı mübarizədə beləcə şəhid oldu.
Talış əhalisinin qacarlar tərəfindən tam məhv edilməsinin qarşısını alan Ağa Məhəmməd xanın onunla ixtilaf edərək Rusiyaya qaçan qardaşı Mürtəzaqulu xanın özü ilə gətirdiyi rus donanması oldu. Gilan ərazisinə daxil olan rus ordusu Qacar ordusunun əsas qüvvələrini cənuba doğru qovdu.
Qacar xanın Tiflis yürüşü zamanı şəhərin girişində gürcü zadəgan və ağsaqqallarından 70 nəfər onun qabağına çıxdı desinlər ki, Tiflis zərərsiz bir şəhərdir və əhalisi müqavimət göstərməyəcək. Lakin qacarlar həmin 70 nəfərin yerindəcə başını kəsdilər. Qacar xan əsgərlərinə qətl-qarət əmri verdi. Tiflis yağmalanıb dağıdıldı, 22 min dinc sakin qul və kəniz kimi satıldı. Qacar tarixçiləri Tiflis faciəsini ətraflı yazıblar. Onlar qeyd edirlər ki, bütün kilsələr viran edildi, ruhanilər qətlə yetirildi. Məhz həmin qətliam Gürcüstanın Rusiyaya birləşməsinə səbəb oldu.
Qacarlara kimi İran və Azərbaycan elləri daim osmanlılarla düşmənçilik etmişdi, əsrlər boyu aramızda qanlı döyüşlər olmuşdu. Lakin qacarlar osmanlılarla qardaşlıq əhdi bağladılar və onlarla birləşib üstümüzə yürüdülər. Azərbaycan və digər Qafqaz ellərində güclü müqavimət ilə üzləşərkən qacarlar daim kömək üçün Osmanlı dövlətinə müraciətlər etdilər və onlardan tutarlı kömək aldılar. Osmanlılar yəhudi qacarlara yerli xalqları qırmaqda və regionda möhkəmlənməkdə daim səxavətli yardımlar etdilər. Qacar şah hakimiyyətdə oturan kimi öz nümayəndəsini osmanlı qoşunlarının cəmləşdiyi Bağdad şəhərinə göndərmişdi və dar ayaqda osmanlıların ona kömək edəcəyinə əminləşəndən sonra Azərbaycana yürüşə çıxmışdı. Osmanlıların qacarlarla işbirliyi və dəstəyi Sultan Səlimin 1793 və 1794-cü illərdə qafqazlılara göndərdiyi fərmanlarda da göstərilmişdir. Osmanlı dövlətinin xarici siyasətini idarə edən Genuya masonları bu köməyi həm də Rusiyaya qarşı tədbir kimi qiymətləndirirdilər. Osmanlı sultanı Azərbaycanda xalqımızı qırıb çatan Qacar ordusuna ara-sıra “humanitar yardım”- buğda, yağ, qoyun və hərbiyə lazım olan ləvazimatlar yollamaqdaydı. İki düşmən birləşib Azərbaycan xalqının sonunu gətirməkdəydi. Qacar şah arxayın idi ki, Qafqazda məğlubiyyətə uğradığı təqdirdə osmanlı ordusu onun köməyinə gələcək. Qacarlar həmişə Azərbaycana yürüşə çıxanda əvvəlcə osmanlılarla danışıqlar aparır, onları ehtiyatda gözləyən qüvvə kimi gördüklərindən daha əzmlə irəli atılırdılar. Osmanlıdan kömək alacağına arxayınlaşan Qacar şah daha da qızışıb bir-birinin ardınca Azərbaycan şəhərlərini alt-üst edirdi. Həmin dövrdə tarix böyu yəhudilərin törətdiyi ən böyük qırğınlardan biri həyata keçirilmişdir ki, bu qırğın müasir iudey akademik sistemi tərəfindən məharətlə gizlədilir. Bu qırğında ölənlərin sayı-hesabı yoxdur. Həmin dövrdə vahhabi mahiyyətli osmanlılarla iudey mahiyyətli qacarlar birləşib Azərbaycan xalqına qarşı genosid həyata keçirmişlər. Həmin iud terrorunun qarşısını məhz Rusiya almışdır. Təəssüf ki, müasir tarixçilər qacaları terroru yarımçıq saxlayıb regionumuzu tələsik tərk etməyə məcbur edən əsas səbəbdən- rus qoşunlarının cənuba doğru onların üzərinə yürüşü barədə yazmırlar. Məhz rusları gəlişi bizi qacar təcavüzü altında qırılmaqdan xilas etmiş və sağ saxlamışdır.
Qacarlar o vaxtlar formalaşmaqda olan Azərbaycanın çox şəhərlərini dağıdıb xaraba qoydular. İran imperiyasında yaşayan bir çox hörmətli əyanların başını kəsdilər, bəzilərinin isə gözünə mil çəkib kor etdilər ki, əl-ayağa dolaşmasınlar. Onlar İranın qədim şah nəsli, köklü aristokratiyası olan Zəndiyyə nəslini tamamilə qırdılar, son nəfərinə kimi qətl etdilər. İud genosidi nəticəsində bu qədim dinastiyanın adı İran taxt-tacı tarixindən biryolluq silindi.
Ağa Məhəmməd xan Qacar Şirazı alandan sonra Kərim xan Zəndin cəsədini Tehrana gətirdib şahlıq ərkinin pilləkanı altında dəfn etdi ki, hər dəfə otağına girib-çıxanda ayağını Kərim xanın sümükləri üstünə qoysun. Kərim xan elə bir adam idi ki, Hafiz Şirazi, Şeyx Sədi üçün məqbərə tikdirmişdi. İranda çoxlu abadlıq işləri gömüşdü. Qacar İranın qanuni hökmdarı Lütfəli xan Zəndi də tutub tövləsində zəncirə vurmuşdu. Yaralı, əldən düşmüş əsir nə qədər su istəsə də Qacar ona su vermədi. Lütfəli xan qızdırma içində yanır, su istəyirdi, lakin Qacar ona İmam Hüseyn müsibəti yaşadıb suyu da çox gördü. Uzun əzab-əziyyətdən sonra cəlladına əmr verdi ki, Lütfəli xanın gözlərini çıxarsın. Cəllad İran şahını yerə yıxdı, zəncirdə olan əl-ayağını iplə çəkib möhkəm bağladı, sonra üç barmağıyla onun gözlərinin alt qapaqlarından elə basdı ki, gözlər pırtlayıb kasasından çıxdı. Qacar şah bu dəhşətli işə ləzzətlə tamaşa elədi. İran şahının sağ gözü yerindən çıxandan sonra cəllad ağzında saxladığı bıçaqla damarlarını kəsdi, gözü tamamilə qırıb yerə atdı. Sonra Qacar şahın gözü önündə sol gözü də çıxartdı. Sağ göz çıxarılanda Lütfəli xan nalə çəkdi, ancaq sol gözünü çıxaranda ondan heç bir səs eşidilmədi. Qacar onu sağ saxladı, öldürmədi, çünki səfərlərdə başına noxta vurub yanında piyada aparmaq niyyətindəydi. Lakin Lütfəli xan yarımcan hala düşdü, onu səfərlərdə aparmağa durğuzsaydılar, yolda ölərdi. Qacar Lütfəli xanın öldürülməsi əmrini verəndə onun meyiti üzərində dəri çəkilmiş skeletə oxşayırdı. İranın qanuni hökmdarı, ziyalısı, heç vaxt dodaqlarından təbəssüm əskik olmayan gözəl fars kişisi, Zənd şahriyarı xazarlar tərəfindən beləcə müsibətlər içində öldürüldü.
Lütfəli xan Zəndin böyük işlərindən biri o idi ki, Şiraz-Buşehr, Şiraz-Bəndərabbas və Şiraz-Bandərlenge arasında yol salmışdı. O əsrdə belə böyük abadlıq işi həqiqətən çox diqqətəlayiq idi. Bundan başqa, Mond çayında sədd salıb, onun suyunu ətrafdakı torpaqların istifadəsinə vermişdi. Mond çayı Fars dağlarından baş alırdı, axıb Fars körfəzinə tökülürdü, çayın sahilləri boyunca uzanıb gedən torpaqlar dünyanın ən münbit torpaqları hesab olunurdu, bu ərazidə bəlkə bəşər yaranandan bu yana heç əkin əkilməmişdi. Qısa müddətdə xalq əmin olmuşdu ki, onun ölkə idarəetmə bacarığı özündən əvvəlkilərdən qat-qat artıqdır. Lütfəli xanın abadlıq işləri davam etsəydi, İran abadlaşar, ticarət vüsətlənib sərhədləri aşardı, lakin qacarların regionda güc kimi peyda olması və fəaliyyəti işlərin irəli getməsinə mane oldu. Lütfəli xan Zəndin hərbi və idarəetmə qabiliyyətlərindən başqa bir gözəl keyfiyyəti də vardı. Ondan yadigar qalan bir neçə şeir göstərir ki, o həm də istedadlı şair olmuşdur. Şahlığının birinci illərində şair və alimlərə tapşırmışdı ki, Şəmsəddin Hafizin şeirlərini oxuyub, onları diqqətlə öyrənsinlər, Hafizə aid olmayan və sonradan əlavə edilən şeirləri onun divanından çıxarsınlar. Bu ilk baxışda sadə, bəlkə də bəzilərinə mənasız təsir bağışlaya bilər, amma Lütfəli xan Zənd bu göstərişi verməklə, həm də yüksək əbədi zövqə malik olduğunu sübut etmişdir. Lütfəli xanın qətlindən uzun əsrlər keçsə də, İranın cənubunda hələ də onun barəsində mərsiyyələr oxunur.
Lütfəli xanı öldürəndən sonra Ağa Məhəmməd xan Qacar özünü əsl İran şahı hiss etdi. Zəndiyyə sülaləsinin kökünü kəsməklə o yolundakı ən böyük maniəni aradan götürdü. Bundan sonra qacarlar tərəfindən yerli xalqların genosidinə start verildi. İranın ən dilbər guşələri qacar əmirləri tərəfindən zəbt olundu.
Qacarlar 1796-cı ildən 1925-ci ilə kimi İranda şahlıq etdilər. Bu müddət ərzində xalqa olmazın zülmlər verdilər və əhalinin maddi vəziyyəti həddən artıq pisləşdi. İran xalqları Qacarlara qarşı dəfələrlə üsyan qaldırdılar. Səttərxan üsyanı da, Şeyx Məhəmməd Xiyabani üsyanı da məhz qacarlara qarşı olmuşdu. Bu üsyanlar ingilislərin dəstəyi ilə yatırıldı. İngiltərə iudeyləri özlərinin İrandakı soydaşları ilə vəhdətdə regionu idarə edir, region xalqlarının başına olmazın müsibətlər gətirirdilər. 9 avqust 1919-cu ildə Qacar hakimiyyəti ilə İngiltərənin yəhudi hakimiyyəti arasında saziş bağlanmışdı. Həmin sazişə əsasən İran faktiki olaraq İngiltərənin koloniyasına çevrilmişdi. 9 Avqust sazişi xalqın böyük narazılığına səbəb olmuşdu. İran və Azərbaycan xalqları bu alçaldıcı sazişə qarşı etiraza qalxmışdı, hər yerdə izdihamlı mitinqlər və nümayişlər keçirilmişdi. Lakin qacar və ingilis qoşunları bu eturaz aksiyalarını qan içində boğdular.
Gələk Qacar soyunun Ziyadoğlular nəslindən olan Cavad xanın üstünə.
1614-cü ildə gürcülər və gəncəlilər qacar zülmünə qarşı üsyana qalxdılar və Qarabağ bəylərbəyi Məhəmməd xan Qacar öldürdülər. Şah Abbasın hakimiyyətinin son illərində səfəvilər də qacarların özbaşınalığından təngə gəldilər, onlara qarşı hərəkətə keçdilər. Məhəmmədqulu xan Qacar 1627-ci ildə Qarabağ bəylərbəyliyindən azad edildi, Ziyadoğlu nəsli Qarabağ bəylərbəyliyindən qovuldu. Qarabağ bəylərbəyi şahın qulamlarından olan sərkərdə Allahverdi xanın oğlu Davud xan təyin edildi. Lakin qacarlar təxribat törədərək ona işləməyə imkan vermədilər.
Nadir xan şah seçildikdən sonra qacarlara divan tutdu. 1736-cı ildə Nadir şahın çağırdığı Muğan qurultayından sonra Qacar soyunun həyatında böyük siyasi dəyişikliklər yarandı. Qacarların yerli xalqlara etdiyi zülm nəzərə alınaraq, Qarabağın beş məlikliyi və Mil-Qarabağ düzündəki tayfalar, eləcə də Zəngəzur ərazisi qacarların nəzarətindən çıxarıldı. Bütün bu torpaqlar Nadir şahın qardaşı, Azərbaycan sipəhsaları İbrahim xanın öhdəsinə verildi. Bu zaman Qazax və Şəmşəddil tayfalarının mülkləri də Kartli çarı Teymuraza tabe edildi. Qacarların əlində təkcə Gəncə qaldı. 2-ci Uğurlu xan Ziyadoğlu Gəncə bəylərbəyi kimi yalnız Gəncə ətrafını əlində saxladı. Beləliklə, Qazax və Borçalı elləri o vaxtdan qacar əmirlərinə yox, Gürcüstan əmirlərinə tabe edildi. Cavanşir, Otuziki və Kəbirlidən ibarət olan Qarabağ elləri haqqında da icrası vacib olan fərman çıxdı ki, onları qacar asılılığından uzaqlaşdırmaq üçün köçürüb Xorasanın Sərəxs torpaqlarına aparsınlar. Bu hadisə ilə bağlı Mirzə Adıgözəl bəy yazır: “Nadir şah Xəmsə məliklərinə də əmr verdi ki, Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmüm vasitəsilə xas və avam camaatın boynundan kənar edin. Özünüzü tamamilə azad sayın... Beləliklə Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından qol-qanadları sındı və çox pərişan oldular”.
Qacar soyundan olan 2-ci Uğurlu xanı 1738-ci ildə Carda yerli xalqlar üsyan qaldıraraq öldürdü. Onu əvəz edən Şahverdi xan Qacar (haddında danışdığımız Gəncə xanı Cavad xanın atası) 1743-cü ildə Şirvan camaatı üsyan edərkən Gürcüstana 1-ci Teymurazın yanına qaçdı. Bundan sonra Gəncənin hakimi Hacı xan Qacar oldu. Lakin bu qacar xanı da 1947-ci ildə etdiyi zülmlərə görə yerli camaat tərəfindən qovuldu.
Gürcüstana qaçmış Şahverdi xan Qacar Nadir şahın ölümündən sonra gürcü qoşunlarının köməyi ilə Gəncədəki İran qarnizonunu dağıdıb müstəqil Gəncə xanlığının əsasını qoydu. Bundan sonra Qafqazda əsl xazar-qoy müharibələri başlandı, qan su yerinə axdı. 1749-1750-ci illərdə Pənahəli xan hücum çəkərək Gəncə şəhərinin bir hissəsini tutsa da, Şahverdi xan 2-ci İrakli və 1-ci Teymurazı köməyə çağırdığı üçün, Pənahəli xan bac alaraq geri dönməyə məcbur qaldı.
Gürcü qoşunu geri qayıdan Qarabağ qoşunlarını məğlub etdi və bu xidmətə görə Şahverdi xan 2-ci İrakli və 1-ci Teymuraza ildə 10 min tümən bac vermək öhdəliyi götürdü. Lakin Şahverdi xan öz yerini bərkidəndən sonra sözünün üstündə durmadı. Gəncə xanlığında möhkəmlənəndən sonra o bac verməkdən imtina etdi. Qeyzlənən 1-ci Teymuraz Gəncəyə hücüm çəkdi, lakin onun qoşunları Hacı Çələbinin köməyi ilə geriyə oturduldu.
Şahverdi xan Gəncə xanlığını yaradan kimi Osmanlı sultanına məktub yazıb onun himayəsinə girdiyini bildirdi və sultandan kömək istədi. Həmin məktubda Şahverdi xan əcdadları olan qacarların Osmanlı ilə mehriban münasibətdə olmalarını qeyd edir, Gəncə torpağının onun dədə-baba mülkü olduğunu bildirirdi. Beləliklə, Gəncə Osmanlı torpağı elan olundu. Bundan sonra Gəncə qalası möhkəmləndirilərək osmanlıların şiə torpaqlarındakı forpostuna çevrildi. Gəncədə dislokasiya olunan Osmanlı qarnizonu ara-sıra ətraf məntəqələri çapıb talamaqla, şiə və xristian əhalini qılıncdan keçirməklə məşğul oldu. Beləcə Azərbaycanın mərkəzi əyalətləri bir tərəfdən osmanlı paşalarının, digər tərəfdən avar qaçaqlarının təcavüzündə qaldı.
Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760-1780) hakimiyyətə gəldikdən sonra gürcü çarları ona xəbər göndərib atasının verdiyi sözü yadına saldılar. Lakin Məhəmmədhəsən xan da Kartli-Kaxetiya hakiminə ildə 10 min tümən verməkdən imtina etdi. Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirdi.
1780-ci ildə Kartli-Kaxetiya hakimi 2-ci İrakli və Qarabağ xanı İbrahimxəlil xanın qoşunları Gəncəni işğal etdi. Məhəmməd xan kor edilərək Şuşa qalasına aparıldı. 1785-ci ilə kimi Gəncədə ikihakimiyyətlilik yarandı. Belə ki Gəncə 2-ci İraklinin nümayəndəsi Keyxosrov Andronikşvili və İbrahimxəlil xanın nümayəndəsi Hacı bəy tərəfindən idarə edildi. Lakin bu vəziyyət uzun sürmədi. Gəncənin üstündə Qarabağ kürdləri ilə Gürcüstan iverləri arasında dava düşdü. Bundan istifadə edən Məhəmməd xanın qardaşı Rəhim xan İbrahimxəlil xanın nümayəndəsini qovaraq Gəncədə hakimiyyətə gəldi. P.Q.Butkov onun hakimiyyətə gəlməsini 2-ci İraklinin adı ilə bağlayaraq yazır ki, Məhəmməd xanla Şuşaya girov aparılan Rəhim bəy Qarabağdan Tiflisə qaçmış və 2-ci İraklinin köməyi ilə Gəncədə hakimiyyətə gəlmişdi. Lakin Rəhim xan hakimiyyət başında çox qala bilmədi. Tezliklə Gəncədəki Qarabağ kürdləri Rəhim xanı yıxıb onu yerinə qardaşı Cavad xanı qoydular. Gürcü mənbələrinə əsaslanan Ş.Həmidova 2-ci İraklinin öz əli ilə yazdığı məktubundan belə bir sitat verir: “İbrahim xan bizim istəmədiyimiz Cavad xan Ziyadoğlunu Gəncəyə xan təyin etdi”. Beləliklə Cavad xan 1786-ci ildən 1804-cü ilə kimi Gəncənin xanı oldu. Cavad xan da hakim olduğu dövrdə atasının Gürcüstan çarlarına söz verdiyi 10 min tüməni ödəməkdən imtina etdi.
Qacariyyə hökmdarı Ağa Məhəmməd xan Qacar 1795-ci ildə Gürcüstana hücum edərək Tiflis əhalisini qıranda Gəncə xanı Cavad xan Qacar da ona öz qoşunu ilə kömək etdi. Cavad xan bu yürüşdə əsir aldığı çoxlu sayda xristian arvad-uşağı özü ilə Gəncəyə gətirdi. Tiflisə hücum Gürcüstan əhalisində nifrət əmələ gətirdi, qətl-qarət narazılığa səbəb oldu və gürcülər Rusiya hökumətindən kömək istədilər.
Rus qoşunları Qafqazı tərk edən kimi Gəncə xanı Cavad xan qoşunu ilə hücum edərək Şəmşəddil, Qazax və Borçalı mahallarını qırıb çapdı, bu torpaqları öz şəxsi mülkü elan edərək yerli xalqa ağır xərac qoydu. Yerli feodallar kömək üçün Rusiya dövlətinə müraciət etdilər. O vaxt həmin ərazilər Rusiya himayəsini qəbul etmiş Gürcüstan çarlığına aid olduğundan Gəncə xanlığı ilə Gürcüstan və Rusiyanın münasibətləri kəskinləşdi. Rusların Gəncəni tutmaq planı ortalığa çıxdı. Yəni ruslar faktiki olaraq müasir libral tarixçilərin iddia etdiyi kimi işğal üçün yox, Şəmşəddil, Qazax və Borçalı camaatının – azərbaycanlıların müraciətindən sonra onları təcavüzkardan qorumaq üçün regiona girdilər.
Rus hökuməti əvvəlcə Cavad xana dəyərli təkliflər verdi. General Pavel Sisianov 1803-cü il 25 fevral tarixli birinci məktubunda Cavad xana iltifatla yanaşır, Rusiya himayəsinə keçməsinin onun xeyrinə olacağını bildirirdi. General təklif edirdi ki, Cavad xan oğlu Uğurlu ağanı Tiflisə oxumağa göndərsin. Uğurlu ağa rus kadrı kimi yetişdirilsin, Sisianovun dediyi kimi, “ləyaqət və hörmət sahibi olsun”. Cavad xanın oğlu həm də rus qoşununa müqavimətin olmayacağına zəmanət kimi lazım idi. Sisianov Cavad xana yazırdı: “Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə xeyirxah vədimizin əməli timsalı kimi qəbul edəcəyəm”. Sisianov digər məktubunda Cavad xanı Şəmşəddil camaatını çapıb-talamaqdan, sıxışdırmaqdan çəkindirməyə çalışırdı. Lakin Cavad xan hələ 1801-ci ildə Qafqazın hərbi hakimi Knorrinqə məktubunda bildirmişdi: “700 ildir ki, Şəmşəddil torpağı mənim nəslimə mənsub olmuş və bizə qulluq etmişdir”. Yəni bura mənim öz şəxsi mülkümdür. Ətraf elləri soyğunçuluqla yaşamağa öyrəşmiş Cavad xan Rusiyanın “ağır” şərtlərini yerinə yetirməkdən imtina etdi. O başa düşdü ki, rus himayəsi altına keçsə, daha əvvəlki özbaşınalıqları törədə bilməyəcək, “hazırının naziri” dövranına son qoyulacaq.
20 noyabr 1803-cü ildə general Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı. Rus qoşunu dekabr ayında Gəncə qalasına gəlib çatdı. 3 yanvar 1804-cü ildə səhər ruslar hücum edərək qalanı aldılar. Cavad xan və ətrafındakı qacar əmirləri döyüşdə öldürüldü. Gəncə qacar zülmündə azad edildi. Ətraf ellər xazar təcavüzündən qurtuldular. Ruslar Xazariyyanın Azərbaycandakı axırıncı aktiv qalıqlarını aradan apardılar. Bundan sonra Gəncə xanlığı ləğv olundu və adı Rusiya imperatriçası Yelizavetanın şərəfinə dəyişərək Yelizavetpol qoyuldu. Qacar dövlətçiliyinin yerində Yelizavetpol dairəsi yaradıldı.
Məhz Rusiya imperiyasının tərkibinə girəndən sonra Gəncə çiçəkləndi. Ticarət genişləndi, müxtəlif sənət sahələri inkişaf etdi. Yaşayış binaları, karvansaralar və məscidlər tikildi. Ağır töycüyə son verildi. Rəiyyət zəhmətinin bəhrəsini özü görməyə başladı. Sənətin müxtəlif sahələri inkişaf etdi. Gəncə alimlər, yazıçılar və şairlər şəhərinə çevrildi.
Cavad xan Gəncədə Osmanlı qarnizonu saxlayırdı. O şiə Gəncəsini düşmən Osmanlının Azərbaycandakı forpostuna çevirmişdi. Qacar şah Osmanlı sultanın hərəmxanasına əsir götürdüyü gürcü qızlarını göndərdiyi kimi Cavad xan da Gəncədəki osmanlı qarnizonunun kürd əsgərlərini azərbaycanlı qızlarla təmin edirdi. Ruslar Gəncəni tutandan sonra Cavad xanın hərəmxanasından yüzlərlə qadın çıxdı. Bunlar ətraf ellərdən zorla evlərindən çıxarılaraq gətirilmiş qız-gəlinlər idi. Xan harda xoşuna gələn cavan qız görürdüsə, zorla faytonuna basdırıb hərəmxanasına gətirirdi. Onların bəzilərini qaladakı osmanlı qarnizonundakı kürdlərə peşkəş etmişdi, çoxunu isə özü əyləncə üçün saxlayırdı. Ruslar bu qadınları azad etdikdən sonra onlar öz ellərinə qayıtdılar. Lakin bu qadınların çoxu öz doğma evində oturuşa bilmədi; ərləri onları qəbul etmədilər, ataları, oğulları onları evlərinə buraxmadılar, başqasının artığı saydılar. Bir çoxu çöllərə düşdü, dəli oldu, özünü öldürdü. Amma bu yazıqların günahı yox idi - harınlamış xanın güdazına getdilər.
Rusların gəlişi məhz belə zülmlərə son qoydu. Bu gün başadüşüləndir ki, niyə həmin Cavad xan kimilərin varisləri Rus intervensiysına qarşı belə səylə mübarizə aparırlar. Axı o vaxt da rus kazakları gələndən sonra xanlar-bəylər istədiklərini edə bilmirdilər. Rus nəzarəti onlara Azərbaycanı soldan sağa, sağdan sola şumlağa imkan vermirdi. Heç cür düz gəlmirdi; kazaklar qız-gəlinə sataşmaq üstündə belə ünsürləri şallaqlayırdılar, düzəlməyəndə isə zəncirə vurub Sibirə sürgünə göndərirdilər. Ona görə də Rus hökumətinin qayıdışının qarşısını hər vəchlə almağa çalışırlar ki, köhnə dəb ilə varlıqlarını sürdürsünlər.
Cavad xan qubalı Fətəli xanı niyə zəhərləyib öldürdü? Çünki Fətəli xan Azərbaycan xanlıqlarını birləşdirirək Rusiyanın tərkibinə salmaq istəyrdi, Cavad xan isə Azərbaycan xanlıqlarını Osmanlının tərkibinə salmaq istəyirdi. Fətəli xanın fəaliyyəti Cavad xanın məlum niyyətlərinə zidd idi. Ona görə də Cavad xan Fətəli xanı namərdcəsinə öldürdü.
Fətəli xan ölümünə yaxın Azərbaycan torpaqlarının böyük bir hissəsini hakimiyyəti altında birləşdirə bilmişdi. O bunun nəticəsində Azərbaycandakı siyasi proseslərdə aparıcı rol oynamağa başlamışdı. Belə bir şəraitdə Fətəli xanın vəfat etməsi o dövr tarixinin qaranlıq səhifələrindən biri olaraq qalmaqdadır. Abbasqulu Ağa Bakıxanov yazır: “Bütün istiqlal və ehtişam vasitəsinə malik olan Fətəli xan Azərbaycan və bəlkə də bütün İran işlərini intizama qoymaq xəyalı ilə Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da öz dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. Fətəli xan cah və cəlalla Nuxu şəhərinə getdi. Bir neçə gün qonaqlıq və şadlıqla keçirib Gəncəyə yola düşdü. Cavad xan, Şahverdi xan Ziyadoğlu, Qacar ölkənin bütün əyanı ilə bərabər Kür çayının kənarında onu pişvaz edib qalanın qapılarını üzünə açdı. Fətəli xan da Cavad xanın əlindən çıxmış Şəmşəddinli mahalını Gürcüstan valisindən alıb ona verdi. Xülasə, yüksək mərtəbəli iki vali Şəmkir yaxınlığında bir-birilə görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə tədbirlər gördülər. Geri qayıtdığı zaman Fətəli xan şiddətli bir qızdırmaya tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi. Buna görə sürətlə Şirvana, buradan da Bakıya, bacısının yanına getdi. 1789-cu ildə 22 martda 54 yaşında ikən vəfat etdi”.
Professor Vaqif Arzumanlı Fətəli xanın gürcü çarı İkinci İrakli tərəfindən zəhərlənərək qətlə yetirildiyini bildirir. Fətəli xanın kötücəsi Asəfxan Qubalı isə tamam əksini söyləyir. Xan kötücəsi bildirir ki, Fətəli xanı İkinci İrakli yox, məhz Gəncə hökmdarı Cavad xan zəhərləyərək qətlə yetirib: “Fətəli xanı İkinci İrakli zəhərləməsi məlumatı doğru deyil. Mənim ulu babamı gəncəli Cavad xan zəhərləyib. Bu nə əfsanədir, nə də yalan. Bu sözləri Şamaxıdan ağır vəziyyətdə Bakıya – bacısının yanına gətirilən Fətəli xan özü Xədicə Bikəyə deyib ki, Cavad xan mənim ömrümə son qoydu, məni zəhərlədi. Fətəli xan Cavad xana çox inanırdı. Cavad xan neçə illər İkinci İraklinin zindanında qalmışdı. Fətəli xan onu İraklinin dustaqlığından azad edib xanlığa ucaldıb. Cavad xan kimə işləməlidir? Fətəli xan Şəmkirdə görüş keçirib Borçalını, Qarabağı və başqa bölgələri birləşdirmək istəyirdi. Əlimdə faktlar var ki, Fətəli xan o torpaqları mütləq birləşdirəcəkdi. Babamı Cavad xandan başqa kim zəhərləyə bilərdi? O Şəmkirə gedəndə özü ilə öz aşbazlarını aparmamışdı ki, orda Cavad xanın aşbazları var. Hər yerə özü ilə aşbaz aparırdı, amma bu dəfə belə etməmişdi. Bunu Cavad xana inandığından belə edirdi. Cavad xan isə onu zəhərlədi. Fətəli xanın Cavad xan tərəfindən zəhərlənməsini təkcə mən deyil, 200 ildən artıqdır ki bizim nəslimiz, şəcərəmiz iddia edir. Bunu tam məsuliyyətimlə deyirəm”.
İndi bu cür xain adamı xalqımıza allı-güllü xilaskar kimi sırıyırlar.
Qarabağlılara, salyanlılara, şamaxılılara, şəkililərə, irəvanlılara, talışlara qarşı genosiddə yaxından iştirak etmiş, əli dirsəyə kimi azərbaycanlı qanına batmış adamdan bizə qəhrəman olmaz!

AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ


1577-ci ilin sonlarında osmanlılar Səfəvi dövləti ilə bağlanmış müqaviləni pozaraq İranın Qafqaz torpaqlarına hücum etdilər. Şamaxını, Gəncəni, Qəbələni ələ keçirərək xaraba qoydular, dinc sakinləri soyub taladılar, qadınlara təcavüz etdilər. Bir müddət sonra İran türklərindən ibarət Qızılbaş qoşunu hücum edərək həmin qalaları osmanlılardan geri aldı. Osmanlılar qızılbaşların təzyiqini dözməyərək Dərbəndə çəkilməyə məcbur oldular. Qızılbaşlar əsir götürdükləri osmanlıları Qəzvinə gətirdilər və eşşəyə mindirib şəhərdə gəzdirdilər.
1578-ci ildə Mustafa Lələ paşanın rəhbərliyi altında Osmanlı ordusu yenidən Azərbaycana hücum etdi. Osmanlı ordusunun Gürcüstana yolunu kəsməyə çalışan Qızılbaş ordusuna qarşı Mustafa Lələ paşa Diyarbəkir bəylərbəyi Dərviş paşanı göndərdi. Əvvəlcə osmanlı ordusunun öndə gələn hissələri ilə toqquşan qızılbaşlar qələbə qazandılar. Onlar 2-3 min nəfərə yaxın düşməni məhv etdilər. Bu qələbədən ruhlanan Qıızılbaş döyüşçüləri qaçan düşməni təqib etməyə başladılar. Ön dəstənin məğlub olmasından xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq əvvəl Özdəmiroğlu Osman paşanı, sonra isə Bəhram paşa və Mutabzadə Əhməd paşanı 20-30 min nəfərlik əlavə qoşunla yardıma göndərdi. Osmanlıları təqib edən Qızılbaş dəstəsi öz əsas qüvvələrindən aralı düşdüyü üçün darmadağın edildi.
Oruc bəy Bayat bu hadisə ilə bağlı yazır ki, öz kəşfiyyatçılarının səhv məlumatlarına inanan Məhəmməd xan Toxmaq yanılaraq Dərviş paşa və Bəhram paşanın 40 minlik qoşununu osmanlıların əsas qüvvəsi sandı, Mustafa paşanın döyüş meydanından bir qədər uzaqda gizli saxladığı 70 min Osmanlı döyüşçüsü qəflətən qızılbaşların sağ cinahına zərbə endirəndə isə Məhəmməd xan öz səhvini başa düşdü. Artıq gec idi. Yalnız Toxmaq xanın göstərdiyi sərkərdəlik məharəti və qaranlığın düşməsi nəticəsində Qızılbaş ordusu tam məhv olmaqdan xilas oldu. Qızılbaşlardan 7 min nəfər öldürüldü, 3 min nəfər əsir düşdü. Məhəmməd xan qaranlıqdan istifadə edərək öz qoşunlarının bir hissəsini dağ cığırlarından və keçidlərindən keçirib xilas edə bildi. Osmanlı ordusu da bu döyüşdə xeyli qüvvə itirdi. Dərviş paşanın 30 ağası və 7 sançaqbəyi öldürüldü. Beləliklə, tarixə Çıldır döyüşü kimi düşmüş bu döyüş Özdəmiroğlu Osman paşanın əlavə qüvvələrlə özünü yetirməsi sayəsində Osmanlı ordusunun qələbəsi ilə başa çatdı. Bu qələbə Osmanlı ordusunun Gürcüstana tutaraq talamasına şərait yaratdı. Ciddi müqavimətə rast gəlməyən Osmanlı ordusu avqustun 24-də “keçilməzliyinə və əzəmətinə görə göylə bəhsə girən” Tiflis qalasını ələ keçirdi.
Osmanlı ordusu Şirvana doğru irəlilədi. Sentyabrın 8-də Osmanlı ordusu Qanıq çayı sahilinə çatdı. Amma aclıq və üzücü yürüş işğalçı ordunun əsgərlərinin mənəvi ruhunu əsaslı surətdə sarsıtdı. Sipahilər və yeniçərilər yürüşdən imtina edərək geri qayıtmağı tələb etdilər. B.Kütükoğlu Osmanlı salnamələrinə əsaslanaraq yazır ki, bir qrup döyüşçü Mustafa paşaya yaxınlaşaraq dönməyə qərarlı olduqlarını bildirdiər: “Nə vaxtadək bu boş və yaşayış olmayan çöllərlə gedəcəksən? Sən qayıtmalısan. Biz qayıtmağa etiraz edən yoldaşlarımızı öldürərik. Bizim üçün əvvəlcə həyat, sonra isə dünya vacibdir. Biz nə Qanıqdan keçmək, nə də Şirvan ölkəsini ələ keçirmək arzusunda deyilik”. Mustafa paşa böyük çətinliklə onları dilə tutaraq sakitləşdirə bildi. Həmin yürüşdə Osmanlı ordusunun səfər katibi olmuş Asafi Dal Mehmed Çələbi “Şücaətnamə” əsərində osmanlıların Qanıq çayını böyük əziyyətlərlə keçdiyini belə qeyd edir: “Bir felaketle geçildi ol Kınık,/ Her biri uryan devan zarı-künan,/ Geçmedi kesk olmaya gönlü sınık./ Olmuş idi aglamakdan na tuvan./ Çok kişi gark oldu çıkdı başdan,/ Hasılı ol-dem cihan-giryan idi,/ Kimi oğlundan, kimi kardaşından./ Kardaşım oğlum diyü nalan idi”.
Osmanlı tarixçisi Asafi Osmanlı ordusunun Qanıq çayı sahilində Təbriz bəylərbəyi Əmir xan tərəfindən qarşılandığı və tərəflər arasında baş verən döyüşü osmanlıların qazandığını göstərir. 1578-ci il sentyabrın 9-unda Qoyun ölümü keçidi döyüşündə qələbə çalan Osmanlı ordusunu ərzaq çatışmamazlığı və Kür çayının azğın sularını keçmək çətin vəziyyətə saldı. Əsgərlərinin müəyyən hissəsini itirməsinə baxmayaraq, Mustafa Lələ paşa böyük çətinliklərdən sonra sentyabrın 16-sında Ərəş şəhərinə gəldi.
Asafinin məlumatına görə, Mustafa Lələ paşa fəth olunan torpaqların mühafizəsini təşkil etmək və Qızılbaş ordusunun qış hücumlarının ciddi təhlükə yaratmaması üçün bəylərbəyilərdən birini Şirvanın mühafizəsinə təyin etmək məqsədilə divan topladı. Şirvanda Оsmanlı ordusuna komandanlıq etmək təklifi almış Diyarbəkir bəylərbəyiliyi Dərviş paşa və Hələb bəylərbəyi Məhəmməd paşa dərhal bundan imtina etdilər. Mustafa paşa bu vəzifəni başdanxarab Özdəmiroğlu Osman paşaya həvalə etməyə nail oldu. 1578-ci il oktyabrın 8-ində Mustafa Lələ paşa özü qorxusundan Şirvanı tərk etdi və Ərzurum qışlağına getdi. Ordu ilə Şirvanda qalan Osman paşa əsgərlərin ruhunu qaldırmaq və qənimət əldə etmək üçün Gəncəyə hücum çəkdi. Osmanlılar ətraf əraziləri qarət edərək xeyli qənimətlə geri döndülər və qadınları zorladılar.
Bu hadisənin ardınca Osmanlı ordusu Salyanda qüvvələrini toplayan və müdafiəyə hazırlaşan Şirvan bəylərbəyi Aras xan Rumluya qarşı yürüş edi. Lakin şirvanlılar osmanlıların hücumunu dəf edə bildilər. Qızğın döyüşdə osmanlılar kifayət qədər qüvvə itirərək geri çəkilmək məcburiyyətində qaldılar. Osman paşa Şamaxıda möhkəmləndi və Krım tatarlarının gəlişini gözləməyi qərara aldı. 
Belə bir vaxtda Gəncə şiələri 15 minlik qoşunla Ərəşə hücum etdilər. Gəncəlilər osmanlıları məğlub edərək Ərəşi ələ keçirdilər. Ərəş hakimi Qaytas paşa öldürüldü. Osmanlı sərkərdələrindən Əbdürrəhman bəy əsir alındı. 
Noyabrın 9-unda şirvanlıların 30 minlik qoşunu Şamaxıya yaxınlaşdı. Tərəflər arasında şiddətli döyüşlər getdi. Bu zaman Abdi Çavuş özünü yetirərək Adil Gərayın rəhbərliyi altında Qazi Gəray, Mübarək Gəray, Səadət Gərayın da qatıldığı 15 minlik Krım ordusunun və Əbubəkr Mirzənin qüvvələrinin köməyə gəldiyini bildirdi. Beləliklə, noyabrın 11-ində döyüşün üçüncü günü Adil Gərayın 5-6 minlik ön qüvvələrinin yetişməsi ilə üstünlüyü ələ keçirən Osmanlı ordusu Qızılbaş ordusunu məğlubiyyətə uğratdı. Aras xan Rumlu və oğlu Dədə xan əsir alındı. Qızılbaş əmirlərindən yalnız Ərdoğdu xan xilas ola bildi. 
Şamaxı döyüşündə qələbə qazanan Osman paşa Krım ordusuna minnətdarlıq ifadəsi kimi Salyan bölgəsinin qarət olunmasını təklif etdi. Ərəş bəylərbəyi Piyalə paşanın qüvvələri də onlara qatıldı. Beləliklə, Salyan bölgəsi krımlılar və osmanlılar tərəfindən qarət edildi. Kür çayını keçməyə çalışan şiələrin xeyli hissəsi suya qərq oldu. Müxtəlif cür sərvətlərlə yüklənmiş dəvə karvanları Krım kəraimlərinin əlinə keçdi. Hadisələri qələmə alan Osmanlı tarixçisi Asafi ramazanda tatarların həyata keçirdiyi bu böyük günahdan, onların çoxlu qadın və qızı əsir alıb zorlamasından şikayətlənir.
Şiələrin Salyandakı qırğını barədə xəbər alan Qızılbaş ordusu Həmzə Mirzənin və Mirzə Salmanın rəhbərliyi altında təcili hərəkətə başlayaraq Şirvana daxil oldu. Noyabrın 24-ündə onlar Osman paşanın qüvvələrini Şamaxı şəhərində mühasirəyə aldı. Asafi qızılbaş ordusunun sayının 100 minə çatdığını, qala müdafiəçilərin isə 5-6 min nəfər olduğunu qeyd edir. Qızılbaşların Şamaxını tamamilə mühasirəyə saldığını görən Osman paşa Adil Gəraya təcili Şamaxıya dönməsi üçün xəbər göndərdi. Qızılbaş qoşunu şəhərə daxil olaraq Qalabazarı məhəlləsini ələ keçirdi. Ertəsi gün tərəflərin ciddi tələfat verməsinə baxmayaraq küçə döyüşündə üstünlük qazanan səfəvilər şəhərin yarıdan çoxunu ələ keçirdilər. Osman paşa qalada məhbus saxlanilan Aras xanı və digər Səfəvi əmirlərini edam etdirdi. Hətta əsgərləri ilə birlikdə Dağıstana qayitmağa çalışan Şamxal həbsə alındı. Adil Gərayın ertəsi gün özünü çatdıracağı barədə Osman paşaya göndərdiyi məktub qızılbaşlar tərəfindən ələ keçirildi. Buna görə də qızılbaşlar şəhərə hücumu yarımçılıq saxlayıb cənuba axışdılar. Mirzə Salman Şamaxı ətrafında Vəli Xəlifə Şamlının başçılığı altında 3 minlik dəstə qoyaraq qorçibaşı Qulu bəy Əfşar, Şahrux xan Möhrdar, Məhəmməd xan Türkman, Pirə Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, İmamqulu xan və digər adlı-sanlı əmirlərlə krımlıların üzərinə yeridi. Adil Gərayın rəhbərliyi altında Salyandan Mollahəsənə gəlmişdi Krım ordusu burda eyş-işrətlə məşğul olduğu üçün qızılbaşların hücumu qarşısında öz qüvvələrini toplamağa çətinlik çəkdi. Şiddətli yağış yağdığı üçün oxdan istifadə münasib olmadı. Krımlılar Salyandan qarət etdikləri qəniməti necə qoruyub aparacaqları barədə təşvişə düşdülər. 1578-ci il noyabrın 28-ində baş verən Mollahəsən döyüşü Qızılbaş ordusunun qələbəsi ilə başa çatdı. Krım xanının qardaşı Adil Gəray və Ərəş hakimi Piyalə paşa əsir alındı. Krımlılar 30-dan çox tanınmış bəy, 2 min süvari itirdilər. Krım xanının əsir alınmasından xəbər tutan dağıstanlılar da qarət etdikləri mal və qəniməti ataraq qaçdılar.
Osman paşa krımlıların darmadağın edilməsi və Adil Gərayin əsir düşməsi xəbərini eşidərək pərişan oldu. O lazımi köməkdən məhrum olduğunu, Şamaxıda qalmağın daha təhlükəli olacağını düşünərək ordusunu da götürərək şəhərdən qaçdı. Osman paşa daha etibarlı olan Dərbəndə getmək və orda pərən-pərən salınmış qoşunların qalıqlarının yolunu gözləmək qərarına gəldi. Mollahəsəndə qızılbaşlara məğlub olaraq qaçmağa məcbur qalan krımlılar özlərini Dərbəndə çatdırdılar. Onların osmanlı ordusunun tamamilə qırıldığını söyləməsi qaladakı osmanlı qarnizonunun şəhəri tərk edərək qaçmasına səbəb oldu. Bu zaman Dərbənd sakinləri osmanlılara qarşı üsyan qaldıraraq qalanı ələ keçirdilər. Onlar qala qapılarını möhkəmləndirərək heç kimi şəhərə buraxmadılar. Bununla bağlı məlumat əldə edən Osman paşa həmin xəbəri qoşundan gizlədərək şimala getməyə tələsdi. Asafi yazır ki, qışın sərt keçməsinə baxmayaraq, Osmanlı ordusu Dərbəndə çatmağa çalışırdı. Yollarda don vurmaqdan tələf olan əsgər saya gəlmirdi. Xəzinənin təhlükəsiz Dərbəndə yetişməsinə nəzarət Asafiyə həvalə olunmuşdu. Asafi bildirir ki, Osman paşa yağlı dilini işi salaraq əhalini aldatdıqdan sonra qala sakinləri qapıları osmanlıların üzünə açdılar.
1579-cu il oktyabrın 10-unda Məhəmməd Gəray Mollahəsən döyüşündə məğlub edilərək əsir alınan qardaşını xilas etmək üçün 100 minlik bir ordu ilə Dərbəndə gəldi. Birləşmiş Osmanlı-Krım qüvvələri Şamaxıya və Bakıya yürüş etdilər. Onlar Kürü keçərək Gəncə, Qarabağ və Muğana hücum edib viran qoydular. Bu zaman Osman paşa Bakını ələ keçirdi. Osmanlı ordusu Şirvanın içərilərinə doğru yeridi.
Bundan sonra Osmanlı-Krım birləşmiş ordusu İranı tamamilə tar-mar etmək barədə plan qurdu. Əldə olunan razılığa görə, Osman paşa, Mustafa Lələ paşa və Məhəmməd Gərayin birləşmiş qüvvələri öncə Qəzvinin işğalını həyata keçirməli idi. Lakin bu məqsədlə yürüşə başlayan Mustafa Lələ paşa verdiyi sözə əməl etmədi, Qızılbaş ordusunun onu qarşılamağa gəldiyini eşitcək rəhbərlik etdiyi kürd süvarilərini də götürüb Ərzuruma tərəf qaçdı. Onun bu addımı Məhəmməd Gərayin Krıma geri dönməyə qərar verməsinə səbəb oldu. Osman paşa ona Şirvanda qışlamaq təklifi etsə də, o oğlanları Səadət Gərayla Qazi Gərayin rəhbərliyi altında 2 minlik qüvvəni Şirvanda qoyaraq Krıma döndü. Bu zaman Pirə Məhəmməd xanın Şirvan üzərinə yürüşünü eşidən Səadət Gəray da qorxusundan Şirvandan qaçdı.
Səfəvi şahı İran Azərbaycanı türklərindən böyük bir qoşun toplayaraq Şirvan və Dərbəndi geri qaytarmaq üçün göndərdi. Salman xanın və Pirə Məhəmməd xanın rəhbərliyi altında 50-60 minlik qüvvə Bakı üzərinə gəldi. Bundan xəbər tutan Osman paşa Fərhad bəy, Kaykı bəy, Heydar paşa və Əli bəyin qatıldığı Osmanlı ordusunu onları qarşılamaq üçün Şamaxı istiqamətinə göndərdi. Şamaxı ətrafında qarşılaşan tərəflər arasında baş verən döyüşdə məğlub olan Osmanlı qoşunu geri çəkilmək məcburiyyətində qaldı. Qızılbaşlar tərəfindən Əli bəy əsir alındı. Bu zaman Səfəvi qüvvələri Bakını mühasirəyə aldı. Osmanlılar Bakı şəhərinin müdafiəsində ciddi müqavimət göstərdilər. Şəhər 40 gün mühasirədə qalsa da, əlavə Osmanlı qüvvələrinin köməyə gəlməsi ilə mühasirə dayandırıldı.
Çox keçmədən Şirvana vali təyin edilən Peykər xanın rəhbərliyi altında 15 minlik Səfəvi ordusu Şirvana göndərildi. Osman paşa da Qazi Gərayın başçılığı altında Osmanlı ordusunu ona qarşı yolladı. Döyüş Şamaxı ilə Şabran arasında baş verdi. “Ya Hüseyn!” sədaları altında vuruşan qızılbaşlar könülsüz vuruşan düşmən əsgərlərinə qalib gəldilər. Krımlıların əvvəlki uğurlarının təsiri altında özünə güvənən Qazi Gəray at belində döyüşün ən qızğın yerinə yeridi, lakin qızılbaşlar tərəfindən əsir alındı. Krımlıların və osmanlıların birləşmiş qoşunu yenidən ağır məğlubiyyətə uğradı. Səadət Gəray əsir düşmək təhlükəsi ilə üzləşdi. Sağ qalan krımlılar və osmanlılar döyüş mövqeyindən qaçdılar. Peykər xan tərəfindən əsir alınan Qazi Gəray qorçilər vasitəsilə Həmzə Mirzənin yanına göndərildi və Əlamut qalasında zindana salındı. Qızılbaşların əldə etdiyi bu qələbə Ağsuya kimi ərazilərin Qızılbaş nəzarətinə keçməsini təmin etdi.
Şirvan bölgəsinin Səfəvilər tərəfindən azad edilməsi xəbəri Osman paşanı qorxuya saldı. O əsgərlərinə daha etibarlı sığınacaq yeri təmin etmək məqsədilə Asafi və Qayğı bəyi dərhal Qəbələ qalasını möhkəmləndirməyə göndərdi. Bu zaman Partal oğlu Mustafa bəyin rəhbəriyi altında 4-5 minlik Qızılbaş qoşunu Ərəşdən yürüş edərək Qəbələni mühasirəyə aldı. Mühasirənin 18-ci günü aclıq qala müdafiəçilərini çıxılmaz vəziyyətə saldı. Qızılbaşların əsir aldığı Qassani sancaqbəyi tərəfindən qala müdafiəçilərinə ünvanlanan məktubda 3-cü Muradın Səfəvi şahının sülh təklifini qəbul etdiyi və tərəflər arasında artıq müharibənin dayandırıldığı xəbərinin çatdırılması osmanlılar arasında qarşıdurmaya səbəb oldu. Hətta onların bir hissəsi qızılbaşların tərəfinə keçdi. Çıxılmaz vəziyyətdə qalan Asafi qalanı Partal oğlu Mustafa bəyə təslim etdi. Qızılbaşlar tərəfindən sorğu-suala çəkilən Asafi Ələmut qalasına Qazi Gərayın yanına göndərildi və Zülfüqar Abdal adlı bir məhkumla üç ilə yaxın bir quyuda saxlanıldı.
Qızılbaşların Qəbələni alması xəbərini eşidən Osman paşa qorxusundan Dərbəndə qaçaraq vəziyyəti İstanbula çatdırdı. Şirvan bölgəsinin tamamilə itirildiyini nəhayət dərk edən Osmanlı hökuməti Dərbəndə təcili yardım göndərməyə qərar verdi. Osmanlı sultanı Krım xanlığından, eləcə də Dağıstan çeçen və avarlarından hərbi dəstələr, habelə hərbi sursat və pul göndərməklə Osman paşaya yardım göstərdi.
Səfəvi sərkərdəsi İmamqulu xan Osmanlı ordusunun Dərbəndə çəkilməsindən xəbər tutaraq 1583-cü ilin yazına kimi lazımi qüvvə toplamağa tələsdi. O gürcü hakimi Aleksandrdan aldığı yardım nəticəsində 40-50 min nəfərə çatdırdığı ordusu ilə Kür çayını keçərək Şirvana daxil oldu. Qızılbaşlarla osmanlılar arasında baş verən Niyazabad döyüşündə qızılbaşlar mühüm qələbə qazandılar. Osmanlılar döyüşdə Mustafa bəy, Abdaloğlu, Divanə Malkoç və Yaqub bəyi itirərək, silah-sursatı ataraq Müskür meşələrinə, sonra da Dərbəndə qaçmaq məcburiyyətində qaldılar.
Niyazabad döyüşündə məğlub olub qaçan Osmanlı əsgərləri Dərbəndə çatan zaman silahdarbaşı Əli Ağanin təklifi ilə Osman paşa əsaslı ordu ilə İmamqulu xana qarşı hərəkətə başladı. Asafinin “Şücaətnamə”sində bəhs olunan ən mühüm döyüşlərdən biri də 1583-cü il mayın 8-11-ində tərəflər arasında baş verən “Məşəl savaşı”dır. Müəllif yazır ki, Niyazabad döyüşündəki məğlubiyyətdən sonra əsgərlərindəki intiqam hissinin yüksək olduğunu görən Osman paşa onların təchizatını yaxşılaşdırdı və Səfəvilər üzərinə yürüşə qərar verdi. Bu zaman əldə etdiyi qələbə nəticəsində öyünən və qürurlanan İmamqulu xan Osman paşaya meydan oxuyaraq ona Dərbənddən çıxaraq döyüş meydanına gəlməsi üçün xəbər göndərdi. Osman paşa ordusunu döyüşə hazırlayaraq Samur çayını keçdi, Vilayət Harkı və ya Palasa adıyla tanınan düzün ortasındakı Baştəpə adlı yerdə öz qərargahını qurdu. Müəllif bu ərazidə vaxtı ilə Toxtamış xanla Teymur arasında döyüşün baş verdiyini xatırladır. Tərəflərin qatı duman altında dörd gün ərzində nəinki gecə, hətta gündüz belə məşəl yandıraraq vuruşduğu bu döyüş tarixə “Məşəl savaşı” adı ilə daxil olmuşdur.
Asafi yazır ki, Osman paşa Samur çayı sahilinə çatanda düşmən ordusunun yaxınlaşdığını nəzərə alaraq döyüş mövqeyi tutdu. Cəfər paşa Rumeli və Kəfə əsgərləri ilə ordunun sol cinahında, Çərkəz Heydər paşa Sivas və Kastamonu sancaqbəyləri ilə sağ cinahda, Osman paşa isə mərkəzdə yer aldı. Osmanlı ordusunun önündə yeniçəri tüfəngçiləri və topçular yerləşdirildi. Səfəvi ordusunda isə İmamqulu xan mərkəzdə, sağ cinahda Rüstəm xanın, Mehdiqulu xan Şamlının və Əbubəkr Mirzənin, sol cinahda isə Heydər xan, Xəlifə Ənsarın iki oğlu- Mürşidqulu Sultanla Şahverdi Sultanın və aznaur Yoramın rəhbərliyi altında Kaxeti gürcüləri yer almışdı. Mayın 8-də bazar günü sübhdən başlayan döyüşün ilk günü ön qüvvələrin qarşılaşması ilə başa çatdı. Tərəflər öz mövqelərinə çəkilərək sabaha kimi gözlədilər. Növbəti gün top atəşilə başlayan döyüş gecə yarıya kimi davam etdi. Hətta tərəflər məşəllər yandıraraq gecə yarıya kimi vuruşdular. Döyüş qızılbaşların üstünlüyü şəraitində keçdi. Döyüşün üçüncü günü tərəflər bir-birinə qarşı hücum etməyərək dincəldilər. Bu zaman Osman paşa özünü geriyə çəkilməyə hazırlaşırmış kimi göstərərək əsas ehtiyatları arxaya daşıtdırdı. Qızılbaşlar osmanlıların əsas qüvvələrinin geri çəkildiyini zənn edərək onların yolunu kəsmək üçün Osmanlı ordusunun arxasına keçib Samur çayının üç fərsəxliyində mövqe tutdular. Buna görə də mayın 11-ində çərşənbə günü- döyüşün dördüncü günü Qızılbaş ordusu geri çəkilən Osmanlı ordusuna mane olmaq üçün onu mühasirəyə almağa çalışsa da, güclü top atəşi ilə qarşılaşdı. Osmanlı ordusunun sol cinahına qızılbaşlar ciddi zərbə vursa da, Köstəndil sancaqbəyi və Rumeli əsgərlərinin yardımı sayəsində qızılbaşlar məğlubiyyətə uğradıldı. İmamqulu xan məğlubiyyətdən xilas olmaq üçün çox çalışsa da, buna nail ola bilmədi. Gürcü aznaurları Dağıstan dağlarına qaçdı. Qızılbaş ordusu ciddi təlafat verərək geri çəkilməyə başladı. Osman paşa qızılbaşları təqib etməyə icazə vermədi. Osmanlılar xeyli qənimət ələ keçirdilər.
“Məşəl savaşı” Osmanlı ordusunu Şirvandan çıxarmaq üçün qızılbaşların həyata keçirdikləri sonuncu ən böyük hərbi əməliyyatlardan biri oldu. Bu döyüşdəki uğursuzluq Osman paşanın işğal edilmiş ərazilərdə öz mövqeyini möhkəmləndirməsinə, Şamaxını yenidən ələ keçirərək orada yeni qala tikməsinə şərait yaratdı.
1585-ci il Osmanlı sultanı böyük ordunu Osman paşanın sərəncamına verərək onu Təbriz üzərinə göndərdi. 1585-ci il avqustun 12-sində Osman paşa Ərzurumu tərk etdi və Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində hərəkətə başladı.
1585-ci ilin yayında Səfəvi şahı və oğlu Həmzə Mirzə Qarabağ yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Onlar yaylaqda ikən Osman paşanın Təbriz üzərinə yürüş xəbərini aldılar. Həmzə Mirzə 20 minlik qüvvə ilə ona qarşı göndərildi. Sentyabrın 18-ində Sufiyan ərazisində Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən hissələri ilə üz-üzə gəldi. Axşama kimi davam edən döyüşdə əvvəlcə qızılbaşlar osmanlıları böyük itkiyə məruz qoysa da, sonra onların böyük üstünlüyü qarşısında geri çəkilməyə məcbur qaldılar. Növbəti gün Osman paşa yürüşü davam etdirərək Təbrizin şimalından keçən Acısu çayının keçidinə yaxınlaşdı. Sentyabrın 20-sində Osman paşa Təbriz şəhərinə hücuma başladı. Əsasən müdafiəsiz qalmış Təbriz çoxsaylı nizami osmanlı ordusunun hücumunu dəf edə bilmədi. Osman paşa şəhərə daxil olsa da, şəhər əhalisinin ciddi müqaviməti ilə qarşılaşdı. Pirqeyb xan və Hüseynqulu Sultan gecə basqınları təşkil edərək osmanlılardan xeyli adam qırdılar. Düşmənin Sahibabad meydanına kimi irəlilədiyini nəzərə alan Təbriz hakimi Hüseynqulu Sultan və Pirqeyb xan müqavimət göstərməyin mənasız olduğunu görüb şəhəri tərk etdilər. Öz hakimləri tərəfindən taleyin ümidinə buraxılmış təbrizlilər bir müddət şiddətli müqavimət göstərdilər. Şəhər əyanları özlərini və əmlaklarını talandan qorumaq üçün Qazi Kamran bəy Əvhədi, şeyxülislam Mövlana Məhəmməd Əli və digər adlı-sanlı şəxslərin daxil olduğu nümayəndə heyətini Osman paşanın yanına göndərdilər. Lakin bu əhalini amansız kütləvi qırğın və talanından xilas edə bilmədi. 
 B.Kütükoğlu Mustafa Alinin verdiyi məlumata əsaslanaraq yazır ki, Təbriz hamamlarından birində Osmanlı zabitinin öldürüldüyü xəbəri Osman paşaya çatdırıldıqda o əhalini qılıncdan keçirməyi əmr etdi. Osmanlı əsgərləri Təbrizin küçələrini ələk-vələk edir, qarşılarına çıxanları ucdantutma qətlə yetirirdilər. Asafinin verdiyi məlumata görə, bir gün ərzində şəhərdə 5-6 mindən artıq adam qırğının qurbanı oldu. Lakin o dövrün farsdilli və Osmanlı mənbələrinin təhlili qırğın qurbanlarının daha çox olduğunu- 20 minə çatdığını göstərir. O.Ə.Əfəndiyevin qeyd etdiyi kimi, Təbriz Osmanlı istilası zamanı “İslam şəhərləri arasında tayı-bərabəri olmayan, əhalisi sıx və abad bir şəhərdən əhalinin tərk etdiyi, yarımdağıdılmlş, ölü şəhərə çevrildi”.
Asafi Təbriz yaxınlığında Osmanlı qoşunu ilə Qızılbaş ordusu arasında baş verən iki mühüm döyüş haqqında da məlumat verir. Osmanlı ordusunun Təbrizdə ərzaq qıtlığı ilə üzləşməsindən xəbər tutan Həmzə Mirzə düşmənin şəhər ətrafında yerləşən canlı qüvvəsinə zərbə vurmaq üçün qorçibaşı Qulu bəy Əfşarı göndərdi. O Fəxusfənc çayını keçərək Təbrizə yaxınlaşdı. Osman paşa Cığal oğlu Sinan paşanı ona qarşı göndərdi. Qulu bəyin göndərdiyi ön dəstə Saidabadda Sinan paşanın ön qüvvələrinə çataraq geriçəkilmə manevri ilə onları öz arxasınca, qızılbaşların pusquda duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın köməyindən məhrum edən Sinan paşa Qızılbaş süvarisinin sarsıdıcı hücumuna məruz qaldı. Həmin döyüşdə Osmanlı ordusu böyük itki verdi. Mahmudi Həsən bəy, Sipahi-oğlanları katibi Mehmed Çələbi, ali divan katiblərindən Əbdürrəhman Əfəndi, Yəhya Sübaşı öldürüldü, Urmiya hakimi Boxti Xalid bəy və Harran bəyi Yusif əsir alındı.
Qızılbaşların bu qələbəsi Həmzə Mirzəni Sinan paşa üzərinə yeni yürüşə başlamasına şərait yaratdı. Oktyabrın 25-ində Fəxusfənc çayı kənarında növbəti döyüş baş verdi. Bu döyüşdə Həmzə Mirzə şəxsən iştirak etdi. Günortaya kimi tərəflər bir-birinə ox atmaqla kifayətləndilər. Bu zaman İmamqulu xanın dəstəsi çayı keçərək hücuma keçdi. Döyüş gecə qaranlığına kimi davam etdi. Həmzə Mirzənin əmri ilə Şahrux xan düşmən mərkəzinin arxasına keçdikdən sonra döyüş qızılbaşların qələbəsi ilə başa çatdı. Osmanlı qüvvələri sayca üstün olmasına baxmayaraq pərən-pərən salındı və geri çəkilməyə başladı. Osmanlı sərkərdələri Mehmed paşa öldürüldü, Murad paşa isə əsir alındı. Qızılbaşlar düşməni əsas qüvvələrinin yerləşdiyi qərargaha kimi təqib etdilər.
Həmzə Mirzənin rəhbərliyi altında qızılbaşların aramsız hücumları, təbrizlilərin müqaviməti, ərzaq çatışmazlığı və Osman paşanın ağır xəstələnməsi osmanlıların vəziyyətini xeyli çətinləşdirdi. Osman paşa orduya rəhbərliyi Sinan paşaya tapşırsa da, baş verən son hadisələr ona pis təsir etmişdi. Sinan paşa oktyabrın 28-ində Təbrizdə Cəfər paşanı 7 minlik hərbi hissə ilə qoyaraq şəhəri tərk etdi. Sinan paşanın rəhbərliyi altında Osmanlı ordusu Şənbi-Qazanda dincəlməyə dayandığı zaman Həmzə Mirzə onlara hücum etdi. Qızılbaşların gözlənilməz hücumu nəticəsində düşmənin qəfil yaxalanması Osmanlı ordusunda çaşqınlığa səbəb oldu. Axşama kimi davam edən döyüş zamanı Çaldıran sancaqbəyi Xosrov bəy öldürüldü. Yalnız silahdarbaşı Xürrəm ağanın rəhbərliyi altında osmanlıların əks-hücumu qızılbaşları geriyə çəkilməyə vadar etdi. Bu zaman onlar düşmənin 85 qatar yüklü dəvəsini qənimət kimi özləri ilə apardılar.
Şənbi Qazan döyüşü başa çatdığı gecə Osman paşa vəfat etdi. Orduda çaxnaşma yaranmaması üçün bu xəbəri əsgərlərdən gizlətdilər. Osman paşanın ölümündən xəbər tutan Həmzə Mirzə Osmanlı ordusunu təqib edərək ona növbəti zərbə vurmağa səy göstərdi. Həmzə Mirzə İsmailqulu xan Şamlı və Toxmaq xan Ustaclı ilə birlikdə geri çəkilməkdə olan Osmanlı ordusuna Mayan adlı yerdə növbəti dəfə hücum etdi. Düşmən xeyli itki verərək yoluna davam etdi. Həmzə Mirzə Tasuca qədər düşmənin ardınca gedərək ona tez-tez gözlənilməz zərbələr vurdu.
Osmanlı-Səfəvi müharibəsinin növbəti mərhələsi son nəticədə qızılbaşların məğlubiyyəti ilə başa çatdı. 12 ilə yaxın davam edən müharibə 1590-cı il İstanbul sülhü ilə başa çatdı və Səfəvi dövləti əksər Azərbaycan torpaqlarından məhrum oldu. Osmanlı ordusu Cənubi Qafqazı, o cümlədən İran Azərbaycanının əksər torpaqlarını işğal etdi. Yerli xalqlar uzun müddət Osmanlı zülmü altında inlədi.
16-cı əsrin son rübündə Osmanlı-Səfəvi müharibəsinin gedişində Azərbaycanın əksər ərazilərinin işğal olunması nəticəsində regionun inkişafına ağır zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə kifayətlənirdilər. Lakin işğalın sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək, şəxsən varlanmaq məqsədilə tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin sayını artırırdılar. Nəticədə Azərbaycanın iqtisadi vəziyyəti həddən artıq ağırlaşdı. Əhalinin çox hissəsi yaşadığı ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı. Yurdlar boşaldı.
Azərbaycanda yaranmış vəziyyətin şahidi olmuş səlnaməçilərdən biri Osmanlı işğalı dövründə Təbrizdəki şəraiti belə təsvir edir: “Təbriz əhalisinin bir hissəsi şəhər işğal olunarkən qılıncdan keçirilmiş, digər bir qismi əsir kimi aparılmış, qalanları isə Əcəm İraqının şəhərlərinə qaçmışdılar”. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Osmanlı işğalı illərində “Təbriz şəhərində əhali qalmamışdı”. Zülm ucbatından Təbriz şəhərinin əhalisinin tamamilə köçməsi haqqında Osmanlı mənbələrində çoxlu məlumatlar vardır. Arakel Təbrizli yazır ki, “bu səbəbdən torpaq sahibləri və əkinçilər qorxu və dəhşətlə öz yerlərini tərk edir, qalalarda, qəsrlərdə, mağaralarda möhkəmlənir, əkinçiliklə məşğul ola bilmirdilər”.
Osmanlı imperiyasının iqtisadi vəziyyəti get-gedə xeyli ağırlaşırdı. Çoxsaylı ordunun saxlanması dövlət ehtiyatlarının tükənməsinə, xeyli gənc işçi qüvvəsinin ictimai istehsaldan ayrılmasına, istehlakın və məsrəflərin artmasına səbəb olurdu. İqtisadi həyatdakı böhranın təzahürləri geniş əraziyə malik olan Osmanlı imperiyasının bütün vilayətlərində nəzərə çarpırdı. Ucqar vilayətlərdə, xüsusilə fəth olunmuş ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acınacaqlı idi. Osmanlı hakim dairələri həmin ərazilərdə başlıca diqqəti istehsalın təşkilinə deyil, zəbt olunmuş ərazilərin qarət edilməsinə yönəldirdilər.
Osmanlı hakim dairələri ağır iqtisadi vəziyyətə düşmüş Azərbaycandan ordunun və inzibati aparatın saxlanması üçün zəruri olan vəsaiti əldə edə bilmirdilər. Uzun müddət ərzində məvaciblə təmin olunmayan Osmanlı əsgərləri arasında narazılıq yaranırdı. Başsız qalmış Osmanlı əsgərləri soyğunçuluğa meyllənir və dəhşətli dağıntılar törədirdilər. Belə bir şəraitdə regionda Rus ordusunun peyda olması və imperiya idarəçiliyinin yaranması qoy xalqları faciəli sonluqdan qurtardı.