Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
29.04.2012
Strasburqda gənclərlə görüş
Millət vəkili Qənirə Paşayeva Strasburqda İnsan
Haqları İnstutunda Azərbaycandan və Türkiyədən gələrək Strasburqda təhsil alan
bir qrup gənclərimizlə görüşüb və müzakirələr aparıb. Millət vəkili
gənclərimizin qurduğu təşkilatların, dərnəklərin işi ilə də maraqlanıb və
onlarla ətraflı fikir mübadiləsi aparıb.
Camaat nə deyər :)
Gülnar Musayeva
Uzun bir boşluqdan sonra mən yenə qayıtdım əziz oxucularım və dostlarım.Bəlkə mənim üçün darıxmamısız ama yazılarım üçün əminəm ki darıxmısız.Ən azından qalmaqallı yazılarım üçün .Uzun zamandır yazmaq istəyib ama bir vaxt tapıb yaza bilmədiyim bir mövzudan yazmaq istəyirəm bugün.Mövzunun bir ucu yenə gedib mentalitetə sataşacaq deyəsən.))
Əsində mentalitet var yox mübarizəsi hələ bugünə kimi öz mübarizəsini davam etdirir.Kimi üçün var,kimi üçün yoxdur.Ama gerçəklikdə metalitet anlayışı bütün dünayda var.
Əsində mentalitet var yox mübarizəsi hələ bugünə kimi öz mübarizəsini davam etdirir.Kimi üçün var,kimi üçün yoxdur.Ama gerçəklikdə metalitet anlayışı bütün dünayda var.
Cavid Zeynallı: “Erotika yazmasam, heç kim inanmayacaqdı”
Sualları gənc yazar Cavid Zeynallı cavablandırır. Onun “Günəşi gözləyənlər” kitabı haqqında müsahibəsini təqdim edirik.
- Nəyə görə “Günəşi gözləyənlər”?
- Düzü, belə suallara cavab vermək mənim üçün hədsiz çətindir. Bu yaxınlarda “Ədalət” qəzetində Cəlil Cavanşirlə müsahibəmiz çıxdı, orda yaradıcılıqla, kitabla, romanla bağlı çoxlu suallar vardı. Dedim Cəlil, belə suallara cavab verməkdə mən çox fərasətsiz adamam. Nəyə görə “Günəşi gözləyənlər”? Buna konkret cavab verə bilmərəm. Bir az böyük çıxmasın mən yazmağa iddialı adamam, fikirləşirəm, nə vaxtsa əlimdən beş-üç babat mətn çıxa bilər. Hər bir yazarın içində illər sonra xatırlanmaq, ədəbiyyat tarixinə düşmək kimi istəklər, iddialar olur.
“Bədbəxtlik riyazi düsturlara sığmır”
Aytən Nəsibbəyli “TEZ BAZAR”da
- Özünüzü 2 sözlə təqdim
edin.
- Aytən Nəsibbəyli.
- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Ümumiyyətlə, təqdimata ehtiyac olmayanda.
- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- “O” buna hələ cavab verməyib.
- Dost…
- Bu dörd hərfdən həddindən çox şey gözləyirik.
- İlk sevginiz?
- Sevgi sonsuzadək sürür, rəqəmlərə bölünmür.

Salam Sarvan: “Anara qarşı hücumlarda namərdlik çalarları da var”
Tanınmış şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın ünvanına səslənən tənqidlərə münasibət bildirib.
“Anara qarşı hücumlarda namərdlik çalarları da var. Mən bunu neçə ildi görürəm. Və bu ürəkağrıdan bir mənzərədir.
Namərdlik çalarları Anara qarşı hücumların şəxsiyyətə yönəlik təşkil olunmasındadır, onun kampaniya xarakterindədir.
Namərdlik çalarları Anara qarşı hücumların şəxsiyyətə yönəlik təşkil olunmasındadır, onun kampaniya xarakterindədir.
28.04.2012
“Dost” - aylıq elmi ictimai jurnal
“Dost” aylıq elmi ictimai jurnalı 2012 ci il aprel
ayından etibarən sizin görüşünüzə gələcək. Jurnalın əsas məqsədi insanalar
arasında maarriflənməni daha da sürətləndirməkdir. Bu jurnal ayda bir dəfə
olmaqla hər ay işıq üzü görəcəkdir.Jurnalı bütün metro stansiyalardan əldə edə
bilərsiniz. Ümidvarıq ki, sizin etimadınızı doğruldacaq və bu yolda daha da səylə
çalışacağıq. Jurnalın baş redaktoru Elvin Arifoğlu, redaktor müavini isə Habil
Yaşardır. Hər birinizə öncədən təşəkkürümüzü bildiririk.
27.04.2012
ATV-nin ev fırıldağı
Zaur Baxşəliyev isə
efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri, bu gün boynuna almır
Azad Azərbaycan Televiziyasının (ATV) layihəsi olan “Tanıdım Səni” yarışmasının
qalibi Lalə Hüseynzadəyə vəd olunan mənzilin açarları hələ də verilməyib. Kanal rəhbərliyi və layihənin müəllifləri qalibə
mükafat olaraq Bakı şəhərində tam təmirli, üç otaqlı mənzil veriləcəyini desələr
də, sözlərinə əməl etməyiblər. Finalda təqdim olunan üç otaqlı mənzilin açarını
veriliş bitən kimi ondan alıb, layihənin prodüseri Faiq Ələkbərlinin evinin
açarı olduğunu deyiblər. L. Hüseynzadəyə Bakı-Sumqayıt yolunun 7-ci
kilometrliyində yerləşən Masazırda ATV-nin digər prodüseri Mirsalam
Mirsalamovun adına olan, 36 kvadratmetrlik, yaşayış üçün yararsız, 12 min 400
manat dəyərində bir otaqlı mənzili təklif ediblər. “Tanıdım Səni”nin aparıcısı
və münsifi Zaur Baxşəliyev isə efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri,
bu gün boynuna almır.
CNN-in keçmiş əməkdaşı: “Çingiz Mustafayevin çəkdikləri müharibə şousudur“
"Heysiyyətimə toxunan yeganə səhnə Ağdərədə döyüşlər getdiyi vaxt yaxın ərazilərdə rayon kişilərinin qabaqlarına siqaret, saqqız qoyub satması səhnəsi idi"
"Qarabağ müharibəsinin başqalarından fərqi onda idi ki, digər müharibələrdə hər iki tərəfə keçib rahatlıqla çəkə bilirdim"
"Gözlərimizin qarşısında tarix sökülür"
"Getdikcə əmin oluram ki, keyfiyyətsiz insanlar, qeyri-peşəkarlar daha tez uğur qazanır"
"Şəhərin özünəməxsusluğu çoxdan itib"
Tağı Cəfərov 1954-cü il noyabrın 3-də Bakıda anadan olub. İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. BBC, CNN kimi xarici xəbər agentliklərinin operatoru, fotoreportyoru olub. Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvüdür.Onunla müsahibəni təqdim edirik.
Laçın Məmişov Ramil Səfərova məktub yazdı
Salam Ramil!!!
Sənə “Necəsən?” ənənəvi sualını salamın
ardınca vermirəm. Çünki necə olduğunu bəlkə də mənim qədər anlayan çox az adam
ola bilər. Bu imkanın yarandığını görəndə açığı çox sevindim…Ona görə ki,
İnşAllah sən azadlığa çıxandan sonra eyni sözləri sənə görüşəndə desəm artıq
vaxtı keçmiş olacaq.
Sənin gücünə, iradənə və mərdliyinə zərrə
qədər də şübhəm yoxdur. Çünki sən özün üçün deyil, millətin və xalqın üçün
yaşayırsan.
26.04.2012
Şıltaq yağışam mən
İlqar Fəhmi
İnsan deyiləm, indi
bunu anlamışam mən,
Eşq adlı buluddan süzülən bir yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni qarə buludlar,
... Qəlbimdəki şəffaflığımı saxlamışam mən,
çünki yağışam mən.
Hər gün döyürəm pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
dilsiz yağışam mən.

Bəlləbur - Azərbaycan tarixinin möhtəşəm abidəsi
Lənkəran şəhərindən 10 km cənub-qərbdə Bəlləbur kəndi
ərazisində Bəlləbur dağı adı ilə tanınan, sıx meşəliklə örtülmüş yuvarlaq yüksəklik
var. Sahəsi təqribən 10-12 hektar ərazini əhatə edir, zirvəsi ətraf ərazilərə
hakimlik edir. Cənub tərəfdən çay yatağı ilə sərhədlənir. Şimal tərəfdən isə
meşəyə birləşir. Qərb və şərq tərəfləri düzənliklərdir.
Yerli əhali arasında “Bəlləbur qalası” adı ilə tanınan həmin dağ haqqında müxtəlif
tarixi məlumatlar və rəvayətlər mövcuddur, onların da bəziləri müxtəlif yazılı
mənbələrdə də yer almışdır.
1869-cu ildə S. Kazımbəyoğlu tərəfindən qələmə alınmış «Cavahirnameyi-Lənkəran» kitabında vaxtilə IX əsrdə Lənkəranın bir yaşayış məntəqəsi kimi Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir və qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqlarının olduğu göstərilir.

Zümrüd Yağmurun “Diriləri basdırın” adlı növbəti romanı dərc olunmuşdur
“Diriləri basdırın” romanında insanın güc əldə etmək
üçün hər şeyini, bütüb dəyər və mənəvi keyfiyyətləri, hətta doğmalarını belə bu
istəyinə qurban verməsinin mahiyyəti əks olunmuşdur. Əsərin qəhrəmanları daxili
sarsıntı və psixoloji gərginliklə ətrafında baş verənlərin gah əsirinə
çevrilir, gah da onu aşağı doğru çəkən hər şeydən imtuna etmək üçün mücadilə
edir.
Romanda yaşadığımız mühitin naqislikləri əslində güc
və zorakılıqla əzilən, eyni zamanda gücü zorla birləşdirib öz mənəvi aləmini də
qətl edən insanların faciəsi ilə əks etdirilmişdir.
İndi dünyada baş verən inqilabi dəyişikliklər fonunda məhz diktatorlara ithafən yazılan əsərin orujinal çəhətlərindən bir də odur ki, süjet içində sanki tam fərqli bir zaman tunelində güclü olmaq adına özünü və hər şeyini qurban verənlərin əslində elə dünyanın ən axmaq adamı olduğu sübut edir. Gücün süqutunu, diktaturaların çöküşünü iki meydandakı fərqli hadisələrin fonunda günümüzə bağlayan müəllif əslində “Diriləri basdırın” romanı ilə bəşəri bir həqiqqəti, zalım gücün məğlubiyyətə məhkum olduğunu təsvir etmişdir.

Romanı oxucular "Əli və Nino", Akadem
kitab, kitab akademiyası, eyni zamanda metronun Elmlər akademiyası, Nizami və
İçərişəhər stansiyalarının girişində yerləşən kitab dükanlarından əldə edə bilər.
BU ŞƏKİL
Faiq Balabəyli
Baylıl türməsində bizimlə bir kamerada cəza çəkən dustağa həyat yoldaşı boşanmaq üçün razılıq verməsini tələb edən məktub göndərmişdi. O, onu gözləməyən qadının uşaqları ilə birlikdə olan şəklini sinəsinə sıxıb siqareti-siqaretə calamışdı
Nə baxırsan əlindəki şəkilə,
nə görmüsən o şəkildə təzə, nə?
Kimdir səni bu alvda yandıran,
Kimdir sənin şərik çıxan sevginə.
Bu otaqda fikrə gedib hər axşam,
duruxarsan, nələr düşür yadına?
Onunla bir xoşbəxt olub gəzdiyin
anlar düşür, günlər düşür yadına?

GÜLƏR ƏHMƏDOVA TÜRKİYƏ TELEVİZİYASINA MÜSAHİBƏ VERDİ
24 Aprel günündə
millət vəkili erməni yalanlarını bir daha ifşa etdi
Xəbər verildiyi kimi, Aprel ayının 23-də Türkiyənin İstanbul şəhərində
Azərbaycanın İstanbuldakı baş konsulluğunun və “Türkiyə Azərbaycan Kültür və
Egitim Vakfı”nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımı barədə hazırlanmış
filmin təqdimat mərasimi keçirilmişdir. Tədbirdən
öncə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Türkiyənin
“Bengü Türk” kanalına müsahibə vermişdir. Müxbirin suallarını cavablandıran Gülər
Əhmədova ermənilərin tarix boyu yalanlar üzərində özlərinə “tarix” qurduqlarını,
zaman-zaman qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürdüyünü bildirmiş və
XXI əsrdə də Ermənistanın terrorçu siyasətini davam etdirdiyini söyləmişdir.
Uzaqdan görünən zəfəran sarısı
Cavidan
Hamı bilir ki, mən
hamıdan uzaqda, ev şəraitində yazıb, internet vasitəsi ilə dərc olunuram.
Və hamı da bilir ki, nə Bakıya getmək, nə də kimisə Lənkəranda qarşılamaq kimi bir niyyətim yoxdur. Heç buna imkanım da yox.
Amma doğrudanmı həm də hamı düşünür ki, mən bu qədər qapalı və imkansız bir vəziyyətdəyəmsə, oralarda, yanlarında-yaxınlarında olan məndən dəfələrlə dəfə savadsız və istedadsızlarla edə bilmədiklərini mənimlə eləmək bu qədər asandı?
Xam bilmək, xam tanımaq, xamlamaq yəni...
Kimi qonorar verərəm deyib, sonra dəsmal tutar üzünə, kimi qonorar yollamaq zamanı gələndə pulu yarıbayarı az yollayar, kimi yolladığından bir saat əvvəl bir məbləğ deyər, amma qulağını mütləq kəsər bu məbləğin və sən bunu ancaq pulu poçtdan istəyəndə görərsən, görəndə də iyrənərsən özünü arsızlığa qoymuş miskin varlıqların əlində çabalayan SÖZ məkanından.

25.04.2012
"Gözün aydın", Amerika!
Mayis Güləliyev
Psixi xəstələrin və ya
terrorçuların məktəblərə daxil olub kütləvi qırğınlar törətməsi təkcə Amerikada
yox, dünyanın ən tolerant ölkələrdən biri olan Azərbaycanda da baş verdi. Gücü,
zorakılığı təbliğ edən Amerika kinolarında olduğu kimi.
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi Azərbaycan cəmiyyətini ciddi şəkildə "silkələdi".
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi Azərbaycan cəmiyyətini ciddi şəkildə "silkələdi".
Təkcə ona görə yox ki,
çoxlu sayda günahsız insan qətlə yetirilmişdi, həm də ona görə ki, belə hadisə
hər bir kəsin başına gələ bilərdi. Hər bir kəs başa düşdü ki, onun təhlükəsizlyi
heç də təmin edilməyib.
Koroğlu utanırdı...
Arzu Abdulla
Bizi öz keçmişimizdən uzaqlaşdırırlar. Gələcəyin qapısında
bizi kimlərin qarşılayacağı və nələrin gözlədiyi bəllidir. Çünki keçmişmizi
topa tutduq. Gələcək bizə yaxşı nə vəd edə bilər ki? Bir qrup üzdəniraq bizi
inandırmağa çalışır ki, BİZ heç kimik. BİZ heç nə bacarmarıq.
Müəllifini dəqiq xatırlamadığım aforizmdə isə tam başqa
hikmət var: “O xalqların gələcəyi yoxdur ki, onların keçmişdə güclü tarixi olub
və bu gün ancaq keçmişi qurdalamaqla məşğul olduqlarından gələcək haqqında
düşünmürlər”. Bizim tariximiz olub. Amma olub-qalan tarixmiz zaman adlı
arabanın təkərlərinə ilişib yol boyu düyün düşmüş və qarışmış kələfə bənzəyir.
Gəlin, kələfin ucunu tapaq!
Koroğlunun heykəlini görmüsüz də. Bizə çox yaxındır. Hərdən bu heykəlin ətrafında fırlanıb babamla söhbət edirəm. Ona vətəndaş cəmiyyətindəki problemlərdən şikayətlənirəm. O, yazıq da qılıncını yuxarı qaldırıb, baxışlarını aşağı dikib susur. Çox fikirlidi babam.

Məhbuslarla yazarların görüşü
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə bu gün - aprelin 25-də Qobustan rayonunda yerləşn 14 saylı cəzaçəkmə müəssisəsində bir qrup gənc qələm adamı ilə məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis və kitab bayramı keçirildi...
Bu tədbir ilə YYSQ-nin XII Bakı Kitab Bayramı Milli Kulturoloji Müsabiqə - XII
Bakı Kitab Bayramının silsilə tədbirlərinə start verildi...
Dallesin paraşütçüləri, yaxud böyük kəşfiyyat layihəsinin iflası – ARAŞDIRMA-FOTOLENT
İlqar ƏLFİOĞLU
İş elə gətirdi ki, 1946-cı ilin dekabrında Böyük Britaniya kəşfiyyatı CİC özünün İstanbuldakı rezidenturasına ən inanılmış peşəkarını - Kim Filbini rəis təyin etdi. Axı ürəklərindən keçirdi ki, “soyuq müharibə”nin başlanmasıyla dünənki müttəfiqləri olan SSRİ-nin ərazisində geniş agentura şəbəkəsi yaratsınlar, özlərinə rəqib gördükləri bir ölkəni içindən dağıtmağa cəhd göstərsinlər. Bu məqsədlərin həyata keçirilməsində İstanbul ən əlverişli nöqtə olduğundan, oradan yalnız Sovet İttifaqına qarşı deyil, həm də Şərqi Avropanın sosialist ölkələrinə qarşı əməliyyatlar planlaşdırmaq asan olduğundan bu əhəmiyyətli vəzifəyə belə qiymətli fiquru təyin etmişdilər.

600 min almanı necə kabab etdilər?
ABŞ və İngiltərə hava hücumu vasitəsi ilə 600 min alman vətəndaşını soyqırım edib
FaktXeber.com xəbər verir ki, II dünya müharibəsində
heç də əslində təkcə Adolf Hitler amansız davranmayıb. Bu müharibə haqda olan həqiqətlər
yalnız birtərəfli olaraq bizə
çatdırıldığına görə, qarşı tərəfin
insanlığa qarşı törətdiyi cinayətlərlərdən
elə də
məlumatımız olmayıb. Burada qeyd edəcəyimiz
təkcə
bir fakt nasistlərə qarşı vuruşan müttəfiqlərin, xüsusi ilə ABŞ və
İngiltərənin
insanlıq əleyhinə törətdikləri vəhşilikləri ortaya qoyur.
Kitabla bağlı qalmaqal
Bu yaxınlarda Səfəvilər (səfəvilərə yeni baxış)
adında Guntay
Gencalpin yeni kitabını nəşr etdik. Kitab tarixçilər və tarixlə
maraqlananlar arasında bir çaxnaşma yaradıb. Kitabdakı fikirlərlə
razılaşmayanlar zənglərlə nəşriyyatı topa tuturlar, özümə zəng edib saysız
hesabsız iradlar bildirirlər. yerində səslənən iaradlarla razılaşıram,
iradların ünvanı düzgün olmalıdır. Ortalıqda kitab var, bununla razılaşmayan
yeni bir kitab yazsın. Digər tərəfdən çox sevinirəm ki, ən nəhayət kitablar ətrafında
da diskussiya başladı, amma xahiş edirəm ki, bunu elə diskussiya formasında da
saxlasınlar, bundan şantaj vasitəsi kimi istifadə etməsinlər. Tarixə fərqli
münasibətlərin olması tam təbiidir, əsas odur ki, bu fərqli münasibətləri göstərmək
üçün mövzular tapılsın, kitablar yazılsın. Kimin bu kitaba iradı varsa yazıyla
cavab versin, istərdim ki, Prezident təqaüdü alan tarixçilərimiz indi oturub
cavab yazsınlar, fars, ərəb, türk və avropa mənbələrinə istinad edərək, və mən o
kitabı məmnuniyyətlə çap edərəm. Axı onlar o təqaüdü yalnız yaşamaq üçün deyil,
həm də yazmaq üçün alırlar.
YUVA DAĞIDANLARA VƏ YUVASI DAĞILMIŞLARA DİLƏKÇƏM
Şirinxanım Kərimbəyli ŞADİMAN
Əslində bu yazını heç zaman qələmə almazdım, bu yaxınlarda baş verən Sulutəpə əhvalatları olmasaydı. Vətəndaşa ən rahat ölkə onun Vətəni olmalıdır. Biz Azərbaycan türklərində, ən pis qarqış «Evin başına uçsun», « Evin dağılsın» və ən xoş alqış isə «Evin tikilsin», « Evin abad olsun» deyimləridir. Yəqin ki, bu sözlər istər sevgidən, istərsə nifrətdən el arasında tez-tez işlədilən ifadə vasitələridir.
Подписаться на:
Сообщения (Atom)